Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-128/2022 28.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-799/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 18 aprel 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən 28 iyun 2019 tarixli **********77 saylı (EAAS seriyalı 253391 saylı 28 mart 2019 tarixli qaimə-fakturaya əsasən) ödəniş tapşırığı üzrə cavabdehə öhdəlikdən kənar ödənilmiş 17738,41 manat məbləğində vəsait, bu məbləğə hər il üçün 5 faiz nisbətində hesablanmış toplam 2365,12 manat məbləğində pul və işin baxılması üçün Mediasiya Şurasının 6 saylı Mediasiya Təşkilatına ödənilmiş 200 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 20303,53 manat məbləğində borcun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) ilə Cavabdeh MMC (VÖEN: **********) arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli № LM01-17 saylı Xidmət Müqaviləsinə uyğun olaraq cavabdehin göstərdiyi müvafiq xidmətə görə iddiaçı da öz növbəsində göstərilən xidmətin müqabilində razılaşdırılmış ödənişi həyata keçirməli idi. Lakin həmin Müqavilə əsasında 28 iyun 2019-cu ildə 04 fevral 2019 tarixli EAAP seriyalı 907897 nömrəli, ƏDV-siz məbləği 17738,41 manat olan qaimə-faktura üzrə ödəniş iddiaçı tərəfindən sistemdə olan texniki nasazlıq üzündən yanlışlıqla iki dəfə ödənilmişdir. Belə ki, 17738,41 manat (ƏDV-siz) məbləğində ilk ödəniş 27 iyun 2019-cu il tarixində **********87 saylı ödəniş tapşırığı ilə icra olunmuşdur (EAAP seriyalı 907897 saylı 04 fevral 2019 tarixli qaimə-fakturaya əsasən). Növbəti, yəni ikinci ödəniş isə 28 iyun 2019-cu il tarixində 21688,41 manat (ƏDV-siz) məbləğində icra edilmişdir. İkinci ödənilən (21688,41 manat) məbləğin 17738,41 manat məbləğində hissəsi yuxarda qeyd olunan 04 fevral 2019 tarixli EAAP seriyalı 907897 nömrəli qaimə-fakturaya əsasən icra edilmişdir. Yəni, texniki nasazlıq səbəbilə (ilk ödəniş 27 iyun 2019 tarixində) ikinci ödənilən 21688,41 manat məbləğin 3950 manat hissəsi isə 28 mart 2019 tarixli EAAS seriyalı 253391 nömrəli qaimə-fakuraya aid olmuşdur. Lakin, **********77 saylı 28 iyun 2019 tarixli ödəniş tapşırığı üzrə həyata keçirilmiş 17738,41 manat məbləğində ödəniş öhdəlikdən kənar həyata keçirildiyi üçün cavabdehdən geri tələb edilmişdir. Lakin, iddiaçının müvafiq tələbi üzrə pretenziya məktubunun alınmasını təsdiq edən müvafiq poçt bildirişinə və çoxsaylı telefon danışıqlarına baxmayaraq, cavabdeh tərəf məhkəmədən kənar qaydada bu günə kimi artıq ödənilmiş məbləğin geri ödənilməsindən yayınmaqdadır (bundan sonra iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4, 445.7, 449.1, 1092, 157.5 və 1093.1-ci maddələrinə istinad olunur). Beləliklə də, məlum olduğu kimi cavabdeh "xxxx" MMC öhdəlikdən kənar aldığı 17738,41 manat məbləğində vəsaiti və bu məbləğə müvafiq olaraq hesablanmış hər il üçün 5 faiz nisbətində toplam 2365,12 manat vəsaiti iddiaçıya geri ödəməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli, e-2-2(119)- 799/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdehndən 17738,41 (on yeddi min yeddi yüz otuz səkkiz manat 41 qəpik) manat məbləğində artıq ödənilmiş pul vəsaiti, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində xidmət haqqı və 143,21 (yüz qırx üç manat 21 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 18081,62 (on səkkiz min səksən bir manat 62 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı 2019-cu ildə həmin ödənişin yanlışlıqla ödənildiyini qeyd etməsinə baxmayaraq tam 3 il sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək həmin ödənişi geri istəmişdir. Məhkəmə isə cavabdehin təqdim etdiyi 01 yanvar 2015-ci ildən 17 iyul 2020-cu ilədək dövrü əhatə edən Üzləşmə Aktını əsas gətirərək iddianı təmin etmişdir. Lakin cavabdeh hüququnun pozulduğunu 2019-cu ildən bilirdi və şifahi olaraq xəbərdarlıq etmişdir. Qeyd edilən tarixdən 3 il müddət keçdiyi və cavabdeh hüququnun pozulduğunu 2019-cu ildən bilməsinə baxmayaraq 3 il gözləmiş və 1 iyun 2022-ci ildə məhkəməyə iddia vermişdir. Belə ki, iddia müddəti potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, sifarişçi İddiaçı (VÖEN **********) ilə icraçı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 28 dekabr 2016-cı il tarixli LM 01- 17 nömrəli Xidmət Müqaviləsinə və həmin müqavilə üzrə tərəflər arasında bağlanmış 21 dekabr 2017-ci il tarixli 01 nömrəli, 29 yanvar 2018-ci il tarixli 02 nömrəli, 13 aprel 2018-ci il tarixli 03 nömrəli, 01 may 2018-ci il tarixli 04 nömrəli və 16 aprel 2019-cu il tarixli 05 nömrəli Əlavə Razılaşmalardan görünür ki, bu Müqavilə ilə İcraçı Sifarişçiyə yeməyin təşkili (keyteringi) Xidmətinin göstərilməsini, Sifarişçi isə hazırkı müqavilənin şərtlərinə uyğun göstərilən xidməti qəbul etməyi və ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 9-cu bəndinə əsasən, hazırkı Müqavilə üzrə olan mümkün iddialar alındıqları andan etibarən 30 (otuz) təqvim günü ərzində nəzərdən keçirilməlidir. Cavabın verilməsi üçün müəyyən edilmiş müddətə riayət etməmə iddianın və ya ona dair etirazların qəbul edilməsi hesab edilir. İş materiallarında olan "iaşə xidməti 2018 yanvar" qeydi aparılmış 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaimədən görünür ki, “alıcı” İddiaçındən “təqdim edən” Cavabdehnə ƏDV daxil cəmi 20931,31 (iyirmi min doqquz yüz otuz bir manat 31 qəpik) manat (17738,40 manat xidmətin dəyəri + 3192,91 manat ƏDV) məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan "göstərilmiş xidmət (furşet)" qeydi aparılmış 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimədən görünür ki, “alıcı” İddiaçındən “təqdim edən” Cavabdehnə ƏDV daxil cəmi 4661 (dörd min altı yüz altmış bir) manat (3950 manat xidmətin dəyəri + 711 manat ƏDV) məbləğində pul vəsaitinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli **********87 nömrəli Ödəmə qəbzindən görünür ki, göndərən İddiaçı tərəfindən alan Cavabdeh bank hesabına 17737,41 (on yeddi min yeddi yüz otuz yeddi manat 41 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür (əsas: - 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaimə). İş materiallarında olan 28 iyun 2019-cu il tarixli **********77 nömrəli Ödəmə qəbzindən görünür ki, göndərən İddiaçı tərəfindən alan Cavabdeh hesabına 21688,41 (iyirmi bir min altı yüz səksən səkkiz manat 41 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür (əsas: - 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaimə və 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimə). İş materiallarında olan 20 iyun 2019-cu il tarixli **********2482 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişdən görünür ki, 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli Xidmət Müqaviləsi və 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimə əsasında müvafiq olaraq ödəyici İddiaçı hesabından vəsait alan Cavabdeh “ƏDV sub-uçot” hesabına 711 (yeddi yüz on bir) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 20 iyun 2019-cu il tarixli **********2482 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişdən görünür ki, 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli Xidmət Müqaviləsi və 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaimə əsasında müvafiq olaraq ödəyici İddiaçı hesabından vəsait alan Cavabdeh “ƏDV sub-uçot” hesabına 3192,91 (üç min yüz doxsan iki manat 91 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Dövlət Vergi Xidmətinin X1 elektron kabinet vasitəsilə Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinə ünvanlanmış 17 iyul 2020ci il tarixli Məktubda göstərilir ki, Cavabdeh MMC və İddiaçı MMC arasında 28 dekabr 2016-cı il tarixli LM 01-17 nömrəli xidmət müqaviləsi (“Müqavilə”) bağlanmışdır. Həmin Müqavilə əsasında 2019-cu il iyun ayında 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli, ƏDV-siz məbləği 17738,40 manat olan qaimə faktura üzrə ödəniş iddiaçı tərəfindən sistemdə olan texniki nasazlıq üzündən yanlışlıqla iki dəfə ödənilmişdir. Belə ki, ilk ödəniş 27 iyun 2019-cu il tarixində 17738,41 manat (ƏDV-siz) məbləğində olmuşdur. Növbəti ödəniş isə 28 iyun 2019-cu il tarixində 21688,41 manat (ƏDV-siz) məbləğində olmuşdur. İkinci ödənişin 17738,41 manat məbləğində hissəsi yuxarıda qeyd olunan 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli qaimə-fakturaya, 3950 manat hissəsi isə 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli, ƏDV-siz məbləği 3950 manat olan qaimə-fakuraya aid olmuşdur. Qeyd olunan məsələni qısa zamanda araşdırıb, artıq ödənilmiş 17738,41 manat (ƏDV-siz) məbləğin "xxxx" MMC-nin bank hesabına köçürülməsi xahiş olunur. Məktuba əlavə olunur: - Qaimə faktura EAAP 907897, Qaimə faktura EAAS 253391, Ödəniş tapşırığı 17738,41 manat, Ödəniş tapşırığı 21688,41 manat və Üzləşmə aktı (01 yanvar 2015 - 17 iyul 2020). (Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.72-ci maddəsinə əsasən, elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir və həmin Məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən, sənədlər vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra çatdırılmış hesab olunur). Birinci instansiya məhkəməsi iddianı 17738,41 manat məbləğində artıq ödənilmiş pul vəsaiti hissəsində təmin etmiş və hesab etmişdir ki, iddiaçı tərəf 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli elektron qaimə üzrə xidmət haqqı kimi tələb olunan pul vəsaitinin iki dəfə, yəni 17738,41 manat miqdarında artıq ödənildiyini müəyyən edərək, 17 iyul 2020-ci il tarixli məktubla cavabdeh tərəfə müraciət edib, həmin artıq ödənişin geri qaytarllmasını tələb etmiş, lakin cavabdeh "xxxx" MMC artıq ödənişi qaytarmamışdır. İddianın “artıq ödənilmiş ümumi vəsait məbləğinə hər il üçün 5 faiz nisbətində hesablanmış toplam 2365,12 manat məbləğində pulun” tutulması hissəsini isə məhkəmə təmin etməmiş və hesab etmişdir ki, iddiaçı tərəf cavabdehin iddia tələbində qeyd etdiyi vəsaitdən fayda götürməsini əsaslandıra bilməmişdir, həmçinin elektron qaimə üzrə iddiaçı tərəfin müvafiq səlahiyyətli şəxsi tərəfindən artıq ödəniş olunmasında - cavabdeh tərəfin heç bir təqsiri müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, 16 aprel 2019-cu il tarixli 05 nömrəli Əlavə Razılaşma əsasında təqdim olunan 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli elektron qaimə üzrə ƏDV daxil cəmi 20931,31 manat (17738,40 manat xidmətin dəyəri + 3192,91 manat ƏDV) məbləğində pul vəsaitinin ödənilməli olmasına baxmayaraq, sifarişçi İddiaçı MMC tərəfindən icraçı Cavabdeh MMC-nin “ƏDV sub-uçot” hesabına 20 iyun 2019-cu il tarixli **********2482 nömrəli “Köçürmənin aparılması haqqında” Bildirişlə 3192,91 manat və eyni zamanda, icraçı Cavabdeh MMC-nin hesabına isə 27 iyun 2019-cu il tarixli **********87 nömrəli Ödəmə qəbzi ilə 17737,41 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Bundan əlavə, 28 iyun 2019-cu il tarixli **********77 nömrəli Ödəmə qəbzilə də İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına 21688,41 manat məbləğində pul vəsaiti köçürülmüş və həmin köçürmənin əsası kimi 04 fevral 2019-cu il tarixli EAAP seriyalı 907897 nömrəli Elektron Qaiməyə və 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaiməyə istinad edilmişdir. Eyni zamanda, 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimə əsasında İddiaçı MMC-nin hesabından Cavabdeh MMC-nin “ƏDV sub-uçot” hesabına 711 manat məbləğində pul vəsaiti də köçürülmüşdür. Yəni, iddiaçı tərəfindən cavabdehin hesabına 04 fevral 2019 tarixli EAAP seriyalı 907897 nömrəli elektron qaimə üzrə ƏDV məbləği nəzərə alınmadan cəmi 17738,40 manat xidmət haqqı və 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimə üzrə 3950 manat xidmət haqqı ödənilməli olduğu halda, həmin Elektron Qaimələr əsasında 27 iyun 2019-cu il tarixli **********87 nömrəli Ödəmə qəbzi ilə 17737,41 manat məbləğində və 28 iyun 2019-cu il tarixli **********77 nömrəli Ödəmə qəbzi ilə 21688,41 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Bu halda isə, 28 iyun 2019-cu il tarixli **********77 nömrəli Ödəmə qəbzi ilə ödənilmiş 21688,41 manat məbləğində pul vəsaitinin 3950 manat hissəsi 28 mart 2019-cu il tarixli EAAS seriyalı 253391 nömrəli Elektron Qaimədə qeyd olunan xidmət haqqı ödənişi olduğundan, qalan 17738,41 manat məbləğində ödəniş artıq ödəniş olmuşdur (21688,41 – 3950 = 17738,41 manat). İddiaçı tərəf 17 iyul 2020-ci il tarixli məktubla cavabdeh tərəfə müraciət edib, həmin artıq ödənişin geri qaytarllmasını tələb etsə də, cavabdeh "xxxx" MMC artıq ödənişi qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. İddiaçı 2019-cu ildə həmin ödənişin yanlışlıqla ödənildiyini qeyd etməsinə baxmayaraq, tam 3 il sonra xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək həmin ödənişi geri istəmişdir. Məhkəmə isə cavabdehin təqdim etdiyi 01 yanvar 2015-ci ildən 17 iyul 2020-cu ilədək dövrü əhatə edən Üzləşmə Aktını əsas gətirərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəf artıq ödənilmə faktını 01 yanvar 2015-ci ildən 17 iyul 2020-cu ilədək dövrü əhatə edən Üzləşmə Aktı ilə müəyyən edərək, bununla bağlı cavabdehə 17 iyul 2020-ci il tarixli məktubla müraciət etmiş və 2022-ci ilin yanvar ayında mediasiya sessiyası təşkil olunduqdan sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə 01 iyun 2022-ci ildə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçünonun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh Məhdud Məsuliyyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-799/2022 nömrəli, 14 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-128/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-128/2022
28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver