Məhkəmə qərarları › İş №2-2(106)-132/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-132/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-132/2024 15.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Maraqlı şəxs, onun nümayəndəsi-vəkili Nümayəndə2, vəkili Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı - cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə kreditə görə 150.000 manat, faiz borcuna görə 5.371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155.371,81 manat, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 120.000 manat, faiz borcuna görə 2.700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122.700,54 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun tutulması; tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 155.371,81 manat və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat, mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlaklarin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Əsgərov X3 şəhəri, Qurtuluş küçəsi, 33 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5 Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, əmlakların boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının və Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2002 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF447 saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 (iki yüz yetmiş səkkiz min doqquz yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, Tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binasına və Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manat və Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 (bir yüz qırx dörd min) manat məbləğində olmaqla açıq hərracda satılması, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul İddiaçı ASC-yə olan borcun ödənilməsi, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul İddiaçı ASC-yə olan borcun ödənilməsi, Tutma ipoteka predmetlərinə yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın və dövlət rüsumu kimi ödənilmiş 168,07 manatın Cavabdeh4 və ya Cavabdeh5 əmlakı hesabına ödənilməsi digərinin əmlakı hesabına ödənilməsini, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh4 qaytarılması, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh5 qaytarılması, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi 1 ay ərzində boşaldılması, İddia qalan hissədə rədd edilməsi, İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi, İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 900 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh5, 500 manatı isə Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, "xxxx" ASC “Müştərək Xidməti Departamenti”, Bankın kodu: 805250, Müxbir hesab AZ03NABZ013501**********2944, SWİFT: İBAZAZ2X, Hesab № AZ20İBAZ********************) ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-19/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e2-2(121)474/2022 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-297/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh3 kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 16 fevral tarixli 2-2(106)-19/2023 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, e-2-2(121)-474/2002 saylı qərardadına əsasən Maraqlı şəxs Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2-2(121)-474/2002 saylı qərardadına əsasən Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2- 2(121)-474/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 həmin qətnamədən apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 05 may 2024-cü il tarixli, e-2-2(121)-474/2002 saylı qərardadına əsasən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 - prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxılması üzürlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Kommersiya işi 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, kommersiya işinə 2-2(106)132/2024 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 15 iyul 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2- 2(121)-474/2022 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər 361.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. İş materiallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin 05 may 2024-cü il tarixli, e-2-2(121)-474/2002 saylı qərardadından İddiaçı ASC tərəfindən şikayət daxil olmuş, qərardadın ləğv edilərək müddətin bərpa edilməməsi xahiş edilmişdir. İşin apelyasiya baxışı zamanı Şirvan Kommersiya Məhkəməsini tərəfindən göndərilmiş 05 iyul 2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ASC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 05 may 2024-cü il tarixli, e-2-2(121)-474/2002 saylı qərardadından verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün iş materiallarının Şirvan Kommersiya Məhkəməsinin qaytarılmalıdır. Kollegiya qeyd edir ki, hər nə qədər ki, müddətin bərpasə barədə qərardaddan iddiaçı tərəfindən verilən şikayətə hüquqi qiymət verilməmişdir, bu hal iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarar. Bundan başqa maraqlı şəxsin apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə qərardadın ləğv edilməsi və müddətin bərpasından imtina olunması, işə apellyasiya qaydasında baxılmasını mümkünsüz edir. Ona görə də, kollegiya hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilməli, Rabitəbank” ASC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 05 may 2024-cü il tarixli, e-2-2(121)-474/2002 saylı qərardadından verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün iş materiallarının Şirvan Kommersiya Məhkəməsinin qaytarılmalıdır. MPM 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Rabitəbank” ASC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 05 may 2024-cü il tarixli, e-2-2(121)-474/2002 saylı qərardadından verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün iş materialları Şirvan Kommersiya Məhkəməsinin qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar