Məhkəmə qərarları › İş №2-2(104)-235/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-235/2023

20.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-235/2023 20.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin kommersiya kollegiyası-hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması” tələbinə dair ilk iddiası və iddiaçı Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən, onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pul” tələbinə dair qarşılıqlı iddiası üzrə Gəncə Kommersiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2-2(115)-777/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və müəyyən olunmuş paylara mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH ******* nömrəli çıxarışa əsasən sahibkarlıq məqsədi ilə Xanlar rayonu Qızılca kəndi ərazisindəki ehtiyat fondu torpaqlarından Cavabdeh adına qeydə alınmış 0,30 ha torpaq sahəsini və Xanlar rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamına əsasən, həmin torpaq sahəsində inşasına icazə verilmiş 5 ədəd avtomaşın təmiri sexini və bir ədəd ofis binasını İddiaçı və Cavabdeh ümumi birgə əmlakı hesab edilməsi, onların ümumi birgə əmlakda paylarının bərabər, yəni ikidə bir hissədə müəyyən olunması, müəyyən olunmuş paylara tərəflərin mülkiyyət hüququnun tanınması, ödənilmiş dövlət rüsumu hesabına 100 manat pulun Cavabdeh alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bibisi oğlu olmaqla yaxın qohumdur. Uşaq vaxtlarından onlar yaxın münasibətdə olmuşlar və gənc yaşlarında birgə biznes fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmişlər. Bu məqsədlə onlar Xırdalan şəhərində yerləşən VAZ-ın Bakı mərkəzindən maşınlar alıb, gətirib Gəncə şəhərində satmaqla qazanc əldə etmişlər. Birgə əldə etdikləri qazanc hesabına 2004-cü ildə Xanlar (indiki Göygöl) rayonunun Quşqara qəsəbəsində yerləşən Qızılca kəndinin ərazisindən 0,3 ha torpaq sahəsi almışlar. Aralarında olan razılığa əsasən və yaxın qohum olduqlarından bir-birinə olan dərin inamı və etibarı, habelə səmimi münasibəti nəzərə alıb torpaq sahəsini Cavabdeh adına sənədləşdirmişlər. Belə ki, Xanlar rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli, 180 saylı sərəncamına əsasən, Cavabdeh Xanlar (indiki Göygöl) rayonunun Qızılca Bələdiyyəsinin qərarı ilə satılmış torpaq sahəsində, torpağa mülkiyyət hüququna dair dövlət aktında cizgidə göstərilən sərhəd daxilində, avtomobillərin alqı-satqısını təşkil etmək məqsədi ilə mağaza, avtomobillərə texniki xidmət göstərmək üçün avtoserviz və digər köməkçi binalar tikməsinə icazə verilmişdir. DƏDRX-in Gəncə Şəhər Ərazi İdarəsinin verdiyi 11 aprel 2007-ci il tarixli, 1507025-40 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, 000139 nömrəli çıxarışla Cavabdeh adına Xanlar rayonu Qızılca kəndi ərazisindəki ehtiyat fondu torpaqlarından sahibkarlıq məqsədi ilə 0,30 ha torpaq sahəsinin onun mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 171 nömrəli vərəqində qeydiyyata alınmışdır. Alınmış torpaq sahəsindən avtosalon kimi istifadə etmişlər və həmin torpaq sahəsində 4 ədəd avtomaşın təmiri sexi və bir ədəd ofis binası inşa etmişlər. Tikinti işlərini və obyektin idarəçiliyini o həyata keçirmiş və bütün pul ödənişlərini də o, etmişdir. Ödənişlər obyektin fəaliyyətindən əldə olunmuş gəlir hesabına həyata keçirilmişdir. Lakin həmin məbləğ az olduğundan torpaq sahəsini girov qoymaqla, Cavabdeh adına, öz şəxsi avtomaşınını girov qoymaqla isə həyat yoldaşının adına bankdan kreditlər götürmüşdür. Götürülmüş kreditləri banka ödəmiş, lakin 2008-ci ildən ölkədə iqtisadi böhran olduğu zaman kreditin ödənilməsində çətinlik yarandığından Bakı şəhərində olan bir otaqlı mənzilini satıb kreditlər üzrə olan bütün borcları tam ödəmişdir. 2011-ci ildə Cavabdeh Rusiyaya getmiş və 1 ildən artıq bir müddət orada işləyib yaşamışdır. Həmin dövrdə obyektin gəlirindən əldə edilmiş puldan İddiaçı Cavabdeh Şəmkir şəhərində yaşayan ailə üzvlərinə mütəmadi olaraq ödəmişdir. Obyektin normal fəaliyyət göstərməsi üçün vergi orqanlarında qeydiyyata düşmək zərurəti yarandığından aralarında formal olaraq icarə müqaviləsi bağlamaq lazım gəlmişdir. Bu məqsədlə 2013-cü ildə tərəflər arasında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında adına vergi orqanında VÖEN açdırılmışdır. Müqavilədə hər ay icarəçiyə 160 manat icarə ödənilməsi barədə olan şərt tərəflər arasında olan razılaşmaya əsasən və obyektin şərikli olması səbəbindən formal olmuşdur. Ona görə də İddiaçı Cavabdeh heç bir icarə haqqı ödəmək öhdəliyi olmamışdır. Obyektin iş fəaliyyəti belə olmuşdur ki, öz avtomobillərini satmaq istəyən şəxslər avtomobili gətirib avtosalona yerləşdirmiş, avtomobil satıldıqda isə həmin şəxsdən 200 manat məbləğində salon pulu deyilən pul almışdır. 2000-ci ilin axırlarında Cavabdeh DAEWOO şirkətinin maşınlarını satmaq üçün müqavilə bağladığını bildirib və həmin müqavilə əsasında müstəqil fəaliyyət göstərmək istədiyini bildirmişdir. O, buna etiraz etməmiş, hər biri ayrı-ayrılıqda fəaliyyət göstərmişdir. Həmin vaxtdan tərəflər arasında fikir ayrılıqları yaranmışdır. Yaranmış fikir ayrılıqları getdikcə böyüyərək 2020-ci ilin axırlarında kəskin ziddiyyətlərə çevrilmişdir. Cavabdeh DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayətlər edərək, guya iddiaçının ona icarə haqqı hesabına pul borcu olduğunu, ona qarşı dələduzluq etdiyini bildirmişdir. Onun müraciəti Göygöl rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırılmış, lakin Cavabdeh şikayəti üzrə toplanmış materialda heç bir dələduzluq və ya digər cinayət əməlinin tərkib əlamətləri olmadığından, 22 mart 2021-ci il tarixli qərarla onun barəsində cinayət işinin başlanması rədd edilmiş və tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan bununla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilmişdir. Buna baxmayaraq, Cavabdeh DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayətlər etməyə davam etmişdir. Göstərilənlərə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH ******* nömrəli çıxarışa əsasən sahibkarlıq məqsədi ilə Xanlar rayonu Qızılca kəndi ərazisindəki ehtiyat fondu torpaqlarından Cavabdeh adına qeydə alınmış 0,30 ha torpaq sahəsi və Xanlar rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamına əsasən, həmin torpaq sahəsində inşasına icazə verilmiş 5 ədəd avtomaşın təmiri sexi və bir ədəd ofis binası iddiaçı X4 və Cavabdeh ümumi birgə əmlakı hesab edilməli, onların ümumi birgə əmlakda payları bərabər, yəni ikidə bir miqdarda müəyyən olunmalı, müəyyən olunmuş paylara tərəflərin mülkiyyət hüququ tanınmalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh İddiaçı qarşı “icarə müqaviləsinin ləğv edilməsi, torpaq sahəsindən, onun üzərində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılma və pul” tələblərinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini, onunla İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı və digər şəxslərin ona məxsus Göygöl rayonu Qızılca kəndi ərazisindəki 0,30 ha torpaq sahəsindən (MH ******* nömrəli çıxarışa əsasən) və həmin torpaq sahəsində inşa edilmiş avtomaşın təmir sexlərindən, ofis binasından çıxarılması, ödənilməyən icarə haqqına görə 84150 manat, 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat “Rotest” aparatına görə, 800 manat tozsorana görə olmaqla, cəmi 102450 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumuna görə 392 manat 45 qəpik pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı tələbini qəbul etmir, iddia ərizəsinin dəlilləri həqiqətə uyğun deyildir, əsasları isə tamamilə qanunsuzdur. Belə ki, İddiaçı Cavabdeh doğma dayısı oğludur. O avtombillərin satışı ilə məşğul olurdu. Ona Xanlar rayon icra Hakmiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli 180 saylı sərəncamına əsasən, Xanlar rayonu Qızılca kəndi ərazisində yerləşən ehtiyat fondu torpaqlarından sahibkarlıq məqsədilə 0,30 ha ayrılmışdır. O, həmin torpaq sahəsində 150 kv.m olan ofis binası, 5 ədəd avtomaşınların təmiri üçün sexlər tikdirmişdir. Bütün bu işləri öz vəsaiti hesabına aparmışdır. Həmin əraziyə elektrik xətti çəkdirərək transformator quraşdırmışdır. Anarın aparılan bu təmir-tikinti işlərindən ümumiyyətlə məlumatı olmamışdır. Bu işlərin təşkilinə, o cümlədən təmirinə və tikintisinə Anar tərəfindən heç bir vəsait qoyulmamışdır. Həmin vaxtlarda müxtəlif markalı avtomaşınların satışını aparırdı. Anarı bu işlərə məhz o, cəlb etmişdir. O qohumu oduğundan ona bütün işlərinin aparılmasını da həvalə edirdi. Anar 2008-ci ildən ondan ayrılmışdır. Həmin vaxtdan 2012-ci ilədək Anar müxtəlif təyinatlı işlərlə məşğul olmuşdur. Bu müddətdə onunla ümumiyytələ görüşməmişdir. Anar getdkidən sonra onun işlərinin dövriyyəsi artmışdır. Müxtəlif avtomobillərin satışını təşkil edə bilmişdir. Anar fəaliyyətlərinin genişlənməsindən xəbər tutduqdan sonra geri qayıdıb onunla işləməyinin mümkünlüyünü xahiş etmişdir. Anar ərazidə onun üçün VAZ-2107 markalı rus avtmobillərinin satışına icazə verməsini xahiş etmiş, bir müddət ona razılıq verməmişdir. Atasının xahişindən sonra ona istədiyi şəraiti o yaratmışdır. Anar öz maşınlarının satışını aparırdı, onun işlərinə də heç bir köməyi olmamışdır. Təxminən, 2013-cü ildə başqa əlverişli təklif gəldiyindən o, Bakıya getməli olmuşdur. Anar həmin yeri ona icarəyə verilməsini xahiş etmişdir. Razılığa əsasən Anar hər ay ona 500 dollar pul ödəməli idi. Lakin, Anarın təkidi ilə aralarında bağlanmış icarə müqaviləsində icarə haqqını 160 manat kimi qeyd etmişlər. Bu barədə Anarla xx.xx.2013-cü il tarixdə icarə müqaviləsi bağlamışdır. İcarə müqaviləsinin 5.1-ci bəndinə əsasən icarə müddəti 2013-cü ildən 2018ci ilədək 5 il müəyyənləşdirildi. Lakin həmin bəndə əsasən əgər tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə müqavilə həmin müddətə uzadılmış hesab edilir. Anar bir müddət, təxminən 9 ay ona hər ay üçün 500 dollar pul ödəmişdir. Bundan sonra Anar heç bir ödəniş etməmişdir. O qohumu olduğundan onu teztez narahat etmirdi. İddiaçı ona işlərinin yaxşı olmadığını satışın dövriyyəsinin aşağı düşdüyünü bildirərək, ona tezliklə bütün borclarını bağlayacağını söz vermişdir. O, Anara hələ də etibar etdiyindən onun bütün söylədiklərinə inanırdı. Lakin ona təsadüfən verilən məlumatdan bilmişdir ki, Anarın işləri heç də onun söylədikləri kimi pis olmamışdır. O isə bu müddət ərzində onu icarə haqqı belə verməkdən imtina etmişdir. Bundan sonra 2019cu ilədək onu gözləmişdir. Həmin müddətdə o dəfələrlə həmin ərazinin ona satılmasını xahiş etmişdir. Lakin obyektin satılmasına razılıq verməmişdir. Anarın bütün bu hərəkətlərindən sonra ondan bütün ödənilməmiş icarə haqlarının ödənilməsini tələb etmişdir. Onun tərəfindən Anara pretenziya məktubları göndərilmişdir. Pretenziyaya cavabda "pandemiya" ilə bağlı işlərin yaxşı olmadığından icarə haqlarının vaxtında ödəilmədiyni qeyd edərək müqavilədə müəyyən edilmiş 160 manatın icarə haqının ödənilməyinə hazır olduğunu və bununla bağlı müvafiq Bank hesabının təqdim edilməsini xahiş etmişdir. İcarə haqqı olaraq 160 manat pulun ödənilməsinə razı olmayaraq ona növbəti Preteneziya göndərərək keçən 9 il müddətində hər ay üçün 500 ABŞ dolları məbləğində icarə haqqlarının ödənilməsini, qeyri-yaşayış sahəsinin boşaldılmasını və icarə müqaviləsinə xitam verilməsini tələb etmişdir. İddiaçı onun bu tələbini də yerinə yetirməmişdir. Bundan sonra onun barəsində müxtəlif polis orqanlarına müraciət etmişdir. İddiaçı iddia ərizəsində həmin qeyri- yaşayış sahəsinə sərmayə qoyduğunu, onun ailəsinə yardım etdiyini göstərmişdir. İddiaçı bütün bu dəlilləri təmamilə əsassızdır və həqiqətə uyğun deyildir. Anar ona ünvanlamış pretenziyalara cavab məktublarında ona qarşı heç bir tələb irəli sürməmişdir. Əgər onun qeyri-yaşayış sahəsinin təmir və tikintisində torpaq sahəsinin alınması və ayrılmasında hər hansı bir iştirakı olsaydı, o, ona qarşı pretenziyalarını bildirmiş olardı. Ona görə də hesab edir ki, İddiaçı ona qarşı iddia tələbi təmin edilməməlidir. İşin hazırki halında İddiaçı qarşı tələb irəli sürüb aralarındakı icarə müqaviləsinə xitam verilməsini, ona dəyən zərərin, həmçinin torpaq sahəsi və qeyriyaşayış sahələrindən çıxarılma və ödəniləməyən icarə haqqlarının ödənilməsini tələb etməlidir. İcarə haqqı olaraq İddiaçı ona olan borcu hər ay üçün 500 dollar olmaqla 9 il müddətinə 49500 (qırx doqquz min beş yüz dollar-(84150 səksən dörd min yüz əlli manat) təşkil edir. Həmin torpaq sahəsində ona məxsus 25 tonluq dəmirdən düzəldilmiş 5000 manat dəyərində su çəni vardır. Qeyri-yaşayış sahəsini də tam yararlı vəziyyətə təmir edib Anarın istifadəsinə verilmişdir. Qeyri-yaşayış sahəsinin təmir-bərpa işlərinə hazırda 10000 manat vəsait lazımdır. Avtomoyka üçün 2500 manat məbləğində alınmış maşın yuyan "Rotest" avadanlığı və 800 manat dəyəində maşın üçün Tozsoran hələ də Anarın qeyriqanuni istifadəsindədir. Odur ki, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi, cavabdeh İddiaçı və digər şəxslərin ona məxsus Göygöl rayonu Qızılca kəndi ərazsindəki 0,30 ha torpaq sahəsindən (MH ******* nömrəli çıxarışa əsasən) və həmin torpaq sahəsində inşa edilmiş avtomaşın temiri sexlərindən, ofis binasından çıxarılması, ödənilməyən icarə haqqına görə 84510 manat, 10000 manat təmir xərcinə görə, 5000 manat su çəninə görə, 2500 manat “Rotest” aparatına görə, 800 manat tozsorana görə olmaqla, cəmi 102450 manat ödənilmiş dövlət rüsumuna görə 392 manat 45 qəpik pulun cavabdeh İddiaçı alınaraq özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaya qarşı ilk iddia üzrə iddiaçının yazılı etirazı: İlk iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə dair etiraz ərizəsi təqdimedərək, etirazını onunla əsaslandırmışdır ki, qarşılıqlı iddia ərizəsində göstərilənlər tam əsassız olmaqla, həqiqətə uyğun deyildir. Belə ki, onlar alınmış torpaq sahəsindən avtosalon kimi istifadə etmişlər və həmin torpaq sahəsində 4 ədəd avtomaşın təmiri sexi və bir ədəd ofis binası inşa etmişlər. Tikinti işlərini və obyektin idarəçiliyini İddiaçı həyata keçirmiş və bütün pul ödənişlərini də o etmişdir. Ödənişlər obyektin fəaliyyətindən əldə olunmuş gəlir hesabına həyata keçirilmişdir. Lakin həmin məbləğ az olduğundan o torpaq sahəsini girov qoymaqla, Cavabdeh adına şəxsi avtomaşını girov qoymaqla, həyat yoldaşının adına bankdan kreditlər götürmüşdür. Götürülmüş kreditləri banka ödəmiş, lakin 2008-ci ildən ölkədə iqtisadi böhran olduğu zaman kreditin ödənilməsində çətinlik, yarandığından Bakı şəhərində olan bir otaqlı mənzilini satıb kreditlər üzrə olan bütün borcları tam ödəmişdir. 2011-ci ildə Cavabdeh Rusiyaya getmiş və 1 ildən artıq bir müddət orada işləyib yaşamışdır. Həmin dövrdə obyektin gəlirindən əldə edilmiş puldan İddiaçı Cavabdeh Şəmkir şəhərində yaşayan ailə üzvlərinə mütəmadi olaraq ödəmişdir. Kreditlərin götürülməsi barədə sənədlər məhkəmə iclasında təqdim olunacaqdır. Qarşılıqlı iddia ərizəsində göstərilən digər fakt, yəni İddiaçı 2008-ci ildə ayrılaraq başqa təyinatlı işlərlə məşğul olması barədə göstərilənlər əsassızdır. Belə ki, 2008-ci ildə tərəflər artıq şərikli formada tikinti işlərini başa çatdırmış, obyekt hazır formada fəaliyyət göstərmişdir. Həmin vaxt Cavabdeh özü müstəqil surətdə Özbəkistan Respublikasında istehsal olunan Daewoo markalı avtomaşınların satışı ilə məşğul olmaq istədiyini bildirib, İddiaçı isə VAZ 2107 markalı avtomaşınların satışı ilə məşğul olmaqda davam etməsini təklif etmişdir. Tərəflər bu barədə razılığa gəlmişlər. Daha sonra qarşılıqlı iddia ərizəsində Cavabdeh göstərdiyi digər fakt, yəni İddiaçı obyektin ona icarəyə verilməsini, hər ay ona 500 dollar məbləğində pul ödəməsi ilə bağlı göstərdikləri də əsassızdır. Belə ki, onun tərəfindən belə xahiş və təklif edilməmişdir. O yalnız kredit götürülməsi, sosial ödənişlərin rəsmiləşdirilməsi, bunun üçün vergi orqanlarında qeydiyyata alınması üçün formal olaraq icarə müqaviləsinin bağlanmasını təklif etmişdir. İcarə müqaviləsi məhz bu məqsədlə bağlanmışdır. Şərikli obyektdə şəriklərdən birinin digərinə aylıq pul ödəməsi ağlabatan söhbət deyildir. Formal olan icarə müqaviləsinə görə Cavabdeh ondan icarə haqqı tələb etməsi tam əsassızdır. Digər tərəfdən icarə müqaviləsi rəsmi müqavilə olsaydı belə, Cavabdeh ondan icarə haqqı tələb etməsi qanuni hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göstərilən iddia müddəti Cavabdeh tərəfindən heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. İddia müddətinin tətbiqi ilə bağlı ayrıca ərizə təqdim olunacaqdır. Qeyd olunan icarə müqaviləsinin formal olmasını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, icarə müqaviləsində ofis binasının yalnız 32 kv.m dən ibarət olan giriş hissəsinin icarəyə verilməsindən söhbət gedir. Qarşılıqlı iddia ərizəsində daha sonra göstərilir ki, İddiaçı Cavabdeh tərəfindən ona göndərilən pretenziyalara cavab məktublarında ona qarşı heç bir tələb irəli sürməmişdir, əgər onun qeyri-yaşayış sahəsinin təmir və tikintisində torpaq sahəsinin alınması və ayrılmasında hər hansı bir iştirakı olsaydı, ona qarşı pretenziyalarını bildirmiş olardı. Qarşılıqlı iddia ərizəsində bu barədə göstərilənlər də tam əsassızdır. Belə ki, həmin vaxt Cavabdeh Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsinə etdiyi şikayət əsasında o həmin idarəyə aparılaraq 5 gün orada qanunsuz olaraq saxlanılmışdır. Həmin vaxtı onun yaxın qohumları ilə müqavilə bağlamış vəkil pretenziyalara cavab vermişdir. O, işin mahiyyətinə yaxından bələd olmadığından cavab məktublarında bu barədə heç bir məlumat qeyd etməmişdir. Qarşılıqlı iddia ərizəsində tələb olunan su çəni mövcud olmaqla hazırda da obyektdədir. Avtoyuma üçün istifadə olunan avadanlıqlar barədə qoyulmuş tələb də əsassızdır. Gəncə Kommersiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2-2(115)-777/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2013-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi, 17440 manat məbləğində icarə haqqı və ödənilmiş 400 manat 95 qəpik məbləğində dövlət rüsumunun İddiaçı İmamaqulu oğlundan tutularaq, Cavabdeh ödənilməsi, İddiaçı Cavabdeh məxsus Göygöl rayonu Qızılca kəndində yerləşən 0.30 hektar torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahələrindən çıxarılmaları və qarşılıqlı iddianın qalan hissəsində təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 10 avqust 2005-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Cavabdeh tərəfindən Qızılca rayon bələdiyyə orqanına 10 iyun 2005-ci il tarixdə torpaq sahəsi almaq barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Qızılca Bələdiyyə ərazisində 0,30 ha torpaq sahəsinin satılması barədə 2005-ci il 30 iyun tarixli 05 nömrəli qərar qəbul edilmişdir. JN-1195, Kod-50807005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Xanlar rayonu Qızılca Bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli 05 saylı qərarı ilə satılmış 0.30 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Xanlar (Göygöl) rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli, 180 saylı sərəncamından çıxarışın sürətindən görünür ki, ünvan 1 ünvanda yaşayan vətəndaş Cavabdeh, Xanlar rayon Qızılca bələdiyyəsinin müvafiq qərarı ilə ona satılmış torpaq sahəsində, avtomobillərin alqı-satqısı üçün mağaza, avtomobillərə xidmət göstərmək üçün avtoservis və digər köməkçi binalar tikməsinə icazə verilməsini xahiş etmiş və ona torpağa mülkiyyət hüququna dair Dövlət aktında cizgidə göstərilən sərhəd daxilində avtomobillərin alqı-satqısını təşkil etmək məqsədi ilə mağaza, avtomobillərə texniki xidmət göstərmək üçün avtoservis və digər köməkçi binalar tikməsinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Xanlar (Göygöl) rayonu Qızılca kəndində yerləşən 0.30 ha ehtiyat fondu təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli İcarə müqaviləsindən görünür ki, icarəyə verən Cavabdeh özünə məxsus Göygöl rayonunun Qızılca kəndində yerləşən 32.0 kv.m olan qeyri- yaşayış sahəsini (avtosalonu) hər ay 160 (yüz altmış) manat icarə haqqı olmaqla, xx.xx.2013-cü ildən xx.xx.2018-ci il tarixədək icarəçi İddiaçı icarəyə vermişdir. Həmin müqavilənin 5.1-ci bəndindən görünür ki, tərəflərdən hər hansı biri müqaviləyə xitam verilməsi haqqında müraciət etməzsə müqavilə həmin müddətə uzadılır. Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış məktublardan göründüyü kimi Cavabdeh İddiaçı icarə müqaviləsində göstərilən şərtlərə əməl etmədiyinə görə icarə müqaviləsinə xitam verilməsini, icarə haqqının və obyektə vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, İddiaçı bağlanmış xx.xx.2013-cü il tarixli İcarə müqaviləsinin 5.1-ci bəndi nəzərə alınmaqla icarə münasibətlərinin davam etdiyini, icarə müqaviləsi üzrə nəzərdə tutulmuş icarə haqqının tərəfindən qismən ödənilmiş olsa da, onun mütəmadi/vaxtında və tam həcmdə ödənilməsi, o cümlədən 2 (iki) il davam edən fors-major hallar- məlum COVİD-19 pandemiyası və onun sahibkarlara münasibətdə fəsadları/zərəri səbəbindən mümkün olmamışdır. Qeyd olunanları və yığılmış/ödənilməmiş icarə haqqının tez bir zamanda ödənilməsinin zəruriliyini nəzərə alaraq icarə haqqının qarşı tərəfə ödənilməsi üçün bank yaxud hər hansı kart rekvizitlərini qısa müddətdə ona verilməsini bildirmişdir. Həmin məktub 23 sentyabr 2021-ci il tarixdə Cavabdeh ünvanlanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2-2(115)-777/2023 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2-2(115)-777/2023 saylı qətnaməsinin ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın təmin olunması hissəsində rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qət etdiyi qətnamə qeyri-obyektiv olmaqla, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki hallar tam araşdırılmamış, habelə məhkəmə qərarında göstərilmiş nəticə işin faktiki hallarına uyğun deyildir. İşə baxılarkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyindən irəli gələn maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsinin ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi bu nəticələrlə razılaşmaq olmaz. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə məhkəmə iclasında araşdırılmış və iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla tam təkzib edilir. Ona görə də, həmin nəticə qanuni, əsaslı və obyektiv hesab edilə bilməz. Məhkəmə iclasında müəyyən edilmiş sübutlarla mübahisəsiz qaydada təsdiq edilmişdir ki, iş üzrə ilkin iddia məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada öz təsdiqini tapır. Əvvəla, Cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində özü etiraf etmişdir ki, hazırki iş üzrə daşınmaz əmlakı onla birlikdə, yəni şərikli olaraq əldə etmiş və həmin daşınmaz əmlakdan müxtəlif markalı avtomaşınların satışını həyata keçirmək üçün istifadə etmişdir. Həmin qarşılıqlı iddia ərizəsində Cavabdeh qeyd etmişdir ki, 2008-ci ildə onlar şərikli daşınmaz əmlakdan istifadə etməkdə davam etməklə yanaşı, fəaliyyət növlərini ayırmışlar, yəni Cavabdeh “DAEWOO” markalı avtomaşınların o isə Lada markalı avtomaşınların alqı-satqısı ilə məşğul olmuşdur. İş üzrə mübahisəli hesab edilən daşınmaz əmlakın tərəflərin ümumi birgə mülkiyyəti olmasını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, iş üzrə mübahisəli hesab edilən obyektin inşası və inkişafı üçün əldə olunmuş gəlir kifayət etmədiyindən o sözügedən torpaq sahəsini girov qoymaqla Cavabdeh adına, öz şəxsi avtomaşınını girov qoymaqla isə həyat yoldaşının adına bankdan kreditlər götürmüşdür. Götürülmüş kreditləri banka o, ödəmiş, lakin 2008-ci ildən ölkədə iqtisadi böhran olduğu zaman kreditin ödənilməsində çətinlik yarandığından İddiaçı Bakı şəhərində olan bir otaqlı mənzilini satıb kreditlər üzrə olan bütün borclarını tam ödəmişdir. İddiaçının təqdim etdiyi qeyd olunan sübutu Cavabdeh təkzib etməmiş, həmin sübutu məhkəmədə qismən təsdiq etmişdir. İddia tələbinin əsaslılığını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, 2011-ci ildə Cavabdeh Rusiyaya getmiş və 1 ildən artıq bir müddət orada işləyib yaşamışdır. Həmin dövrdə obyektin gəlirindən əldə edilmiş puldan Cavabdeh Şəmkir şəhərində yaşayan ailə üzvlərinə mütəmadi olaraq ödəmişdir. Cavabdeh onun göstərdiyi bu dəlili də etiraf etmiş və təsdiq etmişdir ki, həqiqətən də o, Rusiyada olduğu dövrdə İddiaçı obyektin gəlirindən əldə edilmiş puldan onun ailə üzvlərinə pul ödəmişdir. Mübahisəli hesab edilən obyektə dair tərəflər arasında bağlanmış icarə müqaviləsinin formal olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, icarə müqaviləsində ofis binasının yalnız 32 kv.m-dən ibarət olan giriş hissəsinin icarəyə verilməsi onu təsdiq edir ki, müqavilə hüquqi nəticələr yaratmaq üçün deyil, formal olaraq, yəni onun vergi orqanlarında adına VÖEN açması üçün bağlanmışdır. İddiaçı Cavabdeh heç bir icarə haqqı ödəmək öhdəliyi olmamışdır. Obyektin iş fəaliyyəti belə olmuşdur ki, öz avtomobillərini satmaq istəyən şəxslər avtomobili gətirib avtosalona yerləşdirmiş, avtomobil satıldıqda isə həmin şəxsdən 200 manat məbləğində salon pulu deyilən pul almışdır. 2000-ci ilin axırlarında Cavabdeh DAEWOO şirkətinin maşınlarını satmaq üçün müqavilə bağladığını bildirib və həmin müqavilə əsasında müstəqil fəaliyyət göstərmək istədiyini bildirmişdir. O isə buna etiraz etməmiş, hər biri ayrı ayrılıqda fəaliyyət göstərmişdir. İlkin iddia tələbinin əsaslılığı ilkin iddia üzrə iddiaçının təqdim etdiyi və məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə də tam təsdiq edilir. Belə ki, qarşılıqlı iddia ərizəsində Cavabdeh göstərdiyi fakt, yəni onun obyektin icarəyə verilməsini, hər ay ona 500 dollar məbləğində pul ödəməsi ilə bağlı göstərdikləri əsassızdır. Belə ki, onun tərəfindən belə xahiş və təklif edilməmişdir. O yalnız kredit götürülməsi, sosial ödənişlərin rəsmiləşdirilməsi, bunun üçün vergi orqanlarında qeydiyyata alınması üçün formal olaraq icarə müqaviləsinin bağlanmasını təklif etmişdir. İcarə müqaviləsi məhz bu məqsədlə bağlanmışdır. İlkin iddia tələbinin əsaslılığı ilkin iddia üzrə iddiaçının təqdim etdiyi və məhkəmə iclasında dindirilmiş şahidlərin izahatları ilə də tam təsdiq edilir. Belə ki, işə Göygöl rayon məhkəməsində baxılarkən məhkəmə iclasında şahid qismində iştirak edən X8, X1, X5, X6 izahatları ilə təsdiq edilir ki, hazırki iş üzrə mübahisəli hesab edilən 30 sot torpaq sahəsinin pulunu o ödəmiş və Cavabdehlə birlikdə həmin torpaq sahəsində şərikli avtosalon tikmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, tərəflərin, yəni o və Cavabdeh hər birinin yaxın qohumları olan X10, X2, X3, X9, X13 və X14 izahatları ilə tam təsdiq edilir ki, iş üzrə tərəflər şərikli olaraq mübahisəli hesab edilən 0,30 ha torpaq sahəsini əldə etmiş və şərikli olaraq həmin torpaq sahəsində daşınmaz əmlak inşa etmişlər. Göstərilən torpaq sahəsi və avtosalon onların birgə ümumi əmlakıdır. Buna baxmayaraq birinci instansiya məhkəməsi qeyd olunan sübutlara düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını tam araşdırmamış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının təqdim etdiyi diskdə olan video yazı ilə təsdiq edilir ki, 2008ci ildə tərəflərin müəssisəsində satış meneceri işləmiş, iddiaçının qaynı, cavabdehin isə bacanağı X11 toy məclisində müəssisənin rəhbərləri İddiaçı və Cavabdeh adından Pirxan Kazımova VAZ-2107 markalı avtomaşın hədiyyə edilmişdir. İş üzrə mübahisəli hesab edilən obyektin tərəflərin birgə ümumi əmlakı olmasını təsdiq edən sübutlardan biri də ondan ibarətdir ki, həmin obyektin texniki pasportunun əsli hazırki vaxta kimi ondadır. Birinci instansiya məhkəməsi Cavabdeh təqdim etdiyi və onun əsasən tanımadığı şahidlərin məhkəmə iclasında verdikləri ziddiyyətli izahatların heç bir sübut növü olmadığını əhəmiyyət verməmişdir. Birinci instansiya məhkəməsi iddia müddətinin tətbiq olunması ilə bağlı ərizəsinə düzgün hüquqi qiymət verməmişdir. Həmin ərizə ilə bağlı birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci bəndinə uyğun olaraq icarə müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində başa çatacağından, qarşılıqlı iddia üzrə iddia müddəti keçə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göstərilən iddia müddəti Cavabdeh tərəfindən heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Cavabdeh özünün məhkəmə ilasında verdiyi izahatla təsdiq etməsinə əsasən, onunla İddiaçı arasında 24 sentyabr 2013-cü il tarixdə icarə müqaviləsi bağlandıqdan sonra İddiaçı yalnız 9 ay icarə haqqını ödəmiş, 9 aydan sonra icarə haqqı ödəməkdən imtina etmiş, bu səbəbdən həmin tarixdən, yəni 2014-cü ilin oktyabr ayından başlayaraq o, hüquqlarının pozulduğunu bilmiş, qeyd olunan tarixdən də tərəflər arasında mübahisə yaranmışdır. Tərəflər arasında olan icarə müqaviləsi vaxtaşırı icra edilməli öhdəlik olduğundan və həmin öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən 3 il müəyyən edildiyindən iddia müddəti Cavabdeh tərəfindən 2017-ci ilin oktyabr ayından heç bir üzrlü səbəblər olmadan ötürülmüşdür. Qeyd olunan əsasla qarşılıqlı iddia tələbi tam əsassız hesab edilərək rədd olunmalıdır. Qarşılıqlı iddia ərizəsinə dair etirazla bağlı məhkəmə qeyd etdikləri ilə, yəni iş materiallarında olan onun Cavabdeh ünvanlamış məktubda göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, həmin məktub Cavabdeh DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əsassız şikayətlər edərək, guya onun icarə haqqı hesabına pul borcu olduğunu, ona qarşı dələduzluq etdiyini bildirməsi ilə əlaqədar həmin idarədə bir neçə gün qanunsuz saxlanıldığı dövrdə qohumları tərəfindən onun əsassız saxlamadan buraxılması məqsədilə hüquqi xidmət göstərmək üçün müqavilə bağladıqları vəkil tərəfindən yazılmışdır. Həmin məktubun məzmunundan onun heç bir xəbəri və məlumatı olmamış, yalnız o, əsassız saxlamadan buraxıldıqdan sonra vəkil ona bu barədə bildirmişdir. O həmin vaxtdan qeyd olunan məktubda göstərilənlərlə razılaşmamış və bu barədə Cavabdeh şəxsən bildirmişdir. Birinci intansiya məhkəməsinin qətnaməsində adı çəkilən pretenziya məktubları, yəni tərəflərin bir-birlərinə ünvanladıqları məktublarla əlaqədar qeyd olunmalıdır ki, həmin məktubların heç bir hüquqi əsası yoxdur. Buna görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, onun tərəfindən Cavabdeh ünvanlanmış məktubdakı imza ona məxususdur. Lakin, həmin məktubu əvvəlki vəkili yazmışdır. Lakin, hansı şəraitdə imzalamasını xatırlamır. Belə ki, həmin ərəfədə o, Cavabdeh şikayəti üzrə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılmışdır. Həmin qanunsuz saxlanılmadan azad olunması üçün vəkili belə bir ərizə yazmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu, onun iddiaçı ilə heç bir şərikli fəaliyyətinin olmadığını bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəmələrində işin kifayət qədər araşdırıldığını, birinci instansiya məhkəməsinin sübutlara düzgün qiymət verildiyini, ilk iddia üzrə iddianın sübut edilmədiyini bildirib, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 692.2.1. Kirayəçi müqavilə öhdəliklərinin pozulmasında təqsirli olduqda kirayəyə verənin kirayə hüquq münasibətlərinə xitam vermək arzusu əsaslı sayılır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər;

Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Kommersiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2-2(115)-777/2023 saylı qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilmiş 17440 manat məbləğində icarə haqqı və ödənilmiş 400 manat 95 qəpik məbləğində dövlət rüsumunun İddiaçı tutularaq, Cavabdeh ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, şikayətin dəlillərinə münasibətdə isə qeyd edir ki, hər iki tərəfdən məhkəməyə şahidlər təqdim edilmişdir ki, ilk iddia üzrə iddaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin ifadəsi yazılı sübutlara münasibətdə ilk iddianın təmin edilə bilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, mübahisəli torpaq sahəsi Cavabdeh müraciətinə əsasən Qızılca bələdiyyəsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən ayrılmış və 10 avqust 2005-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən Cavabdeh satılımış və torpaq sahəsinə dair ilk əvvəl JN-1195, Kod-50807005 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmçinin, Xanlar (Göygöl) rayon İcra Hakimiyyəti Başçısının 14 noyabr 2005-ci il tarixli, 180 saylı sərəncamına əsasən həmin torpaq sahəsində tikinti aparılmasına dair icazə də məhz Cavabdeh müraciətinə əsasən verilmişdir. İş üzrə dindirilmiş şahidlər əsasən tərəflərin şərik işləməsini qeyd etmişdir ki, hər hansı bir obyektə tərəflərin müəyyən müddət şərik qismində birgə fəaliyyət göstərməsi, həmin əmlaka (obyektə) birgə mülkiyyət hüququnun əmələ gəlməsini deməyə də əsas verməməkdədir. Mübahisəli əmlakın birgə vəsait hesabına əmələ gəlməsi ilə bağlı isə ilk iddia üzrə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. İlk iddia üzrə iddiaçı tərəfindən götürülümüş kreditlərin isə məhz mübahiəli əmlakın əldə edilməsi üçün sərf edilməsi isə iş materialları ilə təqdiq olunmamaqdadır. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin də mövcudluğu və həmin müqavilənin əhəmiyyətsiz əqd hesab olunmaması da ilk iddianın əsassızlığını təsdiq etməkdədir. Bundan başqa ilk iddia üzrə iddiaçı qarşılıqlı iddiaçı Cavabdeh məhkəməyə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində mübahisəli daşınmaz əmlakı onla birlikdə, yəni şərikli olaraq əldə etdiyini etiraf etdiyini qeyd etsə də qarşılıqlı iddia ərizəsində belə bir etiraf olmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, biricni isntansiya məhkəməsi ilk iddianın təmin edilməməsi hissəsində gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, əsaslı və qanuni olmuşdur. Lakin, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçı tərəfindən icarə haqqı tələbi üzrə iddia müddətinin tətbiqinə dair ərizə verilsə də birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5.1-ci bəndinə uyğun olaraq icarə müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixində başa çatacağını, buna görə də iddia müddətinin keçmədiyini əsas gətirərək iddia müddətinin tətbiq etməkdən imtina etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 373.3 və 551.2.1-ci maddələrinin qarşılıqlı təhlilindən göründüyü kimi icarə haqqı üzrə ödənişlər vaxtaşırı icra edilməli olan öhdəlik hesab olunur ki, həmin tələblər üzrə də 3 illik iddia müddəti tətbiq olunmaqdadır. Tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə aylıq icarə haqqı 160 manat məbləğində müəyyən edilmişdir ki, iddia müddətinin axımı aylıq ödənişin müddətindən başlamış hesab olunmuşdur. İşin hallarına əsasən iddiaçının etiraf etdiyi kimi qarşılıqlı iddia üzrə cavabdeh icarə müqaviləsi bağlandıqdan sonrakı 9 ay ərzində icarə haqqını ödəmişdir ki, bununla da 24 iyun 2014-cü il tarixədək icarə haqqı ödənilmiş hesab olunmuşdur. İddiaçı tərəfindən iddia tələbinin həcmi 21 iyun 2021-ci il tarixdə artırılaraq, həmin tarixədək olan icarə haqqı məbləği tələb edilmişdir. Həmçinin, iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 23 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ödənilməmiş icarə haqqının tez bir zamanda ödəyəcəyini bildirməklə, qarşılıqlı iddiaçıdan bank yaxud hər hansı kart rekvizitlərini qısa müddətdə ona verilməsini bildirmişdir ki, bununla da iddiaçı borcunu etiraf etməklə, Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbi baxımından iddia müddətinin axımını kəsmişdir. İddia müddətinin axımının kəsilməsi isə yalnız iddia müddəti çərçivəsində mümkün olduğu nəzərə alındıqda, 23 sentyabr 2018-ci il tarixədək yaranmış icarə haqları tələbi üzrə iddia müddəti ötürülmüş hesab olunmuşdur. 23 sentyar 2018-ci il tarixdən isə iddia tələbinin həcminin atrırılması tarixinə kimi, yəni 21 iyun 2021-ci il tarixədək olan müddət isə 4 il 8 ay təşkil etmişdir ki, bununla da iddia müddəti tətbiq edilməklə, qarşılıqlı iddia üzrə cavadbehdən tutulmalı olan icarə haqqı məbləği 8960 manat (56ayx160=8960) olmuşdur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2-2(115)-777/2023 nömrəli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilmiş 17440 manat məbləğində icarə haqqı və ödənilmiş 400 manat 95 qəpik məbləğində dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılaraq qarşılıqlı iddia qismən təmin edillməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 8960 (səkkiz min doqquz yüz altmış) manat icarə haqqı və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat, cəmi 9060 (doqquz min altmış) manat tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi qət edilməlidir. Məhkəmə kollegiyası ik iddia üzrə iddiaçının Cavabdeh ünvanlamış məktubda göstərilənlərin həqiqəti əks etdirməməsi, həmin məktubun Cavabdeh DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayəti ilə əlaqədar həmin idarədə bir neçə gün qanunsuz saxlanıldığı dövrdə qohumları tərəfindən onun əsassız saxlamadan buraxılması məqsədilə hüquqi xidmət göstərmək üçün müqavilə bağladıqları vəkil tərəfindən yazılması ilə bağlı dəlilini isə əsassız hesab etmişdir. Belə ki, həmin məktub cavabdeh tərəfindən 23 sentyabr 2021-ci il tarixdə Cavabdeh verilməsi üçün poçt orqanına verilmişdir ki, iş materiallarına əlavə edimiş DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 23 sentyabr 2023-cü il tarixli məktubu ilə o, həmin idarəyə dəvət olunmuşdur. Yəni, qarşıqlıqlı iddia üzrə cavabdehin 23 sentyabr 2021-ci il tarixdə həmin idarədə hər hansı bir əsasla saxlanılması öz təsdiqini tapmamaqdadır. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2-2(115)-777/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, e-2-2(115)-777/2023 nömrəli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilmiş 17440 manat məbləğində icarə haqqı və ödənilmiş 400 manat 95 qəpik məbləğində dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Həmin hissədə qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 8960 (səkkiz min doqquz yüz altmış) manat icarə haqqı və ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat, cəmi 9060 (doqquz min altmış) manat tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar