Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-90/2025 01.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-517/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq qətnamə qəbul etdi. İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu ildə 58400 nömrəli müqaviləyə əsasən “İstehlakçı” Merkuri 130 F-01 tipli zavod 00210823 nömrəli nəzarət kassa aparatına (XKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən, “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKA-nın fasiləsiz işləməsinə imkan yaradır. “İstehlakçı”-nın “STXM”-nin hüququ və məsuliyyətləri Nazirlər kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir. Texniki xidmətin müvafiq tələbləri NKA-ya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir. Mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 (altı) manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”–in üzərinə düşür. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrası təmin edilərək abunə borcu 222 manat, qeydiyyatdan çıxma aktı 35 manat və məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xüsusi icazəsi ilə Merkuri 115 F-01, 130 F-01, 150 F-01, 111 MF markalı nəzarət kassa aparatlarına xidmət edir. Cəmiyyətin fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 1995-ci il tarixli 266 saylı Qərarı ilə təsdiqlənmiş əsasnamə ilə tənzimlənir. Həmin əsasanamənin 10.9.1-ci bəndinə əsasən Vergi ödəyicisi kassa aparatını qeydiyyata salan zaman xüsusi icazəsi olan STXM (servis texniki xidmət mərkəzi) ilə müqavilə bağlamalıdır. Bu qərara əsasən İddiaçı MMC ilə Cavabdeh (VÖEN: **********) arasında da xx.xx.2019-cu ildə 58400 nömrəli müqavilə və akt imzalanmışdır. Həmin müqaviləyə əsasən nəzarət kassa aparatı qeydiyyata alınır və Cavabdeh ona məxsus Merkuri 130 F-01 markalı zavod nömrəsi 00210823 olan nəzarət kassa aparatını istifadə etdiyi müddətdə hər ay STXM-ə (servis texniki xidmət mərkəzi) 6 manat xidmət pulu ödəməyi öhdəsinə götürmüşdür. Vergi ödəyicisi Cavabdeh həmin öhdəliyini 2021-ci ilin 4-cü ayına qədər yerinə yetirmiş, daha sonra yerinə yetirməmişdir. Beləliklə Cavabdeh tərəfindən 2019-cu ildən 5 ay, 2021-ci ildən 8 ay, 2022-ci ildən 12 ay, 2023-cü ildən 12 ay xidmət pulu ödənilməmişdir. Bununla da cəmi 222 manat abunə borcu və qeydiyyatdan çıxma aktı 35 manat manat pul məbləği ödənilməmişdir. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-517/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia qismən təmin edilmiş, Cavabdeh 222 manat məbləğində pul, 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu ildə 58400 nömrəli müqaviləyə əsasən “İstehlakçı” Merkuri 130 F-01 tipli zavod 00210823 nömrəli nəzarət kassa aparatına (XKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, “STXM” isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. Müqavilənin bəndlərindən göründüyü kimi “STXM” tərəfindən göstərilən texniki xidmət istismar qaydalarında göstərilən müddət ərzində NKAnın fasiləsiz işləməsinə imkan yaradır. “İstehlakçı”-nın “STXM”-nin hüququ və məsuliyyətləri Nazirlər kabinetinin 266 saylı xx.xx.1995-ci il tarixli qərarının 9 və 10 bəndləri ilə tənzimlənir. Texniki xidmətin müvafiq tələbləri NKA-ya əlavə edilən Formulyar və istismar qaydalarına uyğun yerinə yetirilir. Mütəmadi və fasiləsiz xidmət göstərmək üçün “İstehlakçı” tərəfindən “STXM”-ə hər ay 6 (altı) manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri “STXM”–in üzərinə düşür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mütəmadi xidmət göstərilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və nəticədə onun 222 manat borcu yaranmışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 442 və Mülki Prosessual Məcəllənin 284-5, 284-6-cı maddələri ilə əsaslandırmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(115)-517/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı 2021-ci ilin aprel ayından heç bir xidmət göstərməmiş, Merkuri 130 F-01 markalı kassa aparatı ümumiyyətlə olmamışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi qanunvericilik göstərilən xidmətə görə öhdəliyin icrasını qeyd etmişdir. Yuxarıda qeyd etdiyi kimi 2021-ci ilin aprel ayından sonra Merkuri 130 F-01 markalı kassa aparatı OMNİTECH TPS575 markalı elektron kassa aparatı ilə əvəz edilib və bundan sonra da iddiaçı heç bir xidmət göstərməmişdir. Aralarında bağlanmış müqavilənin şərtlərinə görə göstərilən xidmətə görə ödəniş etməli idi. Onda sual yaranır ki, kassa aparatı olmadığı halda və iddiaçı xidmət göstərmədiyi halda o, hansı əsasla iddiaçıya xidmət haqqı ödməlidir. Məhkəmə bunları nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni təmin olunan hissədə mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını iddianın təmin olunmuş hissəsinə münasibətdə yoxlamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Maddə 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)- 517/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilməli, qətnamə qismən ləğv edilərək iddia qismən təmin edilməlidir. İlk öncə məhkəmə tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterinə münasibətdə qeyd edir ki, tərəflər arasında podrat münasibətlərindən əmələ gələn müqavilə bağlanmışdır. Belə ki, cavabdehin sifarişi əsasında onun nəzarət-kassa aparatına texniki servis xidməti göstərilmiş və bunun müqabilində cavabdeh muzd ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilə etibarsız olmamış, tərəflərin iradə ifadəsini əks etdirməklə həqiqi hüquqi nəticələr yaratmışdır. İddianın hüquqi əsasına münasibətdə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə servis texniki xidmət göstərmək məqsədi ilə xx.xx.2019-cu ildə 58400 nömrəli müqavilə bağlamışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən istehlakçı Merkuri-130F01 tipli, 00210823 zavod nömrəli nəzarət kassa aparatına (NKA) istismar qaydalarına uyğun servis texniki xidmət göstərməyi tapşırmış, STXM isə həmin istismar qaydalarına uyğun tapşırığı öz üzərinə götürmüşdür. 5-ci bəndinə əsasən mütəmadi və fasiləsiz xidmət göstərmək üçün istehlakçı tərəfindən STXM-ə hər ay 6 manat məbləğində vəsait ödənilir və həmin müddətdə NKA-ya göstərilən texniki xidmət və təmirin dəyəri STXM-in üzərinə düşür. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə mütəmadi xidmət göstərdiyini iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmiş, məhkəmə iddianı xidmət haqqı hissəsində tam, qeydiyyatda çıxarma xərci hissəsində isə rədd edərək ümumilikdə iddia tələbini qismən təmin etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalan cavabdehin apellyasiya şikayətinin dəlili kimi 2021-ci ilin aprel ayından sonra Merkuri 130 F-01 markalı kassa aparatı OMNİTECH TPS575 markalı elektron kassa aparatı ilə əvəz edilməsi və bundan sonra da iddiaçının heç bir xidmət göstərməməsi olmuşdur. Bununla bağlı qeyd olunur ki, apelyasiya icraatı zamanı müvafiq sorğu əsasında təqdim edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 7 aprel 2025-ci il tarixli, 3-21-2-18/2-40858/2025 nömrəli məktubu ilə təqdim edilən qeydiyyata alınmış NKA siyahısında vergi ödəyicisi olan cavabdehin adına Merkuri-130F-01 xx.xx.2019-cu il tarixdə qeydiyyata alındığı və STXM adının İddiaçı MMC olması, xx.xx.2021-ci il tarixdən isə TPS575 Smart Pos aparatı, STXM operatoru kimi "xxxx" MMC qeyd olunmuşdur. Habelə, təqdim edilən maliyyə arayışında xx.xx.2020-xx.xx.2021-ci illər aralığı üzrə aylıq abunə haqqı 6 manat olmaqla cəmi 90 manatın cavabdeh tərəfindən iddiaçıya ödənilməsi göstərilmişdir. Apelyasiya şikayətinin dəlilində qeyd olunduğu kimi 22 aprel 2021-ci il tarixdən hazırki tələb üzrə iddiaçıya məxsus NKA-nın cavabdehin istifadəsində olmaması və bu əsasla xidmət göstərilməməsi, eyni zamanda xx.xx.2020-xx.xx.2021-ci illər aralığı cavabdehin müqavilə üzrə üzərinə düşən ödəniş öhdəliyini yerinə yetirməsi öz təsdiqini tapmışdır. Belə olan halda apelyasiya şikayəti qismən təmin edilməli, iddia xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 5 ay müddətinə hər ay 6 manat olmaqla cəmi 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində birinci instansiyası məhkəməsinin mövqeyi əsaslı olsa da, iddia olunan xx.xx.2021-ci il tarixdən sonrakı dövrə münasibətdə isə əsaslı olmamışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-517/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən edilməli, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-517/2024 nömrəli qətnaməsi münahisələndirilmələn hissədə qismən ləğv edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2021-ci il tarixdən qüvvədə olan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən hazırki iş üzrə 257 manat iddianın qiymətinə əsasən ödənilməli dövlət rüsumu 30 manat olmalıdır ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 26,50 manatı iddiaçıya aid edilməli, 3,50 manatı isə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, mübahisə predmeti olan borcun məbləği 10000 manatdan azdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-517/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-517/2024 nömrəli qətnaməsi Cavabdeh 192 manat pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-517/2024 nömrəli qətnaməsi Cavabdeh 30 manat məbləğində pulun tutulması hissəsində apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh 3,50 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 26,50 manatı İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-90/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-90/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver