Məhkəmə qərarları › İş №2-2(106)-19/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-19/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-19/2023 16.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı - cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə kreditə görə 150.000 manat, faiz borcuna görə 5.371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155.371,81 manat, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə isə kreditə görə 120.000 manat, faiz borcuna görə 2.700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122.700,54 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı Şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumu və ilkin mediasiya sessiyasında iştirak üçün ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pulun tutulması; tutmanın Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, bu əmlakin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 155.371,81 manat və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat, mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə yönəldilməsi, bu əmlaklarin hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh3 xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cəmi məbləği 122.700,54 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 868,07 manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Əsgərov X4 şəhəri, Qurtuluş küçəsi, 33 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmeti olan Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh5 Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evindən çıxarılması, əmlakların boşaldılması və istifadə hüquqlarının itirilmiş hesab olunması, ipoteka predmetləri olan Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının və Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələri üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Lənkəran” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən illik 8% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 150 000 manat və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən illik 5% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 120 000 manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqavilələri üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı ASC-nin Lənkəran filialı ilə digər cavabdeh(lər) Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilə üzrə zaminlər xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı və xx.xx.2021-ci il tarixli, RBLLF- 472 saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqavilələrinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3nın xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 150 000 manat, faiz borcuna görə 5371,81 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 155 371,81 manat təşkil edir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh3nın xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 120 000 manat, faiz borcuna görə 2700,54 manat, cərimə borcuna görə 0 manat, borcun cəmi məbləği 122 700,54 manat təşkil edir. xx.xx.2020-ci il tarixli, RBLLF-447saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh4na məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası xx.xx.2020-ci il tarixli İpoteka müqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ üzrə Cavabdeh4na məxsus olan ünvan 1 ünvanında istifadədə olan 0,066330 ha torpaq sahəsində yerləşən 1197,70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı Sonrakı İpotekamüqaviləsi v ə mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan Bakı şəhəri, ünvan 2 ünvanında, 0,0913 ha torpaq sahəsi və üzərində yerləşən 163,33 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı İpotekamüqaviləsi ilə İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka və Sonrakı İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı və xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianı müdafiə etdiyini, məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)-474/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat olmaqla, ümumilikdə 278.939,37 (iki yüz yetmiş səkkiz min doqquz yüz otuz doqquz manat, otuz yeddi qəpik) manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutma Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına və Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının ilkin satış qiyməti 380.000 (üç yüz səksən min) manat və Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 144.000 (bir yüz qırx dörd min) manat məbləğində olmaqla açıq hərracda satılması, Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının satışından əldə ediləcək vəsait hesabına xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat əsas borc, 5.371,81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, RBLLF- 472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul İddiaçı ASC-yə olan borc ödənilməsi, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin satışından əldə ediləcək vəsait hesabına xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999,50 manat əsas borc, 2.699,99 manat faiz borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsum, mediasiya xərci olaraq ödənilmiş 400 manat və dövlət rüsumu kimi ödənilmiş 168,07 manat məbləğində pul İddiaçı ASC-yə olan borcun ödənilməsi, tutma ipoteka predmetlərinə yönəldikdən sonra ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 300 manat rüsumun, mediasiya xərci olaraq ödənilmiş 400 manatın və dövlət rüsumu kimi ödənilmiş 168,07 manatın Cavabdeh4 və ya Cavabdeh5 əmlakı hesabına ödənilməsi digərinin əmlakı hesabına ödənilməsini istisna edir. Cavabdeh4 məxsus ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binasının açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh4 qaytarılması, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evinin açıq hərrac yolu ilə satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdeh5 qaytarılması, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası və Bakı şəhəri, ünvan 3 ünvanında, 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 163.33 kv.m olan fərdi yaşayış evi açıq hərracdan satıldıqdan sonra həmin qeyri-yaşayış binası və fərdi yaşayış evi 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 900 manat məbləğində pul vəsaitinin 400 manatı Cavabdeh5, 500 manatı isə Cavabdeh4 alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, "xxxx" ASC “Müştərək Xidməti Departamenti”, Bankın kodu: 805250, Müxbir hesab AZ03NABZ013501**********2944, SWİFT: İBAZAZ2X, Hesab № AZ20İBAZ********************) ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunmasını, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-474/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qətnaməsi qismən Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən 150.000 manat əsas borc, 5.371.81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 119.999.50 manat asas borc, 2.699.99 manat faiz borcu, hissəsində ləğv edilərək, Cavabdeh3 xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən 140.000 manat əsas borc, 1.000.81 manat faiz borcu, xx.xx.2021-ci il tarixli RBLLF-472 saylı kredit müqaviləsinə əsasən 100.000 manat asas borc, 699.99 manat faiz borcu tutulataq iddiaçı "xxxx" ASC yə ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsi iddiaçı "xxxx" ASC-nin məhkəməyə təqdim etdiyi hesablamalar üzrə qətnamə qəbul etmişdir. Halbuki, hesablamanın düzgün olub olmamasını araşdırmamışdır. Məhkəmə xx.xx.2020ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə 150.000 manat, faiz borcunu 5.371,81 manat, xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə 119.999.50 manat, faiz borcunu 2.699,99 manat faiz borcununun hesablamasının düzgün hesablanıbhesablanmamasını araşdırmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı "xxxx" ASC-yə kredit müqaviləsi üzrə borcumun olmasını müəyyən etmiş, lakin iş üçün əhəmiyyətli olan hesablamanı aparmamış və ya düzgün hesablama aparmamışdır. Birinci instansiya məhkəməsi qətnamədə göstərdiyi məbləğlər işin hallarına uygun deyil məbləğlər qətnamədə göstərilən məbləğdən aşağı məbləğdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: c) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış Cavabdeh3 və iddiaçı məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehin və iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh3 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini hər iki müqavilə üzrə əsas və faiz borcu hissələrində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin Cavabdeh3 münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 8 faiz dərəcəsi ilə 60 ay müddətinə bağçılığın inkişafı məqsədilə 150.000 (bir yüz əlli min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, RBLLF-447 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən, 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh4 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh3 illik 5 faiz dərəcəsi ilə 60 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 120.000 (bir yüz iyirmi min) manat məbləğində kreditin verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, RBLLF-472 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. Göstərilən zaminlik müqavilələrinə əsasən, zaminlər bütün daşınar və daşınmaz əmlakları ilə bankla borcalan arasında 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərilərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh5 arasında bağlanmış 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı ipoteka müqaviləsinə əsasən, 10 mart 2021-ci il tarixli, RBLLF- 472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh5 məxsus, Bakı şəhəri, ünvan 5 ünvanında 0.0913 ha torpaq sahəsi və üzərində yerləşən 163.33 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh4 arasında bağlanmış 11 mart 2021-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən, 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh4 məxsus, ünvan 1 ünvanında istifadədə olan 0.066330 ha torpaq sahəsində yerləşən 1197.70 kv.m ümumi sahədən ibarət olan qeyriyaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-712 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 150.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 5.371,81 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 155.371,81 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli, RB-02/PK-711 saylı arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı kredit müqaviləsi üzrə cavabdehin xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 120.000 manat, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz borcu 2.700,54 manat, cərimə borcu 0.00 manat və müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 122.700,54 manat təşkil edir. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair pretenziyalar göndərilmişdir. İş materialında olan, İddiaçı ASC tərəfindən Cavabdeh4 və Cavabdeh5 ünvanlanmış “ipoteka predmetinə tutmanının yönəldilməsi barədə” bildirişdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanılmış 07 aprel 2020-ci il tarixli, RBLLF-447 saylı və 10 mart 2021-ci il tarixli, RBLLF-472 saylı müqavilələr əsasında aldığı kredit üzrə borcunun olması və qeyd olunan borc ödənilmədiyi halda ipoteka predmetinə tutmanın yönəldilməsi üçün məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdırlar. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli “ipoteka predmetinə tutmanın yönəldilməsinə dar bildirişin dövlət qeydiyyatı barədə” məktubun surətindən görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında 0.066633 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan “Müraciətin qəbulu və dövlət rüsumun ödənilməsi barədə təsdiqetmə bildiriş”lərindən görünür ki, İddiaçı ASC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Bakı şəhəri Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ümumilikdə 300 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 27 yanvar 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC tərəfindən 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarından olan “Dövlət rüsumunun ödənilməsi haqqında” məlumatdan görünür ki, İddiaçı ASC hazırkı iddia üzrə 168,07 manat məbləğində (qəbzin nömrəsi: 8********) dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 avqust 2022-ci il tarixli, 9/4220 saylı ekspert rəyində qeyd olunur ki, xx.xx.2020-ci il tarixli RBLLF-447 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 150.000 manat, faiz borcu üzrə 5373,96 manat, xx.xx.2021-ci il tarixli RBLLF-472 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas borc üzrə 119.999,50 manat, faiz borcu üzrə 2699,99 manat müəyyən olunur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2418/SQ saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, Cavabdeh4 məxsus ünvan 1 ünvanında, istifadədə olan 0.06633 ha torpaq sahəsi üzərində 1.197.7 kv.m. ümumi sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binasının (kommersiya obyektinin) 14 iyun 2022-ci il tarixinə bazar dəyəri 450.000 manat, likvid dəyəri 380.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 929 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 500 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2431/SQ saylı fərdi yaşayış evinin qiymətləndirilməsi aktından görünür ki, Cavabdeh5 məxsus Bakı şəhəri, ünvan 6 ünvanında, mülkiyyətində olan 0.0913 ha torpaq sahəsi üzərində yerləşən, 163.3 kv.m. ümumi sahədən ibarət, 2 mərtəbəli fərdi yaşayış evinin 14 iyun 2022-ci il tarixinə vizual bazar dəyəri 170.000 manat, vizual likvid dəyəri 144.000 manat təşkil edir. "xxxx" MMC tərəfindən təqdim olunmuş 929 saylı hesab fakturaya əsasən qiymətləndirmə haqqı 400 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyaya dair 20 mart 1952-ci il tarixli 1 saylı protokolun “Mülkiyyətin müdafiəsi” adlanan 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1. və 14.2.1.-ci maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-cimaddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3-cu maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini (39.3.3-cü maddə) göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əasasən ilkin satış qiyməti Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair 14 may 2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alqı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 iddiaçı ilə bağlamış olduğu kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə öhdəliklərinin icrasından ibarət tələbi yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından əsaslıdır. Sadalanan qanunvericilik aktları və Konstitusiya Məhkəməsi Plenumunun şərhində formalaşan hüquqi mövqe baxımından kreditor kredit müqaviləsi üzrə əsas borc və müqavilə müddətinin sonuna müqavilədə nəzərdə tutulan qaydada hesablanmış faiz borcunun ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili kredit müqaviləsinin şərtləri əsas və faiz borcu üzrə hesablanmış məbləğ hissədə əsassızdır, birinci instansiya məhkəməsi tələbi həmin hissədə təmin etməklə, yuxarıda sadalanan maddi hüquq normasını düzgün tətbiq etmişdir. Belə ki, apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan yalnız bankın təqdim etdiyi sübutlar üzrə hesablama apararaq düzgün olmayan qətnamə çıxarmışdır. Məhkəmə hesab edir ki, apellyatorun şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır. Çünki, iş materiallarından görünür hər iki kredit müqaviləsi üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və məhkəmə qətnaməsi həmin hissədə iddiaçı tərəfindən verilmiş sübutlara əsasən deyil, ekspertiza rəyinə istinad etməklə çıxarılmışdır. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri qətnamənin əsas və faiz hissədə ləğv edilməsini əsassız hesab edir. Kollegiya iş materiallarını, mülki işin birinci instansiyası məhkəməsində baxışı zamanı təyin olunmuş qiymətlənirmə ekspertizasının rəyini müqayisəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hər iki müqavilə üzrə əsas və faiz borcunu mühasibatlıq ekspertizasının rəyinə müvafiq olaraq müəyyən etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunun qətnamədə müəyyən olunandan az olduğunu bildirsə də, buna dair hər hansı bir sübutunu təqdim etməmiş, iş materialları ilə belə hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin Cavabdeh3 münasibətdə qismən ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, e-2-2(121)474/2022 saylı qətnaməsi Cavabdeh3 apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar