Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-117/2023 03.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin zəbt edilmiş hissəsinin müəyyən edilərək həmin hissədən cavabdehin əmlakı ilə birlikdə çıxarılması tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı pul tələbi barədə Şirvan Kommersiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı Füzuli rayonu Böyük Bəhmənli kəndində MH seriyalı ******* saylı çıxarışla adına qeydiyyata alınmış 0.10 ha torpaq sahəsinin 0.03 ha hissəsinin icarəsi ilə bağlı cavabdeh (“Lukoil”) Cavabdeh MMC ilə aralarında bağlanmış icarə müqaviləsindən kənar cavabdeh tərəfindən zəbt edilmiş hissənin müəyyən edilməklə həmin hissədən cavabdeh (“Lukoil”) Cavabdeh MMC-nin əmlakı ilə birlikdə çıxarılmasına dair ilk iddia ərizəsi və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı şikayətlə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli e-2- 2(121)-600/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(106)-102/2023 nömrəli qərardadına əsasən İddiaçı şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)- 600/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, belə ki, apellyasiya MPM-də apellyasiya şikayətnin formasına dair 2 saylı əlavə ilə forma məzmuna əməl edilməklə verilmişdir. Göründüyü kimi, göstərilən halların heç biri Şirvan Apellyasiya Məhkəməsinin öz qərardadı ilə şikayətin geri qaytarılmasına əsas vermirdi, yəni apellyasiya şikayətinin mətnində əsaslanmış və narazılığı göstərilmiş 1 əsasın olması belə şikayətin apellyasiya məhkəməsinə göndərilməsinə kifayət edir, amma apellyasiya şikayətində 4 hüquq pozuntusu əsası qoyulmasına baxmayaraq, məhkəmə özü qərardadının 6-cı qrafasının düzgün tərtib edilmədiyini, ardıcıllığın pozulduğunu qeyd etmişdir. Qərardadın ikinci hissəsində apellyasiya şikayətinin müddətinin ötürülməsi qeyd edilmişdir. Bu müddəa tamamilə əsassızdır. Belə ki, İddiaçı apellyasiya şikayətini müddət ötürmədən vermişdir. İndiyədək müddət həmin iş üzrə mövcud qərardadın apellyasiya instansiyasında baxılmasına səbəb olmuşdur, müddət ötürülməsi müddəasının tətbiq edilməsi şəxsin çəkişmə prinsipinin pozulması, işin apellyasiya instansiyasında baxılması hüququndan məhrum olması deməkdir. İddiaçı qətnamədən ilkin apellyasiya şikayətini vaxtında vermiş, apelyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan şikayət verildiyi üçün zaman keçməsi onun qətnamədən şikayət müddətinin ötürülməsi kimi hesab eilməsinə səbəb ola bilməz. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qərardadı ilə (hakim Zaur Abbasov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti mülki prosessual qanunvericilikdə nəzərdə tutulan apellyasiya şikayətinin forma və məzmununa uyğun tərtib edilməmişdir. Belə ki, hazırkı apellyasiya şikayətində apellyant şikayətin ünvanlandığı apellyasiya instansiyası məhkəməsinin kollegiyasının adını səhv qeyd etməklə yanaşı, məhkəmənin ünvanını göstərməmiş, əvvəlki şikayətdə olduğu kimi yenə də maddi hüquq normalarının pozulmasına dair dəlillər hissəsində birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin yalan və uydurma əqdlərə dair 340.1-ci və 340.2-ci maddələrinin yalnış tətbiq edilməsi qeyd olunmuşdur. Halbuki, qətnamədə gəlinən nəticələrin hüquqi əsaslandırılması üçün həmin maddi hüquq normalarına ümumiyyətlə istinad edilməmişdir. Bununla yanaşı, apellyasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsinin 2-ci qrafasında hazırkı işə aidiyyəti olmayan məsələyə yer verilmiş və həmin məsələ ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən pozuntuya yol verildiyi göstərilmişdir. Bununla da, müəyyən olunur ki, apellyant əvvəlki apellyasiya şikayətinin tərtib olunmasında yol verdiyi nöqsanları yenidən təkrarlayaraq mülki prosessual qanunvericiliyə uyğun olmayan şikayətlə yenidən məhkəməyə müraciət etmişdir. Bundan əlavə, apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılmalıdır. İddiaçı şikayətlə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-2-2(121)-600/2023 nömrəli qərardadının ləğv edilməsini, işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası yazılı icraat qaydasında şikayətin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq diqqətə çatdırır ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Bundan əlavə, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Habelə, MPM-in 133.1-ci maddəsinin tələbinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Ancaq MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayət təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-2-2(121)-600/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şirvan Kommersiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-2-2(121)- 600/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli e-2-2(121)- 600/2023 saylı qərardadı şikayətə əsasən dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-117/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-117/2023
03.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver