Məhkəmə qərarları › İş №2-2(105)-31/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-31/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-31/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(119)-58/2022 nömrəli qərardadından Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4 “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin cavabdehin adından - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı ipotekanın əlavə qeydiyyatının aparılmasına dair 21 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, e-2-2(119)-58/2022 nömrəli iş üzrə məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, mülkiyyət hüququ əsasında Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində xx.xx.2017-ci il tarixli 005-KTİ-0001-17 nömrəli X1 xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə prosesləri gedişində Cavabdeh3 tərəfindən ipotekanın əlavə qeydiyyatının aparılmaması əsası ilə iddia tələbinə etiraz təqdim edildikdən sonra, yəni xx.xx.2022-ci il tarixdə BOKT "xxxx" QSC-nin müraciəti üzrə xx.xx.2017-ci il tarixli 005- KTİ-0001-17 nömrəli X1 xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsi əsasında ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzrə ipotekanın əlavə qeydiyyatı aparılmış və bu barədə cavabdehə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Halbuki, iş materiallarından göründüyü kimi 005-KTİ-0001-17 saylı, xx.xx.2017-ci il tarixli Kredit Xətti Müqaviləsinin xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsinə əsasən həmin müqavilənin müddəti 36 ay uzadılmış və bununla əlaqədar olaraq eyni tarixdə xx.xx.2017-ci il tarixli 005-KTİ-0001-17 nömrəli X1 xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsi bağlanmışdır. İpotekanın əlavə qeydiyyatı isə Kredit Xətti Müqaviləsinin xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsi qüvvədən düşdükdən və onun təminatı olan X1 xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsində müəyyən olunmuş 36 aylıq müddət başa çatdıqdan (xx.xx.2022-ci il) 5 ay sonra, yəni xx.xx.2022-ci il tarixdə aparılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(119)-58/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə əsasən Cavabdeh3 adından verilmiş “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunmasından imtina edilmiş və eyni zamanda, ona “çıxarışın ləğv edilməsi” barədə müraciətindən inzibati orqan imtina etdiyi halda, həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən aidiyyəti üzrə müvafiq İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4 şikayət verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2-2(119)-58/2022 nömrəli qərardadının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ipoteka müqaviləsinin əlavəsi əsasında aparılan qeydiyyatla bağlı münasibətlər inzibati mübahisə, mübahisələndirilən çıxarış isə inzibati akt deyildir. Belə olan halda, işə inzibati qaydada deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin, nəzərə almaq lazımdır ki, məhkəmə yuxarıda adıçəkilən Plenumun qərarının 5.1 və 16.3-cü bəndlərinə istinad etsə də, məhz bu məsələni tənzimləyən 17-ci bəndə diqqət yetirməmişdir. Halbuki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Qarşılıqlı iddianın məzmunundan göründüyü kimi, Plenumun qərarında göstərilənlərə uyğun olaraq qarşılıqlı iddiaçı daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın müddəti keçmiş ipoteka müqaviləsinin əlavəsi əsasında aparılmasını mübahisələndirərək yüklülük çıxarışının ləğvini məhkəmədən xahiş etmişdir. Odur ki, yuxarıda qeyd edilənləri və qanunvericiliyin tələblərini rəhbər tutaraq, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(119)-58/2022 saylı qərardadının ləğv edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli e-2-2(119)-58/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, həmin şikayət iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının 12 dekabr 2022-ci il tarixli e-2-2(102)-802/2022 nömrəli qərarı ilə şikayətə baxılması qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2-2(119)-58/2022 nömrəli qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2- 2(119)-58/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş şikayətin baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi 23 noyabr 2022-ci il tarixli e-2-2(119)-58/2022 nömrəli qərardadını onunla əsaslandırmışdır ki, Cavabdeh3 adından - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, iddiaçı Bank olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı verilmiş “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsində “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı ipotekanın əlavə qeydiyyatının aparılmasına dair 21 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi” xahiş edilmiş və tələb - həmin ipotekanın əlavə qeydiyyatının tərəflər arasında bağlanmış Kredit Xətti Müqaviləsinin xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsi qüvvədən düşdükdən və onun təminatı olan X1 xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsində müəyyən olunmuş 36 aylıq müddət başa çatdıqdan (xx.xx.2022-ci il) 5 ay sonra, yəni xx.xx.2022-ci ildə aparılması ilə əsaslandırılmışdır. Yəni, “ipotekanın əlavə qeydiyyatının aparılmasına dair Çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbində Cavabdeh3 ilə iddiaçı BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış “X1 xx.xx.2019-cu il tarixli 1 nömrəli Əlavəsi” mübahisələndirilmədən, müddəti bitmiş həmin Müqavilə əsasında qarşılıqlı iddia ərizəsində tərəf olaraq “müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində” qeyd olunmuş Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “ipotekanın əlavə qeydiyyatının aparılması” barədə verilmiş 21 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi xahiş olunmuşdur. Lakin, həmin tələb üzrə mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) deyil, inzibati hüquq münasibətlərindən yaranan inzibati xarakterli mübahisələrə aiddir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 isə Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2-2(119)-58/2022 nömrəli qərardadından şikayət verərək şikayətini “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 17-ci bəndinə istinad etməklə işə inzibati qaydada deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalı olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin şikatəti ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 16.3-cü bəndində məhkəmələrə izah edilir ki, “ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 2-ci bəndində məhkəmələrə izah edilir ki, ... mülki və ya kommersiya məhkəməsinə verilmiş iddia ərizəsinin inzibati məhkəməyə aid olması qənaətinə gəldikdə, məhkəmələr həmin işləri aidiyyətin müəyyənləşdirilməsi üçün Ali Məhkəməyə göndərməməli, Mülki-Prosessual Məcəllənin 153.2.1-ci və ya 261.0.1-ci maddələrində nəzərdə tutulmuş qərardadlardan birini qəbul etməlidirlər. Həmin Qərarın 17-ci bəndində qeyd edilir ki, Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə - iddianın yolverilməzliyinə görə ərizənin icraata qəbul edilməsindən imtina olunur. Qanunvericiliyin yuxarıda şərh müddəalarından müəyyən olunur ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı ipotekanın əlavə qeydiyyatının aparılmasına dair 21 iyul 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi" barədə qarşılıqlı iddia tələbi üzrə mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyi üçün, həmin mübahisəyə kommersiya mübahisəsi kimi mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli e-2-2(119)-58/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinin tələblərinə əsasən Cavabdeh3 adından verilmiş “çıxarışın ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin “çıxarışın ləğv edilməsi” barədə müvafiq inzibati orqana müraciət edə, mübahisənin həllindən narazı qaldığı halda isə həmin orqanın hərəkətlərindən müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkilinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edərkən mahiyyətcə düzgün qərardad çıxarmışdır. Ona görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(119)-58/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar