Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-34/2022 02.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X1 və üçüncü şəxs “X37” Əməliyyat Şirkətinin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsi üzərində inşa edilən tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin təmizlənməsi, cavabdehin həmin ərazidən çıxarılması və saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018ci il tarixli, 2-2(85)-70/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh MTK-ya qarşı cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsi üzərində inşa edilən tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin təmizlənməsi, cavabdehin həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "X39" Əməliyyat Şirkətinin uzun müddətli istifadəsinə verilmiş torpaq sahəsinin 3,30 ha hissəsi Podratçılar tərəfindən imzalanmış 87 saylı, 21 aprel 2010-cu il tarixli protokola və tərtib edilmiş planxəritəyə əsasən, "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün Cavabdehnə verilmişdir. Cavabdeh "xxxx" MTK tərəfindən həmin ərazidə yaşayış binaları tikilərək vətəndaşların istifadəsinə verilmiş və yeni binaların tikintisi üzrə işlər davam etdirilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MTK ona yerilmiş torpaq sahəsinin hüdudlarından kənara çıxaraq, "X39" Əməliyyat Şirkətinin istifadəsinə verilən torpaq sahəsini də zəbt etmiş və həmin torpaq sahəsi üzərində yerləşən neft quyularının kalonlarını qanunsuz olaraq kəsmiş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparır, cavabdehin həmin hərəkətləri qanunsuz olmaqla yanaşı, həmçinin ətrafda yaşayan insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır.Bundan başqa, cavabdeh "xxxx" MTK tərəfindən inşa edilərək sakinlərin istifadəsinə verilmiş yaşayış binalarının kanalizasiya qurğuları Saziş ərazisindən aparılmaqla, həmin qurğulardan çıxan məişət-çirkab suları Saziş ərazisində yerləşən gölə axıdılır. Bu hal həm Saziş ərazisində, həm də həmin göldə olduqca təhlükəli antisanitar vəziyyət yaradır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(85)-70/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MTK tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın Cavabdeh hesabına sökülməsi və ərazinin təmizlənməsi, Cavabdeh həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir(hakim Z.Pirverdiyev). Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(85)-70/2018 saylı qətnaməsindən Cavabdeh MTK tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019cu il tarixli, 2-2(105)-12/2019 saylı qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X30 və X17) cavabdeh «Dərhal” mənzil tikinti kooperativinin apelyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi Cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın Cavabdeh hesabına sökülməsi və ərazinin təmizlənməsi, Cavabdeh həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması” hissəsində rədd edilmiş, qətnamə iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019cu il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun vəkili X4 tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 148/ 2020 saylı, 20 may 2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-2(105)-12/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi və kassasiya şikayətinin qismən təmin olunması qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim Dadaşov İlqar Ağababaş oğlu, hakimlər X8 və X23). Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 iyul 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi hakim X25, hakimlər X13 və X6) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(85)-70/2018 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin Cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın Cavabdeh hesabına sökülməsi və ərazinin təmizlənməsi, Cavabdeh həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində rədd edilməsi, qətnamənin qalan hissədə mübahisələndirilməməsinin qeyd edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və onun vəkili X4 tərəfindən kassasiya şikayəti verilərək, apellyasiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-2(102)-32/ 2022 nömrəli, 18.01 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X18, hakimlər X27 və X28) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 30 iyul tarixli 2-2(105)-6/2021 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 23 oktyabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 26,60,71-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 14.2,88,217.3,217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Həmçinin hazırkı iddiaçının “X37” Əməliyyat Şirkətinin adından onun hüquqlarının pozulması ilə bağlı iddia qaldırmaqda subyektiv hüquqa malik olmasına birinci instansiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, iddia tələbinin rədd edilməsi xahilş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “X37” Əməliyyat Şirkətinin nümayəndəsi X29 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə iddianın təmin edilməsi hissəsində ləğv edilməli, iddia digər hissədə də təmin edilməməli, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın, Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisliyi Cavabdehnə keçmiş və Cavabdeh 09 dekabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət Neft Şirkəti, AZEN X47.Vi şirkəti və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında tərtib olunmuş 21 aprel 2010-cu il tarixli 87 saylı Torpaq sahəsinin Kontrakt sahəsi hüdudlarından çıxarılması barədə Protokoldan görünür ki, “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün tələb olunan 5,65 ha torpaq sahəsinin, o cümlədən Kontrakt sahəsi hüdudlarında olan 3,30 ha ərazinin Cavabdeh MMC-yə ayrılması ilə əlaqədar Kontrakt sahəsindən çıxarılması və mülkiyyətçiyə geri qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin protokolun 4-cü bəndindən görünür ki, ARDNŞ-nin 45 nömrəli 16 mart 2006-cı il tarixli əmri ilə yaradılmış komissiya “X39” Əməliyyat Şirkətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd olunan torpaq sahəsinin neft-qaz əməliyyatları məqsədi üçün vacibliyini araşdırmış və Komissiyanın 14 aprerl 2008-ci il tarixli 03 nömrəli protokoluna əsasən qeyd olunan torpaq sahəsinin gələcək neft-qaz əməliyyatları üçün perspektivi olmadığından onun mülkiyyətçiyə geri qaytarılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 117 s saylı sərəncamı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli, 843 nömrəli Fərmanının 2-ci bəndinin ikinci abzasına əsasən, Abşeron rayonunun Mehdiabad Bələdiyyəsinin ehtiyacı üçün Abşeron rayonunun ehtiyat fondu torpağından 5,65 hektar şərti yararsız torpaq sahəsinin Mehdiabad bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə həmin bələdiyyənin Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 2023 saylı sərəncamından görünür ki, Cavabdeh MMC-yə mülkiyyətində olan Mehdiabad-Novxanı şossesinin şimalında yerləşən 5,65 ha torpaq sahəsində 23 ədəd kürsülü altı mərtəbəli iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verilmişdir. xx.xx.2010 saylı Mülkiyyətə verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 2023 saylı sərəncamı ilə Cavabdeh direktoru X11 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarışı ilə ona məxsus Mehdiabad bələdiyyəsi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 5,65 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış kompleksinin tikintisi məqsədilə verilmişdir. MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi Cavabdeh məhdud məsuliyyətli Cəmiyyətinin adına xx.xx.2010cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR ƏMDK DƏDRX-nin Abşeron Ərazi İdarəsinin xx.xx.2012-ci il tarixli, seriya AA 040048 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi”ndə yerləşən, sənəd üzrə və faktiki sahəsi 5.65 ha, məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsusdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin «Azərdövlətlayihə» Dövlət Baş Layihə X10 Mərkəzinin xx.xx.2011-ci il tarixli 06-3096 saylı Cavabdeh MMC-nin sifarişi ilə 2007-ci ilin iyul ayında “Azərinşaatlayihə” institutu və 2008ci ildə “Bakıdövlətlayihə” institutu tərəfindən Abşeron rayonu, Mehdiabad-Novxanı şossesi ərazisində 16 ədəd 5 mərtəbəli yaşayış kompleksi üçün ayrılmış sahədə aparılmış mühəndis - geoloji tədqiqat işləri ilə əlaqədar tərtib edilmiş hesabata dair verilən rəydən görünür ki, tədqiqat işlərinin tərkibi, quyulararası məsafə, quyuların dərinliyi, götürülmüş qrunt nümunələrinin miqdarı sahənin mühəndis - geoloji şəraitini qiymətləndirmək üçün qənaətbəxş olmuş, hesabat məqbul qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin «Azərdövlətlayihə» Dövlət Baş Layihə X10 Mərkəzinin xx.xx.2012-ci il tarixli 06-5058 saylı Cavabdeh MMC-nin sifarişi ilə 2007-ci ilin iyul ayında “Azərinşaatlayihə” institutu və 2008ci ildə “Bakıdövlətlayihə” institutu tərəfindən 2008-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində, Novxanı-Mehdiabad yolunun kəsişməsində “Binəqədi Gənclər Şəhərciyi” üçün ayrılmış sahədə 7 ədəd 5 mərtəbəli yaşayış binalarının(4 bina sahənin qərbində, 3 bina sahənin şərqində) layihələndirilməsi məqsədilə aparılmış mühəndis geoloji tədqiqat işləri ilə əlaqədar tərtib edilmiş hesabata dair verilən rəydən görünür ki, tədqiqat işlərinin tərkibi, həcmi və quyuların dərinliyi, ara məsafələri qənaətbəxş olmuş, hesabat məqbul qiymətləndirilmişdir. Cavabdeh MTK-nın “X39” Şirkətinə ünvanladığı xx.xx.2014-cü il tarixli, 243 saylı məktubundan görünür ki, Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış kompleksinin inşasının tam yekunlaşması üçün ərazidə məktəb və uşaq bağçasının tikilməsi, yol kənarı və ətraf ərazilərin təmizlənib abadlaşması zərurəti yarandığından məktuba əlavə edilmiş ərazinin ortofotoplanında qırmızı xətlə işarələnmiş ərazinin də Cavabdeh MTK-ya ayrılması xahiş edilmiş, həmin ərazinin Cavabdeh MTK-ya ayrılacağı təqdirdə, göstərilən ərazidə yerləşən və “X39” şirkətinin balansında olan yarımstansiya binasına və neft quyularına giriş-çıxış və təmir-bərpa işlərinin aparılması üçün tələb olunan sahə saxlanmaqla onların ətrafında öz hesabına daş hasar çəkilməsinə və ətrafının abadlaşdırılmasma təminat verilmişdir. “X39” Şirkətinin xx.xx.2014-cü il tarixli, 03/892 saylı cavab məktubundan görünür ki, göstərilən müraciətə əsasən Şirkətin əməkdaşları tərəfindən məktubda göstərilən əraziyə baxış keçirilmiş və neft ehtiyatları haqqında arayış tərtib edilmişdir. Arayışa əsasən Operator, göstərilən torpaq sahəsinin neft qaz əməliyyatlarının aparılması məqsədləri üçün qeyri-perspektiv olduğunu bildirərək, Şirkətin balansında olan yarımstansiya binasına və neft quyularına giriş-çıxış və təmir-bərpa işlərinin aparılması üçün tələb olunan sahələrin Şirkətin istifadəsində saxlanılmaqla onların ətrafında MTK-nin hesabına daş hasarın çəkilməsini, həmçinin adı çəkilən ərazidə Şirkətin mütəxəssislərinin iştirakı və tövsiyəsi əsasında Cavabdeh MTK-nın hesabına lazımı qaydada 212206, 211825, 210983, 211945, 211727, 210977, 211977, 210974, 210993 və 211410 saylı quyuların konservasiyasını həyata keçirmək şərti ilə, nəzərdə tutulan torpaq sahəsinin ayrılmasını mümkün hesab etmişdir. “X39” Şirkətinin xx.xx.2015-ci il tarixli, 03/718 saylı məktubundan görünür ki, Cavabdeh MMC, Azərbaycan Respublikası Əmlak mələləri Dövlət Komitəsi tərəfindən ayrılmış, eyni zamanda Protokol və plan-xəritə əsasında ona verilmiş 3.30 ha torpaq sahəsindən başqa, üzərində xeyli sayda fəaliyyətdə olan və təmir gözləyən və kolonları Cavabdeh MMC tərəfindən qanunsuz olaraq kəsilən neft quyuları mövcud olan Kontrakt sahəsinin hüdudları daxilində də, evlərin tikilməsi üzrə qanunazidd işlər aparır. Cavabdeh MMC-nin istifadəsinə verilmiş 3,30 ha torpaq sahəsində bir neçə təmir gözləyən neft quyuları yerləşir ki, Cavabdeh MMC tərəfindən həmin quyuların üzərində və ətrafında tikinti-inşa işləri aparılmışdır. Cavabdeh ümumi yığıncağının xx.xx.2016-cı il tarixli protokolundan görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsinin ərazisində “Binəqədi Gənclər Şəhərciyi”ndəki binalardan 100 ədəd mənzilin internat evlərinin yetirmələri, əlillər, acınacaqlı vəziyyətdə yaşayan və digər lazım bilinən şəxslərə paylanması üçün X35 hədiyyə edilməsi, xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar X43 ilə müvafiq sənədləşmə işinin aparılması, mənzilların binalar üzrə müəyyən edilməsi və müvafiq sənədlərin imzalanması səlahiyyəti Cavabdeh sədri X11 həvalə edilməsi qərara alınmışdır. Cavabdeh MTK ilə X43 arasında imzalanmış “Xeyriyyəçilik tədbirlərində iştirakçılığın əsas prinsipləri haqqında” xx.xx.2016-cı il tarixli 020216 saylı sazişin “sazişin predmeti” adlanan İİ hissəsindən görünür ki, iştirakçı (Cavabdeh MTK) Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli 2023 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Azərbaycan Respublikasının Abşeron rayonu Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi”ndə öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi yaşayış binalarında 50 ədəd mənzili ianə qismində Təşkilatçıya (X43) təhvil verir, Təşkilatçı isə öz növbəsində İştirakçının təqdim etdiyi ianəni qəbul edib, qüvvədə olan qanunvericiliyə və bu Sazişə əsasən təyinatına uyğun çatdırılmasını təşkil edir. xx.xx.2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MTK ilə X43 arasında imzalanmış 02 fevral 2016-cı il tarixli, 020216 saylı Sazişə müvafiq olaraq 50 ədəd mənzil X35 təhvil verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 X3 Ekspertiza Baş İdarəsinin xx.xx.2016-cı il tarixli, xx/xx-00228 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2015ci il tarixli 20667/17097/15242/12604 saylı rəy»inə əsasən Abşeron rayonu, MehdiabadNovxanı şossesinin şimalında yaşayış binaları kompleksi (21,22 və 23 saylı binalar) üzrə işçi layihəsinin tikinti norma və qaydaları, o cümlədən СН и П İİ-7-81*-in tələblərinə uyğun hesab edilərək razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinin xx.xx.2016-cı il tarixli, xx/xx-01213 saylı məktubu ilə təqdim edilmiş xx.xx.2016-cı il tarixli 630 saylı rəyə əsasən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Mehdiabad Novxanı şossesinin şimalında Cavabdeh MMC tərəfindən inşa edilmiş «Binəqədi Gənclər şəhərciyi»nin 23 ədəd eyni tipli 2 tipli, kürsülü, 6 mərtəbəli, 21, 22, 23 №li yaşayış binalarının təyinatı layihələşdirilmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlılıq tələblərini təsdiqlədiyi müəyyən edilmişdir. Rəyin nəticə hissəsində həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin Nəzdində yaradılmış Təhlil qrupunun xx.xx.2016-cı il tarixli 630 saylı iclasında binanın yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlılıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən RİH başçısının 2023 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş 23 ədəd iki girişli, kürsülü, 6 mərtəbəli yaşayış binalarının ümümi sahəsinin 10%-i RİH fonduna ayrılmış, həmin mənzillər RİH-nin təqdimatına uyğun olaraq əvəzsiz olaraq aztəminatlı ailələrə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satınalma yolu ilə ünvan 2 ünvanında yerləşən yaşayış binasından dəyəri ödənilərək 20 mənzil alınmışdır. Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 02/1101 saylı məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi”ndə yerləşən 23 nömrəli evin 11 nömrəli mənzili Komitənin balansındadır. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, x/518 saylı arayışından görünür ki, həqiqətən Cavabdeh MTK-nın Mehdiabad qəsəbəsi ərazisində inşa etdiyi 23 ədəd, 2 girişli, 6 mərtəbəli yaşayış binalarının hamısı istismara qəbul edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 1673 saylı arayışından görünür ki, həqiqətən Cavabdeh MTK Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binədədi Gənclər şəhərciyinin yerləşdiyi 5,65 ha torpaq sahəsində yaşayış və qeyri- yaşayış binaları inşa etmiş, həmin binalarda sakinlər tam məskunlaşmış və çıxarış ilə təmin olunmuşlar. Həmin torpaq sahəsinin bir hissəsi tikintialtında, qalan hissəsi yollar və sakinlərin tam istifadəsindədir. Cavabdeh MTK-nın yuxarıda göstərilən ünvanda istifadəsində torpaq sahəsi yoxdur və uzun illərdir ki, Cavabdeh MTK bu ünvanda heç bir fəaliyyətlə məşğul olmur. Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli, 8551 saylı rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş iki bina və bir yardımçı tikili binası “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsinə düşür. Tədqiq olunan torpaq sahəsi Saziş blokunun şimal hissəsi torpaqlarına aiddir və 1,4 hektardır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman ekspert rəyi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən əlavə, iddiaçıya məxsus 1,4 ha torpaq sahəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirməsinə, buna görə də cavabdeh tərəfindən qanunsuz sahibliyə keçirilmiş 1,4 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılmalı olmasına, zəbt edilmiş 1,4 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş iki bina və bir yardımçı tikili binanın onun hesabına sökülməli olmasına və üçüncü şəxsin iddiaçıya ünvanladığı 15 may 2015-ci il tarixli 03/718 saylı məktuba əsaslanmışdır. İş materiallarından müəyyən olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışa əsasən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 2023 saylı sərəncamı ilə cavabdehə mülkiyyətində olan Mehdiabad-Novxanı şossesinin şimalında yerləşən 5,65 ha torpaq sahəsində 23 ədəd kürsülü altı mərtəbəli iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verilmişdir. İddiaçı, AZEN X47.Vi şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında tərtib olunmuş 21 aprel 2010-cu il tarixli, 87 saylı Torpaq sahəsinin Kontrakt sahəsi hüdudlarından çıxarılması barədə Protokola əsasən iddiaçı, “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün tələb olunan 5,65 ha torpaq sahəsi, o cümlədən Kontrakt sahəsi hüdudlarında olan 3,30 ha ərazinin cavabdehə ayrılması ilə əlaqədar Kontrakt sahəsindən çıxarılmış və mülkiyyətçiyə geri qaytarılmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış kompleksi tikilmişdir. Hal hazırda iddiaçı binaların sökülməsini, cavabdehin ərazidən çıxarılmasını, çirkab suların axıdılmasının qarşısının alınmasını tələb edir. İlk əvvəl qeyd olunmalıdır ki, 5.65 ha torpaq sahəsinin Dərhal MTK-ya aid olması işin mübahisələndirilməyən hallarındandır. Belə ki, MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 17 may 2021-ci il tarixli, 10/347 saylı ekspert rəyindən görünür ki, Cavabdeh MTK tərəfindən tikilmiş iki birna və bir yardımçı tikili “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun ərazisinin sərhədlərinin hüdudları daxilində olan 1,33 ha torpaq sahəsində yerləşir. DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad Gənclər Şəhərciyində Qaçqın və məcburi köçkünlərin yaşadıqları binalarda yerləşən mənzillər 2011-ci il tarixdən başlayaraq müxtəlif şəxslərin adına xüsusi mülkiyyət olaraq Dövlət qeydiyyatına alınmışdır (buna dair çıxarışlar iş materiallarına əlavə edilmişdir). Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsasən sökülməsi nəzərdə tutulan iki bina 22 və 23 saylı binalara aiddir. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 22, mənzil 69 tam mülkiyyət hüququ əsasında X19, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 22, mənzil 67 X20 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 23, mənzil 4 tam mülkiyyət hüququ əsasında X2, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 23, mənzil 11 X24 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 11B ünvanında yerləşən 0,00449 ha torpaq sahəsində yerləşən 36,3 kv.metr ticarət sahəsi 08 yanvar 2014-cü il tarixdə tam mülkiyyət hüququ əsasında X12 adına daşınmaz əmlakın Dövlət reyesterində 4 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-32/ 2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarında qeyd etdiyi mövqeyində göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 30 iyul 2021-ci il tarixli qətnaməsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanda yerləşən 23 binada yerləşən mənzillər, o cümlədən hazırda iddiaçı tərəfindən mübahisə doğuran torpaq sahəsində yerləşən iki bina və yardımçı sahə də daxil olmaqla daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmiş, bütün binaların mənzilləri üzrə ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları tanınmış və hal-hazırda həmin çıxarışlar qüvvədə olmaqla iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Halbuki iş materiallarından (İİ cild) görünür ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə qəbul edərkən istinad etdiyi həmin sənədlərin hamısı müvafiq qaydada təsdiq olunmamış surətlərdir, sənədlərin əslləri isə işdə yoxdur. Belə olan halda həmin sənədlərin ümumiyyətlə mövcud olubolmaması, yaxud hazırda qüvvədə olub-olmaması hüquqi baxımdan məlum deyildir. Məhkəmə kollegiyası tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə iş üzrə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanında 23 binada yerləşən mənzillər, o cümlədən hazırda iddiaçı tərəfindən mübahisə doğuran torpaq sahəsində yerləşən iki bina və yardımçı sahə də daxil olmaqla daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsi, bütün binaların mənzilləri üzrə ayrıayrı şəxslərin mülkiyyət hüquqlarının tanınması barədə çıxarışların qüvvədə olubolmamasına dair məlumat verilməsi və qüvvədədirsə, həmin çıxarışların təsdiq edilmiş surətlərinin, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin alqı-satqı yolu ilə alınmasına dair alqı-satqı müqavilələrinin həqiqiliyinin rəsmi qaydada təsdiq edilmiş surətlərinin göndərilməsi barədə sorğu verilmişdir. Həmin sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsindən 16 may 2022-ci il tarixli məktubu ilə Daşınmaz Əmlakın Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər şəhərciyi ünvanda yerləşən 23 binaya aid mənzillərin ayrı-ayrı şəxslırin mülkiyyətində olmasına dair çıxarışların qüvvədə olması təsdiq edilmişdir. Həmin məktubda həmçinin hazırki iş üzrə mübahisələndirilən 22 və 23 saylı evlərin mənzillərinə aid bağlanmış alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətləri, o cümlədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin alıcı qismində iştirak etdiyi 23 saylı evin 1,5,7,8,10,29,32,38,40,52,54,57,58,59,61,65,68,69,85 saylı mənzillərinə, həmçinin 22 saylı evin 1, 2, 3, 4, 9, 10, 11, 19, 25, 26, 27, 28, 38, 40, 49, 59, 73, 74, 75, 81, 82, 83, 84, 86, 87,88 saylı mənzillərinə dair notarial qaydada bağlanmış alqı-satqı müqavilələrinin təsdiq olunmuş surətləri əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq , ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasn mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə kollegiyasının iclasıda toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanda yerləşən 23 binada yerləşən mənzillər, o cümlədən hazırda iddiaçı tərəfindən mübahisə doğuran torpaq sahəsində yerləşən iki bina və yardımçı sahə də daxil olmaqla daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçmiş, bütün binaların mənzilləri üzrə ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları tanınmış və hal-hazırda həmin çıxarışlar qüvvədə olmaqla iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də hazırkı vəziyyətdə iddia tələbi digər hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayətində göstərilən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olması bağlı qətnamənin tam ləğv edilməsinə dair dəlilə də hüquqi qiymət verilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Dövlət Neft Şirkəti, AZEN X47.Vi şirkəti və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında tərtib olunmuş 21 aprel 2010-cu il tarixli 87 saylı Torpaq sahəsinin Kontrakt sahəsi hüdudlarından çıxarılması barədə Protokoldan görünür ki, “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün tələb olunan 5,65 ha torpaq sahəsinin, o cümlədən Kontrakt sahəsi hüdudlarında olan 3,30 ha ərazinin Cavabdeh MMC-yə ayrılması ilə əlaqədar Kontrakt sahəsindən çıxarılması və mülkiyyətçiyə geri qaytarılması nəzərdə tutulmuşdur. Burada qeyd olunduğu kimi bu protokol razılaşmasına ARDNŞ-nin prezidenti kimi R.Abdullayev də qol çəkmişdir. Buna görə məhkəmə kollegiyası hazırki iş üzrə iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmamasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia tələbi digər hissədə də təmin olunmamalı, qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(85)-70/2018 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın İddia tələbi digər hissədə də, yəni Cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın Cavabdeh hesabına sökülməsi və ərazinin təmizlənməsi, Cavabdeh həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində təmin edilməsin. Qətnamə iddianın təmin olunmayan digər hissəsində dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən alınıb AZ.MEM, VÖEN **********, X7, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 95 (doxsan beş) manat məbləğində məhkəmə xərci iddiaçıdan tutularaq Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-34/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-34/2022
02.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver