Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-295/2025 25.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1033/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1033/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh2 21060 (iyirmi bir min altmış) manat pul, ödənilmiş 153 (bir yüz əlli üç) manat 18 (on səkkiz) qəpik dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək İddiaçı barəsində xüsusi qərardad qəbul edilərək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılması üçün aidiyyət qaydalarına əməl etməklə Tovuz Rayon Prokurorluğuna göndərilməsini, Gəncə Kommersiya Məhkəməsinin hakimi barəsində xüsusi qərardad çıxarılmaqla, tədbir görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına göndərilməsi və Gəncə Kommersiya Məhkəməsinin 04 noyabr 2025-ci il tarixlie-2-2(115)- 1033/2025 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməməsinə (rədd edilməsinə) dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Tovuz rayon Alakol kəndində yerləşən ona məxsus soyuducu kompleksində xurma yeşiklərinin saxlanmasına görə 31490 manat pulun Cavabdeh1 alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonu Alakol kəndində soyuducu kompleksi var. Vergi ödəyicisidir. Cavabdeh1 ilə 2024-cü ilin oktyabr ayında aralarında saxlama müqaviləsi barədə şifahi qaydada razılığa gəlmişlər. Saxlama müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 ona məxsus soyuducu kompleksində 21300 ədəd xurma yeşiyini xx.xx.2025-ci il tarixədək yerləşdirməyi öz öhdəsinə götürmüş və həmin yeşikləri xx.xx.2024-cü il tarixdə soyuducuya yerləşdirmişdir. Müqavilənin şərtinə əsasən hər xurma yeşiyinə görə ona 2 aylıq saxlama müqavilələrinə əsasən hər yeşiyə 1,30 manat, cəmi 27690 manat pul ödəməli idi. Müqavilənin müddəti xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Müqavilədə nəzərdə tutulan müddətdən əlavə xurma yeşiklərini soyuducudan Cavabdeh1 götürmüşdür. Cavabdeh1 aralarında olan razılaşmaya əsasən yanvar ayından soyuducuda qalan 16000 yeşiyə hər ay üçün əlavə olaraq hər yeşiyə 60 qəpik ödəməklə 9600 manat pul ödəməlidir. Soyuducuda xurmanın qalması məsuliyyətini cavabdeh öz üzərinə götürmüşdür. Cəmi borc 37290 manat olmuşdur. Müqavilənin icrası müddətində ona Cavabdeh1 5800 manat saxlama xərci ödəmişdir. Qeyd halları təsdiq edən audio, video yazılar var və sübut kimi məhkəməyə təqdim ediləcək. Bundan başqa soyuducuda başqa şəxslərin də, yəni 5 nəfər ayrı-ayrı şəxslərin xurma yeşikləri olmuş, cavabdeh eyni vaxtda həmin şəxslərlə bərabər ona məxsus soyuducuya xurma yeşikləri yerləşdirmiş və həmin şəxslərə xurma mübahisəsiz qaydada, xurma məhsulu sağlam formada təhvil verilmişdir. Soyuducuya yerləşdirilən xurmaları həm cavabdeh, həm də soyuducuya xurma qoyan şəxslər xurmanı Rusiyanın ayrı-ayrı şəhərlərində satışa çıxarmışlar və xurma tam sağlam formada Rusiya bazarlarında satılmışdır. Cavadeh xurma məhsullarını ayrı-ayrı şəxslərdən nisyə almış və onların borcunu ödəməmişdir. Onunla saxlama müqaviləsini həmin şəxslər deyil, Cavabdeh1 bağlamışdır. Yəni həmin şəxslərə onun heç bir öhdəlik mübahisəsi olmayıb. Eyni zamanda Cavabdeh1 ondan da 11000 manatlıq nisyə xurma məhsulları alımış, borcunun 3000 manat hissəsini könüllü olaraq ödəmiş, şərtləşdiyi vaxtda qalan borcunu ödəmədiyindən ona nisyə verdiyi xurmanı cavabdehdən alaraq başqa şəxsə satıb. Onunla cavabdeh arasında müqavilədən doğan hüquq münasibətləri yarandığından aralarında olan mübahisə də müqavilə münasibətlərinə uyğun həll olunmalıdır. Cavabdeh1 soyuducuya yerləşdirildiyi xurma yeşiklərinə görə icarə haqqı ödəməmək üçün müxtəlif bəhanələr gətirir və xurmanın xarab olması bəhanəsini edir. Hətta Cavabdeh1 bu barədə soyuducu kompleksinə mütəxəssis gətirmiş və o da bildirmişdir ki, soyuducuda saxlama ilə bağlı heç bir qüsur yoxdur. Soyuducu kompleksdə kamera quraşdırılıb, orada bütün hərəkətlər və danışıqlar video lentə alır. İşin obyektiv araşdırılması üçün bu barədə də məhkəməyə disk təqdim edəcək. O, dəfələrlə aralarında olan razılaşmaya əsasən saxlama müqaviləsində nəzərdə tutulan məbləği tələb etsə də cavabdeh həmin məbləği ödəməkdən imtina edir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək bildirmişdir ki, Cavabdeh1 31490 manatın alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Həmin puldan cavabdeh tərəfindən 10330 manat ödənilmişdir. Hazırda cavabdehin ona 21160 manat borcu qalmışdır. Odur ki, cavabdehdən 21160 manatın və dövlət rüsumu üçün ödənilmiş 185 manatın, cəmi 21345 manatın cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 da cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh2 cavabdeh olaraq işə cəlb edilməsi ilə bağlı qərar qəbul etmişdir. Birinci instansiya məhkməsində məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, bacısı oğlu Ukraynada yaşayır. Bacısı oğlu ona zəng etmişdir ki, ona xirnik lazımdır. O da gedib Nazim müəllimin soyuducusundan almışdır. Malı alarkən malı soyuducuya Aqil və İsmayılgilin yığdığını bilmişdir. Yanvar ayının 31-də yeşiyinin birini 6 manat olmaqla 2150 yeşik meyvə almışdır. Həmin vaxt malın vəziyyəti pis deyildi. Soyuducuda Aqilin malı olduğunu ona mal yığan Şahid2 demişdir. O daha sonra bilmişdir ki, mal Cavabdeh2dur. Ona malı Aqil sayıb vermişdir. Malın qiymətini özləri müəyyən etmişdi. Malı götürəndə orada Aqil, İsmayıl, Vüsal və onun 5 fəhləsi olmuşdur. 2150 yeşiyin pulunun 5000 manatını əvvəlcə vermişdir. 5000 manatı o İsmayıl adlı şəxsə vermişdir ki, o Alakol kəndində camaatdan mal yığan və soyuducuya gətirən adam idi. Aqil özü dediyi üçün, 5000 manat pulu malı yığmamışdan bir gün qabaq İsmayıla vermişdir. Qalan pulu isə Vüsala vermişdir ki, Bakıya göndərsin. Qalan pulu ona zəng etdiklərinə görə Vüsala vermişdir ki, camaata pul verəcək. 5000 manatdan geri qalan pulu ona Vüsal demişdir ki, Bakıya göndərilməlidir, Vüsala da bunu Nazim müəllim demişdir. Malı alanda və ya pulu verəndə İddiaçı orada görməmişdir. Birinci instansiya məhkməsində məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Cavabdeh1 bir gün onunla əlaqə saxladı və görüşdülər. Aqil ona kömək etməyini və xirnik tapmağını xahiş etmişdir. O da hər kəsdən soruşmuş, müəyyən qədər mal tapmışdır. Cavabdeh1 daha sonra ona daha çox mal lazım olduğunu bildirmişdir. O, Aqilə malı nağd almasını, nisyə mal ala bilməyəcəklərini bildirmişdir. O, Aqillə birlikdə mal axtarmış və tapmışdır. Mal yığılan ərəfədə isə Aqilgilin pulu gec gələsi olmuş, heç kəs də nisyə mal vermək istəməmişdir. Aqil ondan xahiş etmişdir ki, 10-15 günə camaatın pulunu verəcək, o malları nisyə götürsün. O da malı camaatdan nisyə götürmüşdür. Aqilin ona sonradan hissə-hissə verdiyi pulu camaata vermişdir. Daha sonra Aqil ona müştəri tapmalarını, camaatın pulunu vermələrini bildirmişdir. Daha sonra razılaşmışlar ki, mal satılacaq pulu yığıb camaatın pulunu verəcəklər. Yığdıqları malı satmaq fikrini ona Aqil demişdir. Malları İddiaçı soyuducusuna yığmışdılar. Malı satanda zəng etmiş, Aqil özü gəlmişdir. Sadıqova verilən malı onun yanında vermişlər, həmin gecə bir tək ona mal vermişlər. Təxminən 2000 yeşik mal verilmişdir. Sadıqova Aqil, Nazim və o öz aralarında məsləhət etmişlər ki, mal satılsın, camaatın borcu verilsin. Aqil özü camaatın pulunu verməyi təklif etdi. O mal satan olmamışdır, Aqil özü adam tapıb malı satmağı təklif etmişdir. Malın qiymətini müəyyən edən Cavabdeh1 özü olmuşdur. Meyvənin yeşiyini müxtəlif qiymətlərə almışlar, 1 yeşiyin 6 manata satılmasını o özü müəyyən etməmiş, bu barədə heç kimə heç nə deməmişdir. Birinci instansiya məhkməsində məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, malı soyuducuya Aqilgil yığdırmışdır. Aqil demişdi ki, mal onlarındır. Onların deyəndə, yəni İsmayıl kişinin malı idi. Müştərilər ona zəng edəndə ki, mal varmı, o da malın olduğunu söyləmişdir. Aqilə zəng etmiş, gəlib özü sayıb müştərilərə malı vermişdir. Soyuducudan malı Aqil özü çıxartmışdır. Fevralın 3-ü soyuducudan axırıncı mal çıxardılmışdır. Sonradan Cavabdeh2 da gəlmişdir. Özü soyuducuya yığılan malı satmamışdır. Ehtimar 2150 yeşik mal yığdırmışdır. Aqil özü demişdi ki, Ehtimara satılan malın pulu onda dursun camaata verər. 2150 yeşik malın pulunun hamısını ona verməmişdi. Bir qismini Nazim müəllimə vermişlər, Bakıya aparmışdır. Bir nəfərə satılan malın pulu ona verilmişdi, pulu da ona Aqil vermişdir. O mal satmamışdır, malı Aqil özü satmışdır İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, tam qanunvericiliyin ziddinədir, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozuntusu ilə qəbul edilmişdir. Qətnamənin qəbulu zamanı kobudcasına, qanuna zidd olaraq maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsinə yol verilmişdir. Bu səbəbdən qətnamə birmənalı olaraq ləğv edilməlidir. Belə ki, İddiaçı onun 195500 (bir yüz doxsan beş min beş yüz) manat dəyərində olan xurma məhsulunu sataraq mənimsəmişdir. Mənimsəməyinə dair də ortada iki dəfə Tovuz Rayon Prokurorluğu tərəfindən, iki dəfə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarları və Tovuz Rayon Polis X6 istintaq aidiyyəti üzrə göndərmə haqqında 27 may 2025-ci il tarixli qərarı mövcuddur. Həmin qərar əsasında da 16 avqust 2025-ci il tarixdə Tovuz Rayon Polis X7 aparılmış istintaq araşdırmaları zamanı İddiaçı əməlində mənimsəmə faktının olması tam sübuta yetirilsə də İddiaçıla onun arasında rəsmi notarial qaydada təsdiq edilmiş müqavilə olmaması səbəbi ilə Cavabdeh2 mülki qaydada İddiaçı qarşı məhkəmədə iddia qaldırmaq hüquqları izah edilmişdir. Bundan başqa sədrlik edən hakim demək olar ki, iddiaçının yazdıqlarını və dediklərini olduğu kimi qətnaməsinə köçürməklə onun diktəsini icra etmişdir. Belə ki, işə məhkəmədə baxılarkən məhkəməyə vəsatətlə müraciət edərək, cavabdeh kimi iştirak etdiyi kommersiya mübahisəsinə dair mülki işdə iddiaçı Tovuz rayon Alakol kənd sakini İddiaçı qanunsuz fəaliyyəti ilə bağlı onun şikayəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarəti İdarəsində və Azərbaycan Respublikasının Qida X1-X10 müvafiq araşdırmalar aparılaraq qanunvericiliyə uyğun tədbirlər görüldüyünü, hazırda baxılan iş üçün mühüm əhəmiyyət daşıdığından həmin qurumlara İddiaçı barəsində aparılmış araşdırma materillarının məhkəməyə təqdim edilməsi bardə sorğu göndərilməsini xahiş edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 fevral 2025-ci iltarixli 3-21-2-1/2-B-43/2025 saylı, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarəti İdarəsinin 14 fevral 2025-ci il tarixli 3-18-78/2-693/2025 saylı və Azərbaycan Respublikasının Qida X1-X11 21 fevral 2025-ci il tarixli 3-44-6/2-175/2025 saylı İddiaçı barəsində görülmüş tədbirlər barədə ona ünvanladıqları məktubları “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi kabinet vasitəsi ilə məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən bu vəsatətə heç bir hüquqi qiymət verilməmiş, məhkəmə işə baxarkan hər hansı bir rəsmi və mötəbər sübuta deyil yalnız İddiaçı izahatına və onun təqdim etdiyi bir neçə qondarma şahidlərin ifadələrinə əsaslanaraq, bir sözlə iddiaçının diktəsini icra edərək yuxarıda qeyd olunan qanunsuz və əsassız, tam qanunvericiliyin ziddinə olan, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozuntusu ilə qəbul edilmiş qətnamə qəbul etmişdir. Əgər məhkəmə vəsatəti təmin edib Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarəti İdarəsindən və Azərbaycan Respublikasının Qida X1-X9 İddiaçı barəsində görülmüş tədbirlər barədə qərarları alıb iş materialları ilə əlaqəli şəkildə tədqiq etsəydi məlum olardı ki, onun xurma məhsulları İddiaçı təqsiri üzündən, yəni İddiaçı soyuducu anbarının düzgün və normalar daxilində işləməməsi səbəbindən xarab olmuş, xarab olduqdan sonra yerdə qalan dəyəri 195500 (bir yüz doxsan beş min beş yüz) manat olan xurma məhsulunu İddiaçı mənimsəyərək satmışdır. Digər tərəfdən o, hazırda Gəncə Kommersiya Məhkəməsində cavabdehlər İddiaçı oğluna (hazırkı iddia üzrə iddiaçı) və Cavabdeh1 qarşı pul tələbinə dair iddia qaldıraraq, cavabdehlər İddiaçı və Cavabdeh1 195500 (bir yüz doxsan beş min beş yüz) manat pulun və 487 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin kommersiya işi e-2-2(115)-2749/2025 nömrə ilə qeydiyyata alınmaqla hakim cənab Əbülfəz Məmmədlinin icraatındadır. Həmin kommersiya işi üzrə cavabdeh (hazırkı iddia üzrə iddiaçı) İddiaçı “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış şəxsi kabineti vasitəsi ilə məhkəməyə etiraz təqdim edərək, qeyd etmişdir ki, “Hörmətli cənab hakim iddiaçı tərəfindən verilmiş iddia ərizəsinə görə guya iddiaçının 188000 ABŞ dolları dəyərində xurma meyvəsi ona məxsus soyuducuda xarab olmuş və guya o, digər cavabdehlə birgə ona məxsus xurma məhsulunu satmışlar. Mülki prosesual məcəllənin tələbinə görə hər bir tərəf öz iddiasını sübut etməlidir. Amma göründüyü kimi iddiaçı malın dəyərinə dair heç bir qəbzi, soyuducuya yerləşdirilən malın sağlam olmasına dair heç bir sənədi və eləcə də ona məxsus malı satmağına dair heç bir sübutu təqdim etməmişdir. O, cavabdehə məxsus heç malı satmamışdır. İşə baxılarkən hazırkı iddiaçı tərəfindən malın satmağı sübut kimi məhkəməyə video görüntü təqdim olunmuşdur. Həmin video görüntüdə hazırkı iddiaçının şəriki hazırkı işdə digər cavabdeh olan Cavabdeh1 mal satdığı öz təsdiqini tapmışdır. Ona məxsus soyuducu anbara hazırkı Cavabdeh2 yox, hazırkı işdə digər Cavabdeh1 xurma meyvəsi yığmışdır. Odur ki, iddianın ona münasibətdə təmin edilməməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Bu etirazın mətnindən də tam aydın görünür ki, o, hazırkı mübahisə üzrə heç bir cavabdehlik daşımamaqla yanaşı onun hər hansı bir mülki məsuliyyəti yoxdur. Həmçinin İddiaçı ilə onun arasında notarial qaydada təsdiq edilmiş rəsmi müqavilələri də yoxdur. Bu halı İddiaçı özü də etiraf edir. Bundan əlavə qətnamədə onun hansı səbəbdən cavabdehlik daşımağına və qət edilmiş məbləğin hansı səbəbdən yalnız ondan tutulmasına da aydınlıq gətirilməmişdir. Göründüyü kimi İddiaçı ilə aralaında onun tərəfindən soyuducu anbara saxlanc məqsədi üçün xurma meyvəsi yerləşdirməyinə dair heç bir notarial qaydada rəsmi müqavilə yoxdur. İddiaçı dəyəri 195500 (bir yüz doxsan beş min beş yüz) manat olan xurma meyvəsini mənimsəyərək satdığından başqa satılıb mənimsənilməmişdən əvvəl xarab olan xurma məhsulunun xarab olmasının günahkarı və səbəbkarı İddiaçı olmuşdur. Bu səbəbdən də hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qaydasında Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında işə baxılmamışdan əvvəl dəyəri 195500 (bir yüz doxsan beş min beş yüz) manat olan xurma meyvəsinin İddiaçı tərəfindən satılıb pulunun mənimsəməsindən əvvəl xarab olan xurma məhsulunun xarab olmasının günahkarı və səbəbkarının İddiaçı olmasını rəsmi qaydda aydınlaşdırıb təsdiq etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarəti İdarəsinə və Azərbaycan Respublikasının Qida X1-X12 müvafiq sorğular verilərək, sorğulara verilmiş cavab iş materiallarına əlavə edilməklə kommersiya işi ilə birlikdə əlaqəli şəkildə tədqiq edildikdən sonra Gəncə Kommersiya Məhkəməsinin 04 noyabr 2025-ciil tarixli e-2-2(115)-1033/2025 saylı qanunsuz və əsassız, tam qanunvericiliyin ziddinə olan, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozuntusu ilə qəbul edilmiş qətnaməsi tamamilə ləğv edilməli, İddiaçı tərəfindən dəyəri 195500 (bir yüz doxsan beş min beş yüz) manat olan xurma meyvəsinin satılıb pulunun mənimsənilməsi faktı təsdiqini tapdığı üçün İddiaçı barəsində xüsusi qərardad qəbul edilərək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılması üçün aidiyyət qaydalarına əməl etməklə Tovuz Rayon Prokurorluğuna göndərilməlidir. Çünki o, dəfələrlə Tovuz Rayon Prokurorunun özünün və müavininin qəbulunda olarkən orada həmin şəxslər tərəfindən şifahi olaraq bildirilmişdir ki, “İddiaçı sənin dəyəri 195500 (bir yüz doxsan beş min beş yüz) manat olan xurma meyvəsini satıb pulunu mənimsəməsi faktı öz təsdiqini tapıb, lakin sizin aranızda rəsmi notarial müqavilə olmadığı üçün İddiaçı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işi başlaya bilmirlər”. Necə ola bilir ki, Tovuz Rayon Prokurorunun özü və müavini mənimsəmə və cinayət faktının ortada olmasını etiraf edir və İddiaçıla Cavabdeh2 arasında rəsmi müqavilə olmadığı üçün İddiaçı barəsində cinayət işi başlanılmır. İddiaçıla onun arasında hər hansı bir rəsmi müqavilə olmadığı təqdirdə ondan 21060 (iyirmi bir min altmış) manat pulun alınıb İddiaçı verilməsi qət edilir. Yuxarıda qeyd edilən bütün bu halları məhkəmə prosesinin gedişi zamanı hakimin diqqətinə çatdırsa da hakim yalnız və yalnız İddiaçı diktəsi ilə qətnamə qəbul etmişdir. Bu səbəbdən də hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin hakimi barəsində də xüsusi qərardad çıxarılmaqla, tədbir görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına göndərilməlidir. Onun hansı səbəbdən cavabdehlik daşımağı nəinki ona heç hüquq aləminə də məlum deyil. Çünki hazırkı mübahisə üzrə o, heç bir cavabdehlik daşımamaqla yanaşı hər hansı bir mülki məsuliyyətim yoxdur. Həmçinin İddiaçı ilə onun arasında notarial qaydada təsdiq edilmiş rəsmi müqavilə də yoxdur. Bu halı İddiaçı özü də etiraf edir. Bundan əlavə qətnamədə onun hansı səbəbdən cavabdehlik daşımağına və qət edilmiş məbləğin hansı səbəbdən yalnız ondan tutulmasına da aydınlıq gətirilməmişdir. Bu hallar da Gəncə Kommersiya Məhkəməsinin 04 noyabr 2025-ciil tarixli e-2-2(115)-1033/2025 saylı qanunsuz və əsassız, tam qanunvericiliyin ziddinə olan, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozuntusu ilə qəbul edilmiş qətnaməsinin tamamilə ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olumasını xahiş etdi. Əlavə olaraq izah etdi ki, iddiaçıya məxsus soyuducu anbara Cavabdeh1 iştirakı ilə yığılmış 21300 yeşik xurma məhsulu ona məxsus olmuş, soyuducuda onun malından başqa digər şəxslərə məxsus xurma da olmuşdur. 2025-ci ilin yanvar ayının əvvəlində xurmalarının yumşalmağa başladığını müəyyən etmiş, o barədə iddiaçıya məlumat vermiş, lakin nəticəsi olmamışdır. Xurmalarının xarab olması səbəbindən külli miqdarda ziyana düşmüşdür. İddiaçıya məxsus soyuducunun lazımi qaydada işləyib-işləməməsinin müəyyən edilməsi üçün həmin vaxtı mütəxəssis dəvət etmiş olsalar da, həmin şəxs soyuducunun lazımi qaydada işləmədiyini bildirmiş olsa da, lakin onlara rəsmi sənəd (rəy) verməmişdir. Hazırda isə onun məhkəməyə dəvət olunması mümkünsüzdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 da apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, Tovuz rayonu Alakol kəndində soyuducu kompleksi var və kənd sakinləri həmin soyuducu kompleksdən sonradan satışa çıxarılacaq mallarını müəyyən müddətə saxlamaq üçün istifadə edir və mallarını soyuducu anbardan çıxardıqca xidmət xərcini ödəyirlər. Cavabdeh1 da onun soyuducu anbarına iki ay müddətinə saxlamaq üçün 21300 yeşik xurma yığmış, lakin həmin mallar Cavabdeh1 yox, Cavabdeh2 məxsus olduğunu bilmişdir. Cavabdeh2 məxsus xurma məhsullarının müəyyən hissəsinin xarab olmasının səbəbi həmin malların ağaclardan dərildikdən sonra mal sahiblərinin pulları ödənilmədiyindən 15- 20 gün açıq havada qalmaları olmuşdur. Onun soyuducu kompleksində hər hansı texniki nasazlıq olmamışdır. Əks halda digər müştərilərin də malları xarab olardı. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, tərəfləri dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1033/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyindən kollegiya həmin qətnamənin əsaslılığını, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə tam yoxlayır. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu Alakol kəndində yerləşən 1.25 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan diskdə olan video görüntülərdən görünür ki, yeşiklərə xurma meyvələri yığılmış və həmin yeşiklər üst-üstə düzülmüşdür. Diski təqdim edən Cavabdeh2 yerində aldığı xurmalara dair çəkiliş olduğunu və xurmalar alınarkən sağlam olmasını və iddiaçının soyuducusuna yığdığını qeyd edir. İş materiallarında olan audio-video diskində olan görüntülərdən görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində İddiaçı məxsus Tovuz rayon Alakol kəndində yerləşən soyuducu anbarda Cavabdeh1 və Şahid3 iştirakı ilə xurma məhsullarının soyuducu anbardan çıxarılması əks etdirən videogörüntülər vardır. Diski təqdim edən İddiaçı anbardan malı çıxaran Cavabdeh1 olduğunu qeyd edir. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı arasında gedən telefon danışığını əks etdirən diskdəki görüntüdən görünür ki, tərəflər arasında malın satılması ilə bağlı söhbət gedir. İddiaçı Şahid3 özbaşına hər hansı mal satmadığını, onların təklifi ilə hərəkət etdiyini, Vüsalın mal satışından əldə etdiyi 10430 manatı ona verdiyini bildirir. İş materiallarında olan Tovuz RPŞ-nin İB-nin 13 iyun 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh2 izahatında göstərmişdir ki o, Tovuz rayonu, Alakol kənd sakini İddiaçı təxminən 2023-cü ilin oktyabr ayından tanıyır. Nazimin Tovuz rayonu, Alakol kəndində yerləşən özünə məxsus soyuducu anbarı var. 2023-cü ilin oktyabr ayının dəqiq xatırlamadığı günündə həmin soyuducu anbara alqı-satqı məqsədi ilə xurma məhsulu yerləşdirməyə başlamışdır. Həmin vaxtdan 2023-cü il ərzində Nazim ilə aralarında heç bir narazılığı olmamışdır. 01 noyabr 2024-cü il tarixdən 13 noyabr 2024-cü il tarixdədək olan müddət ərzində Nazimin soyuducu anbarına 21340 ədəd xurma yeşiyi yerləşdirmişdir. Qarşılıqlı razılaşma əsasında 15 yanvar 2025-ci il tarixədək məhsul soyuducu anbarda qalmalı imiş. 28 noyabr 2024-cü il tarixdə onun üçün mal yığan, yəni ayrı-ayrı şəxslərdən pul qarşılığında xurma yeşikləri yığan Tovuz rayonu, Qovlar şəhər sakini Aqil ilə birlikdə qeyd olunan soyuducu anbardan 2160 yeşik, 15 dekabr 2024-cü il tarixdə isə ayrıayrılıqda 950 və 1260 yeşik xurma məhsulunu çıxararaq satmışlar. 02 yanvar 2025-ci il tarixdə o, Aqil ilə birlikdə Tovuz rayonu, Alakol kəndində yerləşən Nazimə məxsus soyuducu anbara gəlmişlər. Anbara yerləşdirdikləri məhsula baxış keçirən zaman, məhsulda yumşalma prosesinin getdiyinin şahidi olmuşlar. Həmin tarixdə o, Nazimə zəng edərək anbara gəlməsini, məhsulun xarab olduğunu və dərhal satışa başlamalı olduğumu bildirmişdir. 03 yanvar 2025-ci il tarixdə yenidən Aqil ilə birlikdə soyuducu anbara gəlmişlər. Həmin tarixdə Nazim də soyuducu anbara gəlmişdir. Bundan sonra məhsulda yumşalma prosesinin baş verməsi ilə əlaqədar Nazim ilə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən soyuducu anbara Türkiyə Respublikasından olan mütəxəssis dəvət etmişlər. Mütəxəssis əvvəlcə yumşalma prosesinin soyuducu anbarla əlaqədar olduğunu onlara demişdir. Nazim və Nazimin kürəkəni Nurxanın müdaxiləsindən sonra mütəxəssis fikirini dəyişərək soyuducu anbarda problemin olmadığını bildirmişdir. Həmin tarixdən 13 yanvar 2025-ci il tarixədək o, anbarda dörd ədəd yük avtomobili, yəni 7400 yeşik xurma məhsulunu soyuducu anbardan çıxararaq satış etmişdir. Satmış olduğu 7400 yeşik xurma məhsulunun soyuducu anbarda düzgün saxlanılmamasına görə həmin məhsulunun satışından 42000 manat dəyərində ziyanlıq etmişdir. 14 yanvar 2025-ci il tarixdə növbəti yük avtomobilinə məhsulu yükləmək istədikdə Nazimin kürəkəni olan Nurxan adlı şəxs anbara daxil olaraq məhsulun yüklənməsini dayandırmağını bildirmişdir. O, Nurxana etiraz edərək qayınatası Nazimin burada məhsulu olmadığını, həmin məhsulların özünə aid olmasını bildirmişdir. Belə ki, əvvəlcədən Nazim ilə onun aralarında 1000 yeşik xurma məhsulunun alqı-satqısı olmuşdur. Həmin məhsulun 8800 manatını 13 yanvar 2025-ci il tarixdə Nazimə geri qaytardıqdan sonra 2200 manat borcum qalmışdır. Lakin 14 yanvar 2025-ci il tarixdə Nurxan 1000 yeşik xurmanın satışını etmişdir. Sonradan Nurxan ona tez bir şəkildə anbarı tərk etməyini bildirmişdir. 23 yanvar 2025-ci il tarixdə onun şəriki olan Xəlil adlı şəxs 1730 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. Həmin məhsulunu satışından malın xarab olmasına görə 8000 manat ziyanlıq olmuşdur. 26 yanvar 2025-ci il tarixdə bir yeşiyi 8 manat olmaqla 302 yeşik xurma məhsulunun satışı olmuşdur. Əldə olunan 2416 manat pulu Nazimin qardaşı oğlu olan Vüsal adlı şəxs götürmüşdür. 2416 manat pulun 1650 manatını borclu olduqları Tovuz rayonu, Alakol kənd sakini olan Zemfira adlı qadına verilmişdir. Qalan 766 manat pulu isə Vüsal götürərək özündə saxlamışdır. Soyuducu anbarda qalan xurma məhsulu xarab olduğu üçün 28 yanvar 2025-ci il tarixdə isə yeşiyi 2 manat olmaqla 600 yeşik xurma məhsulu satılmışdır. Halbuki həmin məhsulun yeşiyi 15 manata satılmalı imiş. Məhsulun satışından 9000 manat pul əldə olunmalı imiş, lakin xarab olması səbəbi ilə bu satışdan 1200 manat pul əldə edildi. Bu səbəbdən də 7800 manat ziyanlıq etmişdir. Həmin satışdan əldə olunan 1200 manat pulu isə günəmuzd işləyən fəhlələrə olan borclarına vermişlər. 31 yanvar 2025-ci il tarixdən 04 fevral 2025-ci il tarixədək 8100 yeşik xurma məhsulunun satışını Nazim özü həyata keçirərək həmin məhsulu müxtəlif məbləğlərə ayrı-ayrı şəxslərə satmışdır. Əldə olunan pulu isə Nazim özü götürmüşdür. 31 yanvar 2025-ci il tarixdən sonra həyata keçirilən satış prosesində nə o, nə də Aqil iştirak etməmişdir. Bundan əlavə 18 yanvar 2025-ci il tarixdə Nazim vatsap vasitəsi ilə ona soyuducuda qalan 6000 yeşik xurma məhsulunu müqavilədə nəzərdə tutulmuş dövrdə götürmədiyi üçün 3-cü şəxslərə satacağı barədə bildiriş göndərmişdir. Həmçinin həmin bildirişdə nəzərdə tutumuş əlavə 5800 manat pulu isə 13 yanvar 2025-ci il tarixdə ayrı-ayrılıqda 5100 manat və 700 manat olmaqla Nazimin oğlu Nümayəndə məxsus kart hesabına ödəmişdir. Nazimin soyuducu anbarına yerləşdirdiyi 21340 yeşik xurma məhsulunun 13240 yeşik məhsulunun satışını o, həyata keçirmişdir. Onun soyuducu anbarda qalan 8100 yeşik xurma məhsulunun satışını isə Nazim özü həyata keçirərək 121500 manat maddi ziyanlıq vurmuşdur. Nazimə məxsus soyuducu anbarın düzgün işləməməsinə görə ona ümumilikdə 195950 manat maddi ziyan dəymişdir. Bundan əlavə onun 1770 ədəd boş yeşikləri Nazimə məxsus soyuducu anbarda qalmışdır. Xurma məhsulları dərildikdən dərhal sonra İddiaçı Tovuz rayonu, Alakol kəndində yerləşən soyuducu anbarına yerləşdirmişdir. 13 noyabr 2024-cü il tarixdə 21340 ədəd xurma yeşiyini sağlam şəkildə soyuducu anbara yerləşdirilmişdir. Məhsul dərildikdən sonra vətəndaşlardan alınaraq soyuducu anbara yerləşdirilməsinin sübutu barədə video görüntülər var. Həmin video görüntülərdə ayrı-ayrı ayrı şəxslərdən xurma məhsullarının alınması, soyuducu anbara yerləşdirilməsi və İddiaçı ilə Cavabdeh1 telefon danışığı öz əksini tapmışdır. Qeyd olunan video görüntüləri sübut kimi təqdim edə bilər. Bundan başqa İddiaçı ilə yalnız şifahi razılaşma əsasında bir yeşiyi 1 manat 30 qəpik olmaqla, 21340 yeşik xurma məhsulunu soyuducu anbara yerləşdirmişdir. Şifahi razılaşmaya əsasən xurma məhsulları 13 noyabr 2024-cü il tarixdən 15 yanvar 2025-ci il tarixədək soyuducu anbarda saxlanılmalı imiş. Yəni 21340 yeşik xurma məhsulunun soyuducu anbara yerləşdirilməsinə dair İddiaçı ilə aralarında hər hansı bir yazılı rəsmi müqavilə mövcud olmamışdır. Xurma məhsulum Nazimə məxsus soyuducu anbarda düzgün saxlanılmamasına görə yararsız hala düşmüşdür. Həmin araşdırma zamanı izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, Tovuz rayon Alakol kənd sakini İddiaçı tanıyır. Cavabdeh2 tanıyır, həmkəndlisidir. İsmayıl xurma məhsulunun alqı-satqısı ilə məşğul olur. Nazimin Tovuz rayon Alakol kəndində yerləşən özünə məxsus soyuducu anbarı var. 2023-cü ilin oktyabr ayında həmin soyuducu anbara alqı-satqı məqsədilə İsmayılın xurma məhsulunu yerləşdirməyə başlamışlar. 2023-cü il ərzində Nazim ilə aralarında heç bir narazılıq olmamışdır. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə Nazimin soyuducu anbarına 21340 yeşik xurma məhsulu yerləşdirmişlər. Qarşılıqlı razılaşma əsasında xx.xx.2025-ci il tarixədək məhsul soyuducu anbarda qalmalı idi. xx.xx.2024-cü il tarixdə İsmayıl ilə birlikdə soyuducu qeyd olunan soyuducu anbardan 2160 yeşik, xx.xx.2024-cü il tarixdə isə ayrı-ayrılıqda 950 və 1260 yeşik xurma çıxararaq satmışlar. xx.xx.2024-cü il tarixdə o, İsmayıl ilə birlikdə soyuducu anbara gəlmişdir. Anbara yerləşdirdiyi məhsula baxış keçirən zaman, məhsulda yumşalma prosesinin getdiyinin şahidi olmuşdur. Həmin tarixdə İsmayıl Nazimə zəng edərək anbara gəlməsini, məhsulun xarab olduğunu görərək, dərhal satışa başlamasını bildirmişdir. xx.xx.2025-ci il tarixdə yenidən İsmayıl ilə birlikdə soyuducu anbara gəlmişdir. Həmin tarixdə Nazim də soyuducu anbara gəlmişdir. Bundan sonra məhsulda yumşalma prosesinin baş verməsi ilə əlaqədar Nazim ilə aralarında mübahisə yaranmışdır. Bu səbəbdən soyuducu anbara Türkiyə Respublikasından olan mütəxəssis dəvət etmişlər. Mütəxəssis əvvəlcə yumşalma prosesinin soyuducu anbarla əlaqədar olduğunu onlara demişdir. Nazim və kürəkəni Nurxanın müdaxiləsindən sonra mütəxəssis fikrini dəyişərək soyuducu anbarda problemin olmadığını bildirmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dörd ədəd yük avtomobili dolu, yəni 7400 ədəd xurma məhsulunu soyuducu anbardan çıxardaraq satışını həyata keçirmişlər. xx.xx.2024-cü il tarixdə növbəti yük avtomobilinə məhsulu yükləmək istədikdə, Nazimin kürəkəni olan Nurxan adlı şəxs anbara daxil olaraq, məhsulun yüklənməsinin dayandırmalarını bildirmişdir. İsmayıl, Nurxana etiraz edərək qayınatası Nazimin burada məhsulu olmadığını, həmin məhsulların ona aid olmasını bildirmişdir. Belə ki, əvvəlcədən Nazim ilə İsmayılın arasında 1000 yeşik xurma məhsulunun alqı-satqısı olmuşdur. Həmin məhsulun 8800 manatını xx.xx.2025-ci il tarixdə Nazimə geri qaytarmış, 2200 manat borcu qalmışdır. Lakin xx.xx.2025-ci il tarixdə Nurxan 1000 yeşik xurmanın satışını etmişdir. X13 ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı İsmayıl soyuducu anbarı tərk edərək çıxıb getmişdir. Bundan sonra Nurxan onun mobil telefonu ilə İsmayıla zəng etmişdir. Telefon ilə danışaraq onun yanından bir qədər uzaqlaşmışdır. Nurxanın İsmayıl ilə nə danışdığı barədə məlumatı yoxdur. xx.xx.2025-ci il tarixdə İsmayılın şəriki olan Xəlil adlı şəxs 1730 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. xx.xx.2025-ci il tarixdə bir yeşiyi 8 manat olmaqla 302 yeşik xurma məhsulunun satışı olmuşdur. Əldə olunan 2416 manat pulu Nazimin qardaşı oğlu olan Vüsal adlı şəxs götürmüşdür. 2416 manat pulun 1650 manatını borclu olduqları Tovuz rayon Alakol kənd sakini olan Zemfira adlı qadına verilmişdir. Qalan 766 manat pulu isə Vüsal götürərək özündə saxlamışdır. xx.xx.2025-ci il tarixdə isə yeşiyi 2 manat olmaqla 600 yeşik xurma məhsulu satılmışdır. Həmin satışdan əldə olunan 1200 manat pulu isə günəmuzd işləyən fəhlələrə olan borclarına vermişlər. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 8100 yeşik xurma məhsulunun satışını Nazim özü həyata keçirərək müxtəlif məbləğlərə satmışdır. Əldə olunan pulu isə Nazim özü mənimsəmişdir. xx.xx.2025-ci il tarixdən sonra həyata keçirilən satış prosesində o, iştirak etməmişdir. Həmin araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, o, rəsmi olaraq sahibkar kimi fəaliyyət göstərir. Tovuz rayon Alakol kəndində özünə məxsus soyuducu anbarı var. Soyuducu anbar iki kameradan ibarətdir. Tovuz rayon Qovlar sakini olan Cavabdeh2 2023-cü ildən tanıyır. İsmayıl həmin müddətdə xurma məhsulunun alqı-satqısı ilə məşğul olmuşdur. Bu müddət ərzində aralarında heç bir narazılıq olmasıdır. xx.xx.2024cü il tarixdən başlayaraq İsmayıl yenidən ona məxsus soyuducu anbara xurma məhsulunu yerləşdirməyə başlamışdır. İsmayıl ilə aralarında olan razılaşmaya görə iki ay ərzində yerləşdirdiyi xurma məhsulunu soyuducu anbarda saxlaya bilər. Anbarda saxlanılan 1 yeşik xurma məhsulu üçün 1 manat 40 qəpik icarə haqqı alınmalı idi. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində İsmayıl soyuducu anbara ümumilikdə 21340 (iyirmi bir min üç yüz qırx) yeşik xurma məhsulu yerləşdirmişdir. 21340 xurma məhsulunun 1000 yeşiyi ona məxsus olmuşdur. 1000 yeşik xurma məhsulunun satışı müqabilində İsmayıl ona 11000 manat pul verməli idi. xx.xx.2024-cü il tarixdə İsmayılın şəriki olan Aqil adlı şəxs soyuducu anbardan 2160 yeşik xurma məhsulunu çıxararaq satış etmişdir. xx.xx.2024-cü il tarixdə 950 və 1236 yeşik məhsulunun satışı edilmişdir. Satış edildikdən bir müddət sonra İsmayıl və işçisi Aqil soyuducu anbara gəlməmişdir. xx.xx.2024-cü il tarixdə soyuducu anbarda olduğu müddətdə İsmayılın yığmış olduğu xurma məhsullarına baxış keçirmişdir. Baxış zamanı məhsulun yumşaldığının şahidi olmuşdur. İsmayılın mobil nömrəsinə zəng etsə də, onun zənglərinə cavab verməmişdir. Həmin tarixdə İsmayılın yaşadığı ünvana getmişdir. İsmayılı yolda görərək, yığdığı xurma məhsulunda yumşalma olduğunu bildirmişdir. İsmayıl məhsulun əvvəlcədən elə olduğunu, tez-bazar müştəri taparaq məhsulu satacağını bildirmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək İsmayıl soyuducu anbardan hər biri 1850 ədəd olmaqla dörd ədəd yük avtomobili xurma məhsulunun satışını etmişdir. İsmayıl ona borclu olduğu 11000 manat pulun 3000 manatını vermişdir. Qalan 8000 manat pulu vermədiyi üçün anbarda olan 1000 yeşik xurma məhsulunu, yeşiyi 8 manat olmaqla ümumilikdə 8000 manata satmışdır. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində isə İsmayıl və Aqil ümumilikdə 6732 yeşik xurma məhsulunu anbardan çıxararaq satış etmişdir. İsmayıl mumilikdə 20556 yeşik xurma məhsulunun satışını etmişdir. O, İsmayıla məxsus olan xurma məhsulunun satışını etməmiş, nə də İsmayılın məhsulunu sataraq pulunu mənimsəməmişdir. İsmayılın dedikləri yalandır. Onun İsmayıla heç bir borcu yoxdur. Əksinə İsmayılın ona 24076 manat icarə haqqı borcu var. 21340 yeşik xurma məhsulunun soyuducu anbara yerləşdirilməsinə dair Cavabdeh2 ilə onun arasında rəsmi müqavilə olmamışdır. Yalnız Cavabdeh1 ilə aralarında olan şifahi razılaşma əsasında qeyd olunan miqdarda xurma məhsulları soyuducu anbara yerləşdirilmişdir. Cavabdeh2 izahatında qeyd etdiyi 1770 ədəd boş yeşiklər hal-hazırda onun soyuducu anbarındadır. Həmin boş yeşiklər xarab olmuş xurma məhsullarının zibil konteynerinə töküldükdən sonra yığılıb qalan yeşiklərdir. Hal-hazırda həmin 1770 ədəd boş yeşikləri Cavabdeh2 təhvil verməyə hazırdır. Bundan əlavə Cavabdeh2 və Cavabdeh1 Alakol kənd sakinlərindən almış olduğu xurma məhsulunun yığılmasına baxmayaraq, günlərlə qaldıqdan sonra gətirərək soyuducu anbara yığmışlar. Bu səbəbdən də xurma məhsullarının müəyyən hissəsində yumşalma prosesi baş vermişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində qardaşı oğlu Şahid3 iştirakı ilə Aqil özü xurma məhsullarının satışını həyata keçirmişdir. Hər satışdan əldə olunan pulları Aqil, Vüsala vermişdir. Həmin tarixlərdə həyata keçirilən satışlardan ümumilikdə 17250 manat pul əldə olunmuşdur. Aqil həmin puldan 1650 manat borclu olduqları həmkəndliləri Zemfira adlı şəxsə, 4000 manatı Beşi ləqəbli şəxsə vermişdir. 1200 manat pulu isə Aqil özü götürmüşdür. Yerdə qalan 10400 manat pulu isə Vüsal ona vermişdir. Qeyd olunan tarixlərdə soyuducu anbarda xurma məhsulunun hər bir satışında Aqil özü iştirak etmişdir. Hal-hazırda 10400 manat pul ondadır. Həmin pulu İsmayıla verməyə hazırdır. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçının Tovuz rayonu Alakol kəndində soyuducu kompleksi var və əvəzli şərtlərlə ayrı-ayrı şəxslərdən soyuducu anbarda müəyyən müddətə saxlamaq üçün kənd təsərrüfatı məhsulları qəbul edir. O cümlədən Cavabdeh1 ilə şifahi razılaşma əsasında 2024-cü ilin oktyabr ayında 21300 ədəd xurma yeşiyini yerləşdirməyi və xx.xx.2025-ci il tarixədək saxlamağı öz öhdəsinə götürmüş və həmin yeşikləri xx.xx.2024-cü il tarixdə soyuducuya yerləşdirmişdir. Müqavilənin şərtinə əsasən hər xurma yeşiyinə görə ona 2 aylıq saxlama müqaviləsinə əsasən 1,30 manat, cəmi 27690 manat pul ödənilməli, müqavilə müddəti bitdikdən sonra hər ay üçün hər yeşiyə görə 0,60 manat ödənilməsi barədə razılığa gəlmişlər. İki aylıq müddət bitdikdən sonra soyuducu anbarda cavabdehə aid 16000 yeşik xurma qalmışdır ki, onların da saxlama xərci 9600 manat təşkil edir. Cəmi saxlama xərci 37290 manat olmuşdur. Müqavilənin icrası müddətində Cavabdeh2 saxlama xərcindən 5800 manatı iddiaçının təklifi ilə elektrik enerjisi sərfiyyatına görə ödəmiş, həmçinin soyuducu anbardan xurma məhsullarının satılmasından əldə olunmuş 10430 (on min dörd yüz otuz) manat da iddiaçıda qalmışdır. Məhkəmə iclasında həm də müəyyən olunmuşdur ki, iddiaçıya məxsus soyuducu kompleksdə xurma məhsulunun yerləşdirilməsi ilə bağlı razılaşma Cavabdeh1 ilə olsa da, soyuducuda saxlanılan mallar Cavabdeh2 məxsusdur. Həmin xüsusat apellyasiya şikayətinin dəlilləri ilə də təsdiq olunur. Belə ki, Cavabdeh2 şikayətində soyuducuda saxlanılan malların xarab olması nəticəsində ona ziyan dəydiyini bildirir. Digər cavabdeh də soyuducu anbara yerləşdirilmiş xurma məhsulunun Cavabdeh2 məxsus olduğunu təsdiq edir. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bayramov X8 Aqil Kamil oğlu, sonuncu isə Şahid2 vasitəsilə xurma məhsulu satın almış, cəmi 21340 yeşik xurma məhsulunu Cavabdeh1 vasitəsilə İddiaçı məxsus soyuducu anbara yığmışdır. Malın anbara yığılması və saxlama xərcləri və müddəti ilə bağlı tərəflər şifahi qaydada razılaşmışlar. İddiaçı 2024-cü ilin noyabr və dekabr ayları üçün hər yeşik üçün 1,30 manat razılaşdıqlarını, cavabdehlər malı xx.xx.2025-ci il tarixdə götürməli olmalarını, lakin malların bir hissəsinin çıxarıldığını, 16000 yeşiyin isə qaldığını, malın son yeşiklərinin 2025-ci ilin fevral ayının əvvəlində çıxarıldığını, yanvar və fevral ayının əvvəli üçün saxlama haqqı olaraq 0,60 manat saxlama xərci hesabladığını, saxlama xərcindən 5800 manat pul ödənildiyini, sonradan isə cavabdehlərin mallarının satışından ona 10430 manat verildiyini və həmin pulun saxlama xərcindən çıxıldığını, saxlama xərci olaraq ona 21160 manat borc qaldığını bildirmiş və cavabdehlərdən həmin pulun alınıb ona ödənilməsini xahiş etmişdir. Cavabdehlər isə soyuducu anbara yığılan malın məhz Cavabdeh2 məxsus olduğunu, yığılan malın 2024-cü ilin noyabr ayından 2025-ci ilin yanvar ayının 15-dək saxlama xərci olaraq hər yeşiyə 1,30 manat razılaşdıqlarını, lakin yığılan malın soyuducuda xarab olduğunu, ziyana düşdükləri üçün iddiaçının saxlama xərcini onlara güzəşt etdiyini, iddiaçının soyuducuya yığılan malı onların razılığı olmadan satdığını, külli miqdarda ziyana saldığını bildirmiş, ona görə də iddiaçıya borc olmadığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişlər. Məhkəmə bildirir ki, iddiaçı hər iki cavabdehə həm Cavabdeh1, həm də Cavabdeh2 qarşı tələb irəli sürsə də iddiaçıya məxsus soyuducu anbara yığılan malın Cavabdeh2 aid olması iş materialları ilə təsdiq edilir. Tərəflər 21340 yeşik malın saxlanılması üçün iki ay müddətində hər yeşiyə 1,30 manat saxlama xərci ödəniləcəyi barədə razılaşmışlar. Bu hal hər iki tərəfin həm məhkəmə iclasında, həm də Tovuz RPŞ-nin İB-ndə araşdırma aparılarkən alınan izahatları ilə təsdiq edilir. O da təsdiq edilir ki, soyuducuya yığılan mal tam olaraq tərəflərin razılaşdıqları yanvar ayında deyil, 2025-ci ilin fevral ayında çıxarılmışdır. O da təsdiq olunur ki, qarşı tərəf ziyana düşdüyündən iddiaçı saxlama xərcini güzəşt edəcəyini bildirmiş, lakin sonradan cavabdehlərin ona qarşı davranışlarına, yəni ondan müftəlif orqanlara şikayət etdiklərindən həmin fikrindən daşınmışdır. Malın bir hissəsinin soyuducuda razılaşdırılmış müddətdən artıq qalmasına görə saxlama haqqı şərtləşdirilməmiş, lakin iddiaçı saxlama üçün hər yeşiyə 0,60 manat haqq hesablamışdır. Həmçinin o da müəyyən edilir ki, qarşı tərəfdən iddiaçıya saxlama xərci olaraq 5800 manat pul verilmişdir. İddiaçı malların satışından ona 10330 manat verildiyini, həmin məbləği də saxlama xərcindən çıxdığını göstərsə də məhkəmə iclasında tədqiq edilmiş sübutlarla malların satışından 10430 manat pulun iddiaçıya verildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı özünə məxsus soyuducuda malın saxlanılması xərcini tələb etməkdə haqlıdır. Həmin məbləğlər çıxıldıqdan sonra qalan məbləğ, yəni iddiaçı tərəfindən 21340 yeşik xurma məhsulunun hər yeşik üçün 1,30 manat olmaqla saxlanılması üçün 27690 manat və 16000 yeşik xurma məhsulunun hər yeşik üçün 0,60 manat olmaqla saxlanılması üçün 9600 manat, cəmi 37290 manat puldan 5800 manat və 10430 manat çıxılmaqla 21060 manat saxlama xərci Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Soyuducuya yığılan malın cavabdehlər tərəfindən hissə-hissə çıxarılması işdə olan tərəflərin izahatları, Tovuz RPŞ-nin İB-ndə araşdırma aparılarkən alınan izahatları ilə və tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı soyuducuya yığılan malı satması, satması üçün tapşırıq verməsi, alqı-satqı münasibətlərində iştirak etməsi, malı cavabdehə verməkdən imtina etməsi ilə bağlı hər hansı bir hal yoxdur. İddiaçı ilə cavabdeh arasında 1000 yeşik xurma məhsuluna dair alqısatqı olmuş, həmin alqı-satqı üzrə iddiaçıya 11000 manat pul ödənilməli olmuş, həmin məbləğin 3000 manatı ödənilmiş, qalan məbləğ ödənilməsi üçün isə iddiaçı tərəfindən həmin 1000 yeşik mal satılmışdır. Hazırkı iddia tələbində alqı-satqı ilə bağlı məsələlər mübahisə edilmir. Cavabdehlərin iddiaçının təqsirli hərəkətləri nəticəsində onlara ziyan dəyməsi ilə bağlı göstərdiklərinə münasibət bildirən məhkəmə qeyd edir ki, ziyanla bağlı cavabdehin hər hansı bir iddiasına baxılmır, hazırkı işin predmetini təşkil etmir. Bundan başqa məhkəmə qeyd edir ki, cavabdehlərin qeyd etdikləri ilə bağlı hüquq mühafizə orqanlarına müraciətləri olmuş, bununla bağlı araşdırma aparılmışdır. İddiaçının barəsində xüsusi qərar çıxarılmaqla cinayət işinin başlanması üçün göndərilməsi üçün əsas yoxdur. Ona görə də iddia qismən təmin edilməli, Cavabdeh2 21060 (iyirmi bir min altmış) manat pul alınaraq İddiaçı verilməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 822-ci maddəsinə əsasən saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 827-ci maddəsinə əsasən anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. Həmin Məcəllənin 830-cu maddəsinə əsasən əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. Anbar sahibi saxlama haqqından başqa, saxlamanın özü ilə bağlı olmayan bütün xərclərin əvəzinin, məsələn, fraxtın, gömrük rüsumlarının, təmir xərclərinin ödənilməsi hüququna malikdir. Müvafiq olaraq anbar sahibinin tələbi ilə tapşıran xərclərin əvəzini dərhal ödəməlidir. Saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi tərəflər arasında əldə olunmuş şifahi razılığa əsasən Cavabdeh2 21300 (iyirmi bir min üç yüz) yeşik xurma məhsulunu saxlanılması üçün iddiaçıya məxsus soyuducu anbara yerləşdirmiş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək həmin məhsulu soyuducu anbarında saxlamış, cavabdeh isə üzərinə düşən öhdəliyi, yəni malların soyuducu anbarda saxlama xərcini lazımi qaydada ödəməməklə icra etmədiyindən iddiaçı özünə məxsus soyuducuda malın saxlanılması xərcini tələb etməkdə, məhkəmə isə iddianı qismən təmin etməkdə haqlı olmuşdur. İddiaçı iddia ərizəsində cavabdehlər tərəfindən soyuducu anbara 21300 xurma yeşiyinin yerləşdirildiyini, cavabdehlər isə 21340 xurma yeşiyinin yeləşdirildiyini bildirsələr də, məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etmədiklərinə görə məhkəmə cavabdehlər tərəfindən soyuducu anbara yerləşdirilmiş yeşiklərin sayını 21300 kimi qəbul etmıkdə haqlı olmuşdur. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları bildirir. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, tam qanunvericiliyin ziddinədir, maddi və prosessual hüquq normalarının kobud şəkildə pozuntusu ilə qəbul edilmişdir. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır və qeyd edir ki, məhkəmə araşdırması nəticəsində cavabdehin göstərdiyi hallar, yəni qətnamənin maddi və prosessual hüquq normalarının pozul maşı ilə çıxarıldığı təsdiqini tapmamışdır. əksinə işdən görünür ki, məhkəmə işin hallarının tam və hərtərəfli araşdırılması üçün tərəflərə bərabər şərait yaratmış, təqdim edilmiş bütün sübutlara qiymət vermişdir. Apellyasiya şikayətinin ikinci dəlilində göstərilir ki, işə məhkəmədə baxılarkən məhkəməyə vəsatətlə müraciət edərək, cavabdeh kimi iştirak etdiyi kommersiya mübahisəsinə dair mülki işdə iddiaçı Tovuz rayon Alakol kənd sakini İddiaçı qanunsuz fəaliyyəti ilə bağlı onun şikayəti əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X15 Yanğın Nəzarəti İdarəsində və Azərbaycan Respublikasının Qida X1-X10 müvafiq araşdırmalar aparılaraq qanunvericiliyə uyğun tədbirlər görüldüyünü, hazırda baxılan iş üçün mühüm əhəmiyyət daşıdığından həmin qurumlara İddiaçı barəsində aparılmış araşdırma materillarının məhkəməyə təqdim edilməsi bardə sorğu göndərilməsini xahiş etmiş olsa da, məhkəmə vəsatətinə hüquqi qiymət verilməmişdir. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPMin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. İşdən görünür ki, cavabdeh xx.xx.2025-ci il tarixdə qeyd olunan vəsatətlə müraciət etmiş, həmin vəsatət məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında müzakirə olunaraq təmin edilməmişdir. Kollegiya qeyd edir ki, istinad olunan prosessual hüquq normasının tələbinə görə vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi göstərilməli olduğu halda, cavabdeh vəsatətini əsaslandırmamışdır. Odur ki, kollegiya şikayətin həmin dəlilini də əsassız sayır. Apellyasiya şikayətinin üçüncü dəlili soyuducu anbarın normalar daxilində işləməməsi səbəbindən ona 195500 manat maddi ziyan dəyməsi ilə bağlıdır. Kollegiya şikayətin həmin dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPMin 218.3-cü maddəsinin tələbinə görə Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Cavabdehin göstərdiyi hal məhkəmə araşdırmasının predmeti olmamışdır. Əksinə cavabdehin özünün bildirdiyindən məlum olur ki, ona vurulmuş ziyanla bağlı məhkəməyə ayrıca iddia ərizəsi ilə müraciət etmişdir. Apellyasiya şikayətinin digər bir dəlili pulun nəyə görə ondan tutulması ilə bağlıdır. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Ona görə ki, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçıya aid soyuducu anbarda saxlamaq üçün yerləşdirilmiş 21300 yeşik xurma məhz Cavabdeh2 özünə məxsusdur. Digər cavabdeh isə malların yığılıb soyuducu anbara verilməsində vasitəçi olmuşdur. Digər tərəfdən Cavabdeh2 soyuducunun normal işləməməsi səbəbindən ona ziyan vurulması ilə bağlı göstərdiyi də soyuducu anbara yerləşdirilmiş 21300 yeşiyin də ona məxsus olduğunu təsdiq edir. Apellyasiya şikayətində habelə göstərilmişdir ki, İddiaçı barəsində xüsusi qərardad qəbul edilərək, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılması üçün aidiyyət qaydalarına əməl etməklə Tovuz Rayon Prokurorluğuna göndərilməli, Gəncə Kommersiya Məhkəməsinin hakimi barəsində xüsusi qərardad çıxarılmaqla, tədbir görülməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına göndərilməlidir. Kollegiya cavabdehin şikayətdə göstərdiyi həmin hallarla bağlı qeyd edir ki, MPM-in 265.4-cü maddəsinə əsasən Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. MPM-in 394.1-ci maddəsinə əsasən işə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. İstinad olunan prosessual hüquq normalarının tələblərindən də göründüyü kimi cavabdehin qeyd etdiyi həmin məsələlər məhkəmənin səlahiyyətidir və MPM-in müvafiq maddəllərində göstərilmiş hallar müəyyən edilərsə məhkəmə müvafiq qərardad çıxara bilər. Lakin işdə bu kimi hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh2 münasibətdə qismən təmin edərək sonuncudan iddiaçının xeyrinə 21060 (iyirmi bir min altmış) manat tutmaqda haqlı olmuşdur. Ona görə ki, iddiaçıya cavabdeh saxlama xərci olaraq 5800 manat pul verilmişdir. İddiaçı malların satışından ona 10330 manat verildiyini həmin məbləği də saxlama xərcindən çıxdığını göstərsə də məhkəmə iclasında tədqiq edilmiş sübutlarla malların satışından 10430 manat pulun iddiaçıya verildiyi müəyyən edilmişdir. Həmin məbləğlər çıxıldıqdan sonra qalan məbləğ, yəni iddiaçı tərəfindən işin məhkəmə iclasında araşdırılmış halları ilə cavabdehin iddiaçıya məxsus soyuducu anbara iki ay müddətində saxlanması üçün hər yeşiyə görə 1,30 manat olmaqla 21300 yeşik xurma məhsulu yerləşdirdiyi, iki ay müddət bitdikdən sonra 16000 yeşik xurma məhsulunun soyuducu anbarda daha bir ay qalmasına görə isə hər yeşik üçün 0,60 manat olmaqla, cəmi 37290 manat təşkil edən məbləğdən 5800 manat və 10430 manat ödənilmiş hesab edildiyindən, cavabdehdən 21060 (iyirmi bir min altmış) manat saxlama xərci tutmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-1033/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-295/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-295/2025
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver