Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-61/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili İddiaçı3, Cavabdehin qanuni təmsilçisi X2 iştirakı ilə İddiaçı “xxxx” Kiçik Müəssisəsinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-2(119)-113/2020 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” Kiçik Müəssisəsi 28 fevral 2017-ci ildə cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı əsasında iddiaçı “xxxx” Kiçik Müəssisəsinin icarəsinə ayrılmış Pirəkeşkül kəndi ərazisində yerləşən 10 hektar torpaq sahəsinin zəbt etdiyi hissəsindən cavabdeh X2 çıxarılması, zəbt olunmuş torpaq sahəsinin iddiaçıya təhvil verilməsi və vurulmuş zərərə görə 16000 (on altı min) manat pulun iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli 2(012)-191/2018 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” Kiçik Müəssisəsinin cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş zərərin ödənilməsi” barədə iddia tələbi qismən təmin edilərək, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı əsasında “xxxx” Kiçik Müəssisəsinin icarəsinə ayrılmış Pirəkəşkül kəndi ərazisində yerləşən 10 hektar torpaq sahəsinin zəbt etdiyi 1 hektar hissəsindən cavabdeh X2 çıxarılması və zəbt olunmuş torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli 2(105)- 526/2019 nömrəli qətnaməsi ilə cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli 2(012)- 191/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 iyul 2019-cu tarixli 2(102)5037/2019 nömrəli Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 22 yanvar 2019-cu il tarixli 2(105)-526/2019 nömrəli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(105)3438/2019 nömrəli qərardadı ilə cavabdeh X8 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş və Abşeron Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli 2(012)-191/2018 nömrəli qətnaməsi ləğv edilərək, iddiaçı “xxxx” Kiçik Müəssisəsinin cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və vurulmuş zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə aidiyyatı üzrə iqtisadi qaydada baxılması üçün Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə (hal-hazırda Sumqayıt Kommersiya Məhkəməsi) göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 2(102)7782/2019 nömrəli Qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(105)-3438/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış və bundan sonra həmin iş Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuşdur. Kommersiya işi Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olduqdan sonra iddiaçı “xxxx” Kiçik Müəssisəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə və “iş üzrə cavabdeh olan X2 əsl cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilməsi” barədə ərizə təqdim edərək, Abşeron rayon X13 İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı əsasında iddiaçı “xxxx” Kiçik Müəssisəsinə ayrılmış Pirəkeşkül kəndi ərazisində yerləşən 10 hektar torpaq sahəsinin zəbt etdiyi 1 hektar hissəsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin çıxarılması və torpaq sahəsinin iddiaçı “xxxx” Kiçik Müəssisəsinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon X10 İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 177 nömrəli qərarı ilə Abşeron rayonu Pirəkeşkül kolxozu ərazisində kənd təsərrüfatı məhsulları istehsalı, emalı və satışı istiqamətli “xxxx” Kiçik Müəssisəsi dövlət qeydiyyatına alınmışdır. Abşeron rayonu Pirəkeşkül kolxozu ərazisindən 10 hektar torpaq sahəsinin icarəyə götürülməsi barədə kolxozun ərazisində yaradılmış “xxxx” Kiçik Müəssisəsi ilə Abşeron rayonu Pirəkeşkül kolxozu arasında daimi müddətə icarə müqaviləsi bağlanmış və həmin müqavilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 177 nömrəli qərarı ilə qeydə alınmışdır. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarına əsasən Abşeron rayonu Pirəkeşkül kolxozu ərazisindən 10 hektar torpaq sahəsinin daimi istifadə üçün icarəyə götürülməsi barədə Pirəkeşkül kolxozu ilə “xxxx” Kiçik Müəssisəsi arasında bağlanmış 28 avqust 1991-ci il tarixli icarə müqaviləsi Abşeron rayon XDS İcraiyyə Komitəsində qeydə alınmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin 23 mart 1992-ci il tarixli 118 nömrəli Sərəncamı ilə torpaq sahəsinin ayrılması barədə Abşeron rayon XDS İcraiyyə Komitəsində on nəfərdən ibarət komissiya yaradılmış və torpaq sahəsinin təhkim edilməsi aktı və X14 ilə “xxxx” Kiçik Müəssisəsinin təmin edilməsi həmin Komissiyaya tapşırılmışdır. Komissiya tərəfindən 31 mart 1992-ci il tarixli Akt tərtib dilərək torpaq sahəsinin 8 hektarının dəmyə örüş və 2 hektarının göl yeri təşkil etməsi qeyd olunmuşdur. Təsərrüfat subyektlərinin dəyişməsi nəticəsində Abşeron rayonu Pirəkeşkül-Qobustan bələdiyyəsi yaradılmış və “xxxx” Kiçik Müəssisəsinə ayrılmış torpaq sahəsi həmin bələdiyyənin ərazisinə aid olmuşdur. Odur ki, qeyd olunan torpaq sahəsinə dair “xxxx” Kiçik Müəssisəsi ilə Qobustan rayonu Pirəkeşkül-Qobustan bələdiyyəsi arasında 12 yanvar 2004-cü il tarixli 4 nömrəli torpaq icarəsi müqaviləsi bağlanılmışdır. 26 may 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilərək təsdiq olunmuş X6 dair JN-8916 30802018 Kodlu Şəhadətnamə və torpaq sahəsinin sxemi iddiaçı “xxxx” Kiçik Müəssisəsinə verilmişdir. 11 noyabr 2016-cı ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən Abşeron rayonu Pirəkeşkül kəndi ərazisində “xxxx” Kiçik Müəssisəsinə ayrılmış 10 hektar torpaq ahəsinin planı və ölçüsü tərtib olunaraq, A 109329 nömrəli “X14 və Ölçüsü” barədə sənəd iddiaçıya verilmişdir. Eyni zamanda, Abşeron rayonu Pirəkeşkül kəndi ərazisində 10 hektar torpaq sahəsinin 28 noyabr 1991-ci il tarixdən “xxxx” Kiçik Müəssisəsinin istifadəsinə verilməsi barədə 17 noyabr 2016-cı il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çixariş verilmişdir. İddiaçı “xxxx” Kiçik Müəssisəsi icarəyə götürdüyü həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmiş, torpaq sahəsinə dair məyyən olunmuş qaydada vergilər idarəsinə hesabatlar təqdim etmiş və eləcə də, icarə haqqlarını Pirəkeşkül-Qobustan bələdiyyəsinə ödəmişdir. Eyni zamanda, torpaq sahəsinin bir hissəsini təşkil edən göl sahəsini su ilə doldurmaq üçün su nasosu alınmış və göl su ilə doldurulmuşdur. Lakin iddiaçıya ayrılmış torpaq sahəsinin bir hektar hissəsi X3 məxsus cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən özbaşına zəbt edilərək istifadə edilməsi nəticəsində iddiaçı “xxxx” Kiçik Müəssisəsi ona ayrılmış torpaq sahəsindən tam istifadə etmək hüququndan məhrum olmuşdur. Qeyd etmək lazımdır ki, cavabdehin həmin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı halda qanunsuz şəkildə, özbaşına və zor gücünə iddiaçıya ayrılmış torpaq sahəsini zəbt etmişdir. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Baş Prokurora, Daxili İşlər Nazirliyinə, Abşeron rayon Polis İdarəsinə, Abşeron rayon Prokurorluğuna və digər hüquq mühafizə orqanlarına şikayət ərizəsi ilə yazılı şəkildə müraciət olunmuş və eyni zamanda, cavabdehin özünə də dəfələrlə yazılı və şifahi müraciət edilmişdir. Lakin cavabdeh bu günə kimi də iddiaçıya məxsus torpaq sahəsini qanunsuz istifadə edir. İddiaçının iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 06 iyul 2018-ci il tarixli 2(012)-191/2018 saylı qətnaməsi ilə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı əsasında “xxxx” Kiçik Müəssisəsinin icarəsinə ayrılmış Pirəkəşkül kəndi ərazisində yerləşən 10 hektar torpaq sahəsinin zəbt etdiyi 1 hektar hissəsindən cavabdeh X2 çıxarılması və zəbt olunmuş torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmiş olsa da, Sumqayıt Apelyasiya Məhkəməsinin 12 sentyabr 2019-cu il tarixli 2(105)3438/2019 saylı qərardadı ilə məhkəmə aidiyyatı pozulduğu üçün həmin qətnamə ləğv edilərək, iddia ərizəsi baxılması üçün Sunqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Buna görə də, bundan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı tərəfindən iddia tələbi dəqiqlləşdirilmiş və hal-hazırda məhkəmədən xahiş olunur ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədəki tələb iş üzrə iddia tələbi olaraq götürülməsi və “xxxx” MMC-nin (VÖEN **********) iş üzrə cavabdeh kimi cəlb edilərək, Abşeron rayon X10 İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı əsasında “xxxx” Kiçik Müəssisəsinə ayrılmış Pirəkəşkül kəndi ərazisində yerləşən 10 hektar torpaq sahəsinin zəbt etdiyi 1 hektar hissəsindən cavabdeh “xxxx” MMC-nin çıxarılması və zəbt olunmuş torpaq sahəsinin iddiaçıya təhvil verilməsi barədə ədalətli və qanuni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-2(119)- 113/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Abşeron rayon X13 İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı əsasında iddiaçı “xxxx” Kiçik Müəssisəsinə ayrılmış (icarəyə verilmiş) Abşeron rayonunun Pirəkeşkül kəndi ərazisində yerləşən 10 (on) hektar torpaq sahəsinin zəbt olunmuş 1 (bir) hektar hissəsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin çıxarılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” Kiçik Müəssisəsinə ödənilməsi qət edilmişdir. (hakim Z.Sadiqov). Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: mübahisəli torpaq sahəsi icarə hüququ əsasında təsisçisi və sahibi oldğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. 1991-ci ildən qanuni əsaslarla həmin ərazidə 10 hektar torpaq sahəsini götürərək, kəndli-fermer təsərrüfatı olaraq təyinatı üzrə istifadə edir. Bütün bu illər ərzində həmin torpaq sahəsində mal-qara saxlamış, kənd təsərrüfatı məhsulları yetişdirmiş, ağaclar əkmiş, gölü su ilə doldurmuş və əraziyə su çəkdirmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "xxxx" Kiçik Müəssisəsinə aid torpaq sahəsi hər hansı bir hissədə zəbt olunmamışdır. İddiaçı əsassız olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, əsassız olaraq ona məxsus torpaq sahəsini ələ keçirməyə çalışır. Məhkəmə öz qətnaməsini iş materiallarında olan ekspert rəyinə əsaslandırmışdır. Məhkəmə maddi hüquq normalarını pozmuş və gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və bununla da qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin qanuni təmsilçisi X8 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi . Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili İddiaçı3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, cavabdehin dəlilləri əsassızdır. Cavabdehin həmin torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığı halda qanunsuz şəkildə, özbaşına və zor gücünə iddiaçıya ayrılmış torpaq sahəsini zəbt etmişdir. Üçüncü şəxs Abşeron rayon Pirəkeşkül-Qobustan Bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Kommersiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-2(119)-113/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, Abşeron rayon X13 İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı əsasında iddiaçı “xxxx” Kiçik Müəssisəsinə ayrılmış (icarəyə verilmiş) Abşeron rayonunun Pirəkeşkül kəndi ərazisində yerləşən 10 (on) hektar torpaq sahəsinin qərb tərəfdən 1 (bir) hektar hissəsi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən zəbt olunmuşdur. Bununla da, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçının qanuni əsaslarla icarəsində olan torpaq sahəsindən istifadə etməklə, iddiaçının əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Abşeron rayon X10 İcraiyyə Komitəsinin 28 avqust 1991-ci il tarixli 177 saylı qərarı ilə Abşeron rayonu Pirəkəşkül kolxozu ərazisində kənd təsərrüfatı məhsulları istehsalı, emalı və satışı istiqamətli "xxxx“ Kiçik Müəssisəsi qeydə alınmışdır. Abşeron rayonu Pirəkəşkül kolxozu ilə “xxxx“ Kiçik Müəssisəsi arasında bağlanaraq, müvafiq qaydada təsdiq edilmiş 28 avqust 1991-ci il tarixli İcarə müqaviləsinə əsasən kolxozun ərazisindən 10 ha torpaq sahəsi həmin Müəssisənin icarəsinə verilmiş və həmin İcarə müqaviləsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı ilə qeydə alınmışdır. Abşeron rayon İcra Hakimiyyətinin 23 mart 1992-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin "xxxx“ Kiçik Müəssisəsinə ayrılması barədə komissiya yaradılmışdır. Həmin 10 ha torpaq sahəsi ilə əlaqədar Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsi ilə “xxxx“ Kiçik Müəssisəsi arasında 12 yanvar 2004-cü il tarixli İcarə müqaviləsi bağlanmışdır. Məlum torpaq sahəsinə dair icarə hüququnun "xxxx“ Kiçik Müəssisəsinə məxsus olması barədə 26 may 2006-cı ildə “X4 Hüququna dair” Şəhadətnamə verilmişdir. "xxxx” Kiçik Müəssisəsinin icarəsində olan həmin torpaq sahəsinin müvafiq qaydada tərtib və təsdiq edilmiş Plan və Ölçüsü mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Pirəkeşkül kəndində yerləşən 10 ha torpaq sahəsinin 28 noyabr 1991ci ildən başlayaraq 99 il müddətinə "xxxx” Kiçik Müəssisəsinin icarəsində olması Daşınmaz Əmlakın Dövlət Reyestrində 883 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır ((reyestr nömrəsi – **********22); Qeydiyyat nömrəsi – **********; Qeydiyyat tarixi – 17 noyabr 2016-cı il). İş materiallarında olan Abşeron rayonu Pirəkeşkül-Qobustan Bələdiyyəsi ilə “xxxx” arasında bağlanmış 28 sentyabr 2005-ci il tarixli İcarə Müqaviləsinin surətindən görünür ki, 28 sentyabr 1990-cı il tarixli sərəncama istinad olunmaqla, Abşeron rayonu Pirəkəşkül kəndi ərazisində yerləşən 10 ha torpaq sahəsi 15 il müddətinə “xxxx’nın icarəsinə verilmişdir. İş materialları ilə müəyyən olunur ki, Abşeron rayonu Pirəkeşkül kolxozunun ərazisində yaradılmış “X1-fermer təsərrüfatı”nın nizamnaməsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli, 215 saylı qərarı ilə qeydə alınmışdır. Nizamnaməsi 30 yanvar 2009-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış və təsisçisi X8 olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 18 oktyabr 1991-ci il tarixli qərarı ilə qeydə alınmış “X1-fermer təsərrüfatı”nın hüquqi varisidir. İş materiallarında olan Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin 15 fevral 2018-ci il tarixli 10 saylı məktubunun surətindən görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli qərarına əsasən kəndli fermer təsərrüfatının yaradılması üçün 10 ha torpaq sahəsi 15 il müddətinə X3 icarəyə verilmişdir. 28 sentyabr 2005-ci il tarixdə icarə müddəti başa çatdığı üçün Bələdiyyə ilə yeni icarə müqaviləsi bağlanmış və icarə müddəti müqaviləyə əsasən 15 il müddətinə, yəni 28 sentyabr 2020-ci il tarixə kimi təyin edilmişdir. X8 tərəfindən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən Şəhadətnamə və Dövlət Reyestr Xidmətindən Çıxarış təqdim edilməmişdir. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizasının 08 may 2018-ci il tarixli 3903 nömrəli ekspert Rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 17 noyabr 2016-cı il tarixli RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən «xxxx» Kiçik Müəssisəsinin icarəsində olan Abşeron rayonu Pirəkəşkül kəndində yerləşən 10 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşür və «xxxx» Kiçik Müəssisəsinin icarəsində olan torpaq sahəsinin qərb tərəfindən 1 (bir) hektarı X8 tərəfindən tutularaq istifadə olunur. Birinci instansiya məhkəməsində cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 və X9 ifadələrində cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin və iddiaçı “xxxx” X7 rayonu Pirəkeşkül kəndi ərazisində torpaq sahələrinin olduğunu, həmin torpaq sahələrinə görə həmin təsərrüfatlar arasında mübahisə yarandığını və son illər X2 həmin ərazidə kənd təsərrüfatı məhsulları yetişdirməklə məşğul olduğunu təsdiq etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Məcəllənin 66-cı maddəsinin tələblərinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin tələblərinə görə, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmə tədqiqatı zamanı müəyyən edildi ki, Abşeron rayonu Pirəkəşkül kəndi ərazisində yerləşən 10 ha torpaq sahəsi iddiaçı “xxxx” Kiçik Müəssisəsinə (VÖEN **********) 99 il müddətinə icarəyə verilmiş və həmin icarə hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınaraq müvafiq Çıxarış verilmişdir. Abşeron rayonu Pirəkəşkül-Qobustan Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli icarə müqaviləsi (28 sentyabr 1990-cı il tarixli sərəncama istinad olunmaqla) ilə Abşeron rayonu Pirəkəşkül kəndi ərazisində yerləşən 10 ha sahəsi 15 il müddətinə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmiş olsa da, həmin icarə müqaviləsi əsasında yaranmış icarə hüququ Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Abşeron rayon X13 İcraiyyə Komitəsinin 28 noyabr 1991-ci il tarixli 263 nömrəli qərarı əsasında iddiaçı “xxxx” Kiçik Müəssisəsinə ayrılmış (icarəyə verilmiş) Abşeron rayonunun Pirəkeşkül kəndi ərazisində yerləşən 10 (on) hektar torpaq sahəsinin qərb tərəfdən 1 (bir) hektar hissəsi cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) tərəfindən zəbt olunmuşdur. Bununla da, cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçının qanuni əsaslarla icarəsində olan torpaq sahəsindən istifadə etməklə, iddiaçının əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə maneçilik törədir. Halbuki, hər bir şəxs qanuni əsaslarla istifadəsində və sahibliyində olan əmlakdan sərbəst, öz iradəsinə uyğun olaraq sahiblik, istifadə etmək və sərəncam vermək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1 və 158.1.2-ci maddələrinə əsasən, əmlakdan istifadə hüququ da mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kollegiya qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPMnin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Cavabdehin qanuni təmsilçisi apelyasiya baxışı zamanı şikayəti əsaslandırmamış, apelyasiya şikayətinin əsaslı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən görünür ki, iddiaçının həmin torpaq sahəsinə qanuni qeydə alınmış mülkiyyət hüququ mövcuddur. Beləliklə kollegiya yuxarıda qeyd olunanlarla apelyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki işə apelyasiya qaydasında baxılması üçün cavabdeh tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli, 2-2(119)- 113/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2mmersiya Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-2(105)-61/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-61/2021
26.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver