Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-245/2024 25.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İdiaçı İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış faydanın tutulması” tələbinə dair iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş və xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyriyaşayış binasının 0,50 mert məsafəsində cavabdeh "xxxx" Firması tərəfindən quraşdırılmış dəmir borunun cavabdeh "xxxx" Firmasının hesabına sökülməsi, xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyri-yaşayış binasından mülkiyyətçi İddiaçı istifadəsinə cavabdeh "xxxx" Firması tərəfindən yaradılan maneələrlə bağlı hərəkətlərə son qoyulması qət edilmiş və qətnamə xx.xx.2024-cü il tarixdə cavabdejhə məxsus Elektron Məhkəmə İnformasiya Sistemindəı yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 161/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə birinci instansiyası məhkəməsinə müraciət etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qərardadına əsasən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən buraxılmış prosessual müddət bərpa edilmiş və iş materialları apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-203/2024 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin mümkünlüyü yoxlanılmış və işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-203/2024 nömrəli qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)- 203/2024 nömrəli qərardadının ləğv edilməsi, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsindən Cavabdeh Firmasının prezidenti X1 və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün sayılması və apellyasiya baxışından çıxarılaraq apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün işin Gəncə Kommersiya Məhkəməsinə qaytarılması qət edilmişdir. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, Cavabdeh Firmasının prezidenti X1 və nümayəndəsi X2 apellyasiya şikayətində hüquqi şəxsin adı, həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı, yazışmaların aparılmasının istənildiyi digər ünvan qrafalarında Cavabdeh Firmasına aid məlumatları göstərmədiyinə görə məhkəmə kollegiyası hesab etmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e- 2-2(115)-161/2024 saylı qətnaməsindən cavabdeh təşkilatın prezidenti X1 və nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-203/2024 saylı qərardadı ilə şikayət səhvən mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qərardadına əsasən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e- 2-2(115)-161/2024 saylı qətnaməsindən cavabdehin şikayəti geri qaytarılmış, müəyyən olunmuş nöqsanların aradan qaldırılması və yenidən müraciət edilməsi üçün cavabdehə 10 gün müddət müəyyən edilmişdir. Qərardad xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti ilə birinci instansiyası məhkəməsinə müraciət etmiş və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsindən cavabdeh tərəfoindən verilmiş şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası (bundan sonra mətndə - məhkəmə) qətnamədən verilmiş apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb hesab edir ki, apellyasiya mümkün sayılmamalı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 363.1.3-ci maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət Gəncə Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qərardada əsasən bərpa edilmişdir. Müddətin bərpası dedikdə isə müddət qeyri-müəyyən müddətə deyil 1 ay müddətinə bərpa edilir ki, xx.xx.2024-cü il tarixdən hesablandıqda qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti xx.xx.2024-cü iıl tarixdə bitmişdir. İş materiallarının isə apellyasiya icraatında olması müddətin axımına təsir etmir və müddətin kəsilməsi ilə nəticələnmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üçün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəllənin 405 və 406-cı maddələrində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, kassasiya şikayətinin Mülki Prosessual Məcəllənin 405-ci maddəsi ilə nəzərdə tutulmuş müddət (2 ay) keçdikdən sonra və ya bu müddətin keçməsinə az vaxt qala geri qaytarıldığı halda, şikayətdəki nöqsanların aradan qaldırılmasından sonra yenidən məhkəməyə müraciət edilə biləcəyi prosessual müddət qanunvericiliklə müəyyən edilməmişdir. Bu isə bəzən şəxsin təqsiri olmadan, obyektiv səbəblərdən məhkəməyə şikayət verməklə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərin ötürülməsi ilə nəticələnir, lakin belə hallar məhkəmələr tərəfindən üzürlü səbəb olaraq qiymətləndirilmir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə uyğun olaraq məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Nəticədə şəxs şikayətin qaytarılmasına səbəb olan çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrarən məhkəməyə müraciət etmək hüququndan məhrum olur ki, bu da məhkəmə müdafiəsi hüququnun konstitusion mahiyyəti və təyinatı ilə uzlaşmır. Göstərilənlər baxımından Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmələr tərəfindən şikayət verən şəxsin kassasiya şikayətinin qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi üçün müvafiq müddətin qanunvericilik qaydasında müəyyən edilməsi məqsədəmüvafiq olar. Bu, şəxslərin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi baxımından zəruridir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, "xxxx" Şirkəti Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla, habelə kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Ərizəçi "xxxx" Şirkətinə izah edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 3 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmiş nöqsanları aradan qaldırmaqla, habelə kassasiya şikayətinin verilmə müddətinin ötürülməsi halında bu müddətin bərpası barədə müvafiq ərizə əlavə olunmaqla yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Göründüyü kimi şikayətin formasına və məzmununa dair tələblərə riayət edilməməsi nəticəsində şikayətin geri qaytarılması zamanı müddətin müəyyən edilməsi istinad olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 fevral 2024-cü il tarixli qərarından irəli gəlir və bu müddət prosessual müddətin ötürülməsi ilə bağlı müddətin bərpasına dair ərizə verilməsi müddətidir. Hazırlki iş üzrə birinci instansiyası məhkəməsi tərəfindən nöqsanların aradan qaldırılması və Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(115)- 161/2024 saylı qətnaməsindən yenidən şikayətin verilməsi üçün 10 gün müddət müəyyən etmişdir. Lakin sonradan cavabdeh tərəfindən müəyyən olunmuş müddət ərzində yenidən apellyasiya şikayəti verilsə də müddətin bərpasına dair ərizə verilməmiş və birinci instansiyası məhkəməsi şikayətin müəyyən etdiyi müddət ərzində verilməsini nəzərə alıb işi apellyasiya məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, şərh olunduğu kimi Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsindən şikayətin verilməsi müddəti xx.xx.2024cü il tarixdə bitmişdir. Beləliklə şərh olunanlara əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinə dair Azərbaycan Respublikası Müılki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamdan şikayəti apellyasiya instansiyası məhkəməsinə göndərdiyindən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verilməsi üçün şikayət iş materialları ilə birgə Gəncə Kommersiya Məhkəməsinə qaytarılmalıdır. İşə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutan, məhkəmə qərara aldı: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 nömrəli qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayəti hüquqi qiymət verilməsi üçün iş materialları ilə birlikdə Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-245/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-245/2024
25.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver