Məhkəmə qərarları › İş №2-2(105)-6/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-6/2021

30.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-6/2021 30.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X32, Cavabdehn nümayəndəsi X46, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X81” Əməliyyat Şirkətinin nümayəndəsi X35 iştirakı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(85)-70/2018 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(85)-70/2018 saylı qətnaməsi ilə (hakim Z.Pirverdiyev) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsi üzərində inşa edilən tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin təmizlənməsi, cavabdehin həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh MTK tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın Cavabdeh hesabına sökülməsi və ərazinin təmizlənməsi, Cavabdeh həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması qət edilmiş və iddia qalan hissədə rədd edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-2(105)-12/2019 saylı qətnaməsi ilə cavabdeh «Dərhal” mənzil tikinti kooperativinin apelyasiya şikayəti təmin edilib, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi Cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın Cavabdeh hesabına sökülməsi və ərazinin təmizlənməsi, Cavabdeh həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin Cavabdeh üzərinə qoyulması” hissəsində rədd edilmiş, qətnamə iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamədən iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 20 may 2020-ci il tarixli, 2-2(102)-148/2020 saylı qərarı ilə iddiaçı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin kassasiya şikayəti qismən təmin olunub, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 noyabr 2019-cu il tarixli, 2-2(105)-12/2019 saylı qətnaməsi ləğv edilmiş və iş həmin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh MTK-ya qarşı cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsi üzərində inşa edilən tikililərin cavabdehin hesabına sökülməsi və ərazinin təmizlənməsi, cavabdehin həmin ərazidən çıxarılması və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "X83" Əməliyyat Şirkətinin uzun müddətli istifadəsinə verilmiş torpaq sahəsinin 3,30 ha hissəsi Podratçılar tərəfindən imzalanmış 87 saylı, 21 aprel 2010-cu il tarixli protokola və tərtib edilmiş planxəritəyə əsasən, "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün Cavabdehnə verilmişdir. Cavabdeh "xxxx" MTK tərəfindən həmin ərazidə yaşayış binaları tikilərək vətəndaşların istifadəsinə verilmiş və yeni binaların tikintisi üzrə işlər davam etdirilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh "xxxx" MTK ona yerilmiş torpaq sahəsinin hüdudlarından kənara çıxaraq, "X83" Əməliyyat Şirkətinin istifadəsinə verilən torpaq sahəsini də zəbt etmiş və həmin torpaq sahəsi üzərində yerləşən neft quyularının kalonlarını qanunsuz olaraq kəsmiş və həmin torpaq sahəsində özbaşına tikinti işləri aparır, Cavabdehin həmin hərəkətləri qanunsuz olmaqla yanaşı, həmçinin ətrafda yaşayan insanların həyatı və sağlamlığı üçün ciddi təhlükə yaradır.Bundan başqa, cavabdeh "xxxx" MTK tərəfindən inşa edilərək sakinlərin istifadəsinə verilmiş yaşayış binalarının kanalizasiya qurğuları Saziş ərazisindən aparılmaqla, həmin qurğulardan çıxan məişət-çirkab suları Saziş ərazisində yerləşən gölə axıdılır. Bu hal həm Saziş ərazisində, həm də həmin göldə olduqca təhlükəli antisanitar vəziyyət yaradır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsi 23 oktyabr 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 26,60,71-ci maddələrinin, Azərbaycan Respublikası MPM-nin 14.2,88,217.3,217.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsininin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahilş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdehn nümayəndəsi X46 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi vəkili Vəkil apelyaisya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X81” Əməliyyat Şirkətinin nümayəndəsi X58 apelyasiya şikayətin etiraz edib, təmin olunmamasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Kommersiya hüquqi şəxslərinin Dövlət reyestrindən Çıxarışın, Kommersiya hüquqi şəxsinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisliyi Cavabdehnə keçmiş və Cavabdeh 09 dekabr 2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Dövlət Neft Şirkəti, AZEN X101.Vi şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında tərtib olunmuş 21 aprel 2010-cu il tarixli 87 saylı Torpaq sahəsinin Kontrakt sahəsi hüdudlarından çıxarılması barədə Protokoldan görünür ki, iddiaçı, “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün tələb olunan 5,65 ha torpaq sahəsi, o cümlədən Kontrakt sahəsi hüdudlarında olan 3,30 ha ərazinin Cavabdeh MMC-yə ayrılması ilə əlaqədar Kontrakt sahəsindən çıxarılması və mülkiyyətçiyə geri qaytarılması nəzərdə tutulmuşdur. Həmçinin protokolun 4-cü bəndindən görünür ki, ARDNŞ-nin 45 nömrəli 16 mart 2006cı il tarixli əmri ilə yaradılmış komissiya “X83” Əməliyyat Şirkətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə yuxarıda qeyd olunan torpaq sahəsinin neft-qaz əməliyyatları məqsədi üçün vacibliyini araşdırmış və Komissiyanın 14 aprerl 2008-ci il tarixli 03 nömrəli protokoluna əsasən qeyd olunan torpaq sahəsinin gələcək neft-qaz əməliyyatları üçün perspektivi olmadığından onun mülkiyyətçiyə geri qaytarılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29.04.2010-cu il tarixli, 117 s saylı sərəncamı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 13 yanvar tarixli, 843 nömrəli Fərmanının 2ci bəndinin ikinci abzasına əsasən, Abşeron rayonunun Mehdiabad Bələdiyyəsinin ehtiyacı üçün Abşeron rayonunun ehtiyat fondu torpağından 5,65 hektar şərti yararsız torpaq sahəsinin Mehdiabad bələdiyyəsinin mülkiyyətinə verilməsi barədə həmin bələdiyyənin Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 17.12.2010-cu il tarixli, 2023 saylı sərəncamından görünür ki, Cavabdeh MMC-yə mülkiyyətində olan Mehdiabad-Novxanı şossesinin şimalında yerləşən 5,65 ha torpaq sahəsində 23 ədəd kürsülü altı mərtəbəli iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verilmişdir. 17.12.2010 saylı Mülkiyyətə verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 17.12.2010-cu il tarixli, 2023 saylı sərəncamı ilə Cavabdeh direktoru X28 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı ******* saylı çıxarışı ilə ona məxsus Mehdiabad bələdiyyəsi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 5,65 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış kompleksinin tikintisi məqsədilə verilmişdir. MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi Cavabdeh məhdud məsuliyyətli Cəmiyyətinin adına 21.12.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR ƏMDK DƏDRX-nin Abşeron Ərazi İdarəsinin 03.07.2012-ci il tarixli, seriya AA 040048 nömrəli torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi”ndə yerləşən, sənəd üzrə və faktiki sahəsi 5.65 ha, məqsədli istifadə növü sahibkarlıq olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh MMC-yə məxsusdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X26 Agentliyinin «Azərdövlətlayihə» Dövlət Baş Layihə X27 Mərkəzinin 24.01.2011-ci il tarixli 06-3096 saylı Cavabdeh MMC-nin sifarişi ilə 2007-ci ilin iyul ayında “Azərinşaatlayihə” institutu və 2008-ci ildə “Bakıdövlətlayihə” institutu tərəfindən Abşeron rayonu, Mehdiabad-Novxanı şossesi ərazisində 16 ədəd 5 mərtəbəli yaşayış kompleksi üçün ayrılmış sahədə aparılmış mühəndis geoloji tədqiqat işləri ilə əlaqədar tərtib edilmiş hesabata dair verilən rəydən görünür ki, tədqiqat işlərinin tərkibi, quyulararası məsafə, quyuların dərinliyi, götürülmüş qrunt nümunələrinin miqdarı sahənin mühəndis - geoloji şəraitini qiymətləndirmək üçün qənaətbəxş olmuş, hesabat məqbul qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X26 Agentliyinin «Azərdövlətlayihə» Dövlət Baş Layihə X27 Mərkəzinin 26.11.2012-ci il tarixli 06-5058 saylı Cavabdeh MMC-nin sifarişi ilə 2007-ci ilin iyul ayında “Azərinşaatlayihə” institutu və 2008-ci ildə “Bakıdövlətlayihə” institutu tərəfindən 2008-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində, Novxanı-Mehdiabad yolunun kəsişməsində “Binəqədi Gənclər Şəhərciyi” üçün ayrılmış sahədə 7 ədəd 5 mərtəbəli yaşayış binalarının(4 bina sahənin qərbində, 3 bina sahənin şərqində) layihələndirilməsi məqsədilə aparılmış mühəndis geoloji tədqiqat işləri ilə əlaqədar tərtib edilmiş hesabata dair verilən rəydən görünür ki, tədqiqat işlərinin tərkibi, həcmi və quyuların dərinliyi, ara məsafələri qənaətbəxş olmuş, hesabat məqbul qiymətləndirilmişdir. Cavabdeh MTK-nın “X83” Şirkətinə ünvanladığı 19.06.2014-cü il tarixli, 243 saylı məktubdan görünür ki, Cavabdeh MTK tərəfindən inşa olunan yaşayış kompleksinin inşasının tam yekunlaşması üçün ərazidə məktəb və uşaq bağçasının tikilməsi, yol kənarı və ətraf ərazilərin təmizlənib abadlaşması zərurəti yarandığından məktuba əlavə edilmiş ərazinin ortofotoplanında qırmızı xətlə işarələnmiş ərazinin də Cavabdeh MTK-ya ayrılması xahiş edilmiş, həmin ərazinin Cavabdeh MTK-ya ayrılacağı təqdirdə, göstərilən ərazidə yerləşən və “X83” şirkətinin balansında olan yarımstansiya binasına və neft quyularına giriş-çıxış və təmirbərpa işlərinin aparılması üçün tələb olunan sahə saxlanmaqla onların ətrafında öz hesabına daş hasar çəkilməsinə və ətrafının abadlaşdırılmasma təminat verilmişdir. “X83” Şirkətinin 15.07.2014-cü il tarixli, 03/892 saylı cavab məktubundan görünür ki, göstərilən müraciətə əsasən Şirkətin əməkdaşları tərəfindən məktubda göstərilən əraziyə baxış keçirilmiş və neft ehtiyatları haqqında arayış tərtib edilmişdir. Arayışa əsasən Operator, göstərilən torpaq sahəsinin neft qaz əməliyyatlarının aparılması məqsədləri üçün qeyriperspektiv olduğunu bildirərək, Şirkətin balansında olan yarımstansiya binasına və neft quyularına giriş-çıxış və təmirbərpa işlərinin aparılması üçün tələb olunan sahələrin Şirkətin istifadəsində saxlanılmaqla onların ətrafında MTK-nin hesabına daş hasarın çəkilməsini, həmçinin adı çəkilən ərazidə Şirkətin mütəxəssislərinin iştirakı və tövsiyəsi əsasında Cavabdeh MTK-nın hesabına lazımı qaydada 212206, 211825, 210983, 211945, 211727, 210977, 211977, 210974, 210993 və 211410 saylı quyuların konservasiyasını həyata keçirmək şərti ilə, nəzərdə tutulan torpaq sahəsinin ayrılmasını mümkün hesab etmişdir. “X83” Şirkətinin 15.05.2015-ci il tarixli, 03/718 saylı məktubundan görünür ki, Cavabdeh MMC, Azərbaycan Respublikası Əmlak mələləri Dövlət Komitəsi tərəfindən ayrılmış, eyni zamanda Protokol və plan-xəritə əsasında ona verilmiş 3.30 ha torpaq sahəsindən başqa, üzərində xeyli sayda fəaliyyətdə olan və təmir gözləyən və kolonları Cavabdeh MMC tərəfindən qanunsuz olaraq kəsilən neft quyuları mövcud olan Kontrakt sahəsinin hüdudları daxilində də, evlərin tikilməsi üzrə qanunazidd işlər aparır. Cavabdeh MMC-nin istifadəsinə verilmiş 3,30 ha torpaq sahəsində bir neçə təmir gözləyən neft quyuları yerləşir ki, Cavabdeh MMC tərəfindən həmin quyuların üzərində və ətrafında tikinti-inşa işləri aparılmışdır. Cavabdeh ümumi yığıncağının 25.01.2016-cı il tarixli protokolundan görünür ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsinin ərazisində “Binəqədi Gənclər Şəhərciyi”ndəki binalardan 100 ədəd mənzilin internat evlərinin yetirmələri, əlillər, acınacaqlı vəziyyətdə yaşayan və digər lazım bilinən şəxslərə paylanması üçün X77 hədiyyə edilməsi, xeyriyyəçilik fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar X94 ilə müvafiq sənədləşmə işinin aparılması, mənzilların binalar üzrə müəyyən edilməsi və müvafiq sənədlərin imzalanması səlahiyyəti Cavabdeh sədri X28 həvalə edilməsi qərara alınmışdır. Cavabdeh MTK ilə X94 arasında imzalanmış “Xeyriyyəçilik tədbirlərində iştirakçılığın əsas prinsipləri haqqında” 02.02.2016-cı il tarixli 020216 saylı sazişin “sazişin predmeti” adlanan İİ hissəsindən görünür ki, iştirakçı (Cavabdeh MTK) Abşeron rayon İcra Hakimiyyətinin 17.12.2010-cu il tarixli 2023 saylı sərəncamı ilə tikintisinə icazə verilmiş Azərbaycan Respublikasının Abşeron rayonu Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi”ndə öz şəxsi vəsaiti hesabına inşa etdirdiyi yaşayış binalarında 50 ədəd mənzili ianə qismində Təşkilatçıya (X94) təhvil verir, Təşkilatçı isə öz növbəsində İştirakçının təqdim etdiyi ianəni qəbul edib, qüvvədə olan qanunvericiliyə və bu Sazişə uyğun olaraq təyinatına uyğun çatdırılmasını təşkil edir. 02.02.2016-cı il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh MTK ilə X94 arasında imzalanmış 02 fevral 2016-cı il tarixli, 020216 saylı Sazişə müvafiq olaraq 50 ədəd mənzil X77 təhvil verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X26 X7 Ekspertiza Baş İdarəsinin 01.02.2016-cı il tarixli, 37/36-00228 saylı məktubu ilə təqdim edilmiş 02.09.2015-ci il tarixli 20667/17097/15242/12604 saylı rəy»inə əsasən Abşeron rayonu, MehdiabadNovxanı şossesinin şimalında yaşayış binaları kompleksi (21,22, və 23 saylı binalar) üzrə işçi layihəsinin tikinti norma və qaydaları, o cümlədən СН и П İİ-7-81*-in tələblərinə uyğun hesab edilərək razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X26 Agentliyinin 09.02.2016-cı il tarixli, 37/36-01213 saylı məktubu ilə təqdim edilmiş 01.02.2016-cı il tarixli 630 saylı rəyə əsasən Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsi Mehdiabad Novxanı şossesinin şimalında Cavabdeh MMC tərəfindən inşa edilmiş «Binəqədi Gənclər şəhərciyi»nin 23 ədəd eyni tipli 2 tipli, kürsülü, 6 mərtəbəli, 21, 22, 23 №li yaşayış binalarının təyinatı layihələşdirilmək şərti ilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlılıq tələblərini təsdiqlədiyi müəyyən edilmişdir. Rəyin nəticə hissəsində həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X26 Agentliyinin Nəzdində yaradılmış Təhlil qrupunun 01.02.2016-cı il tarixli 630 saylı iclasında binanın yükdaşıyan konstruksiyaları möhkəmlik və dayanıqlılıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən RİH başçısının 2023 saylı, 17.12.2010-cu il tarixli sərəncamı ilə tikintisinə icazə verilmiş 23 ədəd iki girişli, kürsülü, 6 mərtəbəli yaşayış binalarının ümümi sahəsinin 10%-i RİH fonduna ayrılmış, həmin mənzillər RİH-nin təqdimatına uyğun olaraq əvəzsiz olaraq aztəminatlı ailələrə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 17.10.2017-ci il tarixli, **********1 saylı məktubundan görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən satınalma yolu ilə ünvan 2 ünvanında yerləşən yaşayış binasından dəyəri ödənilərək 20 mənzil alınmışdır. Qaçqınların və X51 üzrə Dövlət Komitəsinin 15.11.2017-ci il tarixli, 02/1101 saylı məktubundan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Binəqədi Gənclər Şəhərciyi”ndə yerləşən 23 nömrəli evin 11 mənzili Komitənin balansındadır. Abşeron Rayon İcra Hakimiyyətinin 03.06.2019-cu il tarixli, x/518 saylı arayışından görünür ki, həqiqətən Cavabdeh MTK-nın Mehdiabad qəsəbəsi ərazisində inşa etdiyi 23 ədəd, 2 girişli, 6 mərtəbəli yaşayış binalarının hamısı istismara qəbul edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 21.10.2019-cu il tarixli, 1673 saylı arayışından görünür ki, həqiqətən Cavabdeh MTK Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binədədi Gənclər şəhərciyinin yerləşdiyi 5,65 ha torpaq sahəsində yaşayış və qeyri- yaşayış binaları inşa etmiş, həmin binalarda sakinlər tam məskunlaşmış və çıxarış ilə təmin olunmuşlar. Həmin torpaq sahəsinin bir hissəsi tikintialtında, qalan hissəsi yollar və sakinlərin tam istifadəsindədir. Cavabdeh MTK-nın yuxarıda göstərilən ünvanda istifadəsində torpaq sahəsi yoxdur və uzun illərdir ki, Cavabdeh MTK bu ünvanda heç bir fəaliyyətlə məşğul olmur. Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli, 8551 saylı rəyindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində yerləşən Cavabdeh tərəfindən inşa edilmiş iki bina və bir yardımçı tikili binası “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş ərazisinə aid olan torpaq sahəsinə düşür. Tədqiq olunan torpaq sahəsi Saziş blokunun şimal hissəsi torpaqlarına aiddir və 1,4 hekdardır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bu zaman ekspert rəyi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsindən əlavə, iddiaçıya məxsus 1,4 ha torpaq sahəsini özbaşına zəbt etməklə qanunsuz sahibliyinə keçirməsinə, buna görə də cavabdeh tərəfindən qanunsuz sahibliyə keçirilmiş 1,4 ha torpaq sahəsinin iddiaçıya geri qaytarılmalı olmasına, zəbt edilmiş 1,4 ha torpaq sahəsində cavabdeh tərəfindən özbaşına inşa edilmiş iki bina və bir yardımçı tikili binanın onun hesabına sökülməli olmasına və üçüncü şəxsin iddiaçıya ünvanladığı 15 may 2015-ci il tarixli 03/718 saylı məktuba əsaslanmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 17.12.2010-cu il tarixli, 2023 saylı sərəncamı ilə cavabdehə mülkiyyətində olan Mehdiabad-Novxanı şossesinin şimalında yerləşən 5,65 ha torpaq sahəsində 23 ədəd kürsülü altı mərtəbəli iki girişli binalardan ibarət yaşayış kompleksinin tikinti işlərinin rəsmiləşdirilməsinə və layihə sənədlərinin razılaşdırılmasına icazə verilmişdir. İddiaçı, AZEN X101.Vi şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında tərtib olunmuş 21 aprel 2010-cu il tarixli, 87 saylı Torpaq sahəsinin Kontrakt sahəsi hüdudlarından çıxarılması barədə Protokola əsasən iddiaçı, “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində gənc ailələrə güzəştli şərtlərlə mənzillərin verilməsi istiqamətində tikinti işlərinin aparılması üçün tələb olunan 5,65 ha torpaq sahəsi, o cümlədən Kontrakt sahəsi hüdudlarında olan 3,30 ha ərazinin cavabdehə ayrılması ilə əlaqədar Kontrakt sahəsindən çıxarılmış və mülkiyyətçiyə geri qaytarılmışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsində çoxmərtəbəli yaşayış kompleksi tikilmişdir. Hal hazırda iddiaçı binaların sökülməsini, cavabdehin ərazidən çıxarılmasını, çirkab suların axıdılmasının qarşısının alınmasını tələb edir. İlk əvvəl qeyd olunmalıdır ki, 5.65 ha torpaq sahəsinin Dərhal MTK-ya aid olması işin mübahisələndirilməyən hallarındandır. Belə ki, MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5,65 ha torpaq sahəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin adına 21.12.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspetizası Mərkəzinin 17 may 2021-ci il tarixli, 10/347 saylı ekspert rətindən görünür ki, Cavabdeh MTK tərəfindən tikilmiş iki birna və bir yardımçı tikili “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun ərazisinin sərhədlərinin hüdudları daxilində olan 1,33 ha torpaq sahəsində yerləşir. Mehdiabad qəsəbəsi üzrə MKİS tərəfindən 05 iyul 2021-ci il tarixdə verilmiş 45 saylı arayışdab görünür ki, Abşeron rayonu, Mehdiabad Gənclər Şəhərciyində Qaçqın və məcburi köçkünlərin yaşadıqları binalar və mənzillərin sayı haqqında arayışdan görünür ki, qeyd olunan ərazidə ümumilikdə 17 bina mövcuddur, onlardan 1-ci binada 21, 2-ci binada 35, 3-cü binada 38, 4-cü binada 37, 5-ci binada 45, 6-cı binada 86, 7-ci binada 94, 8-ci binada 97, 9-cu binada 96, 10-cu binada 98, 11-ci binada 82, 12-ci binada 92, 13-cü binada 79, 14-cü binada 78, 15-ci binada 96, 16-cı binada 91 və 17-ci binada ümumilikdə 78 mənzil mövcuddur. DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışların surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad Gənclər Şəhərciyində Qaçqın və məcburi köçkünlərin yaşadıqları binalarda yerləşən mənzillər 2011-ci il tarixdən başlayaraq müxtəlif şəxslərin adına xüsusi mülkiyyət olaraq Dövlət qeydiyyatına alınmışdır. (buna dair çıxarışlar iş materiallarına əlavə edilmişdir) İş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı, MA seriyalı, ******* saylı və digər çıxarışlarla müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 1, mənzil 20 tam mülkiyyət hüququ əsasında X36, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 1, mənzil 21 X37 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlarla müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 2, mənzil 25 tam mülkiyyət hüququ əsasında X29, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 2, mənzil 52 tam mülkiyyət hüququ əsasında X38 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 3, mənzil 10 tam mülkiyyət hüququ əsasında X5 adına, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 3, mənzil 35 tam mülkiyyət hüququ əsasında X10 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 4, mənzil 67 tam mülkiyyət hüququ əsasında X39, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 4, mənzil 72 X54 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 5, mənzil 73 tam mülkiyyət hüququ əsasında X20, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 5, mənzil 20 X1 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 6, mənzil 76 tam mülkiyyət hüququ əsasında X11, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 6, mənzil 70 X12 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı və MA seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 7, mənzil 39 tam mülkiyyət hüququ əsasında X40, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 7, mənzil 32 X41 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və MA seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 8, mənzil 28 tam mülkiyyət hüququ əsasında X13, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 8, mənzil 27 X21 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı və MA seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 9, mənzil 36 tam mülkiyyət hüququ əsasında X42, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 9, mənzil 18 X14 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı və MA seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 10, mənzil 55 tam mülkiyyət hüququ əsasında X42, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 10, mənzil 34 X15 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və MA seriyalı, 03722111 saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 11, mənzil 65 tam mülkiyyət hüququ əsasında X30, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 11, mənzil 84 X15 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 12, mənzil 84 tam mülkiyyət hüququ əsasında X14, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 12, mənzil 69 X12 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 13, mənzil 9 tam mülkiyyət hüququ əsasında X43, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 13, mənzil 17 X2 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 14, mənzil 82 tam mülkiyyət hüququ əsasında X22, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 14, mənzil 68 X44 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 15, mənzil 12 tam mülkiyyət hüququ əsasında X23, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 15, mənzil 18 X3 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 16, mənzil 62 tam mülkiyyət hüququ əsasında X24, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 16, mənzil 55 və X47 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 17, mənzil 63 tam mülkiyyət hüququ əsasında X6, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 17, mənzil 68 X16 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 18, mənzil 49 tam mülkiyyət hüququ əsasında X25, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 18, mənzil 13 X17 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 19, mənzil 1 tam mülkiyyət hüququ əsasında X48, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 19, mənzil 2 X18 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 20, mənzil 72 tam mülkiyyət hüququ əsasında X8, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 20, mənzil 12 X31 adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 21, mənzil 25 tam mülkiyyət hüququ əsasında X9, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 21, mənzil 27 X45 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 22, mənzil 69 tam mülkiyyət hüququ əsasında X49, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 22, mənzil 67 X50 və həmin binanın digər mənzilləri də ayrıayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı və RX seriyalı, ******* saylı və digər çıxarışlardan müəyyən olur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 23, mənzil 4 tam mülkiyyət hüququ əsasında X4, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, ev 23, mənzil 11 X55 və həmin binanın digər mənzilləri də ayrı-ayrı şəxslərin adına daşınmaz əmlakın Dövlət reyesterində qeydiyyata alınmışdır. DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi, 11B ünvanında yerləşən 0,00449 ha torpaq sahəsində yerləşən 36,3 kv.metr ticarət sahəsi 08 yanvar 2014-cü il tarixdə tam mülkiyyət hüququ əsasında X31 adına daşınmaz əmlakın Dövlət reyesterində 4 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq , ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasn mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə kollegiyasının iclasıda toplanmış sübutlarla və işin faktiki halları ilə müəyyən olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi Gənclər Şəhərciyi ünvanda yerləşən 23 binada yerləşən mənzillər, o cümlədən hazırda iddiaçı tərəfindən mübahisə doğuran torpaq sahəsində yerləşən iki bina və yardımçı sahə də daxil olmaqla daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçmiş, bütün binaların mənzilləri üzrə ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları tanınmış və hal-hazırda həmin çıxarışlar qüvvədə olmaqla iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də hazırkı vəziyyətdə iddia tələbi mübahisələndirilən hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1 və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddia ərizəsi təmin edilmədiyindən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən alınıb AZ.MEM, VÖEN **********, X19, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 95 (doxsan beş) manat məbləğində məhkəmə xərci Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 23 oktyabr 2018-ci il tarixli, 2-2(85)-70/2018 saylı qətnaməsi qismən ləğv edilsin. İddia tələbi Cavabdeh tərəfindən zəbt edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlı, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Saziş blokunun şimal hissəsi torpaqlarının 1,4 ha hissəsində inşa edilən iki bina və bir yardımçı tikili binanın Cavabdeh hesabına sökülsün və ərazi təmizlənsin, Cavabdeh həmin ərazidən çıxarılsın və Saziş ərazisinə aid olan torpaq sahəsinə çirkab suların axıdılmasının qarşısını almaq vəzifəsi Cavabdeh üzərinə qoyulsun” hissəsində rədd edilsin. Qətnamə qalan hissədə mübahisələndirilməmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən alınıb AZ.MEM, VÖEN **********, X19, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına və iş üzrə mütəxəssis rəyinin verilməsi üçün nəzərdə tutulmuş 95 (doxsan beş) manat məbləğində məhkəmə xərci tutularaq Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar