Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-57/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh ləğv prosesində olan "Salyan Avtovağzal” ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) qarşı müəssisənin fəaliyyəti ilə əlaqədar tərtib edilmiş zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı3 və İddiaçı2 dividendin ödənilməsi, u ilə n arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, "Salyan Avtovağzal” ASC tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli səhmdarların ümumi yığıncağının qərarlarının etibarsız hesab edilməsi və s. tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ləğv prosesində olan "Salyan Avtovağzal” ASC-nin İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş pulun tutulması tələbinə dair kommersiya işi üzrə Açar sözlər: sənədlərin təqdim edilməsi, dividend, dövriyyənin yoxlanılması, qərarların etibarsızlığı; pul tələbi. X28 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Həşimov Yaşar Xanoğlan oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçıların nümayəndəsi X14, onların nümayəndəsi və vəkili Nümayəndə1, ləğv prosesində olan "Salyan Avtovağzal” ASC-nin nümayəndəsi və vəkili Vəkil, həmçinin nümayəndəsi X17, ilkin iddia üzrə cavabdeh "H.N-Trans” MMC-nin nümayəndəsi X13 iştirakı ilə, İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh ləğv prosesində olan "Salyan Avtovağzal” ASC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) qarşı müəssisənin fəaliyyəti ilə əlaqədar tərtib edilmiş zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İddiaçı3 və İddiaçı2 dividendin ödənilməsi, h ilə "H.N-Trans” MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi, "Salyan Avtovağzal” ASC tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli səhmdarların ümumi yığıncağının qərarlarının etibarsız hesab edilməsi və s. tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan "Salyan Avtovağzal” ASC-nin İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş pulun tutulması tələbinə dair kommersiya işi Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-9/2023 saylı, 22 dekabr 2023-cü il tarixli (hakim Elşən Abdullayev) qətnaməsindən ilkin iddia üzrə iddiaçıların nümayəndəsi X25 və ilkin iddia üzrə cavabdeh "Salyan Avtovağzal” ASC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" AsC-yə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi) qarşı cavabdehin son 10 il yəni 2011-2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən Ümumi Yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəttinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi, iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçıların müəyyən etdiyi auditorun iştirakı tam və hərtəfəli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla, səhmdar İddiaçı1 illik ödənilmiş 6.000 manat, 3 il ərzində 18.000 manat çıxılmaqla, illik ödənilməmiş 81.186 manat olmaqla, son 3 il ərzində ödənilməmiş 243.583 manat, digər iddiaçıların hər birinə isə hər il ödənilməmiş 3.296 manat olmaqla üç il ərzində ödənilməmiş 9.888 manat dividentin cavabdeh tərəfindən iddiaçılara ödənilməsi barədə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" ASC-nın (VÖEN **********) iddiaçılar da daxil olmaqla bir neçə səhmdar tərəfindən təsis edilib. Adıçəkilən cəmiyyətin səhmlərinin 13,1213 %-i İddiaçılardan fiziki şəxs İddiaçı1 qızma, 0.4986 %-i fiziki şəxs İddiaçı2 və 0,4986%-i fiziki şəxs İddiaçı3 məxsusdur. Cəmiyyətin səhmlərinin digər 85,8815 %-i isə yalnız bir səhmdara- fiziki şəxs X4 məxsusdur. Cavabdehin əsas məqsədi mənfəət əldə etməkdən ibarətdir. Cəmiyyətin əsas fəaliyyət növü Salyan şəhər daxili, Salyan şəhərindən Salyan rayonun kəndlərinə, respublikanın digər rayon və şəhərlərə sərnişin daşıma xidmətlərini həyata keçirmək olsa da, cavabdeh qanunvericiliklə qadağan edilməyən digər kommersiya xarakterli çoxsaylı fəaliyyət ( əsasən xidmət) növləri ilə məşğul olur. İddiaçılar cəmiyyətin səhmlərinin birlikdə 14.1185 %-nə malik olsalar da, cəmiyyətin idarəetməsindən tamamilə kənarlaşdırılmaqla yanaşı, səhmdar cəmiyyətinin həyata keçirdiyi layihələr, maliyyə sənədləri barədə Cəmiyyətin idarəetmə strukturlarından məlumat ala bilmirlər. Bununla bağlı səhmdarların bilavasitə və yaxud nümayəndələri v asitəsilə Cəmiyyətin İdarə Heyətinə və digər vəzifəli şəxslərinə dəfələrlə etdikləri şifahi və yazılı müraciətlərə də ya mahiyyəti üzrə cavab verilmir, ya da ümumiyyətlə cavab verilmir. Səhmdarlardan yalnız İddiaçı1 aylıq 500 ( beş yüz ) manat olmaqla illik 6000 ( altı min ) manat dividenti cavabdehdən almışdır. Digər iki səhmdar isə ASC-nin fəaliyyət göstərdiyi müddətdə indiyədək heç bir divident almamışdır. İddiaçıların müşahidəsi və sorğusu əsasında müəyyən edilmişdir ki, cavabdehlə bağlanmış icarə və s. müqavilələr əsasında Avtovağzal ərazisində və onun ətrafında ərzaq və qeyri- ərzaq, pal-paltar, məişət və s. məhsulların satışım həyata keçirən iri, orta və xırda həcmli 50 mağaza və dükanlar, kənd təsərrüfatı məhsullarını və sənaye mallarının satışı ilə məşğül olan 73 ədad səyyari satış məntəqələri və 8 ədəd ticarət köşkləri də fəaliyyət göstərir ki, qeyd edilən mağaza və dükanlar, satış məntəqələri və köşklərlə bağlanmış müqavilələr və həmin qurumlardan əldə edilmiş icarə haqqları, onlarla bağlı tərtib edilmiş maliyyə-uçot və vergi sənədləri, nəhayət həmin obyektlərdən əldə edilən gəlirlər barədə heç bir informasiya əldə etmək mümkün deyildir. Bu da ona dəlalət edir ki, həmin obyektlərdən əldə edilən gəlirlər iddiaçılardan gizlədilir. Buna baxmayaraq səhmdarların müşahidləri və ASC-ti ilə müqavilə bağlamış icarədarlarla ( sahibkarlarla) danışıqları əsasında müəyyən edilib ki, müxtəlif çeşidli məhsulların satışı ilə məşğul olan 50 ədəd mağaza və dükanların sahibkarları ilə müqavilələr bazar qiymətlərindən çox aşağı məbləğdə bağlanılsa da, icarədarlardan müqavilədən kənar haqq alınması barədə əsaslı məlumatlar mövcuddur. ASC Salyan şəhərinin mərkəzi hissəsində yerləşdiyidən orada icarə müqavilələrinin orta bazar qiymətinin aylıq 300 ( üç yüz ) manatdan aşağı olmadığını nəzərə alsaq, ümumilikdə 50 ( dükan və ya mağazadan ) sahibkardan yığılan ( və yaxud yığılmalı olan ) icarə haqqlarının aylıq məbləği 50X300=15000 ( on beş min ) manat, illik isə 180000 ( yüz səksən min) manat qədərdir. olmasını düşünmək mümkündür. Cavabdehin mağaza və dükanların icarədarları ilə müqaviləni kiçik məbləğdə rəsmiləşdirilməsi, iddiaçılara ödənilməli olan dividentin məbləğinə təsir etməklə yanaşı, vergi məsuliyyətindən yayınma kimi də qiymətləndirilməlidir. Bundan əlavə, "Salyan Avtovağzal” ASC ərazisində 78 kiçik satış məntəqələri - "Bazar” adıyla fəaliyyət göstərir ki, cavabdeh hər satış məntəqəsini işlədən şəxsdən gün ərzində 3-5 manat vəsait toplayır ki, bu da gün ərzində ən azı 234 (iki yüz otuz dörd ) manat, ay ərzində 6720 ( altı min yeddi yüz iyirmi ), il ərzində 80440 ( səksən min dörd yüz qırx ) manat gəlir deməkdir. Cavabdeh həmin gəlirdən iddiaçılara heç bir divident ödəmir, eyni zamanda əldə edilən gəlirlər rəsmiləşdirilmədiyinə görə vergidən və məcburi sosial sığorta ödənişindən də yaymır. Eyni zamanda 9 povilyon tipli ictimai-iaşə satış yerlərininin hər birindən aylıq 150 ( yüz əlli) manata yaxın olmaqla aylıq icarə haqları almır ki, bu da 9 sahibkardan alman icarə haqqlarının məbləğinin ümumilikdə 150X9X12=16200 ( on altı min iki yüz ) manat olduğunu göstərir. Cavabdeh eyni zamanda sərnişindaşıma xidmətini də qanunvericiliyə uyğun həyata keçirmir. Salyan şəhər daxili və şəhərlərarası fəaliyyət göstərən nəqliyyat vasitəsi sahiblərindən alman gündəlik haqqlar leqallaşdırılmır. Belə ki, sərnişinlərə bilet satişları həyata keçirmir, bəzi nəqliyyat vasitələri qeydə alınmır. Cavabdeh şəhərdaxili 8 marşurut üzrə gündə 40 reys, Salyan şəhərindən Salyan rayonun kəndlərinə 15 marşurut üzrə sərnişin daşıma xidməti həyata keçirir. Şəhərdaxili hər marşurutdan gündə ən azı 12 manat haqq almır ki, bu da 8X12=96 ( doxsan altı) manat edir. Həmin marşurutlardan cavabdehin aylıq əldə etdiyi gəlir 96X30=2880 (iki min səkkiz yüz səksən) manat, illik qazanc isə 34560 (otuz dörd min beş yüz altmış ) manat təşkil edir. Salyan şəhərindən kəndlərə hərəkət edən 15 marşurutun hər birindən 10 manat olmaqla, gündə 150 ( yüz əlli). ayda 4500 ( dörd min beş yüz ). illik isə 54000 ( əlli dörd min ) manat qazan əldə edilir. Bundan başqa cavabdeh digər rayon və şəhərlərə sərnişin daşıyan nəqliyyat vasitələri sahiblərindən, o cümlədən: Salyan -Neftçala 10 nəqliyyat vasitəsinin hər birindən gündə 10 manat olmaqla-cəmi 100 ( yüz ) manat, aylıq-3000 ( üç min ), illik isə 36000 (otuz altı min); Salyan-Şirvan marşurutu üzrə 10 nəqliyyat vasitəsi sərnişandaşıma xidməti həyata keçirir ki, həmin nəqliyyat vasitələrinin hər birindən cavabdeh gündə 10 manat olmaqla, 10 nəqliyyat vasitəsindən gündəlik 100 ( yüz ), aylıq 3000 ( üç min ), illik isə 36000 ( otuz altı min ) haqq alır. Həmçinin, Salyan- Şorsulu, Lənkəran (2 reys),Biləsuvar 2 reys, Ələt, Gəncə, Şirvan 2-ci yol,Bakı 10-15 reys olmaqla ayda 10-12 min, illik cəmi-120000-136000 manat arası qeyri-qanuni qazanc əldə edir ki, həmin qazancdan da iddiaçılarda gizlədilir və onlara heç bir divident verilmir, eyni zamanda məcburi dövlət ödənişləri həyata keçirilmir. Eyni zamanda Salyan şəhərindən Şirvan, Bakı şəhərləri istiqamətində taksi kimi fəaliyyət göstərən çoxsaylı nəqliyyat vasitələrindən də yığılan rüsumlar da rəsmiləşdirilmir, mənimsənilir. Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi ərazidə "Azərcell” və "xxxx" MMC-nın müvafiq qurğuları cavabdehlə müqavilə əsasında quruşdurulmuşdur ki, həmin qurumlarla bağlanılmış icarə müqavilələrindən illik 2400 ( iki min dörd yüz ) manat icarə haqqı cavabdeh tərəfindən alınır. Bundan əlavə, Səhmdar Cəmiyyətinin fəaliyyət göstərdiyi ərazidə "Avtovağzal" adlanan Şadlıq sarayı mövcuddur ki, həmin şadlıq sarayının sahibindən cavabdeh ildə 1500-2000 manat haqq alır. Göründüyü kimi, cavabdehin aylıq gəliri ən azı-50000-55000 (əlli-əlli beş min ) manat, illik gəliri isə 550000-600000 ( beş yüz əlli-altı yüz min ) təşkil edir. Cavabdehin illik xərclərinin 30-35 min manat olmasını ehtimal etsək, onun illik xalis mənfəətinin ən azı 520-560 min olduğunu görərik. Əldə etdiyi həmin 520-560 min illik mənfəətdən yalnız İddiaçı1 qızma ayda 500 manat olmaqla, illik 6000 ( altı min ) manat divident ödəyir. Digər iki iddiaçıya isə heç bir divident ödənilməyib. Halbuki, iddiaçısəhmdar İddiaçı1 ASC-nın səhmlərinin 13,1213 %-inə malik olduğunu nəzərə alsaq onun mənfəətdən aylıq dividenti 7265 ( yeddi min iki yüz altmış beş) manat, illik dividenti isə 87186 ( səksən yeddi min yüz səksən altı ) manat, digər iddiaçıların hər birinini 0.4986 %-i payına rəğmən aylıq dividenti 274, 23 (iki yüz yetmiş dörd manat, iyirmi üç qəpik), illik dividenti isə 3296 ( üç min iki yüz doxsan altı) manat olmalı idi. göründüyü İddiaçı1 qızma illik 87186 ( səksən yeddi min yüz səksən altı ) manat, İddiaçı3 və İddiaçı2 hər biri illik 3296 ( üç min iki yüz doxsan altı ) manat divident verilməli olduğu halda, cavabdeh əldə etdiyi mənfəətdən yalnız səhmdar İddiaçı1 illik 6000 ( altı min ) manat divident ödənilmiş, digər iddiaçılara-səhmdarlara isə heç bir divident ödəməmişdir. Cavabdeh eyni zamanda fəaliyyət göstərdiyi sahələrdə gəlirlərini gizlətmiş, Cəmiyyətin maliyyə-mühasibat sənədləri ilə iddiaçıların tanış olmasına şəraut yaratmamış, həmçinin gəlirlərini gizlətməklə, məcburi dövlət sığorta ödənişindən və vergilərdən də yayınmışdır. Buna görə də cavabdeh, İddiaçı1 illik ödədiyi 6000 manat. 3 il ərzində 18000 ( on səkkiz min ) manatı çıxmaqla, illik ödənilməmiş 81186 ( səksən bir min yüz səksən altı ) manat olmaqla 3 illik cəmi 2018- 2019-cu illər ərzində ödənilməmiş 243583 ( iki yüz qırx üç min. beş yüz səksən üç ) manat, digər iddiaçıların hər birinə isə hər il ödənilməmiş 3296 ( üç min iki yüz doxsan altı ) manat olmaqla 2018-2020-ci illər ərzində ödənilməmiş 9888 ( doqquz min səkkiz yüz səksən səkkiz ) manat divident ödəməlidir. Həmçinin, "xxxx" ASC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş 42.500 manatın alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçıların tələbi əsassızdır və tələb etdiyi pul ona ASC tərəfindən verilən dividentdən artıqdır. Tələb edilən hallar heç bir əsasla sübuta etmir və birbaşa olaraq şər və böhtan xarakterlidir. Maraqlı şəxs kimi 5 saylı Ərazi Vergilər İdarəsinin göstərilməsi işə qərəzli yanaşıldığını göstərir. İddiaçılar tərəfindən mütəmadi olaraq ASC sədri və işçilərinə şantaj və böhtan xarekterli təzyiqlər olur. İndi isə bunu davam etdirirlər. İddiaçılar öz tələblərini əsaslandırmalı və sübut etməli olduğu halda birbaşa ASC-yə aidiyyatı olmayan halları göstərməklə şifahi formada fikirlərə əsaslanan iddialar irəli sürülmüşdür. İlk olaraq 2020-ci ilin fevral ayında da belə xarakterli iddia ilə əlaqdar bildirirəm ki, onlar tərəfindən qaldırılmış eyni tələb Salyan rayon Məhkəməsinin icraatında olmuş və qarşılıqlı iddia ilə birlikdə müvafiq sənədlər Salyan rayon Məhkəməsinə təqdim edilmişdir. İlkin iddia şər böhtan xarakterli, olduğu üçün əsassızdır. İlkin iddiada göstərilən Salyan şəhər daxili, Salyan şəhərindən Salyan rayonunun kəndlərinə, respublikanın digər rayon və şəhərlərinə sərnişin daşıma xidmətlərinin həyata keçirilməsi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən deyil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir ki, iddia tələbi bu hissədə tamamilə əsassızıdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti yalnız biletlə sərnişinlərin təmin edilməsi istiqamətində xidmət göstərir. Salyan şəhərdaxili 8 marşurut, Salyan rayonunun kəndlərinə 15 marşurut üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xidmət həyata keçirilir. Müşahidə və sorğular əsasında müəyyən edilən hallara dair heç bir sübut təqdim edilməmiş və qeyd olunan 50 mağaza və 73 ədəd səyyari satış məntəqələri və 8 ədəd ticarət köşklərinin "xxxx" Açıq Səhmdar Cəmiyyətin balansında olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bu hissədədə iddia tələbi tamamilə əsassızdır. Bundan əlavə cavabdehlər keçirilən bütün iclaslara rəsmi poçt xəbərnaməli bildirişlərlə göndərilmişdir. Amma heç biri bilərəkdən iclaslarda iştirak etməmişdir. Onlara könüllü razılaşma əsasında divident verilməsi qərarına gəlinsədə indi tamah ucbatından azlığından şikayətlənirlər. Onlara verilən bu pul ASC-nin gəlirlərinə uyğun deyilə dəfələrlə -artıqdır. Onların ASC-yə olan şər və böhtan xarakterli müraciətlərinin qarşısının alınması üçün həmin dividentin ödənilməsinə razılıq verilmişdir ki, ASC sərbəst fəaliyyət göstərə bilsin. Onlara verilən divident digər səhmdarın şəxsi təşəbbüsü hesabına ASC-nin hesabına köçürülməklə verilir. Faktiki iddia ərizəsi şər və böhtan dolu ərizədir. Onlara verilən divident ailə vəziyyətlərini nəzərə alınmasını xahiş etdikləri üçün verilmişdir. Onlara ödənilən məbləğ hətta ASC-nin illik gəlirindən də çoxdur. Həmin ödənişlər ASC-nin onlara məxsus səhmlərin faizinə görə ödənilən məbləğdən əlavə olaraq ödənilən məbləğdir. Razılaşmış danışıqlara əsasən gələcəkdə bu məbləğ artıq olarsa indeksasiya olunacaqdır. Faktiki vəziyyətdə isə ASC ödənilən artıq məbləğin geri qaytarılması üçün tutarlı əsaslar mövcuddur. Buna əsasən də ilkin iddiaçılar onlara verilən ödənişi daim imzalamaqla hər ay almışlar. Onların səhmlərinə uyğun düşən gəlir faktiki olaraq 4436 (dörd min dörd yüz otuz altı) manat təşkil edir. Amma onlara ödənilən məbləğ 46936 (qırx min doqquz yüz otuz altı) manat ödənilmişdir. 4436 manat divident veriləcəyini nəzərə alsaq 42500 (qırx iki min beş üz) manat əlavə ödəlilən məbləğ ASC-yə geri qaytarılmalıdır. Salyan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(057)-111/2021 saylı qərardadı ilə İddiaçı2, İddiaçı3 və İddiaçı1 ilkin iddia ərizəsi və "Salyan Avtovağzal” ASCnin qarşılıqlı iddia ərizəsi əsasında qeydə alınmış mülki iş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Kommersiya Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli, 2-2(121)-2094/2021 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "Salyan Avtovağzal” ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, dividendin ödənilməsinə dair ilkin, "Salyan Avtovağzal” ASC- nin İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş pulun tutulması barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatına "ilk iddia üzrə dividentin İddiaçı2 və İddiaçı3 ödənilməsi tələbinə dair” hissəsində iddiaçılar İddiaçı2 və İddiaçı3 münasibətdə xitam verilmiş, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı3 dividendin alınması ilə bağlı "Salyan Avtovağzal” ASC-yə müraciət etmək hüquqları izah edilmişdir. Sonradan ilk iddia üzrə İddiaçı1 nümayəndəsi- vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh "Salyan- Avtovağzal” ASC-nin qarşı cavabdehin son 10 il yəni 2011-2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən Umimi Yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəttinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi, İddiaçı1 nümayəndəsinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin vergi mütəxəssisinin və iddiaçının müəyyən etdiyi auditorun iştirakı ilə tam və hərtəfəli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla, səhmdar İddiaçı1 3 il ərzində ödənilmiş 14.000 manatı çıxılmaqla, ilkin ödənilməmiş 81.186 manat olmaqla, son 3 il ərzində ödənilməmiş 243.583 manat dividentin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, "xxxx" ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli 01 saylı icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASC-nin Cavabdeh1 MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 22 avqust 2022-ci il tarixində Şirvan Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-nin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabatlarının təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı2 və İddiaçı3 hər birinə illik 6000 manat olmaqla, 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırki dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırki dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, e-2-2(121)- 2019/2022 saylı qərardadı ilə (hakim İ.Cabbarov) iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı "xxxx" ASC-nin 2020-ci ilin sentyabrından 2022-ci illərin hazırkı dövrünədək fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən maliyyə hesabat sənədlərinin təsdiq edilmiş surətlərinin cavabdehdən alınaraq iddiaçılara verilməsi, cavabdeh"xxxx" ASC tərəfindən İddiaçı3 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69.350 manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155.606 manat, ümumilikdə 294.306 manat məbləğində dividendin iddiaçılara ödənilməsi tələbinə dair e-2-2(121)-2019/2022 saylı iş, ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASC-yə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 dividendin ödənilməsinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" ASC-nin İddiaçı2, İddiaçı3 və İddiaçı1 qarşı ilkin iddianın rədd edilməsi, İddiaçı1 artıq ödənilmiş pulun tutulması tələbinə dair e-2-2(121)-107/2022 saylı işin baxılmaq üçün bir icraatda birləşdirilməsi və işə baxılmasının e-2-2(121)-107/2022 nömrə ilə davam etdirilməsi qərara alınmışdır. Daha sonra ilk iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili “iddia tələbinin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı - cavabdehin son 10 il yəni 2011-2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən Ümumi Yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəttinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi, iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin Vergi mütəxəssisinin və iddiaçıların müəyyən etdiyi auditorun iştirakı tam və hərtəfəli yoxlanılması, həmin yoxlama nəticəsində əldə edilmiş nəticələr də nəzərə alınmaqla cavabdeh "Salyan-Avtovağzal” ASC tərəfindən İddiaçı3 və İddiaçı2 hər birinə illik 6000 manat olmaqla 2011-ci ildən başlayaraq 2022-ci ilin hazırkı dövrünədək hər birinə ödənilməmiş 69,350 (altmış doqquz min, üç yüz əlli) manat, İddiaçı1 isə 2020-ci ilin sentyabrından 2022-ci ilin hazırkı dövrünədək olan müddət ərzində ödənilməmiş 155,606 manat, ümumilikdə 294,306 manat məbləğində dividentin iddiaçılara ödənilməsi, "Salyan-Avtovağzal” ASC ilə "H.N-Trans” MMC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli 01 saylı icarə müqaviləsinin əhəmiyyətsiz əqd sayılmaqla etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ASC-nin "H.N-Trans” MMC-yə istifadəyə verilmiş bütün əmlakının cavabdehə qaytarılması, "Salyan-Avtovağzal” ASC -nin səhmdarlarının xx.xx.2022-ci il tarixli Ümumi Yığıncağının "Salyan-Avtovağzal” ASC -nin ləğv edilməsi barədə qərarının etibarsız hesab edilərək ləğv edilməsi: Ləğv prosesində olan "xxxx" ASC -nin xx.xx.2022-ci il tarixli X2 qərarlarının ləğv edilməsi; Ləğv prosesində olan "xxxx" ASC-nin Salyan- Avtovağzal” ASC-nin xx.xx.2022-ci il tarixli X2 qərarı ilə Cəmiyyətin qalıq əmlakının səhmdarlar və digər şəxslər arasında bölünməsinin qanunsuz hesab edilərək ləğv edilməsi; Ləğv prosesində olan "xxxx" ASC-nin əmlakın səhmdar X5 "Təhvil-təslim verilməsi” dair ASC-in xx.xx.2022-ci il tarixli X2 qərarının ləğv edilməsi və xx.xx.2022-ci il tarixli “Təhvil Akt”-ında göstərilənlərin: a) "Salyan-Avtovağzal” ASC-nin bütün mübahisəli balansında olan əmlak, əsas vəsaitlər, az qiymətli əmlakı onun varisi X5 təhvil verilməsi; b) "Salyan-Avtovağzal” ASC-yə məxsus olan onun bütün əmlakı, əmlak hüquqları, şəxsi qeyri-əmlak hüquqları, digər təşkilatların nizamnamə kapitalında və əmlakında iştirak payları, icazələri və lisenziyaları varisi X1; e) "Salyan-Avtovağzal” ASCnin ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən dövlət qeydiyyatına alındığı gündən X9 "Salyan- Avtovağzal” ASC-nin hüquq və vəzifələri üzrə hüquqi varisinin hesab edilməsi; d) "Salyan- Avtovağzal” ASC-nin ləğv edilməsi barədə məlumatın mətbuatda dərc edilməsi və kreditorların nəzərinə çatdırılması barədə bildirişin etibarsız hesab edilməsi; Salyan rayonu, ünvan 1 ünvanında olan qeyri-yaşayış sahəsinin X22 ogluııa təhvil verilməsinə dair Ləğv prosesində olan "Salyan-Avtovağzal” ASC-nin təvsiyyəçisinin xx.xx.2022-ci il tarixli "Təhvil-Təslim Akt”ının ləğv edilməsi, xx.xx.2022-ci il tarixli X6 qərarına və həmin tarixli "Təhvil-Təslim Akt”ına əsasən Ləğv prosesində olan "Salyan-Avtovağzal” ASC-nin X5 verilmiş əmlakının ( o cümlədən ünvan 2 ünvanında olan qeyri-yaşayış sahəsinin ASCnə qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə iddiaçıların nümayəndəsi X25, ilk iddia ərizəsinin və iddia tələbinin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi-vəkili X15, həmçinin nümayəndəsi X26 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, ilk iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "H.N-Trans” MMC-nin nümayəndəsi X19 izahat verərək "Salyan-Avtovağzal” ASC ilə "H.N-Trans” MMC arasında bağlanmış 25 yanvar 2020-ci il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmadığından iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-9/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə cavabdeh ləğv prosesində olan "Salyan Avtovağzal” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2011-2022-ci illər üzrə ASCnin ümumi yığıncaqlarının protokollarının surətləri və həmin dövrə dair maliyyə hesabatları ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 təqdim edilmiş, Azərbaycan Respublikası Auditorlar Palatasının xx.xx.2023-cü il tarixli, 1/59 SDO saylı Sərəncamının icrası ilə əlaqədar "Xəzər-Audit 2020” MMC tərəfindən keçirilmiş audit yoxlamasının nəticələri nəzərə alınmaqla ləğv prosesində olan "Salyan Avtovağzal” Açıq Səhmdar Cəmiyyətindən İddiaçı1 xeyrinə 3.916,25 manat, İddiaçı2 xeyrinə 167,06 manat məbləğində dividendin tutulması, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh ləğv prosesində olan "Salyan Avtovağzal” ASC-nin qarşılıqlı iddia ərizəsi rədd edilmiş, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə ekspertiza tədqiqatının dəyəri olan 150 (bir yüz əlli) manatın 75 manatının ilkin iddia üzrə iddiaçılardan, 75 manatının isə qarşılıqlı iddia üzrə iddiaçı ləğv prosesində olan "Salyan Avtovağzal” Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X7, KOD: 210005, VÖEN: **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ilkin iddia üzrə iddiaçıların nümayəndəsi X25 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində tamamilə ləğv edilərək, ilkin iddia tələblərinin tam şəkildə təmin edilməsi, qalan hissədə qətnamənin qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, ASC-nin xx.xx.2022-ci il tarixli növbəti Ümumi Yığıncağında "xxxx"ın ləğv edilməsi barədə qərar qəbul edilməsinə və ləğv prosesində olan ASC-nin idarəetmə səlahiyyətlərinin təsviyəçiyə verilməsinə baxmayaraq xx.xx.2022-ci il tarixdə səhmdarların növbədənkənar Ümumi Yığıncağı çağırılmış və həmin Yığıncaqda ləğv prosesində olan ASC-nin bütan əmlakı təhvil verilmişdir, bununla da ASC-nin hüquqi şəxs kimi varlığına xitam verilmişdir. Məhkəmə qətnamədə həm xx.xx.2022-ci il tarixli növbəti, həm də xx.xx.2022-ci il tarixli növbədənkənar Ümumi Yığıncaqların çağırılma, səhmdarların qanuna uyğun şəkildə ÜY-ın yeri və vaxtı barədə məlumatlandırılmasına, ÜY-ın keçirilməsinə və həmin Yığıncaqların gündəliyinin tərtibi qaydasına, Yığıncaqların gündəliyinə salınmış məsələlərin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş sayda səhmdarın iştirak edib-etməməsinə, Yığıncaqlarda həll edilən məsələlər üçün yetərsayın qanunun tələblərinə uyğun olub-olmamasına əhəmiyyət verməmişdir, buna münasibət bildirməmişdir. Qətnamədə həm xx.xx.2022-ci il tarixli ÜY-nin, həm də xx.xx.2022-ci il tarixli ÜY-nin keçirilməsini qanuna uyğun, bununla bağlı ASC-nin səlahiyyətli şəxslərinin hərəkətlərini haqlı hesab etmişdir. "xxxx" ASC-nin bütün əmlakının və fəaliyyət növlərinin "xxxx" MMC-yə verilməsi barədə xx.xx.2020-ci il tarixli "İcarə müqaviləsi" və ona əlavələr etibarsız əqd hesab edilməli olduğu halda, məhkəmə bunu etməmişdir. Həmin əqdə qiymət verərkən məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC-nin hüquqi ünvanı "xxxx" ASC-nin hüquqi ünvanı ilə eyni olmuşdur. Hər iki hüquqi şəxsin hüquqi ünvanı olaraq ünvan 4ir ki, "xxxx" MMC deyilən hüquqi şəxs yalnız formal olaraq mövcud olmuş, həmin hüquqi şəxsin hansı fəaliyyətlə məşğul olması, reallıqda nə işlə məşğul olması barədə iş materiallarında hər hansı sənədə və yaxud şifahi izahata belə rast gəlinmir. Ona görə də "xxxx" MMC uydurma hüquqi şəxs elan edilərək onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə Mülki Məcəllənin normalarına əsasən əhəmiyyətsiz əqd kimi qiymətləndirilməli olduğu halda məhkəmə bunu etməmişdir. İlk iddiaçılar "xxxx" ASC-nin təsisçiləri və eyni zamanda birlikdə 14%-ə yaxın səhmlərinin sahibləri olmasına və divident tələbi ilə 2020-ci ilin sentyabrından məhkəməyə müraciət etmələrinə baxmayaraq, ASC həmin məhkəmə mübahisəsi üzrə yekun qərar qəbul edilməsini gözləməmiş, özünün ləğv edilməsi barədə qərar qəbul etməklə yanaşı, qısa müddətdə ləğv prosesində olan ASC-nin bütün əmlakının səhmdarlardan birinə təhvil verilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə ASC-nin səlahiyyətli şəxslərinin MM-nin 61.1 və 61.4-cü maddəsində nəzərdə tutulmuş tələbləri pozmasına qətnamədə haqq qazandırmışdır. İlk iddiaçılar MM-nin 106-1.3-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının həyata keçirilməsinə ASC-nin səlahiyyətli şəxsləri tərəfindən maneçilik törədildiyini, buna görə də ASC-nin idarəedilməsindən kənarlaşdırıldıqlarını, ASC-nin gəliləri və mənfəəti barədə zəruri mühasibatlıq sənədlərini əldə edə bilmədiklərini iddia ərizəsində və izahatlrında göstərsələr də, məhkəmə qətnamədə buna münasibət bildirməmiş, hansı səbəbdən MMnin yuxarıda qeyd edilən normasının tələblərini cavabdeh tərəfindən pozulmasına qiymət verməmişdir. İlk iddiaçılar məhkəməyə təqdim etdiyi bir sıra vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Məhkəmə məhkəmə-mühasibatlıq ekspertizasını keçirməkdən imtina etmiş ekspertin, eyni zamanda "xxxx" MMC tərəfindən tərtib edilmiş rəyi imzalamış qiymətləndiricinin məhkəməyə çağırılaraq izahatlarının alınmasını xahiş etsələr də məhkəmə həmin xahişi təmin etməmişdir. Məhkəmə eyni zamanda bir sıra şahidlərin o cümlədən müxtəlif vaxtlarda "xxxx" ASC-də fəaliyyət göstərmiş şəxslərin şəxslərin məhkəməyə dəvət edilməsi barədə Vəsatəti təmin etsə də, sonradan həmin şəxslərin məhkəməyə dəvət edilməsinə razılıq veməmişdir. Məhkəmə eyni zamanda Auditor hesabatı hazırlamaq üçün yeni qiymətləndirmənin həyata keçirilməsi barədə auditorun və ilk iddiaçıların vəsatətlərini də əsassız olaraq təmin etməmişdir. Məhkəmə, iş materiallarında bir neçə qiymətləndirmə o cümlədən “MBA LTD" Məhdud Məsuliyyətli Cəmiyyəti Konsaltinq və qiymətləndirmə şirkətinin və "xxxx" MMC-nin rəyləri olmasına baxmayaraq nədənsə sonuncunun rəyinə üstünlük verməsini, "xxxx" MMC-nin rəyini nəzərə almasını əsaslandırmamışdır. İlk iddia tələbi üzrə iddiaçıların tələblərindən biri-“ cavabdehin son 10 il, yəni 2011- 2020-ci illər fəaliyyətini əks etdirən zəruri sənədlərin, o cümlədən Ümumi Yığıncağının, İdarə Heyətinin, Nəzarət-Təftiş Komissiyasının iclas protokollarının, maliyyə hesabat sənədlərin, həmçinin ASC-nin mənfəttinin divident şəklində səhmdarlar arasında bölgüsünün siyahısının təsdiq edilmiş surətlərinin iddiaçılara verilməsi” tələbi ilk iddiaçıların digər tələblərin tam və hərtərfəli araşdırılması baxımından zəruri olmasına və qeyd edilən sənədlərin cavabdehdən tələb edilməsi barədə 3 il ərzində davam edən məhkəmə icraatı zamanı dəfələrlə vəsatət verilməsinə və həmin vəsatətlərin təmin olunmasına baxmayaraq məhkəmə zəruri sənədlərin cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh tərəfin təqdim etdiyi natamam maliyyə-hesabat sənədləri iş üzrə xx.xx.2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi üçün yetərli olmadığından Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti əlavə tədqiqat obyektlərinin və iş materiallarının, o cümlədən zəruri məhkəmə-mühasibatlıq sənədlərinin təqdim edilməsi barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatətlə müraciət etmişdir. Məhkəmə vəsatətdə göstərilən sənədləri cavabdeh, "xxxx"dan tələb edərək ekspertə təqdim etmək əvəzinə, ekspertə işdə olan sənədlərlə rəy verilməsi barədə göstəriş vermişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə təyin edilmiş komission məhkəmə-mühasibatlıq üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli, 9/89 saylı məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Kompleks məhkəmə-mühasibatlıq ekspertizasının eksperti məhkəməyə vəsatət təqdim edərək üçün iş materiallarında olan maliyyə-mühasibatlıq sənədlərinin rəy verilməsi üçün kifayət etməməsi səbəbindən Ədliyyə Nazirliyinin MEM-in müvafiq rəy verilməsindən imtina etməsi qeyd olunmuşdur. Rəy verməkdən imtina etmə barədə ekspertin məktubunda göstərilənlər məhkəmə baxışında araşdırılmamış, eyni zamanda rəy verməkdən imtina məktubunu məhkəməyə ünvanlamış ekspertin məhkəməyə dəvət edilərək izahatının alınması barədə ilk iddiaçıların nümayəndəsinin vəsatəti təmin edilməmişdir. İş üzrə cavabdeh tərəfəin məhkəməyə təqdim etdiyi sənədlərdən, "xxxx" ASC-nin səalhiyyətli nümayəndəsinin izahatlarından, eyni zamanda "xxxx" ASC-nin Nizamnaməsindən də görünür ki, ASC-nin əsas fəaliyyət istiqamətləri Salyan şəhəri, Y. Qasımov 1 və 3 ünvanlarında inşa edilmiş qeyri-yaşayış obyektlərinin icarəyə verilməsi, Salyan şəhərindən respublikanın müxtəlif istiqamətlərinə və Salyan şəhər və rayon daxili sərnişin daşınmasının həyata keçirmək nəticəsində qeyd edilən fəaliyyət sahələrindən gəlir əldə etməkdən ibarətdir. Cavabdeh tərəfin qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən əldə etdiyi gəlirlərə dair bəzi maliyyə-uçot sənədləri məhkəmə araşdırmasının predmeti olsa da, "xxxx" ASC-nin sərnişindaşımadan əldə etdiyi gəlirlərə dair hər hansı bir maliyyə-mühasibatlıq sənədi məhkəməyə təqdim edilməmiş, işə sədrlike dən hakim də ilk iddia üzrə cavabdehlərdən sərnişindaşımadan əldə edilmiş gəlirlərlə bağlı sənədləri tələb etməmişdir. Baxmayaraq ki, ilkin iddia üzrə iddiaçılar öz iddia ərizələrində və izahatlarında dəfələrlə qeyd etmişlər ki, Salyan şəhərindən Bakı şəhərinə ən azı gündə 2 iri və çoxsaylı xırda tutumlu sərnişin avtobusları ilə yanaşı, respublikanın ən azı 14 rayon və şəhərinə Salyan şəhərindən sərnişin avtobusları, eyni zamanda Salyan şəhər daxilində sərnişin daşıma fəaliyyəti, həmçinin Salyan şəhərindən rayonundan kəndlərinə çoxsaylı sərnişindaşıma avtobusları hərkət edir və sərnişin daşıyırlar. Ümumilikdə Bakı şəhəri və digər rayon və şəhərlərə 57 böyük və kiçik tutumlu, 88 reys fəaliyyət göstərir. Bundan əlavə, Salyan şəhər daxili müxtəlif istiqamətlərə 46 avtobus gün ərzində 256 reys həyata keçirilir. Qeyd edilən sərnişindaşıma fəaliyyətində əldə edilən gəlirlər bilavasitə "xxxx" ASC-yə məxsus olsa da, həmin gəlirlərə dair hər hansı məhkəmə mühasibatlıq sənədləri, sərnişindaşımadan hansı məbləğdə gəlir əldə edilməsi, yığılan rüsumlar barədə məlumatlar məhkəməyə və iddiaçılara təqdim edilməmiş, məhkəmə də müvafiq qərar qəbul edərək həmin sənədləri tələb etməmişdir. Eyni zamanda qəbul etdiyi qətnamədə "xxxx" ASC-nin sərnişindaşımadan əldə etdiyi gəlirlərə münasibət bildirməmişdir. İlk iddiaçıların iddia tələblərindən biri olaraq iddiaçıların özlərinin və yaxud nümayəndələrinin iştirakı ilə cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin Vergi mütəxəssisinin və iddiaçıların müəyən etdiyi auditorun iştirakı tam və hərtərəfli yoxlanılması barədə məhkəmənin 29 sentyabr 2023-cü il tarixli 2-2(121)-9/ /2023 nömrəli qərardadı icra olunmaq üçün Respublika Auditorlar Palatasına göndərilmiş və həmin qurumun xx.xx.2023-cü il tarixli, 1/59 SDO saylı Sərəncamı ilə auditin keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin auditoru "xxxx"MMC-nin rəhbəri Adıgözəl Musayev məhkəmə tərəfindən göndərilmiş iş materilların natamam olması, eyni zamanda iş materiallarında iki bir-birindən fərqlənən məhkəmə-qiymətləndirmə ekspertiza rəyi olması, səhmdarların registr siyahısının ona təqdim olunmaması səbəbindəndən, eyni zamanda son üç ilin 2020-2022-ci illər ərzində ilk iddiaçılar da daxil səhmdarlara ödənilmiş dividentlər barədə sənədlərin olmaması ucbatından audit rəyinin verilməsinin qeyrimümkün olmasını əsas gətirərək xx.xx.2023-cü il tarixli, №-SDO/01 saylı məktubu ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Auditorun yuxarıda qeyd edilən məktubunda göstərilən məsələlərin müzakirəsi üçün məhkəmənin xx.xx.2023-cü il tarixli iclası təyin edilməsinə və bu barədə e-mehkeme.gov.az portalına məlumat yerləşdirilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-nin auditorunun xx.xx.2023-cü il tarixli, SDO/01/4 saylı məktubla xx.xx.2023-cü il tarixli X18 adlı 62 vərəqdən ibarət Auditor hesabtının e-mehkeme.gov az portalına yerləşdirilmişdir. Eyni zamanda ilk iddiaçıların nümayəndəsi məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında “Xəzər Audit 2020 “ MMC tərəfindən sifariş əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli, SDO/01/4 sayl Auditor Hesabatı qərəzli, qeyri-obyektiv olduğundan əsasız və qanunsuz hesab edilərək sübut qismində qəbul edilməsini, ləğv prosesində olan ASC-nin aylıq, illik gəlirlərini müəyyən etmək üçün məhkəmə-komission –qiymətləndirmə (əmtəəşünaslıq) ekspertizası təyin edilməlidir və həmin komissiyanın keçirilməsi üçün "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məhkəməyə ünvanladığı məktubda göstərilənlərlə yanaşı, ASC-nin ticarət obyektlərinin və sərnişindaşımaya dair maliyyə-mühasibatlıq sənədlərinin Ekspertizaya təqdim edilməsi üçün cavabdehə göstəriş verilməsi barədə Vəsatəti də işin faktiki hallarının aydınlaşdırılması baxımından əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə tərəfindən təmin edilməmişdir. Baxmayaraq ki, məhkəmə xx.xx.2023-cü il tarixli qətnaməsində ilk iddiaçıların tələblərindən biri olaraq cavabdehin son 3 illik fəaliyyətinin auditinin keçirilməsi və keçirilmiş audit rəyinə əsasən dividentlərin hesablandığını göstərmişdir, ancaq audit hesabatının natamam olmasına, rəy verməzdən əvvəl auditorun məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundakı çatışmazlıqların aradan qaldırlmaması nəzərə alınmamışdır. Bundan əlavə, məhkəmə qətnamədə ilk iddiaçılar verilməli olan dividentlərin audit yoxlaması nəticəsində müəyyən edilməsini iddia tələbi olaraq irəli sürdüyünü göstərsə də, nəzərə almamışdır ki, ilk iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə Ərizədə ilk iddiaçıların seçdiyi auditin audit hesabatını hazırlaması xahiş etməsinə əhəmiyyət verməmişdir. Məhkəmə qətnamədə auditorun hesabat hazırlayarkən nəyə görə iş materiallarında olan "xxxx" qiymətləndirmə şirkətinin xx.xx.2022-ci il tarixli Rəyini deyil, sonradan natamam qiymətləndirmə aparmış "xxxx" MMC-nin Rəyində göstərilən icarə qiymətlərini əsas götürdüyünə qiymət verməmişdir. Halbuki, "xxxx" qiymətləndirmə şirkətinin Rəyində "xxxx" ASC-nin ümumi sahəsi 2916,28 kv. metr və həmin sahənin icarəsindən əldə edilmiş icarə haqqlarının məbləğinin 13075, 68 ( on üç min yetmiş beş ) manat olduğu göstərildiyi halda, "xxxx" MMC-nin Rəyində isə "xxxx" ASC-nin ümumi sahəsinin 1373 kv metr, icarə haqqının isə 3324 manat təşkil etmişdir. Hər iki rəy arasında fərq 3,5 dəfədən çoxdur. Buna baxmayaraq məhkəmə icarə məbləği a.ağı göstərilən rəyə nəyə görə üstünlük verməsini aydınlaşdırmamışdır. İlk iddia üzrə iddiaçılar səhmdarlarının 17 iyun 2022-ci il tarixli və 29 noyabr 2022-ci il tarixli ümumi yığıncaqlarında qəbul edilmiş qərarların etibarsız hesab edilməsi hissəsində iddia tələblərinin əsaslılığını mötəbər sübutlarla sübuta yetirə bilməməsi"nə dair məhkəmənin gəldiyi yekun nəticə də tamamilə əsassızdır. Belə ki, məhkəmə xx.xx.2023cü il tarixli qətnaməsində "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli Ümumi Yığıncaqlarının Mülki Məcəllənin və ASC-nin Nizamnaməsinə uyğun keçirildiyini qeyd etsə də, gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. "xxxx" ASC-nın səhmdarlarının Ümumi Yığıncağının 17 iyun 2022-ci il tarixli iclas Protokolundan görünür ki, həmin Ümumi Yığıncağın çağırılması və keçirilməsi, eyni zamanda Ümumi Yığıncağın gündəliyində olan məsələlər üzrə keçirilən səsvermə zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin, digər qanunvericilik aktlarının, habelə, Səhmdar Cəmiyyətin Nizamnaməsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1.5-ci maddəsinə əsasən cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək səhmdar cəmiyyətinin Ümumi Yığıcağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 107-1.1-ci maddəsinə görə Səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. MM-nin 107-1.2-ci maddəsinə əsasən Səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). MM-nin 107-1.3-ci maddəsinə görə “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallar istisna olmaqla, səhmdarların illik ümumi yığıncağı maliyyə ili bitdikdən sonra altı aydan gec olmayaraq, direktorlar şurası (müşahidə şurası) tərəfindən çağırılır və bu barədə səhmdarlara məlumat verilir. Cəmiyyətin direktorlar şurası (müşahidə şurası) olmadıqda, səhmdarların ümumi yığıncağının çağırılması cəmiyyətin icra orqanı tərəfindən həyata keçirilir. Sözügedən Məcəllənin 107-1.4-ci maddəsinə əsasən Səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. MM-nin 107-1.5-ci maddəsinə görə Səhmdarların ümumi yığıncağının çağırılması barədə bildirişdə aşağıdakılar göstərilməlidir: 107-1.5.1. cəmiyyətin adı və olduğu yer; 107-1.5.2. səhmdarların ümumi yığıncağının keçirilmə tarixi, vaxtı və ünvanı; 107-1.5.3. səhmdarların ümumi yığıncağının gündəliyi; 107-1.5.4. səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla tanış olunma qaydası. MM-nin 107-3.1-ci maddəsinə görə Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Həmin Məcəllənin 107-5.1-ci maddəsinə əsasən Səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. MM-nin 107-5.3-ci maddəsinə görə Səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Həmin Məcəllənin 107-5.4-ci maddəsinə əsasən Səhmdarların ümumi yığıncağının qərarından səhmdar məhkəməyə şikayət edə bilər. Mülki Məcllənin yuxarıda qeyd edilən maddələrinin tələblərinə əməl edilmədən ASC-nin Ümumi Yığıncağı çağırılmış, həmin Ümumi Yığıncağda ASC-nin 13 səhmdarından yalnız 2-si iştirak etmiş, Ümumi Yığıncağın vaxtı barədə səhmdarlar Mülki Məcəllədə nəzərdə tutulmuş 45 gün əvvəldən xəbərdar edilməmiş, Ümumi Yığıncağın gündəliyində olan ASC-nin ləğv edilməsi məsələsi səhmdarların 2/3 hissəsinin səs çoxluğu ilə qəbul edilməmişdir. ASC-nin ləğv edilməsinə yalnız 2 səhmdar səs vermişdir. Eyni zamanda Ümumi Yığıncaqda qəbul edilmiş qərarlar 15 gün müddətində səhmdarlara, o cümlədən iddiaçılara təqdim edilməmiş, onların ünvanlarına göndərilməmişdir. Həmçinin ASC-nin ləğv edilməsi barədə qərarın icrası hansı formada və kim tərəfindən həyata keçirilməsi, ləğvedicinin kim olması Protokolda göstərilməmişdir ( Bax: Əlavə-"xxxx" ASCnin xx.xx.2022-ci il tarixli X23 ). Bundan əlavə, ASC-nin idarəetmə strukturlarında təmsil olunan və səhmlərinin böyük əksəriyyətinə malik olan səhmdar X3 təşəbbüsü və rəhbərliyi ilə çağırılmış xx.xx.2021-ci il tarixli Ümumi Yığıncaqda da "xxxx" ASC-nin ləğv edilməsi məsələsi gündəliyə salınmışdı və səs çoxluğu ilə səhmdar cəmiyyətin ləğv edilməsi Ümumi Yığıncağın 01 iyun 2021-ci il tarixli iclas Protokolunda da öz əksini tapmışdır ( bax əlavə: "xxxx" ASC-nin 01. İyun 2021-ci il tarixli iclas Protokolu ). Göründüyü kimi ASC-nin həm keçən il, yəni xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağında, həm də cari ilin 17 iyun 2022-ci il tarixli X16 Cəmiyyətin ləğv edilməsi məsələsi gündəlikdə olmuş və hər iki Ümumi Yığıncaq iclasında da ASC-nin ləğv edilməsi qərar qəbul edilmişdir. Lakin nədənsə, keçən il, yəni xx.xx.2021-ci il tarixli Ümumi Yığıncağın ləğv etmə barədə qərarı icra olunmamışdır. 01 iyun 2021-ci il tarixli Ümumi Yığıncaq qərarı ilə ləğv edilmiş "xxxx" ASC, yenidən 17 iyun 2022-ci il tarixli Ümumi Yığıncaq qərarı yenidən ləğv edilmişdir. Bu, hal da onu göstərir ki,ASC-nin səlahiyyətli şəxsləri qanunun və Nizamnamə tələblərinə əməl etmir, ASC-ni yalnız öz mənafelərinə və ASC-nin səhmlərinin 84 %-də yuxarı paya malik olan Nurəddin Məlikovun məraqlarına uyğun idarə edirlər. Hətta bu yolda sənədləri təhrif etməkdən belə çəkinmirlər. Digər səhmdarların maraqları nəzərə alınmamışdır. Məhkəmə qeyd edilən kobud pozuntuları nəzərə almamışdır. Bundan əlavə, ASC-nin xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağında "xxxx" ASC-nin ləğv edilməsi barədə qərar qəbul edilməsinə və ləğvetmə prosesini həyata keçirmək üçün bütün səlahiyyətlərin təvsiyyəçiyə verilməsinə baxmayaraq, xx.xx.2023-cü il tarixdə yenidən ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağı keçirilmişdir. Bu hal da məhkəmə tərəfindən qanun pozuntusu olaraq qiymətləndirilməli halda, hakim qətnamədə bunu etməmiş, əksinə xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağın da Mülki Məcəllənin və ASC-nin Nizamnaməsinə uyğun keçirildiyini göstərmişdir. Halbuki, ləğv edilməsi barədə xx.xx.2023-cü il tarixdə qərar qəbul edilmiş və bütün idarəetmə funksiyalarının təvsiyəçiyə verildiyi ASC-nin səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsi və həmin ÜY-da ASC-nin əmlakının təhvil-təslim edilməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə həmin kobud pozuntulara əhəmiyyət verməmişdir. Cavabdeh-"xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Ümumi Yığıncağının keçirilməsi və həmin Yığıncaq qəbul edilmiş qərarları dügzün hesab edən məhkəmə nəzərə almamışdır ki, ləğv prosesində olan ASC-yə qarşı ilk iddiaçıların 2020-ci ildən bəri davam edən məhkəmə çəkişməsi mövcuddur. Həmin çəkişmə zamanı ilk iddiaçılar ASCyə qarşı ümumilikdə 550000 ( beş yüz əlli min ) manatdan dəyərindən çox dividend tələbi və sair tələblər irəli sürmüşlər. Həmin məhkəmə prosesləri zamanı qəbul ediləcək yekun məhkəmə aktları qüvvəyə minməyənə qədər ASC-nin bir qurum kimi ləğv edilməsi və onun əmlakının əsassız olaraq səhmdarlardan birinə təhvil verilməsi həm də mülki qanunvericiliyin tələblərinə də ziddir. Məhkəmə qətnamədə bunları nəzərə almamışdır. Məhkəmə Cavabdeh1 MMC ilə "xxxx" ASC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış "xxxx" müqaviləsinə də tamamilə qeyriobyektiv qiymət vermiş və həmin müqaviləyə əsasən ASC-nin əmlakının-1173 kv. Metr inzibati binaları və bütün fəaliyyət növlərini illik 1800 manata MMC-yə verilməsini düzgün hesab etmişdir. Bu zaman məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 MMC formal olaraq təsis edilmiş, yalançı hüquqi şəxsdir. Həmin MMC-nin ümumiyyətlə hansı fəaliyyətlə məşğul olması barədə iş materiallarında hər hansı məlumat və yaxud sənəd mövcud deyildir. Digər tərəfdən adıçəkilən MMC-nin hüquqi ünvanı olaraq ASC-nin yerləşdiyi Salyan şəhəri, Y. Qasımov 1 ünvanı DVX-nin elektron saytında öz əksini tapmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə təyin edilmiş komission məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsindən imtina etmiş ekspertlərin apellyasiya icraatı zamanı məhkəməyə dəvət edilərək Rəy verməkdən imtina etmələrinin səbəbləri barədə izahatları alınmalıdır. Bu barədə vəsatətimiz birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq təmin edilməmişdir. Məhkəmənin 29 sentyabr 2023cü il tarixli 2-2(121)-9/ /2023 nömrəli qərardadı ilə təyin edilmiş auditin keçirilməsini icra edən “ "xxxx" MMC-nin auditoru və rəhbəri Adıgözəl Musayevin hazırladı Audit hesabatı üzrə apellyasiya icraatı zamanı izahatı alınmalıdır. Adıçəkilən auditora nəyə görə əvvəl məhkəməyə əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə məktub yazması, daha sonra isə özü qiymətləndirici təyin edərək, həmin qiymətləndiricinin rəyi əsasında Auditor hesabatını hazırlaması barədə sualalr ünvanlanmalıdır. Auditorun birinci instansiya məhkəməsinə dəvət edilməməsi onun Hesabatının ümumiyyətlə müzakirə olunmaması və yalnız hakim tərəfindən məhkəmənin sonuncu xx.xx.2023-cü il tarixli iclasda elan edilməsi ilə, eyni zamanda hakimin təsiri altında olması ilə və onun göstərişi ilə qısa müddətdə qeyri-obyektiv Hesabat hazırlaması ilə izah etmək mümkündür. Hesab edirik ki, apellyasiya icraatı zamanı adıçəkilən auditor özünü daha müstəqil hiss etməklə qərəzsiz ifadə verəcəkdir. Hesab edirəm ki, apellyasiya icraatı zamanı yeni kompleks məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməli və ekspertlər qarşısında həm ləğv prosesində olan ASC-nin icarəyə verilmiş ticarət obyektlərinin aylıq icarə qiymətləri, həm də sərnişindaşımadan əldə edilmiş gəlirlərin müəyyən edilməsi barədə müvafiq suallar qoyulmalıdır. İlkin iddia üzrə cavabdeh "Salyan Avtovağzal” ASC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Səhmdar cəmiyyətinin mülkiyyətçisinin ildə bir dəfə cəmiyyətin illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququ vardır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddiaçı üzrə cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin bu hüququnu təmin etməsinə baxmayaraq onlar bu hüquqdan istifadə etməmiş, yalnız Cəmiyyətin ləğv prosesində olması barədə məlumat əldə etdiklərində yalan və böhtan xarakteri iddialar irəli sürərək əlavə qazanc əldə etmək məqsədilə bu cür üsula əl atmışlar. Bununla yanaşı, AR MM-nin 99.2-ci maddəsinin tələbi ilə Cəmiyyət maliyyə göstəricilərini hər il müvafiq qaydada dərc etmiş və səhmdarların məlumat əldə etmək hüququnu məhdudlaşdırmamışdır. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlərə həmçinin dəfələrlə yazılı bildiriş göndərilməsinə baxmayaraq səsvermə hüququ ilə Cəmiyyətin iclaslarında iştirak etməmiş və məhkəməyə müraciət etməzdən öncə öncə protokolların surətlərinin əldə olunması ilə bağlı Cəmiyyətə müraciət etməmişlər. Eyni zamanda, qeyd etmək istəyirlər ki, ilk iddia üzrə iddiaçıların maliyyə sənədləri və qeyd olunan protokollarla tanış olmaması onların mülkiyyətçisi olduqları səhm üzrə dividend almaq hüququnu məhdudlaşdırmamış və ilk iddia üzrə iddiaçılar bu günədək Cəmiyyətə bununla bağlı etirazını bildirməmiş və Cəmiyyətin fəaliyyəti ilə bağlı zəruri məlumatlara sahib olmuşlar. İlk iddia üzrə iddiaçıların yalnız Cəmiyyətin ləğv prosesində olması zamanı bu cür əsassız, şər və böhtan xarakterli iddialarla ağılasığmaz məbləğdə tələb irəli sürmələri onların tamah məqsədindən və hüquqlardan sui-istifadə etməyə çalışmasından xəbər verir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kollegiyasının 2016-cı il 12 aprel tarixli, 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstərişi”də isə hər bir mühasibatlıq sənədinə münasibətdə konkret saxlama müddətləri müəyyən edilmişdir. Məsələn, həmin Siyahı ilə maliyyəlşdirmə üzrə hesabatların daimi (311-ci bənd), xəzinə kitabları, dövriyyə cədvəlləri, köməkçi və nəzarət kitabları, jurnalları üçün sənədli təftiş başaçatmasışərti ilə 5 il(327- ci bənd)əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə sənədlərin (hesabatlar, protokollar, aktlar, haqqhesab cədvəlləri və yazışma) 10 il, dividendlərin ödənilməsi üzrə cədvəllərin 75 il (322-ci bənd) müddətində saxlanılması müəyyənləşdirilmişdir. Eyni zamanda, həmin Siyahının tələbinə əsasən sənədlərin saxlanılma müddətləri onların kargüzarlıqda başa çatdığı ildən sonrakı il yanvarın 1-dən hesablanmalıdır. Göründüyü kimi, Məhkəmənin Qərarına əsasən, 2011-ci ildən etibarən maliyyə hesabatlarının təqdim edilməsi qanunvericiliklə məcburi hal daşımır. Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Lakin, 10 ildən çox keçən bir müddət ərzində iddiaçılar və cəmiyyətin iştirakçısı olmalarına baxmayaraq belə bir tələb irəli sürülməmiş, iddiaçı zərurət olmadığından bu hüququndan istifadə etməmişdir. Belə ki, Cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil kənar audit cəlb etməlidir. Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Başqa sözlə, maddənin mənasına görə cəmiyyət vaxtaşırı, yəni hər il audit cəlb etməlidir, əgər bu edilmirsə, hər hansı iştirakçı da bunu cəmiyyətdən tələb edə bilər. Buna baxmayaraq İddiaçılar 2011-ci ildən etibarən heç vaxt Cəmiyyətə qarşı bu cür bir tələb irəli sürmədiyindən iddia müddətini ötürmüş hesab olunurlar. Məhkəmə qərar qəbul edərkən Cəmiyyət tərəfindən artıq dividendin ödənilməsi barədə hesabatları nəzərə almamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İlkin iddia üzrə iddiaçıların nümayəndəsi X25, onların nümayəndəsi və vəkili Nümayəndə1 vermiş olduqları apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, digər tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Ləğv prosesində olan "Salyan Avtovağzal” ASC-nin nümayəndəsi və vəkili Vəkil, həmçinin nümayəndəsi X26 qarşı tərəfin apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh "H.N-Trans” MMC-nin nümayəndəsi X19 ilkin iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ilkin iddiaçılar birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməsini, ilkin iddia üzrə cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayəti verən tərəflərin şikayətlərinin dəlillərinə uyğun olaraq yoxlanılmasını düzgün hеsab еdir. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 99.2-ci maddəsinə əsasən açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə hesabat dövrü üzrə maliyyə göstəricilərini, aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdləri, cəlb edilmiş maliyyə vəsaitlərini, idarəetmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri, idarəetmə strukturu, inkişaf siyasəti, səhmdar kapitalının gəlirliyi və dividend siyasəti, idarəetmə orqanlarının hər bir üzvünə verilən ödənişlər, investisiyaların həcmi və mənbəyi, cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi və ictimai layihələr barədə məlumatları hamının tanış olması üçün hər il dərc etməyə borcludur. 99.3-cü maddəsinə əsasən açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbul edilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir. 106-1.3-cü maddəsinə əsasən səhmdar cəmiyyətinin adi səhminin mülkiyyətçisinin qanunvericiliklə müəyyən edilmiş qaydada qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək, bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq hüquqları vardır. 106-2.3-cü maddəsinə əsasən səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanından səhmdarların reyestrinin ona təqdim edilməsini tələb edə bilər. Bu halda səhmdar cəmiyyətinin icra orqanı səhmdarların reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. 107-5.3-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. 107-6.3-cü maddəsinə əsasən səhmdarın tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı ilə formalaşmış hüquqi mövqeyə əsasən, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunan maddələrin mənasına görə, işə baxan məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq edən, işin həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. Eyni zamanda, məhkəmə qətnamə çıxararkən iddia tələblərindən kənara çıxmamalı və iddiaçının dispozitiv hüququnu pozmamalıdır. Hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 106-1.1-ci maddəsinə görə səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. 106-3.2. Səhmdar cəmiyyəti nizamnamədə müəyyən edilməsindən asılı olaraq dövriyyədə olan səhmlər üzrə aralıq (rüblük, yarımillik) və illik dividendlər ödəyə bilər. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri onların ödənilməsi haqqında qərarın qəbul edildiyi gündən etibarən yaranır və 30 (otuz) gün müddətində icra edilir. Səhmdarların tərkibinin dəyişməsi dividendlərin ödənilməsi barədə qərarın bu Məcəllə ilə müəyyən edilmiş müddətdə və qaydada icra olunmasına təsir etmir. 106-3.5. Dividendlər və onların ödənilməsi qaydası haqqında qərar (həmin məsələ nizamnamədə müəyyən edilmədikdə) cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) və ya həmin orqanlar formalaşdırılmadıqda cəmiyyətin icra orqanının təklifi ilə ümumi yığıncaq tərəfindən qəbul edilir. 107-1.2-ci maddəsinə əsasən səhmdarların növbəti ümumi yığıncağı ildə bir dəfədən az olmayaraq çağırılmalıdır (illik ümumi yığıncaq). Həmin Məcəllənin 107-1.4-cü maddəsinə əsasən səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə media ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir Qeyd olunan Məcəllənin 107-2.1-ci maddəsinə görə səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin mülkiyyətçiləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Qeyd olunan Məcəllənin 107-3.1-ci maddəsinə əsasən səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Həmin Məcəllənin 107-3.5-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə "bir səsli səhm - bir səsdir” prinsipi əsasında həyata keçirilir.” Həmin Məcəllənin 107-5.1 -ci maddəsinə görə səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar "Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Qeyd olunan Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-in 76.1, 76.2-ci maddələri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin baglanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qeyd etdiyi hüquqi mövqeyə görə mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin Qərarda qeyd edilən digər hüquqi mövqeyə görə sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirlər. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəflərin apellyasiya şikayətlərində apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, "Salyan-Avtovağzal” ASC xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən kommersiya qurumu kimi qeydiyyata alınmış və bu barədə Dövlət Reyestrindən Çıxarış verilmişdir (VÖEN **********). İş materiallarında olan "Salyan-Avtovağzal” ASC-nin Nizamnaməsinin 5.1-ci bəndinə əsasən səhmdarlar cəmiyyətin illik mənfəətinin məbləğindən malik olduğu səhmin və ya müvəqqəti səhm şəhadətnaməsinin dəyərinə uyğun olaraq dividend alırlar. Hər bir səhmə düşən dividendin məbləği səhmdarların ümumi yığıncağında müəyyən edilir. Səhmdarların ümumi yığıncağının qərarı ilə səhmlər üzrə divindedlər rüblər üzrə və ya ildə bir dəfə ödənilə bilər, 5.5-ci bəndinə əsasən hər bir səhmdarın ümumi yığıncağda iştirak etmək və "Səhmdar Cəmiyyət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun məlumatlar almaq hüququ vardır, 6.1-ci bəndinə əsasən cəmiyyətin ali idarətetmə orqanı səhmdarların ümumi yığıncağıdır, 6.2-ci bəndində səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətləri müəyyən olunmuşdur, 6.4-cü bəndinə əsasən bütün yığıncaqların keçirilməsi üçün oluna yetərsay cəmiyyətin səhmdarlarının və ya onların səlahiyyətli nümayəndələrinin ən azı 60 (altmış) faizinin iştirakı ilə təmin edilir. Bu şərtlə ki, onlar cəmiyyətin adi səhmlərinin ən azı 51 (əlli bir) faizinin sahibi olsunlar. Yetərsay olmadıqda yeni yığıncağın vaxtı təyin edilir (i/v: İİİ cild, səhifə 253). İşdən görünür ki, İddiaçı1, İddiaçı3 və İddiaçı2 xx.xx.2020-ci il tarixdə "Salyan- Avtovağzal” ASC-yə müraciət edərək müəssisənin maliyyə sənədlərinin onlara təqdim edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin qiymətli kağız mülkiyyətçilərinin reyestrindən görünür ki, İddiaçı1 nominal dəyəri 2 manat olan 4158 ədəd adi adlı səhmin mülkiyyətçisidir. Faiz nisbəti 13.1213 təşkil edir. İddiaçı3 nominal dəyəri 2 manat olan 158 ədəd adi adlı səhmin mülkiyyətçisidir. Faiz nisbəti 0.4986 təşkil edir. İddiaçı2 nominal dəyəri 2 manat olan 158 ədəd adi adlı səhmin mülkiyyətçisidir. Faiz nisbəti 0.4986 təşkil edir ((i/v: Vİİİ cild, səhifə 61). İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 2011 -2021 -ci illər ərzində "Salyan-Avtovağzal” ASC tərəfindən İddiaçı1 27.753,67 manat, İddiaçı3 1.218,62 manat və İddiaçı2 1.036 manat məbləğində dividend ödənilmişdir (i/v: İİ cild, 7-39-cu səhifələr). İş materiallarında olan "Salyan-Avtovağzal” ASC-nin 2011 -2021 -ci illər ərzində keçirilmiş səhmdarların ümumi yığıncağının gündəlikdə duran məsələlərə baxılması haqqında protokollardan görünür ki, sərbəst mənfəətin səhmdarlar arasında divident olaraq bölüşdürülməsi təklif edilmiş, təklif səsə qoyularaq qəbul edilmişdir. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, "Salyan-Avtovağzal” ASC halhazırda ləğv prosesindədir. İşdən görünür ki, "Salyan-Avtovağzal” ASC ("icarəyə verən”) ilə "H.N-Trans” MMC ("icarədar”) arasında 25 yanvar 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyə verən Azərbaycan Respublikası, Salyan şəhəri, YQasımov-1 ünvanında yerləşən, "Salyan-Avtovağzal” ASC-yə məxsus bütün fəaliyyət növləri və 1173,3 kv.m (**********-70002 kodları) əmlakı ilə birlikdə icarədarın istifadəsinə verir. Həmin icarə müqaviləsinə edilmiş protokoldan görünür ki, icarə obyektinin aylıq icarə haqqı 1.800 manat təyin edilmişdir (i/v: İİİ cild, səhifə 129). İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib edilmiş **********239400 saylı tələbnamədən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2022-ci il tarixli, **********162919 saylı qərar əsasında "Salyan- Avtovağzal” ASC-yə maliyyə sanksiyası tətbiq edilmiş və büdcəyə ödənilməli olan 71.679,77 manat vəsaitin 5 gün müddətində yerli xəzinə orqanlarının hesabına ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 oktyabr 2022-ci il tarixli, 9/4898 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan "Salyan-Avtovağzal” ASC-nin Maliyyə-Təftiş komissiyasının hesabat aktı və Müstəqil auditor rəyləri məlumatlarına, səyyar vergi yoxlaması aktları məlumatlarına əsasn, Cəmiyyətin 2011-ci ildən 2021-ci il də daxil olmaqla fəaliyyət göstərdiyi müddətdə hər ilə dair xalis mənfəəti 2011-ci il üzrə 3956,29 manat, 2012-ci il üzrə 4135,74 manat, 2013-cü il üzrə 5043,87 manat, 2014-cü il üzrə 4672,19 manat, 2015-ci il üzrə 7664,20 manat, 2016-cı il üzrə 4195 manat, 2017-ci il üzrə 4392,65 manat, 2018-ci il üzrə 4802,51 manat, 2019-cu il üzrə 6222,19 manat, 2020-ci il üzrə 1954,78 manat və 2021-ci il üzrə 2144,40 manat müəyyən olunmuşdur. Tədqiqatın dəyəri 150 manat təşkil etmişdir (i/v: İİİ cild, səhifə 278). İş materiallarında olan "Premium Qiymətləndirmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, cavabdeh "Salyan-Avtovağzal” ASC-yə məxsus Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qaydalarla, AZ5201 ünvan 11 ünvanında yerləşən 568,5 kv.m və 804,8 kv.m ümumi sahədən ibarət və təqdim olunmuş sənədlərə əsasən "H.N-Trans” MMC-yə icarəyə verilmiş ticarət obyektlərinin icarə bazar dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə işi aparılaraq "Salyan-Avtovağzal” ASC-yə məxsus və "H.N-Trans” MMC- yə icarəyə verilmiş Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qaydalarla, AZ5201 ünvan 11 ünvanında yerləşən 568,5 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsinin xx.xx.2023-cü il tarixli hesablamalara əsasən icarə bazar dəyəri 1.345 manat, "Salyan-Avtovağzal” ASC-yə məxsus və "H.N-Trans” MMC-yə icarəyə verilmiş Salyan şəhəri, Y.Qasımov küçəsi 1 (Yeni qaydalarla, AZ5201 ünvan 11 ünvanında yerləşən 804,8 kv.m ümumi sahədən ibarət olan qeyri- yaşayış sahəsinin xx.xx.2023-cü il tarixli hesablamalara əsasən icarə bazar dəyəri 963 manat müəyyən edilmişdir. "Premium Qiymətləndirmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin xərcləri X25 tərəfindən ödənilmişdir (i/v: V cild, səhifə 155). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş "MBA LTD” MMC konsaltinq və qiymətləndirmə şirkətinin rəyindən görünür ki, "Salyan-Avtovağzal” ASC tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində icarəyə verilmiş obyektlərin ümumi aylıq icarə dəyəri 13.075,68 təşkil edir (i/v: V cild, səhifə 196). İş materialları ilə müəyyən olunur ki, ilk iddia üzrə İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə1 komission məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi barədə vəsatəti təmin edilərək məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iş üzrə komission məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 aprel 2023-cü il tarixli, 9/89 saylı məlumatına əsasən məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş "Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağının 24 dekabr 2019-cu il tarixli Protokolundan görünür ki, 24 dekabr 2019- cu il tarixdə Salyan şəhərində 26267 ədəd səhmə malik olan 2 səhmdarın iştirakı ilə (82.89%) "Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda ASC-nin bütün əmlakı ilə birlikdə icarəyə verilməsi zərurətinin yarandığı, belə olan halda ASC-də mühasib və sədr vəzifəsinin saxlanılması, ASC-nin digər işçilərinin isə icarəyə götürən qurumun tərkibinə keçməsi şərtilə icarə olaraq idarəetməyə verilməsi məqsədə uyğun hesab edilmişdir. Eyni zamanda, mətbuatda ASC-nin icarəyə verilməsi ilə bağlı elan verilməsinin vacibliyi bildirilmiş, ASC-nin icarəyə verilməsi ASC-nin İdarə Heyətinin sədrinin səlahiyyətlərinə aid edilməsi məsələsi müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir (iş v: İİ cild, səhifə 105). İşdə olan "Vergilər” qəzetinə aid vərəqin kserosurətindən görünür ki, İdarə Heyəti tərəfindən "Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağının 2022-ci il iyul ayının 17-də saat 11:00-da ünvan 12 ünvanında keçirilməsi barədə elan dərc olunmuş və həmin elanda yığıncağın gündəliyində 1. Cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı. 2. Cəmiyyətin ləğv olunması. 3. Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi. 4. Digər məsələlər - olduğu qeyd edilmişdir (i/v: Vİİİ cild, səhifə 114). İş materiallarına əlavə olunmuş "Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağının 17 iyun 2022-ci il tarixli Protokolundan görünür ki, 17 iyun 2022-ci il tarixdə Salyan şəhərində "Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda gündəlikdə duran məsələlər - 1). Cəmiyyətin 2021-ci ilin maliyyətəsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və əleyhinə 4158 s/s (13.12 %) olmaqla cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına dair İdarə Heyətinin hesabatı qənaətbəxş hesab edilməsi və cəmiyyətin 2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunlarına görə əldə olunmuş 2144 manat xalis mənfəətin səhmdarlar arasında onların malik olduqları səhmlərin sayına mütənasib olaraq divindend şəklində bölüşdürülməsi qərara alınmışdır. 2). Cəmiyyətin ləğv olunması məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla "Salyan-Avtovağzal” ASC-nin ləğv edilməsi qərara alınmışdır. 3). Cəmiyyətin ləğv olunması ilə əlaqədar Ləğvetmə komissiyasının (təsviyəçinin) təyin edilməsi və ona müvafiq səlahiyyətlərin verilməsi məsələsi müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla "Salyan-Avtovağzal” ASC-nin ləğv edilməsi ilə əlaqədar X26 təsviyəçi təyin edilərək ona qanuni təmsilçiliyə dair bütün səlahiyyətlərin həvalə edilməsi, təsviyəçi "xxxx" ASC- nin AZ********** qeydiyyat nömrəli, hər birinin nominal dəyəri 2 manat olan 31689 ədəd sənədsiz, adi, adlı səhmi geri alınaraq dövriyyədən çıxarılması qərara alınmışdır (i/v: V cild, səhifə 105). İşdə olan "xxxx" ASC-nin 17 iyun 2022-ci il tarixli səhmdarların ümumi yığıncağında iştirak edən səhmdarların siyahısından görünür ki, yığıncaqda 4158 ədəd səhmə malik olan İddiaçı1 adından etibarnamə əsasında “V.Əliyev” adlı şəxs, 25909 ədəd səhmə malik olan X10, 100 ədəd səhmə malik olan X11 və 100 ədəd səhmə malik olan X12 adından etibarnamə əsasında “X.Məmmədov” adlı şəxs iştirak etmiş və siyahını imzalamışdırlar (i/v: Vİİİ cild, səhifə 113). İş materiallarında olan “Vergilər” qəzetinə aid vərəqin kserosurətindən görünür ki, "xxxx" ASC-nin səhmdarlarının X2 2022-ci il noyabr ayının 29-da saat 15:00-da ünvan 12 ünvanında keçirilməsi barədə elan dərc olunmuş və həmin elanda yığıncağın gündəliyində
1. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi. 2. Cəmiyyətin AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması. 3. Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi. 4. Qalıq əmlakın iştirakçılar arasında bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi. 5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi. 6. Digər məsələlər - olduğu qeyd edilmişdir (i/v: Vİİİ cild, səhifə 123). İşdə olan "xxxx" ASC-nin səhmdarlarının ümumi yığıncağının 29 noyabr 2022-ci il tarixli Protokolundan görünür ki, 29 iyun 2022-ci il tarixdə Salyan şəhərində "xxxx" ASCnin səhmdarlarının ümumi yığıncağı keçirilmiş və həmin yığıncaqda 30267 ədəd səhmə malik (səsli səhmlərin 95.51 %) 2 nəfər etibarnamə əsasında olmaqla 4 nəfər səhmdar iştirak etmişdir. Yığıncaqda gündəlikdə duran məsələlər - 1. Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında təsviyəçinin hesabatı. Ləğvetmə balansının təsdiqi. 2. Cəmiyyətin AZ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmış 31689 ədəd adi, sənədsiz, adlı səhminin silinərək dövriyyədən çıxarılması. 3. Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiqi. 4. Qalıq əmlakın iştirakçılar arasında bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi. 5. Təsviyəçiyə səlahiyyətlərin verilməsi məsələləri müzakirə edilmiş, səsvermə nəticəsində lehinə 26109 s/s (82.39 %) və bitərəf 4158 s/s (13.12 %) olmaqla həmin məsələlərlə bağlı irəli sürülən bütün təkliflər qəbul edilmişdir (i/v: Vİİİ cild, səhifə 115). İş materiallarına əlavə olunmuş Milli Depozit Mərkəzinin "xxxx" ASC- nin qiymətli kağızlarının ləğv edilməsinə dair 11 yanvar 2023-cü il tarixli Aktından görünür ki, "xxxx" ASC-nin ləğv olunması haqqında cəmiyyətin səhmdarlarının ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarını, Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2022ci il tarixli arayışını və cəmiyyətin Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə ünvanlanmış müraciətini əsas tutaraq, MDM "xxxx" ASC- nin qiymətli kağızlarını Emitentin emissiya hesabından silinmə yolu ilə ləğv edilmişdir. İş materialları ilə müəyyən olunur ki, məhkəmənin 29 sentyabr 2023-cü il tarixli 2- 2(121)-9/2023 nömrəli qərardadına əsasən iş üzrə keçirilən audit yoxlaması zamanı hazırkı işin bütün mövcud materiallarını və sənədlərini, habelə işdə olan əvvəlki ekspert rəylərini və audit sənədlərini əhatə edən audit yoxlaması nəticəsində 07 dekabr 2023-cü il tarixli SDO/01 nömrəli müstəqil auditor rəyi verilmişdir. 1 -ci sual üzrə "xxxx" ASC-nin 2011-2022-ci illər üzrə maliyyə fəaliyyəti ilə bağlı tərtib edilmiş mühasibat uçotu sənədləri müvafiq qanunvericiliyə və qaydalara uyğun tərtib edilmişdir. 2-ci sual üzrə LPO "xxxx" ASC-nin 2011 -2022-ci illər üzrə cəmi gəlirləri 564.283,28 manat, cəmi xərcləri isə 488.098,68 manat olmuşdur. 3-cü sual üzrə 2011-2022-ci illər üzrə xalis mənfəət ümumilikdə 81.862,98 manat olmuşdur. 4-cü sual üzrə "xxxx" ASC- nin 2011-2022-ci illər üzrə elan edilməli olan dividendləri hər ilə dair ümumilikdə 59.241,22 manat olmuşdur. 2022-ci ildə müəssisə ləğv edildiyindən dividend hesablanılmamışdır. 5- ci sual üzrə 2011 ci ildən 2022-ci ilədək "xxxx" ASC-nin xalis mənfəəti nəzərə alınaraq İddiaçı1, İddiaçı2 və İddiaçı3 ASC-dəki paylarına uyğun olaraq 2011-2022-ci illər ərzində İddiaçı1 ödənilməli olan dividend məbləğinin 31.669,92 manat, İddiaçı2 ödənilməli olan dividend məbləğinin 1.203,44 manat və İddiaçı3 ödənilməli olan dividend məbləğinin 1.203,44 manat olması barədə hesablama aparılmışdır. 6-cı sual üzrə 2011 -ci ildən 2022-ci ilədək "xxxx" ASC tərəfindən İddiaçı1 ümumilikdə 27.753,67 manat, İddiaçı2 ümumilikdə 1.036,38 manat və İddiaçı3 ümumilikdə 1.218,62 manat dividend ödənilmişdir. Həmin rəyin “Nəticə” hissəsində göstərilmişdir ki, İddiaçı1 əmlak bölgüsü də daxil olmaqla 31.669,92 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 27.753,67 manat ödəniş edilmişdir. Qalıq 3.916,25 manat cəmiyyətin İddiaçı1 borcu qalmışdır. İddiaçı2 əmlak bölgüsü də daxil olmaqla 1.203,44 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 1.036,38 manat ödəniş edilmişdir. Qalıq 167,06 manat cəmiyyətin İddiaçı2 borcu qalmışdır. İddiaçı3 əmlak bölgüsü də daxil olmaqla 1.203,44 manat dividend hesablanmış, cəmiyyət tərəfindən 1.218,62 manat ödəniş edilmişdir. Qalıq 15,18 manat İddiaçı3 cəmiyyətə borcu qalmışdır. İşin hallarından müəyyən edilir ki, ilkin iddiaçılar sənədlərin təqdim edilməsi, dividendin ödənilməsi, dövriyyənin yoxlanılması, qərarların etibarsızlığı barədə iddia ilə məhkəməyə müraciət etmişlər. Eyni zamanda da qarşılıqlı iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı rədd etmişdir. Qətnaməni ilkin iddia üzrə iddiaçılar və ilkin iddia üzrə cavabdeh mübahisələndirir. İlkin iddia üzrə iddiaçıların əsas mübahisələndirdikləri hallar aşağıdakılardan ibarətdir: 1.Birinci instansiya məhkəməsinin həm xx.xx.2022-ci il tarixli növbəti, həm də xx.xx.2022ci il tarixli növbədənkənar Ümumi Yığıncaqların çağırılma, səhmdarların qanuna uyğun şəkildə ÜY-ın yeri və vaxtı barədə məlumatlandırılmasına, ÜY-ın keçirilməsinə və həmin Yığıncaqların gündəliyinin tərtibi qaydasına, Yığıncaqların gündəliyinə salınmış məsələlərin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş sayda səhmdarın iştirak edibetməməsinə, Yığıncaqlarda həll edilən məsələlər üçün yetərsayın qanunun tələblərinə uyğun olub-olmamasına əhəmiyyət verməmişdir, buna münasibət bildirməmişdir. Qətnamədə həm xx.xx.2022-ci il tarixli ÜY-nin, həm də xx.xx.2022-ci il tarixli ÜY-nin keçirilməsini qanuna uyğun, bununla bağlı ASC-nin səlahiyyətli şəxslərinin hərəkətlərini haqlı hesab etmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayət verən tələb qeyd etdiyi halları təsdiq edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir və buna görə də apellyasiya şikayətinin dəlili əsassız hesab edilir. 2."xxxx" ASC-nin bütün əmlakının və fəaliyyət növlərinin "xxxx" MMC-yə verilməsi barədə xx.xx.2020-ci il tarixli "İcarə müqaviləsi" və ona əlavələr etibarsız əqd hesab edilməli olduğu halda, məhkəmə bunu etməmişdir. Həmin əqdə qiymət verərkən məhkəmə nəzərə almamışdır ki, "xxxx" MMC-nin hüquqi ünvanı"xxxx" ASC-nin hüquqi ünvanı ilə eyni olmuşdur. Hər iki hüquqi şəxsin hüquqi ünvanı olaraq ünvan 4ir ki, "xxxx" MMC deyilən hüquqi şəxs yalnız formal olaraq mövcud olmuş, həmin hüquqi şəxsin hansı fəaliyyətlə məşğul olması, reallıqda nə işlə məşğul olması barədə iş materiallarında hər hansı sənədə və yaxud şifahi izahata belə rast gəlinmir. Ona görə də "xxxx" MMC uydurma hüquqi şəxs elan edilərək onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləsi MMnin yuxarıda qeyd edilən normalına əsasən əhəmiyyətsiz əqd kimi qiymətləndirilməli olduğu halda məhkəmə bunu etməmişdir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd edir ki, şikayət verən tələb qeyd etdiyi halları təsdiq edəcək hər hansı sənədi məhkəməyə təqdim etməmişdir və buna görə də apellyasiya şikayətinin dəlili əsassız hesab edilir. Eyni zamanda apellyasiya şikayətinin digər dəlilləri də, əsassız hesab edilir. İlkin iddia üzrə cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, kimi, səhmdar cəmiyyətinin mülkiyyətçisinin ildə bir dəfə cəmiyyətin illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququ vardır. Qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddiaçı üzrə cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlərin bu hüququnu təmin etməsinə baxmayaraq onlar bu hüquqdan istifadə etməmiş, yalnız Cəmiyyətin ləğv prosesində olması barədə məlumat əldə etdiklərində yalan və böhtan xarakteri iddialar irəli sürərək əlavə qazanc əldə etmək məqsədilə bu cür üsula əl atmışlar. Bununla yanaşı, AR MM-nin 99.2-cimaddəsinin tələbi ilə Cəmiyyət maliyyə göstəricilərini hər il müvafiq qaydada dərc etmiş və səhmdarların məlumat əldə etmək hüququnu məhdudlaşdırmamışdır. Eyni zamanda, qeyd etmək istəyirlər ki, ilk iddia üzrə iddiaçıların maliyyə sənədləri və qeyd olunan protokollarla tanış olmaması onların mülkiyyətçisi olduqları səhm üzrə dividend almaq hüququnu məhdudlaşdırmamış və ilk iddia üzrə iddiaçılar bu günədək Cəmiyyətə bununla bağlı etirazını bildirməmiş və Cəmiyyətin fəaliyyəti ilə bağlı zəruri məlumatlara sahib olmuşlar. İlk iddia üzrə iddiaçıların yalnız Cəmiyyətin ləğv prosesində olması zamanı bu cür əsassız, şər və böhtan xarakterli iddialarla ağılasığmaz məbləğdə tələb irəli sürmələri onların tamah məqsədindən və hüquqlardan sui-istifadə etməyə çalışmasından xəbər verir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, ilkin iddia üzrə cavabdehin qeyd etdikləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz, sənədləri almaq hüquqi şəxsin səhmdarlarının hüququdur, bu hüququn məhdudlaşdırılması yol verilməzdir, eyni zamanda səhmdarın dividend almaq hüququ da vardır. Eyni zamanda qarşılıqlı iddiaçı tərəf müvafiq sübutlarını məhkəməyə təqdim etmədiyindən onların iddiaları tam təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı gəlmiş olduğu nəticə ilə razılaşır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumları şikayətçilərin özlərinə aid aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393, 405, 442, 445.1, 445.2, 448.1, 448.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi:
İlkin iddia üzrə iddiaçıların nümayəndəsi X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İlkin iddia üzrə cavabdeh h nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-9/2023 saylı, 22 dekabr 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.