Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-131/2024 03.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 999/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İşin halları
1. Distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) ilə diler Cavabdeh (VÖEN **********) arasında bağlanmış 10 iyun 2019-cu il tarixli ******* nömrəli diler müqaviləsinin 1.1-ci bəndinə görə distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Müqavilənin 1.2-ci bəndinə əsasən diler, bu müqavilə üzrə öhdəliklərini yerinə yetirərkən distribütorun agenti və ya səlahiyyətli nümayəndəsi kimi yox, məhz malların satışı üzrə müstəqil diler kimi fəaliyyət göstərəcək və bu müqavilədən irəli gələn öhdəliklərinə görə hər-hansı üçüncü tərəflər qarşısında məsuliyyət daşıyacaq. Müqavilənin 2.1.2-ci bəndinə əsasən isə malların dilerə müəyyən müddətə ödəmə şərti ilə nisyə alğı-satqı müqaviləsi əsasında və ya hər-hansı digər əsaslarla verilməsi şərtlərini birtərəfli qaydada müəyyən etmək və dəyişmək distribütorun hüququdur. Müqavilənin 2.4.7-ci bəndinə əsasən isə distribütordan aldığı mala görə ödənişi mal Dilerə təhvil verildiyi gündən hesablanmaqla 30 gün ərzində həyata keçirmək dilerin öhdəliklərinə aiddir.
2. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları və Cavabdeh tərəfindən imzalanmış 01 yanvar 2024-cü il tarixli üzləşmə aktından görünür ki, 31 dekabr 2023-cü ilin sonuna Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qalıq borcu 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat təşkil edir.
3. İş materiallarında olan 22 aprel 2024-cü il tarixli 364 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 10 iyun 2019-cu il tarixli ******* nömrəli diler müqaviləsi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat təşkil edir. Borcdan bu günə qədər heç bir ödəniş həyata keçirilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 69 (altmış doqquz) manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 142 (yüz qırx iki) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17144,29 (on yeddi min yüz qırx dörd manat iyirmi doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında distribütora məxsus malların diler tərəfindən satışını həyata keçirən və satış şərtlərini əks etdirən 10 iyun 2019-cu il tarixli ******* nömrəli diler müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən dilerə özünə məxsus olan malları təklif edir. Bunun əsasında diler tərəfindən tərəflərin müqaviləyə və distribütora məxsus olan malların satışını, realizə olunmasını tənzimləyən digər sənədlərdə razılaşdırdıqları şərtlərə uyğun olaraq həmin mallar üzrə satış həyata keçirilir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapmışdır. Lakin dilerin distribütordan aldığı mala görə borcu yaranmışdır. Belə ki, 01 fevral 2024-cü il tarixində tərəflər arasında imzalanmış üzləşdirmə aktının məzmunundan görünür ki, 01 fevral 2024-cü il tarixinə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə borcu 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat təşkil edir. Həmçinin aktın məzmunundan aydın olur ki, diler yaranmış borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ilk yazılı tələbi ilə geri qaytarmalıdır. xx.xx.2024-cü il tarixli 364 nömrəli maliyyə arayışına əsasən Cavabdeh tərəfindən borc məbləğindən heç bir ödəniş həyata keçirilmədiyindən xx.xx.2024-cü il tarixinə olan borcu 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat təşkil edir. Kreditor olaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2024cü il tarixində Cavabdeh elektron şəkildə ilk yazılı pretenziya göndərilmişdir. Cavabdehin ünvanına öz öhdəliyini yerinə yetirməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixində kağız daşıyıcıda da pretenziya məktubu çatdırılsa da, heç bir nəticəsi olmamışdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ödəmə üçün pretenziyada müəyyən olunmuş müddət də nəzərə alınsa, borclunun öhdəliyi icra etmək vəzifəsi xx.xx.2024-cü il tarixindən başlanmalıdır. İddianın xx.xx.2024-cü il tarixində göndərildiyi nəzərə alınsa, iddianın gecikdirilməsi üzrə məbləğ 1 ay üzrə ((16633,29*5%)/12)*1=69,30 manat hesablanmalıdır. Beləliklə, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan borcu 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 69 (altmış doqquz) manat, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı və ödənilmiş 146 (yüz qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 17144,29 (on yeddi min yüz qırx dörd manat iyirmi doqquz qəpik) manat təşkil edir.
6. Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 999/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində əsas borcun, əsas borca münasibətdə illik beş faiz hesablanmaqla 69 (altmış doqquz) manat, 140,11 (yüz qırx manat on bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 17142,4 (on yeddi min yüz qırx iki manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə öz qətnaməsini MM-nin 390.1, 399.1, 385.1, 425.1, 427.3, 442, 445.7, 448-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
8. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə qeyd etmişdir ki, iş materiallarında olan 22 aprel 2024-cü il tarixli 364 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh borcu 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat təşkil edir. Bu hal qeyd edilsə də, məhkəməyə təqdim edilmiş sənədlərə həmin borcun yaranmasına səbəb olan qaimələr əlavə edilməmişdir. Halbuki, imzalanmış diler müqaviləsinin 1.1-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bu müqaviləyə əsasən, Distribütor tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən Dilerə, özünə məxsus olan malları təklif edir. Diler öz növbəsində tərəflərin bu müqaviləyə və onun tərkib hissəsi olan digər sənədlərə əsasən bu malların satışını həyata keçirir. Satılan malın miqdarı, qiyməti malın üzərində təqdim olunan qaimələrdə öz əksini tapacaq. Malların Dilerə çatdırılmasını tərəflərin səlahiyyətli nümayəndələrin imzaları ilə təsdiq olunacaq qaimədə öz əksini tapacaq. Məhkəmə yalnız yuxarıda qeyd edilən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəzifəli şəxslərinin maliyyə arayışına istinad etməklə qanunsuz və əsassız qərar qəbul etmişdir. Şikayətdə daha sonra göstərilir ki, məhkəmə xx.xx.2024-cü il tarixli üzləşmə aktını əvvəlcədən mötəbər sübut kimi qiymətləndirmiş və onun işin hallarına uyğun olub olmamasını nəzərə almamış, hərtərəfli və tam araşdırmayaraq qərəzli yanaşma sərgiləmişdir. Qeyd edilən üzləşmə aktının sübut kimi qabaqcadan qüvvəsi müəyyən edilimişdir ki, bu da qanunsuz qətnamə çıxarılmasına daha bir səbəb olmuşdur. Həmin üzləşmə aktını da ümumiyyətlə o, imzalamamışdır. İddiaçı QSC-nin əməkdaşları fəaliyyət göstərdiyi obyektə yaxınlaşaraq həmin vaxt onu obyektdə müvəqqəti əvəzedən tanışı İlkin Həsənova üzləşmə aktını imzalamasını bildirmiş, sonuncu da hər hansı dəqiqləşdirmə aparmadan sənədi səhvən imzalamışdır. Şirkət tərəfindən hər hansı dəqiqləşdirmə aparılmadan, qaimələr nəzərə alınmadan maliyyə arayışı tərtib edilmiş, üzləşmə aktının imzalanması təmin edilmişdir. İddiaçı şikayətində onu da göstərir ki, müqavilə üzrə hüquqları hədə altına düşdüyü halda onun məhkəmə iclasında iştirakı təmin edilmədən, işin hallarının araşdırılması üçün onların münasibəti və gətirəcəkləri dəlillər nəzərə alınmadan, iş tam araşdırılmadan barəsində ağır nəticə doğuran qanunsuz və ədalətsiz qətnamə çıxarılmışdır. Şikayətdə həmçinin göstərilmişdir ki, “Cavabdeh olaraq müqavilə bağlanma tarixindən bizdə olan qaimələrə əsasən İddiaçı QSC-yə 12000 manata yaxın borcumuz vardır”.
Məhkəmə prosesi iştirakçılarının izahatları:
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427. Öhdəliyin icrası müddəti 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89. Yazılı sübutlar 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında 10 iyun 2019-cu il tarixli ******* nömrəli diler müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən diler Cavabdeh tərəflər arasında razılaşdırılmış satış şərtlərinə əsasən distribütor İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ona təklif olunmuş malların satışını həyata keçirmişdir. Lakin Cavabdeh öhdəliyini icra etməyərək malların dəyərini İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə tam ödəməmiş və onun iddiaçıya 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat məbləğində borcu yaranmışdır. Buna görə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına uyğun olaraq iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuş, cavabdeh 01 yanvar 2024-cü il tarixli üzləşmə aktı ilə iddiaçıya olan 16633,29 (on altı min altı yüz otuz üç manat iyirmi doqquz qəpik) manat borcunu qəbul etmiş, lakin iddiaçının müraciətinə baxmayaraq nisyə alğı-satqı müqaviləsinə əsasən aldığı malların dəyərini ödəməmişdir.
17. Cavabdehin apellyasiya şikayətinin müvafiq dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
18. İddiaçı iddia tələbinin əsadı kimi istinad etdiyi sübutları - 10 iyun 2019-cu il tarixli ******* nömrəli diler müqaviləsini, 01 yanvar 2024-cü il tarixli üzləşmə aktını və 22 aprel 2024-cü il tarixli 364 nömrəli maliyyə arayışını təqdim edərək məhz həmin sübutlara istinad etməklə iddiasının təmin edilməsini xahiş etmişdir. Tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğunu və iddiaçıya borcunun olmasını mübahisələndirməyən cavabdeh, müvafiq dəlillər irəli sürməklə yalnız borcün məbləğini mübahisələndirir. Belə ki, öz apellyasiya şikayətində cavabdeh qaimələrə əsasən iddiaçıya 12000 manata yaxın borcu olduğunu etiraf edir. Bununla belə cavabdeh öz etirazının əsasını təşkil edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqdim etməmişdir.
19. Cavabdeh apellyasiya şikayətinin onun məhkəmə iclasında iştirakının təmin edilməməsi, işin hallarının araşdırılması üçün münasibəti və gətirəcəkləri dəlillərin nəzərə alınmaması ilə bağlı dəlillərinə münasinbətdə isə qeyd olunmalıdır ki, iddiaçı məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq birinci instansiya məhkəməsndə iş üzrə keçirilmiş 4 hazırlıq və 1 məhkəmə baxış iclasının heç birində, habelə apellyasiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında da iştirak etməmiş, elektron kabinet vasitəsi ilə məhkəmə iclaslarının təxirə salınması barədə müraciətlər etsə də, buna imkanı və vaxtı olduğu halda araşdırılması üçün hər-hansı dəlil və sübut təqdim etməmişdir.
20. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır.
21. Məhkəmə kollegiyası işin araşdırılmış hallarına əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 999/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.