Məhkəmə qərarları › İş №2-2(106)-39/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-39/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-39/2025 01.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı – borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: müqavilələr (podrat) üzrə borc tələbi Şirvan şəhəri, 01 may 2025-ci il X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1 (cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 06 mart 2025-ci il tarixdə məhkəmə iclasında iştirak etmişdir) iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı – borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2- 2(121)-2473/2024 saylı qətnaməsindən (hakim N.Misirzadə) cavabdeh "xxxx" ASC-nin nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı xx.xx.2021- ci il tarixli, 000234 saylı müqavilə, xx.xx.2022-ci il tarixli, 001 saylı “hüquqi xidmət” müqaviləsi, xx.xx.2022-ci il tarixli, 000234/B saylı müqavilə və xx.xx.2022-ci il tarixli, 100922 saylı subicarə müqavilələri üzrə 65.106 manat əsas borc, 8.533 manat ƏDV, 7.349 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, 333 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 81.321 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında: 1) xx.xx.2021ci il tarixli, 000234 №-li “Vergi, Statistika Hesabatları, Məşğulluq Hesabatları və Bank” əməliyyatları üzrə xidmətləri əhatə edən müqavilə; 2) xx.xx.2022-ci il tarixli, 001 №-li hüquqi xidmət müqaviləsi; 3) xx.xx.2022-ci il tarixli, 000234/B №-li İT (İnformasiya Texnologiyaları) xidmətlərinin göstərilməsi üzrə müqavilə; 4) xx.xx.2022-ci il tarixli, 100922 №-li daşınmaz əmlak sahəsinin icarəyə verilməsini nəzərdə tutan subicarə müqaviləsi imzalanmışdır. İşin faktiki hallarını sadalamadan əvvəl, ilk müqavilə yəni xx.xx.2021-ci il tarixli müqavilə imzalanan zaman cavabdeh hüquqi şəxsin adı Cavabdeh ASC deyil, "xxxx" MMC olmuş, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələr imzalanan zaman cavabdeh hüquqi şəxsin adı "xxxx" ASC olmuşdur. Bu səbəbdən də göstərilən müqavilələrdə qarşı tərəfin hüquqi adı kimi "xxxx" MMC və "xxxx" ASC qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli müqaviləyə 1 № Əlavə Razılaşma (xx.xx.2022-ci il tarixdə) imzalanan zaman cavabdehin rəsmi adı Cavabdeh ASC olmuşdur. Hüquqi şəxsin adı sonradan Cavabdeh ASC olaraq dəyişdirilmişdir. Bunu göstərilən hüquqi şəxslərlə hazırki cavabdehin vergi ödəyicisinin eyniləşdirmə nömrələrinin eyni olmağı da təsdiq edir. İddiaçı tərəfindən müqavilələrdə qeyd edilən öhdəliklər layiqincə yerinə yetirilmiş, iddiaçı tərəfindən təhvil verilmiş işlər və göstərilən xidmətlər müqavilələr və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşmiş qaydada cavabdeh tərəfindən qəbul edilmiş və heç bir etiraz bildirilməmişdir. Lakin cavabdeh tərəfindən bu günə kimi müqavilə və onun ayrılmaz tərkib hissəsi olan əlavələr ilə müəyyənləşdirilmiş məbləğdə xidmətlərin tam dəyəri iddiaçıya ödənilməmiş, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 000234 №-li müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan xidmətləri göstərməyi, sifarişçi isə müqavilənin 3.1-ci bəndində göstərilən məbləği icraçıya ödəməyi öhdəsinə götürür. Həmçinin, müqavilənin 3.1-ci bəndinə görə xidmət haqqı aylıq 4.000 (ƏDV-siz) Azərbaycan manatı təşkil edir. Birinci ayın xidmət haqqı müqavilə bağlandığı gündə olmaqla, növbəti ayların xidmət haqları hər ayın müqavilə bağlandığı günündə sifarişçi tərəfindən icraçıya nağd və köçürmə yolu ilə ödənilir (3.2). xx.xx.2021-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehin sifarişinə uyğun olaraq dövrlər üzrə xidmətləri icra etmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş, icra edilən xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə elektron qaimələr göndərilsə də, həmin qaimələr üzrə əsas borc məbləği indiyədək ödənilməmişdir. Həmçinin EBBX 464556 saylı, EBBZ 261091 saylı, EBCB 043230 saylı, EBCC 954707 saylı elektron qaimələr üzrə ƏDV məbləği (dörd qaimə üzrə cəmi 2880 manat) cavabdeh tərəfindən ödənilsə də, yuxarıda sadalanan digər elektron qaimələr üzrə ƏDV məbləğinin ödənişini hazırki günədək təmin edilməmişdir. Əsas borc məbləği 44.000 manat, ƏDV məbləğləri də 5040 manatdır. Bundan başqa cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 5.268 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc, ƏDV borcu və hesablanmış faizlərlə birlikdə borc məbləği 54.308 manata bərabərdir (44.000+5.040+5.268). Bundan başqa xx.xx.2022-ci il tarixli, 001 №-li müqaviləyə görə icraçı sifarişçi və onun törəmə müəssisəsi olan "xxxx" MMC-yə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq hüquqi məsləhətlərin verilməsi, qanunvericiliyə dair yazılı və şifahi arayışların verilməsi, müqavilələrin hazırlanması və ya hazırlanmış müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi, hüquqi rəyin verilməsi, dövlət orqanlarına ərizə, məktub, şikayətlərin yazılması və dövlət orqanlarında təmsil olunması, eyni zamanda sifarişçi tərəfindən isə icraçının göstərdiyi xidmətin müqabilində müqavilənin 5.1-ci maddəsində razılaşdırılmış olan xidmət haqqının icraçının hesablaşma hesabına köçürmə yolu ilə ödənilməsi həmin müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 5.1-ci bəndinə görə icraçı tərəfindən sifarişçiyə göstərilən müvafiq hüquqi xidmət üçün aylıq xidmət haqqı ƏDV xaric 850 manat təşkil edir. Sifarişçi müqavilənin 5.1-ci bəndində razılaşdırılmış olan və icraçı tərəfindən göstərilən hüquqi xidmətin ümumi həcmini əks etdirən xidmət haqqının məbləğini icraçı tərəfindən elektron qaimənin təqdim edilməsi tarixindən 5 iş günü ərzində ödəməlidir. Xidmət haqqı icraçının bank hesabına köçürmə yolu vasitəsi ilə ödənilir(5.2). xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehin sifarişinə uyğun olaraq dövrlər üzrə xidmətləri icra etmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş, icra edilən xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə elektron qaimələr göndərilsə də, həmin qaimələr üzrə əsas borc məbləği bu günədək ödənilməmişdir. Həmçinin, EBCC 954464 saylı və EBCG 338426 saylı elektron qaimələr üzrə ƏDV məbləği (iki qaimə üzrə cəmi 306 manat) cavabdeh tərəfindən ödənilsə də, yuxarıda sadalanan digər elektron qaimələr üzrə ƏDV məbləğinin ödənişini hazırki günədək təmin edilməmişdir. Əsas borc məbləği 6800 manat, ƏDV məbləği isə 918 manatdır. Bundan başqa cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 811 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc, ƏDV borcu və hesablanmış faizlərlə birlikdə borc məbləği 8.529 manata bərabərdir (6.800+918+811). Bundan başqa, xx.xx.2022-ci il tarixli, 000234/B №-li müqaviləyə görə icraçı sifarişçiyə müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan xidmətləri göstərməyi, sifarişçi isə müqavilənin 3.1-ci bəndində göstərilən məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndində xidmətlər dedikdə istifadəçilərin və kompüterlərin qoşulması, monitorinqi və dəstəyi, mövcud LAN şəbəkəsinə dəstək və problemlərin həlli, internet qoşulmaq üçün Wi-Fi şəbəkənin təmini, istifadəçilərə və kompüterlərə dəstək, vaxtına Fingerprint cihazı ilə nəzarət, sistemdə işçilərin əlavə edilməsi və Fingerprint cihazından gündəlik və aylıq hesabatların çıxarılması, istfadəçilərə dəstək, serverin idarə edilməsi, ehtiyat nüsxələmə (Back Up), Cloud Server (1C)-bulud serverində yerləşən 1C serverinin idarə edilməsi nəzərdə tutulur. Müqavilənin 3.1-ci bəndində qeyd olunur ki, xidmət haqqı fevral ayı üçün aylıq 535 (ƏDV-siz), digər aylarda 250 Azərbaycan manatı təşkil edir. 3.2-ci bəndinə görə birinci ayın xidmət haqqı müqavilə bağlandığı gündə olmaqla, növbəti ayların xidmət haqları hər ayın müqavilə bağlandığı günündə sifarişçi tərəfindən icraçıya nağd və ya köçürmə yolu ilə ödənilir. Sonradan müqaviləyə dair bağlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli Əlavə Razılaşmaya əsasən, xidmət haqqı ƏDV xaric olmaqla 350 manat razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehin sifarişinə uyğun olaraq dövrlər üzrə xidmətləri icra etmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş, icra edilən xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə elektron qaimələr göndərilsə də, həmin qaimələr üzrə nə əsas borc məbləği, nə də ƏDV cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Əsas borc məbləği 2450 manat, ödənilməmiş ƏDV 441 manatdır. Bundan başqa, cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 289 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc, ƏDV borcu və hesablanmış faizlərlə birlikdə borc məbləği 3.180 manata bərabərdir (2450+441+289). Bundan başqa xx.xx.2022-ci il tarixli, 100922 №-li subicarə müqaviləsinə görə subicarəyə verən iddiaçı icarəçiyə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 144 kv.m lan sahəni icarəyə verməyi, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür (1.1, 1.2, 1.3). Müqavilənin 4.1-ci bəndinə görə aylıq icarə haqqı xalis 1482 (ƏDV-siz), Azərbaycan manatı təşkil edir. Müqavilə üzrə icarə obyekti iddiaçı tərəfindən cavabdehə 2022-ci ilin sentyabr-dekabr aylarında və 2023- cü ilin yanvar–aprel aylarında subicarəyə verilmişdir. xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı cavabdehin sifarişinə uyğun olaraq dövrlər üzrə xidmətləri icra etmişdir. Tərəflər arasında təhvil-təslim aktı tərtib olunmuş, icra edilən xidmətlərə görə ödəniş edilməsi üçün cavabdehə elektron qaimələr göndərilsə də, həmin qaimələr üzrə nə əsas borc məbləği, nə də ƏDV cavabdeh tərəfindən bu günədək ödənilməmişdir. Əsas borc məbləği ümumilikdə 11.856 manat, ƏDV isə 2134 manatdır. Bundan başqa cavabdeh borcun ödənilməsini gecikdirdiyi üçün gecikdirilən müddətə görə həmin məbləğdən Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun olaraq faizlər tutulub iddiaçıya ödənilməlidir. Mərkəzi Bankın uçot faiz dərəcəsini və ona əlavə edilmiş iki faiz bəndinə uyğun olaraq gecikdirməyə görə faizlər 981 manat təşkil edir. Faizlərin hesablanmasına dair hesabat iddia ərizəsinə əlavə olunmuşdur. Əsas borc, ƏDV borcu və hesablanmış faizlərlə birlikdə borc məbləği 14.971 manata bərabərdir (11.856+2134+981). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən müqavilələr əsasında yerinə yetirilmiş və təhvil verilmiş işlərin ümumi dəyəri ümumilikdə 65.106 manat təşkil etmişdir. Bundan başqa xidmətlər yerinə yetirilərəkən iddiaçı tərəfindən ümumilikdə 8.533 manat məbləğində əlavə dəyər vergisi ödənilməlidir. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək, İddiaçı MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, OC0234 N№-li "Vergi, Statistika Hesabatları, Məşğulluq Hesabatları ve Bank" əməliyyatları üzrə müqavilədən yaranmış 44.000 manat əsas, 5040 manat ƏDVnin, 5.268 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borcu olmaqla, cəmi 54.308 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 001 №-li Hüquqi xidmət müqaviləsindən yaranmış 6.800 manat əsas borc, 918 manat ƏDV-nin, 811 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc olmaqla, cəmi 8.529 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022ci il tarixli, 000234/B №-li İT (İnformasiya Texnologiyaları) xidmətlərinin göstərilməsi müqaviləsindən yaranmış 2.450 manat əsas, 441 manat ƏDV-nin, 289 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanımış borc olmaqla, cəmi 3.180 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; "xxxx" MMC və "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 100922 №-li daşınmaz əmlak sahəsinin icarəyə verilməsi haqqında subicarə müqaviləsindən yaranmış 11.856 manat əsas borc, 2.134 manat ƏDV-nin, 981 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc olmaqla, cəmi 14.971 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə; ümumilikdə müqavilər üzrə 80.988 manat borcun və ödənilmiş 333 manat dövlət rüsumunun, cəmi 81.321 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ASC məhkəmə iclasında təmsil olunmadığından onların mövqeyini öyrənmək mümkün olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2-2(121)- 2473/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2021-ci il tarixli, 000234 saylı müqavilə üzrə 44.000 manat əsas borc, 5.040 manat ƏDV, 5.268 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 54.308 manat məbləğində pul vəsaitinin, xx.xx.2022-ci il tarixli, 001 saylı hüquqi xidmət müqaviləsi üzrə 6.800 manat əsas borc, 918 manat ƏDV, 811 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 8.529 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixli, 000234/B saylı müqavilə üzrə 2.450 manat əsas borc, 441 manat ƏDV, 289 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanımış borc, cəmi 3.180 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixli, 100922 saylı subicarə müqaviləsi üzrə 11.856 manat əsas borc, 2134 manat ƏDV, 981 manat Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 14.971 manat pul vəsaitinin, ödənilmiş 333 manat dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəfin təqdim etdiyi birtərəfli sənədlərə əsaslanmış, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməsi üçün zəruri tədbirlər həyata keçirməmiş və yekunda çəkişmə prinsipinə əməl etmədən birtərəfli qaydada işə baxaraq iddianın təmin edilməsi barədə ədalətsiz qətnamə qəbul etmişdir. Halbuki, cavabdeh tərəf məhkəmə iclasında iştirak edəcəyi təqdirdə iddiaçı tərəfin istinad etdiyi heç bir xidmətin göstərilməməsi ilə bağlı zəruri sənədləri məhkəməyə təqdim edəcəkdi. İddiaçı tərəfindən təqdim edilən təhvil-təslim aktından cavabdeh tərəfin məlumatı yoxdur və qeyd edilən təhvil təslim aktının hansı şəraitdə tərtib olunması da cavabdeh ASC-yə müəmmalıdır. Sonradan cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə verilmişdir. Həmin əlavələrdə göstərilmişdir ki, qətnamədən görünür ki, tərəflər arasında bağlanmış müqavilələr və həmin müqavilələr üzrə göstərilən xidmətlərlə bağlı tərtib edilmiş aktlar işin mübahisə edilməyən halları kimi qəbul edilmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında rəsmiləşdirilmiş müqavilələr yalnız görünüş üçün və şirkətə məxus pulların mənimsənilməsi üçün bağlanılmışdır. Digər tərəfdən iddiaçı şirkətin direktoru (ola bilər də ki, yeni zamanda təsisçisi) X6 Cavabdeh ASC-nin səhmdarıdır. Kənan Ağayev öz qulluq mövqeyindən istifadə edərək və şirkətin pulunu mənimsəmək məqsədilə həmin uydurma müqavilələrin bağlanmasına nail olmuşdur. Digər tərəfdən, müqavilələrdən də göründüyü kimi onlar əsasında “AzeSteelCompany" ASC-yə çox geniş spektrli xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur. Həmin xidmətlər - vergi, əmək, sosial, bank, mühasibat, maliyyə, statistik, kompüter və sairdir. Qeyd olunan xidmətlərin “AzeSteelCompany" ASC-yə təqdim edilməsi üçün iddiaçı şirkətin buna texniki və maddi imkanları tələb olunur. Yəni, iddiaçı şirkət həmin sahədə mütəxəssislərə malik olmalı və bu mütəxəssislər müqavilədə göstərilən xidmətlərlə bağlı iş gördüklərini təsdiq etməlidir. Qeyd olunan bütün hallar işə baxılarkən araşdırılmalı və iddiaçı şirkətin həqiqətən də cavabdehə müqavilələrdə göstərilən xidmətlərin göstərilib-göstərilməməsi müəyyən edilməlidir. Sübut növü kimi təqdim olunmuş aktlar isə müqavilələrdə göstərilən xidmətlərin göstərilməsini təsdiq etmirlər və onların mötəbərliyi şübhəlidir. Bu səbəbdən hesab edirik ki, məhkəmə qətnaməsinin qanuni hesab edilməsi üçün təqdim edilmiş sübutlara əsaslı hüquqi qiymət verilməli, həmin sübutların mötəbərliyi həqiqiliyi yoxlanılmalı və bundan sonra irəli sürülmüş iddianın əsaslı olub-olmaması müəyyən edilməlidir. Hazırkı mübahisənin predmeti iddiaçı ilə cavabdeh arasında bağlanmış xidmət müqavilələri üzrə yaranmış borcun tutulmasıdır. Lakin qeyd olunan müqavilələr hər hansı xidmətlər göstərilməmiş və həmin müqavilələr yalnız görünüş üçün bağlanılmış və formal xarakter daşımışdır. Bu isə müqavilələrin mahiyyət etibarilə etibarsız olduğunu göstərir. İşə apellyasiya qaydasında baxılarkən mübahisəli xidmət müqavilələrinin formal xarakter daşıdığı, görünüş üçün bağlanıldığı və özü-özlüyündə etibarsız olduğu nəzərə alınmalıdır. Müqavilələrin etibarlı əqd hesab edilməsi və həmin müqavilələr üzrə cavabdehin öhdəliyinin yaranması üçün onların icrasının, yəni müqavilələr üzrə real xidmətlərin göstərildiyinin sübut edilməsi zəruridir. Lakin, iddiaçı şirkət bu xidmətlərin göstərildiyini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və edə də bilməz. Çünki belə xidmətlər cavabdehə göstərilməmişdir. Bu isə həmin müqavilələrin etibarsız əqd olduğunu bir daha təsdiqləyir. Bu səbəbdən etibarsız əqd olan mübahisəli xidmət müqavilələri üzrə cavabdeh şirkətin hər hansı öhdəliyinin yarana bilməyəcəyi qənaətinə gəlinməli və nəticə etibarilə iddia tələbləri əsassız hesab edilərək rədd edilməlidir. Bundan başqa müqavilələrdə nəzərdə tutulan xidmətlər spesifik və xüsusi xarakter daşıyır, onların həyata keçirilməsi üçün isə müvafiq ixtisaslı kadrların və maddi resursların mövcudluğu zəruridir. Lakin icraçı şirkətin təqdim edilən müqavilələrdə göstərilən xidmətləri göstərmək üçün nə müvafiq ixtisaslı işçi heyəti, nə də tələb olunan maddi-texniki resursları olmuşdur. Bu isə onu göstərir ki, iddiaçı şirkətin cavabdeh şirkətə müqavilələrdə nəzərdə tutulmuş xidmətləri göstərmək imkanları mövcud olmamış və faktiki olaraq həmin xidmətlər icra edilməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. Etirazda göstərilmişdir ki, Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qeyd olunan qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Daha sonra isə apellyasiya şikayətinə əlavə də elektron sistemə yerləşdirilmişdir. Apellyasiya şikayəti və ona edilən əlavə tam şəkildə formal əsaslarnan hazırlanmış, heç bir əsası mövcud deyildir. Apellyasiya şikayətində ümumiyyətlə qeyd ediləcək heç bir nüans mövcud deyildir. Cavabdehin qeyd etdiyi iddialar, əssasız olmaqla bərabər məhkəməyə bilərəkdən səhv məlumat vermək və qarşı tərəfə böhtan atmaqdan başqa bir şey deyil. Aşağıda bunların izahını bir daha faktlarla göstərilir. Əvvəlcədən qeyd olunmalıdır ki Elektron Məhkəmə Sisteminin texniki imkanlarına görə həm maliyyə məlumatları fayllarının həcmi həm də formatı - excel formatına görə sistemə arzu olunan şəklidə yüklənə bilmir və elektron informasiya daşıyıcında məhkəməyə təqdim olunacaq. Lakin buna baxmayaraq xidmətlərin göstərilməsi ilə faktları bir daha bariz şəkildə göstərən formatda imkanda sənədlər sistemə yüklənildi. Eyni zamanda qeyd olunmalıdır ki, bütün bunlar 1-ci instansiya məhkəməsində də bildirilib və müzakirə olunub. Cavabdeh qeyd edir ki, İddiaçı MMC heç bir texnikiiqtisadi və ekspert bazasına malik deyil və bu xidmətləri göstərmək imkanı yoxdur. Qeyd olunmalıdır ki İddiaçı MMC Azərbaycan Respublikasında biznes sektoru üçün maliyyə, mühasibat, vergi, hüquq, İT həllər, layihələrinin idarə edilməsi və s, bu kimu 170 dən çox biznes xidmətlərinin göstərilməsində ixtisaslaşmış ekosistem şirkətidir. 120-dən çox işçi və ekspert bazası ilə fəaliyyət göstərməklə respublikamızda sahəsi üzrə lider şirkətlərindəndir. Daha ətraflı məlumatlar üçün www.berc.az saytına müraciət oluna bilər. Qeyd edilən sahələr üzrə özəl biznes subyektləri ilə bərabər dövlət institutlarına ö cümlədən Kiçik və X8 (KOBİA) xidmətləri uğurla həyata keçirir. KOB X1 həyata keçirərək qeyd edilən xidmətləri həmin mərkəzlər vasitəsi ilə də bütün respublikada təmin edir. KOBİA ilə müqavilələr də əlavə məlumat olaraq sistemə əlavə olunur. İkinci, cavabdeh tərəf bilərəkdən və böhtan ataraq iddia edib ki, sanki müqavilələr üzrə xidmətlər göstərilməyib və heç bir e-mail və s yazışmalarda yoxdur. Qeyd etmək istəyirlər ki, şifahi məsləhət və digər xidmətlərlə bərabər Vergi, Maliyyə, Bank və.s əməliyyatların həyata keçirilməsi istiqamətində cavabdeh şirkətin rəsmi e-mailindən 300-ə yaxın əməliyyatların e-mail İddiaçı MMC-nin rəsmi e-mailinə sadəcə bir mütəxəssin ünvanına (Tural Ağazadənin) daxil olub. Həmin emaillərin daxil olma tarixinidə əks etdirən e-maildən çıxarış etməklə sənədlərə əlavə edirlər. (sadəcə maillərin siyası 30 vərəqə yaxındır, komputerden “screenshot” olunmaqla) və canlı formada da, mailləri alan mütəxəssislər-yəni xidməti göstərən mütəxəssilər zərurət olduğu təqdirdə məhkəməyə gələrək orada da e-maili açıb göstərə bilər. Qeyd olunmalıdır ki, həmin vaxtı şirkət əsas sahibi 75%-dən yuxarı paya sahib olmaqla İsmayılovlar ailəsi olub. Eyni zamanda İsmayılovlar ailəsi şirkətin İdarəetməsini həyata keçirməklə X3 əsas vəzifələri tutmuşlar. Müşahidə Şurasının rəhbəri Cəmaləddin İsmayılov və idarə heyətinin sədri onun qardaşı Əli İsmayılov, Nəzarət Təftişə rəhbərlik isə X2 İsmayılov olmuşdur. Cavabdeh ASC tərəfindən xidmətlərlə maliyyə, mühasibat, vergi vəs xidmətlərlə bağlı göndərilən e-maillər şirkətin nümayəndəsi Bəylər Bəkirov tərəfindən rəhbərliklə xüsusi ilə Cəmalədin İsmayılovla gündəlik müzakirədən sonra göndərilib. Zərurət olarsa cavabdeh ASC-nin keçmiş işçisi həmin e-mailin sahibi Bəylər Bəkirov da məhkəməyə dəvət olunaraq dindirilə bilər. Üçüncüsu, cavabdeh tərəf bilərəkdən və böhtan ataraq iddia edib vergi və digər hesabatlarla bağlı işlər görülməyib və bütün müqavilələr formal olmasını, aparılan vergi, maliyyə və s əməliyyatlara dair hesabatların sanki olmamasını qeyd edir. Həmin hesabatlardan bir neçəsinin şəkil (pdf) formasında çıxarış etməklə məlumat üçün sistemə əlavə edir. 1) Vergi hesabatları üçün “Əvəzləşdirmə Cədvəlindən çıxarış”, 2) ”İxrac maliyyə məlumatları cədvəlindən çıxarış”, 3) ”Aylar üzrə dövriyyə cədvəlindən çıxarış”, 4) ”İdxal maliyyə məlumatları cədvəlindən çıxarış”, 5) Vahid muzdlu bəyannamədən çıxarış”, 6) Hüquqi xidmətlələ bağlı mail üzrərindən yazışmaları əks etdirən 44 səhifəlik yazışma və sənədlər və.s Excel formasında da ətraflı olaraq hazırlanmış hesabtalar informasiya daşıyıcılarında məhkəməyə təqdim edəcəyik. Elektron məhkəmə sisteminin texniki imkanları olmadığı üçün excel faylları yüklənə bilinmir. ASC-yə xidmətllərin həyata keçiriləməsinə İddiaçı MMC tərəfindən birbaşa cavabdeh olan əməkdaşların siyahısını və şirkətdə çalışmaları ilə bağlı elektron sistemdən əmək müqaviləsi çıxarışları da əlavə edilir. Vergi, mühasibat, hesabtlar, bank əməliyyatları, və digər məsləhət xidmətlər üzrə: 1.Məmmədov Ruslan – hazırda “Berc Groupun” direktoru, 2.Tural Ağazadə - hazırda eyni şirkətdə şöbə rəhbəri, 3.Sevinc və Rəsul adında əməkdaşlar İT support əməliyyatları və məsləhətlər üzrə. X10 Abbasov Hüquqi xidmətlər və məsləhətlər üzrə. Heydər Abdullayev və Asif Məmmədov və hazırda uzun müddətdir Vəkillər Kollegiyasının üzvü olan, professional hüquqşünas. Bu şəxslər zərurət olduqda məhkəməyə dəvət olunub dindirilə bilər. Dördüncüsü, cavabdeh tərəf məhkəmə iclasında iştirak etmədiklərini bildirmişlər. Lakin məhkəmə tərəfindən məhkəmə iclasına dair bildiriş və eyni zamanda elektron sistem vasistəsilə bildirişlər sistemə yerləşdirilmişdir. Məhkəmədə iştirak etməmək isə cavabdehin öz seçimi olub ki, iştirak etməyiblər. Niyyət isə prosesi müxtəlif bəhanələrlə uzatmaq və öhdəlikləri mümkün qədər daha gec icra etmək imkanı əldə etmək olmuşdur. Qarşı tərəf eyni zamanda bilərəkdən və böhtan ataraq İddiaçı MMC icarə ilə bağlı xidmətlərini də şübhə altına alaraq, sanki İddiaçı MMC-nin icarə vermək üçün imkanı olmayıb və sanki "xxxx" ASC heç vaxt icarədən istifadə etməyib. Bir daha qeyd edirlər ki, İddiaçı MMC bir ekosistem şirkətidir və 1500 kv/m ofisə sahibdir və bu gündə həmin ofisdə fəaliyyət göstərir, rəsmi sənədlər əlavə olunub. "xxxx" ASC ilə subicarə müqaviləsi və digər sənədlər əlavə olunub. Eyni zamanda, "xxxx" ASC icarəyə götürdüyü ofisində çalışmış işçilərinin siyahısı da təqdim edilir. Zərurət halında həmin şəxslər də məhkəməyə çağrılıb dindirilə bilər. İsmayılov Cəmaləddin - əsas səhmdar, 75%-dən çox səhmlə, Bəylər Bəkirov - Cəmaləddin İsmayılovun köməkçisi və baş mühasib. Zaur Əhmədov -İdarə Heyətinin üzvü, Pərviz Tahirzadə - İdarə Heyətinin üzvü, Samir Həmidov - Audit Departamentinin rəhbəri, Zalış Səmədzadə anbar mühasibi, Əjdər adlı şəxs – təchizatçı Natiq adlı, şəxstəchizatçı Rəfayıl adlı şəxs 1C proqram təminatı üzrə mütəxəssis və digərləri. Qarşı tərəf bilərəkdən və böhtan ataraq Kənan Ağayev və İddiaçı MMC haqqında əsasız iddialar bildirməklə diqqətləri yayındırmaq və mümkün qədər çox zaman udmaqla öhdəliklərin icrasını yubatmaq niyyəti daşıyır. Qarşı tərəf bildirir ki, sanki minioritor səhmdar olan Kənan Ağayev özünü korporativ idarəetmə strukturu (İdarə Heyəti və onun sədri, Müşahidə Şurası və onun sədri, Nəzarət təftiş və sədri, X5 kimi strukturları) olan və rəbərliyi 75%-dən çox paya sahib olan İsmayılovlar ailəsi tərəfində həyata keçirilən Cavabdeh ASC-yə onun vəsaitlərini mənimsəmək üçün müqavilə bağlatdırıb və buna görə də qərardad çıxarılaraq prokurorluq orqanlarında məsələyə baxılmalıdr. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-2473/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qüvvəsində saxlanılmasını xahiş etmişlər. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Ağazadə X4 iclasında apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş və apellyasiya şikayətinə qarşı vermiş olduğu Etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. (www.berc.az sayt) Həmçinin göstərmişdir ki, httDs://www.taxes.qov.az/az/paae/kommersiyaqurumlarının-dovlet-reyestrine-daxil-edilen melumatlarindaki-deyisikliklerin-tarixcesinə baxdıqda "xxxx" ASC-nin kimin təsisçisi, səhmdarları, direktoru və icra orqanının rəhbəri olması aydın müəyyən olunur. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh təşkilat sonrakı məhkəmədə iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə etmiş, onun dəlillərinə uyğun izahat verərək şikayətlərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, tam yохlanılmasını düzgün hеsab еdir. İşə tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.4-cü maddəsinə əsasən, tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 777-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 683-cü maddəsinə əsasən, kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyanı ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Əgər kirayəyə verən icazə verməkdən imtina edirsə, kirayəçi qanunla müəyyənləşdirilmiş müddəti gözləməklə hüquq münasibətlərini ləğv edə bilər, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin. Əgər kirayə müqaviləsi bağlandıqdan sonra yaşayış otağı kirayəçisinin həmin otağın bir hissəsini istifadə üçün hər hansı üçüncü şəxsə verməyə əsaslı marağı vardırsa, bunun üçün kirayəyə verəndən icazə almaq hüququna malikdir, bu şərtlə ki, obyektiv baxıldıqda üçüncü şəxs icazədən imtina üçün mühüm əsaslar verməsin, yaşayış otağı həddindən artıq yüklənməsin və ya kirayəyə verənin bu cür ikinci əldən kirayəyə adətən yol verdiyi ehtimal edilsin. Əgər kirayəyə verən bu cür ikinci əldən kirayəyə yalnız kirayə haqqının ağlabatan dərəcədə artırılması şərti ilə yol verirsə, icazə verməsini kirayəçinin belə artımla razılaşması ilə şərtləndirə bilər. Kirayəçinin ziyanına olaraq bundan kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. İstifadə hər hansı üçüncü şəxsə verilərkən kirayəçi, hətta kirayəyə verən ikinci əldən kirayəyə razılıq versə belə, həmin üçüncü şəxsin istifadə zamanı əmələ gələn təqsiri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli 000234 saylı “Vergi, Statistika hesabatları, Məşğulluq hesabatları və Bank əməliyyatları üzrə xidmətləri əhatə edən” müqavilə bağlanmışdır İşdən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 001 saylı “hüquqi xidmət” müqaviləsi və xx.xx.2022-ci il tarixli 000234/B saylı “İT xidmətlərinin göstərilməsi üzrə” müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2022ci il tarixli 100922 saylı subicarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan elektron qaimə fakturaların və təhvil-təslim aktlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 65.106 manat məbləğində əsas borcu və 8.533 manat məbləğində ƏDV borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə borcların ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu (bildiriş) göndərmişdir. Beləliklə, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə(lər)yə əsasən iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş, işlər görülmüş, habelə daşınmaz əmlak subicarəyə verilmişdir. Lakin, cavabdehin borcu yaranmış və borcunu ödəməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə(lər) üzrə cavabdeh(lər) üzər(lər)inə götürdü(kləri)yü öhdəli(klər)yi yerinə yetirməmişdir(lər). Göründüyü kimi birinci instansiya məhkəməsi iddianı təmin etmiş, xx.xx.2021-ci il tarixli, 000234 saylı müqavilə üzrə 44.000 manat əsas borc, 5.040 manat ƏDV, 5.268 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 54.308 manat məbləğində pul vəsaitinin, xx.xx.2022-ci il tarixli, 001 saylı hüquqi xidmət müqaviləsi üzrə 6.800 manat əsas borc, 918 manat ƏDV, 811 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 8.529 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixli, 000234/B saylı müqavilə üzrə 2.450 manat əsas borc, 441 manat ƏDV, 289 manat Azərbaycan Respublikası Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanımış borc, cəmi 3.180 manat pul vəsaitinin, xx.xx.2022-ci il tarixli, 100922 saylı subicarə müqaviləsi üzrə 11.856 manat əsas borc, 2134 manat ƏDV, 981 manat Mərkəzi Bankının uçot faiz dərəcəsinə uyğun hesablanmış borc, cəmi 14.971 manat pul vəsaitinin, ödənilmiş 333 manat dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsini qət etmişdir. Qətnamədən cavabdeh narazı qalmış və apellyasiya şikayəti vermişdir. Şikayətin dəlillərindən biri cavabdehin məhkəmə iclaslarının yeri barədə məlumatlandırılmaması, bununlada çəkişmə prinsipinin pozulması olaraq göstərilmişdir. Kollegiya şikayətin qeyd edilən dəlilinə münasibətdə bildirir ki, işdə olan məhkəmə tərəfindən cavabdehə ünvanlanmış məhkəmə iclasına dair bildirişdən və həmçinin elektron sistem vasistəsilə elektron kabinetə yerləşdirilmiş bildirişlərdən görünür ki, cavabdeh təşkilat məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iddianı təkzib edəcək mötəbər sübutlarını birinci instansiya məhkəməsinin birinci baxış iclasınadək təqdim etməmişdir. Şikayətin növbəti dəlili işdə olan iddiaçı ilə cavabdeh arasında tərtib edilən təhviltəslim Aktlarının müəmmalı şəkildə tərtib edilməsi ilə bağlıdır. Kollegiya bununla bağlı aşağıdakıları qeyd edir: Birincisi, işdən müəyyən edilir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021ci il tarixli 000234 saylı “Vergi, Statistika hesabatları, Məşğulluq hesabatları və Bank əməliyyatları üzrə xidmətləri əhatə edən” müqavilə bağlanmışdır Həmçinin işdən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixli 001 saylı “hüquqi xidmət” müqaviləsi və xx.xx.2022-ci il tarixli 000234/B saylı “İT xidmətlərinin göstərilməsi üzrə” müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında xx.xx.2022ci il tarixli 100922 saylı subicarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi qeyd edilən müqavilələrin bağlanması hər iki tərəfin izahatı ilə təsdiq edilir. Cavabdeh tərəf müqavilənin bağlanmasını təsdiq edir, lakin həmin müqavilələrin icra edilmədiyini iddia edir. İkincisi, iş materiallarında olan elektron qaimə fakturaların və təhvil-təslim aktlarının surətlərindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə xidmətlər göstərilmiş və işlər görülmüşdür. Cavabdehin 65.106 manat məbləğində əsas borcu və 8.533 manat məbləğində ƏDV borcu qalmışdır. Müəyyən edilir ki, tərəflər arasında müqavilə üzrə görülmüş işlərlə bağlı təhvil-təslim aktları tərtib edilmiş, hər təhvil-təslim aktı ardıcıllıqla qaimə-fakturalarla təsdiq olunur. Həmçinin işə əlavə edilən 1) Vergi hesabatları üçün “Əvəzləşdirmə Cədvəlindən çıxarış”dan, 2) ”İxrac maliyyə məlumatları cədvəlindən çıxarış”-dan, 3) ”Aylar üzrə dövriyyə cədvəlindən çıxarış”-dan, 4) ”İdxal maliyyə məlumatları cədvəlindən çıxarış”-dan, 5) Vahid muzdlu bəyannamədən çıxarış”-dan, 6) Hüquqi xidmətlələ bağlı mail üzrərindən yazışmaları əks etdirən 44 səhifəlik yazışma və sənədlərdən də müəyyən olunur ki, tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Bundan başqa cavabdeh tərəf iddia edirb ki, sanki müqavilələr üzrə xidmətlər göstərilməyib və heç bir e-mail və s yazışmalarda yoxdur. Qeyd edilir ki, şifahi məsləhət və digər xidmətlərlə bərabər Vergi, Maliyyə, Bank və.s əməliyyatların həyata keçirilməsi istiqamətində cavabdeh şirkətin rəsmi e-mailindən 300-ə yaxın əməliyyatların e-mail İddiaçı MMC-nin rəsmi e-mailinə sadəcə bir mütəxəssin ünvanına (Tural Ağazadənin) daxil olub. Həmin emaillərin daxil olma tarixinidə əks etdirən e-maildən çıxarış etməklə sənədlərə əlavə edilibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli Qərarı ilə təsdiq edilmiş "Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir; 2.5.3-cü yarımbəndinə əsasən, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə- fakturanın "Əsas” sətrində qeyd olunur; 3.2- ci bəndinə əsasən, elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir; 3.4-cü bəndinə əsasən, bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-cı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. "Qaydalar”ın qeyd olunan bəndlərinə əsasən müəyyən edilir ki, elektron qaiməfaktura Azərbaycan Respublikasının Vergi Məcəlləsinin məqsədləri üçün vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər arasında mal dövriyyəsinin, görülən iş və xidmətlərin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. "Qaydalar”ın 2.5.3-cü bəndinin tələblərindən və "Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturanın forma və məzmununu müəyyən edən "Qaydalar”a 1 nömrəli Əlavədən görünür ki, elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları və s.) əsasında doldurulur və onun hansı əsasla tərtib edilməsi elektron qaiməfakturanın "Əsas” sətrində qeyd olunur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 20 aprel tarixli Qərarında da qeyd edilir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Üçüncüsü, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə borcların ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu (pretenziya-bildiriş) göndərmiş, lakin cavabdeh təşkilat aralarında məhkəmə mübahisəsinin olmasını bildiyi halda həmin xəbərdarlıq məktubuna hər hansı münasibət belə bildirməmişdir. Cavabdehin sonradan təqdim etdiyi apellyasiya şikayətinə əlavənin dəlillərindən biri Kənan Ağayevin öz qulluq mövqeyindən istifadə edərək və şirkətin pulunu mənimsəmək məqsədilə həmin qeyd edilən uydurma müqavilələrin bağlanmasına nail olması ilə bağlıdır. Kollegiya bununla bağlı bildirir ki, tərəflər arasında müqavilələrin bağlanılması bir faktdır və bu müqavilələr cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Deməli müqavilələr müqavilə azadlığı və könüllülük prinsipinə uyğun olaraq bağlanmış və heç kəs bəhsi keçən müqavilələrin bağlanmasına məcbur edilməmişdir. Cavabdeh iddiaçının uydurma müqavilə bağlamağa nail olmasını vurğulasa da bununla bağlı müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Şikayətin dəlillərindən növbətisi müqavilələrdə nəzərdə tutulan xidmətlərin spesifik və xüsusi xarakter daşıması, onların həyata keçirilməsi üçün isə müvafiq ixtisaslı kadrların və maddi resursların mövcudluğunun zəruri olması göstərilmişdir. Lakin qeyd edilir iddiaçı şirkətin təqdim edilən müqavilələrdə göstərilən xidmətləri göstərmək üçün nə müvafiq ixtisaslı işçi heyəti, nə də tələb olunan maddi-texniki resursları olmuşdur. Bu isə onu göstərir ki, iddiaçı şirkətin cavabdeh şirkətə müqavilələrdə nəzərdə tutulmuş xidmətləri göstərmək imkanları mövcud olmamış və faktiki olaraq həmin xidmətlər icra edilməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, İddiaçı MMC İddiaçı MMC Azərbaycan Respublikasında biznes sektoru üçün maliyyə, mühasibat, vergi, hüquq, İT həllər, layihələrinin idarə edilməsi və s, bu kimu 170 dən çox biznes xidmətlərinin göstərilməsində ixtisaslaşmış ekosistem şirkətidir. 120-dən çox işçi və ekspert bazası ilə fəaliyyət göstərməklə respublikamızda sahəsi üzrə lider şirkətlərindəndir. Daha ətraflı məlumatlar üçün www.berc.az saytına müraciət oluna bilər. Qeyd edilən sahələr üzrə özəl biznes subyektləri ilə bərabər dövlət institutlarına ö cümlədən Kiçik və X8 (KOBİA) xidmətləri uğurla həyata keçirir. KOB X1 həyata keçirərək qeyd edilən xidmətləri həmin mərkəzlər vasitəsi ilə də bütün respublikada təmin edir. KOBİA ilə müqavilələr də əlavə məlumat olaraq sistemə əlavə olunur. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Bütün yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsinin ümumi məbləği 10000 manatdan çox olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qət etdi: Cavabdeh ASC-nin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli, e-2-2(121)- 2473/2024 saylı qətnaməsi cavabdehin vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar