Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-26/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X6 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, icarə haqqının cavabdehdən tutulması və s. tələbinə dair iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(121)-367/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 7.15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli 11 saylı qərarının və həmin tarixli icarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən İddiaçınə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 28 iyun 2018-ci il tarixli 11 saylı qərarı ilə Cavabdeh 7.15 ha. örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün icarəyə verilmiş və icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin təyinatı heyvandarlığın inkişafı üçün nəzərdə tutulduğu halda, cavabdeh həmin torpaq sahəsinin təyinatını dəyişərək orada əkin işləri aparmışdır. Bununla bağlı, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmışdır. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, cavabdeh icarəçi olaraq örüş sahəsində torpağın təyinatını dəyişərək əkin işləri aparmışdır. O, İddiaçı ilə torpaq sahəsinin icarəyə verilməsinə dair imzalanmış İcarə müqaviləsinin şərtlərini pozduğu üçün barəsində Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsi tərəfindən İXM-in 247.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunmuşlar. İddiaçı 28 iyun 2018-ci il tarixli 11 saylı qərarı ilə heyvandarlığın inkişafı üçün icarəyə götürülmüş torpaq sahəsinin cavabdeh tərəfindən təyinatı üzrə istifadə olunmaması barədə bələdiyyə üzvləri və kənd sakinləri tərəfindən 17 noyabr 2020-ci il tarixli akt tərtib olunmuşdur. Eyni zamanda, qeyd olunmuş məsələ Bələdiyyə İdarəsinin iclasında müzakirə olunaraq cavabdehə 7.15 ha. örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli 11 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinin və digər hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə 23 oktyabr 2020-ci il tarixli qərar qəbul olunmuşdur. Torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt olunması səbəbindən İddiaçınə külli miqdarda ziyan dəymişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmaması səbəbindən məhkəməyə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli e-2-2(121)-367/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 7.15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli 11 saylı qərarının və həmin tarixli icarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən İddiaçınə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin İddiaçı Cavabdeh 7.15 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli 11 saylı qərarın, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi hissəsində iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Beyləqan rayon İmamverdili Bələdiyyəsinin Cavabdeh 7.15 ha. örüş torpaq sahəsinin icarəyə verilməsinə dair Qərarının və 02 iyul 2018-ci il tarixli İcarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli 462579 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və hal-hazıradək ödənilməmiş 5120 manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 manat vəkilə ödənilmiş pul məbləğinin və 60 manat mediasiya ödənişinin cavabdehdən alınaraq Beyləqan rayon İmamverdili Bələdiyyəsinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, icarə haqqının cavabdehdən tutulması və s. tələbinə dair iş üzrə icraata 02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi hissəsində xitam verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(121)-367/2023 saylı qətnaməsi ilə (hakim Elşən Abdullayev) iddia qismən təmin edilərək, Cavabdeh 879,50 manat məbləğində icarə haqqı, hüquqi yardımla bağlı ödənilmiş 80 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat olmaqla, ümumilikdə 1019,50 manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh İddiaçınə məxsus olan Beyləqan rayonunun İmamverdili kəndində yerləşən 7.15 ha torpaq sahəsindən çıxarılması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(121)- 367/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, onun ləğv edilməsi və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamışdır. Belə ki, onunla İddiaçı arasında bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsi notariat qaydasında bağlanmış və müqavilədə müqavilənin birtərəfli qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd edilən müqavilədə torpaqdan təyinatına görə istifadə edilməməsinə görə müqavilənin ləğv edilməsi də nəzərdə tutulmamışdır. Əlavə olaraq, onun tərəfindən torpaqdan istifadəyə görə icarə haqqı illər üzrə tam şəkildə ödənilmişdir. Onunla bələdiyyə arasında notarial qaydada bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin şərtləri onun tərəfindən pozulmamışdır. Tərəfindən müqavilə şərtlərinə tam şəkildə riayət edilmişdir. Məhkəmə iddiaçının birtərəfli qaydada aralarında bağlanmış müqavilənin ləğv edilməsinə istinad edərək onun torpaqdan çıxarılması barədə qətnamə qəbul etmişdir. Halbuki, qeyd edilən müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilərdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2- 2(121)-367/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Beyləqan rayonu İmamverdilər kəndində yerləşən İddiaçı mülkiyyətində olan 7.15 ha torpaq sahəsi xx.xx.2033-cü il tarixədək, icarə haqqı illik 525 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan 7.15 ha torpaq sahəsi Cavabdeh xeyrinə yüklü edilərək icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndələri tərəfindən tərtib edilən 17 noyabr 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarəsinə ayrılmış 7.15 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və Bəhram Abdullayevin icarəsində olan 7.15 ha örüş otlaq sahəsində arpa və pambıq bitkisi əkilməsi müəyyən edilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin nümayəndələri tərəfindən tərtib edilən 16 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarəsinə ayrılmış 7.15 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndi ərazisində araşdırmalar aparılmış və İmamverdilər kənd sakini Cavabdeh icarəsində olan 7.15 hektar örüş otlaq sahəsinin 2.30 hektar ərazisində arpa bitkisi əkildiyi müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2020-ci il tarixli 45 saylı bildirişdən görünür ki, bələdiyyə cavabdehə məktub göndərərək İmişli regional Ədliyyə İdarəsinin tövsiyyəsi və bazar iqtisadiyyatının tələblərini nəzərə alaraq İmamverdili Bələdiyyəsi 31 may 2020-ci il tarixli 06 saylı iclasının qərarı ilə torpaqların hər hektarının illik icarə qiymətinin minimum məbləğinin əkinə yararlı torpaq üçün 350 manat, qismən yararlı torpaq üçün 250 manat, örüş sahələri üçün 200 manat olduğu qərara alınmışdır. Bu barədə cavabdehin bələdiyyəyə gələrək yeni müqavilə şərtləri ilə razılaşması barədə rəsmi məlumat verilməsi cavabdehə təklif olunmuşdur. İşdə olan İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 2019-2022-ci illər üzrə 5210 manat məbləğində icarə haqqı üzrə borcunun olduğu qeyd edilmişdir. İş materiallarında olan İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə M.Ş.C/1/00278 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Beyləqan rayon İmamverdili Bələdiyyəsinin sədri tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli sm2301-04 saylı qəbzin surətindən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına Nümayəndə tərəfindən Vəkil1 göstərdiyi hüquqi xidmətə görə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. MM-in 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-in 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. MM-in 712.3-cü maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. MM-in 713-cü maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi formal və iş üzrə məhkəməyə təqdim edilmiş mötəbər sübutlarla təsdiq edilməyən dəlillər əsassız olmaqla işin həqiqi hallarına uyğun gəlmir. Göstərilən dəlillər hazırkı qətnamənin ləğvi və qarşılıqlı iddianın təmin edilməsi üçün hər hansı qənaətə gəlməyə əsas vermir. Belə ki, ilk öncə, tərəflər arasında notariat qaydasında bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsində torpaqdan təyinatı üzrə istifadə edilməməsinə görə onun birtərəfli qaydada ləğv edilməsinin nəzərdə tutulmaması barədə qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı ərazi şöbəsinin 31 yanvar 2018-ci il tarixli 931 saylı rəyindən aşkar görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 71500 kv.m (7.15 ha) torpaq sahəsi Beyləqan rayon İmamverdili bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı kateqoriyalı, kənd təsərrüfat təyinatlıdır. Uqodiyası örüş aiddir, bonitet balı 45, İİİ keyfiyyət qrupuna daxildir və icarə predmetidir. Bu baxımdan, qeyd edilməlidir ki, MM-in 6.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (TM) 4-cü maddəsinin 3cü bəndinə görə torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Habelə həmin Məcəllənin 10-cü maddəsinin 1-ci bəndinə əsasən torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Bundan başqa, TM-in 11-ci maddəsinin 1-ci bəndinin tələbinə görə torpaq sahələrinin məhdudiyyətli istifadəsi - torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir. Məhkəmə kollegiyası bütün bunlarla yanaşı, diqqətə çatdırır ki, TM-in 73-cü maddəsində torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi əsaslarının göstərmişdir ki, onlardan biri də torpaqdan məqsədli təyinatına görə istifadə edilməməsidir. Qeyd edilməlidir ki, işdə olan İnzibati xəta haqqında MN ******* saylı protokola əsasən Cavabdeh İddiaçı tərəfindən ona icarəyə verilmiş örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin işləri apardığı üçün İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, adıçəkilən qərar mübahisələndirilməmiş və hazırda da qüvvədədir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən torpaqdan istifadəyə görə icarə haqqının illər üzrə tam şəkildə ödənilməsi barədə dəlilinə dair bildirmək istəyir ki, birinci instansiya məhkəməsində şikayətçi cavabdeh bu etirazın əsasına hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində ehtiva olunan dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Beləliklə, Cavabdeh İddiaçındən icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun olaraq, lazımi qaydada istifadə etməməsi və müqavilə üzrə icarə haqqının tam ödənilməməsi müqavilə şərtlərinin pozulması və nəticədə müqavilənin ləğvi ilə nəticələnmişdir. Habelə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən torpaqların təyinatı üzrə istifadə edilməsi şərtlərinə əməl edilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən icarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Bundan başqa, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(121)-367/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli e-2-2(121)-367/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-26/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-26/2024
30.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver