Məhkəmə qərarları › İş №2-2(106)-69/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-69/2024

15.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınmaz əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-69/2024 15.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdeh "Könül-Z” MMC-yə qarşı əqdin etibarlı sayılması barədə iddiasına dair kommersiya işi üzrə Açar sözlər: əqdin etibarlı hesab edilməsi X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X4 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh "Könül-Z” MMC-yə qarşı əqdin etibarlı sayılması barədə iddiasına dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(121)-99/2024 saylı qətnaməsindən (hakim Namidar Misirzadə) cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdeh "Könül-Z” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsinin alqısatqısı ilə bağlı əqdin etibarlı sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən tərəflər, cavabdehə məxsus binanın iddiaçıya satılması barədə razılığa gəlmişlər. Müqaviləyə əsasən, iddiaçı 118.000.000 manat (köhnə Azərbaycan manatı) pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Tərəflər arasında mülki-hüquqi münasibət yarandığı zaman Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335-ci maddəsi ("Əqdin notarial formasına riayət edilməməsinin nəticələri) qüvvədə olmuşdur. Müqavilə bağlandıqdan dərhal sonra, iddiaçı, bu Müqaviləyə əsasən və MM-in 335-ci maddəsindən irəli gələrək, öhdəliyin icrası qaydasında xx.xx.2001-ci il tarixli, 52 saylı ödəniş tapşırığına əsasən, cavabdehin hesabına xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.000.000 manat pul köçürmüşdür. Bu addımı ilə, iddiaçı əqdi tamamilə icra etmişdir. Tərəflər arasında hüquqi münasibətlər yarandığı vaxtdan etibarən Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Azadlıq küçəsi14) ünvanında yerləşən qeyri-yaşayış binası "ABB” ASC-nin "Kürdəmir” filialı fəaliyyət göstərmişdir (və hal- hazırda da fəaliyyət göstərir). Müvafiq fakt Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Belə ki, Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Azadlıq küçəsi14) ünvanında yerləşən qeyri-yaşayış binası 20-ci əsrin 60-cı illərində inşa edilmiş və həmin binada 20-ci əsrin 90-cı illərinin axrına kimi "Aqrar Sənaye” Bankı fəaliyyət göstərmiş, hazırda həmin ünvanda 2001-ci ildən etibarən Azərbaycan Beynəlxalq Bankının Kürdəmir filialı fəaliyyət göstərir. Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Azadlıq küçəsi-14) ünvanında yerləşən qeyri-yaşayış binası "ABB” ASC-nin faktiki sahibliyində və istifadəsində olmuş, həmçinin iddiaçı tərəfindən müvafiq vergilər ödənmişdir. Bundan əlavə, "ABB” ASC nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs olduğu üçün ona məxsus olan əmlaklar barəsində müvafiq hesabatlar, o cümlədən hər il "Dövlət təsisatının balansında olan dövlət əmlakının siyahısı” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilmiş və həmin siyahıda 2001 -ci ildən bugünədək qeyriyaşayış sahəsi iddiaçının balansında olan əmlak qismində göstərilmişdir. Bundan sonra, xx.xx.2001-ci il tarixli, 96 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsi 33.344.000 manata (köhnə Azərbaycan manatı) cavabdehə satılmış, bu barədə sonuncunun adına "Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2004-cü il tarixli, 001571 saylı şəhadətnamə verilmişdir. İddiaçı tərəfindən əqdin (müqavilənin) tamamilə icra edilməsinə baxmayaraq, əqdin (müqavilənin) digər tərəfi "Könül-Z” MMC (cavabdeh) bundan sonra, üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, yəni tərəflər arasında bağlanmış müvafiq müqaviləni notariat qaydasında təsdiqləməkdən boyun qaçırmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməməklə yanaşı, iddiaçıya qarşı heç bir iddia, pretenziya qaldırmamışdır. Bu vəziyyət təxminən 18 il ərzində davam etmiş və nəhayat "Könül-Z” MMC-nin "ABB” ASC-yə qarşı iddia qaldırması aşağıda göstərilən şəkildə nəticələnmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-567/2019 saylı qətnaməsi ilə "Könül-Z” MMC-nin iddiası təmin edilərək, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (Kürdəmir filialının) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı "Könül-Z” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən "Könül-Z” MMCyə təhvil verilməsi qət edilmiş, iddia tələbi dəymiş zərərin ödənilməsi hissəsində təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsinə əsasən iddiaçı "Könül-Z” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Şirvan İnzibati-lqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2- 2(086)-567/2019 saylı qətnaməsi iddianın qismən təmin edilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (Kürdəmir filialının) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı "Könül-Z” MMC-nin mülkiyyətində olan qeyri- yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən "Könül-Z” MMC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-2(102)-64/2021 saylı qərarı ilə iddiaçı "Könül-Z” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu qərarda qeyd edilmişdir ki, xx.xx.2001-ci il tarixli müqaviləyə görə bank binanın dəyərini pulla ödəməyi, iddiaçı (Könül-Z) isə binanı bankın mülkiyyətinə keçirməyi öz öhdəsinə götürmüşdür. Müqavilə, bina özəlləşməmişdən əvvəl baş vermiş və iddiaçı (Könül-Z) satıcı olaraq əqdin subyekti ola bilməzdi. Lakin bu cür müqavilə bağlanması qanunvericilikdə qadağan da edilməmişdir. Müqavilə üzrə tərəflər üzərlərinə öhdəlik götürmüşlər, cavabdeh ("ABB” ASC) öz öhdəliyini yerinə yetirmiş, lakin iddiaçı (Könül-Z) öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçının (Könül-Z) öz öhdəliyini yerinə yetirməməsi səbəbindən tərəflər arasında sonradan alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş, lakin təxminən 18 il ərzində cavabdehin əmlakdan istifadəsinə etirazını bildirməmişdir. Aydın olduğu kimi, bina əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən cavabdehin ("ABB” ASC) qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmış və bank müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, cavabdehin ("ABB” ASC) faktiki olaraq sahibliyi və istifadəsində olan qeyri-yaşayış sahəsindən qanunsuz istifadə etməsi barədə iddiaçının dəlilləri əsassız olmuşdur”. "ABB” ASC tərəfindən hüquqlarının qorunması üçün Şirvan Kommersiya Məhkəməsinə müraciət edilmiş, cavabdeh "Könül-Z” MMC tərəfindən xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin iddiaçıya satılması və onun mülkiyyətinə keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021 ci il tarixli, e-2- 2(121)-1355/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim R.İsmayılov). Həmin qətnamədən iddiaçı "ABB” ASC tərəfindən verilmiş apellyasiya şikayətində iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunması xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(106)-23/2022 saylı qətnaməsi ilə iddiaçının ("ABB” ASC-nin) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər THeydərov (sədrlik edən və məruzəçi), TKərimov və Z.Zeynalov). Bu qətnamədən iddiaçı ("ABB” ASC) tərəfindən verilmiş kassasiya şikayətində qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)- 457/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(106)-23/2022 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bu iddia ərizəsinin 8.3-cü bəndində müəyyən edilmiş və qanuni qüvvəyə minmiş (preyudisial əhəmiyyət daşıyan) faktlardan göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən tərəflərin sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2001-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyərin satıcıya ödəməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, başqa sözlə, alqı-satqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir. Bu yanaşma tərəflər arasında olan digər mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(102)-457/2022 nömrəli qərarında da öz əksini tapmışdır. Bu Qərarda həmçinin qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, MM-nin tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Ali Məhkəmənin qanuni qüvvəyə minmiş 2 qərarında (xx.xx.2021-ci il tarixli, 2- 2(102)-64/2021 nömrəli və xx.xx.2022-ci il tarixli, 2-2(102)-457/2022 nömrəli) tərəflər arasında bağlanmış müqavilənin (xx.xx.2001-ci il tarixli müqavilə) etibarsız olması barədə heç bir müddəa olmamışdır. Əksinə, bu qərarlarlarda müəyyən edilən hüquqi mövqelərdən aydın olur ki, tərəflər arasında olan xx.xx.2001-ci il tarixli müqavilə ilə qurulan münasibətlər və daha sonradan onların etdikləri hərəkətlər ("xxxx" ASC-nin pulu ödəməsi, Cavabdeh MMC-nin isə əmlaka dair 001571 saylı şəhadətnamə əldə etməsi), tərəflər arasında bağlanmış müqavilənin etibarlı olmasını və bu müqavilənin tərəflərin iradə ifadəsini əks etdirməsinin göstəricisi olmuşdur. Bununla yanaşı, Cavabdeh MMC tərəfindən müvafiq şəhadətnamə əldə edildikdən və vəsaiti "xxxx" ASC-dən qəbul etdikdən sonra digər hərəkəti yerinə yetirməməsi (müqavilənin notariat təsdiqindən boyun qaçırması), təxminən 18 il ərzində heç bir etiraz bildirmədiyinə baxmayaraq daha sonradan tərəflər arasında olan müqavilənin “etibarsız müqavilə olduğu fikrini” irəli sürməsi, "xxxx" ASC-nin hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın əsassız olması və iddia müddətinin ötürülməsi səbəbi ilə rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(121)-99/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "Könül-Z” MMC arasında Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 14 (keçmiş Kürdəmir şəhəri, Azadlıq küçəsi,14) ünvanında yerləşən, ümumi sahəsi 375,8 kv.metr təşkil edən qeyriyaşayış sahəsinin alqı-satqısına dair bağlanmış 27 iyul 2001-ci il tarixli əqdin (müqavilə) etibarlı sayılması, 50 manat məbləğində dövlət rüsumunun "Könül-Z” MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 12 iyul 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, tərəflər arasında 2001-ci il 27 iyul tarixli müqavilə bağlandıqdan sonra əsas müqavilə bağlanmamış və əsas müqavilənin bağlanması ilə bağlı tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydada təsdiq edilmiş müqavilə bağlanılmadan isə Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması, işə kassasiya qaydasında baxan məhkəmə kollegiyasının qənaətinə görə, qanuni hesab edilə bilməz. Tərəflər arasında bağlanılmış müqavilədə cavabdehə məxsus binanın iddiaçıya təhvil verilməli olduğu qeyd olunsa da, həmin bina ilə bağlı məlumatlar, yəni qeyri-yaşayış binasının yerləşdiyi ünvan, binanın sahəsi, koordinatları və digər zəruri məlumatlar göstərilməmiş, başqa sözlə həmin müqavilədə, yəni ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər nəzərdə tutulmamışdır. Göründüyü kimi hazırda iddiaçının qaldırdığı iddiaya da əvvəlki işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 12 iyul 2023-cü il tarixli qərarında münasibət bildirilmişdir. Həmin münasibət bu iş üçün də preyudisial əhəmiyyət daşıyır. Bundan əlavə iddia ərizəsində tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə tələb irəli sürməsə də, iddiası Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949-İİQD nömrəli Qanunu ilə Mülki Məcəllədən çıxarılmış 335.2-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Əvvəla iddiaçı ilə cavabdeh arasında mübahisəli əmlaka dair hər hansı, xüsusi ilə də cavağdeh həmin əmlaka dair mülkiyyət hüququ əldə etdikdən, yəni 2004-cü ildən sonra yazılı müqavilə bağlamamışdır. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin o vaxtkı 335.2-ci maddəsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli qərarındakı əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar hüquqi mövqeyini bir daha təsdiq etməklə vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Yaşayış evinin alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarı vardır. Həmin qərarda, notariat qaydada icra edilməmiş alqı-satqı müşaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə bağlı deyilir: “Eyni zamanda, birinci instansiya məhkəməsi mübahisəli əmlakın B.İsgəndərov tərəfindən alınmasına dair hər hansı yazılı sübutun mövcud olmamasını müəyyən etsə də, qəbul etdiyi qətnamədə əvvəlki MM-in 43-cü maddəsinə istinadən belə nəticəyə gəlmişdir ki, B.İsgəndərov əqdi icra etmiş, lakin müəyyən səbəblər üzündən həmin əqd notariatda təsdiq edilməmişdir. Göstərilən maddənin tələblərinə görə tərəflərin biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki MM-in iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.” Hesab edirik ki, istənilən halda belə (Mülki Məcəllənin o vaxtkı 335.2-ci maddəsinə əsaslanan) iddia qaldırmaq üçün iddiaçı tərəfindən iddia müddəti buraxılıb. Mülki Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İddiaçı 20 ildən sonra cavabdehə qarşı hər hansı tələb irəli sürüb. Bu səbəbdən bu tələbə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Eyni məsələ ilə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası 12 iyul 2023-cü il tarixli qərarında qeyd edib ki, İş materiallarından isə iddiaçının Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949-İİQD nömrəli Qanunu ilə MM-dən çıxarılmış 335.2-ci maddəsinə istinadla əqdin etibarlı sayılmasına dair iddia qaldırması müəyyən edilmir və belə olduğu təqdirdə həmin normaya istinad etməklə qeyriyaşayış sahəsi üzrə iddiaçının mülkiyyət hüquqları tanına bilməzdi. Tərəflər arasında bağlanılmış müqavilədə cavabdehə məxsus binanın iddiaçıya təhvil verilməli olduğu qeyd olunsa da, həmin bina ilə bağlı məlumatlar, yəni qeyri-yaşayış binasının yerləşdiyi ünvan, binanın sahəsi, koordinatları və digər zəruri məlumatlar göstərilməmiş, başqa sözlə həmin müqavilədə, yəni ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə onun digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər nəzərdə tutulmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, məhkəmə xx.xx.2001-ci il tarixli müqaviləni etibarlı hesab etmiş və bu zaman həmin vaxt qüvvədə olan MM-nin 335-ci maddəsinə istinad etmişdir. Qeyd etmişdir ki, xx.xx.2001-ci il tarixdə tərəflər arasında müqavilə bağlanarkən hazırda mübahisələndirilən qeyri-yaşayış binası onların mülkiyyətində olmamışdır. Bildirirlər ki, əgər əmlak onların mülkiyyətində deyildirsə bununla bağlı tərəflər arasında necə alqı-satqı müqaviləsi bağlana bilərdi. Həmin əmlak üzərində cavabdeh 2004-cü ildə mülkiyyət hüququ əldə etmiş, lakin mülkiyyət hüququ əldə etdikdən, yəni 2004-cü ildən sonra tərəflər arasında hər hansı yazılı alqı-satqı müqaviləsi bağlanmamışdır. Həmçinin bildirmişdir ki, xx.xx.2001-ci il tarixdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilkin müqavilə olmuş və həmin müqavilənin müddəti 1 il olmuşdur. Həmin bir illik müddət isə xx.xx.2002-ci ildə başa çatmışdır. İlkin müqavilə isə əsas müqavilənin bağlanması üçün bağlanmışdır. Buna görə də hesab edirlər ki, tərəflər arasındakı hazırkı münasibətə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göstərmişdir ki, xx.xx.2001-ci il tarixdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilə cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsini ABB-yə satmalı idi. Bunun üçün cavabdehə 118 000 000 manat pul ödənilmişdir. Bundan təxminən 27 gün sonra cavabdeh qeyd edilən mübahisəli əmlakı 33 344 000 manat müqabilində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən alqı-satqı edərək almışdır. Göründüyü kimi əmlakın əldə edilməsi tərəflər arasında xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra cavabdehə ödənilmiş 118 000 000 manat məbləğidən təxminən 3.5 dəfə az olan 33 344 000 manat müqabilində alınmışdır. Bundan sonra cavabdeh xx.xx.2004-cü il tarixdə mübahisəli obyektə mülkiyyət hüququ əldə etsə də həmin əmlakı onların mülkiyyətinə verməmişdir. Qeyd etmişdir ki, həmin əmlaka 18 il, yəni 2019-cu ilədək mübahisəsiz və etirazsız olaraq sahiblik etmiş və istifadə etmişlər. Bu illər ərzində Könül-Z-nin rəhbərinin həyat yoldaşı ABB-nın Kürdəmir flialının müdiri işləmişdir. Buna görə də bu illər ərzində bina ilə bağlı aralarında narazılıq olmamışdır. Sonradan aralarında çox saylı məhkəmə mübahisəsi olmuş və sonda cavabdeh tərəf əmlakı onların adına keçirmək istəmədiyindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi apellyasiya baxışında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən kommersiya işi üzrə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir, odur ki, qətnamənin əsaslılığı cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır. İşə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Həmin Məcəllənin 402.4-cü maddəsinə əsasən, ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alaı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Qeyd edilən Məcəllənin 570.1-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Göstərilən Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MM-in tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949- İİQD nömrəli Qanunu ilə MMdən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.” (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı). Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətlərinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğvinin, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin verdiyi apellyasiya şikayətində göstərdikləri dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə "xxxx" Firması arasında bağlanmış xx.xx.2001-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" Firmasına məxsus binanın "xxxx" ASC-yə satılması barədə tərəflər razılığa gəlmişlər. Müqaviləyə əsasən, "xxxx" ASC 118.000.000 manat (AZM) pulun "xxxx" Firmasının hesabına köçürülməsi, "xxxx" Firması isə pulu aldıqdan sonra binanın "xxxx" ASC-yə təhvil verilməsi barədə öhdəlik götürmüşlər. İşə əlavə olan xx.xx.2001-ci il tarixli, 52 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC-nin Kürdəmir filialı tərəfindən "xxxx" Firmasının hesabına xx.xx.2001-ci il tarixli müqaviləyə əsasən binanın alınması üçün 118.000.000 manat pulun köçürülməsinə dair ödəniş tapşırığı verilmişdir. İşin materiallarında olan icarəyə verilmiş əmlakın xx.xx.2001-ci il tarixli, 96 saylı alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 375,8 m2 təşkil edən qeyri-yaşayış sahəsi 33.344.000 manata (AZM) alıcı "xxxx" Firmasına satılmışdır. İş materiallarına əlavə olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2004-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, ünvan 11 ünvanındakı ikimərtəbəli binada yerləşən 375,8 kv.m qeyri-yaşayış sahəsi "Könül” firmasının toxunulmaz mülkiyyətində olması təsdiq edilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e-2-2(086)-567/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "Könül-Z” MMC-nin iddiasının qismən təmin edilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (Kürdəmir filialı) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı "Könül-Z” MMC-nin mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən "Könül-Z” MMC-yə təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 2(106)-68/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı "Könül-Z” MMC-nin nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, e- 2-2(086)- 567/2019 saylı qətnaməsi iddianın qismən təmin edilməsi "Azərbaycan Beynəlxalq Bankı” ASC (Kürdəmir filialı) əmlakları ilə birlikdə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti (keçmiş Azadlıq küçəsi) 14 ünvanında yerləşən iddiaçı "Könül-Z” MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsi "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən "Könül-Z” MMC-yə təhvil verilməsi hissəsində ləğv edilməsi, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-2(102)-64/2021 saylı qərarından görünür ki, iddiaçı "Könül-Z” MMC-nin nümayəndəsi və vəkili Aybəniz Ramazanova tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(106)-68/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Şivan Kommersiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, e-2- 2(121)-1355/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdeh "Könül-Z” MMC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(106)-23/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022ci il tarixli, 2-2(102)-457/2022 saylı qərarından görünür ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(106)-23/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(121)-559/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin cavabdeh "Könül-Z” MMC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) müqavilə öhdəliklərinin icrasının başa çatdırılmaması və s. tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2022-ci il tarixli, e-2-2(121)-132/2022 saylı qərardadı ilə hər iki birləşdirmiş və yeni işə e-2-2(106)-149/2022 saylı qeydiyyat nömrəsi vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 2(106)-149/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, e-2-2(İ21)- 1355/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, e-2-2(121)-1355/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASCnin Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-559/2022 saylı qətnaməsindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(121)-559/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023cü il tarixli, 2-2(102)-262/2023 saylı qərarından görünür ki, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh "Könül-Z” MMCnin kassasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(106)-149/2022 saylı qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-107/2023 saylı qətnaməsindən görünür ki, birinci iddia üzrə iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, e-2- 2(121)1355/2021 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin "Könül-Z” MMC-yə qarşı Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddiasının təmin edilməməsi, ikinci iddia üzrə iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(121)- 559/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdeh "Könül-Z” MMC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla) cavabdeh "Könül-Z” MMC tərəfindən xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasının başa çatdırılması, Kürdəmir şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə ödəniş edilmədən iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə verilməsi və onun mülkiyyətinə keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada bütün hüquqi və faktiki hərəkətlərin edilməsi vəzifəsinin cavabdeh "Könül-Z” MMC-nin üzərinə qoyulması vəzifəsinin müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, hər iki iddia üzrə ödənilmiş dövlət rüsumlarının "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə aid edilməsi qət edilmişdir. Apellyasiya baxışında əldə edilərək iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 2-2(102)-366/2024 saylı Qərardan çıxarışdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(106)-107/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, Cavabdeh MMC “iddiaya etiraz” və "iddia müddətinin tətbiqi barədə ərizə”lərlə məhkəməyə müraciət edərək, iddiaya etiraz etmiş və iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, cavabdehə məxsus binanın iddiaçıya satılması barədə tərəflər razılığa gəlmişdir. Müqaviləyə əsasən, iddiaçı 118.000.000 manat pulun cavabdehin hesabına köçürülməsi, cavabdeh isə pulu aldıqdan sonra binanın iddiaçıya təhvil verilməsi barədə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə üzrə öhdəlik yerinə yetirilərək, cavabdehin hesabına xx.xx.2011-ci il tarixli ödəniş tapşırığına əsasən, xx.xx.2001-ci il tarixli müqavilə üzrə binanın alınması üçün 118.000.000 manat pulun köçürülməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə aktlarına əsasən tərəflərin sözügedən qeyri-yaşayış sahəsinin alqı-satqısı üzrə əldə etdikləri razılığa əsasən əmlakın alıcıya təqdim edilməsi, alıcının 2001-ci ildən faktiki olaraq əldə etdiyi əmlaka görə dəyərini satıcıya ödəməsi, lakin satıcının həmin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı öhdəliyini yerinə yetirməməsi, başqa sözlə, alqısatqı münasibətlərinin başa çatmaması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və qanuni qüvvədə olan məhkəmə aktları ilə, tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilməmiş, əksinə sözügedən qeyri-yaşayış sahəsinin alıcısının (iddiaçı Bankın) həmin əmlakdan keçən 18 il ərzində istifadəsinin qanuni olması, sonuncunun həmin sahədən çıxarılması üçün əsasların olmaması müəyyən edilmişdir. İşin faktiki hallarına əsasən, tərəflər arasında xx.xx.2001-ci il tarixli müqavilə bağlandıqdan sonra əsas müqavilə bağlanmamışdır. Həmçinin, iş materiallarına əsasən, mübahisəli daşınmaz əmlak iddiaçının maneəsiz istifadəsindədir. İlkin müqavilədə əmlakın iddiaçıya təhvil verilməsi nəzərdə tutulmuş, tərəflər arasında pul məbləğinin ödənildiyi, pul məbləğinin cavabdehin hesabına köçürülməsi mübahisə doğurmasa da, tərəflər arasında sonradan qanunvericiliklə müəyyən edilmiş qaydada alqısatqı müqaviləsi bağlanmamışdır. Belə ki, tərəflərin niyyəti əmlakın gələcəkdə alqı-satqısını reallaşdırmaq olsa belə, bu hal nəticə etibarilə onlar arasında alqı-satqı müqaviləsinin bağlanmasını özündə ehtiva etmir və iş materiallarına əsasən tərəflər arasında sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. MM-in tərəflər arasında münasibətlərin yarandığı 2001-ci ildə qüvvədə olmuş (Azərbaycan Respublikasının 2005-ci il 4 iyun tarixli, 949-İİQD nömrəli Qanunu ilə MMdən çıxarılmış) 335.2-ci maddəsinə görə, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə icra edilmiş olsa da, cavabdeh sonradan notariat qaydasında daşınmaz əmlakın alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən boyun qaçırdığından, habelə tərəflər arasındakı müqavilə münasibətlərinin etibarsızlığı müəyyən edilmədiyindən, iddiaçı əqdin məhkəmə qaydasında etibarlı sayılmasını tələb etməkdə haqlıdır. Buna görə də, onun qeyd edilən haqlı tələbi təmin edilməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab etmişdir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. İş materialları ilə müəyyən olunur ki, qeyri-yaşayış sahəsi əvvəldən, yəni tərəflər arasında icarə müqaviləsi bağlanan tarixdən iddiaçının qanunsuz sahibliyində olmamış, daha sonra tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir. Belə olan halda, həmin əmlak faktiki olaraq iddiaçının sahibliyi və istifadəsində olmuş və hal hazırda da sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlilləri yuxarıda göstərilənlər baxımından əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarına maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verilmişdir. Həmçinin kollegiya apellyasiya şikayətinin dəliləri ilə bağlı aşağıdakıları qeyd edir. Birincisi, apellyasiya şikayətinin əsas dəlillərindən biri cavabdehin bildirdiyi kimi onlar xx.xx.2001-ci il tarixdə tərəflər arasında müqavilə bağlanarkən hazırda mübahisələndirilən qeyri-yaşayış binası onların mülkiyyətində olmamışdır. Əgər əmlak onların mülkiyyətində deyildirsə bununla bağlı tərəflər arasında necə alqı-satqı müqaviləsi bağlana bilərdi. Həmin əmlak üzərində cavabdeh 2004-cü ildə mülkiyyət hüququ əldə etmiş, lakin mülkiyyət hüququ əldə etdikdən, yəni 2004-cü ildən sonra tərəflər arasında hər hansı yazılı alqı-satqı müqaviləsi bağlanmamışdır. Kollegiya apellyasiya şikayətinin bu dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, göründüyü kimi cavabdeh iddiaçı ilə öz aralarında xx.xx.2001-ci il tarixdə qeyri-yaşayış binası ilə alqı-satqı müqaviləsi bağlamalarını qəbul edir. Lakin hesab edir ki, həmin anda aralarında müqavilə bağlanarkən mübahisələndirilən qeyri-yaşayış binası onların mülkiyyətində olmadığından belə bir müqavilə bağlana bilməzdi. Kollegiya bildirir ki, xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Kürdəmir şəhərində yerləşən qeyri-yaşayış sahəsi ABB-yə satmalı idi. Buna görə cavabdehə 118 000 000 manat pul ödənilməsi ilə bağlı ödəniş tapşırığı mövcuddur. xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsindən təxminən 1 ay keçməmiş, cavabdeh xx.xx.2001-ci il tarixdə qeyd edilən qeyri-yaşayış sahəsini 33 344 000 manat müqabilində Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentindən alqı-satqı edərək almışdır. Göründüyü kimi əmlakın əldə edilməsi tərəflər arasında xx.xx.2001-ci il tarixdə alqı-satqı müqaviləsi bağlandıqdan dərhal sonra cavabdehə ödənilmiş 118 000 000 manat məbləğidən təxminən 3.5 dəfə az olan 33 344 000 manat müqabilində alınmışdır. Şərh olunanlar onu deməyə əsas verir ki, tərəflərin niyyəti mübahisəli əmlakla bağlı alqı-satqı müqaviləsinin reallaşdırılmasına yönəlmişdir. Cavabdeh həmçinin bildirir ki, qeyri-yaşayış sahəsinə 2004-cü ildə mülkiyyət hüququ əldə etmiş, lakin mülkiyyət hüququ əldə etdikdən, yəni 2004-cü ildən sonra tərəflər arasında hər hansı yazılı alqı-satqı müqaviləsi bağlamamışdır. Kollegiya cavabdehin bu arqumentini də əsassız hesab edir. Bildirir ki, iddiaçı 18 il qeyd edilən mübahisəli qeyri-yaşayış binasından etirazsız və mübahisəsiz olaraq istifadə etmiş, bu müddət ərizndə həmin binaya sahiblik etmiş, hal-hazırda da qeyd edilən bina iddiaçının sahibliyində və istifadəsindədir. N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. İkincisi, cavabdeh həmçinin bildirmişdir ki, xx.xx.2001-ci il tarixdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi ilkin müqavilə olmuş və həmin müqavilədə müddət göstərilmədiyindən qanunvericiliyə əsasən onun müddəti 1 il hesab olunmalıdır. Həmin bir illik müddət isə xx.xx.2002-ci ildə başa çatmışdır. İlkin müqavilə isə əsas müqavilənin bağlanması üçün bağlanmışdır. Buna görə də hesab etmişlər ki, tərəflər arasındakı hazırkı münasibətə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Kollegiya cavabdehin tərəflər arasındakı hazırkı münasibətə iddia müddəti tətbiq edilməli olması ilə bağlı dəlilinə qiymət verərək qeyd edir ki, qanunvericiliyə və məhkəmələrdə formalaşmış təcrübəyə əsasən iddia müddəti o zaman tətbiq oluna bilir ki, iddia əsaslı olsun, lakin qanunla müəyyən edilmiş müddət ötürülmüş olsun. Yəni iddia əsaslı olduqda iddia müddəti tətbiq olunur, iddia əsaslı olmadığı təqdirdə isə buna iddia müddəti tətbiq oluna bilməz. Cavabdeh hazırda tərəflər arasında olan münasibətlərə iddia müddətinin tətbiq olunmasını və iddianın rədd olunmasını xahiş etməklə dolayısı ilə iddianın əsaslılığını qəbul etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Nəzərə alınmalıdır ki, MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(121)- 99/2024 saylı qətnaməsi cavabdeh tərəfin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 385.2, 386, 392, 393 və 402.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, e-2-2(121)-99/2024 saylı qətnaməsi cavabdeh tərəfin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar