Məhkəmə qərarları › İş №2-2(106)-145/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-145/2025

16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-145/2025 16.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Vəli oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı “debitor borcun tutulması”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçınə qarşı “aktın ləğv edilməsi və həmin akt əsasında hesablanmış cərimənin silinməsi” tələblərinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2-2(121)-636/2025 saylı qətnaməsindən(hakim Z.Abbasov) iddiaçı və cavabdeh “Azərqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı “debitor borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, qeyri-yaşayış sahəsində təbii qazdan istifadə edilməsinə görə yaranmış 13346.42 manat debitor borcun və 130 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh (VÖEN **********) tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsasladırılmışdır ki, SOCAR İddiaçı İB-nin Ağsu Regional qaz istismarı İdarəsinin xidməti ərazisi olan Kürdəmir rayonunun Beyi kəndində yerləşən Cavabdeh (VÖEN **********) məxsus qeyri-yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla **********0014 saylı qaz hesabı açılmışdır. Sözügedən qeyri yaşayış sahəsinə təbii qazın verilməsi üçün isə qaz paylayıcısı ilə Cavabdeh arasında sonuncu dəfə AMX-4576/23 saylı, xx.xx.2023-cü il tarixdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır. Cavabdeh qeyriyaşayış sahəsində təbii qazdan istifadəyə görə İddiaçı İB-nə 13346.42 manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilər. Borclu təbii qazdan istifadə ilə bağlı yaranmış borcunu ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri tam ödənməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, “Azəriqaz" İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 23 aprel 2024-cü il tarixli ******* nömrəli aktının ləğv edilməsi və həmin akt əsasında hesablanmış 9504 manat cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb belə əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı İB tərəfindən tələb edilən 13346.42 manat borcun 9504 manatı 23 aprel 2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış cərimə məbləğidir. Belə ki, 2024-cü ilin aprel ayının 16-da Ağsu RQİİ-nin əməkdaşları Cavabdeh məxsus olan istixananın qaz qurğularının uçotu aparılarkən müəyyən edilmişdir ki, cihazların saatlıq qaz sərfi sayğacın maksimal sərf ölçmə qabiliyyətindən artıqdır. Bu barədə 23 aprel 2024cü İl tarixli ******* saylı akt tərtib etmişlər və həmin akta əsasən 9504 manat cərimə yazmışlar. “Azəriqaz" İB-nin Ağsu RQİİ-nin nümayəndələri tərəfindən istixanaya yazılmış 23 aprel 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və həmin akta əsasən hesablanmış 9504 manat cərimə qanunsuzdur. Qaz sayğacının yoxlanılması barədə aktdan da görünür ki, sayğac normal işlək vəziyyətdə olmuş, hesablayıcı mexanizmi işlək vəziyyətdə, yapışqan plomb və daxili impuls xəttləri normal olmuş, sayğacdan kənar xətt aşkar edilməmiş, qazdan qanunsuz istifadə halları müəyyən olunmamışdır. Aparılmış yoxlamanın nəticəsinə əsasən minimal sərfiyyatda sayğacın hesabat aparmasının günahkarı istehlakçı deyildir və həmin nöqsan istehlakçı tərəfindən törədilən nöqsan deyildir. Cavabdeh məxsus olan istixana tərəfindən istehlak edilmiş qazın dəyəri həmişə sayğacın göstəricisinə əsasən vaxtlı-vaxtında ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci ii tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhəddində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (bundan sonra-SMPDK) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablaşma mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu blomblann qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricihərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 9.4-cü bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda, qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi həyata keçirir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən qaz paylayıcısı- alqı-satqı müqaviləsi əsasında istehlakçıların qoşulduğu qazpaylayıcı boru və qurğu şəbəkəsi vasitəsilə qazın çatdırılmasını, satışını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. Cavabdehin nümayəndələri xx.xx.2024-cü il tarixdə baxış keçirərkən və akt tərtib edərkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Azərbaycanda sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması, əhalinin sosial rifahının artırılması daim dövlətin diqqət mərkəzində olub. İqtisadiyyatımızın formalaşdığı keçid dövründən başlayaraq ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə bu istiqamətdə ciddi tədbirlər həyata keçirilmiş, müvafiq normativ hüquqi aktlar qəbul edilmiş, genişmiqyaslı islahatlar aparılmışdır. Məlumdur ki, 2010-cu il aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" Fərmanda sahibkarların və istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə yoxlama prosedurunda əsaslı yeniliklər təsbit olunmuşdur. İlk növbədə yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməsinin mümkünlüyü vacib şərt kimi müəyyən edilmişdir. Bununla yanaşı, adıçəkilən sənəddə sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi barədə məlumatın əldə olunmasını təmin edən vahid məlumat reyestrinin yaradılması tapşırılmış, onun aparılması isə Ədliyyə Nazirliyinə həvalə edilmişdir. Reyestr sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, iqtisadi tərəqqinin təmin edilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, sui-istifadələrin, o cümlədən korrupsiya və ya korrupsiyaya şərait yaradan hüquqpozmaların qarşısının alınması baxımından mühüm və səmərəli dövlət nəzarəti mexanizminin bir elementidir. Əsasnaməyə uyğun olaraq sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparmaq səlahiyyətinə malik olan icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər yoxlamaları müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alındıqdan sonra keçirə bilərlər. Faktiki olaraq hər hansı yoxlamanın aparılması üçün onun reyestrdə qeydiyyata alınması məcburidir. Bu müddəa yoxlamaların keçirilməsi ilə bağlı yeni tənzimləmə mexanizminin əsas xəttini təşkil edərək sahibkarların mənafelərinin qorunmasına dövlətin verdiyi əhəmiyyətin birmənalı təzahürüdür. Təcrübədə mövcud olan və müxtəlif adlar altında keçirilən yoxlamaların qeydiyyatından yayınma hallarının qarşısının alınması vacib amillərdən biridir. Bununla əlaqədar Əsasnamədə bütün yoxlama növləri (araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və s.) dəqiq sadalanmış və adından asılı olmayaraq onların hamısının reyestrdə qeydiyyata alınmasının təmin edilməsi vəzifəsi yoxlayıcı orqanların üzərinə qoyulmuşdur. Əsasnaməyə uyğun olaraq reyestr elektron formada aparılır və buraya yoxlayıcı orqanlar, sahibkarlıq fəaliyyəti subyekti kimi vergi orqanlarında qeydiyyata alınan bütün hüquqi və fiziki şəxslər, habelə yoxlamalar barədə məlumatlar daxil edilir. Yoxlayıcı orqanlar növbəti il üzrə yoxlamaların keçirilməsi haqqında zəruri məlumatları, yəni yoxlanılan şəxsin adı, onun barəsində aparılan sonuncu yoxlama, yoxlamanın hüquqi əsası, predmeti, növü, müddəti, yoxlanılan dövr və s. məlumatları hər il 1 noyabr tarixinədək Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bütün hallarda yoxlamaların qeydiyyata alınması üçün bu barədə məlumatlar, ən azı 1 iş günü əvvəl Ədliyyə Nazirliyinə təqdim edilməli və ya onlayn rejimində göndərilməlidir. Yoxlama 1 iş günü müddətində qeydiyyata alınır, ona vahid və təkrarlanmayan yoxlama kodu verilir. Aidiyyəti orqanın vəzifəli şəxsi yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Bu müddəa sahibkarın hüquqlarının əlavə təminatı olaraq olduqca mütərəqqi və vacibdir. Əvvəla, həmin çıxarışın yoxlayıcı orqan tərəfindən təqdim edilməsi məcburidir. Çünki bu hüquq deyil, vəzifə kimi müəyyən olunur və bununla da həmin orqanın üzərinə öz tədbirinin qanunauyğun olduğunu sübuta yetirmək öhdəliyi qoyulur. Həmçinin, qeyd olunanlar yoxlamanın qanuni əsaslarla aparılması, buna ciddi dövlət nəzarətinin həyata keçirilməsi baxımından sahibkarda əminlik yaradır. Bu, sahibkara yoxlamanın qanunvericiliyə uyğun təşkil edilməsini qiymətləndirməyə və bundan asılı olaraq onun öz hüquqlarından istifadə etməsinə imkan verir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikas Qanununun 17.3-cü maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Hazırkı iş üzrə yoxlayıcı orqan olan cavabdeh yoxlamanın keçirilməsi barədə hər hansı bir məlumat verməmiş və yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı təqdim etməmişdir. Reyestrə həmçinin, yoxlamanın nəticələri, o cümlədən qanun pozuntularının aşkar edilib-edilməməsi, yol verilmiş pozuntular barədə qəbul olunmuş qərarlar, məsuliyyət tədbirləri haqqında məlumatlar daxil edilir. Aşkarlığın təmin olunması məqsədilə yoxlamalar barədə məlumatlar internet şəbəkəsində yerləşdirilir. Yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləri yalnız özlərinə aid olan yoxlamalarla bağlı məlumat bazasına daxil edilən informasiyalardan istifadə edə bilərlər. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 33.6-cı maddəsinə əsasən yoxlamanın nəticələri üzrə qərar qəbul olunduğu tarixdən beş iş günü müddətində məlumatlar yoxlamaların vahid məlumat reyestrinə daxil edilmək üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilir: Göründüyü kimi cavabdeh tərəfindən keçirilmiş yoxlamanın nəticələri reyestrə daxil edilməmişdir. Bununla da qanunun və əsasnamənin tələbləri pozulmaqla yoxlama aparılmışdır. Həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlayıcı şəxs X2 göstərilsə də, xx.xx.2024-cü il tarixdə yoxlamanı İslamov Elsevər, Əliyev Rövşən və Namazov Eltun apararaq akt tərtib etmişlər. 23 aprel 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt isə İsmayılov Emin, Qəhrəmanov Vüqar və Babaşlı Ülvi tərtib etmişlər. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterindən çıxarışdan görünür ki, yoxlama xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək keçirilməsi qeyd edilmiş, lakin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2024-cü il tarixli ******* nömrəli aktda yoxlamanın xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində keçirildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalan”nın 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa sayğacın istismara yaradığı barədə hər hansı bir araşdıma da aparılmamışdır. Yoxlama zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halın müəyyən edilməsi aşkar edilməmiş, yoxlamanın nəticəsində isə sayğacda hər hansı qüsur aşkar edilməmiş, sadəcə olaraq 9504 manat məbləğində cərimə yazılmış, halbuki həmin cərimənin hansı qaydalara uyğun olaraq hesablanması ilə bağlı İddiaçı İB heç bir sübut məhkəməyə təqdim etməmişdir. “Qazdan istifadə qaydalan”nda cavabdehin hüquq vəzifələri tam aydın şəkildə qeyd olunmasına baxmayaraq onlar bu qaydalara məhəl qoymadan, hüquq və vəzifələrin icra etmədən, heç bir obyektiv araşdırma aparmadan səlahiyyətlərindən istifadə edərək bizlərə heç bir əsası olmayan aktlar yazır, heç bir qaydalarla müəyyən olunmayan hesabatlar aparır, fikirlərindən keçən cərimələr hesablayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2-2(121)-636/2025 saylı qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3842.42 manat məbləğində borcun tutularaq İddiaçı İB-nə ödənilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia təmin olunaraq İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2024-cü il tarixli ******* nömrəli aktı ləğv edilmiş və həmin akt əsasında hesablanmış 9504 manat məbləğində cərimənin silinməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı və cavabdeh İddiaçı İB apellyasiya şikayəti verərək ləğv olunması, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İlkin iddia üzrə İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qeyri-yaşayış sahəsində təbii qazdan istifadə edilməsinə görə yaranmış 13346.42 manat (on üç min üç yüz qırx altımanat qırx iki qəpik) debitor borcun və 130 manat (yüz otuz manat) ödənilmiş rüsumun məcburi qaydada tutularaq “Azəriqaz" İstehsalat Birliyininxeyrinə (hesabına) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb edilən 13346.42 manat borcun 9504 manatı 23 aprel 2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış cərimə məbləğidir. Belə ki, 2024-cü ilin aprel ayının 16-da Ağsu RQİİ-nin əməkdaşları Cavabdeh məxsus olan istixananın qaz qurğularının uçotu aparılarkən müəyyən edilmişdir ki, cihazların saatlıq qaz sərfi sayğacın maksimal sərf ölçmə qabiliyyətindən artıqdır. Bu barədə 23 aprel 2024-cü İl tarixli ******* saylı akt tərtib etmişlər və həmin akta əsasən 9504 manat cərimə yazmışlar. “Azəriqaz" İB-nin Ağsu RQİİ-nin nümayəndələri tərəfindən istixanaya yazılmış 23 aprel 2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və həmin akta əsasən hesablanmış 9504 manat cərimə qanunsuzdur. Yoxlama aparılarkən Birlik nümayəndələri tərəfindən müvafiq qaydada Reyesterdən qeydiyyatdan keçilmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, birinci instansiya məhkəməsinin ilk növbədə diqqət etməli məqam istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlməsidir. Məhkəmənin gəldiyi qənaət həmdə ona görə əsassıdır ki, sayğaca əlavə cihazların qoşulmasında istehlakçının maddi marağı olmuşdur. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. İddiaçı İB tərəfindən cavabdehə məxsus olan qeyri-əhali obyektinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, müəssisədə quraşdırılmış qaz sayğacı faktiki olaraq istifadə çıxarışlarının sərfiyyatına uyğun deyil. Bununla bağlı Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi” haqqında Qanunun tələblərinə əsasən aparılacaq yoxlama 16 aprel 2024-cü il tarixdə reyestrdə qeydiyyatdan keçirilmiş və bununla bağlı Cavabdeh məlumat verilmişdir. Həmin inventarın yoxlanmasından Cavabdeh imtina etmişdir. Şirvan Kommersiya Məhkəməsi qətnamədə istinad etmişdir ki, sahibkarlıq sahəsində yoxlama 16-18 tarixlərdə nəzərdə tutulsa, lakin təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt 23 aprel tarixdə tərtib edilmişdir. Lakin 16 aprel 2024-cü il tarixdə həmin müəssisədə invntar aparılmış, yoxlama aktı tərtib olunub. Yoxlam aktını Cavabdeh imzalamaqdan imtina edib. Təbii qazdan istifadə edilməsi qaydalarının pozulması haqqında akt isə 16 apreldə yoxlamanın nəticəzində yazılan aktdır. Faktiki olaraq 16 aprel 2024-cü il tarixdə reyestrdən keçirilmiş akt həmin müəssisədə yoxlama nəticəsində tərtdib edilmiş akrdır. Bununla bağlı sənədləri iş materiallarına əlavə etmişik. Lakin məhkəmə belə yanaşmışdır ki, təbii qazdan istifadə qaydalrının pozulması haqqında aktı 23 aprel tarixində tərtib edilmişdir. Birinci instansiya məhkəməsinin yanaşması düzgün deyildir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı və cavabdeh "Azəriqaz" İB apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, ilk iddianın tam təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yохlanılmasını düzgün hеsab еtmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən olunur. Cavabdeh sahibkarlıq subyekti kimi xx.xx.2023-cü il tarixində vergi ödəyicisinin eyniləşdirmə nömrəsi – VÖEN (**********) verilmişdir və o, hal-hazırda Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AMX-4576/23 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı”na dair müqavilənin: 1-ci bəndinə əsasən, müqavilənin predmetini Paylayıcının bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin etməsi, İstehlakçının isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi təşkil edir; 2.1.1-ci, 2.1.2-ci, 2.1.8-ci, 2.1.11-ci və 2.1.12-ci yarımbəndlərinə əsasən, İstehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək, İstehlakçını tərəflərin razılığı ilə müəyyən edilmiş, bu müqaviləyə əlavə olunmuş və müqavilənin tərkib hissəsi olan əlavədə göstərilən həcmdə qazla təchiz etmək, İstehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək, İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə növbəti dövlət yoxlanılmasından keçirmək, “Qazdan istifadə Qaydaları”nın 4.9cu bəndinə uyğun olaraq İstehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlamasından keçirmək Paylayıcının vəzifələrinə aiddir; 2.2.1-ci, 2.2.4-cü və 2.2.5-ci yarımbəndlərinə əsasən, İstehlakçı tərəfindən istifadə olunmuş qazın sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarını müvafiq qaydada rəsmiləşdirmək və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmək, İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək Paylayıcının hüquqlarına aiddir; 2.3.1-ci, 2.3.2-ci, 2.3.4-cü və 2.3.5-ci yarımbəndlərinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək, bu müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etmək, qaz qurğularından təhlükəsiz, etibarlı və qazdan səmərəli istifadə edilməsi üçün təşkilati-texniki tədbirləri yerinə yetirmək, təqsirli hərəkətləri, habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək İstehlakçının vəzifələrinə aid edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”ın surətindən görünür ki, İddiaçı İB tərəfindən sahibkarlıq fəaliyyəti subyekti Cavabdeh barəsində xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində müvafiq yoxlamanın aparılması barədə məlumat reyestrdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı Ağsu RQİİ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tairxdə istehlakçı Cavabdeh məxsus olan ünvan 2i ünvanında yerləşən parnikdə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilərək aktlaşdırılmışdır. xx.xx.2024-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”nin surətindən görünür ki, xx.xx.2024-cü il tarixli, ******* nömrəli akta əsasən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edildiyi üçün hesablanmış 43200 m3 qazın məbləğinin ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixli nömrəli aktın surətindən görünür ki, Ağsu RQİİ-nin Kürdəmir Xidmət Sahəsinin nümayəndələri TQQSX-nın rəisi Mehdiyev Taleh, mühəndis Abbasov Daşqın, nəzarətçi Məlikov İqbal, xx.xx.2024-cü il tarixində ünvan 2i ünvanında olan qeyriyaşayış sahəsinin qaz təminatının qaynaqçı vasitəsilə dayandırılması barədə akt tərtib etmişlər. Cavabdeh abonent saldosunun surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 13346.42 manat məbləğində borc hesablanmışdır ki, həmin məbləğin 9504 manat hissəsi 2024-cü ilin aprel ayında TQİQ-na riayət olunmaması nəticəsində tərtib olunan akt əsasında hesablanmışdır . İş materiallarında olan debitor borcun ödənilməsi barədə pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixə İddiaçınə olan ümumilikdə 13346,42 manat debitor borcunun 5 gün müddətində tam şəkildə ödənilməsi qeyd olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. Reyestrə yoxlayıcı orqan, sahibkarlıq fəaliyyəti subyektləri, habelə yoxlamalar və məhdudlaşdırıcı tədbirlər barədə məlumatlar daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. Həmin Qaydaların 2.10-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmib Qaydaların 2.11-2-ci bəndinə əsasən, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Həmin Qaydaların 4.3 və 4.4-cü bəndlərinə əsasən, qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.8 və 4.9-cu bəndlərinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi hüquq normalarının tələbləri nəzərə alınmaqla hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından müəyyən olunur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”a əsasən sahibkar cavabdehə aid istixanqada yoxlama xx.xx.2024 - xx.xx.2024-cü il tarixlərində həyata keçirilməli olduğu halda, xx.xx.2024-cü il tarixdə keçirilmiş və “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli akt tərtib edilmişdir. Reyestrdə qeydiyyata alınan müddət xaricində aparılan yoxlamaların hüquqi nəticəsi tanınmadığından, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə düzgün qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi- nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki tələb üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 9504 manat təşkil etdiyindən, prosessual qanunvericiliyə əsasən hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il tarixli e-2-2(121)-636/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Qasım Əliyev Hakimlər: Tale Kərimov Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar