Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-21/2023 20.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlunun və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Quliyev Anar Elcan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil1 və cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X4 İdarəsinin nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X4 İdarəsinə qarşı X4 İdarəsinin tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin əmlakdan çıxarılması və kompensasiyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, e-2-2(115)-4/2022 nömrəli qətnaməsindən cavabdeh X4 İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsindəki 4 nömrəli ünvanda yerləşən xüsusi mülkiyyətindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsindəki 4 nömrəli ünvanda yerləşən xüsusi mülkiyyətindən çıxarılması, 01 yanvar 2015-ci il tarixdən 18 oktyabr 2018-ci il tarixədək olan dövr ərzində ona məxsus mülkiyyətdən əvəzsiz olaraq istifadə edib qazanc əldə etdikləri üçün hər ilə görə 2000 manat olmaqla, ümumilikdə 8000 manat kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli 2(043)- 4222/2018 nömrəli qərardadı ilə İddiaçı cavabdeh ünvan 3siqi Məktəbinə qarşı əmlakdan çıxarılma və kompensasiyanın ödənilməsi tələbinə dair iddiası üzrə işin aiddiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı məhkəməyə ərizə verərək, cavabdeh ünvan 3siqi Məktəbinin əsl cavabdeh X4 İdarəsi ilə əvəz edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2-2(115)-4/2022 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin İddiaçı məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsi 4 ünvanında yerləşən əmlak kompleksindən çıxarılması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 aprel 2023-cü il tarixli 2-2(104)-21/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı tərəfindən verilmiş cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X4 İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin əsl cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X4 İdarəsi ilə əvəz edilməsi, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X4 İdarəsinə işə baxılmasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda yerləşən xüsusi mülkiyyətinin üzərində ünvan 3siqi Məktəbi yerləşmişdir. Dəfələrlə cavabdehdən ona məxsus mülkdən çıxarılmasını xahiş etsə də, nəticə olmamışdır. Mülkiyyətindən istifadə hüququ pozulmuşdur. Belə ki, musiqi məktəbi onun xüsusi mülkiyyətindədir və neçə illərdir ki, əvəzsiz olaraq istifadə olunur. Onunla hər hansı bir icarə müqaviləsi bağlanılmamış, heç bir şifahi razılaşma olmamış və əmlakdan istifadəyə dair ödəniş edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi 1959cu ildən Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsi 4 ünvanında fəaliyyət göstərir və məktəbin fəaliyyət göstərdiyi kompleks iddiaçı tərəfindən özəlləşdirilməmişdir. İddiaçı Gəncə şəhəri Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi ünvan 4 ünvanda yerləşən keçmiş Nəqliyyat Nazirliyi, ADY, Texniki Qurğular və X1 əmlakını özəlləşdirmişdir. İddiaçı qanunsuz olaraq musiqi məktəbinin bir hissəsini özəlləşdirmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan hallara düzgün hüquqi qiymət verməmişdir. Nəzərə alınmalıdır ki, həmin ünvanda iki kompleks yerləşir ki, onlardan biri iddiaçıya, digəri isə onların istifadəsində olan məktəbdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 28 aprel 2023-cü il tarixli 2- 2(104)-21/2023 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X4 İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin əsl cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X4 İdarəsi ilə əvəz edildikdən sonra sonuncu, iş üzrə 2 nömrəli Uşaq Musiqi Məktəbinin nümayəndəsinin apellyasiya şikayətinə əlavə edərək eyni əsaslarla apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və Gəncə Kommersiya Məhkəməsinin 21 iyun 2022-ci il tarixli 2-2(115)-4/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin radd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X4 İdarəsinin etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə faktiki cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X4 İdarəsinin tabeliyində fəaliyyət göstərən Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi olmuşdur. Apellyasiya instansiyasında icraat zamanı isə qeyd olunan cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X4 İdarəsi ilə əvəz edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 26 yanvar 2007-ci il tarixli Əmlakın Texniki İnventarlaşması Bürosu Müəssisə və X2 surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən tikinti altı sahəsi 936,8 m2, ümumi sahə 847,5 m2, əsas sahə 419,4 m2 və köməkçi sahə 421,1 m2 qeyri-yaşayış sahəsi Nəqliyyat Nazirliyi Azərbaycan X6 Texniki Qurğular və İnzibati binaların istismarı Trestinin balansında olmaqla, icarəçisi İddiaçı Tofiq qızı olmuşdur; Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 001254 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamənin surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 847,5 m2 olan qeyri-yaşayış sahəsini İddiaçı satın almışdır; xx.xx.2007-ci il tarixli, 594 nömrəli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin” alqı-satqı müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 1165,7 m2 , sərbəst sahəsi 49,8 m2, olmaqla ümumilikdə 1215,5 m2 torpaq sahəsini 1139 manata İddiaçı Tofiq qızına satılmışdır; Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2007-ci il tarixli, 000462 qeydiyyat nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnaməsinin surətindən görünür ki, ünvan 5 ünvanında qeyri-yaşayış sahəsinin yerləşdiyi 1215,5 m2 olan torpaq sahəsi İddiaçı satın almışdır; “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında 0,12155 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 847,5 m2 olan əmlak kompleksi İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmışdır; Gəncə Şəhər Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli 2(125)-1998/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X4 İdarəsinin cavabdehlər İddiaçı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı xx.xx.2007-ci il tarixli 1121 nömrəli «icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi»nin qismən, xx.xx.2007-ci il tarixli 000462 nömrəli «fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət sahələrinin satılmasına dair şəhadətnamə»nin qismən, xx.xx.2007-ci il tarixli 001254 nömrəli «dövlət torpaq sahəsinin və dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair şəhadətnamə»nin qismən etibarsız hesab edilməsi və xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarışın qismən ləğv edilməsi barədə iddiası rədd edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası işi hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə müvafiq olaraq, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 sentyabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət toxunulmazdır. Mülkiyyətin tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Konstitusiya mülkiyyət hüququnu təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına da zəmanət vermişdir. Məhz buna görə mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Bundan əlavə Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “N.A və digərlərinin Türkiyəyə qarşı” iş üzrə 09 yanvar 2007-ci il tarixli qərarında bir daha qeyd etmişdir ki, demokratik cəmiyyətin təməl prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarına xasdır. Qanunilik prinsipi onu nəzərdə tutur ki, milli qanunvericiliyin tətbiq edilə bilən hər bir norması kifayət qədər dəqiq, aydın, əlçatan, eyni zamanda tətbiq edilərkən onların nəticələri əvvəlcədən məlum olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri baxımından mübahisəyə hüquqi qiymət verilərkən ilk növbədə sözügedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, Konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirilməli, şikayət edilən məsələnin reallıqları və sair hallar tam, hərtərəfli və obyektiv araşdırılmalıdır. “Broniovski Polşaya qarşı” işdə də (22 iyun 2004-cü il tarixli Məhkəmə qərarı) Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsüfdən asılı deyil. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında məhkəmə bir daha xatırlatmışdır ki, “tələb” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə ”mülkiyyət” kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 7 ünvanında 0,12155 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 847,5 m2 olan əmlak kompleksi (qeyri-yaşayış binası) İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmışdır. Sonuncu həmin əmlakın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X4 İdarəsinin balansında olan ünvan 3siqi Məktəbi tərəfindən zəbt edildiyini və əmlakdan istifadəyə dair ödəniş edilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin mütəxəssisi X3 və tərəflərin nümayəndələrinin iştirakı ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı adına xüsusi mülkiyyət hüquqi ilə qeydə alınmış ünvan 7 ünvanında 0,12155 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 847,5 m2 olan əmlak kompleksinə baxış keçirilmiş, baxış zamanı qeyd edilən əmlak komleksinin otaqlarından həmin ünvanda yerləşən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X4 İdarəsinin balansında olan ünvan 3siqi Məktəbi tərəfindən musiqi dərslərinin keçirilməsi məqsədi ilə faktiki olaraq istifadə edildiyi müəyyən edilmişdir. Beləliklə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyinin X4 İdarəsinin tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanda yerləşən sahəsi 847,5 kv.m-dən ibarət əmlak kompleksindən qanunsuz olaraq istifadə edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyinin X4 İdarəsinin tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi iddiaçıya məxsus əmlakdan çıxarılmalıdır. Həmçinin məhkəmə kollegiyası iddia tələbinin 01 yanvar 2015-ci il tarixdən 18 oktyabr 2018ci il tarixədək olan dövr ərzində iddiaçıya məxsus mülkiyyətdən əvəzsiz olaraq istifadə edib qazanc əldə etdikləri üçün hər ilə görə 2000 manat olmaqla, ümumilikdə 8000 manat kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, İddiaçı kompensasiya məbləğinin məhz göstərilən məbləğdə olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-4/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyinin X4 İdarəsinin tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsi, 4 ünvanında yerləşən sahəsi 847,5 kv.mdən ibarət əmlak kompleksindən çıxarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(115)-4/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasl Mədəniyyət Nazirliyinin X4 İdarəsinin tabeliyində olan Gəncə şəhər Telman Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbi Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sidqi Ruhulla küçəsi 4 ünvanında yerləşən sahəsi 847,5 kv.m-dən ibarət əmlak kompleksindən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-21/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-21/2023
20.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver