Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-9/2025 16.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2, onun vəkili Vəkil1, ilk iddia üzrə Cavabdeh2 iştirakı ilə, İlk iddia üzrə İddiaçı2 Cavabdeh1 və Cavabdeh2 qarşı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(115)-19/2023 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(115)-19/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) ilk iddianın qismən təmin edilməsi, ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və X8 tərəfindən Bərdə rayonu, Qarağacı kəndinin ərazisində yerləşən 0.25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun pozulması ilə bağlı hərəkətlərə son qoyularaq həmin torpaq sahəsində tikilmiş qanunsuz bina və qurğuların sökülməsi, cavabdehlər Cavabdeh1 və X5 həmin torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh1 və X2 mənəvi zərərə görə 1000 (min) manat pulun alınaraq İddiaçı2 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilk iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh1 və X8 tapellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(115)-19/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsini, ilk iddia tələbinin rədd edilməsinə və qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı2 Cavabdeh1 qarşı “mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması, torpaq sahəsindən çıxarılma və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bərdə rayon Məhkəməsinə müraciət edərək, Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun Cavabdeh1 tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin həmin torpaq sahəsindən çıxarılması, 10 il ərzində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olan 30000 (otuz min) manat pulun alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh (ilk iddia üzrə iddiaçı) İddiaçı2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin (ilkin iddiaçının) ona qarşı Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun pozulması hərəkətinə son qoyulmasına, 30000 (otuz min) manat əldən çıxmış faydaya görə iddianın bütünlüklə rədd edilməsinə və məhkəmənin vaxtını bilərəkdən aldığına görə cərimə edilməsinə, sahibkarlığına bilərəkdən və qərəzli maneçilik törətməsinə görə 5000 manatın alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bərdə rayonu, Qarağacı kəndində yaşayır və sahibarlıq fəaliyyəti ilə məşğul olur. Ona görə də Bərdə rayonu, Qarağacı kəndinin ərazisində Bərdə-Yevlax və Yevlax-Ağcabədi yolunun kəsişməsində yerləşən Bərdə rayonu Qarağacı Bələdiyyəsinin ərazisi olan digər təyinatlı torpaq sahəsini almaq üçün Bərdə rayonu, Qarağacı Bələdiyyəsinə müraciət etmişdir. Bərdə rayonu, Qarağacı Bələdiyyəsi xx.xx.2005-ci il tarixli 07 nömrəli bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı ilə ona sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 0.25 hektar torpaq sahəsi ayrılmışdır. Bələdiyyə qərarına uyğun olaraq Bərdə rayonu Qarağacı bələdiyyəsi, xx.xx.2006-cı il tarixli 107 nömrəli bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Qarağacı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 saylı qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2006-cı il tarixli 62 nömrəli torpaq sahəsinin kadastr planı tərtib edilmişdir. Həmin sənədlər əsasında o Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Bərdə rayonu, Qarağacı kəndinin ərazisində sahibkarlıq məqsədi ilə digər təyinatlı 0.25 hektar torpaq sahəsinə dair **********39 reyestr nömrəli xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış almışdır. Beləliklə Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0.25 ha torpaq sahəsi onun tam mülkiyyətindədir. Lakin Bərdə şəhəri Məhsəti küçəsində yeni yaşayış massivində yaşayan, Kəlbəcər rayon sakini, Cavabdeh1 2011-ci ildən torpaq sahəsini zəbt edib, orada sahibkarlıq obyekti açaraq obyektdən qazanc əldə edir və bu müddətdə ona torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir. Ancaq o, torpaq sahəsini özü sahibkarlıq obyekti açaraq istifadə etmək istəyir. Cavabdeh isə buna imkan vermir. O, cavabdehi torpaq sahəsindən çıxarda bilməmişdir. Torpaq sahəsindən özünün istifadə etmək məqsədi barədə dəfələrlə cavabdehə bildirib, torpaq sahəsindən çıxmasını tələb etmişdir. Cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını təmin edilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və bələdiyyəyə müraciət etmişdir. Ancaq məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Həmin 0.25 hektar torpaq sahəsindən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 1 il ərzində orta hesabla 3000 manat və 10 il ərzində 30 000 manat qazanc əldə edə bilərdi. Bununla da Cavabdeh1 10 il ərzində ona 30 000 manat ziyan vurmuş və hüquqlarını pozmuşdur. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı2 ona qarşı Bərdə Rayon Məhkəməsində iddia qaldıraraq mülkiyyətçinin pozulmuş hüquqlarının aradan qaldırılması, torpaq sahəsindən çıxarılma, vurulmuş ziyanın ödənilmsi tələbinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Belə ki, cavabdeh iddia ərizəsində bəhs etdiyi torpaq sahəsinin ona aid olmasını təsdiq edən heç bir sənəd olmadığı halda ona qarşı iddia qaldırmış və həmin torpaqdan onun istifadə etməsinə qarşı iddia ərizəsinə heç bir sübut əlavə etməmişdir. O, sözügedən torpaqdan guya 2011-ci ildən zəbt edərək istifadə edir. Sahibkarlıq obyekti açaraq cavabdehin torpağından istifadə etməyinə imkan verməmişdir. Əgər cavabdehdən soruşulsa ki, həqiqətən torpaqdan bu 10 ildə də istifadə etmişdirsə, orada qanunsuz obyektlər tikdirmişdirsə, onda cavabdeh hüquq mühafizə orqanlarına və məhkəməyə niyə müraciət etməmiş və 10 ildən sonra belə bir iddia qaldırmışdır. Cavabdeh ondan əlavə olaraq iki üç nəfəri də Elnur və Mahmud adlı şəxsləri də məhkəməyə verib, guya onlar da onun yerini zəbt edib. İddiaçının marağı sahibkarlara mane olub, onlardan pul almaqdır. Onun öz yerinin harada olmasından, torpaq zəbt edibetməməsindən xəbəri yoxdur. Daha sonra ilk iddia üzrə İddiaçı2 məhkəməyə vəsatətlə müraciət edərək Cavabdeh2 da işə cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, həmçinin iddia iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, qanunsuz binaların sökülməsi, 10 il ərzində adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) olan 30000 (otuz min) manat pulun cavabdehlərdən alınıb onun xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 məhkəməyə iddia predmetinin dəyişdirilməsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, Bərdə rayonu Qarağacı kəndinin ərazisində yerləşən 0,25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun Cavabdeh1 tərəfindən pozulması hərəkətlərinə son qoyulması, cavabdehin torpaq sahəsindən çıxarılması, qanunsuz binaların sökülməsi, mənəvi zərər olaraq 10 000 (on min) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Bərdə rayon Məhkəməsinin 31 avqust 2021-ci il traixli, 2(021)-1419/2021 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və X8 tərəfindən Bərdə rayonu, Qarağacı kəndinin ərazisində yerləşən 0.25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun pozulması ilə bağlı hərəkətlərə son qoyularaq həmin torpaq sahəsində tikilmiş qanunsuz bina və qurğuların sökülməsi, cavabdehlər Cavabdeh1 və X5 həmin torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh1 və X2 mənəvi zərərə görə 1000 (min) manat pulun alınaraq İddiaçı2 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1419/2021 nömrəli qətnaməsindən narazı qalan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddiaçı Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-643/2022 saylı 31 yanvar 2022-ci il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işi obyektiv araşdırmayaraq yanlış nəticəyə gəlmişdir. Belə ki, sözügedən torpaq sahəsindən guya 2011-ci ildən zəbt edərək istifadə edirlər. Sahibkarlıq obyekti açaraq İddiaçı2 torpağından istifadə etməyinə imkan verməmişlər. Həqiqətən torpaqdan bu 10 il ərzində onlar istifadə etmişlərsə, orada qanunsuz obyektlər tikdirmişlərsə, onda İddiaçı2 hara baxırdı, niyə hüquq və mühafizə orqanları və məhkəməyə müraciət etməmiş, 10 ildən sonra belə bir iddia qaldırmışdır. İddiaçı2 onlardan başqa əlavə olaraq Elnur və Mahmud adlı şəxsləri də məhkəməyə verib ki, guya onlarda onun yerini zəbt edib. İddiaçı2 marağı sahibkarlara mane olaraq, onlardan pul qopartmaqdır. İddiaçı2 öz yerinin harda olmasından belə xəbəri yoxdur. İş materiallarəna əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********040 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 adına Bərdə rayonu, Mirzəcəfərli kəndində 0.0256 ha sahibkarlıq torpaq sahəsi 14 noyabr 2017-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarəna əlavə olunmuş xx.xx.2021-ci il tarixli, 36 nömrəli Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bərdə-Yevlax-Ağcabədi yolunun kənarında Qarağacı bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən beton məmulatları müəssisəsi Cavabdeh2 istifadəsindədir, Cavabdeh1 adına həmin ərazidə xüsusi mülkiyyətində torpaq sahəsi vardır. Apellyasiya şikayətinə əlavə edilmiş Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, onların torpaq sahəsi ilə iddiaçının torpaq sahəsi həmsərhəd deyil və onlar yalnız öz torpağlarından istifadə edərək, sahiblik edirlər. X10 Məhkəməsində baxılarkən iş üzrə mühəndis-tikinti ekspertizası təyin edilsə də, rəy məhkəməyə göndərilməmişdir. Ekspert rəyinin məhkəməyə göndərilməməsinə əsaslanan məhkəmə İddiaçı2 iddia tələbini haqlı sayaraq apellyasiya şikayətini təmin etməmişdir. Halbuki ekspertiza keçirilməsi üçün 95 manat rüsumu da onlar ödəmiş və qəbzi məhkəməyə təqdim etmişlər. Lakin işə baxan məhkəmə yerində baxış keçirməklə işi yekunlaşdırmışdır. Hansı ki, torpaq sahəsinin onların mülkiyyətində və ya İddiaçı2 mülkiyyətində olmasını aydınlaşdırmaq üçün mütləq ekspert rəyi alınmalı idi. Şərh olunanlara əsasən hesab edirlər ki, apellyasiya şikayəti təmin edilməklə, ilkin iddia rədd edilməli və qarşılıqlı iddia təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, onlar, yəni o, və ilk iddia üzrə digər Cavabdeh1 iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və ona məxsus torpaq sahəsindən istifadə etmirlər. Onlar həm özlərinə məxsus torpaq sahəsindən, həm də qarşılıqlı razılıq əsasında Elmir adlı şəxsə məxsus torpaq sahəsindən istifadə edirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, Bərdə rayonu, Qarağacı kəndinin ərazisində yerləşən 0.25 hektar torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün Bərdə rayonu Qarağacı bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 nömrəli qərarı ilə ona ayrılmışdır, daha sonra isə həmin torpaq sahəsi alğı-satqı müqaviləsinə əsasən ona satılmışdır. Lakin həmin vaxtı ona satılmış torpaq sahəsi bataqlıq bir yer olduğuna görə həmin torpaq sahəsindən istifadə etməmiş və bir müddət Rusiya Federasiyasında olmuşdur. Rusiyadan qayıtdıqdan sonra həmin torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini müəyyən etmiş, torpaq sahəsinin boşaldılması ilə bağlı apardığı danışıqlar nəticə vermədiyindən hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı2 vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkməsinin şikayətlə mübahisələndirilən qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehi və iddiaçının nümayəndəsini dinləyib, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(115)-19/2023 saylı qətnaməsi ləğv qismən – ilk iddianın iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, ilk iddia üzrə cavabdehlər qətnamənin tamamilə ləğv edilərək, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdiklərinə görə həmin qətnamənin qanuniliyi və əsaslılığı tam yoxlanılır. Belə ki, iş materiallarında olan xx.xx.2006-ci il tarixli Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin kadastr planının surətindən görünür ki, İddiaçı2 Bərdə rayonu, Qarağacı kəndində Qarağacı bələdiyyəsinin 12 iyul 2005-ci il tarixli 07 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün 0.25 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı2 mülkiyyətində Bərdə rayonu, Qarağacı kəndində 0.25 ha torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********040 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 adına Bərdə rayonu, Mirzəcəfərli kəndində 0.0256 ha sənaye, nəqliyyat, rabit, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid torpaq sahəsi 14 noyabr 2017-ci il tarixli ********* qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 36 nömrəli Bərdə rayon Mirzəcəfərli Bələdiyyəsi tərəfindən verilmiş məktubdan görünür ki, Bərdə-Yevlax-Ağcabədi yolunun kənarında Qarağacı bələdiyyəsinə məxsus torpaq sahəsində yerləşən beton məmulatları müəssisəsi Cavabdeh2 istifadəsindədir, Cavabdeh1 adına həmin ərazidə xüsusi mülkiyyətində torpaq sahəsi vardır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli rəyində göstərilir ki, mübahisənin predmeti olan 0.25 ha sahibkarlıq məqsədli torpaq sahəsinə baxış keçirilərək müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin eni cənub-şərqdən 23.5 metr, cənub-qərbdən 13 metr olmaqla uzuluğu şimaldan 47.5 metr, cənubdan isə 55.36 metr olmaqla 0.0876 ha torpaq sahəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir (İ cild, i.v. 69). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 fevral 2023-cü il tarixli arayışına əlavə edilmiş sxem-plandan görünür ki, İddiaçı2 mülkiyyətində olan 0,25 ha və faktiki istifadəsində 0.16 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh1 mülkiyyətində olan 0,0256 ha və faktiki istifadəsində 0.32 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Həmin sxemə əsasən mülkiyyətdə və faktiki istifadədə olan torpaq sahələrinin yanaşı yerləşməsi müəyyən edilir. Lakin, həmin sxemə rəy əlavə edilməmişdir (İİ cild, i.v.25). Məhkəmə kollegitası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 10/9453 nömrəli ekpert rəyi ilə aşağıdakılar müəyyən olunur: - Elektron Kadastr məlumatları bazasında hal-hazırda mövcud TEKUİS-ə (X3 X4) əsasən daşınmaz Əmlakın Dövlət Reyestrindən **********39 reyestr nömrəli çıxarışla İddiaçı2 mülkiyyətində olan Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,25 ha torpaq sahəsinin koordinatları ilə, Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********20 reyestr nomrəlı çıxarışla X6 mülkiyyətində olan Bərdə rayonu Qarağacı kəndində yerləşən 0,256 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. - Elektron Kadastr məlumatları bazasında hal-hazırda mövcud TEKUİS-ə (X3 X4) əsasən daşınmaz Əmlkaın Dövlət Reyestrindən **********39 reyestr nömrəli çıxarışla İddiaçı2 mülkiyyətində olan Bədə rayonu, Qarağacı kəndində yerləşən 0.25 ha torpaq sahəsinin 0.0876 ha hissəsi hal-hazırda cavabdehlər Cavabdeh1 və X8 tərəfindən, ağır texnika və yük maşınlarının duracağı kimi, eləcə də, gediş-gəliş yolu kimi istifadə edirlər. - İddiaçı2 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə N:**********2000005 nömrəli torpaq sahəsinin kadastr planı verilmişdir. Lakin həmin kadastr planındakı koordiantlar UTM/WCS- 84 koordinat sistemində işlənilmədiyindən İddiaçı2 reyestr nömrəsi **********39 olan çıxarış hazırlanarkən natura ilə eləcə də bələdiyyənin ilkin qərarı əsasında bələdiyyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Tərəfində hazırlanmış torpaq sahəsinin koordinatları ilə verilmiş çıxarış və plan ölçü sənədlərindəki koordinatlar arasında uyğunsuzluq olduğundan elektron kadastr bazasında TEKUİS-də düzəliş edilməsi zərurəti yaranmışdır. Bu səbəbdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdaərisinin xx.xx.2021-ci il tarxili rəyi, İddiaçı2 mülkiyyətinə verilmiş 0.25 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bərdə rayon şöbəsi tərəfindən 24.112006-cı il tarixdə N:**********2000005 nömrəli torpaq sahəsinin kadastr planındakı koordinatlara uyğun hazırlanmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 fevral 2023-cü il tarixli arayışı TEKUİS-ə (Torpaqların kadastr X7) uyğun yazıldığından Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli rəyində İddiaçı2 məxsus 0.25 ha torpaq sahəsinin 0.0876 ha hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilməsi qeyd olunsa da, Daşınmaz Əmlakın Dövlət Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin 21 fevral 2023-cü il tarixli arayışına əlavə edilmiş sxemdə İddiaçı2 mülkiyyətində olan 0.025 və faktiki istifadəsində olan 0.16 ha torpaq sahəsinin koordinatları ilə Həsənli Qalib oğlunun mülkiyyətində olan 0.0256 ha və faktiki istifadəsində 0.32 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşməməsi qeyd olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İddianı qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı2 və onun vəkili Vəkil1, Cavabdeh1 iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı İddiaçı2 özünə məxsus ərazinin nöqtələrini göstərməklə təqdim etmişdir. Aşkar olunmuşdur ki, həmin ərazidə beton qarışdıran qurğular və bir operator otağı yerləşir. Cavabdeh1 operator otağının və qurğuların ona məxsus olduğunu, lakin həmin qurğuların və tikilinin yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması barədə məlumatlı olmadığını bildirmişdir. Həmçinin həmin ərazidən kənarda öz mülkiyyətinə aid boş və istifadəsiz olan 0.02 ha torpaq sahəsini təqdim etmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş olan, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin naturada yerləşmə mövqeyi və döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəd məhkəməyə daxil olmuşdur. Həmin sənəddə göstərilir ki, İddiaçı2 mülkiyyətində 0.25 ha torpaq sahəsi olduğu halda faktiki istifadəsində 0.16 ha torpaq sahəsi vardır. Göründüyü kimi İddiaçı2 faktiki istifadə etdiyi torpaq sahəsinin sənəd üzrə olandan 0.09 ha az olması sənəddə əksini tapmışdır. Lakin bu 0.09 ha torpaq sahəsinin kim tərəfindən istifadə olunması sənəddə qeyd olunmamışdır. Cavabdeh1 mülkiyyətində isə 0.0256 ha torpaq sahəsinin, faktiki istifadəsində isə 0.32 ha torpaq sahəsinin olması göstərilmişdir. Göründüyü kimi Cavabdeh1 0.32 ha torpaq sahəsindən sənəd olmadan istifadə edir. Həmin 0.32 ha torpaq sahəsinin sənəd üzrə kimə məxsus olması göstərilimir. Həmin sənədə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, iddiaçı və cavabdehin iştirakı ilə onların naturada istifadə etdikləri torpaq sahəsinin sərhədləri özlərinin göstərdikləri kimi GPS aləti vasitəsilə təyin edilmişdir. Odur ki, kameral şəraitdə aradırılıb müvafiq rəyin məhkəməyə göndəriləcəyi bildirilmişdir. Göründüyü kimi İddiaçı2 faktiki istifadə etdiyi torpaq sahəsinin sənəd üzrə olandan 0.09 ha az olması faktı burada da təsdiqini tapmışdır. Həmin idarənin mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli rəydə göstərilir ki, İddiaçı2 mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 0.0876 ha hissəsi Cavabdeh1 tərəfindən zəbt edilmişdir. Həmçinin mübahisəli əraziyə məhkəmə tərəfindən baxış keçirilərkən ərazidə cavabdehlərə məxsus bina və qurğuların olması müəyyən olunmuşdur. Göründüyü kimi xx.xx.2021-ci il tarixli rəyə əsasən ki, İddiaçı2 mülkiyyətində olan 0.25 ha torpaq sahəsinin 0.0876 ha hissəsinin Cavabdeh1 tərəfindən zəbt edilmiş olması, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş və tərəflərə torpaq aid torpaq sahələrinin naturada yerləşmə mövqeyini və döngə nöqtələrinin koordinatlarını əks etdirən sənəddə İddiaçı2 faktiki istifadə etdiyi torpaq sahəsinin sənəd üzrə olandan 0.09 ha az olması və mübahisəli əraziyə məhkəmə tərəfindən baxış keçirilərkən həmin sahələri əhatə edə biləcək ərazidə cavabdehlərə məxsus bina və qurğuların olması faktları öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh2 obyekt və qurğuların başqa şəxsə məxsus olduğunu, şifahi razılaşma əsasında idarə etdiyini bildirmiş olsa da, tikili və qurğuların və onların yerləşdiyi torpaq sahələrinin başqa şəxsə aid olması barədə cavabdehlər tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. Nəzərə alaraq ki, İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən məhrum olmuşdur, əmlak itkisinə məruz qalmıdır. Bunlar bərpa edilməklə yanaşı ona mənəvi zərərə görə də kompensaiya ödənilməlidir. Ona görə ki, kompensasiya pul əvəzi qismində bərpaedici xarakter daşıyır. Məhkəmə işin xüsusatlarını nəzərə alaraq belə hesab edir ki, 1000 manat miqdarında mənəvi zərər ödənilməlidir. Məhkəmə Cavabdeh1 sahibkarlıq fəaliyyətinə törədilən maneələrə görə İddiaçı2 qarşı 5000 manat pul tələbi barədə qarşılıqlı iddiasina dair onu qeyd edir ki,zərərin ödənilməsi ilə bağlı istənilən tələbdə ilk öncə zərərin mövcudluğunu və həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutulur. Zərər, öz qanunazidd davranışı ilə onun yaranmasına səbəb olmuş şəxsə, yaxud şəxslərə aid edilir. Yəni, şəxsin fəaliyyəti ilə zərərin yaranması arasında səbəbli əlaqə mövcud olmalıdır. Çünki zərərin yaranmasının əsasında bir şəxsin başqasının hüquqlarının pozulmasına yönələn təqsirli hərəkəti və ya hərəkətsizliyi dayandığı halda, təqsiri olan şəxs həmin zərərin əvəzini ödəmək öhdəliyini daşıyır. Sübut hüququnun prinsiplərinə görə iş üzrə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh1 İddiaçı2 tərəfindən zərərə məruz qalması sübutlarla təsdiqini tapmamışdır. Odur ki, qarşılıqlı iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-si maddəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-ci maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X3 X7nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarının 1.2-ci bəndində göstərilir ki, X3 X7nin (bundan sonra – sistem) yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi bu Qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Qaydaların 1.3-cü bəndində göstərilir ki, sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Qaydaların 5.1-ci bəndinə əsasən çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı2 Bərdə rayonu, Qarağacı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 07 nömrəli qərarı ilə Bərdə rayonu Qarağacı kəndi ərazisindən (Bərdə-Yevlax, Yevlax-Ağcəbədi yolunun kəsişməsində) 0.25 ha torpaq sahəsi ayrılmış olsa da, İddiaçı2 bildirdiyinə görə həmin torpaq sahəsindən bataqlıq olduğuna görə uzun müddət istifadə etməmiş, sonradan qonşu torpaq sahələri də sahibkarlıq məqsələri üçün istifadə edilməsi üçün digər şəxslərə verilmiş, ona ayrılmış torpaq sahəsindən istifadə etmək istəyəndə, həmin torpaq sahəsinin bir hissəsinin cavabdehlər tərəfindən istifadə edildiyini müəyyən etmişdir. Azərbaycan Respublikasında X3 X7nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarının tələblərinə uyğun olaraq X3 X7nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi məqsədi ilə torpaq sahələrinin faktiki istifadə vəziyyətinə uyğun olaraq yenidən ölçü işləri aparılmış, ilk iddia üzrə İddiaçı2 mülkiyyətində olan 0.25 və faktiki istifadəsində olan 0.16 ha torpaq sahəsinin koordinatları ilə Həsənli Qalib oğlunun mülkiyyətində olan 0.0256 ha və faktiki istifadəsində olan 0.32 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşmədiyi müəyyən olunduğundan və ilk iddia üzrə cavabdehlər tərəfindən zəbt etmə halı müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası ilk iddianın vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 2-ci bəndində isə qeyd edilir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarda daha sonra göstərilmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 8-ci bəndində göstərilir ki, Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Kollegiya qeyd edir ki, iş materiallarından ilk iddia üzrə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların ilk iddia üzrə cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin təqsirindən baş verməsi təsdiqini tapmır. İlk iddia üzrə iddiaçı yuxarıda qeyd edilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş olsa da, məhkəməyə tələbini təsdiq edən hər hansı sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı həmin hissədə təmin etməmişdir. Qarşılıqlı iddia ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 sahibkarlıq fəaliyyətinə törədilən maneələrə görə İddiaçı2 qarşı 5000 manat pul tələbi barədə qarşılıqlı iddiasını əsaslandırmadığından və İddiaçı2 tərəfindən ona hər hansı zərərin yetirilməsini sübut edə bilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin şikayətlə qətnamənin tamamilə ləğv edilərək ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qətnamənin çıxarılması xahiş edilsə də, şikayətin dəlilləri qətnamənin ilk iddianın təmin edilmiş hissəsində ləğv edilib, ilk iddianın həmin hissədə də təmin edilməməsinə yönəldiyindən, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq iş üzrə məhkəmə ekspertizası təyin edərək rəy almış, alınmış sonuncu rəyi daha mötəbər sübut hesab edərək qətnamənin ilk iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə də iddianın təmin edilməməli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə kollegiyası araşdırılmış sübutlar əsasında belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilərək apellyasiya şikayətilə mübahisələndirilən qətnamə ilk iddianın təmin edilmiş hissəsində ləğv edilməli və ilk iddia tələbi həmin hissədə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanımalı, ekspertiza xərci ilk iddia üzrə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 07 mart 2023-cü il tarixli, 2-2(115)-19/2023 saylı qətnaməsi qismən – ilk iddia tələbi üzrə cavabdehlər Cavabdeh1 və X8 tərəfindən Bərdə rayonu, Qarağacı kəndinin ərazisində yerləşən 0.25 hektar sahibkarlıq məqsədli torpaq sahəsindən istifadə hüququnun pozulması ilə bağlı hərəkətlərə son qoyularaq həmin torpaq sahəsində tikilmiş qanunsuz bina və qurğuların sökülməsi, cavabdehlər Cavabdeh1 və X5 həmin torpaq sahəsindən çıxarılması, cavabdehlər Cavabdeh1 və X2 mənəvi zərərə görə 1000 (min) manat pulun alınaraq İddiaçı2 ödənilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İlk iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ilk iddia üzrə İddiaçı2 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m/h AZ41NABZ013601 **********3944 SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-9/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-9/2025
16.07.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver