Məhkəmə qərarları › İş №2-2(104)-71/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-71/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-71/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Salyan Qida X1 Şirkətinin Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-62/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-62/2025 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli QMS-01 saylı diler müqaviləsi üzrə 8934 manat 30 qəpik əsas borc, 1019 manat 33 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 400 manat cərimə borcu olmaqla, cəmi 10353 manat 63 qəpik məbləğində borc və 1 ədədinin dəyəri 850 manat olan 11 ədəd Uğur soyuducusu, dəyəri 110 manat olan 1 ədəd çəpər UBC2015, 1 ədədinin dəyəri 425 manat olan 12 ədəd çətir D3 UBC2015, 1 ədədinin dəyəri 300 manat olan 3 ədəd çətir UBC2020 4x4 loqotipom sünbül, 1 ədədinin dəyəri 220 manat olan 2 ədəd kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, 1 ədədinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, dəyəri 550 manat olan 1 ədəd 2 çıxışlı sərinlədici, 1 ədədinin dəyəri 100 manat olan 3 ədəd reduktor, dəyəri 120 manat olan 1 ədəd əl arabası, həmin avadanlıqlar olmadıqda isə onların dəyəri, həmçinin hüquqi yardımla bağlı ödənilmiş 320 manat və 214 manat dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı Salyan Qida X1 Şirkətinə verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 09 yanvar 2025-ci il tarixli e-2-2(115)-62/2025 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Salyan Qida X1 Şirkəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçı Salyan Qida X1 Şirkəti ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış QMS-01 saylı, xx.xx.2021-ci il tarixli “Diler müqaviləsi”nə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş qalan 10764 manat 34 qəpik məbləğində əsas borc, müqavilənin 6.6-cı bəndinə əsasən hesablanmış 11363 manat 37 qəpik cərimə məbləği, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca hesablanmış 1615 manat məbləğində gecikdirilmiş vaxta görə faiz borcu, müqaviləyə və təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, lakin bu günə qədər geri qaytarılmamış cəmi 19 adda inventar üzrə avadanlıqların iddiaçıya qaytarılması, həmin avadanlıqlar olmadıqda isə onların dəyərini təşkil edən 17065 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 41127 manat 71 qəpik məbləğində pulun və 214 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan Qida X1 Şirkəti ilə Cavabdeh (VÖEN: **********) arasında QMS-01 saylı, xx.xx.2021-ci il tarixli "Diler müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında Salyan Qida X1 Şirkəti tərəfindən cavabdehə pivə məhsulları satılmış, həmçinin pivə məhsullarının satışının həyata keçirilməsi üçün inventar üzrə soyuducular, fujerlər, bakallar, çətirlər və sair avadanlıqlar Cavabdeh təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Avadanlığın təhvil-Təslim Aktı”-na əsasən 52 adda, 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh təhvil verilmişdir. Cavabdeh isə (VÖEN: **********) pivə məhsullarını təhvil almasına baxmayaraq, onların dəyərini tam şəkildə ödəməmiş, həmçinin təhvil aldığı avadanlıqları qaytarmamışdır. Belə ki, bu günə qədər satılmış pivə məhsullarının əvəzi olaraq 5 ədəd, ümumilikdə 30940 manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 20175 manat 66 qəpik ödəniş edilmiş, 10764 manat 34 qəpik hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına əsasən cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə 10764 manat 34 qəpik məbləğində ödənilməmiş borcunun qaldığını yazılı surətdə etiraf etmişdir. Tərəflər arasında bağlanmış QMS-01 saylı, xx.xx.2021-ci il tarixli “Diler müqaviləsi”nin “Qiymətlər” adlanan 6.4-cü bəndinə əsasən diler tərəfindən yazılı qaydada sifariş verildikdən sonra İstehsalçı tərəfindən həmin mallara uyğun elektron qaimə Dilerə göndərilir. Elektron qaimə göndərildikdən sonra Diler malın dəyərini İstehsalçıya ödəyir və İstehsalçı tərəfindən qaimə üzrə məhsullar təhvil verilir. Həmin müqavilənin “Qiymətlər” adlanan 6.5-ci bəndinə məhsulların dəyəri ödənilmədikdə hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0.1 faizi dəyərində cərimə hesablanır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 92 saylı maliyyə arayışına əsasən məlum olur ki, qaimələr üzrə gecikdirilmiş günlərə görə tətbiq ediən cərimənin məbləği 11363 manat 37 qəpik təşkil edir. Belə olduğu halda, malların 2021-ci ildə təhvil verilməsinə və müvafiq elektron qaimələrin vurulmasına baxmayaraq, artıq 3-cü ildir ki, cavabdeh pul məbləğinin ödənilməsini gecikdirdiyindən, əsas borca münasibətdə illik 5% olmaqla, ümumilikdə (10764.34 x 5% x 3 il) 1615 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Avadanlığın təhvil-Təslim Aktı”-na əsasən 52 adda, 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh təhvil verilmiş, lakin həmin avadanlıqlar tam şəkildə bu günə qədər qaytarılmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 93 saylı maliyyə arayışına əsasən məlum olur ki, cəmi 19 adda, 17065 manat dəyərində inventar üzrə avadanlıqlar bu günə qədər iddiaçıya qaytarılmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixində iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, iddiaçı Salyan Qida X1 Şirkəti ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış QMS-01 saylı, xx.xx.2021-ci il tarixli “Diler müqaviləsi”-nə əsasən cavabdehə satılmış pivə məhsullarına görə ödənilməmiş qalan 8934 manat 30 qəpik məbləğində əsas borc, müqavilənin 6.6-cı bəndinə əsasən hesablanmış 11363 manat 37 qəpik cərimə borcu, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca hesablanmış 1019 manat 33 qəpik məbləğində gecikdirilmiş vaxta görə faiz borcu, müqaviləyə və təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, lakin bu günə qədər geri qaytarılmamış hər birinin dəyəri 850 manat olmaqla ümumilikdə 11 ədəd Uğur soyuducu (inventar kodları: **********08, **********15, **********45, **********53, **********58, **********64, **********18, **********46, **********50, **********46, **********86), inventar kodu S.İn.0024, dəyəri 110 manat olan 1 ədəd Çəpər UBC2015, inventar kodu S.İn.0025, birinin dəyəri 425 manat olan 12 ədəd Çətir D3 UBC2015, inventar kodu S.İn.0096, birinin dəyəri 300 manat olan 3 ədəd Çətir UBC2020 4x4 loqotipom Sümbül göy, inventar kodu S.İn.0068, birinin dəyəri 220 manat olan 2 ədəd Kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, inventar kodu S.İn.0035, birinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, inventar kodu S.İn.0039, birinin dəyəri 550 manat olan 1 ədəd Oxladitel 2 çıxışlı, inventar kodu S.İn.0051, birinin dəyəri 100 manat olan 3 ədəd Reduktor, inventar kodu S.İn.0057 birinin dəyəri 120 manat olan 1 ədəd teleşka, olmadıqda, həmin inventarların dəyərini təşkil edən 17065 manat, hüquqi yardım üçün ödənilmiş 320 manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 38702 manat məbləğində pulun və 214 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və şikayətə etiraz: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi iddiaçı əsassız olaraq məbləğləri şişirtməklə onun real borcundan daha artıq məbləğ tələb etmişdir. Onun borcu qətnamədə göstərilən borcdan aşağı məbləğdə olmuşdur. Əsas borcu bundan daha aşağı məbləğdə olmuşdur. Lakn məhkəmə işi araşıdrarkən bunu nəzərə almamış, iddiaçının gətirdiyi sənədləri əsaslı hesab etmişdir. Halbuki o, vurduğu zərər müqabilində məsuliyyət daşımalı idi. Məhkəmənin araşdırması nəticəsində onun borcunun az olması öz təsdiqini tapsa da cərimənin məbləği yenə də şişirdilmiş şəkildə saxlanılmışdır. Onun faktiki borcu da artıq göstərilmişdir. Bundan başqa müqavilə ilə də, riyazi hesabla ilə də borc uyğunluq təşkil etmir. Avadanlıqların qiyməti də orta bazar qiymətindən xeyli miqdarda artıq göstərilmişdir. Məhkəmənin aydınlaşdırmadığı məqam isə tələb olunan məbləğlə bağlı olmuşdur. Məhkəmə işin halları ilə bağlı araşdırma apararkən borcun artıq hesablanmasını nəzərə almamışdır. Məhkəmə məbləği artıq göstərməklə səhv nəticəyə gəlmişdir. Bundan başqa avadanlıqların qiyməti də artıq göstərilmişdir. İddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz verərək bildirmişdir ki, qəbul olunmuş qətnamə tam ədalətli və qanuni olmuşdur. Hətta məhkəmə qətnamə qəbul edilən zaman müqavilə şərtlərində nəzərdə tutulmuş cərimə məbləğini mütənasibsiz şəkildə azaltmaqla cavabdehin xeyrinə olan qərar qəbul etmişdir. Qeyd olunan hal şirkətin biznes maraqlarına zidd olsa da qəbul edilmiş qətnamənin qısa müddət ərzində icra üçün müvafiq quruma göndərilməsi üçün iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Lakin, cavabdeh qətnamədən nəzərdə tutulmuş şikayət müddətinin sonuncu günü formal şikayət verməklə işin icrasını mümkün vasitələrlə uzatmaq niyyətindədir. Belə ki, cavabdeh apellyasiya şikayətində məhkəmə tərəfindən araşdırılmış və sübuta yetirilmiş halları təkzib edən heç bir sübut əlavə etmədən qətnaməninin qanunsuz olduğunu, buna görə də ləğv edilməsini xahiş etmişdir. Lakin, tələblərinin hüquqi əsası barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə cavabdehin məhkəmə iclası zamanı məhkəməyə təqdim etmiş olduğu ödəniş qəbzləri şirkət tərəfindən ödəniş kimi qəbul edilmiş, iddia tələbinin azaladılması barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və yekunda məhkəmə həmin ərizə nəzərə alınmaqla qətnamə qəbul etmişdir. Əlavə olaraq cavabdehin məhkəmə iclaslarında iştirakı zamanı süni surətdə prosesinin uzadılmasına xidmət edən hərəkətləri onun qətnamənin icrasından yayınmaq məqsədilə formal olaraq şikayət verdiyini sübut edir. Məhkəmə qətnamə qəbul edərkən iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdeh tərəfindən imzalanmış üzləşmə aktını, maliyyə arayışını, tərəflər arasında olan müqavilələri əsas götürməklə qətnamə qəbul etmişdir ki, həmin qətnamə qanuni və ədalətli olmuşdur. Şirkət tərəfindən dəyəri tələb olunan və cavabdehə görə qiymətləri şişirdilmiş avadanlıqlara münasibətdə isə bildirmişlər ki, həmin əmlaklar bazar dəyəri nəzərə alınmaqla qiymətləndirilmiş onların müvəqqəti istifadəyə verilməsi onların satışını həyata keçirmək məqsədi ilə edilməmiş, əksinə satışın artıtılmasına xidmət etmiş və sonra yararlı şəkildə şirkətə təhvil verilməsi məqsədilə verilmişdir. Lakin cavabdeh həmin əmlakları şirkətə qaytarmamışdır. Məhkəmə zamanı soyuducu və avadanlıqların olduğu yerdən götürülməsi ilə bağlı şirkət tərəfindən cavabdehə təklif irəli sürülmüş, təqdim ediləcək əmlakların dəyərinin iddia tələbindən çıxılacağı dəfələrlə qeyd edilsə də, cavabdeh müxtəlif bəhanələrlə avadanlıqların qaytarılmasını təmin etməmişdir. Belə olan halda məhkəmə avadanlığın isitfadəsinə dair müqaviləninin şərtlərinə uyğun olaraq avadanlıqların, olmadıqda onların dəyərinin qaytarılması ilə bağlı qərar qəbul etmişdir. İddiaçı olaraq həmin əmlaklar yararlı olduğu halda icra mərhələsində də onlar əmlakı kimi götürüləcəkdir. Qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, apeyasiya şikayətinə qarşı etiraz göndərərk həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apelyasiya şikayətinin təmin edilməsinə dair cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan istehsalçı-Salyan Qida X1 Şirkəti ilə diler - Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli QMS-01 nömrəli Diler müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən istehsalçı özünün istehsal etdiyi pivə məhsullarını, şüşə qablaşdırmada yalnız dilerə satmağı, diler isə həmin məhsulları əldə edib, bu müqavilə şərtləri və çərçivəsində aylıq minimum satış həddindən aşağı olmamaq şərti ilə satışını həyata keçirməyi və dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən hazırkı müqavilədə nəzərdə tutulan istehsalçı tərəfindən dilerə təhvil verilən inventarların (soyuducu, tara, çəllək və sair) təhviltəslimi, onların dəyəri, istifadəsi, istehsalçıya qaytarılması və sair münasibətlər tərəflər arasında bağlanan avadanlığın əvəzsiz istifadəsi müqaviləsinə uyğun tənzimlənir. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən diler tərəfindən yazılı qaydada sifariş verildikdən sonra istehsalçı tərəfindən həmin mallara uyğun elektron qaimə dilerə göndərilir. Elektron qaimə göndərildikdən sonra diler malların dəyərini istehsalçıya ödəyir və istehsalçı tərəfindən qaimə üzrə məhsullar təhvil verilir. Həmin müqavilənin 6.6-cı bəndinə əssən diler tərəfindən 6.5-ci bənddə göstərilən müddət ərzində məhsulların dəyəri ödənilmədikdə hər təqvim günü üçün gecikdirilmiş məbləğin 0,1 %-i dəyərində cərimə hesablanır. İş materiallarında olan kirayə verən - Salyan Qida X1 Şirkəti ilə kirayəçi - Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli QMS-01 nömrəli avadanlığın əvəzsiz istifadə müqaviləsindən görünür ki, bu müqavilə üzrə kirayəyə verən təhvil-təslim aktında müəyyən edilən avadanlığı öz mülkiyyətində saxlamaqla kirayəçinin müvəqqəti olaraq əvəzsiz istifadəsinə verir, kirayəçi isə həmin avadanlığı qəbul edib bu müqavilə ilə müəyyən edilən qaydada istifadə etməyi, istifadə müddəti başa çatdıqdan sonra isə kirayəyə verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Avadanlığın təhvil-təslim aktı”-dan görünür ki, Salyan Qida X1 Şirkəti tərəfindən ərizədə sadlanan avadanlıqlar da daxil omaqla ümumilikdə 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli EBAY 716818 nömrəli elekton qaiməyə əsasən 12130 manat, xx.xx.2021-ci il tarixli EBBE 835911 nömrəli qaiməyə əsasən 6040 manat, xx.xx.2021-ci il tarixli EBBF 208429 nömrəli elektron qaiməyə əsasən 2910 manat, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 5820 manat, xx.xx.2021-ci il tarixli EBBB 088788 nömrəli elektron qaiməyə əsasən 4040 manat olmaqla, ümumilikdə 30940 manat məbləğində pivə Salyan Qida X1 Şirkəti tərəfindən Cavabdeh verilmişdir. İş materiallarında olan tərəflərin təsdiq etdiyi xx.xx.2023-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh Salyan Qida X1 Şirkətinə xx.xx.2023-cü il tarixə 10764 manat 34 qəpik məbləğində borcu qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 92 nömrəli maliyyə arayışından görünür ki, 30940 manat məbləğində elektron qaimələr üzrə 20175 manat 66 qəpik məbləğində ödəniş edilmiş, 10764 manat 34 qəpik hissəsi isə bu günə qədər ödənilməmiş qalmışdır. Hesablanmış cərimə borcu isə 11363 manat 37 qəpik olmaqla, cəmi borc 22127 manat 71 qəpik təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 93 nömrəli maliyyə arayışından görünür ki, cavabdehə təhvil verilmiş, hazırki tarixədək geri qaytarılmamış hər birinin dəyəri 850 manat olmaqla ümumilikdə 11 ədəd Uğur soyuducu (inventar kodları: **********08, **********15, **********45, **********53, **********58, **********64, **********18, **********46, **********50, **********46, **********86), inventar kodu S.İn.0024, dəyəri 110 manat olan 1 ədəd Çəpər UBC2015, inventar kodu S.İn.0025, birinin dəyəri 425 manat olan 12 ədəd Çətir D3 UBC2015, inventar kodu S.İn.0096, birinin dəyəri 300 manat olan 3 ədəd Çətir UBC2020 4x4 loqotipom Sümbül göy, inventar kodu S.İn.0068, birinin dəyəri 220 manat olan 2 ədəd Kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, inventar kodu S.İn.0035, birinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, inventar kodu S.İn.0039, birinin dəyəri 550 manat olan 1 ədəd Oxladitel 2 çıxışlı, inventar kodu S.İn.0051, birinin dəyəri 100 manat olan 3 ədəd Reduktor, inventar kodu S.İn.0057 birinin dəyəri 120 manat olan 1 ədəd teleşka olmaqla, ümumilikdə 17065 manat məbləğində avadanlıqlar iddiaçıya qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş Pretenziya məktubundan görünür ki, Salyan Qida X1 Şirkəti cavabdehə öhdəliklər tam icra edilmədiyindən qalıq borc qaldığından və inventar üzrə təhvil alınmış avadanlıqlar geri qaytarılmadığından məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 214 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixli “Hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən Gəncə şəhəri 14 saylı Vəkil Bürosuna 320 manat məbləğində vəkil haqqı ödənilmişdir Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Salyan Qida X1 Şirkəti ilə Cavabdeh (VÖEN: **********) arasında QMS-01 saylı, xx.xx.2021-ci il tarixli "Diler müqaviləsi” bağlanmışdır. Həmin müqavilə əsasında Salyan Qida X1 Şirkəti tərəfindən cavabdehə pivə məhsulları satılmış, həmçinin pivə məhsullarının satışının həyata keçirilməsi üçün inventar üzrə soyuducular, fujerlər, bakallar, çətirlər və sair avadanlıqlar Cavabdeh təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Avadanlığın təhvil-Təslim Aktı”-na əsasən 52 adda, 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh təhvil verilmişdir. Cavabdeh isə (VÖEN: **********) pivə məhsullarını təhvil almasına baxmayaraq, onların dəyərini tam şəkildə ödəməmiş, həmçinin təhvil aldığı avadanlıqları qaytarmamışdır. Belə ki, bu günə qədər satılmış pivə məhsullarının əvəzi olaraq 5 ədəd, ümumilikdə 30940 manat məbləğində elektron qaimələr göndərilmiş, həmin qaimələr üzrə cəmi 20175 manat 66 qəpik ödəniş edilmiş, iddia ərizəsi ilə müraciət edilməsi üçün sənədlər hazırlanan vaxta 10764 manat 34 qəpik hissəsi isə qədər ödənilməmiş qalmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli üzləşdirmə aktına əsasən cavabdeh yuxarıda qeyd edilən müqavilə üzrə 10764 manat 34 qəpik məbləğində ödənilməmiş borcunun qaldığını yazılı surətdə etiraf etmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Avadanlığın təhvil-Təslim Aktı”-na əsasən 52 adda, 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh təhvil verilmiş, lakin həmin avadanlıqlar tam şəkildə bu günə qədər qaytarılmamışdır. Daha sonra isə cavabdeh 3 dəfəyə cəmi 1830 manat miqdarında ödəniş etmişdir ki, iddiaçı da edilmiş ödəniş məbləğinə uyğun olaraq iddianın həcmini əsas borc hissəsində azaltmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı Salyan Qida X1 Şirkətindən müqaviləyə əsasən aldığı 8934 manat 30 qəpik məbləğində əşyaların dəyərini iddiaçıya ödəməyərək, öhdəliyini tam icra etməmişdir. Eyni zamanda iş materiallarında olan avadanlığın əvəzsiz istifadə müqaviləsindən göründüyü kimi cavabdeh avadanlıqları qəbul edib istifadə müddəti qurtardıqdan sonra iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından da görünür ki, iddiaçı Salyan Qida X1 Şirkəti tərəfindən ərizədə sadalanan avadanlıqlar da daxil omaqla ümumilikdə 34845 manat 20 qəpik dəyərində avadanlıqlar Cavabdeh oğluna təhvil verilmiş, lakin həmin avadanlıqlar tam şəkildə iddiaçıya qaytarılmamışdır. xx.xx.2024-cü il tarixli, 93 nömrəli maliyyə arayışından göründüyü kimi, ümumilikdə 17065 manat məbləğində avadanlıqlar cavabdeh tərəfindən iddiaçıya qaytarılmamış qalmışdır. Cavabdeh avadanlıqların bir qisminin iddiaçı tərəfindən geri götürüldüyünü, bir qisminin digər şəxsə verildiyini bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2021- ci il tarixli QMS-01 saylı diler müqaviləsi üzrə 8934 manat 30 qəpik əsas borc, 1019 manat 33 qəpik gecikdirilmiş vaxt üçün faiz borcu, 400 manat cərimə borcu olmaqla, cəmi 10353 manat 63 qəpik məbləğində borc və 1 ədədinin dəyəri 850 manat olan 11 ədəd Uğur soyuducusu, dəyəri 110 manat olan 1 ədəd çəpər UBC2015, 1 ədədinin dəyəri 425 manat olan 12 ədəd çətir D3 UBC2015, 1 ədədinin dəyəri 300 manat olan 3 ədəd çətir UBC2020 4x4 loqotipom sünbül, 1 ədədinin dəyəri 220 manat olan 2 ədəd kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, 1 ədədinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, dəyəri 550 manat olan 1 ədəd 2 çıxışlı sərinlədici, 1 ədədinin dəyəri 100 manat olan 3 ədəd reduktor, dəyəri 120 manat olan 1 ədəd əl arabası, həmin avadanlıqlar olmadıqda isə onların dəyəri, həmçinin hüquqi yardımla bağlı ödənilmiş 320 manat və 214 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Salyan Qida X1 Şirkətinə ödənilməlidir. İddianın qalan hissəsi təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Odur ki, 400 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, iddiaçının bütün əsaslı mənafeləri qorunmuş olur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla Cavabdeh QMS-01 saylı, xx.xx.2021-ci il tarixli “Diler müqaviləsi”-nə əsasən iddiaçıya satılmış pivə məhsullarına görə 8934 manat 30 qəpik məbləğində əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca hesablanmış 1019 manat 33 qəpik məbləğində gecikdirilmiş vaxta görə faiz borcunun, müqaviləyə və təhvil-təslim aktına əsasən cavabdehə təhvil verilmiş, lakin geri qaytarılmamış hər birinin dəyəri 850 manat olmaqla, ümumilikdə 11 ədəd Uğur soyuducusu (inventar kodları: **********08, **********15, **********45, **********53, **********58, **********64, **********18, **********46, **********50, **********46, **********86), inventar kodu S.İn.0024, dəyəri 110 manat olan 1 ədəd Çəpər UBC2015, inventar kodu S.İn.0025, birinin dəyəri 425 manat olan 12 ədəd Çətir D3 UBC2015, inventar kodu S.İn.0096, birinin dəyəri 300 manat olan 3 ədəd Çətir UBC2020 4x4 loqotipom Sümbül göy, inventar kodu S.İn.0068, birinin dəyəri 220 manat olan 2 ədəd Kobra UBC2019 Terra TR188-2-SSS-NF 2 sorta, inventar kodu S.İn.0035, birinin dəyəri 65 manat olan 3 ədəd Lightbox, inventar kodu S.İn.0039, birinin dəyəri 550 manat olan 1 ədəd Oxladitel 2 çıxışlı, inventar kodu S.İn.0051, birinin dəyəri 100 manat olan 3 ədəd reduktor, dəyəri 120 manat olan 1 ədəd əl arabasının cavabdehdə qaldığı öz təsdiqini tapdığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan cərimənin (dəbbə pulunun) məbləği məsələsini müzakirə edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb olunan cərimə iddiaçıya vurulmuş ziyana tənasübsüz dərəcədə uyğun olmamaqla yüksəkdir və azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-ci maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Məhkəmənin dəbbə pulunu azaltmaq səlahiyyəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərindən irəli gəlir. Həmin maddədə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə qeyd olunanları nəzərə alaraq cavabdehə hesablanmış cəriməni azaltmışdır. İddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırmış, iş üzrə qətnaməni maddi və prosessual hüquq normalarına riayət edilməklə çıxarmışdır. Digər tərəfdən cavabdeh məhz hansı sübutlara düzgün hüquqi qiymət verilmədiyini və bu düzgün qiymətləndirməmənin nədən ibarət olduğunu da şikayətində göstərməmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini onun formal mülahizəsi sayır. Apelyasiya şikayətinin digər dəlili cərimə borcunun yüksək hesablanması ilə bağlıdır. Kollegiya apelyasiya şikayətinin həmin dəlilini də iddiaçı tərəfindən tələb olunan 11363 manat 37 qəpik cərimə borcu azaldılaraq 400 (dör yüz) manat həddində təmin olunduğuna görə əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də hər iki apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-62/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar