Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-216/2025 02.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: müqavilə öhdəliyinin icra edilməməsi nəticəsində yaranmış borcun ödənilməsi Şirvan şəhəri, 02 oktyabr 2025-ci il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barəsində iddiasına dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli, e-2- 2(121)-1500/2025 saylı qətnaməsindən (hakim Rəmzi Nəbiyev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 192 nömrəli "Alqı-satqı müqavilə"sinə əsəsən 34.350,25 manat (5239,87 manat ƏDV daxil olmaqla) məbləğində pulun, 3435 manat faiz, hüquqi yardım üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 208 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə ilə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023cü il tarixli, 192 nömrəli "Alqı-satqı müqavilə"sinə əsəsən 34.350,25 (otuz dörd min üç yüz əlli manat, iyirmi beş qəpik) manat (5239,87 manat ƏDV daxil olmaqla) məbləğində pulun, 3435 (üç min dörd yüz otuz beş) manat dəbbə pulunun (cərimənin), hüquqi yardım üçün vəkilə ödənilmiş 1500 (bir min beş yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 208 (iki yüz səkkiz) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli, 192 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan əlavə tərəflər arasında xx.xx.2024-cü il tarixli, 01 nömrəli və xx.xx.2024-cü il tarixli, 02 nömrəli X5 Protokolları bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 nömrəli X5 Protokoluna və xx.xx.2024-cü il tarixli Təhvil-təslim Aktına əsasən 36.621,28 manat (5586,3 manat ƏDV daxil olmaqla) məbləğində mal iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02 nömrəli X5 Protokoluna və xx.xx.2024-cü il tarixli Təhvil-təslim Aktına əsasən 15428,97 manat (2353,57 manat ƏDV daxil olmaqla) məbləğində mal iddiaçı "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə təhvil verilmişdir. Beləliklə xx.xx.2023-cü il tarixli, 192 nömrəli alqı-satqı müqaviləsi üzrə "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ümumilikdə 52050,25 manat məbləğində mal verilmişdir. "xxxx" MMC tərəfindən həmin borc məbləğindən xx.xx.2024-cü il tarixində 17700 manat (2700 manat ƏDV daxil olmaqla) məbləğində ödəniş olunmuşdur. Hal hazırda "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 192 nömrəli "Alqısatqı müqavilə"sinə əsəsən "xxxx" MMC-yə 34.350,25 (otuz dörd min üç yüz əlli manat, iyirmi beş qəpik) manat (5239,87 manat ƏDV daxil olmaqla) məbləğində borcu vardır. Bununla bağlı dəfələrlə həm yazılı, həm də şifahi xəbərdarlıqlar olunsa da, bunların heç birinin əhəmiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Göründüyü kimi CavabdehMMC tərəfindən bir ildən çoxdur ki, pulun ödənilməsini təmin etmir. xx.xx.2023-cü il tarixdən hazıradək həmin pul iddiaçıya qaytarılmadığı üçün bir il üçün 10 (on) faiz məbləğ hesablanmaqla əlavə 3435 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi zəruridir. “İddia tələbinin dəqiqləşdirilməsi”nə dair ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli, 192 nömrəli "Alqı-satqı müqavilə"sinə əsəsən 34.350,25 manat (5239,87 manat ƏDV daxil olmaqla) məbləğində pulun, 3435 manat faiz, hüquqi yardım üçün vəkilə ödənilmiş 1500 manat məbləğində pulun və dövlət rüsumu kimi ödönilmiş 208 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesinin gedişində iddia tələbində qeyd olunan faiz borcu dəbbə pulu (cərimə) ilə əvəz edilmişdir. Bu səbəbdən iddia ərizəsinin dəqiqləşdirilməsinə zərurət yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilən kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasının iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC-nin mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2-2(121)-1500/2025 saylı qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdehndən 5239,87 manat ƏDV daxil olmaqla cəmi 34.350,25 məbləğində borc və 1500 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 35850,25 (otuz beş min səkkiz yüz əlli manat, iyirmi beş qəpik) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 600 manat məbləğində xərc və ödənilmiş dövlət rüsumuna görə 197,66 (bir yüz doxsan yeddi manat, altmış altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, İddianın qalan hissədə təmin edilməməsi və Ödənilmiş qalan 10,34 (on manat, otuz dörd qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, № e-2-2(121)-1500/2025 saylı qətnaməsinin ləğv edilməsini, tətbiq edilmiş 1500 AZN məbləğində cərimənin ləğv edilməsini və borc məbləğinin 14,770.5 AZN məbləğində azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC iləCavabdeh MMC arasında alqı-satqı müqaviləsi Cavabdeh MMC-nin qalib gəldiyi tender nəticəsində həvalə edilmiş dövlət layihəsinin icrası ilə əlaqəli olmuşdur. Həmin dövlət layihəsinin reallaşdırılması üçün Cavabdeh MMC müxtəlif şəxslərlə müqavilələr bağlamış və layihənin icrasını davam etdirmişdir. Lakin "xxxx" MMC ilə bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsullar müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə çatdırılmamışdır. Buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamışdır. Bununlada, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlər yaranmışdır. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, "xxxx"MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh MMC ilə "xxxx" MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılaraq edilmişdir. Lakin Cavabdeh MMC-yə "xxxx" MMC-nin təqsiri nəticəsində dəymiş zərərəbaxmayaraq tamödənişitələb etməkdədir. Birinciİnstansiya Məhkəməsi tərəfindənqeyd edilən hüquq norması tətbiq edilməmiş, bununla da iş üzrə əsassız qətnamə çıxarılmışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə əlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmiş və ya nümayəndələri vasitəsi ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, tətbiq edilmiş 1500 AZN məbləğində cərimənin ləğv edilməsini və borc məbləğinin 14,770.5 AZN məbləğində azaldılmasını xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin əcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə- hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. - 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. - 425.1-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -15.0.5-ci və 115.0.6-cı maddələrinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvinin və yaxud da dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. "xxxx" MMC (“Satıcı”) ilə Cavabdeh MMC (“Alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 192 nömrəli bağlanmış Alqı-Satqı Müqaviləsinin: -2.1-ci bəndinə əsasən, Müqaviləyə görə “Satıcı” malları (bundan sonra mal) Dövlət standartları ilə müəyyən edilmiş normalara uyun olmaqla, “Alıcı”ya təhvil verir, Alıcı isə Malı qəbul edib, dəyərini ödəməyi öz öhdəsinə götürür. -2.2-ci bəndinə əsasən, Bu müqavilə üzrə satılan Malın miqdarı, çeşidi, qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X3 (bundan sonra “Protokol” adlandırılacaq) göstərilmişdir. -3.2.1-ci bəndinə əsasən, Müqavilənin 2.2-ci bəndində göstərilən Malı Alıcının obyektinə təhvil aktı, qaimə-faktura (Satıcı ƏDV ödəyicisidirsə vergi hesab-fakturası) əsasında Alıcıya və ya səlahiyyətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş nümayəndəsinə təhvil verməy Satıcının vəzifəsidir. -3.4.2-ci bəndinə əsasən, Malı müqavilənin 3.2.1-ci bəndi ilə müəyyənləşdirilmiş qaydada təhvil almaq Alıcının vəzifəsidir. -3.4.3-cü bəndinə əsasən, Malın qiymətini müqavilənin 7-ci bəndi ilə müəyyən olunan şərtlərlə və qaydada satıya ödəmək Alıcının vəzifəsidir. -7.1-ci bəndinə əsasən, bu Müqavilədə nəzərdə tutulan maların dəyəri müqaviləyə əlavə olunmuş protokola əsasən göstərimiş məbləğ üzrə satıcının bank hesabına köçürmə yolu ilə ödənilir. -11.3-cü bəndinə əsasən, Alıcı müqavilənin 3.4.3-cü bəndi ilə müəyyən olunmuş vəzifələrin icra müddətini gecikdirdikdə, hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0,5%-i həcmində, bu müddət 15 gündən çox olduqda isə hər gecikdirilən gün müqavilə qiymətinin 1%-i həcmində Satıcıya cərimə ödəyir. İş materiallarında olan "xxxx" MMC və Cavabdeh MMC tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli “Təhvil-Təslim Aktı”ndan görünür ki, 36621,28 manat, xx.xx.2024-cü il tarixli “Təhvil-Təslim Aktı”ndan görünür ki, 15428,97 manat olmaqla, cəmi 52050,25 manat dəyərində məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli 01 nömrəli “X2”ndan görünür ki, Satıcı tərəfindən Alıcıya 36621,28 manat (ƏDV daxil), 01 mart 2024-cü il tarixli 02 nömrəli “X2”ndan görünür ki, Satıcı tərəfindən Alıcıya 15428,97 manat (ƏDV daxil) olmaqla, cəmi 52050,25 manat dəyərində məhsullar "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesab fakturaların surətindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə malm təhvil verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 25 fevral 2025-ci il tarixli, pretenziya məktubunun surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanılmış alqı-satqı müqaviləsi üzrə yaranmış 34350,25 manat borcun 3 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC məlumatlandırılmışdır. xx.xx.2025-ci il tarixli, 118OPX1250660E47 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə haqq 1500 manat müəyyən olunmaqla Bakı şəhər 30 saylı Vəkil Bürosunun hesabına ödənilmişdir. Göründüyü kimi iddia qismən təmin edilmiş, iddiaçı qətnamə ilə razılaşmış, lakin qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlilləri iddiaçının onunla bağlanmış müqaviləyə əsasən təhvil verilməli olan məhsulların müxtəlif epizodlarda razılaşdırılmış tarixlərdə cavabdehə çatdırılmaması, buna görə də, layihənin icrası ləngimələrlə üzləşmiş, layihənin icrasında növbəti mərhələlərə keçid vaxtında mümkün olmamasından və bununlada, zəncirvari şəkildə ümumi layihənin icrasında, təhvil verilməli olduğu tarixdə, layihə üzrə çalışan işçilərin əmək haqları olmaqla bir çox məsələlərdə problemlər yaranmasından ibarət olmuşdur. Cavabdeh MMC tərəfindən icra olunan layihənin gecikmələrlə üzləşməsi şirkətin maddi ziyana məruz qalmasına səbəb olmuşdur. Göründüyü kimi, "xxxx" MMC tərəfindən müqavilə öhdəlikləri qüsurlu icra olunmuşdur, bununla da Cavabdeh MMC-yə zərər dəymişdir. Bu səbəbdən Cavabdeh MMC ilə "xxxx" MMC arasında şifahi danışıqlar aparılmış və müqavilə üzrə ödənilməli olan vəsait dəymiş zərərə mütənasib olaraq azaldılması xahiş edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh iddiaçının müqavilə öhdəliklərini vaxtında icra etməməsi və bununla da onlara zərər dəyməsini qeyd etsə də cavabdeh apellyasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər mövcuddur. Belə ki, tərəflər arasında etibarlı şəkildə bağlanmış xx.xx.2023-cü il tarixli, 192 nömrəli alqı-satqı müqaviləsinin şərtlərinə əsasən iddiaçı (“Satıcı”) Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən, əlavələrində (X1 göstərilən çeşiddə, miqdarda və təsvir olunan göstəricilərə malik malları istifadə məqsədləri için yararlı halda cavabdehə (“Alıcı”) təqdim etməyi, cavabdeh (“Alıcı”) isə, həmin Malların dəyərini iddiaçıya (“Satıcı”) ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 52050,25 manat dəyərində malları cavabdehə təhvil vermişdir. Göründüyü kimi iddiaçı iddianın əsasını və cavabdehə mal verilməsini mötəbər dəlillərlə sübut edə bilmişdir. Lakin, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə, həmçinin hüquq və vəzifələrinə dair bildiriş təqdim edilməsinə baxmayaraq, iddianın əsassızlığına yaxud öhdəliklərin icrasından azad olunmasına dair sübutları məhkəməyə təqdim etəmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozaraq öhdəliklərini lazımınca icra etməmiş, qəbul edilmiş malların dəyəri tam olaraq ödəməmişdir. Nəticədə cavabdehin iddiaçıya 5239,87 manat ƏDV daxil olmaqla cəmi 34.350,25 məbləğində ödənilməmiş borcu qalmışdır. Məhkəmə, iddia tələbini cərimənin tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin 11.3-cü bəndində cavabdeh tərəfindən vəzifələrin icra müddətini gecikdirdikdə, hər gecikdirilən gün üçün müqavilə qiymətinin 0,5%-i həcmində, bu müddət 15 gündən çox olduqda isə hər gecikdirilən gün müqavilə qiymətinin 1%-i həcmində cavabdehin iddiaçıya cərimə ödəmək vəzifəsi nəzərdə tutulmuşdur. İşin halları ilə Cavabdeh tərəfindən öhdəlik götürdüyü müddətdə ödənişin qaytarılmasını gecikdirdiyi müəyyən olunduğuna görə, onun iddiaçıya cərimə ödəmək öhdəliyi yaranmışdır. Birinci instansiya məhkəməsi, tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq cərimə məbləğinin tənasübsüz surətdə yüksək hesablandığını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləğinin azaldılaraq 1500 manat məbləğində müəyyən edilməsi işin hallarına mütənasib və ədalətli hesab etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın qiyməti 10000 manatdan yuxarıdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 03 iyul 2025-ci il tarixli e-2-2(121)-1500/2025 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-216/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-216/2025
02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver