Məhkəmə qərarları › İş №2-2(106)-173/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-173/2024

22.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-173/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət məhkəmə tərkibində, Əsəzadə Əsəd Saməddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh2 Novruz oğluna qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin bərabər şəkildə bölünməsinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 2(121)-2623/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının və Cavabdeh2 Novruz oğlunun ½ hissə olmaqla, paylı mülkiyyətlərində olan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 2825.5 m olan qeyri-yaşayış sahəsinin (əmlak kompleksi kimi müəssisənin – “X5”nın) açıq hərraca çıxarılaraq satılması və satışdan əldə olan pul vəsaitinin bərabər şəkildə (paylara mütənasib şəkildə ½ hissə olmaqla) bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-2623/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın satılması və s. tələbinə dair iddia ərizəsinin geri qaytarılması və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı şikayət vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(106)-173/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh2 Novruz oğluna qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın açıq hərracda satılması və satışdan əldə olunan pul vəsaitinin bərabər şəkildə bölünməsinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-2623/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ərizə verərək bildirmişdir ki, Cavabdeh1 qarşı hazırkı iddia tələbi ilə eyni zamanda Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia məhkəmə aidiyyəti qaydalarının pozulması ilə verildiyinə görə geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunmuş və Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2024-cü il tarixli e-2-2(113)- 5980/2024 nömrəli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün həmin ərizəsi mahiyyəti üzrə baxılması üçün işlə birlikdə Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir. İş Bakı Kommersiya Məhkəməsinə qayıtdıqdan sonra hakim Z.Axundovanın xx.xx.2024cü il tarixli qərardadı ilə iddia ərizəsi icraata götürülmüş və işin məhkəmə hazırlıq iclası xx.xx.2024- cü il tarixə təyin edilmişdir. Bu səbəbdən hazırda apellyasiya şikayətinə baxılmasına zərurət qalmamışdır. Apellyasiya şikayətindən imtina edərək imtinanın qəbul edilməsini xahiş edir. İddiaçı ərizə verərək məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, onların iştirakı olmadan şikayətə baxılmasını, apellyasiyadan imtinanın qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə görə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-in 369.1 və 369.2-ci maddələrinin tələblərinə görə işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur; apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə kollegiyası hazırkı işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası həqiqi iradə ifadəsi olmaqla təzyiq altında qəbul edilməmişdir. Buna görə də, apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. MPM-in 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, İddiaçı Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)-2623/2024 saylı qərardadından verdiyi şikayətdən imtinası qəbul edilməli apellyasiya icraatına xitam verilməlidir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(121)- 2623/2024 saylı qərardadından verilmiş şikayətdən imtinası qəbul edilsin və apellyasiya icraatına xitam verilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar