Məhkəmə qərarları › İş №2-2(106)-35/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-35/2025

27.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-35/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Tərlan oğlunun sədrliyi ilə, Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2-2(121)-4063/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏNETDİ: İddiaçı X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, 02 mart 2021-ci il tarixli tikinti xidmətlərinin göstərilməsnə dair bağlanmış müqavilənin ləğv edilməsi və müqaviləyə əsasən ondan alınmış 43000 manat əsas məbləğin və illik 10 faiz bank faizi hesabı ilə 2 il müddətinə istifadə edərək qazanc əldə etdiyini nəzərə alaraq 8600 manat faiz borcunun, ümumilikdə 51600 manat pulun və 245 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan ərizə verərək cavabdeh X1 əsl Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-199/2024 nömrəli qərardadı ilə cavabdeh X1 əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-199/2024 nömrəli qərardadı ilə mülki işin baxılması üçün məhkəmə aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2-2(121)-4063/2024 saylı qərardadı (hakim Zaur Abbasov) ilə İddiaçı Cavabdeh2nə qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 245 manat dövlət rüsumunun (mədaxil qəbzi № **********) iddiaçıya geri qaytarılması və ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin tərəflər arasında bölüşdürülərək 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin Cavabdeh2ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qərara alınmışdır. Qərardadda göstərilmişdir ki, iş üzrə tərəflərin (həm əvəz edilən cavabdeh, həm də əsl cavabdeh daxil olmaqla) subyekt tərkibi, mübahisənin predmeti və tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri, hazırkı mübahisənin kommersiya xarakterdə olmasını və buna görə də, məhkəmə aidiyyəti üzrə mübahisəyə kommersiya məhkəmələri tərəfindən baxılmasını şərtləndirir. Məhkəmə işin ərazi aidiyyəti ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.1-ci maddəsinə və 35.2-ci maddəsinin birinci cümləsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarılmış hüquqi şəxs haqqında məlumatdan görünür ki, iş üzrə əsl cavabdeh qismində seçilmiş Cavabdeh2 (VÖEN **********) hüquqi ünvanı ünvan 1uq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Bakı şəhəri Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Buna görə də, hazırkı predmet üzrə Cavabdeh2na qarşı verilən iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-199/2024 nömrəli qərardadı ilə cavabdeh X1 əsl Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. Yəni, məhkəmənin qərardadı ilə işə başqa cavabdeh cəlb edilməmişdir (MPM-in 51.3-cü maddəsi), iş üzrə seçilmiş cavabdeh MPM-in 54-cü maddəsinə əsasən əsl cavabdehlə əvəz edilmişdir. Məhkəmə qeyd etmişdir ki, bu halda əvəz edilmiş cavabdeh tərəf (proses iştirakçısı) olmaqdan çıxmış hesab edilir və iddia tələbinə baxılması əsl cavabdehə qarşı davam edir. Buna görə də, əvəz edilmiş və bu əsasla tərəf olmaqdan çıxmış cavabdeh X1 Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid ərazi üzrə qeydiyyatda olmasının heç bir əhəmiyyəti qalmamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2024-cü il tarixdə elektron qaydada şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 26 dekabr 2024-cü il tarixli 2-2(121)-4063/2024 saylı iş üzrə iddia ərizəsi ilə cavabdehin qeydiyyatda olduğu ünvana, yəni Beylaqan Rayon Məhkəməsinə müraciət edilmişdir. Bir neçə dəfə məhkəmə prosesi oldu və hətta iş materiallarından göründüyü kimi, məhkəmə iş materiallarını ekspertizaya göndərərək barəsində rəy almışdlr. Müqavilədə tərəf olaraq Cavabdeh2 MMC qeyd edildiyinə görə məhkəmədə iş materiallarının Şirvan Kommersiya Məhkəməsinin icraatına göndərilməsi qərara alındı. İddiaçı əslində pul vəsaitini şəxsən ilkin cavabdeh olan X2 ödəmişdir və hazırda Cavabdeh2 MMC-nin fəaliyyət göstərib-göstərməməsi barədə hər hansı məlumat yoxdur, X5 da cavabdeh olaraq qalmalıdır. Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2-2(121)-4063/2024 saylı qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxılaraq iş materiallarının geri qaytarılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli e-2-2(121)- 4063/2024 saylı qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Şirvan Kommersiya Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Habelə MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi yekun hüquqi nəticəyə gələrkən prosessual hüquq normasının tələblərinə düzgün əməl etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Habelə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nda Bakı şəhəri (onun yurisdiksiyasına aid edilmiş rayonlar) - Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərində göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edilən prosessual hüquq normalarının hazırkı iddia tələbi üzrə müqayisəli təhlilini apararaq qeyd etməyi zəruri hesab edir ki, məhkəməyə müraciət etmək iddiaçının konstitusion hüququdur. Bu hüququndan istifadə edərək özünün pozulmuş və ya pozulması ehtimal edilən hüququnun bərpası üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən kollegiya yekun olaraq hesab edir ki, İddiaçı nümayəndəsi Vəkil1 şikayətinin dəlilləri əsassız olmaqla Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2-2(121)-4063/2024 saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də, şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Şərh olunanlara əsasən və MPM-in 263, 264, 369, 376.2 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2-2(121)-4063/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar