Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-129/2024 15.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X8 Tərlan oğlunun sədrliyi ilə, X7 və Mayılov Samir İlham oğlundan ibarət məhkəmə tərkibində, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh X1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 1921/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh X1 qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı X9 istifadəsində və dövlət mülkiyyətində olan 29.132,9 kv.m torpaq sahəsinin X3 tərəfindən qanunsuz olaraq zəbt edilmiş 1373.3 kv.m və 58 kv.m hissələrinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1921/2024 saylı qərardadı ilə iş üzrə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, iddiaçıya hazırki tələbi ilə əlaqədar inzibati icraat qaydasında aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında münasibətin yaranmasına səbəb iddiaçının normativ hüquqi aktlarla müəyyən edilmiş nəzarət funksiyasını yerinə yetirməsi, cavabdehin isə iddia ərizəsində göstərildiyi kimi dövlət mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etməsi olmuşdur. Bu münasibətlərin xarakteri nəzərə alındıqda isə onun tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəldiyini söyləməyə əsas vermir. Cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsini həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə əlaqələndirmək mümkün olsa da, iddiaçının dövlət (inzibati) orqanı olaraq dövlət mülkiyyətində olan torpaqların mühafizəsinə nəzarət funksiyasını həyata keçirməklə bağlı yaranmış hazırkı tələbini heç bir halda iddiaçının mülki hüquq subyekti olaraq həyata keçirdiyi fəaliyyətindən, o cümlədən sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə mülki, o cümlədən kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz. İddiaçının nümayəndəsi Vəkil qərardaddan şikayət verərək qərardadın ləğvini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən X5 qarşı hazırkı iddia əvvəlcə 2023-cü ilin əvvəlində Şirvan Kommersiya Məhkəməsində qaldırılmışdır. Lakin həmin məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(121)-729/2023 nömrəli qərardadı ilə aidiyyət qaydalarının pozulması səbəbindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(121)- 729/2023 nömrəli qərardadında (hakim Zaur Abbasov) qeyd olunmuşdur ki, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsini həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıməqsədi ilə əlaqələndirmək mümkün olsa da, iddiaçının dövlət orqanı olaraq dövlət mülkiyyətində olan torpaqların mühafizəsinə nəzarət funksiyasını həyata keçirməklə bağlı yaranmış hazırkı tələbini heç bir halda iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz və işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin qeyd edilən qərardadını aldıqdan sonra iddia yenidən ümumi qaydada Masallı Rayon Məhkəməsində qaldırılmışdır. Lakin həmin məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(050)-614/2024 nömrəli qərardadı ilə mübahisənin iqtisadi xarakter daşıdığını və ümumi məhkəmədə baxılmalı olmadığı səbəbindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yenidən geri qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin qeyd edilən qərardadından şikayət verilmiş və Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərdən ibarət qarışıq tərkib tərəfindən həmin şikayətə baxılaraq, xx.xx.2024-cü il tarixli e-2(102)-1423/2024 nömrəli qərar ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(050)-614/2024 qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilən səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırkı iddia tələbi ilə yenidən Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Buna baxmayaraq, Şirvan Kommersiya Məhkəməsinin eyni hakimi (Zaur Abbasov) tərəfindən əvvəlki, yəni xx.xx.2023- cü il tarixli qərardadında qeyd olunanların tamamilə əksinə olaraq iddia tələbinin mülki (kommersiya) xarakteri daşımaması nəzərə alınaraq, hazırkı iddiaya aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu bildirilmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixli e-2-2(121)- 1921/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin yenidən icraata qəbul edilməsindən imtina edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-729/2023 nömrəli qərardadında (hakim Zaur Abbasov) qeyd olunmuşdur ki, cavabdehin mübahisəli torpaq sahəsini zəbt etməsini həmin torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması məqsədi ilə əlaqələndirmək mümkün olsa da, iddiaçının dövlət orqanı olaraq dövlət mülkiyyətində olan torpaqların mühafizəsinə nəzarət funksiyasını həyata keçirməklə bağlı yaranmış hazırkı tələbini heç bir halda iddiaçının sahibkarlıq fəaliyyətindən irəli gələn tələb kimi qəbul etmək olmaz. Bu tələb əşya hüquqi tələb olmaqla, iddiaçının dövlət orqanı kimi nəzarət səlahiyyətlərindən yaranan tələbdir. Bu tələbə isə kommersiya xarakterli mübahisədən yaranan tələb kimi baxıla bilməz və işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin qeyd edilən qərardadını aldıqdan sonra iddia yenidən ümumi qaydada Masallı Rayon Məhkəməsində qaldırılmışdır. Lakin həmin məhkəmənin xx.xx.2024-cü il tarixli e-2(050)-614/2024 nömrəli qərardadı ilə mübahisənin iqtisadi xarakter daşıdığını və ümumi məhkəmədə baxılmalı olmadığı səbəbindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər yenidən geri qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin qeyd edilən qərardadından şikayət verilmiş və Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərdən ibarət qarışıq tərkib tərəfindən həmin şikayətə baxılaraq, xx.xx.2024-cü il tarixli e-2(102)-1423/2024 nömrəli qərar ilə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(050)-614/2024 qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qeyd edilən səbəbdən Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırkı iddia tələbi ilə yenidən Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Buna baxmayaraq, Şirvan Kommersiya Məhkəməsinin eyni hakimi (Zaur Abbasov) tərəfindən əvvəlki, yəni xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunanların tamamilə əksinə olaraq iddia tələbinin mülki (kommersiya) xarakteri daşımaması nəzərə alınaraq, hazırkı iddiaya aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu bildirilmiş və bu səbəbdən xx.xx.2024-cü il tarixli e-2-2(121)- 1921/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin yenidən icraata qəbul edilməsindən imtina edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1921/2024 saylı qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və işin müəyyən edilmiş hallarına prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verərək belə yekun nəticəyə gəlir ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1921/2024 saylı qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)- 1921/2024 saylı qərardadı ləğv edilməli, iş materialları yenidən araşdırılması üçün Şirvan Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki ,Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-cı maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Bununla yanaşı, qeyd edilməlidir ki, MPM-in 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Kollegiya həmçinin diqqətə çatdırır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli qərarında qeyd edilmişdir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. Qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı tələb üzrə dövlət orqanı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti X3 tərəfindən Masallı rayonu Bədəlan kəndində yerləşən 1 saylı X9 istifadəsində və dövlət mülkiyyətində olan 29.132,9 kv.m torpaq sahəsinin qanunsuz olaraq zəbt edilmiş 1373.3 kv.m və 58 kv.m hissələrinin boşaldılaraq ona təhvil verilməsini xahiş etmişdir. Beləcə, hazırkı tələb əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi barədədir. Burada mübahisənin (hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri) sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi halı mövcud deyildir. Bu mənada hazırkı münasibət kommersiya xarakterli deyildir. Eyni zamanda qeyd edilməsi zəruridir ki, hazırkı mübahisə publik xarakter daşımır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli qərarında isə göstərilmişdir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərlə yanaşı diqqətə çatdırır ki, hər kəsin qanunla qorunan öz hüquq və azadlıqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə müdafiəsindən istifadə etmək hüququna hörmət baxımından mübahisələndirilən qərardadla əldə edilən qənaət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla, mülki məhkəmə icraatının vəzifələrinin imperativ göstərişlərinə uyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilmiş “məhkəmə hüququ” məhkəmənin əlçatan olmasını, o cümlədən məhkəmədə mülki işlər üzrə iddia qaldırmaq imkanını ehtiva edir. Bununla belə, bu hüquq mütləq deyil və məhdudiyyətlərə məruz qala bilər (“X2rşı” iş üzrə 28 may 1985-ci il tarixli və “Bellet Fransaya qarşı” iş üzrə 04 dekabr 1995-ci il tarixli qərarlar). MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 397.2, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(121)-1921/2024 saylı qərardadı ləğv edilsin və yenidən araşdırılması üçün iş materialları Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-129/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-129/2024
15.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver