Məhkəmə qərarları › İş №2-2(106)-170/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-170/2024

09.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-170/2024 09.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı ASC iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsi üzrə kreditə görə 150.000 manat, faiz borcuna görə 5.371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155.371,81 manat, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 120.000 manat, faiz borcuna görə 2.700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122.700,54 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun tutulması; tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 155.371,81 manat və xx.xx.2021-ci il tarixli, RBLLF472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat, mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlaklarin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh4 ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5 Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, əmlakların boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının və Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin (hakim E.Abdullayev) 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti əsasında işə baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 kassasiya şikayəti əsasında işə baxılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsi icraya yönəldilmiş və iş üzrə icraata başlama haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən, həmin qətnamənin maraqlarına toxunduğunu iddia edən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti vermiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti AR MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili yenidən apellyasiya şikayəti vermiş, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə geri qaytarılmışdır. Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 xx.xx.2024-cü il tarixdə apellyasiya şikayətini yenidən təqdim etmiş, eyni zamanda ötürülmüş müddətin bərpasına dair ərizə ilə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 - prosessual müddətin bərpasına dair ərizəsi təmin edilmiş, üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Nümayəndə2 Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-474/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sonuncu qərardaddan İddiaçı ASC şikayət vermiş, şikayətində qərardadın ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və İddiaçı ASC tərəfindən Şirvan Kommersiya Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərardadından verilmiş şikayətə hüquqi qiymət verilməsi üçün iş materialları Şirvan Kommersiya Məhkəməsinin qaytarılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ASC-nin Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-474/2022 saylı, 05 iyun 2024-cü il tarixli qərardadından şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilmiş, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-474/2022 saylı, 05 iyun 2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayət geri qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İşin hallarından görünür ki, Şirvan Kommersiya Məhkəməsinin sonuncu xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən şikayət verilmişdir. Belə ki, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubla Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, məktubunda Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən şikayət verildiyini qeyd etməklə e-2-2(121)-474/20222 saylı işin məhkəməyə qaytarılması xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 267.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən: 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kassasiya instansiyası məhkəməsinə göndərilir. Birinci instansiya məhkəməsi Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələblərinə uyğun olaraq baxılmalıdır. Məhkəmə Kollegiyası hesab edir ki, Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə hazırki halda apellyasiya qaydasında baxılmaq üçün əsas yoxdur. Kollegiyanın qənaətinə görə, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələbləri qaydasında baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 366.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə baxılması üçün iş Şirvan Kommersiya Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar