Məhkəmə qərarları › İş №2-2(105)-42/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-42/2025

11.03.2025 · Hüquqi və fiziki şəxslərin ödəmə qabiliyyəti olmayan hesab edilməsi barədə mübahisələr (müflisləşmə (iflas)) - Hüquqi şəxsin müflis olması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-42/2025 11.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2-2(119)-456/2025 nömrəli qərardadından ərizəçi (borclu) Nümayəndə tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) Nümayəndə 30 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə "müflis elan edilmə” tələbinə dair ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək müflis elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2-2(119)- 456/2025 nömrəli qərardadı ilə həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Fərman Həmidli). Ərizəçi Sumqayıt Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli, e-2-2(119)- 456/2025 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəçi tərəfindən verilən şikayətin AR MPM-in 268-ci maddəsinin tələblərinə uyğun verilməsinin və 366-cı maddəsinə əsasən mümkün hesab olunmasının açıq məhkəmə iclasında yoxlanılmasını zəruri hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını, şikayəti nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə ərizəçi (borclu) Nümayəndə tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsinin tələbinə əsasən qeyri-mümkün hesab edilməli və şikayət kommersiya işi ilə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268-ci maddəsi ilə şikayətin verilmə müddəti müəyyən edilsə də, şikayət həmin maddənin tələblərinə uyğun verilməmiş, qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddət ötürülməklə verilmişdir. AR MPM-in 268-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2-2(119)-456/2025 nömrəli qərardadı ərizəçi (borclu) Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı MPM ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından müddətin axımı da elektron kabinetə yerləşdirildiyi gündən sonrakı gündən başlamış və ərizəçi tərəfindən qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddət xx.xx.2025-ci il tarixdə saat 24:00-da bitməsinə baxmayaraq həmin müddət ötürülməklə (11 gün sonra) xx.xx.2025-ci il tarixdə şikayət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi (borclu) Nümayəndə şikayətini müddət ötürməklə vermiş və müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir və yuxarıda sadalanan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 268, 366, 400, 402 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 04 fevral 2025-ci il tarixli e-2-2(119)-456/2025 nömrəli qərardadından ərizəçi (borclu) Nümayəndə tərəfindən verilmiş şikayət qeyrimümkün hesab edilsin və şikayət kommersiya işi ilə birlikdə Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar