Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-117/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli e-2-2(121)-430/2025 saylı qətnaməsindən (hakim R.Nəbiyev) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlkin olaraq İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, 33770 manat əsas borc, bank uçot dərəcəsinə uyğun olaraq illik 7.75 faiziə bir il iki ay üçün hesablanan 3053.17 faiz borcu, mənəvi ziyan hesabına 3000 manat və məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 203.31 manat dövlət rüsumu olmaqla, cəmi 40026.48 manat pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı tələbinin həcmini azaldaraq 33770 manat əsas məbləğ və ödənilmiş dövlət rüsumuna görə 203.31 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2023-cü ilin ortalarında respublikanın cənub bölgəsində özünü toyuq məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan şəxs kimi təqdim edən Cavabdeh ilə tanış olmuş və müxtəlif vaxtlarda ona satış üçün donmuş toyuq məhsulları vermişdir. Belə ki, 3 iyul 2023-cü ildə 20463 manatlıq, 13 iyul 2023-cü il tarixdə 12160 manatlıq, 21 iyul 2023-cü ildə 15978 manatlıq və 16 avqust 2023-cü il tarixdə 8518 manatlıq, cəmi 57120 manatlıq “Bahar” brendinə məxsus donmuş toyuq məhsulları Cavabdeh verilmişdir. Cavabdehlə aralarında olan danışığa əsasən bütün məbləği 2023-cü ilin avqust ayının axırına kimi ödəməli idi. Lakin cavabdeh vədinə əməl etməmiş, xx.xx.2023-cü ildə 6800 manat, xx.xx.2013-cü ildə 5000 manat, xx.xx.2023-cü ildə 8000 manat, xx.xx.2023-cü ildə 1500 manat, xx.xx.2023-cü ildə 500 manat pul ödəmişdir. Bundan sonra cavabdehdən qalan pulları bütövlükdə ödəyib, borcunu bağlamasını tələb etdikdə sonuncu toyuq məhsulunun guya 4 tonunun xarab olduğunu bildirmişdir. Cavabdeh bu sözlərini eşitdikdən dərhal sonra iddiaçı Bakı şəhərindən Lənkəran şəhərinə getmiş, orada cavabdehi tapıb ondan anbarı açıb 4 ton xarab məhsulu təqdim etməsini tələb etmişdir. Anbara baxış keçirərkən məlum olmuşdur ki, belə bir hal yoxdur, cavabdeh iddiaçını aldatmağa çalışmışdır. Həmin vaxt cavabdehin iddiaçıya olan borcu 35320 manat təşkil edirdi. 14 noyabr 2023-cü il tarixdə cavabdehlə sonuncu görüşləri olmuşdur. Görüşdə Cavabdeh qardaşı kimi təqdim etdiyi Mahir adlı şəxs də iştirak etmişdir. Sonradan məlum olmuşdur ki, Mahir onun qardaşı deyil, şərikidir. Söhbət nəticəsində Cavabdeh Mahir adlı şəxsin zəmanətliliyi ilə söz vermişdir ki, borclu qaldığı 35 min manat pulu hər ayın 5-də 3000 manat olmaqla E-Manat və ya MilliÖn ödəniş terminalları vasitəsi ilə ödəyəcək, ödəniş qəbzini Vatsap vasitəsi ilə təqdim edəcəkdir. Bu barədə qəbz tərtib edilmiş, qəbzə Cavabdeh özü şəxsən imza ataraq təsdiq etmişdir. Mahir adlı şəxs iddiaçıya 2 nömrə verərək Cavabdeh borcu ödəməyəcəyi təqdirdə ona bildirilməsini xahiş etmişdir. Lakin həmin şəxsin daha sonrakı vaxtlarda 2 nömrəsi ilə əlaqə saxlamaq cəhdləri olsa da, nömrələrin bağlı olduğu məlum olmuşdur. Qəbzin tərtibindən sonra yalnız bir dəfə, yəni 6 dekabr 2023-cü il tarixdə Cavabdeh 1650 manat məbləğində ödəniş etmişdir. Bundan sonra cavabdehdən dəfələrlə tələb edilməsinə baxmayaraq o, müxtəlif əsassız bəhanələrlə iddiaçını aldatmış, borclu qaldığı ümumilikdə 33770 manatı ona qaytarmamışdır. Həmin pul vəsaitini indiki zamana qədər qaytarmadığından hazırda cavabdehin 35000 manat məbləğində borcu yaranmışdır. Lakin, cavabdeh həmin pul vəsaitini qaytarmamaqla yanaşı, bunun üçün heç bir təşəbbüs göstərməmişdir. Mövcud mübahisə ilə əlaqədar Lənkəran ŞRPŞ-nə müraciət olunmuşdur. Müqaciət əsasında toplanmış HK-1/1255 saylı material üzrə təhqiqatçı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda Cavabdeh əməllərində cinayət tərkibi olmadığına görə cinayət təqibinin rədd edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə ona borcla bağlı mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Təhqiqat zamanı Cavabdeh izahatı alınarkən İddiaçı sonuncu dəfə 6 dekabr 2023-cü il tarixdə 1650 manat pul ödəmiş olduğunu və ondan bəri maddi vəziyyətinin pis oduğu üçün qalan 33770 manat pulu ödəmək imkanında olmadığını bildirmişdir. Bu hal bir daha onu təsdiq edir ki, Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır. Belə ki, hazırda cavvabdeh tərəfindən həmin pul vəsaitinin iddiaçıya qaytarılmaması, iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş və bununla əlaqədar iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli e-2-2(121)-430/2025 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 33350 manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 190.05 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunması, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında verdikləri izahatda bildirmişlər ki, iddianı qismən, yəni 13000 (on üç min) manat həcmində qəbul edirlər. İddiaçı qeyd etdiyi miqdarda mal verdiyinə dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız sözlə bu qədər cavabdehə mal verdiyini iddia edir. Belə ki, iddiaçı cavabdehə hər hansı bir qaimə verməmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o kənd təssərüfatı malları istehsal etdiyindən vergidən azaddır. Lakin Vergi Məcəlləsinin tələbinə əsasən satdığı mallara görə elektron qaimə təqdim etməlidir. Bu barədə vergi orqanlarından aldıqları cavabı məhkəməyə təqdim etmişlər. Məhkəmə həmin sübuta heç bir qiymət verməmişdir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, iddia ərizəsindən, iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatından görünür ki, İddiaçı 2023-cü ilin ortalarında Cavabdeh aralarındakı şifahi alqı-satqı müqaviləsi əsasında donmuş toyuq məhsulları vermişdir. Məhkəmə alqı–satqı müqaviləsindən danışarkən belə bir müqvilənin mövcud olmasını etibarsız sübutlarla təsdiq edir. Cavabdeh qanunun verdiyi bu ixtiyardan istifadə edərək müqavilənin icrasından imtina etmişdir. Mülki Məcəllənin 589.1-ci maddəsində qeyd olunur ki, əgər alqı–satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Həmin Məcəllənin 589.2-ci maddəsində qeyd olunur ki, əgər əşya üçün qarantiya və ya yarararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alqı–satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Alıcı əşyasnın qüsurları barəsində satıcıya daha qısa müddətdə, yəni bir ay müddətində məlumat vermişdir. Mülki Məcəllənin 329.1-ci maddəsində qeyd edilir ki, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Hazırki iş üzrə müəyyən edilmiş forma tələblərinə əməl edilmədiyi üçün bağlanmış əqd etibarsız sayılmalıdır. Həmin Məcəllənin 329.2-ci maddəsində qeyd olunur ki, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmin Məcəllənin 329.3 - cü maddəsində qeyd olunur ki, Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Cavabdeh həmin əqdi bağlamamış və satıcıya göndərdiyi malları aparmaq barədə məlumat vermişdir. Həmin Məcəllənin 406.1-ci maddəsində eyd olunur ki, Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 600.1-ci maddəsində malların nisiyə satılması üçün qaydalar müəyyən edilmişdir və həmin maddənin mənasına görə tərəflər arasında sadə bağlanmış müqavilə olmalı idi, lakin satıcı bu tələblərədə əməl etməmişdir. MPM-in 9.2-cü maddəsində qeyd olunur ki, Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağrılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlilləri, sübutlar və hüquqi nəticələr barəsində bir-birinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Cavabdeh tərəf öz tələblərini əsaslandıran dəlilləri, sübutları iddiaçı tərəfə təqdim etmişdir. Lakin iddiaçı tərəf malları nə vaxt təhvil verdiyini, malların sənədlərin olmamasının və ya nə üçün həmin sənədləri alıcıya təqdim etməməyi barədə məhkəməyə hər–hansı bir sübut təqdim etməmişdir. Tələb etsələr də həmin əsaslar və sübutlar təqdim edilməmişdir. MPM-in 9.3-cü maddəsində qeyd edilir ki, hakim bütün hallarda prosessin çəkimşmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə pirinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Bu kommersiya işində məhkəmə müzkirə etdiyi dəllilərlə, onların verdiyi izahatlarla, sənədlərlə deyil, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərə əsaslanmış və bununlada qanunun tələbini pozmuşdur. MPM-in 76.1-ci maddəsində qeyd olunur ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsində qeyd edir ki, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin müəyyən olunan hallarına əsasən hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında şifahi şəkildə bağlanmış alqısatqı müqaviləsi üzrə onların ayrı-ayrı həyata keçirdikləri sahibkarlıq fəaliyyətlərindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Beləki alqı-satqı müaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Daha sonra məhkəmə qeyd edir ki, alqısatqı müqaviləsi üzrə malı cavabdehə verdiyini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür, aldığı malın dəyərini ödədiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. İddiaçı malı alıcıya təhvil verməsi barədə hər hansı bir sübut təqdim etməmişdir. O, yalnız cavabdehin etiraflarına əsaslanmışdır. Məhkəmə də həmin etirafları əsas götürmüşdür. Halbuki iddiaçı alqı-satqı müqaviləsinin digər şərtlərini yerinə yetirməsi barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. MPM-in 388-ci maddəsində qeyd olunur ki, Apellyasiya instansiya məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya məhkəməsində yeni sübutlar tədqiq edilərsə alqı- satqı müqaviləsinin tələblərinə əməl edilməməsi yəni bu faktiki halın işin nəticəsinə təsir edəcək halları müəyyən edilməmişdir. Halbuki iş materiallarından və cavabdeh tərəfin təqdim etdiyi sübutlardan aydın görünür ki, iddiaçı alqı-satqı müqaviləsinin tələblərinə əməl etməmişdir. MPM-in 389-cü maddəsində qeyd olunur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olurki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardada qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə iddia tələbini təmin edərkən iş üzrə mövcud olan hansı faktlara və sübutlarla iddianı təmin etməsi məlum deyildir. Məhkəmə öz qətnaməsində həmin sübutları qeyd etməmişdir. MPM-in 390-cı maddəsində qeyd olunur ki, məhkəmənin qətnamədə və ya qərardada göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə bu mülki iş üzrə göstərdiyi dəlillər işin hallarına uyğun deyildir və tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə rədd olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası təfərlərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı borclu olduğu 35000 manat pulu hər ayın 5-də 3000 manat olmaqla “E-Manat” və ya “MilliÖn” ödəniş terminalları vasitəsi ilə ödəyəcəyini, ödəniş qəbzini Vatsap vasitəsi ilə təqdim edəcəyini bildirmişdir. İş materiallarından görünür ki, iddiaçının və onun nümayəndəsi tərəfindən maddi sübut olan səs yazısı məhkəməyə təqdim edilmişdir. Həmin səs yazısından anlaşılır ki, Cavabdeh iddaçıya borclu olduğu 35000 manat pulu hər ayın 5-də 3000 manat olmaqla “E-Manat” və ya “MilliÖn” ödəniş terminalları vasitəsi ilə ödəyəcəyini, ödəniş qəbzini Vatsap vasitəsi ilə təqdim edəcəyini bildirir, eyni zamanda qəbzədki mətnin başqa şəxs tərəfindən yazılmasını xahiş edir və sonda özünün imzalayacağını qeyd edir. Cavabdehin vəkili-nümayəndəsi Vəkil2 Xudat oğlu tərəfindən təqdim edilmiş fleş-kartda olan görüntülərdən yararsız toyuq məhsulları olduğu müşahidə edilir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 17 aprel 2024-cü il tarixli, pretenziya məktubunun surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış şifahi alqısatqı müqaviləsi üzrə yaranmış borcun 10 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh məlumatlandırılmışdır. İddiaçı 30 aprel 2024-cü il tarixli şikayəti əsasında toplanmış HK-1/1255 saylı material üzrə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Murad Adilzadə tərəfindən qəbul edilmiş 17 may 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı”ndan görünür ki, təhqiqat zamanı izahatı alınmış Cavabdeh aşağıdakıları bildirmişdir: Lerik rayonu Amburdərə kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Lənkəran rayonu Şiləvar kəndində özünə məxsus fərdi yaşayış evində yaşayır. Bakı şəhər sakini İddiaçı bir il olar ki, tanıyır. Özü broyler toyuqlarının alqı-satqısı ilə məşqul olur. Farizin isə Bakı şəhərində broyler toyuqlarının saxlanması və kəsimi ferması vardır və onlar öz broyler toyuqlarını «Bahar» brendi ilə satırlar. Təxminən 2023-cü ilin iyun ayının sonlarında kimsə onun mobil nömrəsini İddiaçı verdiyi üçün Fariz ona zəng edib broyler toyuqlarını topdan qiymətə təklif etmiş, Farizlə aralarında kiloqramı 4 manat 50 qəpiyə razılaşmış və Fariz onun üçün Lənkərana 20000 (iyirmi min) manatlıq «Bahar» brendi adında broyler toyuqları göndərmişdir. Toyuqları qəbul edib Lənkəran şəhərində icarə ilə işlətdiyi anbara yükləmişdir. Farizlə razılaşmalarına görə Fariz ona malı nisyə göndərir, o, satdıqdan sonra pulunu göndərməli idi. Həmin malı hissə-hissə dükanlara payladıqdan bir neçə gün keçdikdə sonra dükan sahibləri ona malın yəni, broyler toyuqlarının xarab mal olduqlarını bildirmişlər. O, da həmin dükanlara gedib həmin toyuqların video çəkilişini edib vatsap vasitəsi ilə Farizə göndərmiş və demişdir ki, mal xarabdır, Fariz isə ona «narahat olma imkan daxilində sat və ya onun əvəzinə sənə yeni mal gondərəcəm» sözlərini demiş, o, da həmin xarab malı it yemi kimi dəyərsiz qiymətə satmışdır. Sonradan Fariz ona hissəhissə 2023-cü ilin avqust ayına kimi müxtəlif çəkidə broyler toyuqları göndərmiş və o, satasata Farizə pulları MiliÖn vasitəsi ilə göndərsə də, Farizə hazırda 13770 manat pul borcludur. Farizin ona göndərdiyi 20000 manatlıq mal isə xarab olduğu üçün onu tullamış və bu barədə onun özünə bildirmişdir. Sonuncu dəfə 6 dekabr 2023-cü il tarixdə Farizə 650 manat pul ödəmiş, ondan bəri maddi vəziyyəti pis olduğu üçün ödəniş edə bilməmişdir. Farizə cəmi 13770 manat pul borcludur və həmin pulu imkanı olduqda hissəhissə ödəməyiə söz verir. Farizi aldatmaq və onun pulunu mənimsəmək kimi hər hansı fikri və niyyəti olmamışdır. Onlar ticarətlə məşğul olurmuşlar sadəcə son bir neçə ayı o, zərərə işlədiyi üçün maddi imkanı pisləşmişdir. O, ki, qaldı Farizə bu barədə yəni 33770 manat pul borclu olmağı barədə qəbz yazmağına səbəb Farizin onun yanına bir necə nəfərlə gəlib onunla sərt danışıqlar apardığı üçün qorxaraq belə bir qəbz yazıb imzalamışdır. Bir daha bildirir ki, onun Farizə cəmi 13770 manat borcu vardır, 20000 manat pulu Farizin ona vermiş olduğu xarab malına görə hesablamış və xarab malı Farizin özünün razılığı ilə tullamışdır. Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru Murad Adilzadənin 17 may 2024cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı” İddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, Lənkəran Rayon Məhkəməsinin 2 sentyabr 2024-cü il tarixli 6(049)-5/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 6(106)-44/2024 saylı qərarları ilə şikayətləri təmin olunmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 82.-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir, 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır, 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər, 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir, 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir, 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır, 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür, 598.1-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər məhsulların alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflərin izahatları iş materiallarına əlavə olunan sənədlərin tədqiqinə əsaslanan işin mübahisəsiz müəyyən olunan faktiki halları aşağıdakılardan ibarətdir : tərəflər arasında iddiaçının istehsal etdiyi «Bahar» brendinə aid broyler toyuqlarınının alqı-satqısından irəli gələn münasibətlər formalaşmış, iddiaçı dəyərinin sonradan ödənilməsi şərtilə cavabdehə dondurulmuş toyuq məhsullarını nisyə satmışdır. Cavabdeh iddiaçıdan almış olduğu toyuq məhsullarına görə 13770 manat borcunun qaldığını etiraf edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıdan almış olduğu 20000 manat dəyərində toyuq məhsullarının xarab olmasını, bununla bağlı iddiaçını məlumatlandırdığını və onun razılığı ilə tulladığını bildirir. İşin mübahisəli halı ilə bağlı iddiaçı cavabdehin almış olduğu toyuq məhsullarına görə onun qarşısında 35000 manat borcunun yaranmasına, hər ayın 5-də 3000 manat olmaqla “E-Manat” və ya “MilliÖn” ödəniş terminalları vasitəsi ilə ödəyəcəyinə və ödəniş qəbzini Vatsap vasitəsi ilə təqdim edəcəyinə dair imzaladığı 14 noyabr 2023-cü il tarixli qəbzi və həmin qəbz tərtib olunan zaman qeydə alınan səs yazısını təqdim edir. Eyni zamanda bildirir ki, qəbzin tərtibindən sonra yalnız bir dəfə, yəni 6 dekabr 2023-cü il tarixdə cavabdeh borcundan 1650 manat məbləğində ödəniş etmişdir. Cavabdeh iddiaçıdan almış olduğu 20000 manat dəyərində toyuq məhsullarının xarab olduğunu və iddiaçının razılığı əsasında onları tulladığını bildirir və bunu təsdiq edən mötəbər hesab edilə biləcək sübutlarını təqdim edə bilmir. Təqdim edilmiş fleş-kartda olan görüntülərdən yararsız toyuq məhsulları olduğu müşahidə edilsə də, cavabdehin toyuq məhsullarının topdan satışını həyata keçirən bir şəxs olması nəzərə alınaraq həmin toyuqların iddiaçı tərəfindən satılan toyuq məhsulları olması, miqdarı, dəyəri barədə heç bir rəsmiləşdirilmə aparılmamışdır. Bundan savayı toyuq məhsullarının xarab olmasına dair cavabdeh tərəfindən iddiaçıya hər hansı bir pretenziya verilməmş, yaxud xarab çıxdığı bildirilən toyuq məhsullarının tullanmasına iddiaçının razılıq verməsinə dair sübut təqdim olunmamışdır. Kollegiya cavabdehin sözləri ilə öz yaxını tərəfindən tərtib olunmuş və cavabdehin imzası ilə təsdiq olunmuş 14 noyabr 2023-cü il tarixli qəbzi daha mötəbər sübut hesab edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Cavabdeh iddiaçı ilə aralarında formalaşan toyuq məhsullarının alqı-satqısından irəli gələn öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçının tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 14 mart 2025-ci il tarixli e-2-2(121)-430/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2-2(106)-117/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-117/2025
09.07.2025 · Sair işlər - Korporativ mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver