Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-55/2025 07.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Azərbaycan Dövlət Su X3 X4” X13 Cavabdeh qarşı “Şəmkir Maşın kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi” altına düşən torpaq sahəsinin kompensasiya ödənilməklə boşaldılması” və Cavabdeh “Azərbaycan Dövlət Su X3 X4” X10rşı “qanunsuz hərəkətlərə son qoyulması, dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, iddiaçı “Azərbaycan Dövlət Su X3 X4” X13 nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı “Azərbaycan Dövlət Su X3 X4” X13 Cavabdeh qarşı “Şəmkir Maşın kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi” altına düşən torpaq sahəsinin kompensasiya ödənilməklə boşaldılması tələbinə dair ilk, Cavabdeh “Azərbaycan Dövlət Su X3 X4” X10rşı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, dəymiş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-7/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları Goranboy rayonu Xınalı kəndində yerləşən 27 ha torpaq sahəsi üzərində üzərində Cavabdeh icarə hüququ 92 il müddətinə xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış və bununla bağlı RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyetrindən çıxarış verilmişdir. Çıxarışa əsasən hüququ yüklü edilən hüquqi şəxs Goranboy Rayon İcra Hakimiyyətidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə” 21 dekabr 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Şəmkir, Goranboy, Samux, Ağcabədi, Saatlı, Sabirabad, Salyan, Balakən, Şəki, Oğuz, Yevlax, Göyçay, İmişli, Biləsuvar, Nefçala, Cəlilabad, Qəbələ, Masallı, Ağsu, Ağdaş, İsmayıllı, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Melorasiya və X18 Səhmdar Cəmiyyəti müəyyən edilmişdir. Goranboy Rayon İcra Hakimiyyəti başçısının 23 aprel 2021-ci il tarixli aktında qeyd olunur ki, Goranboy rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2021-ci il tarixli 38 nsaylı sərəncamına əsasən Xınalı kənd ƏİD üzrə nümayəndəsi və Xınalı bələdiyyəsinin sədri də yaradılmış komissiyanın üzvlərinə daxil edilmişdir. Həmiçinin aktın 20- ci bəndinə əsasən Xınalı kənd İƏD üzrə PK-6 kanalının tikintisi altına daimi olaraq 2,129073 ha, o cümlədən 1.510794 ha əkin, 0,618794 ha örüş, bundan xüsusi mülkiyyət-1,510794 ha əkin, Bələdiyyə mülkiyyəti-0,618279 ha örüş, Goranboy rayonu üzrə paylayıcı kanallarının tikintisi altına daimi olaraq 81,2206223 ha, o cümlədən 46,7125233 ha əkin, 24960193 ha örüş, 0,115911 ha sututar, 4,679899 ha şərti yarasız, 0,122778 ha meyvə bağı, 2,396652 ha KPİ, 0,619454 ha BEF, 0,251825 ha meşə zolağı torpağı, 1,291825 ha həyətyanı, 0,069562 ha tikinti altında bundan: xüsusi mülkiyyəti- 39,2641813 ha, o cümlədən 39,0235653 ha əkin, 0,064771 ha meyvə bağı, 0,175845 ha həyətyanı, Bələdiyyə mülkiyyəti-35,339884 ha o cümlədən 3,765104 ha əkin, 24,582615 ha örüş, 0,115911 ha sututar, 2,501881 ha şərti yararsız, 2,396652 ha KPİ, 0,619454 ha BEF, 0,172635 ha meşə zolağı torpağı, 1,115980 ha həyətyanı, 0,069562 ha tikili altında, Dövlət mülkiyyəti-6,616557 ha o cümlədən 3,923764 ha əkin, 0,377578 ha örüş, 2,178018 ha şərti yararsız, 0,058007 ha meyvə bağı, 0,079190 ha meşə zolağı torpağı tikinti altına düşür. Goranboy Rayon İcra Hakimiyyəti başçısının 17 may 2021-ci il tarixli 56 saylı sərəncamı ilə “Şəmkir Maşın kanalının İİ növbəsinin zonasında təsərrüfatlararası paylayıcıkanalların tikintisi” altına Goranboy rayonu ərazisindən daimi olaraq 81.2206223 ha, o cümlədən 46,7125233 ha əkin, 24,960193 ha örüş, 0,115911 ha sututar, 4,679899 ha şərti yararsız, 0,122778 ha meyvə bağı, 2,396652 ha KPİ, 0,619454 ha BEF, 0,251825 ha meşə zolağı torpağı, 1,291825 ha həyətyanı, 0,069562 ha tikinti altında, bundan xüsusi mülkiyyət-39,2641813 ha, o cümlədən 39,0235653 ha əkin, 0,064771 ha meyvə bağı, 0,175845 ha həyətyanı, bələdiyyə mülkiyyəti35,339884 ha, o cümlədən 3,765194 ha əkin, 24,582615 ha örüş, 0,115911 ha susutar, 2.501881 ha şərti yarasız, 2,396652 ha KPİ, 0,619454 ha BEF, 0,172635 ha meşə zolağı torpağı, 1,115980 ha həyətyanı, 0,069562 ha tikili altında, dövlət mülkiyyəti-6,616557 ha, o cümlədən 3,923764 ha əkin, 0,377578 ha örüş, 2.178018 ha şərti yarasız, 0,058007 ha meyvə bağı, 0,079190 ha meşə zolağı torpağı tikintisi altına düşdüyü müəyyən olunur. Torpaq sahəsinin kadastr planından görünür ki, Cavabdeh məxsus 8259,59 m2 torpaq sahəsi layihə altına düşür. “Privat Co” firmasının Cavabdeh ünvanldadığı 28 aprel 2022-ci il tarixli məktubda Cavabdeh icarəyə götürdüyü torpaq sahəsində salınmış şaftalı bağının tikinti altına düşən 420 ədəd, 6 yaşlı şaftalı ağacları üçün bütün xərclər daxil olmaqla əldən çıxan faydaya görə 32760 manat kompensasiya məbləği hesablandığı qeyd olunur. Həmçinin, Cavabdeh məxsus şaftalı bağının qiymətləndirilməsi haqqında hesabata əsasən 1 ha üçün ödənilməli olan kompensasiyanın ümumi məbləği 32035 manat müəyyən olunmuşdur. Bunun əsasında isə Cavabdeh icarə əsasında götürdüyü torpaq sahəsində salınmış şaftalı bağı üçün (0,825959 ha) layihənin tikintisi altına düşməsi səbəbindən ödənilməli kompensasiya məbləği 32035x0,825959x1,2=31752 manat təşkil etmişdir. Torpaq sahəsi isə dövlətə məxsus olduğu üçün qiymətləndirilməmişdir. Hesabata əlavə olunmuş çıxarışdan görünür ki, Cavabdeh icarəsində olan 0,825959 ha əkin torpaq sahəsində əkilmiş 420 ədəd 6 illik şaftalı ağaclarına görə ödəniləcək kompensasiyanın məbləği 32760 manat təşkil etmişdir. “Privat Co” firmasının “Şəmkir Maşın kanalının İİ növbəsinin zonasında təsərrüfatlararası paylayıcıkanalların tikintisi” obyektinin tikintisi altına düşən daşınmaz əmlakların və əkin bitkilərinin qiymətləndirilməsi haqqında 28 aprel 2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunur ki, qiymətləndirmənin gedişində satışların müqayisəli təhlili və xərclər metodları tətbiq edilməklə, Nəzarət orqan tərəfindən baxılaraq edilmiş düzəliş nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezdentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə müvafiq olaraq hesablanmış bazar dəyərinə 20% əlavə haqq ödənilməklə qiymətləndirilən əmlaklar üçün ümumi kompensasiya məbləği 462050 manat təyin olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dövlət ehtiyat fondundan icarəyə götürdüyü torpaq sahəsindən keçən dövlət əhəmiyyətli strateji kanalın tikintisi altına düşən torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu Xınalı kənd ərazisində dövlət ehtiyat fonduna məxsus torpaq sahəsində dövlət əhəmiyyətli “Şəmkir Maşın kanalının İİ növbə tikinti zonasında paylayıcı kanalların tikintisi” üçün 01 may 2019-cu il tarixli, 11/15-424 saylı məktubla Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti Goranboy rayon İcra Hakimiyyətinə müraciət edərək Goranboy rayon ərazisində, o cümlədən Xınalı kənd ərazisində paylayıcı kanalların çəkilməsi üçün tikinti altına düşən torpaq sahələrinin sənədlərin hazırlanması haqqında sərəncam verilməsini xahiş etmişdir. Goranboy rayon İcra Hakimiyyətinin 13 may 2019-cu il tarixli, 71 saylı sərəncamı ilə RİH yanında təsərrüfatlar arası kanalları ilkin torpaq ayıran sənədlərın hazırlanması haqqında rayonun aidiyyəti qurumlarından ibarət komissiya yaradılmışdır. Goranboy rayon İcra Hakimiyyətinin 22 may 2019-cu il tarixli, 80 saylı sərəncamı ilə komissiyanın tərkibi akta əsasən müəyyən edilmiş, Goranboy rayon ərazisindən daimi olaraq 68,6005 ha torpaq sahəsinin ayrılması müvafiq hesab edilərək akt imzalanmaqla təsdiq edilmişdir. Goranboy rayon Xınalı kəndində fərdi təsərrüfatla məşğul olan Musayev X6 ərazisindən dövlət ehtiyyat fonduna məxsus 27 ha torpaq sahəsini icarəyə götürərək meyvə bağı salmışdır. Fərdi təsərrüfatla məşğul olan Cavabdeh dövlət ehtiyat fondundan icarəyə götürdüyü torpaq sahəsinin 0,8259 ha hissəsi “Şəmkir Maşın kanalının İİ növbə tikintisi zonasında paylayıcı kanalların tikintisi" ərazisinə düşdüyü üçün təsərrüfat sahibi, icarəçi Cavabdeh yaradılmış maneənin aradan qaldırılması təklif olunmuş, tikinti işlərinin davam etdirilməsinin gecikdirilməsi bildirilmişdir. Tikinti işlərinin davam etdirilməsinə kömək üçün Goranboy rayon İcra Hakimiyyətinə müraciət edilmiş, Goranboy rayon İcra Hakimiyyətinin 21 aprel 2022-ci il tarixli C-184 nömrəli cavab məktubunda isə Cavabdeh müstəqil qiymətləndirici tərəfindən hesablanmış 32760 manat kompensasiyanın bank hesabına köçürüldükdən sonra tikintinin davam etdirilməsinə razı olacağını bildirmişdir. Bundan sonra kompensasiyanın ödənilməsi üçün Cavabdehlə əlaqə saxlanılmış, lakin verilən kompensasiyanın az olmasını bildirərək prosesdən imtina etmişdir. Cavabdeh dövlət ehtiyat fonduna məxsus icarəyə götürdüyü torpaq sahəsində bağ salması üçün 222600 manat xərc çəkdiyini iddia edərək, cari ilin aprel ayında hesablanmış kompensasiya məbləğinin artırılması barədə iddiaçıya ərizə ilə müraciət etmişdir. Onun müraciətinin araşdırılması məqsədi ilə müstəqil qiymətləndirici "Privat Co" firmasına sənədlər təqdim olunmuş, araşdırmanın nəticəsi olaraq ona tikinti altına düşən 420 ədəd şaftalı ağacına görə sərf etdiyi xərclərlə bağlı müqavilələr, qaimələr, hesab fakturaları və digər xərclərlə bağlı zəruri sənədlər təqdim ediləcəyi təqdirdə, ağaclara görə verilən kompensasiyanın qiymətləndiriləcəyinə yenidən baxılacağı barədə məktub göndərilmişdir. Təssüflər olsun ki, yazılan məktubdan uzun müddət keçsədə Cavabdeh tərəfindən lazımı sənədlər təqdim olunmamış, Cavabdeh tərəfindən yaradılmış süni maneə səbəbindən qeyd edilən bağ sahəsində stateji əhəmiyyətli kanalın tikintisi başa çatdırılmamış qalmışdır. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyəti tərəfindən qanunsuz əməllərinə son qoyulması, onların əməkdaşları tərəfindən 6 illik 71 ədəd meyvə ağaclarının çıxarılıb məhv edilməsinə görə cavabdehdən 42111,52 manat maddi ziyan, 12425 manat əldən çıxmış fayda və 254 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Goranboy rayonu, Xınalı Bələdiyyəsinə məxsus torpaq sahəsi 6 ildən çoxdur ki, onun istifadəsindədir. Həmin torpaq sahəsinə xaricdən gətirilmiş 6 ildən çox müddətində əkilərək qulluq edilən böyük meyvə ağacları vardır. Həmin ərazidə 30 nəfərdən çox işçi işlə təmin edilmişdir. Yəni 30 nəfərdən daha çox işçinin ailəsi bu ağır şəraitdə, yeganə qazanc yeri olan bu torpaq sahəsində işləyərək evlərinə qazanc apara bilir. Həmin torpaq sahəsi tək ona yox, 30 nəfərdən çox işçiyə də aiddir. Cavabdeh müəssisənin əməkdaşları 6 ildən çox yaşı olan 71 ədəd meyvə ağaclarını çıxararaq məhv etmişlər. Buna səbəb guya həmin ərazidən su kanalının çəkilməsi nəzərdə tutulmuşdur. Çıxarılmış 6 ildən çox yaşı olan 71 ədəd meyvə ağaclarının da pulu verilməmişdir. Onun cavabdehə ünvanladığı məktuba cavabda da həmin hal, yəni 71 ədəd meyvə ağacının çıxarıldığı təsdiq edilmiş, əlavə olaraq 420 ədəd meyvə ağacının çıxarılmasını göstərilmişdir. Cavabdeh müəssisənin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tabeliyində olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin tərtib etdiyi kadastr planları və onlardan çıxarışları əsasında istifadələrində olan Goranboy rayonu, Xınalı kəndində yerləşən bağ sahəsinin 0,8259 ha hissəsi obyektin tikintisi altına düşdüyündən 420 ədəd ağacın tarif şurasına uyğun alınaraq çıxarılmasını həmin torpaq sahəsini onların istifadələrinə verilməsini göstərmişdir. 6 illik 420 ədəd mevvə ağaclarının çıxarılmasına görə cəmi 32760 manat pul hesablanaraq kompensasiya ödənilməsini bildirilir. Lakin meyvə ağacları xarici ölkədən alınaraq, gətirilərək, əkilərək və 6 ildə qulluq edilməsinə görə hal-hazıradək bir ağaca, 593,12 manatdan çox pul xərclənmişdir. 71 ədəd meyvə ağaclarına hal-hazıradək 42111,52 manatdan çox pul xərclənmişdir. Çəkilən xərclərin açıqlanması xx.xx.2022-ci il tarixli 09/22 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəydə də göstərilmişdir. Hal-hazırda əməkdaşlar tərəfindən 71 ədəd 6 illik meyvə ağacları çıxarılaraq məhv edilməsində, meyvə ağaclarının məhsulunun illik gəlirindən əldən çıxmış fayda vardır. xx.xx.2022-ci il tarixli 09/22 nömrəli əmlakın qiymətləndirilməsi barədə rəydə 71 ədəd 6 illik meyvə ağacları çıxarılaraq məhv edilməsinə görə 1 ədəd meyvə ağacının məhsulunun illik gəliri 175 manat, cəmi 12425,00 manat aldan çıxmş fayda vardır. İlk iddia üzrə iddiaçı Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyəti iddia ərizəsini dəqiqləşdirərək müstəqil qiymətləndirici “Privat Co” firması tərəfindən dövlət lahiyəsi üzrə tamamlanmaqda olan kanalın trassa xəttinə düşən 420 ədəd şaftalı ağacının çıxarılması üçün hesablanmış 32760 manat kompensasiyanın ödənilməsi şərti ilə mübahisə predmeti olan ərazinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk iddia üzrə iddiaçı Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyətini əsl iddiaçı Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti ilə, habelə qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin Tikilməkdə Olan Meliorasiya və X2 Müdiriyyətini əsl cavabdeh Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini qərara almışdır. Daha sonra məhkəmə ilk iddia üzrə iddiaçı Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətini əsl iddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə, habelə qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətini əsl cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əvəz edilməsini qərara almışdır. Daha sonra məhkəmə ilk iddia üzrə iddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini əsl iddiaçı Azərbaycan Dövlət Su X3 X4 X19 ilə, habelə qarşılıqlı iddia üzrə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyini əsl cavabdeh Azərbaycan Dövlət Su X3 X4 X19 ilə əvəz edilməsini qərara almışdır. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-7/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh “Azərbaycan Dövlət Su X3 X4” X11 71 ədəd meyvə ağacının çıxarılıb məhv edilməsinə görə 8858 manat 77 qəpik məbləğində maddi ziyan, 6816 manat əldən çıxmış fayda olmaqla cəmi 15674 (on beş min altı yüz yetmiş dörd) manat 77 (yetmiş yeddi) qəpik pul, ödənilmiş 137 (bir yüz otuz yeddi) manat dövlət rüsumu tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 21 dekabr 2020-ci il tarixdə qərar qəbul edilərək Goranboy və digər rayonlarda hidrotexniki qurğuların tikintisi altına düşən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması və alan orqanın Azərbaycan Melorasiya və X18 Səhmdar Cəmiyyəti olması qərara alınmışdır. Goranboy rayon İcra Hakimiyyəti başçısının sərəncamlarına əsasən rayonun digər əraziləri kimi Xınalı kənd ərzisindən tikinti altına düşən torpaq sahələrinin yerinin müəyyən edilməsi üçün müvafiq komissiya yaradılmış və tikinti altına düşən torpaq sahələrinin növləri, ölçüləri və s müəyyən edilmiş, komissiyaya sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılmışdır. Cavabdeh icarəsində olan 27 hektar torpaq sahəsinin 8259,59 m2 (0,825959 hektar) hissəsinin tikinti altına düşməsi və tikinti altına düşən torpaq sahəsində Cavabdeh tərəfindən 420 ədəd şaftalı ağacı əkildiyi müəyyən edilmişdir. Torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan Cavabdeh 420 ədəd ağac üçün “Privat Co” firmasının qiymətləndirmə rəyinə əsasən 32760 manat kompensasiya təklif etmiş, Cavabdeh isə həmin kompensasiya məbləği ilə razılaşmamışdır. Torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqan məhkəməyə müraciət edərək dövlət mülkiyyətində olmaqla Cavabdeh icarəsində olan və tikinti altına düşən torpaq sahəsində 420 ədəd meyvə ağacı üçün 32760 manat kompensasiya ödənilməklə torpaq sahəsinin boşaldılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk iddia tələbi ilə bağlı bildirmişdir ki, ilk iddiaçının təklif etdiyi 32760 manat kompensasiya məbləği ilə Cavabdeh razılaşmamış, məhkəmə isə ekspertiza təyin etməklə 420 ağacın alınması, gətirilməsi, əkilməsi və hazırki vaxtadək aqrotexniki qulluğa görə çəkilmiş xərcin ümumi məbləğinin 52404 manat olmasını müəyyən etmişdir. Həmçinin ilk iddiaçı kompensasiya məbləğini artırmamışdır. Ona görə də məhkəmə ilk iddia tələbindən kənara çıxaraq ilk iddia tələbini təmin edə bilməz. Qarşılıqlı iddia tələbindən görünür ki, qarşılıqlı iddiaçı torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqanın qanunsuz əməllərinə son qoyulması, 6 illik 71 ədəd meyvə ağaclarının çıxarılıb məhv edilməsinə görə cavabdehdən 42111,52 manat maddi ziyan, 12425 manat əldən çıxmış fayda və 254 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İş materiallarından, tərəflərin izahatlarından görünür ki, Cavabdeh icarəsində olan və tikinti altına düşən torpaq sahəsində 71 ədəd meyvə ağacı torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqanın əməkdaşları tərəfindən kökündən çıxarılmışdır. Həmin ağaclar başqa əraziyə köçürülsə də məhv olmuşdur. Bundan sonra qarşılıqlı iddiaçı məhkəməyə müraciət etmişdir. 71 ədəd meyvə ağacından başqa ağac çıxarılmamışdır. Cavabdeh özü ağacların çıxarılması ilə bağlı hərəkətləri dayandırmışdır. Ona görə də qarşılıqlı iddia tələbinin cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması ilə bağlı hissəsi təmin edilməməlidir. Bundan başqa ekspert rəyi ilə 420 ağacın alınması, gətirilməsi, əkilməsi və hazırki vaxtadək aqrotexniki qulluğa görə çəkilmiş xərc və ağacların illər üzrə verəcəyi gəliri ilə bağlı xərclər müəyyən edilmişdir. Müəyyən edilmiş həmin xərclər nəzərə alınmaqla Cavabdeh 71 ədəd ağacın məhv edilməsinə görə 8858 manat 77 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin Cavabdeh 71 ağacın gəlirindən məhrum olduğuna görə 6816 manat əldən çıxmış fayda mövcuddur. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğdə maddi ziyan və əldən çıxmış fayda ilk iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 246, 1096, 1097-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227-ci maddələrinə istinad etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini ilkin iddia tələbinin təmin olunmasına, qarşılıqlı iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuna görə, kompensasiya Mülki Məcəllənin qəbul etdiyi mənada zərərin əvəzində ödənilən məbləğ deyil. Heç kimə sirr deyil ki, dövlət layihələrinin tikintisi altına düşən torpaqların mülkiyyətçiləri/sahibləri qiymətləri süni artırmağa meyillidirlər. Bu səbəbdən də, bu kimi mübahisələrdə kompensasiya məbləği müəyyənləşdirilərkən xüsusi araşdırma aparılması zəruridir. Məhkəmənin sübut növü kimi istinad etdiyi AB Consulting MMC-nin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində isə hər hansı ilkin maliyyə sənədinə (hesab-faktura, qaimə-faktura, gömrük bəyannaməsi, kassa çeki və bənzər sair sənədlər) istinad edilməmiş,araşdırma aparılmadan, xərclər barədə haradan əldə edildiyi məlum olmayan maliyyə rəqəmləri götürülməklə, kor-təbii üsulla hesablama aparılmış və qanunsuz, əsassız, saxta rəy tərtib edilmişdir. Gəncə Kommersiya Məhkəməsinin qətnaməsindəki digər hal cavabdehqarşılıqlı iddiaçıya ödənilməsi nəzərdə tutulan məbləği müəyyənləşdirərkən hansı ekspert/mütəxəssis müəyyənləşdirərkən hansı ekspert/mütəxəssis rəyinə istinad etdiyini izah etməməsidir. Halbuki, məhkəmənin qətnamənin qanuni əsası kimi istinad etdiyi Mülki Məcəllənin 1097 və 21-ci maddələri birlikdə dəyərləndirildikə,zərərin məbləği qiymətləndirilərkən obyektivlikdən uzaqlaşmanın yolverilməz olduğu görülür. Məhkəmə Mülki Məcəllə müddəalarını tərəflər arasındakı münasibətə tətbiq etsə də,zərərin müəyyən edilməsində, Mülki Məcəllənin müddəalarını rəhbər tutmamışdır. Diqqət edilməlidir ki, zərər məbləği müəyyənləşdirilərkən Mülki Məcəllə konkretlik tələb etdiyi halda, Gəncə Kommeriysa Məhkəməsi bunaəməletməmişdir. Gəncə Kommersiya Məhkəməsi iş üzrə sübutları tam araşdırmadan, qərəzli qətnamə qəbul etmiş, bununla da MPM-nin 217.1.-ci maddəsinin tələbləri pozulmuşdur. İş üzrə bir neçə ekspert və mütəxəssis rəyi tərtib edilmişdir. Məhkəmə həmin rəylərin mahiyyətinə görə düzgün qiymətləndirmə aparmamışdır. İddiaçı tərəf olaraq, onlar Privat Co firmasının qiymətləndirməsinin əsas alınmasını digər mütəxəssis rəylərində, xüsusən də AB Colnsulting MMC-nin təqim etdiyi rəydə açıq-aşkar qeyri-obyektivliyə yol verildiyi, elmi olmayan, uydurma rəqəmlərə istinad edilməklə kompensasiya məbləği hesablandığını məhkəmənin diqqətinə çatdırmışlar. Lakin, bu etirazına məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. X7 iddia tələbi əsassızdır. Belə ki, O, bu mübahisə başlanmamışdan əvvəl çəkdiyi xərcləri təsdiq edən maliyyə sənədlərini (gübrə alınması,xaricdən tinglərin gətirilməsi və s. Xərcləri təsdiq edən sənədləri) təqdim edə bilmədiyi kimi, məhkəmənin gedişi zamanı da bağa baxması və qulluq etməsi ilə əlaqədar çəkdiyi xərcləri təsdiq edən sənədləri təqdim etməmişdir. Misalçün, 2022,2023,2024-cü illər üzrə (məhkəmə davam etdiyi müddətdə) Cavabdeh çəkdiyi xərcləri təsdiq edən sübutları təqdim edə bilərdi, həmçinin AB Consulting MMC-nin əməkdaşları həmin sənədləri tələb etməklə, araşdırmaqla kompensasiya və zərər məbləğlərini obyektiv məlumatlara əsasən hesablaya bilərdirlər. Təəssüflər olsun ki, tam əksinə, cari xərclər barədə sənədlər olmadan tam əsassız və qanunsuz rəy əsas götürülməklə qətnamə qəbul edilmişdir. Qanuna əsasən, alınmanın təsirinə məruz qalan şəxs ancaq kompensasiya məbləğinin artırılmasını tələb edə bilər, alınmanın təsirinə məruz qalan şəxsin alınmanı əngəlləmək, qarşısını hansısa digər formada almaq səlahiyyəti və tələb hüququ yoxdur. Gəncə Kommersiya Məhkəməsi ilkin iddiaçının idda tələbini təmin etməklə, Cavabdeh izah etməli idi ki, kompensasiya məbləğinin artırılması barədə inzibati məhkəməyə ayrıca iddia verə bilər. Ümumiyyətlə, kommersiya məhkəməsi Cavabdeh iddia tələbini icraata qəbul etməməli, məhkəmə aidiyyəti qaydaları pozulduğuna görə, onun iddia ərizəsini geri qaytarmalı idi. Qanunun 29.2.-ci maddəsi AR İPM-nin 2.2.7ci maddəsi ilə birlikdə dəyərləndirildikdə, Cavabdeh-qarşılıqlı iddiaçının qarşılıqlı iddia tələbinin araşdırılması üzrə məhkəmə aidiyyatının Gəncə İnzibati Məhkəməsi olduğu aşkardır. Bu səbəbdəndə Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi kobud prosessual pozuntu törədilməklə qəbul edildiyinə görə ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh ilə ödəniləcək kompensasiya məbləğinə dair əvvəlcə şifahi razılaşma olmuş, bu səbəbdən torpaq sahəsinə texnika daxil olmuşdur. Lakin sonradan qarşı tərəf etiraz etmişdir. Hazırda tikinti işini aparan podrat şirkətin işi cavabdehlə razılaşma olmaması səbəbindən dayanmışdır. İlkin təklif olunan məbləğ bazar qiymətinə uyğun idi, məhkəmə araşdırması zamanı müəyyən edilən məbləğ real deyil. Habelə meyvə ağaclarının yerli ya xarici sort olması ilə bağlı ekspertiza yay aylarında aparılmış, bu zaman isə ağacların çiçəyini görmədən bunu müəyyən etmək mümkün deyildir. Odur ki, ekspertin bununla bağlı rəyi həqiqəti əks etdirmir. Həmin yerdə hətta torpaq sahəsi xüsusi mülkiyyətdə olan meyvə bağının bir hektarına münasibətdə satış qiyməti belə hazırki hesablanan qiymətdən azdır. “Privat Co” şirkəti Maliyyə Nazırliyi tərəfindən müəyyən edilmiş şirkət olduğundan onun rəyi daha mötəbərdir. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsinə əyani baxış olmaqla kompensasiya məbləğinin müəyyən edilməsinə şərait yaradılmışdır, bu zaman özəl qiymətləndirmə təşkilatı ilə qiymətləşdirmə aparılmışdır. Ancaq ağacların qiyməti yerli tinglərə uyğun hesablanmışdır, halbuki oradakı meyvə ağacları xarici tinglər əsasında salınmışdır. O, şifahi razılıq verməmişdir. Texnikalar onun razılığı olmadan sahəyə daxil olaraq ağaclarını məhv etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21.1. Müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması nəzərdə tutulur. Torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər, kompensasiya - bu Qanuna əsasən torpaqların alınması və ya torpağa dair hüquqları ilə bağlı alınmanın təsirinə məruz qalan şəxslərə verilən, pul, əmlak və ya digər formada ifadə olunan əvəz başa düşülür. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.3.1. Torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilir. Maddə 49.2. İcarədə olan dövlət və ya bələdiyyə torpaqlarının müəyyən hissəsi alındıqda icarəçi tərəfindən ödəniləcək icarə haqqına icarədə olan torpağın sahəsinin azalması və geri alınmanın digər nəticələri nəzərə alınmaqla yenidən baxılır və icarəçidə saxlanılan torpağın qanunvericiliyə uyğun olaraq yenidən mərzlənməsi və üzərində hüquqların dövlət qeydiyyatına alınması təşkil edilir. Maddə 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Maddə 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməninin ləğv edilməsini xahiş etsə də, əslində ilk iddianın rədd olunmuş və qarşılıqlı iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələndirilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İşin faktiki halı ondan ibarətdir ki, Goranboy rayonu, Xınalı kəndində yerləşən 27 ha torpaq sahəsinə icarə müddəti xx.xx.2018-ci il tarixdən xx.xx.2110-ci ilə qədər Cavabdeh oğuna adına qeydiyyata alınmış, sahibkarlıq fəaliyyəti əsasında Cavabdeh həmin torpaq sahəsində meyvə bağı salmışdır. Bundan sonra Azərbaycan Respublikasının Şəmkir, Goranboy, Samux, Ağcabədi, Saatlı, Sabirabad, Salyan, Balakən, Şəki, Oğuz, Yevlax, Göyçay, İmişli, Biləsuvar, Nefçala, Cəlilabad, Qəbələ, Masallı, Ağsu, Ağdaş, İsmayıllı, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında hidrotexniki qurğuların tikintisi məqsədilə Cavabdeh icarəsində olan torpaq shaəsinin dövlət ehtiyacı üçün alınması səbəbi ilə torpaq sahəsində salınmış şaftalı bağının tikinti altına düşən 420 ədəd, 6 yaşlı şaftalı ağacları üçün bütün xərclər daxil olmaqla əldən çıxan faydaya görə 32760 manat kompensasiya məbləği hesablanmışdır. Həmiçinin Cavabdeh məxsus şaftalı bağının qiymətləndirilməsi haqqında hesabata əsasən 1 ha üçün ödənilməli olan kompensasiyanın ümumi məbləği 32035 manat müəyyən olunmuşdur. Bunun əsasında isə Cavabdeh icarə əsasında götürdüyü torpaq sahəsində salınmış şaftalı bağı üçün (0,825959 ha) layihənin tikintisi altına düşməsi səbəbindən ödənilməli kompensasiya məbləği 32035x0,825959x1,2=31752 manat təşkil etmişdir. Torpaq sahəsi isə dövlətə məxus olduğu üçün qiymətləndirilməmişdir. Sonuncu kompensasiya məbləği ilə razılaşmamışdır. Qiymətləndirmənin gedişində satışların müqayisəli təhlili və xərclər metodları tətbiq edilməklə, Nəzarət orqanı tərəfindən baxılaraq edilmiş düzəliş nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezdentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı Fərmanın 2.3-cü bəndinə müvafiq olaraq hesablanmış bazar dəyərinə 20% əlavə haqq ödənilməklə qiymətləndirilən əmlaklar üçün ümumi kompensasiya məbləği 462050 manat təyin olunmuşdur. Hazırki məhkəmə mübahisəsi ilə ilkin iddiaçı torpaq sahəsinin boşaldılması, cavabdeh isə 42111,52 manat maddi ziyan, 12425 manat əldən çıxmış fayda tələbi irəli sürmüşlər. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd, qarşılıqlı iddia tələbini isə qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı hidrotexniki qurğuların tikilməsi məqsədi ilə cavabdehin torpaq sahəsini boşaltması tələbini irəli sürsə də bununla bağlı ədalətli kompensasiya məbləği verilməmişdir. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə uyğun olaraq torpağın alğı-satqı müqaviləsi bağlandıqdan sonra alan orqan 90 (doxsan) təqvim günü ərzində aşağıdakıları həyata keçirir: 246.4.1. mülkiyyətçiyə torpağın dəyərini tam ödəyir; 246.4.2. torpaqla bağlı hüquqların dövlətə verilməsi (keçməsi) üçün öz xərcləri hesabına lazımi tədbirləri görür; 246.4.3. satılan torpaq mülkiyyətçinin, onun ailəsinin yaşayış yeri olduğu halda, torpağın dəyəri mülkiyyətçiyə tam ödənildikdən sonra “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun V fəslinə uyğun olaraq mülkiyyətçiyə torpağı boşaltmaqda və yeni yaşayış yerinə köçməkdə köməklik göstərir. 247.1. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi; 247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi. Hazırki halda torpaqları dövlət ehtiyacı üçün alan səlahiyyətli subyekt tərəfə müvafiq kompensasiyanı ödəməmiş, bununla bağlı razılıq olmamış və kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə qərarı mövcud deyildir. Belə olan halda isə cavabdehin icarəsində olan torpaq sahəsinə iddiaçının müdaxiləsinin qanuni əsası olmamışdır. İddiaçının nümayənəsi məhkəmə iclasında cavabdehlə şifahi razılıq əldə edildiyini bildirsə də, cavabdeh bu halı inkar etmiş və iddiaçı bu halı təsdiq edəcək məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı apellyasiya şikayətinin dəlili kimi birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş ekspertizaların nəticələrini mübahisələndirmiş və nümayəndəsi məhkəmə iclasında “Privat Co” şirkətinin Maliyyə Nazirliyi tərəfindən müəyyən edildiyini və bu səbəbdən də onun rəyinin daha mötəbər olduğunu iddia edir. Məhkəmə araşdırmasəı zamanı X15 İnkişaf Mərkəzinin 10 mart 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin icarə əsasında götürdüyü torpaq sahəsində salınmış şaftalı bağı üçün (0.825959 ha) lahiyənin tikinti altına düşməsi səbəbindən ağac bitkisinin qiymətləndirilməsi 72722.3746 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 11 may 2023-cü il tarixli rəyindən görünür ki, Goranboy rayonu Xınalı kəndi ərazisində yerləşən Cavabdeh X21 kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi altına düşən 27 hektar torpaq sahəsinin 0.825959 hektarında salınan şaftalı bağında 420 ədəd şaftalı ağacının olması müəyyən edilmişdir. Təhqiqata təqdim edilmiş X15 İnkişaf Mərkəzinin rəyində əkilmiş ağacların yaşı (neçə illik olması), həmin ağacların bar verən olub-olmaması, hər bir ağacdan illik nə qədər məhsul əldə edilə bilməsi, qeydedilən torpaq sahəsində kökündən çıxarılaraq başqa əraziyə köçürülmüş ağacların olubolmaması barədə hər hansı məlumat verilmədiyindən qərardadda qoyulmuş “2) Əgər mövcuddursa yaşı nə qədərdir?, 4) Həmin ağaclar bar verən ağaclardırsa, hər bir ağacdan illik nə qədər məhsul əldə edilə bilər?, 5) Qeyd edilən torpaq sahəsində kökündən çıxarılaraq başqa ərziyə köçürülmüş ağaclar varmı?” sualları üzrə tədqiqat işləri aparılmadı. Həmçinin 27 hektar torpaq sahəsinin 0.825959 hektarında salınan 420 ədəd şaftalı ağacının məhsuldarlığı barədə məlumat olmadığından həmin ağacların orta bazar qiymətini müəyyən etmək mümkün olmadı. Qeyd edilən 420 ədəd şaftalı ağacının məhsuldarlığı müəyyən edildikdən sonra həmin ağacların orta bazar qiyməti müəyyən edilə bilər. X15 İnkişaf Mərkəzinin 17 oktyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Goranboy rayonu Xınalı kəndi ərazisində yerləşən Cavabdeh X21 kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi altına düşən 388 saylı 8259,59 m2 torpaq sahəsi 0.825959 hektardır. Həmin ərazidə 420 ədəd şaftalı ağacları əkilmiş və ondan 71 ədədi kökündən çıxarılmışdır. Çıxarılmış ağacların başqa ərziyə köçürülməsi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Mövcud olan ağacların saylı 349 ədəddir, yaşı isə 6 illikdir. Yerli bazar qiymətinə uyğun olaraq bir ağac tinginin qiyməti 15 manat olmalqa 420 ədəd ağacın qiyməti 6300 manat, bir tingin əkilməsi 1 manat olmaqla 420 ədəd ağacın qiyməti 420 manat, 0.8259 hektar sahəsinin hazırlanması 413 manat və həmin sahədə hazırkı vaxtadək aparılmış aqrotexniki qulluq işləri 9912 manat təşkil edir. Əlavə olaraq 0.8259 hektar torpaq sahəsində damçı suvarma sisteminin qurulması üçün 2065 manat, 1-ci və 2-ci illər üçün sanitar müalicə fito sanitar peraparatlar 743 manat, 1-ci və 2-ci illər üçün gübrələmə işləri 2065 manat, gigər illər üçüb gübrə və fito sanitar peraparatlar 13215 manat, digər xidmətlər (6 il müddətində) isə 12389 manat xərc tələb edir. 6 ildə çəkilən xərc cəmi 47522 manat təşkil edir. Şaftalı ağaclarının 3-cü ildən bar verdiyini nəzərə alaraq orta hesabla 4-cü il 420 ədəd ağacdan 5040 kq, 5-ci il 7560 kq, 6cı il isə 12600 kq məhsul götürmək mümkündür. Bu isə gəlir olaraq 4-cü ildə 5040 manat, 5-ci ildə 7560 manat, 6-cı ildə isə 12600 manat olmaqla, 3 il ərzində cəmi 25200 manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzinin 17 yanvar 2024-cü il tarixli 3-16-16/2-7/1626- 9/9046 saylı rəyindən görünür ki, Goranboy rayonu Xınalı kənd ərazisində yerləşən Cavabdeh icarəsində olan torpaq sahəsinin “Şəmkir Maşın kanalının ikinci növbə tikinti zonasında paylayıcı kanalların tikintisi” altına düşən 388 saylı 8259,59 m2 torpaq sahəsi 0,825959 hektardır. Həmin ərazidə 420 ədəd şaftalı ağacları əkilmiş və ondan 71 ədədi kökündən çıxarılmışdır. Çıxarılmış ağacların başqa əraziyə köçürülməsi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Mövcud olan ağacların sayı 349 ədəddir, yaşı isə 6 illikdir. Gəncə Kommersiya Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərardadına əlavə edilmiş 17 oktyabr 2023-cü il tarixli 3-22-3-22/2-135/2023 nömrəli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X15 İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun müdiri Ballı X1 məxsus şaftalı bağının qiymətləndirilməsi rəyində şaftalı ağaclarının sayı 349 ədəddir, yaşı isə 6 illik olması müəyyən edilsə də ağacların yerləşdiyi ərazinin torpaq məhsuldarlığı, adı qeyd edilmiş meyvə ağacının sortu (hər bir meyvə bitkisinin məhsuldarlığı həmin bitkinin məxsus olduğu sorta əsasən müəyyən edilir) barədə heç bir məlumat verilmədiyindən həmin torpaq sahəsində mövcud olan ağacların məhsuldarlığı barədə tədqiqat işləri aparılmamışdır. Aparılmış bioloji tədqiqatın nəticələrinə əsasən 0.825959 hektar ərazidə 420 ədəd şaftalı ağacları əkilmiş və 71 ədədi kökündən çıxarılaraq başqa əraziyə köçürülməsi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Şaftalı bağının qiymətləndirilməsi rəyində şaftalı ağaclarının sayı 349 ədəd, yaşı 6 illik olması müəyyən edilsə də, adı qeyd edilmiş meyvə ağacının sortu barədə heç bir məlumat verilmədiyindən həmin ağacların orta bazarqiymətini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən 349 ədəd şaftalı ağaclarının sortu müəyyən edildikdən sonra həmin ağacların orta bazar qiyməti müəyyən edilə bilər. Həmin ağaclara neçə il ərzində görülmüş aqrotexniki qulluğun iş həcmi və çəkilmiş xərc barədə mütəxəssis rəyi tədqiqata təqdim edildikdən sonra həmin xərclər müəyyən edilə bilər. Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli 7/362-9/1768 saylı rəyindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin mülki iş materiallarında olan (2-ci cild səhifə 97) 17 oktyabr 2023-cü il tarixli 3-22-3-22/2-135/2023 nömrəli Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X15 İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun rəyinə əsasən Goranboy rayonu, Xınalı kənd ərazisində yerləşən Cavabdeh icarəsində olan torpaq sahəsində 420 ədəd şaftalı ağacları əkilmişdir. Onlardan 71 ədədi kökündən çıxarılmışdır. Mövcud olan ağacların sayı 349 ədədir, yaşı 6 illikdir. Təqdim olunmuş mütəxəssis rəyində şaftalı ağacının sortu göstərilmədiyinə görə, həmin ağacların məhsuldarlığı barəsində cavab vermək mümkün olmamışdır. Çıxarılmış ağacların başqa əraziyə köçürülməsi ilə bağlı təqdim olunmuş mütəxəssis rəyində məlumat olmadığı üçün qərarda göstərilən qeyd edilən torpaq sahəsində kökündən çıxarılaraq başqa əraziyə köçürülmüş, ağaclar varmı? Sualına cavab vermək mümkün olmamışdır. Aparılmış bioloji tədqiqatın nəticələrinə əsasən 8259,59 m2 torpaq sahəsi 0,825959 hektar olan ərazidə 420 ədəd şaftalı ağacları əkilmiş və 71 ədədi kökündən çıxarılaraq başqa əraziyə köçürülməsi ilə bağlı hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Şaftalı bağının qiymətləndirilməsi rəyində şaftalı ağaclarının sayı 349 ədəd, yaşı isə 6 illik olması müəyyən edilsə də, ağacların yerləşdiyi ərazinin torpaq məhsuldarlığı, adı qeyd edilmiş şaftalı ağacının sortu (hər bir meyvə bitkisinin məhsuldarlığı həmin bitkinin məxsus olduğu sorta əsasən müəyyən edilir) barədə heç bir məlumat verilmədiyindən, həmin ağacların orta bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən 349 ədəd şaftalı ağaclarının sortu müəyyən edildikdən sonra həmin ağacların orta bazar qiyməti müəyyən edilə bilər. Həmiçinin, görülmüş işlərin və çəkilmiş xərcin həcmi ayrı-ayrılıqda göstərilmədiyindən çəkilmiş xərcin ümumi dəyərini müəyyən etmək mümkün olmamışdır. "xxxx" MMC-nin 05 iyun 2024-cü il tarixli 065/Mİ/24 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsində şaftalı ağacları mövcuddur. 0.82 ha əraziyə 420 şaftalı ağac növü 2017-ci ildə əkilmişdir. 2021-ci ildə bunlardan 71 ədədi çıxarılmışdır. Halhazırda 349 meyvə ağacı mövcuddur. Hər bir ağacın alınması, gətirilməsi, əkilməsi və hazırki vaxtadək aqrotexniki qulluğa görə çəkilmiş xərcin ümumi məbləği 52404 manat təşkil edir. Meyvə ağaclarının tingləri Türkiyədən alınaraq gətirilmişdir. Xüsusi növ şaftalı ağacı olduğundan yüksək məhsuldarlığa malikdir. Təxminən 10-12 il yaşam müddəti olan şaftalı ağacından yalnız budama vasitəsilə 15-20 ilə qədər məhsul götürmək olar. Yetişkin bir şaftalı ağacı təxmin bir ildə 35-50 kq məhsul verir. Əraziyə əkilmiş bu növ şaftalı ağacları təcrübəli budamaçılar tərəfindən budanmışdır. Bu zaman düzgün şəkilləndirilmiş ağacın kök və gövdələri inkişaf edir, ömrü uzanır meyvə verimi növbəti illər üçün daha da artır. Bu növ ağaclardan məhsul yığımı əkimdən sonrakı 3-cü ildən başlayır. Ağacların məhsuldarlığı hər növbəti il artdığından illər üzrə məhsuldarlıq və gəlirlilik cədvəlinə əsasən 2021, 2022, 2023 və 2024-cü illər üzrə cəmi 40320 manat təşkil edir. Qeyd edilən torpaq sahəsində 71 ədəd şaftalı ağacı 2021-ci ildə məhsul yığımından sonra kökündən çıxarılaraq başqa əraziyə köçürülmüşdür. Lakin köçürülmüş ağaclar quruyaraq məhv olmuşdur. Bu səbəbdən həmin 71 ağac üzrə icarəçi Cavabdeh 5822 manat əldən çıxmış faydası mövcuddur. Təqdim edilən ekspert və mütəxəssiz rəyləri qarşılıqlı iddia tələbinin predmeti olan meyvə ağaclarına çəkilmiş xərclərə və buna adekvat əldə ediləcək faydanın hesablanmasına yönələn xüsusi biliyə malik şəxslər tərəfindən təqdim edilmişdir, apellyator maddi ziyan və ya əldən çıxmış faydanın səhv hesablanmasını, tinglərin xarici yox yerli sort olmasını təsdiq edəcək hər hansı sübut təqdim etməmişdir. Bundan başqa iddia tərəfi “Privat Co” firmasının rəyinin daha mötəbər olduğu iddia edir və bunu şirkətin Maliyyə Nazirliyi tərəfindən secilməsi ilə əsaslandırır. Bununla bağlı qeyd edilməlidir ki, qiymətləndiricinin hansı qurum tərəfindən cəlb edilməsi rəyin mötəbərliyinin müəyyən edilməsində həlledici rol oynamır. Rəyin mötəbərliyi aparılmış tədqiqatın metodikasının və gəlinmiş nəticənin əsaslandırılmasından asılıdır ki, “Privat CO” firmasının rəyi qeyd olunan tələblərə cavab vermir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş rəy adlandırılan iki vərəqdən ibarət və yalnız qrafik şəklində olan məlumatda qiymətlərin hansı üsulla müəyyən edilməsinə dair hər hansı əsaslandırma mövcud deyildir. Halbu ki, digər qiymətləndiricinin rəyində ağacların mənşəyi, məhsuldarlığı, ağacların ömrü və s. bu kimi hallara qiymət verilərək hesablama aparılmış ekspert rəyləri və X17 Mərkəzinin yerli şöbəsinin rəyləri ilə birgə qiymətləndirildikdə daha mötəbərdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiyası məhkəməsi qanunla səlahiyyətinə aid edilmiş hüquq və vəzifələrindən maksimum dərəcədə istifadə etməyə çalışmış, çoxsaylı ekspertizaların və mütəxəssis rəylərinin alınmasına təşəbbüs göstərmişdir. Halbu ki, bu hallara dair sübutların təqdim edilməsi və iddianın dəlillərinin sübut edilməsi vəzifəsi tərəflərin üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM maddə - 77.1). Lakin buna baxmayaraq birinci instansiyası məhkəməsi işin araşdırılması istiqamətində görülə biləcək bütün zəruri hərəkətləri yerinə yetirmiş və yekunda sübutlara düzgün qiymət vermişdir. Qarşılıqlı iddia tələbinə ilə məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Hazırki halda cavabdehin icarəsində olan və əkin altına düşən torpaq sahəsində 71 ədəd meyvə ağacı torpaq sahələrini dövlət ehtiyacları üçün alan orqanın əməkdaşları tərəfindən kökündən çıxarılmışdır. Həmin ağaclar başqa əraziyə köçürülsə də məhv olmuşdur. Bundan başqa ekspert rəyi ilə 420 ağacın alınması, gətirilməsi, əkilməsi və hazırki vaxtadək aqrotexniki qulluğa görə çəkilmiş xərc və ağacların illər üzrə verəcəyi gəliri ilə bağlı xərclər müəyyən edilmişdir. Müəyyən edilmiş həmin xərclər nəzərə alınmaqla cavabdehə 71 ədəd ağacın məhv edilməsinə görə 8858 manat 77 qəpik məbləğində maddi ziyan vurulmuşdur. Belə ki, rəylə müəyyən edildiyi kimi 420 tingin alınması, gətirilməsi, əkilməsi 7140 manat, sahənin əkinə hazırlanması, damcı suvarma sisteminin quraşdırılması 2624 manat, sahənin və ağacların gübrələnməsi və və digər aqrotexniki qulluq işrinin 7 il üzrə məbləği 42640 manat olmaqla cəmi 52404 manat məbləğində müəyyən edilmişdir. 52404 manat 420 ağaca münasibətdə hesablandığından (52404 manat / 420 ağac = 124.771428571 manat bir ağac x 71 ağaca = 8858.77 manat) 71 ağaca münasibətdə bu məbləğ 8858,77 manat təşkil edir. Bundan başqa cavabdehin 71 ağacın gəlirindən məhrum olduğuna görə 6816 manat əldən çıxmış faydası mövcuddur. Belə ki, rəylə müəyyən edildiyi kimi 2021-ci ildə 1 ağacın məhsuldarlığı 14 kq və hər kq-nın qiyməti 1 manatla götürüldükdə 420 ağacdan yığılmalı olan məhsulun dəyəri 5880 manat, 2022-ci ildə 1 ağacın məhsuldarlığı 20 kq və hər kq-nın qiyməti 1 manatla götürüldükdə 420 ağacdan yığılmalı olan məhsulun dəyəri 8400 manat, 2023-cü ildə 1 ağacın məhsuldarlığı 28 kq və hər kq-nın qiyməti 1 manatla götürüldükdə 420 ağacdan yığılmalı olan məhsulun dəyəri 11760 manat, 2024-cü ildə 1 ağacın məhsuldarlığı 34 kq və hər kq-nın qiyməti 1 manatla götürüldükdə 420 ağacdan yığılmalı olan məhsulun dəyəri 14280 manat olmaqla 4 il üçün müəyyən edilmiş məbləğ 40320 manat təşkil edir. 40320 manat 420 ağaca münasibətdə hesablandığından (40320 manat / 420 ağac = 96 manat bir ağac x 71 ağaca = 6816 manat) 71 ağaca münasibətdə bu məbləğ 6818 manat təşkil edir. Birinci instansiyası məhkəməsi alınmış məbləğin hesablanması qaydasını məhkəmə aktında göstərməsə də hesablamaya əsasən düzgün nəticəyə gəlmiş və bu səbəbdən də məhkəmə hesab edir ki, birinci instasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Belə ki, cavabdeh qarşılıqlı iddianın təmin edilməmiş hissəsində apellyasiya şikayəti verməmiş və iddiaçıya münasibətdə apellyasiya şikayəti təmin edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “Azərbaycan Dövlət Su X3 X4” X19 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-7/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı “Azərbaycan Dövlət Su X3 X4” X19 tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-55/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-55/2025
07.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver