Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-74/2025 19.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh Firmasının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulması və əldən çıxmış fayda tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsindən Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyriyaşayış binasının 0,50 mert məsafəsində Cavabdeh Firması tərəfindən quraşdırılmış dəmir borunun Cavabdeh Firmasının hesabına sökülməsi, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadratmetr qeyriyaşayış binasından mülkiyyətçi İddiaçı istifadəsinə Cavabdeh Firması tərəfindən yaradılan maneələrlə bağlı hərəkətlərə son qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh Firması apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e-2-2(115)-161/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh Firmasının ona məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən mağazasının qarşısına quraşdırdığı dəmir borunun cavabdehin hesabına sökülməsi, mağazanı işlətməyinə göstəridiyi qanunsuz müdaxiləsinə son qoyulması və əldən çıxmış fayda olaraq cavabdehdən 6000 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz şəhəri Mərkəzi bazarında ona məxsus 0.0019 ha (19 kv metr) torpaq sahəsi və həmin torpaq sahəsində 6 kv.metr dəmir konstruksiyalı mağazası vardır. Bu barədə çıxarışı da vardır. Həmin mağazanı işlətməklə ailəsini dolandırır, ailədə heç kim işləmir. Lakin cavabdeh onu həmin torpaq sahəsindən qanusuz yollarla çıxartmaq istəyir, mağazanı işlətməyə imkan vermir. Mağazaya gələn elektrik xəttini də qanunsuz kəsmişdir. Belə ki, cavabdeh qəsdən dəfələrlə mağazanın qarşısına mişar daşları və tullantı tikinti materialları tökmüşdür. O isə hər dəfə tullantıları təmizləyib mağazanı işlətməyə çalışmışdır. Lakin cavabdeh həmin əməllərindən əl çəkmir və sonuncu dəfə mağazanın qarşısını dəmir turba ilə bağlamışdır. Artıq 1 ildən çoxdur ki, o mağazasını işlədə bilmir. Həmçinin o mağazanı işlədən vaxtlarda hər ay orta hesabla 500 manat gəliri olurdu. Cavabdeh artıq 1 ildən artıqdır ki, onu həmin qazancından məhrum edib. Ona görə də cavabdehin ona məxsus mağazanın qarşısına quraşdırdığı dəmir boru onun hesabına sökülməli, mağazanı işlətməyinə göstərdiyi qanunsuz müdaxiləsinə son qoyulmalı və əldən çıxmış fayda olaraq cavabdehdən 6000 manat alınaraq ona verilməlidir. Cavabdeh Firması məhkəməyə məlumat ünvanlayaraq bildirmişdir ki, iddiaçının atası X9 da həmin Cavabdeh Firmasının istifadəsində olan ərazidə uzun müddət dəmirdən quraşdırılmış mağazada ticarətlə məşğul olmuş və Cavabdeh Firmasına aylıq rüsum ödəmişdir. Tovuz rayonu Cavabdeh Firmasının ərazisində sanitar-texniki, sanitar-gigiyenik vəziyyətin və təhlükəsizlik tədbirlərinin yaxşılaşdırılması və firmanın təxliyə planına uyğun olaraq işlər aparılarkən iddiaçının atası X9 arasında görüşlər olmuşdur. Həmin budkanın yerləşmə mövqeyi orada görüləcək işlərin surətlə aparılmasına mane olduğu barədə apardıqları şifahi danışıq zamanı X9 həmin yerin ona məxsus olduğunu, onun çıxarışı və texniki pasportu olduğunu bildirmişdir. X9 onlara Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 2014-cü ilin 17 aprel tarixində hazırlanmış texniki pasportu və Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı çıxarış təqdim etməklə israrla bildirirmişdir ki, bu sənədlər onun Cavabdeh Firmasının ərazisində ticarətlə məşğul olduğu mağazaya aiddir. Necə ola bilər ki, Cavabdeh Firmasının istifadəsində olan torpaq sahəsi kiməsə dövlət torpağı kimi təzədən verilsin. Onlar bu məsləni aydınlaşdırarkən X4 onlara təqdim etdiyi texniki pasportun təsdiq hissəsində rəis E.Y.Hacıyevin imzası ilə 15 saylı Ərazi İdarəsinin rəisi E.Hacıyevin (eyni adamdır) X4 adına verilmiş olduğu xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı çıxarışda olan imzalarındakı saxtakarlığını, həmin çıxarışda göstərilən daşınmaz əmlakın adının, nə də ki ünvanının Cavabdeh Firmasına heç bir aidiyyəti olmadığını bildirmişlər. Onlar bu məsələni hüquqi yolla araşdırmaq lazım olduğunu bildirdikdən sonra X9 özünə məxsus çıxarış əsasında çıxarışda göstərilən əmlakı qızı İddiaçı adına sənədləşdirmişdir. İddiaçının iddia ərizəsinə əlavə etmiş olduğu özünün adına olan çıxarışdan və özünə aid olmayan, atası X4 adına rəsmiləşdirilmiş texniki pasportdan da (nədənsə iddiaçı çıxarış üçün əsas olan həmin texniki pasportuna mərtəbələr üzrə planın eksplikasiyası, mərtəbələr üzrə plan 1:100 hissələrini məhkəməyə təqdim etməyi unudub) daşınmaz əmlakın adı (növü) kimi qeyri-yaşayış binası, daşınmaz əmlakın ünvanı (olduğu yer) kimi Tovuz şəhəri, Mərkəzi bazarı, mülkiyyət növü xüsusi kimi, təyinatı ticarət kimi, ümumi sahə (m2) kimi, torpaq sahəsi (ölçüsü, ha) 0.00189 kimi, torpağın mülkiyyət növü dövlət kimi, torpaq sahəsinin hüququ növü istifadə kimi göstərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi çıxarışın onun iddia etdiyi kimi onların istifadəsində olan əraziyə heç bir aidiyyəti yoxdur. Ədliyyə Nazirliyi Hüquqi şəxslərin qeydiyyatı üzrə Şəmkir Bölgə şöbəsinin 27 oktyabr 1998-ci il tarixli Viza hüquq firmasının baş direktoru E.B.Hacıyevə ünvanladığı məktubun axırıncı abzasında “Mərkəzi bazar 1997-ci il noyabrın 26-dan ləğv edilmiş və həmin gündən dövlət reystrindən çıxarılmışdır”. İddiaçının məhkəməyə təqdim etdiyi çıxarış isə (X4 adına verilmiş olduğu xx.xx.2014-cü il tarixli RX seriyalı, ******* saylı çıxarışa əsasən) verilmişdir. xx.xx.2014-cü il tarixində Tovuz şəhərində Mərkəzi bazar ünvan kimi göstərilmişdir. Azərbaycan Respublikasının Əmlak Komitəsi tərəfindən Tovuz rayon Mərkəzi bazarı özəlləşdirilərək onun bazasında 26 noyabr 1997-ci ildə Cavabdeh firması yaradılmış və bu barədə firmaya şəhadətnamə verilməklə, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə hüququnu təsdiq edən 13 noyabr 1997-ci il tarixli 000020 saylı şəhadətnaməsinə əsasən, mərkəzi bazarın Tovuz rayonu Sabir küçəsində yerləşdiyi torpaq sahəsi 49353 kv.metr torpaq sahəsi də Cavabdeh firmasına verilmişdir. Tovuz RİH başçısının 11 iyun 1998-ci il tarixli 1165 saylı sərəncamdan çıxarışın 3-cü absazından göründüyü kimi 1993-cü ildə bazarın istifadəsində 5 hektar torpaq sahəsi olmuşdur. Firma həmin ildən də istifadə etdiyi 5 hektar torpaq sahəsi üçün torpaq vergisi ödəyicisidir. Əmlakın Texniki İnventarlaşdırılması bürosu tərəfindən Cavabdeh firmasına 21 iyun 2006-cı il tarixli 001098 saylı texniki pasport tərtib etmişdir. Həmin texniki pasportda da Cavabdeh firmasının istifadəsində 5.17 hektar torpaq sahəsi vardır ki, həmin əraziyədə sərəncam vermək hüququ Cavabdeh firmasına məxsusdur. İddiaçı iddia ərizəsinin 1-ci abzasında “Tovuz şəhəri Mərkəzi bazarında mənə məxsus 0.0019 ha (19 kv.metr) torpaq sahəm və həmin torpaq sahəsində 6 kv metr dəmir konstruksiyalı mağazam vardır. Qeyd edim ki, bu barədə çıxarışım da vardır” yazır. Çıxarışda isə torpağın mülkiyyət növü dövlət kimi göstərilir. İddiaçı qeyd edir ki, həmin torpaq sahəsində 6 kv.metr dəmir konstruksiyalı mağazası var. İddiaçının atası X4 Cavabdeh firmasının istifadəsində olan torpaq sahəsində ticarətlə məşğul olduğu dəmirdən quraşdırılmış mağazinin sahəsi isə 18.9 m2-dir. Bunu iddiaçının məhkəməyə təqdim etdiyi şəkillərdən də görmək olur. İddiaçının məhkəməyə təqdim etdiyi çıxarışda isə daşınmaz əmlakın adı (növü) kimi qeyri-yaşayış binası kimi göstərilir. Azərbaycan Respublikası Statistika Komitəsinin 2 iyul 2013-cü il tarixli 88/14 saylı qərarının 7.2-ci maddəsinə əsasən qeyri-yaşayış binaları əhaliyə əmək şəraitinin yaradılması və sosial-mədəni xidmətlərin göstərilməsi, eləcə də maddi nemətlərin saxlanılması üçün nəzərdə tutulmuş binalardır kimi göstərilir. Vikipediya və ensiklopediya kitabında bina-insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti kimi göstərilir. Cavabdeh firmasının həmin ərazisində heç tikinti və ya obyekt yoxdur. Həmin çıxarışın 5-ci sətrində əmlakın üzərində hüququn növü-mülkiyyət göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 18 avqust 2004-cü il tarixli 3078 qeydiyyat nömrəli və Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 23 iyul 2004-cü il tarixli 162 sayı əmrinə əsasən Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması qaydalarına əsasən: 2.1. Qeyri yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər aşağıdakılardır: - özəlləşdirilmiş obyektə (əmlaka) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi (İqtisadi İnkişaf Nazirliyi) tərəfindən verilmiş şəhadətnamə; vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri - yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlar; - Texniki inventarlaşdırma bürosu tərəfindən dövlət uçotuna alınmış qeyri yaşayış binası, tikili və ya qurğusunun (onların hissələrinin) dövlət notariat orqanları vasitəsilə özgəninkiləşdirilməsi (alqı - satqısı, bağışlanması, dəyişdirilməsi) barədə müqavilə (o cümlədən satıcını ömürlük saxlama haqqında müqavilə) və ya vərəsəlik yolu ilə özgəninkiləşdirilərkən vərəsəlik haqda şəhadətnamə; - Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş “Qeydiyyat vəsiqəsi”. İddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində Cavabdeh firmasının ona məxsus Tovuz şəhəri, Mərkəzi bazarında yerləşən mağazasının qarşısına basdırdığı dəmir borunun” ifadəsindən də aydın olur ki, ”Nəsimi” firması öz ərazisində yox, hardasa Tovuz şəhəri, Mərkəzi bazarında yerləşən mağazanin qarşısına dəmir boru basdırıb. Onlar ancaq onlara məxsus ərazidə qanuna müvafiq qaydada işlərini aparırlar. İddiaçı iddia ərizəsinə əlavə etdiyi çıxarışa əsassız istinad etməklə, qanunsuz olaraq Cavabdeh firmasına məxsus bazar ərazisindən əlavə torpaq sahəsi zəbt etməyə çalışdığı üçün verilmiş iddia əsassız və qərəzli sayılmalıdır. Bu məlumatlar ilk növbədə iddia ərizəsinə əlavə edilən sənədlərdən əldə edilir. Odur ki, iddianın əsassız və qərəzli hesab olunaraq rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin edilməklə cavabdehin qanunsuz əməllərinə son qoyulmasını xahiş etmiş, ərizəsində göstərmişdir ki, cavabdeh onun mülkiyyətində olan mağazaya aid stolu sındırmaqla ləğv etmiş, mağazanın çöl hissəsində tavanın taxta və lombrinlərini sındırmış və mağazaya qanuni çəkilmiş elektrik xəttini qəsdən kəsərək ləğv etmişdir. Cavabdeh Firması məhkəməyə məlumat ünvanlayaraq bildirmişdir ki, iddiaçının Cavabdeh firmasının ona məxsus Tovuz şəhəri, Mərkəzi bazarında yerləşən mağazasının qarşısına basdırdığı dəmir borunun” ifadəsindən belə aydın olur ki, guya ”Nəsimi” firması haradasa Tovuz şəhəri, Mərkəzi bazarında qəsdən İddiaçı məxsus mağazasınin qarşısına dəmir boru basdırıb. İddiaçının məhkəməyə təqdim etdiyi çıxarışda göstərilən daşınmaz əmlakın adının, nə də ki ünvanının Cavabdeh firmasına heç bir aidiyyəti yoxdur. Rəsmi olaraq onlar ancaq onların istifadəsində olan ərazidə qanuna müvafiq qaydada işlərini aparırlar. İddiaçının təzədən xx.xx.2024-cü il tarixli elektron qaydada vermiş olduğu ərizəsində birmənalı olaraq məhkəmənin boynuna qoyur ki, “mən X10 qarşı “Dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulma və əldən çıxmış fayda tələbinə dair iddia qaldırmışam və həmin iş məhkəmənin icraatındadır”. Maraqlıdır ki, birdən-birə nə məqsədləsə iddiaçı ”Nəsimi” firmasına qarşı qaldırdığı iddiadan sanki imtina edir və məhkəmənin də boynuna qoymağa çalışır ki, məhkəmənin icraatında olan işdə Cavabdeh firması yox, X11r. İddiaçı ərizəsində cavabdehin qanunsuz əməllərinə son qoyulmasını xahiş edir. İddiaçı Cavabdeh firmasına qarşı əsassız iddia verdiyini yəqin ki, başa düşdüyündən yeni iddiasını yeni cavabdehə Cavabdeh firmasının etibarnamə üzrə nümayəndəsi X10 ünvanlamasının səbəbi də yəqin ki, məhkəmənin və Cavabdeh firmasının rəhbərliyinin vaxtını almağa yönəlmişdir. Odur ki, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Firması məhkəməyə ərizə ünvanlayaraq ərizəsində göstərmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixli elektron qaydada ünvanladığı ərizəsində birmənalı olaraq məhkəmənin boynuna qoymağa çalışmaqla sübut etmək istəyir ki, o X10 qarşı dəmir borunun sökülməsi, qanunsuz müdaxiləyə son qoyulma və əldən çıxmış fayda tələbinə dair iddia qaldırmış və həmin iş məhkəmənin icraatındadır. Lakin belə bir iddianın olması barədə ona məhkəmə vasitəsi ilə nə yazılı nə də elektron qaydada məlumat verilməmişdir. Yəqin iddianın Cavabdeh firmasına heç bir aidiyyətinin olmaması ona aydın olmuşdur. İddiaçı ərizəsində konkret olaraq onun Tovuz şəhəri, Mərkəzi bazarında yerləşən, ona məxsus olan mağazanın qarşısına quraşdırdığı dəmir borunun onun hesabına sökülməsinə, mağazanın işlətməyinə göstərdiyi qanunsuz müdaxiləyə son qoyulmasına və əldən çıxmış fayda olaraq cavabdehdən, X5 6000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, Cavabdeh firmasının etibarnamə üzrə nümayəndəsi və Cavabdeh firmasının prezidentinin köməkçisi olaraq Cavabdeh firmasında qanuna müvafiq olaraq öz üzərinə düşən vəzifəsini yerinə yetirir. İddiaçının iddia ərizəsinə əlavə edilmiş cıxarışda göstərilən ölçülər ola bilər ki, onun məntiqincə, iddiaçının atası X4 Cavabdeh firmasının istifadəsində olan ərazidə ticarətlə məşğul olarkən istifadə etdiyi dəmirdən quraşdırılmış mağazanın ölçüləri ilə eynilik təşkil edə bilər. Çıxarış və texniki pasportda daşınmaz əmlakın ümumi sahəsi 6 m2 göstərilir, qalan ərazi torpaq kimi göstərilib, onların ərazisində isə olan dəmirdən quraşdırılmış mağaza sahəsi 19 m2 -dir. Çıxarışda daşınmaz əmlakın göstərilən ünvanın (Tovuz şəhəri, Mərkəzi bazarı) Cavabdeh firmasına yerləşdiyi ünvana heç bir aidiyyəti yoxdur. Həmçinin iddiaçı ərizəsində cavabdehin, yəni onun mülkiyyətində olan stolu sındırmağı, mağazanın çöl hissəsindəki taxta tavanı və lambirini sındırmağı və mağazaya qanuni çəkilmiş elektrik xəttini qəsdən kəsərək ləğv etməyindən yazmaqla ona nədənsə boş və cəfəng danışır. Onun elə bir adamla heç bir qərəzçiliyi olmamış və hal-hazırda da yoxdur, nə də onun vəzifəsinə belə işlər daxil deyil. O, hüquqi dövlətdə yaşadığını və qanunların aliliyini bilən adam kimi qanunlara həmişə hörmətlə yanaşmaqla onlara əməl etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, sökülməsi tələb edilən dəmir boru Cavabdeh Firmasına məxsus olan torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsinə Cavabdeh Firmasının mülkiyyət hüququ vardır. Cavabdeh Firmasının dəmir boru quraşdırması ilə bağlı hərəkətində hər hansı hüquq pozuntusu yoxdur. Çünki, Cavabdeh Firması mülkiyyət hüquq münasibətlərindən çıxış edərək qeyd olunan ərazidə dəmir boru basdırmışdır. İddiaçı tərəf iddia edir ki, dəmir borunun quraşdırılması onun mülkiyyət hüququnu pozur. Birinci istansiya məhkəməsi bir tərəfli qaydada xüsusi bilik tələb edən sahə ilə bağlı müvafiq rəyin alınması üçün sualları elə qoymuşdur ki, alınan cavablar yalnız və yalnız iddiaçının mənafeyinə uyğun gəlməli idi. İddiaçının iddia tələbi dəmir borunun sökülməsi ilə bağlı hissədə o halda təmin oluna bilərdi ki, konkret olaraq ekspert rəyi ilə iddiaçının qeyri-yaşayış sahəsindən istifadə etməsi mümkün olmasın. İddiaçıya məxsus olan qeyri-yaşayış sahəsini yerində faktiki ölçüsünə baxdıqda açıq-aşkar görmək olur ki, iddiaçı digər istiqamətə qapı və pəncərə açmaqla mülkiyyət hüququnu keçirə bilər. Əlavə olaraq da, araşdırma zamanı müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsinin mövcud ayna və qapısı binanın texniki şərtlərinə uyğun deyildir. Hal-hazırki mübahisə üzrə hüququ pozulan tərəf varsa, o da Cavabdeh Firmasıdır. Çünki, iddiaçı qanunsuz olaraq ona məxsus olan torpaq sahəsinə qapı və pəncərə açmışdır. Məhkəmə həqiqəti müəyyən etmək üçün təkrar tikinti-texniki ekspertiza keçirməlidir. Ekspert qarşısında aşağıdakı suallar qoymalıdır. İddiaçının qeyri-yaşayış sahəsindən faktiki və texniki pasporta uyğun qapı və pəncərə açması mümkündürmü; Əgər mümkündürsə bunun plan və ölçü sənədi rəyə əlavə olunmalıdır. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə ekspertizası mərkəzinin eksperti Elmar Səidov 10 mart 2023-cü iltarixli 10/1107 saylı ekspert rəyində həmin sualları cavablandırarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqişəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyinin məlumatlarına əsasən iddiaçıya məxsus mağazanın ətrafında mövcud olan dəmir dirək iddiaçıya məxsus torpaq sahəsindən kənarda quraşdırıldığını, iddiaçıya məxsus mağazanın dəmir dirək olan hissəsindən qapının açılması texniki cəhətdən mümkün olsa da cavabdehin mülkiyyət hüququna müdaxilə edib-etməmək məsələsi tikinti texniki ekspertin səlahiyyətlərinə aid olmadığını bir mənalı olaraq göstərmişdi. Gəncə Kommersiya məhkəməsinin ekspertiza qarşısında qoyduğu suallarına cavab verən Məhkəmə Ekspertizası Mərkəzinin eksperti İsa Eyvazzadə öz rəyində Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndislərinin tərtib etdikləri müvafiq mütəxəssis rəyinə, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına, mülki iş materiallarına əsaslanaraq, həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası TEKUİS məlumatlarına əsasən Mərkəzi Kolxoz Bazarının (Cavabdehfirması) sərhədləri daxilində yerləşdiyinin müəyyən edildiyini, İddiaçı məxsus qeyri-yaşayış binası ilə quraşdırılmış dəmir boru arasındakı məsafənin 0,50 metr təşkil etdiyi və qeyri-yaşayış binasının fəaliyyəti üçün qapı və pəncərənin açılmasına maneçilik törətdiyi müəyyən edildiyini yazır. Məhkəmə ekspertlər tərəfindən verilmiş müxtəlif rəylərə də fikrini bildirməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh firmasının sənədləri ilə tam tanış olmadan, hətta ekspertin məhkəməyə təqdim etdiyi rəydə tədqiq etdiyi 19m2 torpaq sahəsinin Cavabdeh firmasının istifadə etdiyi ərazisində necə və hansı statusla yerləşdiyinə də hüquqi qiymət verməmiş, iddia ərizəsinə əlavə edilmiş çıxarışda göstərilən ərazinin başqa, tədqiq olunan ərazinin isə iddiaçının atasının istifadə etdiyi sahə olmasına da hüquqi qiymət verməmişdir. Prosessual məsələlər və tərəflərin izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən gələ bilmədiyini, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Firmasının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasoua şikayətinin təmin edilməsinə dair cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi qismən təmin edilmiş olsa da, o, həmin qətnaməni mübahisələndirməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını cavabdehin şikayətinə münasibətdə yoxlayır. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi idarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, Tovuz şəhəri Mərkəzi bazar ünvanında yerləşən qeyri-yaşayış binasının (mağazanın) hüquq subyekti X6r. Pasport **********68-06301 reyestr nömrəsi ilə verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68- 06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Tovuz şəhəri Mərkəzi Bazar ünvanında yerləşən 6 kvadratmetr qeyri-yaşayış binası mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, qeyri-yaşayış sahəsinin qarşısında dəmir borcu basdırılmış, qeyri-yaşayış sahəsinin qarşısına (ona bitişik) daş tokülmüşdür. İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 19 mart 1998-ci il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən 30 sentyabr 1997-ci il tarixdə 01177 saylı özəlləşdirmə pasportu ilə Cavabdeh firmasına verilmiş Tovuz rayonu Mərkəzi bazarın 1989-cu ildən tikilib istifadəyə verilməsinə baxmayaraq ona tutduğu sahəsinin ayrılması sənədləşdirilməmişdir. Ona görə də Cavabdeh firmasının 03 mart 1998-ci il tarixli məktubuna əsasən yerində baxış keçirərək Tovuz rayonu Mərkəzi bazarının 5 hektar torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. Komissiya bazarın tutduğu 5 hektar sahənin qanuniləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan Tovuz rayon İcra Hakimiyyəti başçısının 11 iyun 1998-ci il tarixli 1165 saylı torpaq sahəsinin ayrılması barədə sərəncamından çıxarşdan görünür ki, Tovuz rayonu Cavabdeh firmasının faktiki istifadə etdiyi 5 hektar torpaq sahəsinin sənədləşdirilərək rəsmiləşdirilməsi barədə 3 mart 1998-ci il tarixli 24 nömrəli məktubunun nəzərə alınması, bu məqsədlə Cavabdeh firmasının 5 hektar torpaq sahsəindən istifadə hüququna dair Dövlət aktı verilməsi məsələsinə baxmağın Respublika Dövlət Torpaq Komitəsindən xahiş edilməsi, Rayon Torpaq şöbəsinə lazımi sənədləri baxıb müvafiq qərar qəbul edilməsi üçün Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinə təqdim edilməsinin tapşırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə hüququnu təsdiq edən 13 noyabr 1997-ci il tarixli 000020 saylı şəhadətnamədən görünür ki, Tovuz rayonu Mərkəzi bazarın əmək kollektivi tərəfindən vəkil edilmiş şəxs X1 bazarın Tovuz rayonu Sabir küçəsində yerləşdiyi 49353 kv.m torpaq sahəsindən istifadə etmək hüququ vardır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 20 noyabr 1997-ci il tarixli 007178 saylı şəhadətnaməsindən görünür ki, X14, X17, X7, X3, X19, X20, X15, X12 (Siyahıya əlavə olunur) ümumi satış qiyməti səkkiz yüz beş milyon iki yüz səksən dörd min manat olmaqla Tovuz rayonu Mərkəzi bazarın əmlakına dair mülkiyyət üzərində sahiblik hüququnun təsdiqləyən şəhadətnamə verilmişdir. İş materiallarında olan Cavabdeh firmasının 1-ci redaksiyada nizamnaməsindən görünür ki, Cavabdeh firmasının hüquqi ünvanı Tovuz şəhəri Sabir küçəsi, təsisçiləri X18, X16, X20, X15, X2r. İş materiallarında olan Dövlət Yerquruluşu və Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 14 fevral 2021-ci il tarixli aktdan görünür ki, ”Nəsimi” firmasının istifadəsində olan ərazinin (torpaq sahəsinin) cizgiləri elektron cihazlar vasitəsilə yerində ölçüb mərz nişanları qoymaqla firmanın rəhbərinə təhvil verilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Hüquqi şəxslərin qeydiyyatı üzrə Şəmkir Bölgə şöbəsinin 8/007 nömrəli Viza hüquq firmasının baş direktoru E.B.Hacıyevə ünvanladığı məktubundan görünür ki, Tovuz rayon Mərkəzi bazarı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən “Azərbaycan Respublikasında 1995-1998ci illərdə Dövlət Mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş və onun bazasında Cavabdeh firması təsis edilərək 26 noyabr 1997-ci il tarixdə 8/2-15 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Şəmkir Bölgə şöbəsində dövlət qeydiyyatına alınaraq həmin firmaya hüquqi şəxs statusu verilmişdir. Mərkəzi bazar 1997-ci il noyabrın 26-dan ləğv edilmiş və dövlət qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan Əmlakın Texniki İnventarlaşdırılması bürosu tərəfindən verilmiş 21 iyun 2006-cı il tarixli 001098 saylı texniki pasportdan görünür ki, Tovuz şəhəri Sabir küçəsi ünvanında yerləşən qeyri-yaşayış sahəsinin balans saxlayıcısı və ya mülkiyyətçisi qrafasında Cavabdeh firması göstərilmişdir. Ərazinin ümumi torpaq sahəsi 51716,5 kv.m, açıq torpaq sahəsi 49083,8 kv.m, ümumi tikinti altı sahə 2632,7 kv.m-dir. İş materiallarında olan Azərbaycan Respubliaksının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2024-cü il tarixli 3-16-16/2-10/1326 saylı ekspert rəyindən görünür ki, İddiaçı tərəfindən iddia edilən və istifadəçi kimi təqdim edilən torpaq sahəsinin koordinantları **********68-06301 reyestr nömrəli çıxarışda olan torpaq sahəsinin koordinantları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr üçotu informasiya sisteminin (TEKUİS) məlumatlarına əsasən Mərkəzi Kolxoz Bazarının (Cavabdeh firması) sərhədləri daxilində yerləşdiyi müəyyən edilir. Mərkəzi bazarın (Cavabdeh firması) sərhədləri daxilində yerləşən İddiaçı məxsus qeyri-yaşayış binası ilə quraşdırılmış dəmir boru arasındakı məsafə 0,50 metr təşkil etdiyi və qeyri-yaşayış binasının fəaliyyəti üçün qapı və pəncərənin açılmasına maneçilik törətdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Tovuz şəhəri Mərkəzi Bazar ünvanında 0.0019 ha (19 kv.metr) torpaq sahəsində yerləşən 6 kvadrat metr qeyri-yaşayış binası mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin qeyriyaşayış binası Tovuz şəhəri Mərkəzi bazarın (Cavabdeh firmasının) sərhədləri daxilində yerləşir. Cavabdeh mağazanın qarşısına mişar daşları və tullantı tikinti materialları tökməklə, həmçinin mağazanın qarşısına 0,50 metr məsafədə dəmir boru quraşdırmaqla iddiaçıya mülkiyyətçisi olduğu mağazadan istifadə etməsinə imkan vermir. Quraşdırılmış həmin dəmir boru qeyri-yaşayış binasının fəaliyyəti üçün qapı və pəncərənin açılmasına, qeyri-yaşayış binasından mülkiyyətçinin istifadəsinə maneə yaratmışdır. İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********68-06301 reyestr nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Tovuz şəhəri Mərkəzi Bazar ünvanında yerləşən 6 kvadrat metr qeyri-yaşayış binası mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin qeyri-yaşayış binası Mərkəzi bazarın (Cavabdeh firmasının) sərhədləri daxilində yerləşir. Qeyri-yaşayış binası iddiaçı tərəfindən mağaza kimi istifadə edilmişdir. Cavabdeh firması İddiaçı mülkiyyətində olan və mağaza kimi istifadə etdiyi qeyri-yaşayış binasının 0,50 metrliyində dəmir boru quraşdırmışdır. Quraşdırılmış həmin dəmir boru qeyri-yaşayış binasının fəaliyyəti üçün qapı və pəncərənin açılmasına, qeyri-yaşayış binasından mülkiyyətçinin istifadəsinə maneə yaratmışdır. Məhz həmin dəmir borunun qeyri-yaşayış binasının fəaliyyətinə maneə törətməsi üçün quraşdırılması tərəflərin izahatları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə manelər yaranmışdır. İddiaçıya məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadrat metr qeyri-yaşayış binasının 0,50 mert məsafəsində cavabdeh tərəfindən quraşdırılmış dəmir boru cavabdehin hesabına sökülməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iş materiallarından, iddiaçının izahatlarından və məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış binasından sərbəst istifadə etməsinə başqa manelər də yaradıla bilər. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, iddiaçıya məxsus Tovuz şəhəri Mərkəzi bazarında yerləşən 6 kvadrat metr qeyri-yaşayış binasından mülkiyyətçinin istifadəsinə cavabdeh tərəfindən yaradılan maneələrlə bağlı hərəkətlərə son qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində məhkəmədən əldən çıxmış fayda olaraq 6000 manatın pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İş materiallarından görünür ki, Tovuz şəhəri Mərkəzi Bazar ünvanında yerləşən 6 kvadrat metr qeyri-yaşayış binası mülkiyyət hüququ ilə İddiaçı məxsusdur və həmin qeyriyaşayış binası Mərkəzi bazarın (Cavabdeh firmasının) sərhədləri daxilində yerləşir. Qeyriyaşayış binası iddiaçı tərəfindən mağaza kimi istifadə edilmişdir. Araşdırma zamanı və ekspert rəyi ilə Cavabdeh firması İddiaçı mülkiyyətində olan və mağaza kimi istifadə etdiyi qeyri-yaşayış binasının 0,50 metrliyində dəmir boru quraşdırması müəyən olunmuşdur. Quraşdırılmış həmin dəmir boru qeyri-yaşayış binasının fəaliyyəti üçün qapı və pəncərənin açılmasına, qeyri-yaşayış binasından mülkiyyətçinin istifadəsinə maneə yaratdığından birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apelyasiya şikayətinin dəlillərindən biri iddiaçı tərəfindən sökülməsi tələb edilən dəmir borunun Cavabdeh Firmasına məxsus olan torpaq sahəsində yerləşdiyi, həmin torpaq sahəsinə Cavabdeh Firmasının mülkiyyət hüququnun olması, Cavabdeh Firmasının dəmir boru quraşdırması ilə bağlı hərəkətində hər hansı hüquq pozuntusu olmaması ilə bağlıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Kollegiya vurğulayır ki, iddiaçı tərəfindən Cavabdeh firmasının mülkiyyət hüququ mübahisələndirilmir və şübhə altına alınmır. İddiaçının marağı mülkiyyətçisi olduğu əmlakdan sərbəst istifadə etməsinə cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılmasından ibarətdir. Cavabdeh dəmir borunu mülkiyyətçisi olduğu torpaqda basdırdığını bildirir. Nəzərə alınmalıdır ki, torpaq sahəsində dəmir borunun basdırılmasında müəyyən məqsəd güdülməlidir. Cavabdehin torpaq sahəsində, özü də iddiaçının mağaza kimi istifadə etmiş olduğu qeyri-yaşayış sahəsinin qarşısında quraşdırdığı dəmir boru onun təsərrüfat fəaliyyətindən irəli gələn maraq kimi qiymətləndirilə bilməz. Çünki cavabdehin özü də həmin dəmir borunun quraşdırılması zərurətini əsaslandıra bilməmişdir. Bu səbəbdən də kollegiya cavabdehin həmin hərəkətini hüquqdan suiistifadə kimi qiymətləndirərək apelyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Apellyasiya şikayətinin digər dəlili iş üzrə təkrar tikinti-texniki ekspertizasının təyin edilməsi ilə bağlıdır. Şikayətin həmin dəlili ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş, cavabdeh məhkəməyə ekspert rəyinin mötəbərliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir, ona görə də məhkəmə kollegiyası təkrar ekspertizanın keçirilməsini zəruri saymır. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-161/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-74/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-74/2025
19.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver