Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-2(106)-49/2024 04.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X2 ibarət məhkəmə tərkibində, İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-8/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı kiçik müəssisəsinin adına verilmiş JN: 0367, kod 90918018 nömrəli Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə əsasında İddiaçı MMC-yə məxsus torpaq sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 20 dekabr 2023-cü il tarixdə məhkəməyə vəsatət ilə müraciət edərək, eyni predmet üzrə Şirvan İnzibati Məhkəməsində 2(056)-98/2023 saylı iş üzrə məhkəmə icraatı davam etdiyi üçün həmin iş yekunlaşana kimi hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-8/2024 saylı qərardadına əsasən iddiaçının nümayəndəsi X1 iş üzrə icraatın dayandırılması barədə vəsatəti təmin edilmiş, İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair e-2-2(121)-8/2024 saylı iş üzrə icraat hazırda Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Sabirabad Rayon İcra Hakimiyyətinə qarşı Sabirabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 08 saylı sərəncamının ləğv edilməsi tələbinə dair 2-1(120)-1429/2024 saylı işə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılması qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-8/2024 saylı qərardadından narazı qalan Cavabdeh şikayət verərək həmin qərardadın ləğv edilərək vəsatətin təmin edilməməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 02 fevral 2024-cü il tarixli 2-2(121)-8/2024 saylı qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qərardadda və vəsatətdə İddiaçı MMC-nin cavabdeh Sabirabad rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair hazırda Şirvan İnzibati Məhkəməsinin icraatında olan iş ilə cavabdeh olaraq ona qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iş arasında olan bağlılığın nədən ibarət olması, həmin mübahisə predmetinin bir-birindən asılılığı və işin dayandırılmasını zəruri edən xüsusatlar əsaslandırılmamış, mübahisənin obyektiv həll olunmasına mane olan hallar qeyd olunmamış və icraatın dayandırılması zərurəti ehtimal olunmuşdur. İş materiallarına əsasən iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüsü 1555 ha olduğu halda, onun istifadəsində 33.14 ha əkin sahəsi vardır və həmin torpaq sahəsi də ona məxsusdur. Çünki torpaq sahəsi mülkiyyət hüququna dair Çıxarış əsassında onun mülkiyyətindədir. Torpaq sahəsinin onun mülkiyyətində olması Çıxarışla bərabər həmin sahənin Yerquruluşu planı ilə də təsdiqlənir. İddiaçının iddia etdiyi yaşayış sahəsi, ferma, su turbası onun tərəfindən zəbt olunmamışdır. Onun İstifadəsində olan iki ədəd çobanların müvəqqəti yaşayış sahəsi, iki ədəd xırda və iri buynuzlu heyvanlar üçün tikilmiş tövlə mülkiyyət hüququna dair Çıxarış əsassında onun mülkiyyətindədir. İddiaçının iddia etmiş olduğu mübahisəli torpaq sahəsinin qanuni əsaslarla ona məxsus olması iş materialları arasında olan əsaslı sübutlarla təsdiq olunmasına və mübahisə üzrə məhkəmə araşdırmasının başa çatmasına, işin dayandırılmasını zəruri edən əsasların olmamasına baxmayaraq, İddiaçı MMC-nin cavabdeh Sabirabad Rayon İcra Hakimiyyətinə qarşı Şirvan İnzibati Məhkəməsinin icraatında olan sərəncamın ləğv edilməsi tələbinə dair işə mahiyyəti üzrə baxılıb həll edilənədək işin dayandırması əsassızdır. Məhkəmə vəsatəti təmin edərkən MPM-in 82.3, 254.1-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına istinad etmişdir. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-8/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilməlidir ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, hazırkı mübahisənin həlli baxılan digər mübahisəsinin predmetini təşkil edən işdən asılıdır və bu səbəbdən də, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi dayandırmağı zəruri hesab etmişdir. Belə ki, MPM-in 254.1.4-cü maddəsinin tələbinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək, təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Belə ki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxır ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. İcraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır. Bununla yanaşı, kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, hazırkı iş üzrə icraatın dayandırılmasını zəruri edən şərtlərdən biri də digər işə baxılması nəticəsində iddiaçının müvafiq subyektiv hüququnun mövcud olub-olmaması halı da müəyyən ediləcəkdir. Bu zaman qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı MMC-nin Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair e-2-2(121)-8/2024 saylı iş üzrə icraat hazırda Şirvan İnzibati Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin cavabdeh Sabirabad Rayon İcra Hakimiyyətinə qarşı Sabirabad Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 08 saylı sərəncamının ləğv edilməsi tələbinə dair işə mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılması nəticəsinə gələrkən haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Habelə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının hər hansı pozuntusuna yol verilməsi aşkar edilmir. MPM-in 402-ci maddəsinə görə apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlardan kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 397.2, 398.0.1, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli 2-2(121)-8/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(106)-49/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(106)-49/2024
04.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver