Məhkəmə qərarları › İş №2-2(105)-166/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-166/2025

17.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-166/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Xəlilov Ramin Adilxan oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-2(119)-961/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndan təbii qazdan istifadəyə görə yaranmış 403499,25 (dörd yüz üç min dörd yüz doxsan doqquz manat iyirmi beş qəpik) manat məbləğində borcun və ödənilmiş 694 (altı yüz doxsan dörd) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-2(119)- 961/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 403499,25 (dörd yüz üç min dörd yüz doxsan doqquz manat iyirmi beş qəpik) manat məbləğində borc və 694 (altı yüz doxsan dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 404193,25 (dörd yüz dörd min yüz doxsan üç manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-2(119)-961/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, tərəflər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onların iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdehin nümayəndəsi Vəkil “elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə ünvanlayaraq qeyd etmişdir ki, təqdim edilən ödəniş qəbzlərindən göründüyü kimi cavabdeh tərəfindən iddia tələbi üzrə tələb edilən borc cavabdeh tərəfindən tam ödənilmişdir. Onun üçün cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edirlər. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayətindən imtinası qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, cavabdehin nümayəndəsi Vəkil vermiş olduğu apellyasiya şikayətindən imtina ərizəsi qanuna zidd deyildir, bu səbəbdən də, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402.2.4, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 11 sentyabr 2025-ci il tarixli, e-2-2(119)- 961/2025 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və apellyasiya şikayəti üzrə işin apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar