Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-220/2023 22.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası- hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 Mahmud oğluna, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutlması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 07 mart 2019-cu il tarixli, 802250- 662182/1 saylı kredit müqaviləsi üzrə 37177.99 manat məbləğində əsas borc və 3882.74 manat faiz borcu, ümumilikdə 41060.73 manat, 07 mart 2019-cu il tarixli 802275-663590/1 saylı kredit müqaviləsi üzrə 69722.75 manat məbləğində əsas borc və 7280.42 manat faiz borcu, ümumilikdə 76989.17 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31.95 dövlət rüsumu və 62.13 manat xidmət haqqı olmaqla, cəmi 94.22 manat xərcin və iddia ərizəsinin verilməsi üçün küçürülmüş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m.); Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m.) və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30.7 kv.m.) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyriyaşayış sahəsi (16.1 kv.m.); Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (42.6 kv.m.); Gəncə şəhəri Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (30.7 kv.m. ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakın açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqdan 10 gün sonra Cavabdeh1 və Cavabdeh4 Gəncə şəhəri. Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinin və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilin boşaldılması barədə və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Expressbank” ASC Gəncə filialı ilə Cavabdeh1 arasında 07 mart 2019-cu il tarixli, 802250-662182/1 saylı kredit müqaviləsi və 07 mart 2019-cu il tarixli, 802275-663590/1 saylı kredit müqaviləsi imzalanmışdır. Bağlanmış 802250- 662182/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə əsas borcun ödənilməsinə 3 ay güzəşt dövrü ilə 36 ay müddətinə 40,000.00 manat məbləğində kredit ayrılmışdır. 802275-663590/1 nömrəli kredit müqaviləsinin şərtlərinə görə "Expressbank” ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə 3 ay güzəşt müddəti olmaqla, yalnız faiz ödənilməklə 36 ay müddətinə 75000 manat məbləğində kredit ayrılmışdır. Eyni zamanda, İddiaçı ASC ilə Cavabdeh3 arasında 07 mart 2019-cu il tarixli 802250-662182/1 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Həmin kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, 802250-662182/1 nömrəli ipoteka müqaviləsi bağlanmış və Cavabdeh1 tam mülkiyyətində olan RX seriyalı, ******* nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2017) ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahə 16.1 kv.m ) Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 802250-662182/1/2 nömrəli ipoteka müqaviləsinə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (ümumi sahə 42.6 kv.m.) Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə kredit müqavilələrinin təminatı kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019cu il tarixli, 802250-662182/3 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (ümumi sahə 30.7 kv.m.) Bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Borcalan Kredit müqaviləsi üzrə, üzərinə götürdüyü öhdəliyin bir hissəsini icra etmiş, qalan hissədə isə öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə şifahi yazılı qaydada xəbərdarlıq edilməklə xbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, Borcalan bundan heç bir nəticə çıxarmamış və yenə də kredit müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. Bu halda Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 001/007/0653/2020 nömrəli Bildiriş (ipoteka predmetinə tutma barədə) ipoteka qoyanlara poçt vasitəsi ilə təqdim edilmişdir. İpoteka qoyanlara qeyd edilən bildirişi rəsmi təqdim olunduqdan sonra, bildiriş xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipoteka predmetlərinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Daha sonra iddiaçinin nümayəndəsi iddia həcminin artırılması və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 və Cavabdeh3 04 mart 2022-ci il tarixə 07 mart 2019 il tarixli, 802275-663590/1 nömrəli kredit müqaviləsi üzrə 69,722.75 manat əsas borc və 32,790.95 manat faiz borcu olmaqla, cəmi 102,499.70 manat və 07 mart 2019-cu il tarixli, 802250-662182/1 nömrəli kredit müqaviləsi üzrə 37,177.99 manat əsas borc və 17,451.22 manat faiz borcu olmaqla, cəmi 54,629.07 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 31.95 manat dövlət rüsumu və 62.13 manat xidmət haqqı olmaqla, cəmi 94.22 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və tam mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsinə (16.1 kv.m), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzilinə (42.6 kv.m) və Cavabdeh2 tam mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 81 nömrəli binanın, 4 nömrəli mənzilinə (30,7 kv.m) yönəldilməsi, ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyriyaşayış sahəsi (16.1 kv.m.), Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 56 nömrəli binanın, 41 nömrəli mənzili (42.6 kv.m.), Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi, 81 nömrəli binanın, 4 nömrəli mənzili (30.7 kv.m.) ilkin satış qiymətinin müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetləri hərracda satıldıqda ən geci bir ay ərzində Cavabdeh1 və Cavabdeh4 Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsindən və Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 56 nömrə binanın, 41 nömrəli mənzilindən çıxarılması və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən 81 nömrəli binanın, 4 nömrəli mənzilindən çıxarılması və həmin əmlakların boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 saylı qətrardadı ilə (hakim K.Vəliyev) iddia tələbinə cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli qeyri-yaşayış sahəsindən, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən 56 nömrə binanın, 41 nömrəli mənzilindən çıxarılması və Cavabdeh2 Gəncə şəhəri. Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən 81 nömrəli binanın, 4 nömrəli mənzilindən çıxarılması və həmin əmlakların boşaldılması hissəsi üzrə icraata xitam verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 802275-663590/1 nömrəli kredit müqaviləsi üzrə 69722,75 manat əsas, 32790,95 manat faiz, cəmi 102499,70 manat borc və xx.xx.2019-cu il tarixli 802250-662182/1 nömrəli kredit müqaviləsi üzrə 37177,99 manat əsas borc və 17451,22 manat faiz borcu olmaqla, cəmi 54629,07 manat borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, borc tələbi ipoteka qoyulmuş likvid dəyəri 80 000 manat olan Cavabdeh1 məxsus olan ünvan 2 ünvanında yerləşən 16.1 m3 ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə, likvid dəyəri 46000 manat olan ünvan 3 ünvanında yerləşən 2 otaqlı mənzilə, likvid dəyəri 32000 manat olan Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 1 otaqlı mənzilə yönəldilməsi, həmin mənzillərin və qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi, iş üzrə ekspertiza xərclərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq 400 manat ekspertiza xərcinin ”Məhkəmə Ekspertizası Mərkəzi”, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SFİFT BİK CTREAZ 22 saylı hesaba, 600 manat ekspertiza xərcinin ”Fame Pro“ MMC, VÖEN:**********, Bank: ”Bank Respublika“ ASC-nin Azadlıq filialı, m/h: AZ80NABZ********************4, h/h:AZ49BRES**********1170279901, Kod: 507547, VÖEN:**********, SWİFT:BRESAAZ22 saylı hesaba, 300 manat ekspertiza xərcinin “AB Consulting“ MMC, VÖEN: **********„ Azərbaycan Beynəlxalq Bankı“ ASC Abşeron filalı, VÖEN: **********, M/h: AZ03NABZ013501**********2944, Kod: 805539, S.W.İ.F.T BİC: İBAZAZ2X, H/h: AZ51İBAZ******************** saylı hesaba ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: “Expressbank" ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2019-cu il tarixli, 802250-662182/1 saylı kredit müqaviləsindən görünür ki, “Expressbank" ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə 36 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 07 mart 2019-cu il tarixli, 802275- 663590/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 19% dərəcəsi ilə 36 ay müddətinə 75000 manat məbləğində kredit verilmişdir. 07 mart 2019-cu il tarixli, 802250-662182/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 borclu Cavabdeh1 07 mart 2019-cu il tarixli, 802250-662182/1 saylı və 07 mart 2019-cu il tarixli, 802275-663590/1 saylı kredit müqavilələri üzrə Bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. 07 mart 2019-cu il tarixli, 802250-662182/1/3 saylı ipoteka müqaviləsindən görünür ki, 07 mart 2019-cu il tarixli, 802250-662182/1 saylı və 07 mart 2019-cu il tarixli, 802275- 663590/1 saylı kredit müqavilələrinin təminatı kimi “Expressbank" ASC ilə Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə görə sonuncuya məxsus ünvan 5 ünvanda yerləşən 4 nömrəli mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 5 İddiaçı ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 21 aprel 2022-ci il tarixli, 9/35 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 802250-662182/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 37235,6 manat faiz borcu 17451,08 manat olmaqla, cəmi 54.686,68 manat, xx.xx.2019-cu il tarixli 802275-663590/1 saylı kredit müqaviləsi üzrə isə əsas borc üzrə 69.966,47 manat, faiz borcu 32.790,95 manat olmaqla, cəmi 102757,42 manat məbləğində müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 nömrəli qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)- 604/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən vəsatətlərini təmin edilməmişdir. Bank tərəfinden borc mebleği çox hesablanmışdır. Vəsatətləri təmin olunsa idi məhkəmə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməli idi. Ekspertiza keçirilsə idi borc mebleği az hesablanacaqdır. Bank tərəfindən borc düzgün hesablanmamışdır. Faiz borcu həddən artıq şişirdilərək hesablanmışdır. Kredit müqaviləsinin müddəti bitdikdən sonra da faiz borcu hesablanmışdır. Halbuki, Konstitutusiya Məhkəməsi plenumun qərarına əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra faiz illik 5 faiz ilə hesablanmalı idi. Bundan başqa mülki prosessual qanunvericiliyin tələbinə əsasən kommersiya münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Hazırki mülki işdə kommersiya münasibətlərindən irəli gələn mübahisələr olsa da tərəflər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu isə mülki prosessual qanunvericiliyin pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən mülki iş baxılmamış saxlanılmalı idi. İddiaçının apellyasiya şikayətinə qarşı yazılı etirazı: İddiaçı ASC apellyasiya şikayətinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iş üzrə 3 dəfə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Bundan başqa iddia tələbi xx.xx.2020-ci il tarixində verilmiş və həmin tarixdən xx.xx.2022-ci il tarixədək iki il ərzində cavabdehlərə faizlər hesablanmışdır. Nəzərə alınsa ki, 802250-662182/1 saylı kredit müqaviləsi və 802275-663590/1 saylı kredit müqaviləsi xx.xx.2019-cu il tarixində imzalanmış və kredit 3 ay güzəşt müddəti olmaqla, yalnız faiz ödənilməklə 36 ay müddətinə verilmişdir. Yəni, kredit müqaviləsinin müddəti keçdikdən sonra faiz hesablanmamışdır. Cavabdeh apellyasiya şikayətində qeyd etdiyi 2-ci məsələ ondan ibarətdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən kommersiya münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən öncə ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Qeyd olunur ki, mülki iş xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-43/2022 saylı qətnaməsinə əsasən iddia tələbləri təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayətinə əsasən iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən mülki iş baxılması üçün aidiyyatı üzrə Gəncə Kommesiya Məhkəməsinə göndərilmişdir. Odur ki, iddia tələbləri 2020-ci ilin mart ayında Gəncə Kommersiya Məhkəməsi deyil, Gəncə şəhəri Nizami rayon Məhkəməsinə göndərildiyindən mediasiya təşkilatına müraciət olunmamışdır. “Mediasiya haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin qanunun 39-cu maddəsinə əsasən, qanunun 3.2-ci maddəsi və ona bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minir. Odur ki, məhkəməyə müraciət olunan zaman mediasiya təşkilatına müraciətin olunma zərurəti olmamışdır. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinə qarşı yazılı etirazda göstərilənlərin məzmununa uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsində qiymətləndirmə rəyi alındıqdan sonra yalnız qeyri-yaşayış sahəsindən ibarət olan ipoteka predmetinin dəyəri mübahisələndirilmiş və məhkəmə tərəfindən də yenidən qiymətləndirmə həyata keçirilmişdir. Dİgər ipoteka predmetlərinin dəyəri mübahisələndirilməmişdir. Buna görə də hesab edir ki, hazırkı icraat çərçivəsində cavabdehin digər ipoteka predmetinin dəyərini mübahisələndirməsi yolverilən deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 30.6. İpoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Məhkəmə kollegiyası tərəfindən Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən hissə üzrə, yəni cavabdehlərdən tutulan əsas borc və faiz məbləği, ipoteka predmeti olan ünvan 5 ünvanda yerləşən 4 nömrəli mənzilin ilkin satış qismətinin müəyyən edilməsi və mediasiyanın tətbiqi ilə əlaqədar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasların olub-olmaması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayətitəmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh qətnamə ilə tutulan borc məbləğini mübahisələndirməklə, həmin məbləğlərin düzgün hesablanmadığını iddia etsə də tələb edilən borc məbləğinin düzgün hesablanmamasına dair hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyrimüəyyən dəlillər irəli sürmüşdür. Digər tərəfdən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert tərəfindən müvafiq rəy verilmişdir. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti bitdikdən sonra faiz hesablandığını iddia etsələr də onların bu dəlilləri də əsassız olmuşdur. Belə ki, iş materiallarında olan 07 mart 2019-cu il tarixli, 802250-662182/1 saylı və 07 mart 2019-cu il tarixli, 802275-663590/1 saylı kredit müqavilələrindən görünür ki, həmin müqavilələr üzrə borc məbləği 36 ay müddətinə qaytarılmaqla verilmiş və müqavilələr üzrə öhdəliyin icrasının son müddəti 07 mart 2022-ci il tarixədək müəyyən edilmişdir. Tələb olunan və birinci instansiya məhkəməsi tərəfindən qət edilən faiz məbləği isə 04 mart 2022-ci il tarixinədək hesablanmış faizlər olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin qanunun 39-cu maddəsinə əsasən isə qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il iyulun 1-dən qüvvəyə minmişdir. Hazırkı iş üzrə isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə 03 iyun 2020-ci il tarixdə müraciət etmiş və mülki iş üç ilə yaxın müddətdə birinci instansiya məhkəmələrinin icraatında olmuşdur. Odur ki, məhkəməyə müraciət olunan zaman ilkin mediasiya sessiyasında iştirak üçün müvafiq tələb olmamaqla, qeyd olunan əsasa görə iddia ərizəsinin baxılmamış saxlanması üçün əsas mövcud olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan ünvan 5 ünvanda yerləşən 4 nömrəli mənzilin yenidən qiymətləndirilməsini xahiş etmişdir ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan vəsatətini də əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.2-ci bəndi ilə ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 27000 ( iyirmi yeddi min) manat müəyyən edilmişdir ki, həmin məbləğ "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində müəyyən edilmiş 32000 manatlıq məbləğlə uyğunluq təşkil etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsini yenidən həyata keçirmiş və əldə edilmiş mütəxəssis rəyi ilə ipoteka müqaviləsində tərəflərin razılığı ilə müəyyən edilmiş məbləğ arasında hər hansı bir kəskin fərq olmamışdır ki, birinci instansiya məhkəməsi də ipoteka predmetinin ilkin satış dəyərini məhz həmin rəy əsasında müəyyən etmişdir. Cavabdeh isə ipoteka predmetinin həmin dəyərdə olmamasını iddia etsə də buna dair hər hansı bir əsaslı arqument irəli sürməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 30.6-cı maddəsinə əsasən ipoteka predmetinin özgəninkiləşdirilməsinin əsas öhdəlik üzrə tələblərin ödənilməsinə kifayət etdiyi hallarda, bu Qanunun 30.1-ci maddəsinin tələbləri nəzərə alınmadan ipoteka qoyan ipoteka predmetini özgəninkiləşdirə və ipoteka saxlayana əsas öhdəlik üzrə borclarını ödəyə bilər. İpoteka qoyan bu Qanunun 25.3.5-ci maddəsində nəzərdə tutulmuş əsas öhdəliyin həcmi barədə arayışı notariusa təqdim edir. Bu halda notarius ipoteka predmetinin özgəninkiləşdirilməsinə dair müqaviləni təsdiqləyir, ipoteka saxlayanın tələblərinin tam ödənilməsinə dair müəyyən edilmiş məbləğin ipoteka saxlayanın hesabına köçürülməsini təmin edir. İpoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət etməlidir. Göründüyü kimi qanunvericilik ipoteka qoyana ipoteka ilə yüklü edilmiş əmlakını özgəninkiləşdirmək imkanı verməkdədir ki, ipoteka qoyan əmlakının dəyərinin daha yüksək olduğunu iddia etdiyi halda əsas öhdəlik üzrə tələblərin ödənilməsini təmin etməklə ipoteka premetini iddia etdiyi yüksək qiymətə özgəninkiləşdirə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2-2(115)-604/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommerisya kollegiyasına kassasiya şikayəti verilə bilər.