Məhkəmə qərarları › İş №2-2(106)-27/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-27/2024

17.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-27/2024 17.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə X4 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, cavabdehin vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, icarə haqqının tutulması və s.” tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 3 avqust 2023-cü il tarixli e-2-2(121)-364/2023 saylı qətnaməsindən (hakim E.Abdullayev) cavabdehin vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılması, icarə haqqının cavabdehdən tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, bələdiyyənin Cavabdeh 6.0 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli 11 saylı qərarının və həmin tarixli icarə müqaviləsinin, 21 yanvar 2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, 21 yanvar 2020-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən bələdiyyəyə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbu edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 28 iyun 2018-ci il tarixli 11 saylı qərarı ilə Cavabdeh 6.0 ha örüş torpaq sahəsi hevandarlığın inkişafı məqsədilə icarəyə verilmiş və icarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin təyinatı heyvandarlığın inkişafı üçün nəzərdə tutulduğu halda, cavabdeh həmin torpaq sahəsinin təyinatını dəyişərək orada əkin işləri aparmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İmişli Regional Ədliyyə İdarəsi tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmışdır. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, cavabdeh icarəçi olaraq örüş sahəsində torpağın təyinatını dəyişərək əkin işləri aparmışdır. Cavabdeh torpaq sahəsinin icarəyə verilməsinə dair imzalanmış icarə müqaviləsinin şərtlərini pozduğu üçün barəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunmuşdur. İddiaçı 28 iyun 2018-ci il tarixli 11 saylı qərarı ilə heyvandarlığın inkişafı üçün icarəyə götürülmüş torpaq sahəsinin cavabdeh tərəfindən təyinatı üzrə istifadə olunmaması barədə bələdiyyə üzüvləri və kənd sakinləri tərəfindən 17 noyabr 2020-ci il tarixli akt tərtib olunmuşdur. Eyni zamanda, qeyd olunmuş məsələ Bələdiyyə iclasında müzakirə olunaraq cavabdehə 6.0 ha. örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli 11 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinin və digər hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə 23 oktyabr 2020-ci il tarixli qərar qəbul olunmuşdur. Torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt olunması səbəbindən İddiaçınə küllü miqdarda ziyan dəymişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmaması səbəbindən məhkəməyə müraciət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Kommersiya Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli e-2-2(121)-364/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “6.0 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli 11 saylı qərarın, 21 yanvar 2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi və 21 yanvar 2020-ci il tarixli torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi hissəsində” hissədə ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Sonradan iddiaçı tələbini dəqiqləşdirərək 6.0 ha. örüş torpaq sahəsinin cavabdehə icarəyə verilməsinə dair qərarının və 02 iyul 2018-ci il tarixli İcarə müqaviləsinin, 16 mart 2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, 14 mart 2020-ci il tarixli 481807 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, ödənilməmiş 4290 (dörd min iki yüz doxsan) manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 manat vəkilə ödənilmiş pul məbləğinin və 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq Beyləqan rayon İmamverdili Bələdiyyəsinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17 may 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında İddiaçı vəkili, eyni zamanda nümayəndəsi Vəkil1 iddia ərizəsi üzrə tələbi bir daha dəqiqləşdirərək Beyləqan rayonun İmamverdili Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 6.0 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, ödənilməmiş 4290manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 manat vəkilə ödənilmiş pul məbləğinin və 60 manat mediasiya ödənişinin cavabdehdən alınaraq İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 3 avqust 2023-cü il tarixli e-2-2(121)-364/2023 saylı qərardadı əsasında işin icraatına “02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissədə xitam verilmişdir. Məhkəmə “Azərbacan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına istinadla hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İddiaçı tərəfindən Cavabdeh ilə bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin ləğvi üçün qanunvericilikdə nəzərdə tutulan maddi hüquq nomrasının tələblərinə riayət edilmişdir. Bu baxımdan iddiaçının hüquqlarının məhkəmədə müdafiəsini tələb edən bir hal olmadığından iş üzrə icraata icarə müqaviləsinin ləğv edilməsi hissəsində xitam verilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 3 avqust 2023-cü il tarixli e-2-2(121)-364/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, Cavabdeh 700 manat məbləğində icarə haqqının, hüquqi yardımla bağlı ödənilmiş 80 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat olmaqla, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh İddiaçınə məxsus olmaqla, Beyləqan rayonunun İmamverdili kəndində yerləşən 6.0 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları düzgün araşdırılmamışdır. Belə ki, İddiaçı ilə arasında 02 iyul 2018-ci il tarixli icarə müqaviləsi notariat qaydasında bağlanmış və müqavilədə müqavilənin birtərəfli qaydada ləğv edilməsi nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd edilən müqavilədə torpaqdan təyinatına görə istifadə edilməməsinə görə müqavilənin ləğv edilməsi nəzərdə tutulmamışdır. Əlavə olaraq, tərəfindən torpaqdan istifadəyə görə icarə haqqı illər üzrə tam şəkildə ödənilmişdir. Bələdiyyə ilə arasında notarial qaydada bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin şərtləri tərəfindən pozulmamışdır. Məhkəmə iddiaçının birtərəfli qaydada aralarında bağlanmış müqavilənin ləğv edilməsinə istinad edərək torpaqdan çıxarılması barədə qətnamə qəbul etmişdir. Halbuki qeyd edilən müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilərdi. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etmədən, yəni tərəfindən müqavilə şərtlərinə tam riayət olunmasına, müqavilənin yalnız məhkəmə qaydasında ləğv edilməli olmasına münasibət bildirmədən düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etmədən yəni tərəfindən müqavilə şərtlərinə tam riayət olunmasına, müqavilənin yalnız məhkəmə qaydasında ləğv edilməli olmasına münasibət bildirmədən düzgün olmayan nəticəyə gəlmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdehn vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edib, yuxarıda qeyd olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçı üzürlü səbəbini bildirmədən məhkəmədə nümayəndəsi vasitəsi ilə təmsil olunmamışdır, kollegiya Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissədə işin icraatına xitam verilməsinə dair Şirvan Kommersiya Məhkəməsinin 3 avqust 2023-cü il tarixli e-2-2(121)-364/2023 saylı qərardadı hazırki apellyasiya baxışının predmeti deyildir, həmin qərardad cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin vəkili, eyni zamanda nümayəndəsinin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən aşağıdakılar müəyyən olunur: İddiaçı 28 iyun 2018-ci il tarixli 11 saylı iclasının protokoluna əsasən bələdiyyənin mülkiyyətində olan 6.0 ha torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə Cavabdeh icarəyə verilməsi qərara alınmışdır; İddiaçı ilə Cavabdeh arasında 02 iyul 2018-ci il tarixdə bağlanaraq notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 6.0 ha torpaq sahəsi 02 iyul 2033-cü il tarixədək, illik icarə haqqı 430 manat Cavabdeh icarəyə verilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16 mart 2020-ci il tarixində verilmiş **********49 reyestr, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olmaqla, İmamverdili kəndinin ərazisində yerləşən 6.0 ha kənd təsərrüfatı təyinatlı (örüş otlaq) torpaq sahəsi üzərində Cavabdeh icarə hüququ 02 iyul 2018-ci ildən 02 iyul 2023-cü ilədək dövlət qeydiyyatına alınmışdır; Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndəsi tərəfindən ünvan 1 sakini Cavabdeh barəsində tərtib edilmiş “İnzibati xəta haqqında” MN ******* saylı aprel 2019-cu il tarixli protokolun suətindən görünür ki, Cavabdeh İddiaçı mülkiyyətindən icarəsində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin işləri aparmışdır. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndələri tərəfindən tərtib edilən 17 noyabr 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarəsinə ayrılmış 6.0 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və Cavabdeh icarəsində olan 6.0 ha örüş otlaq sahəsində şum işləri aparması müəyyən edilmişdir; Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndələri tərəfindən tərtib edilən 16 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarəsinə ayrılmış 6.0 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və İmamverdilər kənd sakini Cavabdeh icarəsində olan 6.0 hektar örüş otlaq sahəsinin 1.0 hektar ərazisində arpa bitkisi əkildiyi müəyyən edilmişdir; İddiaçı 23 oktyabr 2020-ci il tarixli 12 saylı iclasının protokoluna əsasən Cavabdeh 6.0 ha örüş torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 28 iyun 2018-ci il tarixli 11 saylı iclas protokolunun qərarı ləğv edilmiş, bələdiyyə ilə icarəçi arasında bağlanmış icarə müqaviləsinin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi qərara alınmışdır; İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ödəməli olduğu icarə haqqı 2019-cu il üzrə 510 manat məbləğində, 2020-2023-cü illər üzrə isə hər il müvafiq olaraq 1200 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Cavabdeh 2020- 2022-ci illərdə ümumilikdə 1020 manat məbləğində icarə haqqı üzrə ödəniş etmiş, cəmi 4.290 manat məbləğində qalıq borcu qalmışdır; “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” M.Ş.C/1/00276 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Beyləqan rayon İmamverdili Bələdiyyəsinin sədri X5 tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir; 23 yanvar 2023-cü il tarixli sm2301-05 saylı qəbzin surətindən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına bələdiyyə sədri X5 tərəfindən Vəkil1 göstərdiyi hüquqi xidmətə görə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 16-cı maddəsində örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin aşağıdakı xüsusiyyətləri müəyyən edilmişdir;

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir,

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir,

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir,

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin malqarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır, 73-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda, hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə, əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə, torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 1 il ödənilmədikdə, kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə, istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə, dövlət, bələdiyyə üçün torpaq sahələrinin geri alınması zəruriliyi qanunla müəyyən edildikdə, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə, torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda, torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə xitam verilir; 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir), 75-ci maddəsinin 1-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli ərarı ilə təsdiq edilmiş, «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi» Qaydalarının 4-cü bəndinə əsasən örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər. Həmin Qaydaların 22-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan, aktlardan cavabdehin ona heyvandarlığın inkişafı məqsədilə verilmiş örüş otlaq sahəsindən təyinatı üzrə istifadə etməməsi sübut olunur. Cavabdeh özü də verdiyi apellyasiya şikayətində torpaqdan təyinatı üzrə istifadə etmədiyini etiraf edir, bunu bələdiyyə ilə arasında bağlanmış icarə müqaviləsində belə bir halın nəzərdə tutulmaması ilə əsaslandıraraq, əməllərinə bəraət qazandırmağa çalışır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 713-cü maddəsinə əsasən əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Rerspublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Həmin qanunun 23-cü maddəsinə əsasən icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericilyinin tələblərinə riayət etmək, icarə götürülmüş kənd təsərrüfatı təyinatı torpaqların mühafizəsi keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırması üçün müvafiq aqrotexniki tədbirlər görmək, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra geri qyatarmaq, icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq, torpaq sahəsindən istifadəyə görə haqqını, digər tədiyyələri vaxtında ödəmək, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək icarəçinin vəzifəsidir. İşdən göründüyü kimi, cavabdeh müqavilə münasibətlərindən irəli gələn öhdəliyə əməl etməmiş, heyvandarlığın inkişafı məqsədilə verilmiş örüş torpaq sahəsindən təyinatı üzrə istifadə etməmiş, torpağı tam olaraq şumlamışdır. Bu da Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinin(Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir), həm də Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, «Örüş,otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi» Qaydalarının 25ci bəndinin a) yarımbəndinin (torpaq istifadəçisi otlaq sahələrindən təyinatı üzrə istifadə şərtlərinə əməl etməyə borcludur) tələblərinin pozulması deməkdir. Torpaq Məcəlləsinin ; 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur, 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur, 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Cavabdehin mübahisəli torpaq sahəsindən təyinatı üzrə istifadə etməməsi, mülkiyyətçi olaraq İddiaçınə icarə hüquq münasibətlərinə xitam verilməsi, cavabdehin torpaqdan çıxarılması tələbi ilə məhkəmə müdafiəsindən istifadə etməsinə hüquqi zəmin yaratmışdır. Qətnamənin mübahisələndirilən digər hissələrdə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən kollegiya həmin hissədə də dəlillərlə razılaşmır və hesab edir ki, icarəçi olaraq iddiaçı ona icarəyə verilmiş torpaq sahəsinə görə icarə haqqını faktiki istifadə etdiyi dövr üçün ödəməli olduğundan, iddianı həmin hissədə qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh vəkili, eyni zamanda nümayəndəsi Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 3 avqust 2023-cü il tarixli e-2-2(121)-364/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar