Məhkəmə qərarları › İş №2-2(106)-161/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-161/2024

18.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-161/2024 18.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X19 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətil Cəmiyyətinin cavabdeh X3 qarşı torpaq sahəsindən çıxarılma və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2-2(121)-12/2024 saylı qətnaməsindən (hakim E.Abdullayev) İddiaçı Məhdud Məsuliyyətil Cəmiyyəti və cavabdeh X1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı “Maqro" Məhdud Məsuliyyətil Cəmiyyəti cavabdehlər X21, X14, X15, X16 və Cavabdeh qarşı “icarəyə götürülmüş torpaq sahəsindən cavabdehlərin çıxarılması, vurulmuş maddi ziyanın ödənilməsi, cavabdehlərin hesabına torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və söküntü işləri ilə əlaqədar torpaq sahəsinin tullantılardan (zibillənmədən) təmizlənməsi” tələbinə dair iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10 aprel 2018-ci ildə verilmiş RX seriyalı, ******* saylı, **********05 reyestr nömrəli çıxarış, "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən, icarə hüququ əsasınlda istifadəsində olan 1000 ha əkin ehtiyat fondu torpaqlarından cavabdehlərin çıxarılmaları, cavabdehlərin torpağı zəbt etdikləri dövrdə əldə etdikləri gəlirlər və cavabdehlər tərəfindən iddiaçının torpağının zəbt edilməsi ilə bağlı iddiaçıya yetirilmiş ziyana görə X12 184500 manat, X5 30936 manat, X6 55520 manat, X7 55520 manat, Cavabdeh 39700 manat məbləğində pulun xeyrinə tutulması, cavabdehlər X21 və X8 vəsaiti hesabına torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və söküntü işləri ilə əlaqədar torpaq sahəsinin tullantılardan (zibillənmədən) təmizlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan dövlət mülkiyyətindəki "Haramı düzü" adlanan qış otlaq sahəsinin 1000 hektarının təyinatı əkin dövriyyəsinə cəlb olunmaq məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncama əsasən dəyişdirilmiş, həmin sahə əkin torpaqları kategoriyasına daxil edilmişdir. Həmin sahə o vaxtdan etibarən əkin təyinatlı sahədir. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017 tarixli 97 saylı sərəncamı ilə həmin torpaq sahəsi İddiaçı MMC-yə əkin məqsədləri üçün 49 il müddətinə icarəyə verilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında xx.xx.2017 tarixli 08 saylı torpaq icarəsi müqaviləsi (iddia ərizəsinə əlavə edilir) imzalanmış və yuxarıda göstərilən sərəncam ilə təsdiq edilmişdir. Eyni sərəncamla həmin sahədə müxtəlif ölçülərdə torpaq üzərində icarə hüquqlarına malik olan sabiq icarədarların icarə müqavilələrinə və hüquqlarına xitam verilmiş, "xxxx" MMC-yə həvalə edilmişdir ki, "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfinden hesablanmış kompensasiya məbləğləri icarəçilərə ödənilsin. Həmin sahə İddiaçı MMC-nin adına 49 il müddətinə icarə hüququ ilə qeydiyyata alınmış və İddiaçı MMC-yə onun göstərilən torpaq sahəsinə hüquqlarını rəsmiləşdirən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı çıxarış (iddia ərizəsinə əlavə edilir) verilmişdir. Torpaq sahəsi Ağcabədi rayonu ərazisində Aran kəndi yaxınlığında yerləşir. Sahənin koordinatları iddia ərizəsinə qoşulmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış Yerquruluşu Planında (iddia ərizəsinə əlavə edilir) gösətrilir. Həmin torpaq sahəsi İddiaçı MMC tərəfindən 2017-ci ildən etibarən əkilməkdədir. İddiaçı MMC həmin sahəyə 5.5 milyon (beş milyon beş yüz min) manat investisiya yatırmışdır, o cümlədən, torpaqların əvvəlki icarədarlarına icarə müqavilələrinin vaxtından əvvəl xitamı ilə əlaqədar olaraq təzminat ödəmişdir. Baxmayaraq ki, İddiaçı MMC Ağcabədi rayonunun Aran kəndi yaxınlığında yerləşən həmin torpaqlara Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə təsdiq olunan qanuni hüquqlara malikdir, Ağcabədi rayonunun Avşar kəndi sakinlərindən olan sabiq icarədarların bəziləri torpaq sahəsinin bir hissəsini zorakılıqla zəbt edərək İddiaçı MMC tərəfindən həmin sahənin tam və qanunla nəzərdə tutulduğu kimi sərbəst istifadəsinə daim maneçilik törətmiş, İddiaçı MMC-yə həmin torpaq sahəsində planlaşdırdığı və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, habelə, digər əlaqədar qurumlarla razılaşdırılmış fəaliyyət planlarının həyata keçirilməsinə imkan verməmişlər. Həmin şəxslərin özbaşınalığı indiyədək davam etməkdədir, baxmayaraq ki, Ağcabədi rayonunun Polis şöbəsinə və İcra hakimiyyətinə İddiaçı MMC tərəfindən dəfərlərlə müraciətlər edilmiş və torpaqların zəbt olunması ilə əlaqədar həm polis əməkdaşları, həm də İcra Hakimiyyətinin nümayəndələri tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində torpaqları zəbt etmiş şəxslərin bir qismi qeyri-qanuni əməllərindən vaz keçərək torpaqlar üzərində İddiaçı MMC-nin nəzarətinin bərpa edilməsinə imkan vermiş və həmin torpaqlar İddiaçı MMC-nin nəzarəti altına və istifadəsinə qaytarılmışdır. Lakin, cavabdehlərə keçirilmiş tədbirlər uzun müddətli və dayanıqlı təsir gösətərməmişdir və onlar İddiaçı MMC-nə məxsus torpaqlar üzərində qeyri-qanuni sahibliyi və istifadəni davam etdirirlər və zəbt etdikləri torpaqları MMC-nin nəzarəti altına və sahibliyinə qaytarmaq istəmirlər. İddiaçı MMC tərəfindən onların zəbt etdiyi torpaqlarda aqro-texniki tədbirlərin keçirilməsinə cəhd edildiyi zaman cavabdehlər tərəfindən əməkdaşları təhqirlərə və fiziki təsirlərə məruz qalmış və cavabdehlərin zəbt etdikləri sahələrdən fiziki qüvvə tətbiqi təhdidi altında qovulmuşlar. Beləliklə, İddiaçı MMC cavabdehlər tərəfindən torpaqların zəbt edilməsi səbəbilə istifadə edə bilmədiyi 1000 hektar torpaq sahəsi üçün torpaq icarəsi haqqı və torpaq vergisi ödəyir, lakin bəhər və gəlir götürə bilmir, torpağın faydasını cavabdehlər mənimsəyirlər. Nəticədə İddiaçı MMC əhəmiyyətli dərəcədə ziyan çəkir. Cavabdehlərin torpaqları zəbt etməkləri nəticəsində əldə etdikləri fayda və İddiaçı MMC-nin çəkdiyi ziyan aşağıdakılarla səciyyələnir: X9 - 25 ha torpaq sahəsi - Xərclər: ŞUM 25 ha x 35 man = 875.00 man • Mala 25 ha x 15 man =375.00 man • Toxum buğda 25 ha x 0.230 =5.75 tn x 600.0 man = 3450.00 man • Səpin 25 ha x 15 man =375.00 man • Dərmanlama 25 ha x 10 man =250.00 man • Suvarma 25 ha x 30 man =750.00 man • BİÇİN 25 ha x 40 man =1000.00 man • Maşın xərci-1000.00 man. Cəmi xərc -7075.00 man., gəlir. 25 ha x 2 ton = 50 ton x 340 man = 17000.00 man. Mənfəət 17000.0 man - 7075.00 man = 9925.00 manat. Maqro MMC-nin 1 ilə zərəri (150 ha üçün) - 9925.00 manat, 4 ilə zərəri - 9925 x 4 = 39700.00 manat. Maqro MMC-yə yetirilmiş cəmi ziyan - 366 17600 manat. 2012 ci ildə zəbt edilmiş cəmi 47 ha torpaq sahələri üzrə məhsul götürülmədiyi səbəbilə həmin torpaq sahələri üzrə dəqiq hesablama aparmaq mümkün deyil, amma orta hesabla götürülsə, 1 hektara minimum 1000 manat məbləğində mənfəət hesabı ilə iddiaçıya torpaqların zəbt edilməsi səbəbilə yetirilməsi gözlənilən ziyan məbləği 47000 manat məbləğində (X22 tərəfindən - 9000 manat (1000 man *9 ha), X16 tərəfindən - 30000 manat (1000 man *30 ha), X9 tərəfindən - 8000 manat (1000 manat *8 ha) təxmin edilir. Lakin, bu ziyan gözlənilən ziyan olduğu üçün iddia tələbinə daxil edilmir. Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdehlər X22, X14, X15, X16 və Cavabdeh iddiaçı "xxxx" MMC-nin istifadəsində olan, icarəyə götürülmüş torpaq sahəsindən (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarış və "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən **********05 reyestr nömrəli torpaq sahəsindən) çıxarılmaları, cavabdehlər X21 və X15 tərəfindən torpaq sahəsində inşa edilmiş bütün mövcud tikililərin sökülməsi və torpaq sahəsinin söküntü işləri ilə əlaqədar yaranmış tullantılardan (zibillərdən) təmizlənməsi, söküntü və təmizləmə işlərinin müvafiq olaraq cavabdehlər X21 və X8 vəsaitləri hesabına həyata keçirilməsi, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsi İddiaçı MMC, cavabdehlər Cavabdeh və X21 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının 25 yanvar 2023-cü il tarixli 2(106)-144/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər X21, X14, X15, X11 aid hissədə apellyasiya şikayətindən imtinası qəbul olunaraq, Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə cavabdehlər X21, X14, X15, X11 aid hissədə apellyasiya icraatına xitam verilmiş, cavabdeh X17 apellyasiya şikayətindən imtinası qəbul olunaraq Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsindən cavabdeh X21 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatına xitam verilmiş, İddiaçı MMC-nin apellyasiya şikayəti Cavabdeh aid hissədə, həmçinin Cavabdeh apellyasiya şikayəti qismən təmin olunaraq, Ağcabədi Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli 2(017)-1048/2022 saylı qətnaməsi Cavabdeh aid hissədə ləğv edilmiş və iş materialları həmin hissədə ayrılaraq məhkəmə aidiyyəti üzrə baxılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2-2(121)-12/2024 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, cavabdeh X1 Ağcabədi rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə İddiaçı MMC-nin istifadəsində olan 24.46 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təzminat tələbinin əsassız hesab edilməsi hissəsində ləğv olunmasını, iş üzrə təkrar ekspertiza təyin edilməklə və ekspertlərə Ağcabədi rayonu və Azərbaycan üzrə 2017-2021-ci illərdə müvafiq bitkilər üzrə orta məhsuldarlığın müəyyən edilməsi əsasında təzminat məbləğinin müəyyənləşdirilməsinin tapşırılması, müəyyən olunan məhsuldarlıq əsasında hesablanmış təzminat məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təzminat ödənişi tələbinə dair faktiki hallar Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) tələb etdiyi qaydada araşdırılmamış və müəyyən edilməmişdir. Məhkəmənin təzminat ödənişi tələbi üzrə gəlmiş olduğu nəticə iş üzrə həmin hissəndə müəyyən edilmiş hallara uyğun deyil, məhkəmə iş üzrə nəticə çıxararkən iddiaçının təqdim etmiş olduğu dəlilləri araşdırmamış, onlara əhəmiyyət verməmiş, bu da məhkəmənin təzminat tələbi üzrə gəlmiş olduğu nəticənin əsassızlığına gətirib çıxarmışdır. Nəticədə iddiaçının qanuni təzminat tələbi məhkəmə tərəfindən əsassız olaraq rədd edilmişdir. Yuxarıdakı hallar aşağıdakılarla təsdiq və sübut edilir. Qətnamə ilə iddiaçının qanuni istifadəsində olan 1000 ha torpaq sahəsindən 24.46 ha sahənin cavadeh tərəfindən qeyri-qanuni zəbt edilməsinə son qoyulması və cavabdehin zəbt etdiyi torpaq saəhəsindən çıxarılması barədə iddiası təmin edilmiş, lakin qeyri-qanuni zəbt dövründə həmin qeyri-qanuni əməl ilə iddiaçıya cavabdeh tərəfindən yetirilmiş ziyanın ödənilməsi tələbi təmin edilməmişdir. Hesab etmişlər ki, aşağıdakı dəlillərə əsasən məhkəmənin təzminat ödənilməsi tələbinin rədd edilməsi barədə qərarı qanuna zidd olmuşdur. Qətnamədən görünür ki, zəbt dövründə cavabdehin əldə etdiyi gəlirin hesablanması və həmin gəlirin iddiaçıya yetirilmiş real zərər qismində cavabdehdən tutulması barədə iddiaçının tələbi ilə əlaqədar olaraq məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin ekspertiza tərəfindən cavabdehin torpaq sahəsinin zəbt edilməsindən əldə etdiyi gəlirin müəyyənləşdirilməsi mümkün olmadığı üçün, məhkəmə təzminat tələbini rədd etmişdir. İşdə olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-22/2-2280/2023 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırma zamanı, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)-601/2023 nömrəli mülki iş üzrə İddiaçı MMC-nin icarəsində olan mübahisə olunan 25 ha sahə üzrə 2017-2021-ci illərdə X13 İnformasiya Sistemində Cavabdeh adına heç bir əkin bəyanı aşkar olunmamışdır. Bu səbəbdən həmin sahədə aparılmış əkin, məhsuldarlıq və əldə edilmiş mənfəət barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Qətnamədə qeyd edilir ki, ekspertiza rəyində göstərilmişdir ki, “ekspertiza keçirilməsi zamanı 2017-2021-ci illər ərzində cavabdeh X9 tərəfindən mübahisə olunan 25.0 ha torpaq sahəsində taxıl və s. kənd təsərrüfatı bitkiləri əkib becərilməsinin və həmin torpaq sahəsinin məhsuldarlığı və əldə edilmiş mənfəətin nə qədər olmasının müəyyən edilməsi səlahiyyətlərinə aid olmadığı üçün rəy vermək mümkün deyildir.” İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2- 7/995-9/5218 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X24 X4 sektorunun baş məsləhətçisi X18 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı MMC-in icarəsində olan mübahisə olunan 25 hektar sahə üzrə 2017-2021-ci illərdə X13 İnformasiya Sistemində Cavabdeh adına heç bir əkin bəyanı aşkar olunmadığından, həmin sahədə aparılmış əkin, məhsuladrlıq və əldə edilmiş mənfəət barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən qərardadda qoyulmuş 2017-2021-ci illər ərzində Cavabdeh tərəfindən mübahisə olunan 25 hektar torpaq sahəsində hansı kənd təsərrüfatı bitkilərinin əkilib-becərilmiş olduğu, əkin sahəsi, habelə, əldə edilən məhsuldarlıq və mənfəətin müəyyənləşdirilməsi üzrə tədqiqat işləri aparılmamışdır. Məhkəmə özü “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (Konvensiya) 6-cı maddəsinin 1ci bəndinin tələb etdiyi kimi təzminatın ödənilməsi tələbini kifayət qədər araşdırmamış, yalnızca ekspertiza və mütəxəssis tərəfindən rəy verilməsinin qeyri-mümkün olması barədə bəyanlara əsaslanaraq təzminat tələbini əsassız hesab etmişdir. Halbuki, iddiaçı tərəfindən təzminatla bağlı olaraq məhkəməyə hesablama təqdim edilmiş, cavabdeh tərəfindən həmin hesablama təkzib edilməmişdir, deməli cavadeh göstərilən hesablamada qeyd edilmiş rəqəmlərlə razılaşmışdır. Məhkəmə isə bu xüsusatı nəzərə almamış, təzminat tələbi ilə əlaqədar Konvensiya və MPM ilə tələb edilən qaydada araşdırma aparmamış, rəy verilməsi qeyri-mümkünlüyü barədə rəyi iddianın təzminat tələbi ilə bağlı hissəsi üzrə qətnamənin əsası qismində qəbul etmişdir. Halbuki, təkrar ekspertiza təyin edilə bilərdi və ekspertlər qarşısında təzminat məbləğinin Ağcabədi rayonunda orta məhsuldarlıq və ya ölkə üzrə orta məhsuldarlıq əsasında müəyyən edilməsi məsələsi qoyula bilərdi. Cavabdehin zəbt etdiyi torpaq sahəsinin istifadəsindən götürdüyü gəlirlərin məbləğləri cavabdeh tərəfindən mübahisələndirilməmiş və təkzib edilməmişdir. Aydındır ki, cavabdeh torpaq sahəsindən istifadə etdiyi dövr ərzində həmin sahədən əldə etdiyi bəhərdən faydalanmış və gəlir əldə etmişdir. Bu fakt da, cavabdeh tərəfindən təkzib edilmir və mübahisələndirilmir. İş üzrə ekspertiza məhz bu gəlirlərin məbləğinin dəqiqləşdirilməsi məqsədilə təyin edilmişdi. Ekspertiza təyin edilməsi faktının özü göstərir ki, məhkəmə təzminat tələbini əsaslı hesab etmişdir və ekspertiza tərfindən təzminat məbləğinin müəyyənləşdirilməsinin qeyri-mümkünlüyü tələbi əsassız etmir, yalnız məhkəmənin üzərinə təzminat məbləğinin dəqiqləşdirilməsi üçün əlavə tədbirlər görmək öhdəliyi qoyur ki, məhkəmə də bu vəzifə borcunun icrasından imtina etmişdir. Məhkəmənin guya iddiaçının təzminat ödənilməsi tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmaması barədə qənaəti qeyri-məntiqi və işin hallarına uyğun gəlmir, belə ki, cavabdehin torpaq sahəsini zəbt edilməsi halı inkar edilmir və məhkəmə tərəfindən tanınmışdır və bu fakt özü-özlüyündə təzminat tələbinin faktiki əsasını təşkil edərək Torpaq və Mülki Məcəllələrin müddəalarının tətbiqini şərtləndirir. Belə olan halda məhkəmə tərəfindən iddiaçının qanuni tələbinin hüquqi əsasının tapılmaması barədə bəyanı təəccüb doğurur və tam əsassızdır. Qətnamədən həmçinin cavabdeh X1 vəkili, eyni zamanda nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayəti verilərək, iddianın təmin olunan hissədə ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi (rədd edilməsi) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı deyil. Belə ki, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 102 saylı sərəncamı ilə cavabdehin mərhum əri X10 50 ha qış otlaq sahəsi 15 il müddətinə icarəyə verilmiş və onun əri vəfat etdikdən sonra müddətin qalan hissəsi rayon İcra Hakimiyyəti Başçısının 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə cavabdehə verilmişdir. Müqavilə müddəti xx.xx.2019-cu ildə bitəcəyinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 37s saylı sərəncamı ilə torpaq sahəsinin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmiş və Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli sərəncamı, 08 saylı icarə müqaviləsi ilə həmin torpaq sahəsinin 25 ha hissəsi İddiaçı MMC şirkətinə 49 il müddətinə icarəyə verilmişdir. 25 ha torpaq sahəsinə görə cavabdehə cəmi 2500 manat kompensasiya hesablanmış, lakin o, hesablanmış kompensasiyanı almaqdan imtina etmişdir. Göründüyü kimi icarəsində olan torpaq sahəsinin icarə müddəti bitməmiş Ağcabədi rayon İcra Hakimiyyəti səalhiyyəti olmaya-olmaya cavabdehdən xəbərsiz xx.xx.2017-ci il tarixli 97 saylı sərəncamla onun icarə hüququna son dərəcə qanunsuz və birtərəfli qaydada xitam vermiş və ona bu barədə heç bir məlumat verməmişdir. Həmin 25 ha torpaq sahəsi 2017ci ildə İddiaçıMMC-nin icarəsinə verilsə də, həmin torpaqdan cavabdeh 2022-ci ilə qədər istifadə etmiş və icarə haqqlarını ödəmişdir. İcarə müddəti bitdikdən sonra müqavilənin qüvvədən düşməsi, xitam edilməsi barədə müqavilə tərəfləri arasında danışıq aparılmayıbsa, qanunvericiliyə əsasən müqavilə müddəti əvvəlki müddət qədər yenidən qüvvəyə minir. Yəni 2019-cu il tarixdə hər hansı müqavilə ilə bağlı cavabdehə hər hansı pretenziya bildirilmədiyindən, 15 illlik müqavilə yenidən yeni 15 illik müddət üçün bağlanmış sayılır. Deməli cavabdehlə imzalanan müqavilə 2034-cü ilə qədər qüvvəsindədir. İcra hakimiyyətinin belə bir sərəncam verilməsinə səlahiyyəti və qanunla hüququ yox idi. Belə ki, həmin torpaq sahəsi boş sahə olmamışdır. Buna görə də iddiaçının iddiası təmin oluna bilməzdi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə2 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin isə əsassız olmasından dolayı təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh, onun vəkili, eyni zamanda nümayəndəsi hər hansı bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdeh və onun vəkili, eyni zamanda nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətlərinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin olunan hissəsində mübahisələndirilir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Bununla belə tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından hər iki tərəfin apellyasiya şikayətlərində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli, 05 saylı sərəncamından çıxarışdan görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 02 aprel 2004-cü il tarixli 102 saylı sərəncamı ilə 15 (on beş) il müddətinə icarəyə verilmiş 50.0 (əlli) hektar qış otlaq sahəsi üzərində icarə hüququ, həmin müddətədək X3 verilmiş, Ağcabədi rayonu Avşar kənd sakini X9 ilə torpaq icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 s saylı, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2014cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Ağcabədi rayonunun inzibati ərazisində bitkiçiliyin inkişafı ilə bağlı aqroparkın yaradılması üçün 5000.0 hektar və yemçiliyin inkişafı ilə əlaqədar 800.0 hektar olmaqla, təqdim olunmuş yerquruluşu planına əsasən ümumilikdə 5800.0 hektar torpaq (qış otlağı) sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi məqsədi ilə kateqoriyasının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi barədə Ağcabədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir (İİ cild, s. 65). İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının “Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilmiş 5800 ha torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən icarədarlar arasında bağlanmış icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi haqqında” 12 may 2017-ci il tarixli, 54 nömrəli sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı ilə Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 5800 ha torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən 94 icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsini, təyinatı dəyişdirilmiş torpaq sahəsini icarəyə götürən şirkətlə icarədarlar arasında razılıq əsasında müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyini və bu barədə həmin torpaq sahəsindən istifadə edən icarədarların rayon İcra Hakimiyyətinə ünvanlanmış razılıq ərizələrini nəzərə alaraq müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının “Ağcabədi rayonunun inzibati ərazisində yerləşən və təyinatı dəyişdirilmiş dövlət ehtiyat fondu torpağından 1000 ha torpaq sahəsinin yemçiliyin inkişafı ilə əlaqədar İddiaçı MMC-yə icarəyə verilməsi haqqında” 31 avqust 2017-ci il tarixli, 97 nömrəli sərəncamından verilmiş çıxarışın surətindən görünür ki, həmin sərəncamla Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından yemçiliyin inkişafı məqsədilə İddiaçı MMC-yə icarəyə verilməsi nəzərdə tutulan 1000 ha torpaq sahəsinə dair icarə hüququna xitam verilməsi, həmin torpaq sahəsində mövcud olan artezian quyularının və ona aid olan avadanlıqların toxunulmaz olaraq saxlanılması, ərazidə yerləşən digər tikili və qurğuların icarədarların hesabına sökülməsinin təmin edilməsi, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən dövlət mülkiyyətinə aid ehtiyat fondu torpaqlarından əkinə yararlı 1000 ha torpaq sahəsi yemçiliyin inkişafı üçün 49 il müddətinə İddiaçı MMC-yə icarəyə verilməsi və cəmiyyətlə bağlanmış torpaq icarə müqaviləsinin təsdiq edilməsi, torpaq icarə müqavilələrinə vaxtından əvvəl xilam verilmiş vətəndaşlara əmlaklarının dəyəri olaraq "xxxx" MMC özəl qiymətləndirmə şirkəti tərəfindən hesablanmış və əlavə edilmiş siyahıda göstərilmiş şəxslərə kompensasiyanın ödənilməsi "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 31 avqust 2017ci il tarixli, 08 nömrəli müqavilənin surətindən görünür ki, Ağcabədi Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış icarə müqaviləsinə əsasən 1000 ha torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışdan görünür ki, Ağcabədi rayonunun inzibati ərazisində yerləşən ehtiyat fond torpaqlarından (əkin) 1000 ha torpaq sahəsi "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. Bu barədə xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 52 nömrəli reyestr kitabının 89 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-22/2-2280/2023 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırma zamanı, Şirvan Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(121)- 601/2023 nömrəli mülki iş üzrə İddiaçı MMC-nin icarəsində olan mübahisə olunan 25 ha sahə üzrə 2017-2021-ci illərdə X13 İnformasiya Sistemində Cavabdeh adına heç bir əkin bəyanı aşkar olunmamışdır. Bu səbəbdən həmin sahədə aparılmış əkin, məhsuldarlıq və əldə edilmiş mənfəət barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/995-9/5218 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X24 X4 sektorunun baş məsləhətçisi X18 tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən İddiaçı MMC-in icarəsində olan mübahisə olunan 25 hektar sahə üzrə 2017-2021-ci illərdə X13 İnformasiya Sistemində Cavabdeh adına heç bir əkin bəyanı aşkar olunmadığından həmin sahədə aparılmış əkin, məhsuladrlıq və əldə edilmiş mənfəət barədə mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bu səbəbdən qərardadda qoyulmuş “2017-2021-ci illər ərzində Cavabdeh tərəfindən mübahisə olunan 25 hektar torpaq sahəsində taxıl və sair kənd təsərrüfatı bitkiləri əkilib-becərilmişdirmi? Əgər əkilib-becərilmişdirsə, sualları üzrə tədqiqat işləri aparılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-45/2-7952/2023 saylı mütəxəssis rəyindən və həmin rəy əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2024-cü ildə verilmiş 3-16-16/2-10/8146- 7/1564 saylı ekspert rəyindən görünür ki, ekspertiza qarşısıünda qoyulmuş suallar aşağıdakı formada cavablandırılmışlar: 1) Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə "Maqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, ehtiyat fondu torpaqlar kateqoriyasına aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hüquqmüəyyənedici sənədlərə əsasən, qeyd olunan 1000.0 ha torpaq sahəsinin hüdudlarının döngə nöqtələrinin koordinatları, müəyyən edilməklə ölçü planı tərtib olunmuşdur. Həmin torpaq sahəsi naturada və sənəd üzrə üst-üstə düşür; 2) 1-ci sualda qeyd olunan 1000.0 ha torpaq sahəsi faktiki olaraq İddiaçı MMC-nin istifadəsindədir; 3) Ağcabədi Rayon İcra Hakimiyyətinin 13 yanvar 2012-ci il tarixli, 05 saylı sərəncamı ilə X1 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla, ehtiyat fondu torpaqlar kateqoriyasına (qış otlaq sahəsi) aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Hüquqmüəyyənedici sənədlərə əsasən, qeyd olunan 50.0 ha torpaq sahəsinin hüdudlarının döngə nöqtələrinin koordinatları müəyyən edilməklə ölçü planı tərtib olunmuşdur. Həmin torpaq sahəsi naturada və sənəd üzrə üst-üstə düşür; 4) 3-cü sualda qeyd olunan 50.0 ha torpaq sahəsinin 24.46 ha hissəsi faktiki olaraq İddiaçı MMC-nin və 23.92 ha hissəsi isə ’’Azərşəkər” MMC-nin istifadəsindədir; 5) Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə ’’Maqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi ilə Ağcabədi Rayon İcra Hakimiyyətinin 13 yanvar 2012-ci il tarixli, 05 saylı sərəncamı ilə X1 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin 24.46 ha hissəsi üst-üstə düşür; 6) Mübahisə olunan 25.0 ha torpaq sahəsi Ağcabədi Rayon İcra Hakimiyyətinin 31 avqust 2017-ci il tarixli 97 saylı sərəncamı ilə ’’Maqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmiş 1000.0 hektar torpaq sahəsinin ərazisində yerləşir; 7) 1-ci və 3-cü sualda qeyd olunan torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərə əsasən, koordinatları dəqiqləşdirilən zamanı başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşüb-düşməsi müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma aparılan zamanı müəyyən olundu ki, X1 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsinin 23.92 ha hissəsi ” Azərşəkər” MMC-nin istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür; 8) 1-ci və 3-cü sualda qeyd olunan torpaq sahələri bir-biri ilə qonşu sahələrdir. Ekspertiza keçirilməsi zamanı 2017- 2021-ci illər ərzində cavabdeh Kazımova Mirələm qızı tərəfindən mübahisə olunan 25.0 ha torpaq sahəsində taxıl və c. kənd təsərrüfatı bitkiləri əkib becərilməsinin və həmin torpaq sahəsinin məhsuldarlığı və əldə edilmiş mənfəətin nə qədər olmasının müəyyən edilməsi səlahiyyətlərimizə aid olmadığı üçün rəy vermək mümkün deyildir. Ekspert rəyində əlavə olaraq qeyd edilmişdir ki, 2017-2021-ci illər ərzində cavabdeh X9 tərəfindən mübahisə olunar, 25 hektar torpaq sahəsində taxıl və sair kənd təsərrüfatı bitkiləri əkilib-becərilmişdirmi sualı üzrə 26 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/995 №-li ekspert rəyi verilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki,Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 4.1.-ci maddə - bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir; 14.2-ci maddə - məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1.-ci maddə - tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 76.2.-ci maddə - bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1.-ci maddə - hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir: 80-ci maddə - məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 88-ci maddə - məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən : 6.2-ci maddə - fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələr - mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 238.1-ci maddə - daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir; 241.1-ci maddə - torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər; 241.2-ci maddə - Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir; 700.1-ci maddə - icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddə - icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 706.1-ci maddə - torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər; 706.2-ci maddə - torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər; 140-cı maddə - Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 152.1-ci maddə Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddə - Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-ci maddə - İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 158.1.2-ci maddə - Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır; 157.2-ci maddə - Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsinə əsasən : 5-ci maddə 1-ci bənd - Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur; 5-ci maddə 2-ci bənd - Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir; 5-ci maddə 3-cü bənd - Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; 10-cu maddə 1-ci bənd - Torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir; 10-cu maddə 3-cü bənd - Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir; 11-ci maddə 1-ci bənd - Torpaq sahələrinin məhdudiyyətli istifadəsi - torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir; 46-cı maddə 1-ci bənd - yay və qış otlaqları, dövlət ehtiyat fondu torpaqları və s. dövlət mülkiyyətində olan torpaqlara daxildir; 51-ci maddə 1-ci bənd - Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir; 51-ci maddə 2-ci bənd - icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir; 51-ci maddə 6-cı bənd - Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir; 55-ci maddə - hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; 66-cı maddə 2-ci bənd - torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir; 67-ci maddə 1-ci bənd - torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 67-ci maddə 3-cü bənd - Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; 67-ci maddə 4-cü bənd - torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir; 73-cü maddə 1-ci bənd - Torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddətin qurtarması (abzas 2) torpaq sahəsi və ya onun bir hissəsi üzərində istifadə və ya icarə hüququna xitam verilməsinin əsaslarından biridir; 75-ci maddə 1-ci bənd - bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. "Torpaq İcarəsi haqqında" Qanunun preambulasında qeyd olunur ki, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Həmin Qanunun 31-ci maddəsinə əsasən torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. "Torpaq bazarı haqqında" Qanunun 6-cı maddəsi torpaq əqdlərinin və torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının dövlət qeydiyyatının məcburiliyini torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Həmin Qanunun 19-cu maddəsinə əsasən torpaq üzərində bütün hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Dövlət qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir. İşin müəyyən olunan faktiki hallarına əsasən mübahisəli torpaq sahəsinin daxil olduğu 50 ha ölçüdə toraq sahəsi əvvəllər təyinatı qış otlaq sahəsi olaraq Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 2 aprel 2004-cü il tarixli 102 saylı sərəncamı əsasında 15 il müddətinə cavabdeh X1 əri X10 icarəyə verilmişdir. İcarədarın ölümü ilə əlaqədar X1 müraciəti əsasında Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 13 yanvar 2012-ci il tarixli 05 saylı sərəncamı ilə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2 aprel 2004-cü il tarixli 102 saylı sərəncamı ilə 15 il müddətinə icarəyə verilmiş 50.0 hektar qış otlaq sahəsi üzərində icarə hüququ, həmin müddətədək X3 verilmiş, onunla torpaq icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 37 s saylı, xx.xx.2017-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən, mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Ağcabədi rayonunun inzibati ərazisində bitkiçiliyin inkişafı ilə bağlı aqroparkın yaradılması üçün 5000.0 hektar və yemçiliyin inkişafı ilə əlaqədar 800.0 hektar olmaqla, təqdim olunmuş yerquruluşu planına əsasən ümumilikdə 5800.0 hektar torpaq (qış otlağı) sahəsi əkin dövriyyəsinə cəlb edilmişdir. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 12 may 2017-ci il tarixli, 54 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 yanvar 2017-ci il tarixli 37s saylı sərəncamı əsasında Ağcabədi rayonunun inzibati ərazisinə daxil olan və əkin dövriyyəsinə cəlb edilməsi məqsədilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 5800 ha torpaq (qış otlağı) sahəsinin 5403 hektarından istifadə edən 94 icarədara məxsus əmlakın dəyərinin qiymətləndirilməsi, təyinatı dəyişdirilmiş torpaq sahəsini icarəyə götürən şirkətlə icarədarlar arasında razılıq əsasında müəyyən edilmiş kompensasiyanın ödənilməsi öhdəliyi və bu barədə həmin torpaq sahəsindən istifadə edən icarədarların rayon İcra Hakimiyyətinə ünvanlanmış razılıq ərizələri nəzərə alınaraq, müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 31 avqust 2017-ci il tarixdə bağlanmış 08 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləyə əsasən yuxarıda qeyd olunan torpaq sahəsinin 1000 ha hissəsi 49 il müddətinə sonuncunun istifadəsinə verilmiş, İddiaçıMMC-nin icarə hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində Dövlət qeydiyyatına alınaraq reyestrdən bununla bağlı 10 aprel 2018-ci ildə çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə torpaqşünaslıq ekspertizasının rəyinə əsasən iddiaçı ’’Maqro” MMC-nin istifadəsinə verilmiş 1000.0 ha torpaq sahəsi ilə X1 istifadəsinə verilmiş 50.0 ha torpaq sahəsi 24.46 ha hissəsi üst-üstə düşür. 2017-2021-ci illərdə X13 İnformasiya Sistemində Cavabdeh adına heç bir əkin bəyanı aşkar olunmamışdır. Mövcud durumda mübahisəli torpaq sahəsinin təyinatının dəyişməsi, üzərində olan hüquqların birbaşa xitamına səbəb deyildir. Qanunverici torpaq sahəsi üzərində icarə hüquqlarına vaxtından əvvəl xitam verilməsi ilə bağlı mübahisələrin yalnız məhkəmə müstəvisində həll olunmasını müəyyən etmişdir. Bununla belə, Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının 12 may 2017-ci il tarixli, 54 nömrəli sərəncamı ilə müddəti bitmiş və bitməmiş icarə müqavilələrinə vaxtından əvvəl xitam verilmiş, həmin sərəncam cavabdehə aid hissədə onun tərəfindən inzibati məhkəmə müstəvisində mübahisələndirilməmişdir. Digər tərəfdən mübahisəli torpaq sahəsi daxil olmaqla əkin dövriyyəsinə cəlb olunan 1000 ha torpaq sahəsi 49 il müddətinə iddiaçının icarəsinə verilmiş, iddiaçının torpaq sahəsi üzərində hüquqları Dövlət qeydiyyatına alınmış və iddiaçı faktiki olaraq torpaq sahəsindən istifadə etməyə başlamışdır. Kollegiya torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyini, Dövlət tərəfindən qeydiyyatından keçməmiş torpaq üzərindəki hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilməməsini, cavabdehin icarə hüququna vaxtından əvvəl xitam verilməsini və bu halın cavabdeh tərəfindən mübahisələndirilməməsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehin mübahisəli torpaq sahəsindən çıxırılması hissədə təmin etməklə yuxarıda sadalanan maddi hüquq normalarının pozuntusuna yol verməmişdir. Apellyasiya şikayətinin dəlillərini yetirilən maddi zərərin cavabdehdən tutulmasının təmin olunmaması hissədə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranır. Kollegiya qeyd olunan hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının zərərə məruz qalmasının əsaslılığına, bu zərərin cavabdehin təqsirli hərəkətləri (qüvvədə olan inzibati tənbehvermə, yaxud xinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarlar) nəticəsində yaranmasına dair işdə sübutlar olmadığından, iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Tərəflərin maddi və prosessual hüquq normalaranın pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması fikri iş materialları ilə təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 11 iyun 2024-cü il tarixli 2-2(121)-12/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar