Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-257/2025 26.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Əliyev Qasım Vəki oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli e-2-2(121)-1362/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli e-2-2(121)-1362/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Kommersiya Məhkəməsi 25 sentyabr 2025-ci il tarixli müşaiətedici məktubla apellyasiya şikayətini iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. X1 Məhkəməsi 25 sentyabr 2025-ci il tarixidə qətnamədən İddiaçı tərəfindən də apellyasiya şikayətinin verildiyini bildirib, həmin şikayətin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ötrü iş materiallarının qaytarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən İddiaçı tərəfindən də apellyasiya şikayəti verildiyindən, kommersiya işi apellyasiya icraatına qəbul edilmədən baxışından çıxarılaraq iş materialları həmin apellyasiya şikayətinin prosessual qanunvericiliyn tələblərinə uyğunluğu yoxlanılmasından ötrü Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 384.0.6, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İş apellyasiya icraatına qəbul edilmədən baxışdan çıxarılsın. Şirvan Kommersiya Məhkəməsinin 15 avqust 2025-ci il tarixli e-2-2(121)-1362/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmasından ötrü iş materialları Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Qasım Əliyev
Məhkəmə qərarları › İş №2-2(106)-257/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-257/2025
26.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver