Məhkəmə qərarları › İş №2-2(106)-157/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-157/2025

04.07.2025 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmtəə nişanından qanunsuz istifadə ilə əlaqədar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-157/2025 04.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əliyev Qasım Vəli oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət məhkəmə tərkibində, İddiaçı “KİA Motors Corparation” şirkətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2-2(121)- 2129/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı “KİA Motors Corparation” şirkəti Cavabdehnə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən **********0796 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş və Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixli, BHS2471 saylı İnvoys sənədi ilə Çin Xalq Respublikasından 94311891 (CİPU 5182097) nömrə nişanlı dəmir yol nəqliyyatı vasitəsi ilə idxal olunmuş “KİA” əmtəə nişanlı avtomobil ehtiyat hissələrinin kontrafakt hesab edilməsi, cavabdeh tərəfindən iddiaçı KİA Motors Corporation şirkətinə vurulan maddi ziyanın müəyyən edilməsi, vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi, ******* saylı beynəlxalq qeydiyyatla qorunan “KİA” əmtəə nişanından və ******* beynəlxalq qeydiyyatla qorunan “KİA” xidmət nişanından istifadəyə son qoyulması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, “KİA” ******* saylı beynəlxalq qeydiyyatla qorunan əmtəə nişanına dair hüquq pozuntusunun obyekti olan mallar kompensasiya ödənilmədən məhv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2-2(121)-2129/2025 saylı qərardadı ilə (hakim Rəmzi Nəbiyev) iddia ərizəsi geri qaytarılmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 11 iyun 2025-ci il tarixli e-2-2(121)-2129/2025 saylı qərardadı ilə şikayət təmin edilməmişdir və iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə 21 iyun 2025-ci il tarixdə apellyasiya şikayətindən imtina edilməsi və şikayətin baxılmadan saxlanması barədə yazılı ərizə ünvanlamışdır. MPM-in 398.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək hüququ vardır. Yuxarıda qeyd olunan müki prosessual hüquq normanın hazırkı münasibətə tətbiqi məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, məhkəməyə ünvanlanmış qərardaddan verilmiş şikayətdən imtina edilməsi barədə ərizə iddiaçının iradə ifadəsi olmaqla, iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, iddiaçıya şikayətdən imtinanın hüquqi nəticələri aydındır, hazırkı imtina ərizəsi qanuna zidd deyil və iddiaçıların hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, kommersiya işi üzrə iddiaçının qərardaddan verilmiş şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 14.2 və 398.0.4-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R V E R D İ: İddiaçı “KİA Motors Corparation” şirkətinin nümayəndəsi Nümayəndə qərardaddan verilmiş şikayətdən imtina olunması barədə ərizəsi qəbul edilsin. Şirvan Kommersiya Məhkəməsinin 03 iyun 2025-ci il tarixli 2-2(121)-2129/2025 saylı qərardadından verilmiş şikayət üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar