Məhkəmə qərarları › İş №2-2(106)-141/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-141/2023

07.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-141/2023 07.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-600/2023 saylı qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Lucsaz İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı, Füzuli rayonu, Böyük Bəhmənli kəndində MH seriyalı ******* saylı çıxarışla onun adına qeydiyyata alınmış 0,10 ha torpaq sahəsinin 0,03 ha hissəsinin icarəsi ilə bağlı (Lukoil) "Lucsaz İnternational” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanmış icarə müqaviləsindən kənar cavabdeh tərəfindən zəbt edilmiş hissənin müəyyən edilməklə həmin hissədən (Lukoil) "Lucsaz İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakı ilə birlikdə çıxarılması barədə iddia ərizəsi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Lucsaz İnternational” Məhdud Məsuliyyətli Cəmiyyətinin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-600/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-600/2023 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayətlə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023cü il tarixli, e-2-2(121)-600/2023 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Şirvan Kommersiya Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, e- 2-2(121)-600/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması və həmin qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-102/2023 nömrəli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)- 600/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-600/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-600/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin, apellyant tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülməklə verildiyinə görə geri qaytarılması qərara alınmışdır. İddiaçı şikayətlə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə müraciət edərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2-2(121)-600/2023 nömrəli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-600/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması və həmin qərardaddan verilmiş şikayətin işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-117/2023 nömrəli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-600/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-600/2023 nömrəli qərardadının dəyişdirilməməsi qərara alınmışdır. Hazırda İddiaçı Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(121)-600/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli, e-2-2(121)-600/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Lucsaz international” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Füzuli rayonu, Böyük Bəhmənli kəndində MH seriyalı ******* saylı çıxarışla adına qeydiyyata alınmış 0.10 ha torpaq sahəsinin 0.03 ha hissəsinin icarəsi ilə bağlı cavabdeh (Lukoil) ‘"xxxx" MMC ilə aralarında bağlanmış icarə müqaviləsindən kənar cavabdeh tərəfindən zəbt edilmiş hissənin müəyyən edilməklə həmin hissədən cavabdeh (Lukoil) “Lucsa/İntemational" MMC-nin əmlakı ilə birlikdə çıxarılmasına dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir. Şirvan Kommersiva Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-600/2023 nömrəli qətnaməsi onlar tərəfindən 20 iyun 2023-cü il tarixdə qəbul edilmişdir. Həmin qətnamədən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş qaydada verilmədiyindən şikayəti geri qaytarmışdır. Həmin qərardaddan verdikləri şikayətə apellyasiya məhkəməsində baxılıb qaytarıldıqdan sonra yenidən apellyasiya şikayəti verilmişdir. Həmin şikayət yenidən geri qaytarılmışdır. Həmin qərardaddan verilən şikayət apellyasiya instansiyasında baxılmışdır. Bu ərizə ilə şikayəti yenidən tərtib edərək, məhkəmədən müddətin bərpa edilməsi xahiş edirlər. Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-600/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. Qərardaddan ilkin iddia üzrə iddiaçı şikayət vermiş, qərardadən ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun Lucsaz İnternational MMC-yə qarşı torpaqdan çıxarılma tələbinə dair e-2-2(121)-600/2023 saylı işi olmuşdur. Həmin iş üzrə ilkin və qarşılıqlı iddialar rədd edilmişdir. İlkin iddiaçı olaraq həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Sonuncu dəfə geri qaytarma qərardadından şikayət verilərkən Apellyasiya məhkəməsi apellyasiya şikayətinə müddət bərpa edilməsi barədə ərizə əlavə edilmədiyi qənaətinə gəlmişdir. Bundan sonra onlar müddət bərpa ərizəsi əlavə etməklə apellyasiya şikayətini məhkəməyə təqdim etmişlər. X4 məhkəməsi özünün 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə müddəti bərpa etməmişdir. Hesab edirlər ki, çıxarılmış qərardad tam qanunsuzdur. Belə ki, iş materiallarına nəzər etdikdə görmək olar ki, qətnamədən ilkin apellyasiya şikayəti müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir. Bundan sonra apellyasiya şikayəti düzgün verilmədiyindən geri qaytarılmış və qərardadın sonunda həmin qərardaddan 10 gün ərzində şikayət vermək hüquqları izah olunmuşdur. O, iddiaçı olaraq həmin qərarddan şikayət vermək hüququqlarından istifadə etmişlər. Bundan sonrakı qərardadlarda da göstərilmiş nöqsanlar aradan qaldırılmaqla geri qaytarma qərardadlarından şikayət vermişlər. Məhkəmənin yekunda müddətin bərpa edilməməsi qənaətinə gəlməsi başadüşülən deyildir. Əgər ilkin şikayət vaxtında verilmişdirsə və əgər qərardaddalardan şikayət verməyi qanun iddiaçı olaraq ona imkan tanımışsa bu müddətin ötürülməsinə səbəb ola bilərmi? Qərardaddan şikayət verilməsi qətnamədən şikayət müddətini ötürməlidirmi? Bu təzadlı məsələlərə məhkəmə hüquqi qiymət verməyərək müddəti bərpa etməməklə qanunun onlara verdiyi hüququ tam olaraq məhdudlaşdırmışdır. Odur ki, Azərbaycan Respublikasının MPM-nin müvafiq maddəsinin tələblərini rəhbər tutaraq, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. İş materiallarından müəyyən edilir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 600/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşıqlı iddia tələbləri təmin edilməmişdir. Qətnamənin surəti tərəflərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan şəxsi kabinetinə yerləşdirilmiş, iddiaçının nümayəndəsi apellyasiya şikayətini 17 iyul 2023cü il tarixdə elektron kabinetə yerləşdirmişdir. Beləliklə, müəyyən edilir ki, ilkin iddia üzrə iddiaçı apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsini əvvəl verdiyi apellyasiya şikayətlərinin qaytarılması haqqında məhkəmə qərardadlarını mübahisələndirməsi ilə əsaslandırmağa çalışmışdır. İş materiallarından görünür ki, ərizəçinin apellyasiya şikayəti ilk dəfə şikayətin səlahiyyətsiz şəxs tərəfindən imzalandığı, həmçinin apellyasiya şikayətinin forma və məzmununa dair qanunvericiliyin tələblərinə əməl edilməməsi əsasları ilə geri qaytarılmışdır. Həmin geri qaytarma haqqında qərarı ərizəçi mübahisələndirmişdir, şikayətə baxan apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etməmiş, geri qaytarılma haqqında qərardad dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra ərizəçi yenidən apellyasiya şikayəti vermişdir, həmin şikayət isə yenə də forma və məzmuna əməl edilməməsi və əlavə olaraq apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət ötürüldüyü əsasları ilə geri qaytarılmışdır. Həmin qərardad yenidən ərizəçi tərəfindən mübahisələndirilmişdir. Şikayət ərizəsini ərizəçi onunla əsaslandırmışdır ki, "apellyasiya şikayətinin müddətinin ötürülməsi ilə bağlı məhkəmənin mövqeyi tamamilə əsassızdır. Belə ki, apellyasiya şikayətini müddət ötürmədən vermişlər. İndiyədək müddətin keçməsinə həmin iş üzrə mövcud qərardadın apellyasiya instansiyasında baxılması səbəb olmuşdur. Hesab edir ki, müddət ötürülməsi müddəasının tətbiq edilməsi şəxsin çəkişmə prinsipinin pozulması onun apellyasiya instansiyasında baxılmadan məhrum olunması deməkdir. O, qətnamədən ilkin apellyasiya şikayətini vaxtında vermiş, geri qaytarmadan şikayət verildiyi üçün zaman keçməsi onun qətnamədən şikayət müddətinin ötürülməsinə səbəb ola bilməz.” Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə həmin şikayət təmin edilməmiş, geri qaytarılma haqqında qərardadda gəlinən nəticələr qanuni hesab edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, göründüyü kimi, ərizəçi hazırkı ərizəsində apellyasiya şikayətinin verilməsi müddətinin ötürülmə səbəbini yenə də geri qaytarma haqqında qərardadlardan şikayət verməsi ilə əlaqələndirmişdir. Lakin nəzərə alınmalıdır ki, əvvəla həmin əsas müddətin üzrlü səbəbdən ötürülməsi kimi qəbul edilə bilməz, digər tərəfdən isə həmin arqumentə artıq apellyasiya instansiyası məhkəməsinin qəti qərarı ilə (Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(106)-117/2023 nömrəli qərardadı) hüquqi qiymət verilmişdir. Buna görə də məhkəmə hesab edir ki, yenidən eyni arqumentlə əsaslandırılmış müddətin bərpasına dair ərizənin araşdırılması qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası baxımından yolverilməzdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qeyd etdiyi dəlillər əsassızdır və apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasına əsas ola bilməz. Hazırda şikayətə baxan apellyasiya intansiyası məhkəməsinin Kommersiya Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi müddətin bərpasına dair ərizəni rədd edərkən doğru qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunvericilikdə konkret olaraq kassasiya şikayəti verilə bilən qərardadlar göstərilmişdir. Hazırkı qərardaddan kassasiya şikayəti Mülki Prosessual Məcəllədə nəzərdə tutulmamışdır və buna görə də, hazırkı qərarddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 157-159-cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İlkin iddia üzrə İddiaçı şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, e-2-2(121)-600/2023 saylı qərardadı dəyişdirilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar