Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-218/2025 25.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı iş üzrə X4 Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Naitq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı “pul” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-917/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. İddaçı ilə cavabdeh arasında bağlanmış 20 avqust 2024-cü il tarixli OL-038-24 nömrəli operativ lizinq müqaviləsinə əsasən, 2 ədəd JD-9970 markalı pambıqyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə xx.xx.2024-cü il tarixədək cavabdehə lizinqə verilmiş və lizinq predmetlərindən istifadəyə görə lizinq haqqı cəmi 24000 manat müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci bəndinə əsasən, cavabdeh lizinq ödənişlərini müqavilə müddəti ərzində bu müqavilənin 1.4-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür Müqavilənin 2.2.8-ci bəndinə əsasən, lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyd-şərtsiz üzərinə götürmüşdür.
2. 06.09.2024 və xx.xx.2024-cü il tarixlərdə lizinq predmetləri saz vəziyyətdə cavabdehə, xx.xx.2025 və xx.xx.2025-ci il tarixdə isə saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir.
3. İddiaçı lizinq müqaviləsi üzrə ödhdəliyini icra edərək lizinq predmetlərini cavabdehə təhvil vermiş, cavabdeh isə öhdəliyini lazımınca icra etməyərək lizinq predmetindən istifayə görə 12000 manat iddiaçıya ödəmiş və nəticədə iddiaçıya 12000 manat borcu qalmışdır (xx.xx.2025-ci il tarixli maliyyə arayışı).
4. Tərəflər arasında mübahisə həllini tapmadığından iddiaçı borcun tutulması tələbinə dair iddia vasitəsi ilə məhkəməyə müraciət etmidir.
5. Cavabdeh apellyasiya şikayətinə qoşma olaraq 28.7.2025-ci il tarixli MVYcsk71 nömrəli ödəniş taşərığını məhkəməyə təqdim etmiş və həmin tapşırığa əsasən cavabdeh tərəfindən iddiaçıya 12000 manat pulun ödənilməsi göstərilmişdir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 2024-cü il 20 avqust tarixli OL-038-24 nömrəli müqaviləyə əsasən 12000,0 (on iki min) manat məbləğində borcun və 126,00 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun, cəmi 12126,0 (on iki min yüz iyirmi altı) manat məbləğində pul vəsaitinin "Goran Cotton” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 20 avqust tarixli OL-038-24 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə dair müqaviləyə əsasən 2 ədəd JD-9970 markalı pambıqyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan (istifadəçi) Cavabdeh texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği Lizinq verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam şəkildə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2024-cü il 20 avqust tarixli OL-038-24 nömrəli müqaviləyə əsasən 24000,0 (iyirmi dörd min) manat öhdəliyindən 12000,0 (on iki min) manat məbləğində ödəniş yerinə yetirilmiş və 12000,0 (on iki min) manat məbləğində borcu qalmışdır. Beləliklə, hazırda Cavabdeh qeyd edilən edilən müqavilə üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ümumilikdə 12000,0 (on iki min) manat məbləğində yerinə yetirmədiyi borc öhdəliyi mövcuddur. Cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur.
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X2 izahatında bildirmişdir ki, borcu etiraf edir. Borcun 50%-ni ödədiyini və borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir.
10. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
11. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2025-ci il tarixli, e-2-2(115)-917/2025 nömrəli qətnaməsi (hakim Ramiq Qələndərzadə) ilə, iddianın təmin edilməsi, Cavabdehndən 20 avqust 2024-cü il tarixli OL- 038-24 nömrəli müqaviləyə əsasən 12000 manat məbləğində borc və 126 manat dövlət rüsumu olmaqla, cəmi 12126 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. 12.Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanılmış, 20 avqust 2024-cü il tarixli OL- 038-24 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2 ədəd JD-9970 markalı pambıqyığan kombayn mülkiyyət hüququnun istifadəçiyə keçməməsi şərti ilə cavabdehə istifadəyə verilmişdir. Həmin müqavilənin 2.2.8-ci maddəsinə əsasən lizinq alan bu müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyd-şərtsiz üzərinə götürmüşdür.
13. İddiaçı tərəfindən müqavilə şərtləri yerinə yetirilərək müqavilədə adı göstərilən kənd təsərrüfatı texnikası cavabdehə lizinqə verilmişdir. Cavabdeh isə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və texnikadan müvəqqəti istifadəyə görə ödənilməli olan 24000 manat məbləğində ödənişi vaxtı-vaxtında və tam həcmdə ödəməmişdir.
14. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci maddəsinə əsasən Cavabdeh lizinq ödənişlərini müqavilə müddəti ərzində bu müqavilənin 1.4-ci bəndinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş 24000 manat borcdan 12000 manat ödəniş etmiş, qalan məbləği iddiaçıya ödəməmiş və nəticədə ödənilməmiş 12000 manat borcu yaranmışdır. Bu səbəbdən həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
15. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 747.1, 748-10.1 və 748- 10.2-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
16. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-917/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
17. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Gəncə Kommersiya Məhkəməsi 12.000 manat məbləğində pulun cavabdedən iddiaçının xeyrinə tutulmalıdır. Hesab edirlər ki, birinci instansiya məhkəməsi 12.000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə mövqeyi səhvdir. Belə ki, bildirirlər ki, İddiaçı ASC ilə "xxxx" MMC arasında bağlanmış 2024-cü il 20 avqust tarixli OL-038-24 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsinə dair müqaviləyə əsasən 2 ədəd JD-9970 markalı pambıqyığan kombayn cavabdehin istifadəsinə verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan (istifadəçi) Cavabdeh MMC texnikanın müqaviləmüddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, müqavilədə nəzərdə tutulmuş məbləği Lizinq verən İddiaçı ASC tam şəkildə ödənişlərin həyata keçirilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh MMC arasında bağlanmış 2024-cü il 20 avqust tarixli OL-038-24 nömrəli müqaviləyə əsasən 24.000 manat öhdəliyindən 12.000 manat məbləğində ödəniş yerinə yetirilmiş və 12.000 manat məbləğində borcu qalmışdır. Cavabdeh MMC-nin iddiaçı qarşısında icra edilməmiş hər hansı öhdəliyi mövcud deyildir. Cavabdeh MMC hazırki işin məhkəmə baxışı zamanı iddiaçıya olan 12.000 manat borcunu tam ödəmişdir. Lakin, işə baxan Gəncə Kommersiya Məhkəməsi bu halı nəzərə almamışdır. Göründüyü kimi, Gəncə Kommersiya Məhkəməsi, Cavabdeh MMC tərəfindən artıqicra olunmuş öhədliyin yenidən icrasını MMC-nin üzərinə qoymuşdur. Nəticədə isə iş üzrə maddi hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Bu hal isə həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsinin iclasında iştirak edən zaman pulun ödənilməsi 2 ay vaxtın verilməsini xahiş etmişdir. Belə ki, o hazırda iddiaçıya olan borcunu ödəmişdir. Lakin, məhkəməyə borcun ödənilməsi barədə hər hansı sübutlar təqdim etməmişdir. Elə hesab etmişdir ki, Aqroservisə verməsi kifayət edir və yalnız iddiaçıya təqdim edilmişdir. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
20. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.”
25. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
27. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.
28. Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.
29. Maddə 748-1.3. Lizinq alan bilavasitə lizinq obyektinin satıcısı qarşısında bu obyektin keyfiyyət və komplektliyi, göndərilmə müddətləri barədə və satıcı ilə lizinq verənin arasında alğısatqı müqaviləsi ilə nəzərdə tutulan digər tələbləri irəli sürə bilər.
30. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
31. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
43. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
45. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-917/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Belə ki, məhkəmə araşdırması zamanı müəyən edildiyi kimi 20 avqust 2024-cü il tarixli OL-038-24 nömrəli operativ lizinq müqaviləsinə əsasən, iddiaçı tərəfindən 2 ədəd JD-9970 markalı pambıqyığan kombayn cavabdehə xx.xx.2024-cü il tarixdədək lizinqə verilmişdir. Müqavilənin şərtlərinə görə, lizinq alan müqavilə müddəti ərzində müəyyən edilmiş ödənişləri vaxtında və tam həcmdə ödəməyi, eləcə də müqavilə müddəti bitdikdən sonra texnikanı saz vəziyyətdə geri qaytarmağı öhdəsinə götürmüşdür.
48. Məhkəmənin qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq müqaviləsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına lizinqlə bağlı qanunvericiliyin və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir.
49. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
50. Bu baxımdan tərəflər arasında bağlanmış və yuxarıda göstərilən lizinq müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
52. 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.
53. 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
54. İddia tələbinin yuxarıda göstərilən hüquqi əsaslarının mübahisəyə tətbiq edilməsi üçün məhkəmə kollegiyası ilk növbədə müqavilə üzrə öhdəliklərin lizinq alan tərəfindən lazımi qaydada icra edilməməsinin səbəbini araşdıraraq hesab edir ki, onun tərəfindən ödəniş aparılmaması hər hansı qarşısıalınmaz qüvvənin təsiri altında yaranmış halla bağlı deyildir.
55. İş materialları ilə müəyyən edilir ki, lizinqalan tərəfindən müqavilə üzrə ödənişlər mütəmadi olaraq edilməmiş, eyni zamanda edilmiş xəbərdarlığa məhəl qoyulmamışdır. Bu səbəbdən isə lizinqverənin qalan borcu tələb etmək hüququ yaranmışdır.
56. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərin yalnız bir hissəsini icra etmiş, yəni 24.000 manat məbləğində lizinq ödənişindən 12.000 manatını ödəməsinə baxmayaraq, qalan 12.000 manat məbləğini müqavilədə nəzərdə tutulmuş müddətlərdə ödəməmişdir. Bu hal cavabdehin özü tərəfindən də inkar edilməmiş, əksinə, birinci instansiya məhkəməsində cavabdehin qanuni təmsilçisi tərəfindən borcun mövcudluğu etiraf olunmuş və sadəcə ödəniş üçün möhlət verilməsi xahiş edilmiş və bu məqsədlə birinci instansiyası məhkəməsi tərəfindən ona vaxt verilərək məhkəmə iclası təxirə salınmışdır.
57. Cavabdehin apellyasiya şikayətində 12000 manat borcunun olduğunu lakin həmin borcu xx.xx.2025-ci il tarixdə ödədiyini bildirir və məhkəmə aktını bu səbəbdən mübahisələndirir.
58. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiyası məhkəməsində aparılan icraat zamanı cavabdehin 12000 manat borcunun olması işin mübahisəsiz halıdır.
59. Hansı ki, birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də, borcu etiraf edərək, borcun 50%-ni ödədiklərini və borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmiş və tərəflərə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır.
60. Cavabdeh xx.xx.2025-ci il tarixdə ödəniş tapşırığı əsasında borcunu ödədiyini bildirsə də bununla bağlı sübutları birinci instansiyası məhkəməsinə təqdim etməmiş və nəticədə xx.xx.2025-ci il tarixdə mübahisələndirilən məhkəmə aktı qəbul edilmişdir.
61. Azərbaycan Respublikası Mülki Pörosessual Məcəlləsinin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
63. Göründüyü kimi prosessual qanunvericiliyin tələblərinə əsasən sübutlar birinci instansiyası məhkəməsinə təqdim edilməlidir ki, cavabdeh xx.xx.2025-ci il tarixli ödəniş tapşırığını birinci instansiyası məhkəməsinə təqdim etməmişdir. Bundan başqa Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə əsasən, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
64. Məhkəmə araşdırması zamanı müəyyən edidliyi kimi, cavabdeh xx.xx.2025-ci il tarixli ödəniş tapşırığını birinci instansiyası məhkəməsinə təqdim etməmiş, həmin sübut apellyasiya məhkəməsinə təqdim olunmuşdur.
65. Cavabdeh MPM-in 372.2-ci maddəsinin tələblərinə uyğun sübutun birinci instansiyası məhkəməsinə təqdim edilməsinin ondan asılı olmayan səbəblərdən mümkün olmadığını əsaslandıra bilməmiş və hazırki məhkəmə iclasında bildirmişdir ki, o, elə bilmişdir sübutu iddiaçıya təqdim etməsi kifayət edir.
66. Göründüyü kimi, sübutun təqdim olunmaması cavabdehdən asılı olmayan səbəblərdən deyil, onun iradəsinə uyğun baş vermişdir.
67. Belə olan halda MPM-in tələbləri baxımından yeni sübutun apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməsinin hüquqi əsası mövcud deyildir ki, iddiaçının birinci instansiyası məhkəməsinə təqdim etmədiyi sübut əsasında birinci instansiyası məhkəməsinin məhkəmə aktına müdaxilə edilməsi qanuni olmaz.
68. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ödəmə tapşırığı ödənişin həyata keçirilməsini bir başa sübut etmir. Ödəniş tapşırığı ödənişin həyata keçirilməsinə dair ödəyən tərəfin iradə ifadəsidir ki, ödəniş tapşırığında tapşırığın icra edilməsinə dair qeyd mövcud deyildir.
69. Cavabdeh xx.xx.2025-ci il tarixdə 12000 manat borcun ödənilməsini təsdiq edən sübutları icra mərhələsində icra qurumuna təqdim etməli və buna müvafiq icra hərəkətləri həyata keçirilməlidir ki, ödənişin edilməsi təsdiqini tapacağı təqdirdə icra icraatına xitam verilməsi qanunvericiliyin tələbidir.
70. Buna görə də məhkəmə hesab edir ki, apellyasiya şikayətində göstərilən arqumentlər birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
71. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
73. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: Cavabdehnə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-917/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.