Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-41/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə, Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri X3, (sədrlik edən, məruzəçi) Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı V cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və s. tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-2(121)-1028/2023 saylı (hakim Zaur Abbasov) qətnaməsindən iddiaçı "Accessbank” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları: İddiaçı V cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 008R********** saylı və xx.xx.2021-ci il tarixli 008R********** saylı kradit razılaşmalarının ləğv edilməsi, cavabdеhlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 008R********** saylı kradit razılaşması üzrə 26674.19 manat məbləğində kradit borcu, 2647.78 manat məbləğində faiz borcu və 1664.93 manat məbləğində cərimə borcu olmaqla, 008R********** saylı kradit razılaşması üzrə 7060.29 manat məbləğində kradit borcu, 526.65 manat məbləğində faiz borcu və 307.83 manat məbləğində cərimə borcu olmaqla, 008R********** saylı kradit razılaşması üzrə 12513.97 manat məbləğində kradit borcu, 1254.02 manat məbləğində faiz borcu və 701.08 manat məbləğində cərimə borcu olmaqla, cəmi 53350.74 manat məbləğində borcun və ödənilmiş 405 manat məbləğində mediasiya xərcinin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Cavabdeh3 mülkiyyətində olan ünvan 1ində yaşayış məntəqələrinin torpaqları təyinatlı, xüsusi mülkiyyətli 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 184.9 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli fərdi yaşayış evinin açıq hərracdan satılması, 53350.74 manat məbləğində borcun, ödənilmiş 405 manat məbləğində mediasiya xərcinin tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması və həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına "xxxx" QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 ümumi qaydada tutulması; Cavabdeh3 mülkiyyətində olan ünvan 1ində yaşayış məntəqələrinin torpaqları təyinatlı, xüsusi mülkiyyətli 0.15 ha torpaq sahəsivə həmin torpaq sahəsində yerləşən 184.9 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli fərdi yaşayış evinə Cavabdeh3 və Cavabdeh2 istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008L**********79 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 500.000 manat məbləğində kradit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kradit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "AccassBank” QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 008R********** saylı kradit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 50000 manat məbləğində kradit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 008R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh3 kradit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kradit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kradit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kradit borcundan 23325.81 manat ödəmiş, onun 26674.19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 200 gün üçün hesablanmış faiz borcu 2647.78 manat təşkil edir. Kradit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə kraditi və ona hasablanmış faizi vaxtında qaytarmadıqda hər gacikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 200 gün üçün hasablanmış cərimə 1664.93 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "AccassBank” QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli 008R********** saylı kradit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13200 manat məbləğində kradit götürmüşdür. Cavabdeh3 kradit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kradit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kradit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kradit borcundan 6139.71 manat ödəmiş, onun 7060.29 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022- ci il tarixə 210 gün üçün hesablanmış faiz borcu 526.65 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 210 gün üçün hesablanmış cərimə 307.83 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 "AccessBank” QSC ilə bağladığı xx.xx.2021 -ci il tarixli 008R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh3 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh3 götürdüyü kredit borcundan 1486.03 manat ödəmiş, onun 12513.97 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh3 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 195 gün üçün hesablanmış faiz borcu 1254.02 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 195 gün üçün hesablanmış cərimə 701.08 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh1, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka verən Cavabdeh3 ilə Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 008M**********01 saylı ipoteka müqaviləsi (Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu S.Yİsmayılov tərəfindən təsdiq edilib) əsasında Cavabdeh3 mülkiyyətində olan ünvan 1ində yaşayış məntəqələrinin torpaqları təyinatlı, xüsusi mülkiyyətli 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 184.9 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindənxx.xx.2019-cu il tarixində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışla Cavabdeh3 mülkiyyətində olan ünvan 1ində yaşayış məntəqələrinin torpaqları təyinatlı, xüsusi mülkiyyətli 0.15 ha torpaq sahəsivə həmin torpaq sahəsində yerləşən 184.9 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli fərdi yaşayış evi Cavabdeh3 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "AccessBank” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı Cavabdeh2 Cavabdeh3 mülkiyyətində olan ünvan 1ində yaşayış məntəqələrinin torpaqları təyinatlı, xüsusi mülkiyyətli 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 184.9 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli fərdi yaşayış evi "AccessBank” QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin əmlakı qeyd-şərtsiz boşaldacağı barədə öhdəlik götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh3 iddia tələbini əsas və faiz borcuna aid hissədə qismən qəbul etdiyini, cərimənin çox hesablandığını, borcundan müəyyən ödənişlər etdiyini bildirərək, borcu ödəyəcəyini qeyd etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasında iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-2(121)-1028/2023 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 008R********** nömrəli kredit razılaşması üzrə 26.674,19 manat məbləğində əsas borc, 2.647,78 manat məbləğində faiz borcu, 160 manat məbləğində cərimə borcu, xx.xx.2021-ci il tarixli, 008R********** nömrəli kredit razılaşması üzrə 6.460,29 manat əsas borc, 526,65 manat faiz borcu, 30 manat cərimə borcu, xx.xx.2021-ci il tarixli, 008R********** nömrəli kredit razılaşması üzrə 11.913,97 manat əsas borc, 1.254,02 manat faiz borcu, 70 manat cərimə, 405 manat ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş, ipoteka predmetinə yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat və 30 manat xidmət haqqı olmaqla, ümumilikdə 50.186,9 manat məbləğində pulun tutularaq iddiaçı "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələb Cavabdeh3 mülkiyyətində olan ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 184.9 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1ində yerləşən 0.15 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 184.9 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 139.600 manat məbləğində müəyyən edilməsi, həmin əmlaklar açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitdən 50.186,9 manat məbləğində pulun "Accessbank” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və qalan məbləğin ipoteka qoyan Cavabdeh3 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 239,21 manat məbləğində dövlət rüsumunun cavabdehlərə aid edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi qətnaməsinin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 139600 manat müəyyən edilməsi hissədində ləğv edilməsi, əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş 40000 manat olaraq müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı ekspert rəyi əsaslı deyildir. İpoteka predmetinin dəyəri tərəflərin razılaşması ilə ipoteka müqaviləsində müəyyən edilmişdir. Ekspert tərəfindən keçən müddət ərzində ipoteka predmetinin dəyərinin 3,5 dəfədən artıq qiymətləndirilməsi əsassızdır və buna görə də, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilə bilməz. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, iddiaçı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin göstərmişdir ki, götürmüş olduğu kredit borcu üzrə ödənişlər edir və tez bir zamanda borcunu tamamilə ödəyəcəkdir. Apellyasiya baxışında digər cavabdehlər və iddiaçının nümayəndəsi iştirak etməmişdir. İddiaçı tərəf məhkəməyə vəsatət göndərərək, iş üzrə təkrar qiymətləndirmənin keçirilməsini və qiymətləndirmənin aparılmasının başqa qiymətləndirici təşkilata həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin protokol qərarına əsasən iddiaçı tərəfin vəsatəti təmin edilməmişdir. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iştirak etməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsinə dair hissədə dəyişdirilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən hissədə yoxlanılmasını düzgün hesab edir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissələrdə qətnamənin ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan "Accessbank” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008L**********79 nömrəli uzunmüddətlli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə ilə Cavabdeh3 120 ay müddətinə 500.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "Accessbank” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008L**********79 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli, 008R********** nömrəli kredit razılaşmasının: 1.1-ci bəndinə əsasən, Bank məbləği 50.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5% olmaqla 48 ay müddətinə Kredit Alana verir; 1.2-ci bəndinə əsasən, Kredit Alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən, Bank krediti Kredit Alanın cari hesabına köçürür. Kreditin Kredit Alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur; 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kreditin məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşdırılmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1 \30 hissəsi kimi hesablanır; 4.2.2-ci bəndinə əsasən, Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, "Accessbank” QSC tərəfindən Cavabdeh3 bank hesabına xx.xx.2019-cu il tarixdə 50.000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 008R**********S nömrəli "kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında” sazişin "Ödəniş planı”nın surətindən görünür ki, 008R********** nömrəli kredit müqaviləsi üzrə son ödəniş tarixi xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan "Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2019-cu il tarixli, 008R********** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 26.674,19 manat, faiz borcu 2.647,78 manat, cərimə borcu 1.664,93 manat olmaqla, cəmi borc məbləği 30.986,90 manat təşkil edir. İş materiallarında olan "Accessbank” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008L**********79 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixli, 008R********** nömrəli kredit razılaşmasının: 1.1-ci bəndinə əsasən, Bank məbləği 13.200 manat olan krediti aylıq faiz dərəcəsi 1.5% olmaqla 18 ay müddətinə Kredit Alana verir; 1.2-ci bəndinə əsasən, Kredit Alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən, Bank krediti Kredit Alanın cari hesabına köçürür. Kreditin Kredit Alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur; 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kreditin məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşdırılmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1 \30 hissəsi kimi hesablanır; 4.2.2-ci bəndinə əsasən, Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, "Accessbank” QSC tərəfindən Cavabdeh3 bank hesabına xx.xx.2021-ci il tarixdə 66 manat komissiya çıxılmaqla 13.200 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan "Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, 008R********** nömrəli kredit müqaviləsi üzrə ilk ödəniş tarixi kimi xx.xx.2021-ci il, son ödəniş tarixi isə xx.xx.2023-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan "Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 008R********** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 7.060,29 manat, faiz borcu 526,65 manat, cərimə borcu 307,83 manat olmaqla, cəmi borc məbləği 7.894,77 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixli, 008R********** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 6.460,29 manat, faiz borcu 526,65 manat, cərimə borcu 307,83 manat olmaqla, cəmi borc məbləği 7.294,77 manat təşkil edir. İş materiallarında olan "Accessbank” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008L**********79 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2021 -ci il tarixli, 008R********** nömrəli kredit razılaşmasının: 1.1-ci bəndinə əsasən, Bank məbləği 14.000 manat olan krediti aylıq faiz dərəcəsi 1.5% olmaqla 36 ay müddətinə Kredit Alana verir; 1.2-ci bəndinə əsasən, Kredit Alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öz öhdəsinə götürür; 2.1-ci bəndinə əsasən, Bank krediti Kredit Alanın cari hesabına köçürür. Kreditin Kredit Alanın hesabına köçürüldüyü tarix kreditin verildiyi tarix hesab olunur; 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kreditin məbləği üzrə hər gün üçün Bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşdırılmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1\30 hissəsi kimi hesablanır; 4.2.2-ci bəndinə əsasən, Kredit Alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faiz məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan kreditin verilməsinə dair qəbzin surətindən görünür ki, "Accessbank” QSC tərəfindən Cavabdeh3 bank hesabına xx.xx.2021 -ci il tarixdə 14.000 manat məbləğində pul (kredit) köçürülmüşdür. İş materiallarında olan "Ödəniş planı”nın surətindən görünür ki, xx.xx.2021 -ci il tarixli, 008R********** nömrəli kredit müqaviləsi üzrə ilk ödəniş tarixi kimi xx.xx.2021-ci il, son ödəniş tarixi isə xx.xx.2024-cü il kimi qeyd olunmuşdur. İş materiallarında olan "Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2021 -ci il tarixli, 008R********** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 12.513,97 manat, faiz borcu 1.254,02 manat, cərimə borcu 701,08 manat olmaqla, cəmi borc məbləği 14.469,07 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh3 xx.xx.2021 -ci il tarixli, 008R********** nömrəli kredit müqaviləsinə əsasən əsas borcu 11.913,97 manat, faiz borcu 1.254,02 manat, cərimə borcu 701,08 manat olmaqla, cəmi borc məbləği 13.869,07 manat təşkil edir. İş materiallarında olan "ödəniş qəbzi”nin surətindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə kredit razılaşmaları üzrə ümumilikdə 1.601 manat ödəniş etmişdir. İş materiallarında olan "Accessbank” QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008S**********04 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan "Accessbank” QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008S**********05 nömrəli zaminlik müqaviləsindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan "Accessbank” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, ünvan 1ində torpaqları təyinatlı, xüsusi mülkiyyətli 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 184.9 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli fərdi yaşayış evi "Accessbank” QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008L**********79 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə ilə ipoteka predmeti tərəflərin razılığı ilə 40.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1ində fərdi yaşayış evi "Accessbank” ASC-nin xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Cavabdeh2 xx.xx.2019- cu il tarixli ərizəsinin surətindən görünür ki, o, əri Cavabdeh3 məxsus ünvan 1i ünvanında 0.15 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 184.9 kv.m olan fərdi yaşayış evi və torpaq sahəsinin "Accessbank” QSC və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razılıq verdiyini, borc öhdəliyi yerinə yetirilməzsə və bununla əlaqədar mənzilə tutma yönəldilərsə, hər hansı şərtsiz mənzili qeydiyyatdan çıxmaqla tərk edəcəyini və həmin əmlaka qarşı hüquqlarından imtina edəcəyini bildirmişdir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, "Accessbank” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 008R********** nömrəli; xx.xx.2021-ci il tarixli, 008R********** nömrəli və xx.xx.2021 -ci il tarixli, 008R********** nömrəli nömrəli kredit müqavilələrinə əsasən yaranmış borcun xx.xx.2022ci il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə kredit müqavilələrinə vaxtından əvvəl xitam veriləcəyi, müqavilə üzrə əmələ gəlmiş borcun "Accessbank” ASC- yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 xəbərdarlıq edilmişdir. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı "Accessbank” ASC-nin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən mediasiya sessiyasında cavabdehlər iştirak etməmişlər. İş materiallarında olan "ödəniş tapşırığı”ın surətindən görünür ki, iddiaçı "Accessbank” ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Mediasiya Təşkilatının hesabına 405 manat vəsait ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, iddiaçı "Accessbank” ASC Cavabdeh3 "ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, iddiaçı "Accessbank” ASC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Ərazi İdarəsinə müraciət edərək ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2-2(121)-1028/2023 nömrəli qərardadı əsasında təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/4906-9/5140 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh3 məxsus, ünvan 1ində yaşayış məntəqəsi təyinatlı torpaqları təyinatlı, xüsusi mülkiyyətli 0.15 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 184.9 kv.m ümumi sahəli, xüsusi mülkiyyətli fərdi yaşayış evinin bazar dəyəri 147.000 manat, likvid dəyəri 139.600 manat məbləğində olması müəyyən olunmuşdur. Rəyə əlavə edilən "ekspertiza xərclərinə dair” bilidirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı ipoteka predmetinin dəyərinin müəyyən edilməsinə dair hissədə mübahisələndirir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ekspert rəyi əsassızdır, ipoteka predmeti düzgün qiymətləndirilməmişdir. Apellyasiya baxışında iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy alınaraq işə əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/292-9/1240 nömrəli ekspert rəyinə görə ünvan 1ində yerləşən, Cavabdeh3 mülkiyyətində ola 0.15 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 52000.0 manat məbləğində, likvid dəyəri isə təqribən 49000.0 manat məbləğində; ünvan 1ində yerləşən, Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 102000.0 manat, likvid dəyəri isə təqribən 97000.0 manat məbləğində; Lənkəran rayonu Digah kəndində yerləşən, Cavabdeh3 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 154000.0 manat, likvid dəyəri isə təqribən 146000.0 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında yaranmış fərq, keçən müddət ərzində respublikadaxili orta bazar qiymətlərində baş verən artımla əlaqədar yaranmışdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, hazırkı ekspert rəyi ilə ipoteka predmetinin dəyəri nəinki azalmış, əksinə artmışdır. Belə olan halda da, apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. Bundan başqa kollegiya hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayəti vermədiyindən və araşdırma yalnız iddiaçı tərəfin vermiş olduğu apellyasiya şikayəti əsasında aparıldığından apellyasiya baxışında iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasını rəyi ilə müəyyən edilən ipoteka predmetinin likvid dəyəri 146000.0 manat hazırkı halda ipoteka predmetinin ilkin satış qiyməti kimi götürülə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə mübahisələndirilən hissələrdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən, ekspert rəyinin verilməsi ilə əlaqədar olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı "Accessbank” QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı V apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, e-2-2(121)-1028/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Ekspert rəyinin verilməsi ilə əlaqədar olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı V tutularaq AH hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(106)-41/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-41/2024
24.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver