Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-38/2024 09.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommerasiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə Şirvan Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(121)-1051/2023 saylı qərardadından Cavabdeh nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 84232 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 07 avqust 2023-cü il tarixli e-2-2(121)- 1051/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 73412,68 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, 310,24 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilmişdir. Cavabdeh nümayəndəsi Vəkil1 Şirvan Kommersiya Məhkəməsinin 07 avqust 2023cü il tarixli e-2-2(121)-1051/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Şirvan Kommersiya Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli e-2-2(121)- 1051/2023 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1051/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh nümayəndəsi Vəkil1 yenidən apellyasiya şikayəti və apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) ilə məhkəməyə müraciət etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(121)- 1051/2023 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1051/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsi (vəsatəti) rədd edilmiş və Cavabdeh nümayəndəsi Vəkil1 Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1051/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə həmin qərardadında hesab etmişdir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Belə ki, cavabdehin nümayəndəsinin prosessual müddət bərpa edilməsinə dair ərizəsində dəlil kimi qeyd etdiyi cavabdehin məcburi köçkün və şəkər xəstəsi kimi qeydiyyatda olması üzrlü səbəb kimi qəbul edilə bilməz. Cavabdeh nümayəndəsi Vəkil1 Şirvan Kommersiya Məhkəməsinin 30 noyabr 2023cü il tarixli e-2-2(121)-1051/2023 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi və müddətin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh məcburi köçkün kimi Laçın rayonunda olduğu və şəkər xəstəsi kimi qeydiyyatda olduğu üçün apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin iş üzrə 18 dekabr 2023-cü il tarixli e-2-2(121)- 1051/2023 saylı qərardadı ilə Cavabdeh nümayəndəsi Vəkil1 şikayəti təmin edilməmiş və iş materialları ilə birlikdə baxılmasından ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh nümayəndəsi Vəkil1 şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(121)-1051/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Kollegiya qeyd edir ki, MPM-in 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh (və ya onun nümayəndəsi Vəkil1) Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(121)-1051/2023 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. İş materiallarından görünür ki, cavabdeh tərəf məhkəmənin mübahisə olunan qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, qanunvericilikdə apellyasiya şikayətinin verilməsi müddəti və apellyasiya şikayətinin geri qaytarılması hallarından olan prosessual müddətin ötürülməsi halı konkret şəkildə göstərilmiş, habelə müddətin buraxılması səbəbinin məhkəmə tərəfindən üzrlü hesab edildiyi halda onun bərpa edilə bilməsi də qanunun normalarında öz əksini tapmışdır. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddəti bərpa etməməklə düzgün qənaətə gəlmişdir. Belə ki, iddiaçı prosessual müddəti üzrlü səbəblərdən ötürməsini hər hansı mötəbər sübutlarla əsaslandıra bilməmiş, həmçinin şikayətin dəlillərində qeyd edilən hallar belə prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh nümayəndəsi Vəkil1 şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli e-2-2(121)-1051/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-38/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-38/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver