Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-28/2024 18.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, icarə haqqının cavabdehdən tutulması və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(121)-368/2023 saylı qətnaməsindən (hakim Elşən Abdullayev) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarının və həmin tarixli icarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən İddiaçınə dəymiş ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Beyəqan rayonu İmamverdili Bələdiyyəsinin 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarı ilə Cavabdeh 10.309 ha. örüş torpaq sahələri hevandarlığın inkişafı üçün icarəyə verilmiş və İcarə müqaviləsi bağlanılmışdır. Torpaq sahəsinin təyinatı heyvandarlığın inkişafı üçün nəzərdə tutulduğu halda cavabdeh həmin torpaq sahəsinin təyinatını dəyişərək orada əkin işləri aparmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsi tərəfindən cavabdehə icarəyə verilmiş torpaq sahəsinə baxış keçirilməklə araşdırma aparılmışdır. İmişli Regional Ədliyyə İdarəsi tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, cavabdeh icarəçi olaraq örüş sahəsində torpağın təyinatını dəyişərək əkin işləri aparmışdır. O, İddiaçı ilə torpaq sahəsinin icarəyə verilməsinə dair imzalanmış İcarə müqaviləsinin şərtlərini pozduğu üçün barəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İXM-nin 247.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati qaydada cərimə olunmuşlar. İddiaçı 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarı ilə heyvandarlığın inkişafı üçün icarəyə götürülmüş torpaq sahəsinin cavabdeh tərəfindən təyinatı üzrə istifadə olunmaması barədə bələdiyyə üzüvləri və kənd sakinləri tərəfindən 17 noyabr 2020-ci il tarixli akt tərtib olunmuşdur. Eyni zamanda, qeyd olunmuş məsələ Bələdiyyə İdarəsinin iclasında müzakirə olunaraq cavabdehə 10.309 ha. örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarın ləğv edilməsi və həmin qərar əsasında bələdiyyə ilə bağlanılmış icarə müqaviləsinin və digər hüquq müəyyənedici sənədlərin etibarsız hesab edilməsi barədə 23 oktyabr 2020-ci il tarixli qərar qəbul olunmuşdur. Torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz zəbt olunması səbəbindən İddiaçınə küllü miqdarda ziyan dəymişdir. Mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmaması səbəbindən məhkəməyə müraciət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 368/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı - Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarının və həmin tarixli icarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin zəbt olunması səbəbindən İddiaçınə dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi İddiaçı Cavabdeh 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair 28 iyun 2018-ci il tarixli, 11 saylı qərarın, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi və xx.xx.2020-ci il tarixli torpaq sahəsinin planı və ölçü sənədinin etibarsız hesab edilməsi hissəsində iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Sonradan iddiaçı "İddia ərizəsinə dəqiqləşmə verilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair Qərarının və 02 iyul 2018-ci il tarixli İcarə müqaviləsinin, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışın ləğv edilməsi, xx.xx.2020-ci il tarixli, 462797 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması və hal- hazıradək ödənilməmiş 6.489 (altı min dörd yüz səksən doqquz) manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 (bir yüz) manat vəkilə ödənilmiş pul məbləğinin və 60 (altmış) manat mediasiya ödənişinin cavabdehdən alınaraq Beyləqan rayon İmamverdili Bələdiyyəsinin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Cavabdeh qarşı Beyləqan rayonun İmamverdili Bələdiyyəsinin Cavabdeh 10.309 ha örüş torpaq sahəsinin icarəyə verilməsinə dair bağlanılmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, hal-hazıradək ödənilməmiş 6.489 manat icarə haqqının və torpaq sahəsi təhvil verilənədək ödənilməmiş olan icarə haqqının, 100 manat vəkilə ödənilmiş pul məbləğinin və 60 manat mediasiya ödənişinin cavabdehdən alınaraq İddiaçı hesabına köçürülməsi hissəsində icraata qəbul edilməsi, qalan hissədə isə icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi, cavabdehin mübahisəli torpaq sahəsindən çıxarılması, icarə haqqının cavabdehdən tutulması tələbinə dasir iş üzrə icraata “02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi” hissəsində xitam verilmişdir. Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(121)-368/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 313,50 manat məbləğində icarə haqqının, hüquqi yardımla bağlı ödənilmiş 80 manat və mediasiya xərci olaraq ödənilmiş 60 manat, ümumilikdə 453,50 (dörd yüz əlli üç manat, əlli qəpik) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh İddiaçınə məxsus olan Beyləqan rayonunun İmamverdili kəndində yerləşən 10.309 ha torpaq sahəsindən çıxarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Bildirmək istəyir ki, onunla bələdiyyə arasında notarial qaydada bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin şərtləri tərəfimdən pozulmamışdır. Tərəfindən müqavilə şərtlərinə tam şəkildə riayət edilmişdir. Məhkəmə iddiaçının birtərəfli qaydada aralarında bağlanmış müqavilənin ləğv edilməsinə istinad edərək onun torpaqdan çıxarılması barədə qətnamə qəbul etmişdir. Halbuki qeyd edilən müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilərdi. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etmədən yəni tərəfindən müqavilə şərtlərinə tam riayət olunmasına, müqavilənin yalnız məhkəmə qaydasında ləğv edilməli olmasına münasibət bildirmədən düzgün olmayan nəticəyə gəlmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və cavabdeh tərəf apellyasiya baxışında iştirak etməmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, vəkili Vəkil2 Tərtər Rayon Məhkəməsində məhkəmə iclasında olacağına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və buna görə də, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili məhkəməyə ərizə göndərərək, 18 yanvar 2024-cü il tarixdə, saat 14:20-yə təyin edilmiş məhkəmə iclasında Tərtər Hərbi Məhkəməsində əvvəlcədən təyin edilmiş məhkəmə iclasında iştirakı zəruri olduğundan iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını bildirmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili başqa məhkəmə iclasında iştirakı ilə əlaqədar hazırkı iş üzrə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirsə də, buna dair zəruri sübutlarını (məhkəm bildirişi və s.) məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 710.1 -ci maddəsinə əsasən torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 708.2-ci maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpaqdan onun təsərrüfat təyinatına uyğun lazımi qaydada istifadə etməyə borcludur. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. Həmin Məcəllənin 712.3-cü maddəsinə əsasən icarəçi icarəyə götürdüyü torpağın təyinatını yalnız icarəyə verənin qabaqcadan icazəsini almaqla dəyişdirə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə əsasən torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən torpaqlar icarəyə verilərkən torpaqların təyinatı üzrə istifadə edilməsi şərtlərinə əməl edilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən icarəyə verilmiş torpaqların başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Qeyd olunan Qanunun 19-cu maddəsinə əsasən icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək icarəyəverənin hüququdur. Həmin Qanunun 23-cü maddəsinə əsasən icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək icarəçinin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş, «Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi» Qaydalarının 4-cü bəndinə əsasən örüş otlaq sahələrinin və biçənəklərin təyinatı üzrə istifadə edilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, habelə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər. Həmin Qaydaların 22-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər onların istifadəsinə və ya icarəsinə verilmiş yay və qış otlaq sahələrindən, habelə örüş və biçənəklərdən təyinatına uyğun olaraq səmərəli istifadə etməlidirlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəni dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı ərazi şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 929 saylı rəydən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 103000 kv.m (10.30 ha) torpaq sahəsi Beyləqan rayon İmamverdili bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kənd təsərrüfatı kateqoriyalı, kənd təsərrüfat təyinatlıdır. Uqodiyası örüş aiddir, bonitet balı 45, İİİ keyfiyyət qrupuna daxildir və icarə predmetidir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 1i ünvanında yerləşən İddiaçı mülkiyyətində olan 10.309 ha torpaq sahəsi xx.xx.2033-cü il tarixədək, icarə haqqı illik 735 manat olmaqla Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixində dövlət qeydiyyatına alınmış ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində olan 10.309 ha torpaq sahəsi Cavabdeh xeyrinə yüklü edilərək icarə hüququ dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndəsi tərəfindən ünvan 1 sakini Cavabdeh barəsində tərtib edilmiş "İnzibati xəta haqqında” MN ******* saylı protokolun suətindən görünür ki, Cavabdeh İddiaçı mülkiyyətindən icarəsində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin işləri aparmışdır. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndələri tərəfindən tərtib edilən 17 noyabr 2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarəsinə ayrılmış 10.309 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və Cavabdeh icarəsində olan 10.309 ha örüş otlaq sahəsində arpa bitkisi əkildiyi müəyyən edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndələri tərəfindən tərtib edilən 16 noyabr 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh icarəsinə ayrılmış 10.309 ha bələdiyyə mülkiyyətində olan örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin torpaq sahəsi kimi istifadə etməsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinə daxil olmuş şikayət ərizəsi ilə əlaqədar olaraq tərəflərindən İmamverdilər kəndinin ərazisində araşdırmalar aparılmış və İmamverdilər kənd sakini Cavabdeh icarəsində olan 10.309 hektar örüş otlaq sahəsinin 2.20 hektar ərazisində pambıq bitkisi əkildiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 650 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, Bəşirov Əfqan Yusubəli oğlu tərəfindən İddiaçınə 875,50 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, Bəşirov Əfqan Yusubəli oğlu tərəfindən İddiaçınə 875,50 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, Bəşirov Əfqan Yusubəli oğlu tərəfindən İddiaçınə 875,50 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ödəməli olduğu icarə haqqı 2019-cu il üzrə 875,50 manat məbləğində, 2020- 2023-cü illər üzrə isə hər il müvafiq olaraq 2.060 manat məbləğində müəyyən edilmişdir. Həmçinin, Cavabdeh 2020-2022-ci illərdə ümumilikdə 2.626,50 manat məbləğində icarə haqqı üzrə ödəniş etmiş, cəmi 6.489 manat məbləğində qalıq borcu qalmışdır. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” M.Ş.C/1/00275 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Beyləqan rayon İmamverdili Bələdiyyəsinin sədri X4 tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli, sm2301-03 saylı qəbzin surətindən görünür ki, Şirvan Regional Vəkil Bürosunun hesabına X4 tərəfindən Vəkil1 göstərdiyi hüquqi xidmətə görə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehin müqavilə şərtlərinə əməl etmədiyinə görə icarə haqqının cavabdehdən tutulmasını və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmişdir. Hazırda qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, şikayətini məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Bildirmək istəyir ki, onunla bələdiyyə arasında notarial qaydada bağlanmış 02 iyul 2018-ci il tarixli icarə müqaviləsinin şərtləri tərəfindən pozulmamışdır. Tərəfindən müqavilə şərtlərinə tam şəkildə riayət edilmişdir. Məhkəmə iddiaçının birtərəfli qaydada aralarında bağlanmış müqavilənin ləğv edilməsinə istinad edərək onun torpaqdan çıxarılması barədə qətnamə qəbul etmişdir. Halbuki qeyd edilən müqavilə yalnız məhkəmə qaydasında ləğv edilə bilərdi. Birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etmədən yəni tərəfindən müqavilə şərtlərinə tam riayət olunmasına, müqavilənin yalnız məhkəmə qaydasında ləğv edilməli olmasına münasibət bildirmədən düzgün olmayan nəticəyə gəlmişdir. Müəyyən edilir ki, cavabdeh bələdiyyə tərəfindən ona icarəyə verilmiş 10.309 hektar örüş otlaq torpaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin işləri aparmışdır. Nəticədə Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə də Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan Ərazi Şöbəsinin nümayəndəsi tərəfindən ünvan 1 sakini Cavabdeh barəsində "İnzibati xəta haqqında” MN ******* saylı protokol tərtib edilmişdir. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi isə məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, icarə haqqının ödənilməməsi əsası ilə iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, e-2-2(121)-368/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada təqdim edildiyi vaxtdan 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-28/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-28/2024
18.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver