Məhkəmə qərarları › İş №2-2(105)-114/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-114/2023

02.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-114/2023 02.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı”nin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Zeyonas Havuz A.Ş-in nümayəndəsi və vəkili Nümayəndə2, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı pul tələbinə dair kommersiya işi kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-85/2023 nömrəli, 22 may 2023cü il tarixli qətnaməsindən iddiaçı X5 və cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 10 oktyabr 2020-ci il tarixli Alqı-satqı Müqaviləsinin (Azərbaycan dilində tərtib edilmişdir) 1-ci bəndindən görünür ki, icraçı "xxxx" Şirkəti sifarişçi İddiaçınə məxsus sahədə (Azərbaycan Respublikası Xaçmaz rayonunda yerləşən bağ sahəsi) X12 - 40 SET, X20 Makinaları - 30 adet, Traktör 15 adet (bundan sonra “Mal” adlandırılacaq) ilə təmin etməyi, Sifarişçi isə Malın dəyərini İcraçıya ödəməyi öhdəsinə götürür.

2. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən, malların qüsursuz və tam şəkildə çatdırılması üzrə bütün öhdəliklər İcraçının üzərindədir.

3. Həmin Müqavilənin 4.3-cü bəndinə əsasən, icraçı tərəfindən göndərilən malların Sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyəri hesablanaraq İcraçı tərəfindən Sifarişçiyə geri ödənilməlidir.

4. Həmin Müqavilənin 4.4-cü bəndinə əsasən, icraçı tərəfindən malların çatdırılaraq Sifarişçiyə onun Podrat sahəsində təhvil verilməsini təsdiq edən 2 (iki) eyni hüquqi qüvəyə malik olan nüsxədə təhvil-təslim aktı ilə rəsmiləşdirilir.

5. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə "Sifarişçi” Podrat sahəsinə çatıdırimasını lazımı qaydada icra etmək (5.1.1-cü bəndi), müqavilənin 4.3. bəndində qeyd edilən hal baş verdikdə “Sifarişçi”nin tələbi ilə həmin malların dəyəri hesablanaraq Sifarişçiyə geri ödəmək (5.1.3cü bənd), bu müqavilə üzrə satılan mallarda “Sifarişçi” tərəfindən düzgün istismar edilməsi şərti ilə zəmanət müddətlərində hər hansı qüsür və ya nasazlıq baş verdikdə onları təmir etmək və ya yenisi ilə əvəzləmək (5.1.6-cı bənd) – İcraçının vəzifələrinə aid edilmişdir.

6. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən, malların bu müqavilə üzrə müəyyən edilən keyfiyyət və şərtlər ilə podrat sahəsinə lazımı qaydada çatıdırlmasını tələb etmək (5.4.1-ci bənd), müqavilənin 4.3. bəndində qeyd edilən hal baş verdikdə həmin malların dəyəri hesablanaraq “İcraçı”dan geri ödənişi tələb etmək (5.4.2-ci bənd), Müqavilə üzrə “İcraçı”nın üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onlann pozulmasına yol verilməməsini “İcraçı”dan tələb etmək (5.4.3-cü bənd) Sifarişçinin hüquqlarına aid edilmişdir.

7. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli UNİ/F 07-068/23 nömrəli Mütəxəssis Rəyindən görünür ki, sifarişçi İddiaçı MMC-nin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisləri Salyan rayonu, Qardili kəndi ərazisində yerləşən damlama suvarma sisteminin texniki xüsusiyyətlərinin müəyyən еdilməsi üçün işlər həyаtа kеçirərək, avadanlığın mövcud vəziyyəti, faktiki texniki xüsusiyyətləri, istismar yeri, şəraiti və s. nəzərə alınmaqla apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən sualları aşağıdakı kimi cavablandırmışlar: 1. Damlama suvarma sisteminin yağmurlama başlıqları Atom 42FC-nin faktiki texniki xüsusiyyətləri istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə (atış məsafəsi faktiki 30-35 metr) uyğun deyil. 2. Damlama suvarma sisteminin başlıqları Atom 42FC-nin atış məsafəsi faktiki olaraq istehsalçı tərəfindən bəyan edilmiş xüsusiyyətlərə uyğun olmadığından ərazidə hər biri 10 metr diametrdə su şırnağı çatmayan sahələr mövcuddur. 3. Suvarma sisteminin detallarının və ya avadanlıqlarının təmiri, yaxud əvəz edilməsi ilə damlama sisteminin tədqiq edilmiş sahədə işlək vəziyyətə gətirilməsi mümkün deyil. 4. Sistemin detalları və avadanlıqları, həmçinin sahəyə çəkilmiş su boruları, hovuz xüsusi olaraq Atom 42FC başlıqları üçün quraşdırıldığından və suyun təzyiqi, boruların diametri, avadanlığın gücü və s. bu başlıqlar üçün hesablandığından sistemin tədqiq edilmiş sahənin tam suvarılması üçün işlək vəziyyətə gətirilməsi mümkün deyil.

8. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 27 mart 2023-cü il tarixli UNİ/M 09-169/23 nömrəli "əmlakın qiymətləndirilməsi barədə" Mütəxəssis Rəyindən görünür ki, sifarişçi İddiaçı MMC-nin müraciətinə əsasən "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən Salyan rayonu, Yenikənd kəndi ərazisində yerləşən yağmurlama-suvarma sisteminin qiymətləndirmə işi həyata keçirilmiş və həmin əmlakın yerləşdiyi yer, təyinatı, istifadə imkanları nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Salyan rayonu Yenikənd kəndi ərazisində yerləşən yağmurlama suvarma sisteminin ədalətli bazar dəyərinin 27 mart 2023-cü il tarixə 333466 (üç yüz otuz üç min dörd yüz altmış altı) manat təşkil etdiyi müəyyən edilmişdir.

9. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 aprel 2023-cü il tarixli AZVİA 07-034/23 nömrəli “Daşınar əmlakın qiymətləndirilməsi barədə” mütəxəssis Rəyində göstərilir ki, sifarişçi “X9 X16 Taahhüt ve X4 Sanayi ve Ticaret Limited” Şirkətinin sifarişi əsasında "xxxx" MMC-nin ekspertləri tərəfindən Salyan rayonu Qaradilli kəndində X10 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X12ninə baxış keçirilməsi üçün əraziyə gedilmişdir. X3 ərazidəki avadanlıqları mütəxəssislərə göstərməmiş və yalnız pəncərəsi açıq olan hissədən avadanlıqları görmək mümkün olmuşdur. Salyan rayonu Qaradilli kəndində X10 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X12nin İddiaçı MMCnin sifarişi ilə "xxxx" Ananim Şirkəti tərəfindən istehsalçı firma olan “X17 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən əldə edilərək xx.xx.2021-ci il tarixli ZYE**********216 nömrəli fatura və X18 xx.xx.2021-ci il tarixli 21080100EX010384 nömrəli bəyannamə əsasında İddiaçı MMC-yə göndərilmiş X12nin olub-olmadığı (sistemin hər hansı hissəsinin, yaxud detalının başqa istehsalçı tərəfindən, məsələn hər hansı yerli istehsalçı tərəfindən istehsal edilmiş hissə, detal ilə əvəz edilib-edilmədiyi də daxil olmaqla) müəyyən edilə bilinmədi. Mütəxəssis həmin damlama suvarma sisteminin avadanlıqlarının tam olmaması barədə qənaətə gəlmişdir. Salyan rayonu Qaradilli kəndində X10 məxsus ərazidə İddiaçı MMC tərəfindən quraşdırılmış X12nin yağmurlama başlaqıları - Atom 42FC-nin texniki göstəricilərinin istehsalçı firma “X17 İhracat Sanayi Ticaret” Anonim Şirkətinin bəyan etdiyi texniki göstəricilərə uyğun olub-olmadığı müəyyən edilə bilinmədi. Sistemin tam işə salınmaması səbəbindən ərazidə quraşdırılmış X12nin yeraltı borularında su sızmalarının olubolmadığı, əgər varsa bunun səbəbi (yanlış quraşdırılma və s. olub-olmadığı) müəyyən edilə bilinmədi. Həmçinin, əgər yeraltı borularda su sızmaları varsa, suyun atış məsafəsinin daha aşağı olmasının bu səbəbdən, yaxud sistemin quraşdırılması zamanı yol verilmiş başqa qüsurlardan yarandığı ehtimal edilir. Ərazidə suyun təzyiqi müəyyən edildikdən sonra X12nin ərazinin hansı hissələrinə hansı məsafədə su vurduğu müəyyən edilsin. Yaranmış problemin ərazinin yaxın və nisbətən daha uzaq hissələrində suyun daha uzaq məsafəyə vurulmasının mümkün olmamasının səbəbinin ərazidə suyun təzyiqinin az olmasından, yaxud başqa obyektiv səbəblərdən qaynaqlandığı mümkündür. Su krantlarının işlək vəziyyəti, «sarvat» olub-olmaması, əgər su krantlarının işlək vəziyyətində qüsur varsa, bunun istehsal qüsuru, yaxud yanlış quraşdırma və ya yanlış istismar etmə nəticəsində əmələ gəlib-gəlmədiyi müəyyən edilə bilinmədi. İddiaçı MMC tərəfindən quraşdırılmış X12nin su atışının zəif olmasının səbəbi sistemin quraşdırılması zamanı xətalara yol verilməsi, nəticədə yeraltı su borularında sızmalar əmələ gəlməsi və su krantlarının “sarvat” olaraq sıradan çıxması ola bilər.

10. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 18 mart 2023-cü il tarixli Auditor Hesabatından görünür ki, audit yoxlamasına təqdim edilmiş alqı-satqı əməliyyatlarına dair sənədlər üzrə tərtib edilmiş müqayisə cədvəlinə (dövriyyə cədvəlinə) əsasən 21 oktyabr 2019-ci il tarixdən 08 iyun 2022-ci il tarixədək "X21" Şirkəti tərəfindən (Talha Topan) 3.820.075,8 (üç milyon səkkiz yüz iyirmi min yetmiş beş dollar 80 sent) ABŞ dolları dəyərində kənd təsərrüfat texnikalarının, su qurğularının (damlama sulama su qurğuları sistemi), istixana avadanlıqlarının və s. İddiaçı MMC-nə satılması müəyyən olunmuşdur. İddiaçı MMC tərəfindən aldığı Kənd təsərrüfatı texnikalarına, su qurğularına (damlama sulama su qurğuları sistemi), istixana avadanlıqlarına və sairə görə “X21” Şirkətinə 3.618.400 (üç milyon altı yüz on səkkiz min dörd yüz) ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Nəticədə İddiaçı MMC-nin “X21” Şirkətinə 201675,8 (iki yüz bir min altı yüz yetmiş beş) ABŞ dolları (3820075,8 - 3618400) kreditor borcu yaranmışdır. Qeyd olunan kreditor borcu "X21" Şirkətinə ödənilməlidir.

11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Türkiyə Respublikasından ixrac edilməsi ilə "xxxx" Şirkəti tərəfindən İddiaçınə (ünvan: Azərbaycan Respublikası ünvan 1kkiz yüz) ABŞ dolları məbləğində damlama-sulama sistemi avadanlıqları göndərilmiş (21 aprel 2021-ci il tarixli "e-Fatura") və həmin 97800 (doxsan yeddi min səkkiz yüz) ABŞ dolları məbləğində damlama-sulama sistemi avadanlıqları 22 aprel 2021-ci ildə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuşdur (22 aprel 2021-ci il tarixli Gömrük Bəyannaməsi).

12. İcraçı İddiaçı ilə sifarişçi X15 (VÖEN **********) arasında bağlanmış 10 fevral 2021-ci il tarixli Alqı-satqı Müqaviləsinin 1-ci bəndindən görünür ki, İcraçı Sifarişçiyə məxsus Salyan rayonunun Qardili kəndində yerləşən 39,88 ha (hektar) torpaq sahəsində bir dəst “X14” ilə təmin etməyi, Sifarişçi isə həmin işin dəyəri olan 222700 manat məbləğində pul vəsaitini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Şirkətinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Şirkətindən (Türkiyə Respublikası hüquqi şəxsi; Türkiyə vergi nömrəsi: **********) mediasiya ödənişi olaraq 400 manat, dəymiş ziyana görə 147647 ABŞ dolları və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 142 manat olmaqla, ümumilikdə 147647 ABŞ dollarının və 542 manat pulun İddiaçı (VOEN: **********) xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə "xxxx" Şirkəti (Türkiyə Respublikası, Vergi N: **********) arasında 10 oktyabr 2020-ci il və 30 may 2020-ci il tarixlərdə alqı-satqı muqavilələri imzalanmışdır. Həmin müqavilələr üzrə müxtəlif adda kənd təsərrüfatı təyinatlı malların, o cümlədən damlama-sulama sistemlərinin satın alınması nəzərdə tutulmuşdur. "xxxx" Şirkətindən satın alınmış bir dəst damlama-sulama sistemi "xxxx" MMC tərəfindən X1 və bu zaman müəyyən olunmuşdur ki, həmin sistem lazımi ehtiyacları qarşılamır. X12nin ən vacib ünsürlərindən biri “yağmurlama” başlıqlarıdır. Cavabdeh Şirkət X12ni “Atom 42FC” adlı yağmurlama başlıqları ilə təchiz etmişdir. Cavabdehin bildirdiyinə görə Atom 42FC yağmurlama başlığı 47 metr məsafəyə su vurma imkanına malik olmalıdır. Bu xüsusat cavabdeh Şirkətlə sifariş göndərilməmişdən əvvəl müzakirə edilmiş və cavabdeh tərəfindən bildirilmişdir ki, Atom 42FC yağmurlama başlığı sistem üçün kifayətdir və sistemin işləməsi üçün lazımi texniki göstəricilərə (47 metr məsafəyə su vurma imkanına) malikdir. Damlama-sulama sistemi təhvil alınıb quraşdırıldıqdan sonra məlum olmuşdur ki, “Atom 42FC” yağmurlama başlığı sistemin tələblərinə cavab vermir və məhz buna görə də bütün sistem istismara tam yararsızdır. Beləliklə, "xxxx" Şirkəti (Vergi N: **********) müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Damlama-sulama sisteminin lazımi texniki parametrlərə cavab verməyən hissələrinin siyahısı aşağıdakı kimidir: material siyahısı miqdar vahid qiymət (azn) ümumi miqdar(azn) 75 MM X24 Adaptör 20 ədəd 2.58 310.10 75 MM Pompa Çıkış başlığı Dişi 20 ədəd 3.32 398.23 Çap75 20cm X22 20 ədəd 5.17 620.75 Nəzərə çatdırılır ki, cavabdehin iddiaçıya bildirdiyinə və razılaşdırdığına görə Atom 42FC yağmurlama başlığı 47 metr məsafəyə su vurma imkanına malik olmalı idi. Lakin, əslində qeyd edilən yağmurlama başlığının texniki göstəriciləri 30 metr məsafəyə su vurmağa imkan verir. Qeyd edilən qüsurun, yəni Atom 42FC su vurma başlığının (və onun hissələrinin) lazımi texniki göstəricilərə malik olmamasının nəticəsində iddiaçı Şirkətə 147647 ABŞ dolları məbləğində zərər dəymişdir. Xatırlatmaq lazımdır ki, müqavilə şərtlərinə görə cavabdeh üzərinə lazımi keyfiyyətdə və texniki göstəricilərə malik mal vermək öhdəliyi götürmüşdür. Mübahisə ilə əlaqədar qarşı tərəfə pretenziya göndərilmişdir. Cavabdeh tərəf isə öz səhvini düzəltmək əvəzinə, iddiaçının göndərdiyi pretenziyaya qarşı başqa bir “pretenziya” göndərmişdir. Tərəflər arasında yaranmış problem, mediasiya yolu ilə də həll edilə bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 587 və s. maddələrinə və imzaladığı müqavilələrə görə cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır.

15. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, cavabdeh "xxxx" Şirkətindən alınan və iddia ərizəsində qeyd olunan mübahisəli damlama-sulama avadanlıqları X7 Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırıldıqdan sonra onların qüsurlu olduğu müəyyən edilmişdir. Qüsurlar həmin çiləmə-sulama sistemi quraşdırıldıqdan sonra aşkar edilmişdir. Buna görə də sifarişçi Oktay Hacıyev tərəfindən iddiaçı Şirkətə irad bildirilmiş və onun tərəfindən həmin sifariş üzrə pul məbləğinin bir hissəsi İddiaçınə ödənilməmişdir. İddia ərizəsində dəymiş ziyan kimi tələb olunan 147647 ABŞ dolları məbləğinə damlama-sulama sisteminin dəyəri ilə yanaşı, sistemin yararsız olmasına görə çəkilmiş xərclər və digər xərclər də daxildir. Cavabdehlə iddiaçı arasında bir neçə il ərzində təxminən 4 milyon ABŞ dollarına yaxın həddə dövriyyə olsa da, bu dövriyyə üzrə qüsurlu avadanlıqlar yalnız X7 Salyan rayonu ərazisində yerləşən torpaq sahəsində quraşdırılan damlama-sulama sistemində aşkar edilmişdir. Cavabdeh Şirkətdən alınmış damlama-sulama avadanlıqları Oktay Hacıyevə məxsus torpaq sahəsinə iddiaçının öz mütəxəssisləri tərəfindən quraşdırılmışdır və təxminən 4-5 ildir ki, həmin mütəxəssislər bu sahədə çalışırlar.

16. Məhkəmə iclasında cavabdeh "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı “pul tələbi” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, bir neçə il ərzində Türkiyədə yerləşən cavabdeh "xxxx" Şirkəti tərəfindən müvafiq ödənişlər müqabilində hüquqi ünvanı Xaçmaz şəhəri olan İddiaçı MMC-yə müxtəlif adda kənd təsərrüfatı təyinatlı mallar və damlama-sulama sistemləri göndərilsə də, həmin tərəflər arasında heç bir yazılı müqavilə imzalanmamışdır. Tərəflərin həyata keçirdikləri bu münasibətlər cari hesab “ilişkiləri”, yəni müvafiq maliyyə-gömrük sənədləri əsasında baş tutmuşdur ki, bu beynəlxalq iqtisadi təcrübədə sıx istifadə olunan üsullardan biridir. Cari hesab “ilişkisi” isə malın dəyərinin həmin an deyil, daha sonra ödənilməsinə şərait yaradılması prosesindən ibarət münasibətdir. Belə ki, tərəflər arasında müqavilə olmadıqda, qaimə-fakturalar müqaviləni əvəz edir və həmin sənədlər əsasında verilən malların əvəzi də bank köçürmələri ilə göndərilən pul vəsaitləri hesabına ödənilir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Azərbaycan dilində tərtib olunmuş müqavilə isə cavabdeh Şirkətin səlahiyyətli şəxsləri tərəfindən şəxsən və yaxud elektron qaydada imzalanmamışdır. Eyni zamanda, bu müqavilə həqiqətən də Türkiyədə yerləşən cavabdeh "xxxx" Şirkəti tərəfindən imzalanmış olsaydı, onun mütləq olaraq türk dilində də nüsxəsi və yaxud müvafiq türkcə yazılmış hissəsi olardı. Çünki, Türkiyə Respublikasına məxsus şirkətlər öz dillərində tərtib edilməyən müqavilələri imzalamırlar. Yəni, tərəflər arasında hər hansı bir öhdəlik yaradan yazılı müqavilə olmamışdır. Bununla belə, iddiaçı və cavabdeh arasında iddia ərizəsində qeyd olunan malların bir neçə illər ərzində ümumilikdə dəyəri milyonlarla hesablanan alqı-satqısı baş tutmuşdur. Cavabdeh Şirkət tərəfindən iddiaçıya ilk dəfə 21 oktyabr 2019-cu ildə 9000 ABŞ dolları məbləğində, sonuncu dəfə isə 08 iyun 2022-ci ildə 45000 ABŞ dolları məbləğində mal göndərilmişdir. Tərəflər arasında ümumi dövriyyə isə 3820075,8 ABŞ dolları məbləğində olmuşdur və bu məbləğdən ******* ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Yəni, cavabdeh Şirkət iddiaçı Şirkətin sifarişləri əsasında Türkiyədə "xxxx" Şirkəti və yaxud digər başqa istehsalçılar tərəfindən istehsal edilən qeyd olunan malları tədarük edib, sonuncuya göndərmiş, sonuncu isə həmin malları qəbul edib dəyərini cavabdeh Şirkətə ödəmişdir. Göndərilən malların əksər hissəsi ilə əlaqədar cavabdeh Şirkətə heç bir irad bildirilməmişdir. İddia ərizəsində qeyd olunan mallarda qüsurların olması və bu qüsurlara görə məhz cavabdeh Şirkətin təqsirli olması isə müəyyən olunmur. Çünki, məhkəmə araşdırması zamanı mübahisəli damlama-sulama sistemini quraşdıran ustaların bu sahə üzrə təcrübəsiz olduqları müəyyən edilmişdir. Qüsurlu olduğu deyilən və mübahisələndirilən 97800 ABŞ dolları məbləğində mal 21 aprel 2021-ci il tarixli faktura əsasında 22 aprel 2021-ci il tarixdə gömrükdən keçmişdir. İddiaçı tərəfin təqdim etdiyi mütəxəssis rəyində damlama-suvarma sisteminin Atom 42FC markalı yağmurlama başlıqlarının faktiki texniki xüsusiyyətlərinin istehsalçı tərəfindən bəyan edilmiş texniki xüsusiyyətlərə uyğun olmadığı, faktiki atış məsafəsinin 30-35 metr olduğu qeyd olunmuşdur. Halbuki, eyni zamanda qeyd olunub ki, Atom 42FC suvarma başlığının istehsalçı tərəfindən bəyan edilən atış məsafəsi 25-45 metrdir. Yəni, rəydə qeyd olunan faktiki atış məsafəsi kimi göstərilən 30-35 metr, istehsalçı tərəfindən bəyan edilən atış məsafəsinin göstərildiyi 25-45 metrə daxildir. Bundan əlavə, "xxxx" Şirkətinin rəsmi internet saytında yerləşdirilmiş texniki göstəricilərdə küləkli havanın olduğu ərazilərdə quraşdırılan sistemin çiləmə məsafəsinə küləyin mənfi təsir göstərə biləcəyi də qeyd edilmişdir. İddiaçı malı təhvil alarkən istehsal qüsuru varıydısa, bu barədə məlumat verməli idi. Bundan əlavə malın qüsurlu olmasını təsdiq edən mötəbər sənəd də yoxdur. Əgər quraşdırmadan sonra hər hansı qüsur aşkar olunursa, buna quraşdırma işlərinin qüsurlu aparılması da səbəb ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin mübahisəli çiləmə sulama sistemini quraşdıran şəxsin peşəsi “qaynaqçı” olub və şahid qismində dindirilən həmin şəxs çiləmə və yaxud X12nin quraşdırılması üzrə xüsusi biliyinin və bu peşəyə dair hər hansı bir sənədinin və yaxud sertifikatının olmadığını bildirmişdir. Damlama sulama və yaxud çiləmə-sulama sistemi kimi qəliz sistemin quraşdırılmasına, bu sahə üçün xüsusi biliyi və bacarığı olan peşəkar mütəxəssis cəlb edilməli idi. Mübahisəli damlama-sulama sistemini quraşdıran şəxsin bu sahə üzrə peşəkar mütəxəssis olmaması da nəzərdə tutulan nəticənin alınmamasına səbəb ola bilərdi. Cavabdehin göndərdiyi suvarma sistemi iddiaçı tərəfindən qəbul edilərək, quraşdırma üçün mütəxəssisə təqdim olunmaq əvəzinə, qeyri-peşəkar şəxsə təqdim olunmuşdur. Malı qəbul etdikdə də, hər hansı qüsur barədə məlumat verilməmişdir. Bundan əlavə, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi iddia ərizəsində damlama-sulama sisteminin qüsurlarının siyahısı göstərilmişdir. Həmin siyahıda təxminən 49000 ABŞ dolları məbləğində qüsurlar qeyd olunmuşdur. İddia tələbində isə 147647 ABŞ dolları məbləğində pul tələb edilir ki, hər iki məbləğ arasında kəskin fərq mövcuddur. Cavabdeh "xxxx" Şirkəti məhsullara dair qarantiya vermir, istehsalçı şirkətin texniki sənədlərini alıcıya göndərir. Atom 42FC adlı yağmurlama başlıqlarının keyfiyyət göstəriciləri "xxxx" Şirkətinin rəsmi internet saytında yerləşdirilmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, mütəxəssisə həmin göstəricilər təqdim edilmişdir. Lakin, mütəxəssisə təqdim olunan göstəricilərdən "xxxx" Şirkətinin rəsmi internet saytında yerləşdirilmiş müəyyən hissə çıxarılmışdır. Həmin çıxarılan hissədə isə sistemin sınağının küləksiz şəraitdə aparılmalı olduğu və küləkli havanın sistemə mənfi təsir göstərə biləcəyi qeyd edilmişdir. Eyni zamanda, damlama-sulama sistemini quraşdıran işçilər də bu sahədə kifayət qədər peşakar olmalıdırlar. Əgər sistemi quraşdıran işçilərin peşəkarlığı barədə şübhələr var idisə, iddiaçı Şirkət montaj mütəxəssisi dəvət edərək, quraşdırılmada yol verilən qüsurları rəsmiləşdirə bilərdi. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilən auditor hesabatı isə yük-gömrük bəyannamələri və fakturalar əsasında tərtib edilmişdir.

17. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X15 bildirmişdir ki, o, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur və onunla İddiaçı arasında bağlanmış müqavilə əsasında həmin MMC-nin işçiləri tərəfindən 2021-ci ilin təxminən aprel-iyun aylarında Salyan rayonu ərazisində yerləşən təxminən 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində çiləməsulama sistemi quraşdırılmışdır. Lakin, quraşdırmadan sonra sınaq zamanı müəyyən edilmişdir ki, quraşdırılan sistemin yağmurlama başlıqları lazımi məsafədə su vurmur. Buna görə də, o, bu sistemi quraşdıran İddiaçı MMC-nin əməkdaşlarına öz iradını bildirmiş və bu sifariş üzrə ödəməli olduğu pulun bir hissəsini ödəməmişdir. Həmin MMC-nin işçiləri bu qüsuru aradan qaldırmaq istəsələr də, heç bir müsbət nəticə əldə olunmamışdır.

18. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, İddiaçındə usta vəzifəsində işləyir və ixtisası qaynaqçıdır. O, X7 Salyan rayonu ərazisində yerləşən 40 hektar torpaq sahəsində 2021-ci ilin təxminən aprel-iyun aylarında çiləmə-sulama sistemini quraşdırmış, lakin quraşdırmadan sonra gözlənilən nəticəni əldə edə bilməmişdir. Çünki, quraşdırılan yağmurlama başlıqları tələb olunan məsafədə su vurmamışdır. O, damlama-sulama sisteminin quraşdırılması peşəsi üzrə hər hansı xüsusi təhsil almasa da, bu peşəni usta yanında işləyərək öyrənmişdir. O, 10-12 ildir ki, bu cür sistemlərin quraşdırılması sahəsində işləsə də, Oktay Hacıyevin sahəsində çiləmə sistemi üzrə ilk dəfə işləyirdi. Çiləmə sisteminin quraşdırılması üçün onun sertifikatı və s. yoxdur. Çiləmə sistemi ilə damlama sisteminin fərqi sadəcə “jet”ləri quraşdırmaqdadır. Damlama sistemi bağ üçün, çiləmə sistemi isə bostan üçün istifadə olunur. Həmin sahədə su borularını təxminən 70-80 sm torpaqaltı dərinliyə döşəmişdir. “Jet”in altındakı qurğuda təzyiq 6 bar olsa da, yağmurlama başlıqları suyu tələb olunan məsafədə vurmurdu. Sistemdə orta hissədən döşənilmiş “ana xətt” üzrə borunun uzunluğu 160 metr idi. “Ana xətt” borusunun kənarlarına 110 metr, 90 metr, 75 metr uzunluqlarında borular döşənmişdi. 110 metr uzunluğundakı boruda 2 ədəd “jet”, 90 metr uzunluğundakı boruda 2 ədəd “jet”, 75 metr uzunluğundakı boruda 1 ədəd “jet” var idi. Orta hissədən döşənilmiş “ana xətt” üzrə borunun uzunluğunun 160 metr, onun kənarlarına döşənilmiş boruların 110 metr, 90 metr, 75 metr uzunluqlarında olması, layihəyə əsasən müəyyən edilmiş uzunluqlardır. Sistemdə quraşdırılmış motorun gücü isə 45 kvt idi. Həmin sistemin quraşdırılması üçün hər hansı bir xüsusi mütəxəssis tərəfindən tərtib və təsdiq olunmuş layihə olmasa da, o, həmin sistemi lazımi qaydada quraşdırmış və quraşdırmada heç bir nöqsan olmamışdır.

19. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-85/2023 nömrəli, 22 may 2023cü il tarixli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X10 məxsus 39,88 ha torpaq sahəsində quraşdırılan çiləmə-sulama sisteminin nəzərdə tutulan parametrlər üzrə işləməməsində “cavabdeh Şirkət tərəfindən göndərilən avadanlıqların qüsurlu olması” nəticəsinə gəlinməsi üçün kifayət qədər əsaslar mövcud deyil. Müqavləyə əsasən sifarişçi İddiaçınə məxsus sahədə - Xaçmaz rayonunda yerləşən bağ sahəsində istifadə üçün alınan X12 avadanlıqlarının müqavilədə nəzərdə tutulmadığı halda Salyan rayonu ərazisində istifadə edilməsi, İcraçı tərəfindən göndərilən malların Sifarişçiyə məxsus sahədə boşaldılması zamanı mallarda hər hansı qüsur aşkar edilərsə, həmin malların dəyərinin hesablanaraq İcraçı tərəfindən Sifarişçiyə geri ödənilməsi (4.3-cü bənd), yəni “malların boşaldılması zamanı” aşkar olunan qüsurlara görə İcraçının məsuliyyətinin müəyyən edilməsi, malların təhvil-təslim aktı ilə verilməsi (4.5-ci bəndi), lakin belə bir aktın məhkəməyə təqdim olunmaması, göndərilən mallara zəmanətin verilməli olması (məhkəməyə qüsurlu mallarla əlaqədar zəmanət verilməsinə dair sübutlar təqdim olunmamışdır) və s. bu kimi halların heç biri də iddiaçı Şirkətin məlum quraşdırma üzrə “mütəxəssis olmayan işçiləri tərəfindən müvafiq texniki layihə olmadan aparılan” quraşdırılmadan sonra yaranan hər hansı bir qüsura və yaxud gözlənilən nəticənin alınmamasına görə məsuliyyətin cavabdeh Şirkətə aid edilməsinə əsas vermir. İddiaçı əgər malın qüsurlu olmasına istinad edərək pul tələb edirsə, bu zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından 333466 manat dəyəri olan həmin malı da satıcıya qaytarmağa borclu olardı (maddə 587.5).

21. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 425.1, 425.2, 567, 568.1, 587.1, 587.2, 587.3, 587.5, 588.1, 588.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

22. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

23.- iddiaçı cavabdehdən sulama sistemi satın almışdır. həmin sulama sistemi, iddiaçının müştərisi Hacıyev Oqtaya məxsus olan və Salyanda yerləşən torpaq sahəsində quraşdırılmışdır. Sulama sistemi istismar edilməyə başlandığı vaxt müəyyən olmuşdur ki, həmin sistem lazımi ehtiyacları qarşılamır. X12nin ən vacib ünsürlərindən biri yağmurlama başlıqlarıdır. Cavabdeh şirkət, X12ni atom 42fc adlı yağmurlama başlıqları ilə təchiz etmişdir. Cavabdehin bildirdiyinə görə, atom 42fc yağmurlama başlığı, 47 metr məsafəyə su vurma imkanına malik olmalıdır. Bu xüsus cavabdeh şirkətlə sifariş göndərilməmişdən əvvəl müzakirə edilmiş və cavabdeh tərəfindən bildirilmişdir ki, atom 42fc yağmurlama başlığı sistem üçün kifayətdir və sistemin işləməsi üçün lazımi texniki göstəricilərə (47metr məsafəyə su vurma imkanına) mailikdir. X12 quraşdırıldıqdan sonra məlum olmuşdur ki, atom 42fc yağmurlama başlığı sistemin tələblərinə cavab vermir və məhz buna görə də bütün sistem istismara tam yararsızdır. Beləliklə, Zeyonas Havuz a.ş. müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Bununla əlaqədar iddiaçı şirkətə ziyan dəymişdir (təxmini 147647 abş dolları). Həmin ziyan iddiaçı tərəfindən cavabdeh şirkətə ödənilmiş pul vəsaiti (97800 ABŞ dolları), iddiaçıya onun müştərisi Hacıyev Oqtay tərəfindən ödənilməli olan vəsaitlərdən əldə edəcəyi gəliri(təxmini 25000 ABŞ dolları), sulama sisteminin Hacıyev Oqtayın bağında quraşdırılması, təmiri üçün çəkilən xərclər, məhkəmə xərclərini(quraşdırma, təmir, məhkəmə xərcləri birlikdə təxminən 25000 ABŞ dolları), ümumilikdə ziyanın miqdarını iddiaçı 147647 ABŞ dolları müəyyən edir. - iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş 28 fevral 2023-cü il tarixli uni/f 07- 068/23 nömrəli mütəxəssis rəyi və 27 mart 2023-cü il tarixli uni/m 09-169/23 nömrəli "Əmlakın qiymətləndirilməsi barədə" mütəxəssis rəyi iddia tələbini təsdiq edir - məhkəmə iddia tələbinin rədd edilməsi üçün əsas olaraq onu götürmüşdür ki, sulama sistemini quraşdıran şəxslər bu işləri görmək sahəsində xüsusi peşə biliyi və ixtisasa malik olmamışlar. Məhkəmə bu nəticəyə gəlməklə böyük səhv etmişdir. Belə ki, sulama sisteminin səhv quraşdırlması barədə hər hansı ekspert rəyi yoxdur. İş materiallarından da görünür ki, tərəflər arasındakı dövriyyə 4 milyon ABŞ dolları həcmindədir. Cavabdeh əməkdaşlıq müddəti ərzində iddiaçıya onlarla sulama sistemi göndərmişdir. Bütün sistemlərin quraşdırılmasını məhkəmədə dindirilmiş Şahid həyata keçirmişdir. Şahid on beş ilə yaxındır ki, sulama sistemlərinin quraşdırılması sahəsində işləyir, aylıq əmək haqqının məbləği isə 1000 manatdır. Görəsən hər hansı ixtisası, peşəkar keyfiyyəti və bacarığı olmasa idi, Şahid 1000 manat aylıq maaş verilərdimi? Bu fakt da məhkəmənin qərəzli yanaşdığını göstərir. İş materiallarında mövcud olan sübutlar, hətta mövcud olmayan sübutlar (sulama sistemi istismara verilmədiyi üçün iddiaçı təhvil təslim aktı imzalamaqdan imtina etmişdir, yəni cavabdeh malı sulama sistemini rəsmi olaraq təhvil verməmişdir) belə iddia tələbinin əsaslılığını sübut edir. - iş materiallarında olan mütəxəssis rəyləri təsdiq edir ki, sulama sisteminin təmiri, işlək vəziyyətə gətirilməsi mümkün olmamışdır. Həmçinin, satıcı şirkət həmin sistemin işlək vəziyyətə gətirilməsi üçün hər hansı cəhd etməmişdir, əksinə müxtəlif vədlər verərərk, iki ilə yaxın müddət sifarişçinin müştərisinin qarşısında çox pis vəziyyətə salmış, onun biznes nüfuzuna ağır zərbə vurmuşdur. - məhkəmə sübutları obyektiv qiymətləndirməmiş, hətta xüsusi bilik tələb edildiyini bildirdiyi sahədə, ekspert kimi çıxış etmişdir. Şahidin 15 ilə yaxın sulama sistemi quraşdırılması sahəsində təcrübəsi olmasına baxmayaraq, sulama sistemlərinin quraşdırılması sahəsində kifayət qədər peşəkar kadr olmasını nəzərə almadan, onun tərəfindən aparılmış quraşdırma işlərinin keyfiyyətsiz olması, qüsurlu olması qənaətinə gəlmişdir. - iş materiallarında olan mütəxəssis rəyi, sulama sisteminin əsas ünsürü olan yağmurlama başlıqlarının sistemin texniki tələblərinə cavab vermədiyini təsdiq edir. Zeyonas şirkəti özü də yaxşı bilir ki, onun göndərdiyi ləvazimatların quraşdırılıb tam işləməsi üçün yağmurlama başlıqları 45 metr məsafəni sulamalıdırlar. Hansısa səbəblərdən (ya diqqətsizlik, yaxud səhlənkarlıq) texniki göstəricilərə cavab verməyən yağmurlama başlığı göndərəndən sonra məsuliyyətdən yaxa qurtarmaq üçün 2 ilə yaxindir ki, müxtəlif bəhanələrlə iddiaçı şirkəti aldatmaqla məşğuldur. Cavabdeh tərəf göndərilən mallarin sifarişə uyğun olduğunu qeyd edir. Hansi sifarişə? Sifariş necə verilmişdir? Kimlə razılaşdırılmışdır? İddiaçı bütün bu suallara cavab verə bilir. Lakin cavabdeh pulla satın aldığı qondarma rəylərlə məsuliyyətdən yayınmağa çalışır. - iddiaçı tərəf hesab edir ki, iş üzrə ekspertiza təyin edilmiş olsaydı, ekspert həm sulama sisteminin quraşdırılmasının düzgün olub-olmadığını, həm də icraçı şirkətin göndərdiyi yağmurlama başlıqlarının (atom 42fc) texniki cəhətdən layihəyə yararsız olduğunu müəyyən edə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin ləğv olunması, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Hacıyev Oktay məhkəmə qətanməsini qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 329. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 389. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə, alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və yaxud əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin (maddə 587.2.1.) və yaxud, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin (maddə 587.2.2.). Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommmersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.

32. İşin müəyyən edilmiş faktiki halları baxımından iddianın qanuni əsası kimi Mülki Məcəllənin 567-ci və 597.1-ci maddələri nəzərdən keçirilə bilər.

33. Belə ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Alıcı İddiaçı MMC (iddiaçı) ilə satıcı "xxxx" Şirkəti (cavabdeh) arasında 10 oktyabr 2020-ci il tarixli “Alqı-satqı müqaviləsi”nin hər iki tərəf üçün məqbul sayıla biləcək formada və məzmunda tərtib edilməsi və həmin Müqavilənin müvafiq qaydada səlahiyyətli şəxslər tərəfindən imzalanaraq bağlanmış olması mübahisəli olsa da, işin konkret halları və tərəflərin nümayəndələrinin izahatları əsasında təsdiq olunur ki, faktiki olaraq 2019 – 2022-ci illər ərzində cavabdeh "xxxx" Şirkəti tərəfindən dəfələrlə müxtəlif istehsalçılar tərəfindən istehsal edilmiş kənd təsərrüfat texnikaları, su qurğuları (damlama-sulama su qurğuları sistemi), istixana avadanlıqları və s. Türkiyə Respublikasından gömrük nəzarətindən keçirilməklə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən İddiaçı MMC-yə satılmış, sonuncu tərəfindən isə həmin malların dəyəri mütəmadi olaraq bank vasitəsi ilə cavabdeh "xxxx" Şirkətinə ödənilmişdir. Lakin qeyd olunan illər ərzində ümumilikdə təxminən 4 milyon ABŞ dollarına yaxın baş tutmuş dövriyyə üzrə göndərilən malların qüsurluluğu barədə başqa mübahisələr olmasa da, İddiaçı MMC-nin sifarişi ilə "xxxx" Şirkəti tərəfindən istehsalçı firma olan “X17 İhracat Sanayi Ticaret” Anonim Şirkətindən əldə edilərək xx.xx.2021-ci il tarixli ZYE**********216 nömrəli “fatura” və X18 xx.xx.2021-ci il tarixli 21080100EX010384 nömrəli bəyannamə əsasında İddiaçı MMC-yə göndərilən (97800 ABŞ dolları dəyərində) və İddiaçı MMC-nin işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində X10 məxsus ərazidə 2021-ci ilin təxminən may-iyun aylarında quraşdırılan damlama (çiləmə) sulama sistemində quraşdırmadan sonra qüsurların olduğu, yəni həmin sistem vasitəsi ilə suyun nəzərdə tutulan məsafəyə vurulmadığı müəyyən edildiyi üçün tərəflər arasında hazırkı mübahisə yaranmışdır.

34. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, quraşdırma quraşdırılan sistemin xüsusiyyətlərini, texniki parametrlərini və yerin quruluşunu əks etdirən və müvafiq xüsusi biliyə malik mütəxəssis tərəfindən tərtib və təsdiq edilmiş layihə əsasında aparılmamışdır. Belə ki, apellyasiya baxışı zamanı üçüncü şəxs Oktay Hacıyev məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, uzaq məsafə vuran sulama sistemi onlarda birinci dəfə olmuş, avadanlığı quraşdıran ustalar isə 40 metr məsafəyə vuran çiləmə sistemini birinci dəfə quraşdırdıqlarını demişlər. Üçüncü şəxs bildirmişdir ki, başlıqlar əllə normal açılıb bağlanmış, lakin təzyiq altında işləməmiş, iddiaçı şirkət başlıqları dəmirlə əvəz etmiş, lakin sistem düzəlməmiş, gücü 2 dəfə artıran zaman avadanlıq xarab olmuşdur.

35. Göründüyü kimi, sistemin quraşdırılması, işə salınması üçün üçüncü şəxs tərəfindən səylər göstərilmiş, başlıqlar dəyişdirilmiş, suyun təzyiqi ilə bağlı tənzimləmələr həyata keçirilmiş, onun fəaliyyətinə müdaxilə olunmuş, son nəticədə qurğunu işə salmaq mümkün olmamışdır.

36. Bu isə nəticə etibarilə iddiaçının iddia etdiyi kimi quraşdırılan qurğunun məhz həmin vəziyyətdə-yəni qüsurlu vəziyyətdə iddiaçıya təqdim olunmasını, yoxsa sonradan edilmiş müdaxilələr nəticəsində nasazlığın yaranmasını müəyyən etməyə imkan vermir. İddiaçı tərəf isə təqdim olunmuş sübutlarla məhsulun artıq həmin nasazlıq olmaqla cavabdeh tərəfindən təqdim edildiyini və öhdəliyin onun tərəfindən pozulduğunu müəyyən etmək üçün tutarlı dəlillər təqdim etməmişdir.

37. Halbuki, məlum sistemin qurulması üçün nəzərdə tutulan avadanlıqlar quraşdırıldıqdan sonra təyinatı üzrə istifadə imkanlarına nail olunmasında - quraşdırma işlərinin keyfiyyəti və quraşdırmanın düzgün və qaydasında aparılmasının mühüm əhəmiyyəti vardır. Tərəflər bu mübahisə üzrə məhkəməyə “mütəxəssis rəyləri” təqdim etsələr də, həmin mütəxəssis rəyləri quraşdırma işinin lazımi səviyyədə aparılmasının qiymətləndirilməsi üçün kifayət qədər mötəbər olmamışdır. Belə olan halda Salyan rayonunun Qardili kəndində yerləşən X10 məxsus 39,88 ha torpaq sahəsində quraşdırılan çiləmə-sulama sisteminin nəzərdə tutulan parametrlər üzrə işləməməsində “cavabdeh Şirkət tərəfindən göndərilən avadanlıqların qüsurlu olması” nəticəsinə gəlinməsi üçün kifayət qədər əsaslar mövcud deyildir.

38. Bundan başqa, qeyd olunmalıdır ki, iddiaçı ona satılan malın qüsurlu olmasına istinad edərək, bu qüsurların nəticəsində ona “147647 ABŞ dolları zərər dəyməsini” göstərərək, həmin zərəri cavabdehdən tələb etsə də, bununla əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya şikayətində və apellyasiya baxışı zamanı iddiaçının vəkilinin bununla bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla əlaqədar iddiaçı şirkətə ziyan dəymiş, həmin ziyan iddiaçı tərəfindən cavabdeh şirkətə ödənilmiş pul vəsaiti (97800 ABŞ dolları), iddiaçıya onun müştərisi Hacıyev Oqtay tərəfindən ödənilməli olan vəsaitlərdən əldə edəcəyi gəliri (təxmini 25000 ABŞ dolları), sulama sisteminin Hacıyev Oqtayın bağında quraşdırılması, təmiri üçün çəkilən xərclər, məhkəmə xərcləri (quraşdırma, təmir, məhkəmə xərcləri birlikdə təxminən 25000 ABŞ dolları) olmaqla, ümumilikdə 147647 ABŞ dolları təşkil edir.

39. Kollegiya qeyd edir ki, avadanlıqların nasazlığının cavabdehin təqsiri üzündən baş verdiyi iddiaçı tərəfindən sübut olunmadığından, ziyanın da cavabdeh tərəfindən vurulduğu müəyyən olunmur.

40. Göründüyü kimi, işin yuxarıda təsvir olunan halları ilə müəyyən olunur ki, İddiaçı MMC-nin işçiləri tərəfindən Salyan rayonu Qaradilli kəndində X10 məxsus 39,88 ha ərazidə 2021-ci ilin may-iyun aylarında quraşdırılan çiləməsulama sisteminin qüsurlarına görə dəymiş ziyan qismində hesablanaraq cavabdeh "xxxx" Şirkətindən “dəymiş ziyana görə 147647 ABŞ dolları məbləğində” pul vəsaitinin tələb olunmasının əsaslılığı sübut olunmamışdır. Halbuki, mübahisə üzrə sübutetmə yükü “Salyan rayonu Qaradilli kəndində X10 məxsus 39,88 ha ərazidə quraşdırılan çiləmə-sulama sisteminin qüsurlarına görə ziyanın vurulduğunu” iddia edən iddiaçı tərəfin üzərinə düşür.

41. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

43. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

44. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

45. İşin obyektiv həli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

46. Sübutetmə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir”.

47. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə təqdim olunmuş sübutlar məhz cavabdehin qüsurlu mal təqdim etməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsini müəyyən etməyə imkan vermir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)- 1667/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar