Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-72/2023 22.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər X15 və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçı Novruz oğlunun və onun nümayəndəsi Vəkil3, Cavabdeh (eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi) və onun nümayəndəsi Vəkil2ağa oğlunun iştirakları ilə, ilkin iddia üzrə İddiaçı (İddiaçı Novruz oğlu) ilkin iddia üzrə Cavabdeh qarşı pul tələbinə dair iddiası, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2-2(121)-166/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı (İddiaçı Novruz oğlu) Cavabdeh qarşı cavabdehin 2013-2021-ci illərdə ümumi mülkiyyətdə olan Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binasından əldə etdiyi ******* manat gəlirin aralarında olan razılaşmaya uyğun olaraq ona düşməli olan ½ hissəsindən ona ödənilmiş 160000 manat çıxıldıqdan sonra qalan 926008 manatın cavabdehdən tutularaq ona ödənilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı (İddiaçı Novruz oğlu ilk iddia tələbi onunla əsaslandırılmışdır ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m. sahəsi olan qeyri-yaşayış sahəsi cavabdehlə onun ümumi mülkiyyətindədir. Lənkəran rayonu Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m. sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksi kimi müəssisə onun xaricdən hazırkı iddia ərizəsi üzrə cavabdeh olan qardaşına göndərdiyi vəsait hesabına tikilib ərsəyə gətirilmişdir. Belə ki, cavabdehə mütəmadi olaraq tikinti xərclərini, eləcə də tikinti prosesinə nəzarət üçün tikinti xərclərindən əlavə aylıq ortalama 1500 manat məvacib göndərmişdir. Həmin kompleks qardaşının mülkiyyətində olmaqla “Əzizə” Şadlıq Sarayı, çörək sexi, mağaza, çay evi, bilyard yeri, dərzi kimi xidməti və ticarət obyektləri kimi fəaliyyət göstərmişdir. Razılaşmalarına müvafiq olaraq idarəetməni qardaşı həyata keçirməli, ona isə aylıq həmin ayın gəlirinə mütənasib məbləğləri göndərməli idi. Həmin müəssisədən gələn gəlir onunla cavabdeh arasında bölünməli olsa da, 2013-2016-cı illərdə gələn gəlirdən ona heç bir ödəniş edilməmiş, yalnız 2017-2021-ci illərdə ona ümumilikdə ortalama 160000 manat məbləğdə pul vəsaiti ödənilmişdir. Azərbaycana qayıtdıqdan sonra - 2022-ci ildə o, obyektin tikintisinə xərclənən pulların və müvafiq dövr ərzində əldə olunan gəlirlərin hesablanmasını qardaşına təklif etsə də, hazırkı iş üzrə cavabdeh olan qardaşı bu işə soyuq yanaşmış və onun bu hərəkətləri təbii olaraq ona qarşı müəyyən şübhələr yaratmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehlə aralarında olan razılaşmaya müvafiq olaraq Lənkəran rayon 1 saylı notariat ofisində daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlayaraq adıçəkilən əmlak kompleksinin yarısını cavabdeh ona bağışlamış və müqavilə bağlanandan sonra Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 nömrəli kitabın 35ci vərəqində qeydiyyata alınmaqla, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli və **********89-12301 reyestr nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Bundan sonra, təsadüfən şadlıq sarayının qeydiyyat kitablarını tapmış və öyrənmişdir ki, müəssisənin tərkibinə daxil olan şadlıq sarayından 2013-cü ildən etibarən ümumilikdə iki milyon manatdan artıq gəlir götürülmüşdür. Eləcə də, əmlak kompleksinə daxil olan digər obyektlərdən də hər ay xeyli miqdarda icarə haqqı qardaşı tərəfindən alınmışdır. Bundan əlavə, şadlıq evinin müəyyən borcları da yarandığı üçün qərara gəlmişdir ki, həmin şadlıq evinin idarəçiliyini artıq özü həyata keçirir. Bununla razılaşmayan cavabdeh məhkəməyə öz payının naturada ayrılması tələbi ilə müraciət etmişdir. Cavabdehlə onun arasında şifahi razılaşma olsa da, o, razılaşmanın tələblərinə əməl etməmiş, razılaşmaya uyğun olaraq ona müəssisədən qazandığı gəlirlərin yarısını ödəməli olsa da, öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, müəssisənin kitablarına əsasən şadlıq sarayından müvafiq olaraq illər üzrə aşağıdakı məbləğlərdə, ümumilikdə ******* manat gəlir əldə olunmuş və razılaşmaya uyğun olaraq əldə olunmuş gəlirlərdən ona ******* manat ödənilməli idi: 1. 2013-cü ildə - 275641 manat; 2. 2014-cü ildə - 336996 manat; 3. 2015-ci ildə - 257112 manat; 4. 2016-cı ildə - 223791 manat; 5. 2017-ci ildə - 226794 manat; 6. 2018-ci ildə - 290783 manat; 7. 2019-cu ildə - 294491 manat; 8. 2020-ci ildə - 18737 manat; 9. 2021-ci ildə - 91071 manat. Bundan əlavə, mağaza 2013-2021-ci illər ərzində aylıq 400 manat olmaqla 43200 manat, bilyard yeri 2013-2021-ci illər ərzində aylıq 700 manat olmaqla 75600 manat, çay evi 2013- 2021- ci illər ərzində aylıq 350 manat olmaqla 37800 manat, ümumilikdə 156600 manat gəlir vermişdir. Dərzi yeri isə əvvəlcədən icarəyə verilsə də, sonradan cavabdehin ailəsi tərəfindən işlədilmişdir. Bu xərclər minimum yazılıb, icarə haqları bəzi hallarda daha yüksək olmuşdur. Hazırkı iddia ərizəsi üzrə cavabdehin məhkəməyə verdiyi iddia ərizəsində göstərilir ki, müəssisənin tikilməsində onunla qardaşı şərik olmuş, hər nə qədər bütün vəsait onun tərəfindən ödənilsə də, cavabdeh özünün iddia ərizəsində qismən də olsa etiraf etmişdir ki, həmin əmlakı birgə vəsaitləri hesabına tikmişlər və razılaşmışlar ki, əldə olunan gəlirlər aralarında bölünəcəkdir. Eləcə də, iddia ərizəsində qeyd edilmişdir ki, 2013-cü ildən etibarən müəssisədən əldə olunmuş gəlirin ona düşən hissəsini cavabdeh mütəmadi olaraq ona ödəmişdir. Cavabdeh müəssisə fəaliyyətə başlayandan bir neçə il ərzində ona ümumiyyətlə heç bir vəsait ödəməmiş, daha sonra isə, ona olan etibarından sui-istifadə edərək, qazanılan gəlirin cüzi hissəsini ona bildirmiş və beləcə, ona çatmalı olan məbləğləri özündə saxlayaraq əsassız varlanmışdır. Həmçinin, cavabdehin də etiraf etdiyi kimi, hər nə qədər müəssisənin yarısı onun mülkiyyətinə 2022-ci ildə keçsə də, faktiki olaraq əmlak qardaşı ilə onun ümumi mülkiyyətində idi və gəlirlər də bərabər şəkildə bölüşdürülməli idi. Lakin o, aralarındakı razılaşmaya uyğun surətdə hərəkət etməmiş, yuxarıda da qeyd edildiyi kimi bir milyon manatdan artıq məbləğdə ona ödəniş etməli olsa da, ümumilikdə müvafiq dövr ərzində 160000 manat məbləğində ödəniş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 982563,57 manat pul vəsaitinin Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə zamanı "xxxx" MMC ilə auditor müqaviləsi bağlayaraq Lənkəran rayonu Gərmətük qəsəbəsi ünvanında fəaliyyət göstərən “Əzizə” X9 2013-2022-ci illər üzrə faktiki gəlir və xərclərinin auditor yoxlamasının aparılmasını sifariş etmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli auditor rəyində göstərilmişdir ki, auditə təqdim etdiyi müraciət məktubunda “Əzizə” Şadlıq Sarayında faktiki uçot məlumatlarının əks olunduğu dəftərxana kitablarında əlyazma ilə aparılmış qeydlərə əsasən mənfəətin müəyyən edilməsindən ibarət olunmuşdur. Audit zamanı onun tərəfindən təqdim olunmuş 2013-2022-ci illər ərzində “Əzizə” X9 fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlardan, habelə auditə təqdim edilmiş izahatlardan istifadə olunmuşdur. Toy, nişan, ad günü və digər tədbirlərin təşkilindən əldə edilmiş vəsaitlər uzrə aparılmış audit prosedurları çərçivəsində “Əzizə” X9 fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar faktiki uçot məlumatları kimi auditə təqdim edilmişdir. Təqdim olunmuş həmin dəftərxana kitabları üzrə hər gün üzrə mədaxil və məxaric edilmiş pul vəsaitləri əsasən zalın icarəsi, video çəkiliş, ofsiant, tort, dizayn, musiqiçilər, foto, dəvətnamə, aşpaz, çörək, şampun, kömür və digər təsnifatlar üzrə qeydiyyatlar aparılmışdır. Mədaxil və məxaric qeydləri üzrə qalıq məbləğ (mənfəət) 2021-ci il oktyabr ayınadək “elman aldı” qeydi və imzası, 2021-ci ilin oktyabr ayından sonrakı dövr üzrə isə “eldar aldı” qeydi və imzası aparılmışdır. Həmin dəftərlərdə əks olunmuş məlumatların düzgünlüyünü müəyyən etmək üçün “Əzizə” X10 2013-2022-ci illər ərzində adminstrator işləməklə uçot işləri ilə məşğul olmuş X4 izahat alınmışdır. X13 öz izahatında qeyd etmişdir ki, “Əzizə” X18 2013-cü ilin əvəlində tikilib və 2013-cü ilin mart ayından fəaliyyət göstərməyə başlamışdır. Kompleksin tikintisi İddiaçı və TCavabdeh qardaşları tərəfindən maliyyələşdirilmiş, onların digər qardaşı olan Cavabdeh isə tikinti işlərinin icrasına nəzarət etmişdir. Tikinti başa çatdıqdan sonra İddiaçı və TCavabdeh ölkə xaricində olduğundan Cavabdeh fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş, VÖEN almış və “Əzizə” X9 idarəçiliyi ilə məşğul olmuşdur. X8 izahatına əsasən Kompleksin təsisçiləri o və TCavabdehdur. Cavabdeh isə TCavabdeh təmsilçisi kimi Kompleksin idarəçiliyinə cəlb olunmuşdur. X13 öz izahatında qeyd etmişdir ki, 2013-2022-ci illər ərzində “Əzizə” X10 uçot sadəcə keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərə ödənilən qab yuma və. s) pulları və həmin tədbirlərdən qalan xalis məbləğin Cavabdeh verməklə bağlı qeydlərdən ibarət olmuşdur. Müslüm Qasımovun izahatına əsasən həmin uçot məlumatları hər hansı proqramda və ya başqa formada aparılmamış, yalnız göy rəngli qovluqlarda qeyd edilmişdir. Uçotun bu qaydada, yəni qovluqlarda əlyazma ilə aparılmasını ortaqlar tərəfindən ümumi qəbul edilmişdir. X8 verdiyi izahata əsasən təqdim edilmiş dəftərxana kitablarında qeyd edilmiş keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan pul vəsaitləri şadlıq sarayının zal hissəsinin icarə xidməti və digər xidmətlər üzrə (tort, dizayn, video, ofisiant, foto, dəvətnamə, çörək, şampun və. s) alınmış xalis gəlirlərdən ibarət olmuşdur. Belə ki, şadlıq sarayında keçirilən tədbirlər zamanı bir sıra gəlirlər üzrə (məsələn: ofisiant, foto, kömür, video və s.) digər tərəflərə də ödəmələr nəzərdə tutulduğundan qeyd edilmiş gəlirlər digər tərəflərə ödəmələr çıxıldıqdan sonra xalis gəlirləri əks etdirilmişdir. Ona görə də, auditə təqdim edilmiş dəftərxana kitablarında zalın icarə xidməti ilə yanaşı digər xidmətlər üzrə alınmış vəsaitlər xalis gəlir olaraq qəbul edilmişdir. Auditə təqdim edilmiş 2013-2022-ci illər üzrə “Əzizə” X9 fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar üzrə “Elman aldı” qeydi və imzası ilə ******* manat, “Eldar aldı” qeydi və imzası ilə 168101 manat olmaqla, cəmi ******* manat qalıq məbləğ (mənfəət) müəyyən edilir. Obyektlərin icarəsindən əldə edilmiş gəlirlər üzrə X13 izahatında qeyd etmişdir ki, 2013-2022-ci illər ərzində “Əzizə” X18 üzrə auditə təqdim edilmiş kitablara qeyd edilənlərdən başqa gəlirlər də olmuşdur. Belə ki, “Əzizə” X10 şadlıq sarayı ilə yanaşı, kompleksin tərkibində bilyard zalı, çayxana, gözəllik salonu və mağaza da mövcuddur. X13 öz izahatında bildirmişdir ki, bilyard zalından 1 il üzrə alınan vəsaitlər təqdim edilmiş kitablarda qeyd edilmiş, digər illər üzrə bilyard zalı təqribən 2013-2017-ci illərdə aylıq 1200 manata, 2018-ci ildən başlayaraq təqribən ***-**** manata, çayxana 2013-2019-cu illərdə pandemiyaya qədər təqribən 300-400 manata, mağaza 300-400 manata, gözəllik salonu əvvəl 400-500 manata icarəyə verilmiş, sonradan isə Cavabdeh arvadı işlətmiş və həmin dövrdə məbləği nə qədər olduğunu bildirmədiyi üçün bu dövr hesablama zamanı nəzərə alınmamışdır. Təqdim edilmiş dəftərxana kitablarına qeyd edilməyən çəkilmiş xərclər üzrə: bundan başqa, Cavabdeh tərəfindən Şirvan Kommersiya Məhkəməsinə İddiaçı qarşı verilmiş qarşılıqlı iddia ərizəsi auditə təqdim edilmişdir. Həmin iddia ərizəsində Cavabdeh tərəfindən ödənilmiş xərc məbləğləri də qeyd edilmişdir. Həmin xərc məbləğləri ilə bağlı X4 izahat alınmışdır. X13 tərəfindən auditə verilmiş izahatda qeyd etmişdir ki, təqdim edilmiş kitablara qeyd edilməyən və Elman tərəfindən ödənilən xərclərə enerji haqqı, vergiyə ödənilən pullar, təbii qaza ödənilən məbləğ, 1 nəfər mühafizə xidmətinə ödənilən məbləğ, telefon və internetə ödənilən pul, reklam ilə bağlı ödənilən pullar daxildir. X13 tərəfindən auditə verilmiş izahatda bildirmiş olduğu X9 fəaliyyəti zamanı Cavabdeh tərəfindən çəkilmiş enerji haqqı, vergi, təbii qaz, mühafizə, telefon və internet haqqı, reklam haqqı kimi xərclər Cavabdeh Şirvan Kommersiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində göstərdiyi xərc istiqamətləri ilə üst-üstə düşdüyündən X12 aid olan digər obyektlərdən gələn gəlirlər üzrə xərclər Cavabdeh iddia ərizəsində göstərilmiş məbləğlər qəbul edilmişdir. Həmin qarşılıqlı iddia ərizəsində göstərdiyi digər xərc istiqamətləri üzrə təsdiqedici sənədlər mövcud olmadığından dəqiqləşdirmələr aparmaq mümkün olmamışdır. Bundan başqa, qarşılıqlı iddia ərizəsində göstərilmiş kömür, tort kimi xərclər təqdim olunmuş dəftərxana kitablarında artıq qeyd edildiyindən ikinci dəfə hansı səbəbə qeyd edilməsi Cavabdeh auditdə iştirak etməməsi səbəbindən dəqiqləşdirmək mümkün olmamışdır. Auditorun qeyd etdiklərinə əsasən 2013-2022-ci illər ərzində “Əzizə” X12 aid olan digər obyektlər digər xərclər aşağıdakı kimidir: enerji haqqı - 87184,50 manat; vergi - 105247,46 manat; təbii qaz - 26848,6 manat; mühafizə xidməti - 29000 manat; telefon internet haqqı - 7076,6 manat; reklam haqqı - 3510,19 manat; sığorta haqqı - 11450,51 manat, ümumilikdə 270317,86 manat. “Əzizə” X9 auditə təqdim edilmiş kitablara qeyd edilənlərdən başqa digər gəlirləri X8 izahatına əsasən aşağıdakı kimi olmuşdur: bilyard zalı - 122400 manat; çayxana - 28350 manat; gözəllik salonu - 25650 manat; mağaza - 40950 manat, ümumilikdə 217350 manat. Qarşılıqlı iddia ərizəsində ödənilmiş xərc məbləğlərindən “enerji haqqı, vergi, təbii qaz, mühafizə, telefon və internet haqqı, reklam haqqı” istiqamətləri X13 tərəfindən auditə verilmiş izahatda bildirmiş olduğu istiqamətlərlə eynilik təşkil etdiyindən aşağıdakı kimi müəyyən olunmuşdur: enerji haqqı - 87184,50 manat; vergi - 105247,46 manat; təbii qaz - 26848,6 manat; mühafizə xidməti - 29000 manat; telefon internet haqqı - 7076,6 manat; reklam haqqı - 3510,19 manat; sığorta haqqı - 11450,51 manat, ümumilikdə 270317,86 manat. Auditorun rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh ******* manat məbləğdə mənfəəti Eldar Məmmədov ilə bölmədən götürmüşdür. Bundan əlavə, digər gəlirlərdən Cavabdeh 217350 manat məbləğində xidmət haqlarını iddiaçı ilə bölməmişdir. Auditor rəyinə görə qeyd olunan illər üzrə 270317,86 manat məbləğində xərclər olmuşdur. Beləliklə, iddiaçı ilə bölgüyə təqdim etmədiyi vəsait (gəlir) 1965127,14 (2018095+217350-270317,86=1965127,14) manat məbləğ təşkil edir. Həmin 19665127,14 manat mənfəətin 1\2 hissəsi, yəni 982563,57 manat məbləğində pul Cavabdeh tərəfindən ona ödənilməli olduğu halda o, bunu etməmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 49575 manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı öhdəliklərin icra edilməsi tələbinə dair iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət etmişdir. Həmin iddianı tamamilə əsassız hesab edərək rədd edilməsini xahiş edir. İlk olaraq nəzərə çatdırır ki, qardaşı İddiaçı qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona İddiaçı Novruz oğlunun hər birinin ½ hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası Əmlak kompleksinin ½ hissəsinin naturada ayrıllaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbini dəyişdirərək Lənkəran rayonu Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan “Əzizə” Şadlıq Sarayının və digər Əmlak kompleksinin qiymətləndirilməsi və açıq hərraca qoyularaq satılaraq dəyərinin tərəflər arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilməlidir ki, İddiaçı Lənkəran rayon polis şöbəsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, paylı mülkiyyətdə olan şadlıq sarayını 8 il ərzində işlədərək ona külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Lənkəran şəhər-rayon polis şöbəsi tərəfindən həmin ərizə araşdırılaraq təsdiqini tapmadığı üçün xx.xx.2022-ci il tarixli qərarla Cinayət işi başlanılması rədd edilmişdir. Eləcə də, onun qaldırdığı iddiaya da Lənkəran Rayon Məhkəməsində baxılaraq 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi üzərində yerləşən 2825,5 kv.metr sahəsi olan “Əzizə” Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış əmlak kompleksinin qiymətləndirilərək hərracda satılmaqla dəyərinin İddiaçı Novruz oğlu ilə onun arasında bölünməsi qət edilmişdir. İddiaçı polis şöbəsinin qərarından və qətnamədən sonra ona qarşı heç bir sübuta söykənməyən iddia ilə məhkəməyə müraciət etmişdir. “Əzizə” Şadlıq Sarayı və həmin torpaq sahəsində yerləşən digər əmlak kompleksi yalnız 2022-ci ilin mart ayından sonra paylı mülkiyətdir. Ona qədər isə “Əzizə” Şadlıq Sarayı və bütövlükdə kompleks onun adına olmuş və Eldarın qarşısında onun heç bir öhdəliyi olmamışdır. Əslində aralarında heç bir müqavilə olmadığı halda, İddiaçı həmin illər üçün heç bir məbləğ ödəməli olmasa da, yenə də bir qardaş olaraq ona qazancın yarısı verilmişdir. Ancaq bundan sonra orada şərikli işləməyi mümkün deyildir. Bu səbəbdən də, həmin obyektin satılaraq pulunun aralarında bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. 2022-ci ilin may ayına kimi həmin obyektin qazancı İddiaçıla tən olaraq aralarında bölünmüşdür. O, polis şöbəsinə verdiyi ərizəsində göstərmişdir ki, guya keçən müddət ərzində tərəfindən ona cəmi 163000 manat pul (hazırkı iddiada 160000 manat qeyd edilib) verilib və 2 milyona yaxın pulu ona verməmişdir. Hansı ki, o, eləcə də Şadlıq sarayının tikintisində böyük maliyyə dəstəyi olan, Qazaxıstan Respublikasında yaşayan qardaşları TCavabdeh İddiaçı həmin illər ərzində ona çatası pulları vermişdirlər. Aralarında etibar olduğundan onlar heç vaxt bütün bunlar barədə sənədləşmə aparmamış, bir-birlərinə inanmışlar. Hətta, onlar dörd qardaş olaraq kim nə qazanmışdırsa, valideyləri sağlığında bir yerdə qazancları ortaya qoymuş və çox mehriban olmuşlar. Aralarında heç bir mübahisə belə olmamışdır. Bunun sübutu olaraq, hətta İddiaçı Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən şəxsi evi belə hazırda da onun arvadının adınadır. Onun Bakı şəhəri “Port-Baku”da olan kifayət qədər bahalı evi də yaxın vaxtlara kimi onun adına olmuş və yalnız 2022-ci ildə onun adına keçirmişdir. İddiaçı deyir ki, guya “Əzizə” Şadlıq Sarayı onun xərci ilə tikilmişdir. Əgər belə idisə, şadlıq sarayı tamamilə onun adına olmaqla 2022-ci ilin mart ayında həmin şadlıq sarayının və kompleksin yarısını ona bağışlayarkən hansı səbəbdən razılaşmış və daha sonra hər ikisi bu barədə çıxarış almışdır. Axı hər ikisi notariat kontorunda olmuş və sənədlərə imza etmiş, daha sonra reyestr idarəsinə gedib çıxarışlar almışlar. Yəni həmin şadlıq sarayı və kompleks ona məxsus idisə, hansı səbəbdən oranı bütövlükdə tələb etməmişdir. Həmin xüsusatla əlaqədar olaraq bildirir ki, “Əzizə” Şadlıq sarayı 2013-cü ilin mart ayından fəaliyyətə başlamış, həmin vaxtdan 2014-cü ilin dekabr ayına kimi İddiaçı qazancın yarısı verilmiş, daha sonra, 2014-cü ilin dekabr ayından 2016-cı ilin oktyabr ayına kimi o, Qazaxıstan Respublikasında silah və narkotiklə əlaqədar tutularaq həbsdə olmuşdur. Hansı ki, Lənkəran rayon polis şöbəsində verdiyi izahatda göstərmişdir ki, guya 2013-cü ildən 2016-cı ilədək İsrail Respublikasının Təl-Əviv şəhərində yaşamışdır, xəstəliyi ilə bağlı müalicə olunduğu üçün şadlıq evinin qazancı guya onda qalmışdır. Həmin vaxtlar onun yanına gedib-gəlməyə, çəkilən xərclər, onun üçün Lənkəran rayonu Gərmətük qəsəbəsində tikilmiş dəbdəbəli villanın tikilməsinə çəkilən xərclər, işçilərin əmək haqları, vergi, sığorta, reklam, kommunal xərclər, binanın mütəmadi olaraq təmir edilməsi, əlavə tikintilər aparılması, onun razılığı ilə ailə üzvləri və valideynlərə aylıq olaraq ödənilən xərclər, parkinson xəstəsi olan anasının yanında uzun illər ərzində xəstəliyi dövründə saxlanılan tibb bacısı və digər şəxslərə aylıq ödənilən xərclər və müayinə, müalicə, həkimlərinə çəkilən xərclər, onların dərmanlarının alınmasına çəkilən xərcləri (anası Əzizə Məmmədova uzun müddət Bakı şəhərində yerləşən X11 müalicələrdə olmuşdur), bütün ailənin, o cümlədən İddiaçı evinin kommunal xərcləri, atasının hər ay üçün xərcləri, hər iki valideynlərinin vəfat etmələrindən sonra dəfn, yas mərasimi və qəbirüstü baş daşlarına, eləcə də digər çəkilən xərclər ümumi qazancdan çıxıldığı halda o, hazırda həmin xərcləri hesablayaraq tələb edir. Onun şikayəti tamamilə əsassızdır, yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra o, qisas almaq üçün belə bir iddianı meydana atmışdır. İddiaçı onu da yaddan çıxarmışdır ki, 2020-ci ilin mart ayının 11-dən pandemiya başladığından, daha sonra müəyyən məhdudiyyətlərlə toy şənliklərinə icazə verildiyindən şadlıq sarayı demək olar ki, heç bir qazanc əldə etməmiş, yalnız öz xərclərini birtəhər ödəmişdir. Valideynlərinin sağ olduğu dövrlərdə çox mehriban qardaşlar olduğundan aralarında heç vaxt heç bir narazılıq olmamışdır. Eldarla aralarında onun yazdığının əksinə olaraq heç bir razılaşma, müqavilə və öhdəlik olmamışdır. Bunun nəticəsidir ki, bir qardaş olaraq bir-birlərinə göndərdiyi pulların belə hesabını aparmamış, rəsmiyyətə salmamışdır. Ancaq onu bildirmək istəyir ki, əgər onun Eldara hər hansı bir borcu qalmışdırsa, yaxud şadlıq sarayının qazancını ona verməmişdirsə, hansı səbəbdən bu vaxta kimi məhkəməyə müraciət etməmişdir. Məlum olduğu kimi hazırkı iş üzrə iddia müddəti 3 ildir. Ona hər hansı bir borcu vardır, boş-boşuna yazmaqla deyil, hər bir halı sübut etmək lazımdır. Onu sübut edir ki, onun hansısa dəftərdən götürdüyü rəqəmlərin altında yuxarıda qeyd etdiyi və aşağıda rəsmi sənədlərə istinad edərək yazdığı xərclər vardır ki, həmin xərclərlə əlaqədar rəsmi sübutlarını əlavə edir. “Əzizə” Şadlıq Sarayının fəaliyyətə başladığı 2013-cü ildən 2022-ci ilə kimi olan dövr ərzində idarə edilərkən çəkilən xərclərini məhkəmənin diqqətinə çatdırır: 1. "xxxx" ASC-nin Enerji Satışı Departamentinin təqdim etdiyi 7-01/M-1051/8229 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, rəhbərlik etdiyi “Əzizə” Şadlıq Sarayına enerji sərfiyyatına görə 2015-2019-cu il tarixinə qədər olan dövr üçün 79223,5 manat vəsait ödənilmişdir. Şadlıq Sarayına kənd ərazisindən qoşulmuş 2-ci sayğac üzrə hesablanılmış 7324 manat tərəfindən ödənilmişdir. Onu da qeyd etmək istəyir ki, aralarında məhkəmə mübahisələri düşdükdən sonra da tərəfindən işıq pulu olaraq 2022-ci ilin sentyabr ayı üçün 40 manat, oktyabr ayı üçün 50 manat, noyabr ayı üçün 252 manat və dekabr ayı üçün 295 manat olmaqla, ümumilikdə 637 manat pul ödəmişdir. 2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi **********638200 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, vergi ödəyicisi olaraq xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 95703,2 vergi və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 9544,26 manat məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödənilmişdir. 3. X20 İstismar İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, rəhbərlik etdiyi “Əzizə” Şadlıq Sarayı üçün **********00010 saylı xx.xx.2013-cü il tarixdə kodla kompyuter qeydiyyatına alınmış və xx.xx.2022-ci il tarixədək istehlak etdiyi təbii qaza görə 26848,6 manat ödəniş edilmişdir. 4. "xxxx" MMC Mühafizə Xidmətinin Lənkəran filialının verdiyi 4 nömrəli arayışdan görünür ki, 2013-cü ildən hal-hazırkı dövrə kimi olan müddət ərzində 27000 manat xidmət haqqı tam olaraq ödənilmişdir. Əlavə olaraq, İddiaçıla aralarında məhkəmə çəkişmələri başladıqdan hazırkı günə kimi, yəni 2022-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün də hər ay 500 manat olmaqla, 4 ay üçün 2000 manat məbləğdə mühafizə haqqı nağd olaraq ödənilmişdir. 5. "xxxx" ASC-nin verdiyi 22/02 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Əzizə” Şadlıq Sarayının rəhbəri olaraq 2013-2021-ci illər ərzində DƏİS, DƏİBMMŞS və Daşınar əmlak sığorta növləri üzrə ümumi olaraq 11450,51 manat sığorta haqqı ödənilmişdir. 6. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cənub regional filialının Lənkəran şöbəsinin 09/578 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, rabitə xidmətinə görə 2017-2022-ci illər üzrə ümumilikdə 4676,60 manat ödəniş edilmişdir. Əvvəlki illər sistemə düşməsə də, 2013-2016-cı illər ərzində "xxxx" MMC-yə 2400 manat rabitə xidmət haqqı ödənilmişdir. 7. Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin verdiyi A-02/22 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Əzizə” Şadlıq Sarayının yayım haqqı reklamının açıq məkanda yayımlanması üçün ümumilikdə 3510,19 manat olaraq X14 İdarəsinin hesabına ödəniş edilmişdir. 8. Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə yardım olaraq onun tərəfindən müxtəlif vaxtlarda və illərdə 7392 manat dəyərində 616 kq ət göndərilmiş və bu barədə də rəsmi sənədlər əlavə edilir. 9. Bütün bunlardan başqa, “Əzizə” Şadlıq Sarayına 2013-2022-ci illər ərzində salyarka-dizel yanacağına görə 32000 manat, 10. Şadlıq sarayı üçün kömür alınmasına görə ildə 2160 manat olmaqla 8 il ərzində 51840 manat, 11. Un alınmasına ildə 6840 manat olmaqla, 7 il ərzində cəmi 47880 manat, 12. Şar-fişənglərin alınmasına 9600 manat, 13. Təmizlik vasitələrinin, yəni şampun, xlor və digər təmizlik vasitələrinin alınmasına ildə 3000 manat olmaqla 8 il ərzində cəmi 24000 manat, 14. Sosial Müdafiə Fonduna 3455 manat, 15. 2013-cü ildən başlayaraq hər il 80-100, daha sonrakı illər üçün 140 manat olmaqla Ekologiya idarəsinə ümumilikdə 968 manat, 16. 2019-cu ilin dekabr ayında saraya qoyulmuş kassa aparatının xidmət haqqı olaraq hər ildə 144 manat olmaqla 3 il ərzində 432 manat, 17. Toy şənlikləri ilə əlaqədar tort üçün lazım olan ləvazimatların Bakı şəhərindən 2013-2022-ci illər ərzində gətirilməsinə 14400 manat,
18. “Əzizə” Şadlıq Sarayı və kompleksin digər qeyri-yaşayış sahələri üçün həmin illər ərzində lampaların alınması və dəyişdirilməsi, yararsızların yeniləri ilə əvəz edilməsinə 6000 manat, 19. Şadlıq evi üçün Bakı şəhərindən xarici istehsal olan bakalların alınması və sıradan çıxanların yerinə yenilərinin alınmasına 8720 manat, 20. Xarici istehsal olan boşqabların Bakı şəhərindən alınması və sıradan çıxanların yeniləri ilə əvəz edilməsinə 10270 manat, 21. Şadlıq sarayı üçün qazanların alınmasına 1200 manat, 22. Şadlıq sarayı və kompleksin digər qeyri-yaşayış sahələri üçün generatorun alınması və xidmət haqqı olaraq 14300 manat, 23. 2013-2022-ci illər ərzində alınmış 800000 dəvətnamənin alınmasına sərf edilmiş 120000 manat, 24. Məişət tullantılarının daşınmasına çəkilən kommunal xərcləri 700 manat, 25. Bütün bunlardan başqa, İddiaçı özünün razılığı ilə mərhum anası və atası xəstə olarkən onların dava dərmanlarına 12000 manat, 26. Mərhum anasının Bakı şəhərində Mərkəzi Klinikada müalicəsinə 16067 manat məbləğ pul xərclənilmişdir, 27. Şadlıq sarayı və ümumilikdə kompeksdə işləyən işçilərə 2013-cü ildən 2022-ci il tarixədək hər ay ödədiyi əmək haqları 425350 manatdır. Qeyd etdikləri çəkilən rəsmi xərclərdir. Həmin xərcləri çıxılan xərclərə hesablamasa da, böyük məbləğ təşkil edir ki, həmin xərclər də nəzərə alınmalıdır. 1. Bacısı Sadiqəyə aylıq olaraq 500 manat, 2. Bibisi Nənəxanıma ayda 250 manat, 3. Mərhum anasına baxan tibb bacısına aylıq olaraq 300 manat, 4. Eldar həbsxanada olarkən onun yanına gedib-gəlməyə çəkilən xərclər, 5. Eldar üçün Lənkəran rayonu Gərmətük qəsəbəsində tikilmiş dəbdəbəli villanın tikilməsinə çəkilən xərclər, 6. Şadlıq evi və kompleksin binasının mütəmadi olaraq təmir edilməsinə və əlavə tikintilər aparılması çəkilən xərclər, 7. Valideynlərinin müayinə, müalicə və həkimlərinə çəkilən xərclər, 8. Valideynlərinin dərmanlarının alınmasına çəkilən xərclər, 9. İddiaçı evinin kommunal xərclərinə çəkilən xərclər, 10. Hər iki valideynlərinin vəfat etməsindən sonra dəfn, yas mərasimi və qəbirüstü baş daşlarına, çəkilən xərclər. Qeyd edilən xərclər ümumi qazancdan çıxılmalı olduğu halda İddiaçı hazırda həmin xərcləri hesablayaraq ondan 926008 manat məbləğdə pul tələb edir. Ümumilikdə isə aşağıda qeyd etdiyi müəyyən digər xərcləri əlavə etməsə belə, ümumi xərclər təqribən 1076891,86 manat məbləğ təşkil edir ki, həmin xərclər onun tərəfindən çəkilmiş və İddiaçı həmin xərclərin heç birindən bir manat belə olsun köməkliyi olmamışdır. Onun ümumiyyətlə həmin Şadlıq Sarayının idarə edilməsində heç bir rolu olmamışdır. Qeyd edilən illər ərzində həmin kompeksi yalnız o, idarə etmiş və zəhmətini çəkmişdir. Hətta həmin Şadlıq Sarayı ilə əlaqədar vergi ilə əlaqədar Vergi idarəsi tərəfindən 10000 manat məbləğ cərimə edilmiş, məhkəmə tərəfindən də 10000 manat məbləğdə cərimə edilmişdir ki, həmin cərimələr də ümumi qazancdan çıxılmalıdır. İddiaçı həmin qeyd etdiyi xərclər və çıxarlara heç bir əhəmiyyət vermədən, onları hesablamadan hazırkı tamamilə əsassız və heç bir sübuta söykənməyən iddianı qaldırmışdır. Hansı ki, həmin xərclər hesablanarsa, İddiaçı deyil, onun ona borcu vardır. İddiaçının iddiasının əksinə olaraq İddiaçı ona borcu qalmışdır ki, həmin borcla əlaqədar olaraq hazırkı qarşılıqlı iddia ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edir. Həmin xüsusatla əlaqədar olaraq bildirir ki, pandemiyadan sonra, müəyyən müddətdə məhdudiyyətlər olan dövrlərdə şadlıq sarayında olan toylarla əlaqədar qazancı aralarında bölsələr də, konkret olaraq 2022-ci ilin may-iyun və iyul aylarındakı müddət ərzində “Əzizə” Şadlıq sarayında cəmi 43 toy şənliyi keçirilmiş və digər xərclər çıxıldıqdan sonra 99150 manat ümumi qazanc əldə edilmişdir. 2022-ci ilin mart ayından sonra, yəni Şadlıq sarayı və kompleks hər ikisinin ümumi paylı mülkiyyətinə keçirildikdən sonra şərik olduğundan, Eldar həmin pulun yarısını ona verməli olduğu halda mart və aprel aylarını, eləcə də may ayının əvvəllərindəki toyların qazanclarını bölsələr də, may ayında olan 4 toyun, iyun və iyul aylarında olan 39 toyun, ümumilikdə isə 43 toyun pullarını bölməmişdir. O, həmin müddət ərzində yalnız ona 10000 manat vermiş, qalanını da sonradan verəcəyini desə də, verməmiş və həmin 10000 manat pulu ona geri qaytarmışdır ki, pulu dəqiq olaraq hesablayıb ona çatası 49575 manat pulu verməsini xahiş etmişdir. Lakin bu günə kimi o, həmin pulu qaytarmamışdır. Həmin 43 toyun keçirilməsi və bununla əlaqədar həmin şəxslərlə rəsmi olaraq portalla əlaqədar iltizamnamə alınmış, çəkilən xərclər həmin şəxslərə yazılaraq verilmiş və həmin şəxslər də şadlıq sarayında toy keçirmələri ilə əlaqədar və eləcə də, digər xərclər olan rəsmi sənədləri imzaladıqdan sonra hər kəs özünə münasibətdə pullarını həmin dövr ərzində İddiaçı ödəmiş və Eldar özü də həmin sənədlərə imza etmişdir ki, qeyd edilən və cəmi 99150 manat pulu həmin vətəndaşlardan əlbəəl almışdır. Ona görə də, həmin qazancın, yəni 99150 manat pulun mülkiyyətçi kimi ona çatan 49575 manat məbləğdə pul vəsaiti İddiaçı alınaraq ona verilməlidir. Sonuncu dəfə İddiaçı və onun nümayəndəsi və vəkilinin məsləhəti ilə İddiaçı Qazaxıstan Respublikasında yaşayan Şadlıq sarayı və kompleksin tikintisində böyük rolu olan böyük qardaşı TCavabdehla görüşülmüşdür. Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Namidar Misirzadə) ilkin iddianın təmin edilməsi, 982563,57 manat məbləğində pul vəsaiti və 1272,56 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı (İddiaçı Novruz oğluna) ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, 49575 manat məbləğində pul vəsaitinin İddiaçı (İddiaçı Novruz oğlundan) alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il 2-2(121)-166/2023 saylı qətnaməsinin İddiaçı Novruz oğluna münasibətdə hissəsinin ləğv edilməsi və ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və şikayəti onunla əsaslandırılmışdır ki, onun qardaşı İddiaçı Novruz oğlu ilə aralarında heç bir müqavilə, şəriklik və öhdəlik olmamışdır. İddiaçı iddiasında göstərmişdir ki, guya şadlıq sarayında qeydiyyat kitablarını tapmış və daha sonra öyrənmişdir ki, guya Elman 2013-2022-ci illər ərzində ümumilikdə iki milyondan artıq gəlir götürmüşdür. Bütün bunlar tamamilə yalan və böhtan xarakterli olmaqla həqiqəti əks etdirmir. Belə ki, həmin dəftərlər həmişə həmin yerdə olmuş və Cavabdeh nəzarətində olmuşdur. Əgər o, hər hansı bir maxinasiya etmiş olsaydı, həmin dəftərləri görəsən hansı səbəbdən orada saxlayırdı?!. Hansı ki, belə bir hərəkətlər etmək ona yad olan hallardır. Məhkəmənin hazırlıq iclasında hakim iddiaçı tərəfin vəkili və nümayəndəsinə sübutlarını təqdim etməyi təklif etdikdə, iddiaçı tərəfin nümayəndəsi və vəkili yalnız məhkəməyə təqdim etdiyi dəftərlərin olduğunu bildirdi. İddiaçı tərəf heç bir başqa sübutlarının olmadığını bildirmişdir. Daha sonra isə məlum oldu ki, hakimin sübut olmadığını açıq-aşkar bildirdiyi həmin dəftərləri necə oldusa, artıq təkzibedilməz sübut kimi qəbul edildi. Sonuncu məhkəməyə bir gün qalmış ona qarşı əsas iddia ilə müraciət etmiş İddiaçı kəndə gəlib camaata, daha sonra isə onun özünə açıq-aşkar şəkildə nahaq yerə məhkəməyə gediklərini, gətirib pullarını qaytarmalarını bildirmişdir. 11 aprel 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndə və vəkili yalnız bir cümlə ilə iddialarının təmin edilməsini, eləcə də onun tərəfindən verilmiş təkzibedilməz sübutlara əsaslandığı qarşılıqlı iddianı qəbul etdiyini bildirərək öz iddialarının əsaslılığı barədə heç bir sübut belə təqdim edə bilməmişdir. Ancaq ciddi hesabat blankı olmayan bir neçə dəftərə əsaslanılmışdır. Mübahisə predmeti olan “Əzizə” X9 2013-cü ildən 2022-ci ilin mart ayına kimi tək mülkiyyətçisi Elman olmuş, kompleksin tikintisi Qazaxıstan Respublikasında yaşayan digər böyük qardaşı Telman Mamedovun maliyyə dəstəyi ilə tikilmiş, həmin vaxt ərzində tikintiyə və daha sonra idarə edilməsinə Elman özü rəhbərlik etmişdir. Yalnız 2022-ci ilin mart ayında qardaşı Telmanın göstərişinə əsasən şadlıq evi kompleksinin tən yarısını digər qardaşı, iş üzrə iddiaçı olan İddiaçı notarial qaydasında bağışlamış və hər birinə müvafiq çıxarışlar verilmişdir. Yəni 2013-2022-ci ilin mart ayına kimi tək mülkiyyətçi olmaqla İddiaçı ilə aralarında heç bir müqavilə, şəriklik, öhdəlik olmamışdır. 2022-ci ilin mart ayından sonra isə paylı mülkiyyət olduğundan şərik olmuşlar. Eldar isə həmin illər ərzində yazılmış qeydiyyat dəftərlərini məhkəməyə təqdim etmişdi ki, guya həmin illər ərzində Elman onu aldatmış və bir milyona yaxın pulunu mənimsəmişdir. Elman məhkəməyə sənəd təqdim etmişdir ki, həmin xüsusat İddiaçı Lənkəran rayon polis şöbəsinə etdiyi şikayəti əsasında araşdırılmış və təsdiqini tapmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, həmin qərar qüvvədədir və ondan şikayət edilməmişdir. Ancaq məhkəmə həmin qüvvədə olan qərara da heç bir əhəmiyyət verməmiş, ancaq Eldarın xeyirinə olan bəzi hallarda həmin qərarın qüvvədə olduğuna əsaslanmışdır. Həmin qərarla İddiaçı göstərdikləri bütün hallar təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Hazırkı qətnamə ilə guya müəyyən edilmişdir ki, o, Eldarı aldadıb onun pullarını mənimsəmişdir. Bu o deməkdir ki, əgər o, Eldarı aldatmışadırsa, deməli digər qardaşı Telmanı da aldadıb onun pullarını da mənimsəmişdir. Əsl həqiqətdə isə belə deyildir. Belə ki, qardaşı Telman Mamedov da məhkəməyə teleqram ünvanlayaraq İddiaçı tamamilə haqsız olduğunu, onun Elmanla deyil, Telmanla şərik olduğunu onun nə Eldara, nə də ki Telmana borcunun olmadığını, 2013-cü ildən 2022-ci ilin mart ayına kimi həmin obyektin tək mülkiyyətçisinin Elman olduğunu, yalnız 2022-ci ilin mart ayında Telmanın təklifi ilə obyektin yarısını Eldara bağışlayaraq onun mülkiyyətinə keçirildiyini, ciddi hesabat blankları hesab edilməyən dəftərlərdə göstərilənlərin yalnız qazanclar olduğunu, xərclərin isə çıxılmadığını, onun Eldar qarşısında heç bir öhdəliyinin olmadığını bildirmişdir. O, məhkəməyə dövlət qurumları tərəfindən imzalanıb möhürlənmiş məktub, arayış və qəbzlər təqdim etmişdir ki, dəftərdə yazılanlar ancaq qazanclardır ki, həmin qazanclardan çəkilən xərclər, çıxarlar çıxılmamışdır və həmin xüsusatları təsdiq edən və eləcə də, bir milyondan çox çıxar olduğunu təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmə yalnız iddiaçının təqdim etdiyi adi dəftərlərə və audit rəyinə əsaslanmışdır. Rəydə bəzi dövlət qurumları tərəfindən verilən xərclər qəbul edilmişdir. Məhkəmə isə həmin dövlət qurumları adından verilmiş digər təkzibedilməz sübutlar heç bir əhəmiyyət verməmiş, Eldarla onun şərikliyinin olmadığı, Eldarın özünün dediyi kimi digər qardaşı Telmanla şərik olmasına baxmayaraq, heç bir sənədə əhəmiyyət verməmiş və İddiaçı iddiasını tam olaraq təmin etmişdir. O, qardaşı İddiaçı qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Daşınmaz Əmlakın Reyestrindən çıxarışa əsasən ona, yəni Cavabdeh və İddiaçı Novruz oğlunun hər birinin ½ hissə olmaqla paylı mülkiyyətdə olan Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0.56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyriyaşayış binası Əmlak kompleksinin ½ hissəsinin naturada ayrılaraq ona verilməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra həmin iş üzrə cavabdeh İddiaçı məhkəmə iclasında verdiyi izahatında mübahisə predmeti olan Şadlıq sarayı və digər kompleksin naturada bölgüsünə, kompensasiya verilməsinə və eləcə də hərracda satılaraq dəyərinin iki yerə bölünməsinə razı olmadığını bildirərək bütün kompleksin ona məxsus olmaqla onun pulu ilə tikilməsini bildirdiyindən onun tərəfindən iddia tələbini dəyişdirərək Lənkəran rayonu Gərmətük qəsəbəsində 0.56 ha torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan “Əzizə” Şadlıq Sarayının və digər Əmlak kompleksinin qiymətləndirilməsi və açıq hərraca qoyularaq satılaraq dəyərinin tərəflər arasında bərabər qaydada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin işə baxılarkən cavabdeh İddiaçı vəkili və nümayəndəsi vasitəsi ilə məhkəməyə qarşılıqlı iddia ünvanlayaraq, onun guya Eldarı aldatdığını və pulunu mənimsədiyini bildirmiş, lakin məhkəmə həmin qarşılıqlı iddianı icraata qəbul etməmişdir. Hansı ki, İddiaçı həmin qarşılıqlı iddiasında göstərdikləri tamamilə əsassız olmaqla həqiqəti əks etdirməməklə ondan qisas almaq məqsədi ilə irəli sürülmüşdür. Daha sonra məhz həmin gün İddiaçı Lənkəran rayon polis şöbəsinə eyni məzmunlu ərizə ilə müraciət etmiş və eləcə də, ərizəsində göstərmişdir ki, o, paylı mülkiyyətdə olan şadlıq sarayını 8 il ərzində işlədərək Eldara külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Lənkəran şəhər-rayon polis şöbəsi tərəfindən həmin ərizə araşdırılaraq təsdiqini tapmadığından 17 sentyabr 2022-ci il tarixli qərarla Cinayət işi başlanılması rədd edilmiş və həmin qərardan şikayət edilmədiyindən qüvvəsindədir. Eləcə də, Lənkəran Rayon Məhkəməsində baxılaraq məhkəmənin 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi üzərində yerləşən 2825,5 kv.metr sahəsi olan “Əzizə” Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış əmlak kompleksinin qiymətləndirilərək hərracda satılmaqla dəyərinin İddiaçı Novruz oğlu ilə onun, yəni Cavabdeh arasında bölünməsi qət edilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və iddia ləğv edilmişdir. Hansı ki, Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarı tamamilə əsassız olmaqla onun hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Belə ki, həmin qərar gələcəkdə onun tərəfindən əgər əmlakın naturada bölgüsü və kompensasiya ardıcıllığına əməl edilməklə iddia qaldırılarsa, hərracla əlaqədar olaraq əvvəl eyni predmetlə əlaqədar eyni tərəf arasında iddia qaldırmaları əsas götürülərək iddia qaldırmaq hüququndan onu məhrum edir. Əslində, aralarında heç bir müqavilə olmadığı halda o, İddiaçı həmin illər üçün heç bir məbləğ ödəməli olmasa da, yenə də bir qardaş olaraq qazancın yarısı böyük qardaşları Telmanın göstərişi ilə Eldara verilmişdir. İddiaçı sonradan bildirmişdir ki, onun da həmin kompleksin tikilməsində maliyyə dəstəyi olmuşdur. Ancaq heç vaxt Eldar ona pul verməmişdir. Əgər ona hər hansı bir məbləğdə pul verdiyini deyirsə, gətirib məhkəməyə hər hansı bir sübut təqdim etməlidir. Eldarla Telman arasında hansısa pul münasibətləri olub-olmamasının isə ona heç bir aidiyyəti yoxdur. Əgər hansısa məbləğ ödəmişsə, gedib Telmandan tələb edə bilər. Bununla belə, onlar valideynlərinin yaşadığı müddətdə çox mehriban qardaş olmuş və qazanclarını bir-biri ilə paylaşmışlar, hətta digər ailə üzvləri və qohumları da bundan bəhərlənmişlər. 2022-ci ilin may ayına kimi həmin obyektin qazancı İddiaçıla Telman Mamedov arasında tən olaraq bölünmüşdür. Belə ki, Telman və Eldar nə vaxt Lənkərana gəlmişlərsə, lazımi xərclər çıxıldıqdan sonra qazanc onlardan birinə verilmiş və gedib Qazaxıstanda öz aralarında bölüşmüşlər. İddiaçı polis şöbəsinə verdiyi ərizəsində göstərmişdir ki, guya Elman keçən müddət ərzində ona cəmi 163000 manat pul (hazırkı iddiada 160000 manat, auiditə verdiyi ərizədə isə 167000 manat qeyd edilib) verilmiş və 2 milyona yaxın pulu ona verməmişdir. Konkret olaraq iddiaçı Lənkəran rayon polis şöbəsinə verdiyi ərizədə onu aldadaraq ******* manat pulun yarısını, yəni ******* manat tələb etsə də, hazırkı məhkəməyə verdiyi iddiada ona çatası ******* manat payı tələb etmişdir. İddiaçının vəsatəti üzrə dindirilmiş, administrator işləyən Müslüm Qasımov isə ******* manat məbləğdə qazanc olduğunu qeyd etmişdir. Bundan başqa, İddiaçı bildirmişdir ki, guya o, həmin kompleksin tikintisi ilə əlaqədar 2013-cü ilin əvvəllərinədək ******* ABŞ dollar pul göndərmişdir. Qeyd olunanlar tamamilə yalandır. Eldar ona həmin tikinti ilə əlaqədar bir manat olsun belə pul verməmiş və göndərməmişdir. Eldar həmin məbləğdə pulu guya 2013-cü ilin mart ayının əvvəlinədək göndərdiyini göstərmişdir. O, həmin pulları guya Çin Xalq Respublikasından Azərbaycanda yaşayan ticarətçilər üçün mal almaq məqsədi ilə göndərdiyini, Elmanın Bakıda yaşayan bacanağı Bəşirin isə həmin pulları alıb ona verdiyini qeyd etmişdir. Eldar ona heç vaxt pul göndərməmiş, bacanağı Bəşir də Eldar tərəfindən hansısa bir yolla göndərilmiş hər hansı bir məbləğdə pulu ona verməmişdir. O, həmin xüsusatla əlaqədar olaraq bildirir ki, Telman şadlıq evi kompleksinin tikintisinə çəkdiyi xərclərdən başqa, Çin Xalq Respublikasından Gömrük vasitəsi ilə bütün televizorları, reklam üçün işıqlandırıcıları, 1200 nəfərlik stol və stulları, süfrələri, çexolları, qab-qaşıqları, buz aparatlarını və onların qablarını, habelə 3 ədəd bilyard stolunu, gözəllik salonunun bütün avadanlıqlarını gətizdirmişdir. Həmin hal bir daha təsdiq edir ki, İddiaçı yalan danışır. Həmin komplektin tikintisi ilə əlaqədar çəkilən xərclərin əksəriyyətini Telman çəkmişdir. O, Eldarın Telmana hər hansı bir miqdarda pul verib-verməməsini bilmir. Yəni iddiaçı hər dəfə bir-birindən fərqli rəqəmlərlə müraciət edir ki, həmin hal da onun qeyri-səmimi omasından, yalan danışdığından, yalnız ondan qisas almaq istəyindən xəbər verir. Şadlıq evinin qazancının Eldar və Telmana aid olmasını İddiaçı özü də Lənkəran rayon polis şöbəsində verdiyi izahatında da təsdiq etmişdir. Belə ki, həmin qərarın 2-ci vərəqinin sonunda göstərmişdir: “Amma şadlıq evinin qazancı ona və qardaşım Telmana aid olmuşdur.” Hətta həmin izahatda Eldar özü də göstərmişdir ki, Şadlıq evinin tikilməsinə ******* ABŞ dollar pul xərclədiyini qardaşı Telmana deyərək onun nə qədər xərclədiyini soruşduqda Telman ona demişdir ki, dəftəri itirib, o da təqribən o qədər xərcləmişdir. Həmin vaxt onlar artıq şərik olduqlarını bir-birinə bildirmişlər. Bu o deməkdir ki, Eldar özü də təsdiq edir ki, Şadlıq evi və kompleks qardaşları Telmanın maliyyə dəstəyi ilə tikilmiş və Telmanla şərik olmuşlar. Onun maliyyə dəstəyi olmamışdırsa, hansı səbəbdən Telmanla qazanc bölünmüşdür. Həmin izahatında Eldar onu da qeyd etmişdir ki, 2017-ci ilin yanvar ayında Almaatı şəhərindən yaşadıqları Lənkəran rayonu Gərmətük qəsəbəsinə gələrək Elmandan ona çatası 4 illik qazancı istəmiş, Telman da ona, irad tutmuş və o da, Telmana “mənim pulumu Qazaxıstanda verərsən” sözlərini demişdir. Bu o demək deyilmidir ki, şəriklik olsa da, bu Elmanla Eldar arasında deyil, Eldarla digər təsisçi, Telman arasında olmuşdur? Bundan başqa, Eldar polisə verdiyi həmin izahatında onu da göstərmişdir ki, pandemiyadan sonra qardaşı Telman ona zəng edib yenə də kompleksin Elman tərəfindən idarə edilməsini xahiş etmiş, Eldar isə onun işləməyinə razı olmadığı, 8 ildir onun tərəfindən idarə edildiyini, hazırda isə onun tərəfindən işlədiləcəyini demiş, Telman da çox israr edərək ona, “qoy Elman mənim əvəzimə şadlıq evində olsun” demişdir. Həmin hal da təsdiq edir ki, Telman təsisçi olmaqla onun sözü keçərli olmuş və Eldar onunla deyil, Telmanla şərik olmuşdur. Aralarında etibar olduğundan heç vaxt bütün bunlar barədə sənədləşmə aparılmamışdır. Hətta onlar dörd qardaş olaraq kim nə qazanmışdırsa, valideylərinin sağlığında qazanclarını ortaya qoymuş və çox mehriban dolanmışlar. İddiaçı deyir ki, guya “Əzizə” Şadlıq Sarayı onun xərci ilə tikilmişdir. Əgər belə idisə, şadlıq sarayı tamamilə onun adına olmaqla 2022-ci ilin mart ayında həmin şadlıq sarayının və kompleksin yarısını ona bağışlayarkən hansı səbəbdən razılaşmış və daha sonra hər ikisi bu barədə çıxarış almışlar. Axı hər ikisi notariat kontorunda olmuş və sənədlərə imza etmiş, daha sonra reyestr idarəsinə gedib çıxarışlar almışlar. Yəni həmin şadlıq sarayı və kompleks ona məxsus idisə, hansı səbəbdən oranı bütövlükdə tələb etməmiş, etirazını bildirməmişdir ki, hamısı ona məxsusdur. İddiaçı 2014-cü ilin dekabr ayından 2016-cı ilin oktyabr ayına kimi o, Qazaxıstan Respublikasında silah və narkotiklə əlaqədar tutularaq həbsdə olmuşdur. Lənkəran rayon polis şöbəsində verdiyi izahatda göstərmişdir ki, guya 2013-cü ildən 2016-cı ilədək İsrail Respublikasının Təl-Əviv şəhərində yaşayıb, xəstəliyi ilə bağlı müalicə olunduğu üçün şadlıq evinin qazancı guya onda qalmışdır. İzahatındakı həmin ziddiyyət İddiaçı qeyri-səmimi olmasının sübutudur. Həmin vaxtlar çəkilən digər xərclər ümumi qazancdan çıxıldığı halda o, hazırda həmin xərcləri hesablayaraq təkrar tələb edir. 2020-ci ilin mart ayının 11-dən pandemiya başladığından, daha sonra müəyyən məhdudiyyətlərlə toy şənliklərinə icazə verildiyindən şadlıq sarayı demək olar ki, heç bir qazanc əldə etməmiş, yalnız öz xərclərini ödəmişdir. Şadlıq evi iş materiallarında olan sənədlərdən görünür ki, 2013-cü ildən 2022-ci ilin mart ayına kimi yalnız onun mülkiyyətində olub. Həmin vaxta kimi heç bir şəriklikdən söhbət gedə bilməz, lakin 2022-ci ildə tərəfindən əmlakın yarısını İddiaçı bağışladıqdan sonra artıq paylı mülkiyyət olduğundan həmin vaxtdan sonra əldə edilən qazanc aralarında yarıya bölünməlidir. “Əzizə” Şadlıq Sarayının fəaliyyətə başladığı 2013-cü ildən 2022-ci ilə kimi olan dövrdə bir çox xərcləri də olmşdur. Qeyd edilən xərclər ümumi qazancdan çıxılmalı olduğu halda İddiaçı hazırda həmin xərcləri hesablayaraq ondan əvvəl 926008 (doqquz yüz iyirmi altı min səkkiz) manat, hazırkı dəqiqləşmədən sonra isə 982563,57 (doqquz yüz səksən iki min beş yüz altmış üç manat əlli yeddi qəpik) manat pul tələb edir. Digər xərcləri əlavə etməsə belə, ümumi xərclər təqribən ********* (bir milyon yetmiş altı min səkkiz yüz doxsan bir) manatdan da çox təşkil edir ki, həmin xərclər onun tərəfindən çəkilmiş və İddiaçı həmin xərclərin heç birindən bir manat belə olsun köməkliyi olmamışdır. Onun ümumiyyətlə həmin Şadlıq Sarayının idarə edilməsində heç bir rolu olmamışdır. Qeyd edilən illər ərzində həmin kompeksi yalnız o özü idarə etmiş, zəhmətini çəkmişdir. Hətta həmin Şadlıq Sarayı ilə əlaqədar Vergi idarəsi tərəfindən 10000 manat, eləcə də Lənkəran Rayon Məhkəməsi tərəfindən də 2017-ci ildə 7000 manat cərimə edilmişdir ki, həmin cərimələr də ümumi qazancdın çıxılmalıdır. İddiaçı xahişi ilə pandemiya zamanı kompleksdə fəaliyyət göstərən çayxananı tamamilə yenidən qurub banket zalları düzəltdirməsinə və komplektləşdirilməsinə, eləcə də yeni kababxana tikilməsinə görə böyük qardaşı Telman Mamedov 50000 manatdan çox pul xərcləmiş və hazırda Eldarın Telmana 27840 manat borcu da qalmışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2ağa oğlu izahatında göstərmişdir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən ancaq audit rəyinə əsaslanmış və başqa sübutları nəzərə almamışdır. Audit rəyinin isə ancaq Müslüm adlı şəxsin fəaliyyəti ilə bağlı olduğunu, iş yerində digər işçilərin də olduğunu, lakin onlara münasibətdə nəzərə alınmadığını bildirmişdir. Habelə tərəflərdən birinin Qazaxıstanda olması ilə əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişlər. Bundan əlavə, o, ekspert rəyində hər hansı bir hesablamanın aparılmasının düzgün olmadığını qeyd etmişdir. Ekspert rəyi əsaslıdır. Çünki, işdə heç bir mühasibatlıq sənədi və mədaxil qəbzi olmadan ekspert rəyə verə bilməzdi. Mübahisəli obyekt 2022-ci ilə kimi tək Elmanın mülkiyyətində olmuşdur. Obyekt Eldarın mülkiyyətində olmadığına görə o həmin obyektdən gələn gəliri tələb edə bilməzdi. xx.xx.2022-ci il tarixdən həmin obyektin ½ hissəsi Eldarın mülkiyyətinə keçmiş, Eldar ½ payın ona keçdikdən sonra obyektdən gələn gəliri tələb edə bilərdi. 2013-cü ildən 2022-ci ilə kimi Elman həmin obyektdə aylıq 1500 manat əmək haqqı olmaqla işçi olaraq işləmişdir. 2013-cü ildən 2022-ci ilə kimi obyektdən gələn gəliri isə Telman gəlib Elmandan alıb aparmış və ona məlum olmayan şəraitdə Eldarla öz aralarında bölürmüşlər. İş materiallarında notarial təsdiq edilmiş ərizəsi də vardır ki, orada qeyd edilmişdir ki, Elman həmin obyekdə işçi olmuş, obyektdən gələn gəliri Eldarla öz aralarında bölmüşlər. Eldarla Telman arasında olan razılıqdan Elmanın məlumatı olmamışdır. Tərəflər arasında hər hansı yazılı razılaşma olmamışdır ki, obyekdən gələn gəlir Telman və Eldar arasında şərikli bölünəcəkdir. Məhkəmə iclasında Cavabdeh (eyni zamanda müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi) izahat verərək vəkilin dedikləri ilə razı olduğunu göstərmiş və əlavə olaraq bildirmişdir ki, mübahisəli obyektdən istifadədən gəlirdən əldə etdiyi pulları Telman ondan alıb Eldarla şərikli bölürdü. İş materiallarına əlavə edilmiş dəftərlər həmişə onda olurdu. Əgər o, obyekdən gələn gəliri mənimsəsəydi, sübut kimi dəftərləri saxlamazdı. Yaxud da dəftərdə hər hansı düzəliş edərdi. Lakin o, bunları etməmişdir. Qeyd dəftərində Telmana verilən pullar və obyektə xərclənən pullar tərəfimdən qeyd edilmişdir. 2013-cü il tarxdə Telmanla Eldar arasında şəriklik olmuşdur. Lakin onların şərikliyi hansı qaydada olmasından xəbəri olmamışdır. Eldar 2013-cü ildən 2016-cı ilə kimi həbsdə olduğu müddətdə də obyekdən gələn gəlirlər Telman gəlib məndən alırdı. Eldar həbsdən çıxandan sonra Eldar özü də gəlib ondan obyekdən gələn gəlirləri alırdı. Valideyinlərinin müayinə və müalicə pullarını da Eldarın razılığı ilə həmin gəlirlərdən ödəmişdir. Telman və Eldar Qazaxıstan Respublikasının vətəndaşları olduğu üçün obyekt onun adına sənədləşmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Novruz oğlunun nümayəndəsi Vəkil3 izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsində təxminən 6 məhkəmə iclası keçirilmiş və qarşı tərəf də iclaslarda iştirak etmişdir. Qarşı tərəfin birinci instansiya məhkəməsinə sübutları təqdim etmək imkanı olmuşdur. Audit rəyində 270000 manatın olması təsdiqini tapmışdır. Həmçinin nümayəndə dəftərlərdə xərclərin göstərildiyini, administrator tərəfindən bütün xərclərin qeyd olunduğunu və tərəflərə qalan mənfəətin hesablanaraq dəftərə yazıldığını qeyd etmişdir. Ekspert rəyində dəftərlərin olmasını, dəftərdə sübutların olması göstərilsə də, lakin mühasibatlıq sənədlərinin olmamasını qeyd etmişdir. Mülki Məcəllədə borcun verilməsi yazılı olmalıdır, eyni zamanda notarit orqanında təsdiq olunmuş borc müqaviləsi olmalıdır. Lakin tərəflər arasında heç bir müqavilə münasibətləri olmamış, bu da əsassız varlanmadır. Eldarla Telmanın razılığı olub ki, şadlıq evindən gələn gəir onlar arasında şərik bölünəcək, Elman isə isə orada işçi kimi işləməklə aylıq 1500 manat əmək haqqı alsın. Elmanın dediklərinə görə gələn gəlirləri Telman ondan Eldarla bölmək adı ilə alsa da, Eldara hər hansı məbləğdə pul verilməmişdir. Əldə edilmiş gəliri Elmandan ona görə tələb edir ki, obyekdən gələn gəliri Elman alırdı və onun tərəfindən də Eldara düşən məbləğ onun özünə verilməli idi. Elmanın Eldara çatan pulunun Telmana verməsindən Eldarın xəbəri olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Novruz oğlu izahat verərək bildirmişdir ki, Şadlıq sarayı 2010-cu il tarixdən tikintisinə başlanılmış 2013-cü il tarixdə istifadəyə verilmişdir. Şadlıq evinin tikintisinə özü ******* ABŞ dolları məbləğində vəsait xərcləmişdir. Restoran tikilib təhvil verilənə kimi o hələ həbs edilməmişdi. O, 2013-cü il tarixdə azadlıqdan məhrum edilmiş, 2017-ci ildə isə həbsdən azad edilmişdir. 2017-ci il tarixdə həbsdən azad olunduqdan sonra Qazaxıstan Respublikasından Telmanla birlikdə Azərbaycan Respublikasına gəlmiş və Elmana bildirmişdir ki, bu neçə ildə restorandan gələn gəlirdən ona pul verməmişdir. Bundan sonra, şadlıq sarayını özü işlətməlidir. Elman onunla razılaşmamışdır. Lakin müəyyən müddət həmin obyekti özü işlətmiş və xeyli gəlir əldə edildiyinin şahidi olmuşdur. Həmin müddətdə də iş yerində iş üzrə sübut kimi məhkəməyə təqdim etdiyi göy qovluqları aşkara çıxarmışdır. Həmin dəftərdəki məbləğlər audit rəyində, habelə qarşılıqlı iddia ərizəsində öz əksini tapmış məbləğlərlə üst-üstə düşür. Bir neçə gün əvvəl Elman ona bildirmişdir ki, restoranın gəlirlərindən ona çatası 700000 ABŞ dollarını Telmana vermişdir. İstər Elman, istərsə də Telman tərəfindən restorandan gələn gəlirdən ona pul verilməmişdir. Habelə 2022-ci ilin mart ayının axırlarında Elman şadlıq evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ona verəndə şadlıq evinin 50 faizinin onun adına olduğunu və sahəsinin 56 sot olduğunu görmüşdür. Onda başa düşmüşdür ki, Elmanın qaynatası Cəlal ona ümumi sahənin 100 sot deyərək ondan 300000 ABŞ dolları almış və Elmanla birlikdə onu aldatmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, iş üzrə qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
HÜQUQİMƏSƏLƏLƏR:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan sübutlar: RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müsəssisə, ticarət təyinatı üzrə, tam pay hüququ ilə, Cavabdeh xüsusi mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır; xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus 0,56 ha torpaq sahəsi və üzərində olan ümumu sahəsi 2825,5 kv.metr qeyri-yaşayış binasından 1/2 hissəsini (0,28 ha torpaq sahəsini və üzərindəki əmlak kompleksi kimi müəsisədən 1412,72 kv.metr) qardaşı olan İddiaçı Novruz oğlunun mülkiyyətinə vermişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 2825,5 kv.metr olan əmlak kompleksi kimi müsəssisə 1/2 hissə üzrə xx.xx.2022-ci il tarixdə Cavabdeh və 1/2 hissə üzrə isə xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır; X20 İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh rəhbərlik etdiyi “Əzizə” Şadlıq Sarayı üçün **********00010 saylı xx.xx.2013-cü il tarixdə kodla kompüter qeydiyyatına alınmış və xx.xx.2022-ci il tarixədək istehlak etdiyi təbii qaza görə 26848,6 manat məbləğdə ödəniş etmişdir; Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin A-02/22 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh tərəfindən “Əzizə” Şadlıq Sarayının yayım haqqı reklamının açıq məkanda yayımlanması üçün ümumilikdə 3510,19 manat məbləğ olaraq X14 İdarəsinin hesabına ödəniş edilmişdir; Alov Mühafizə” MMC Mühafizə Xidmətinin Lənkəran filialının 4 nömrəli arayışından görünür ki, Cavabdeh 2013-cü ildən hal-hazırkı dövrə kimi olan müddət ərzində 27000 manat məbləğ xidmət haqqı tam olaraq ödəmişdir; Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cənub regional filialının Lənkəran şöbəsinin 09/578 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh tərəfindən rabitə xidmətinə görə 2017-2022-ci illər üzrə ümumilikdə 4676,60 manat məbləğ ödəniş edilmişdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin **********638200 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh vergi ödəyicisi olaraq xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə 95703,2 vergi və eləcə də xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 9544,26 manat məcburi dövlət sosial sığorta haqqı dövlət büdcəsinə ödənilmişdir; "xxxx" ASC-nin Enerji Satışı Departamentinin təqdim etdiyi 7-01/M-1051/8229 nömrəli xx.xx.2022-ci il tarixli məktub və ona əlavə edilmiş abunə haqqında məlumatdan görünür ki, Cavabdeh enerji sərfiyyatına görə xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər olan dövr üçün 79223,5 manat məbləğ vəsait ödənilmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 40 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində 26 kq sümüklü qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 81 nömrəli, xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində 15 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 82 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixində 30 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 80 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh 43 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 74 nömrəli xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixində 22 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixində 15 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 07 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində 50,60 kq qoyun ətini (sümüklü) Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 101 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixində 47 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 355 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixində 33,4 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 133 nömrəli, xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh 27 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin arayışından görünür ki, Cavabdeh 2 ədəd kəsilmiş, 21,13 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin arayışından görünür ki, Cavabdeh 15 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh 11,830 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 60 nömrəli xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh 4 ədəd kəsilmiş, 63,93 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 340 nömrəli xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh 2 ədəd kəsilmiş, 34,350 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 74 nömrəli, xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh 19 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evi tərəfində tərtib edilmiş aktdan görünür ki, Cavabdeh 22 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin arayışından görünür ki, Cavabdeh 22 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 212 nömrəli xx.xx.2017-ci il tarixli arayışından görünür ki, Cavabdeh 27,645 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir; Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinin 91 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh 3 ədəd kəsilmiş, 40 kq qoyun ətini Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianə etmişdir. İşdə olan Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(049)-2678/2022 saylı qətnaməsinə əsasən Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən 0,56 ha torpaq sahəsi üzərində yerləşən 2825,5 kv.m sahəsi olan “Əzizə” Şadlıq Sarayı binası və həmin torpaq sahəsində yerləşən digər qeyri-yaşayış - əmlak kompleksinin qiymətləndirilərək hərracda satılmaqla dəyərinin İddiaçı Novruz oğlu və Cavabdeh arasında bölünməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manatın İddiaçı Novruz oğlundan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Həmin qətnamədə Cavabdeh izahatında göstərmişdir ki, cavabdeh onun doğma qardaşıdır, sonuncudan başqa, Telman adlı qardaşları da var ki, Rusiya Federasiyasında yaşayır. 2013-cü ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində yerləşən ərazidə analarının adına “Əzizə” şadlıq evi tikmişlər. Şadlıq evinin həyətyanı sahəsində mağaza, çörək sexi, çay evi və mətbəx kimi ticarət obyektləri də olmuşdur. 2013cü ildən etibarən o, şəxsən özü şadlıq evinin və digər ticarət obyektlərinin idarəetməsi ilə məşğul olmuş və əldə edilmiş gəliri qardaşları Eldar və Telmanla bərabər bölmüşdür. Cavabdeh 2013-2017-ci illərdə həbsdə olduğu dövrdə onun payına düşən hissəni Telmana vermişdir ki, cavabdehə çatdırsın və bununla bağlı aralarında heç bir narazılıq olmamışdır. 2022-ci ilin mart ayında cavabdeh Qazaxıstan Respublikasından gəlmiş və qeyd olunan mülklərin yarısının ona verilməsini təklif etmişdir. O, da qardaşına etiraz etməmiş və notariat qaydasında Lənkəran rayonu Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 2825,5 kv.m sahəsi olan qeyri-yaşayış binası əmlak kompleksinin 1/2 hissəsini qardaşına bağışlamışdır. Bundan sonra cavabdehlə münasibətləri pisləşdiyi üçün onu həmin kompleksə buraxmamış və özü gəlirin hamısını götürmüşdür. Bu barədə İddiaçı dəfələrlə xahiş etsə də, cavabdeh ona əhəmiyyət verməmişdir. Əmlakın naturada bölünməsi barədə məhkəməyə ilkin iddia ilə müraciət etmiş, lakin cavabdehin qəti mövqeyindən, ona qarşı təhqir, təhdid dolu sözlərindən sonra əmlakın naturada bölünməyəcəyini başa düşüb iddia tələbini dəyişmişdir. Cavabdehə dəfələrlə əmlaka görə pul tələb etsə də, cavabdeh öz qanunsuz əməllərindən əl çəkməmişdir. Buna görə də, əmlakın hərracda satılmasını xahiş etmişdir. İddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş Lənkəran şəhər-rayon polis şöbəsinin Cinayət işinin başlanmasının rədd edilməsinə dair 17 sentyabr 2022-ci il tarixli qərarına əsasən həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda CM-in 178-ci (dələduzluq) maddəsinin tərkibi müəyyən olunmadığından, fakta görə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən sonradan paylı mülkiyyətdə olan "Əzizə" şadlıq sarayını işlətdiyi 8 il ərzində qardaşı İddiaçı Novruz oğlunun payına düşən ayrı-ayrı vaxtlarda cəmi ******* manat məbləğdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi kifayət qədər sübuta yetmədiyindən, Cavabdeh barəsində CM-in 178-ci (Dələduzluq) maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, Cavabdeh bibisi X1 başqa sənədlərə imza edəcəyi ilə aldadaraq bağışlanma müqaviləsinə imza etdirib Anaxanım Məmmədovaya məxsus 0.06 ha torpaq sahəsini dələduzluq yolu ilə ələ keçirməsi sübuta yetmədiyindən, Cavabdeh barəsində CM-in 178-ci (dələduzluq) maddəsi ilə cinayət təqibinin başlanması rədd olunmuş, İddiaçı Novruz oğlunun Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən sonradan paylı mülkiyyətdə olan “Əzizə” şadlıq sarayını işlətdiyi 2022-ci ilin iyun ayının əvvəlindən avqust ayının sonuna kimi olan müddət ərzində qardaşı Cavabdeh payına düşən cəmi 49.575 manat pulu dələduzluq yolu ilə ələ keçirməsi kifayət qədər sübuta yetmədiyindən, İddiaçı Novruz oğlunun barəsində CM-in 178-ci (dələduzluq) maddəsi ilə Cinayət təqibinin başlanması rədd olunmuş, İddiaçı Novruz oğluna, qardaşı Cavabdeh ******* manat pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuş, Cavabdeh, qardaşı İddiaçı Novruz oğlundan 49575 manat pul tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Qərardan görünür ki, araşdırma zamanı İddiaçı Novruz oğlu izahatında göstərmişdir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olsa da, hazırda Bakı şəhəri Nəsimi rayonu Ü.Hacıbəyli küçəsində müvəqqəti qeydiyyatda olmaqla Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayır. O, 1990-cı il tarixdən etibarən Qazaxıstan Respublikasının Alma-Atı şəhərində yaşayır. Onun Cavabdeh, Məmmədov Tərlan və Məmmədov Telman adlı qardaşları vardır. Qardaşı Telman hazırda Qazaxıstan Respublikasının Alma-Atı şəhərində yaşayır. Digər qardaşları Elman və Tərlan Lənkəran rayonu Gərmətük qəsəbəsində yaşayırlar. O, Qazaxıstan Respublikasının Alma-Atı şəhərində ticarətlə məşğul olur. Qardaşı Telman da Qazaxıstan Respublikasının Alma-Atı şəhərində ticarətlə məşğul olur. Atası Novruz və anası Əzizə 2021-ci il tarixdə ölmüşlər. 2001-ci il tarixdə qərara gəlmişdir ki, Gərmətük qəsəbəsində torpaq sahəsi götürüb anası Əzizənin adına şadlıq sarayı tikdirsin. Amma həmin vaxtı torpaq almaq çətin olduğu üçün qərarını reallaşdıra bilməmişdir. 2010-cu il tarixdə qardaşı Telman və Elman ona təklif etmişlər ki, Gərmətük qəsəbəsində Elmanın qaynatası Cəlalın torpaq sahəsi olduğuna görə, həmin torpaq sahəsini alıb şadlıq sarayı tikdirə bilər. O da Elmandan torpaq sahəsinin sotunu və qiymətini soruşmuşdur. Elman da torpaq sahəsinin 100 sot olduğunu və 1 sotunu 3000 ABŞ dollarına satmaq istədiklərini ona bildirmişdir. O da nə üçün torpaq sahəsinin sotunu 3000 ABŞ dollarına baha satmaq istədiklərini Elmandan soruşmuşdur. Elman da ona, torpaq sahəsində köhnə Univermağın binasının olduğunu və həmin binanı təmir etdirib işlədə biləcəyini bildirmişdir. O da Elman və Telmana inanıb 300000 ABŞ dollarını 2010-cu ilin təxminən oktyabr-noyabr aylarında Alma-Atı şəhərindən bank vasitəsilə Polşa Respublikasının Varşava şəhərinə göndərmişdir. O, pulu Varşava şəhərinə Elmanın qaynatası Cəlalın istəyi ilə göndərmişdir. O, Qazaxstan Respublikasının vətəndaşı olduğu üçün aldığı həmin torpaq sahəsini razılığı əsasında qardaşı Elman öz adına sənədləşdirmişdir. 2011-ci ilin mart ayında Gərmətik qəsəbəsinə gəlmiş və həmin torpaq sahəsinə baxış keçirmişdir. Həmin vaxtı qardaşı Elmanın köhnə Univermağın binasının panellərini söküb satdığını görmüşdür. Buna görə də, o Elmana, binanı söküb yerində onun istədiyi kimi şadlıq evi tikdirməyi bildirmişdir. O, həmin vaxtı şadlıq evinin tikintisinə başlamaq üçün ilkin olaraq Elmana 100000 ABŞ dolları məbləğdə pul vəsaiti vermişdir. O, bir neçə gündən sonra Alma-Atı şəhərinə qayıtmışdır. Təxminən 1 aydan sonra Elman ona qardaşı Telmanın vasitəsilə tikiləcək şadlıq evinin 2 formada şəkillərini göndərmişdir. O da həmin şəkillərin bir formasını bəyənmiş və Elmana telefon vasitəsilə həmin şəkili bəyəndiyini bildirmişdir. Həmçinin Elmana şadlıq evinin smetasını da ona göndərməyini bildirmişdir. Elman da ona “sən mənə inanmırsan?, smetanı neynirsən, narahat olma pul göndər mən şadlıq evini tikib qutardıqdan sonra biləssən” bildirmişdir. O da Elmana inanmış və o, Elmana 2013-cü ilin mart ayının əvvəllərinədək “Əzizə” şadlıq sarayının tikilib başa çatdırılması üçün ayrı-ayrı vaxtlarda cəmi ******* ABŞ dolları məbləğdə pul göndərmişdir. O, həmin pulları Çin Xalq Respublikasına Azərbaycanda yaşayan ticarətçilər üçün mal almaq məqsədilə göndərmiş, Elmanın Bakı şəhərində yerləşən Sədərək bazarında işləyən bacanağı Bəşir isə həmin ticarətçilərdən pulları alıb Elmana vermişdir. xx.xx.2013-cü il tarixdə “Əzizə” şadlıq sarayında ilk toy mərasimi keçirilmişdir. Həmin vaxtdan etibarən “Əzizə” şadlıq sarayında toy mərasimləri keçirilməyə başlanmışdır. Şadlıq evinin tikintisinə qardaşı Telmanın deməsinə görə, o da pul göndərmiş və Telman işin axırında nə qədər pul göndərdiyini ona deyəcəyini bildirmişdir. Amma həmin vaxtlarda Telman şadlıq evinin tikintisinə hansı məbləğdə pul göndərdiyini ona deməmişdir. Elman həmin şadlıq evini işlətdiyi üçün aralarında olan razılığa əsasən o, Elmana hər ay qazancdan 1500 manat məbləğdə pul vəsaiti vermişdir. Amma şadlıq evinin qazancı ona və qardaşı Telmana aid olmuşdur. O, 2013-cü ildən 2016-cı ilədək İsrail Respublikasının Tel-Əviv şəhərində yaşayıb, xəstəliyi ilə bağlı müalicə olunduğu üçün şadlıq evinin ona çatan qazancı Elmanda qalmışdır. 2016-cı ilin may ayında Tel-Əviv şəhərindən Alma-Atı şəhərinə qayıtmışdır. Bir neçə gündən sonra isə qardaşı Telmanla birlikdə Lənkəran rayonu Gərmətük qəsəbəsinə gəlmişdir. O, atası Novruzun evində Telmana şadlıq evinin tikintisinə ******* ABŞ dolları xərci çıxdığını bildirib, ondan şadlıq evinin tikintisinə nə qədər pul xərclədiyini soruşmuşdur. Həmin vaxt Telman ona Elmanın tikintiyə xərclədikləri pulları yazdığı dəftəri itirdiyini və o da onun qədər pul xərclədiyini və şadlıq evinə şərik olduğunu bildirmişdir. Bu zaman Elman da atası Novruzun evinə gəlmiş və Telmanın dediyi sözləri təsdiq etmişdır. O, Telmanla razılaşmamış və Telmana “mənim cəmi ******* ABŞ dollar pulumu ver, şadlıq evi sənə qalsın” deyə bildirmişdir. Telman da həmin vaxt ona “mən də sən istədiyin qədər pul yoxdur, mən sənə həmin pulu necə verəcəm?” deyə bildirmişdir. Bu zaman atası Novruz və anası Əzizə ona qardaşı Telmanla razılaşmağını tövsiyə etmişlər. O da atası və anasının xətrinə Telmanla razılaşmışdır. Həmin vaxt Elmana dörd il ərzində şadlıq evinin qazancını ona vermədiyini bildirib, gedib şadlıq evində haqq-hesab etmələrini təklif etmişdir. Növbəti gün o, Telman və Elman “Əzizə” şadlıq evinə getmişlər. Şadlıq evində dəftərləri çıxarmış və vərəqləyərək, ona qazancın hamısının şadlıq evinin izafi xərclərinə xərclədiyini bildirmişdir. O da Elmandan 4 illik qazancını istəmişdir. Telman da ona “sən 4 il idi ki, haradaydın, gəlib qazancına sahib çıxaydın” deyə bildirmişdir. Bundan sonra, o, Telmana “mənim pulumu Qazaxıstanda verərsən” deyə bildirmişdir. Amma Telman şadlıq evindən onun payına düşən qazanc pulunu verməmişdir. 2017-ci ilin yanvar ayında Alma-Atı şəhərindən Gərmətük qəsəbəsinə gəlmiş və Elmandan şadlıq evindən onun payına düşən 4 illik qazanc pulunu istəmişdir. Elman da ataları Novruzun evində ona 16500 manat pul vermişdir. Elman 2017ci ildən 2021-ci ilədək ayrı-ayrı vaxtlarda şadlıq evinin qazancı adı ilə ona cəmi 160000 manat məbləğdə pul vəsaiti vermişdir. xx.xx.2021-ci il tarixdə atası Novruz uzun sürən xəstəlikdən ölmüşdür. O, Azərbaycan Respublikası ərazisində karantin rejimi olduğu üçün Bakı şəhərinə Dubay şəhərindən təyyarə ilə gəlmişdir. Sonra isə o, Gərmətük qəsəbəsinə getmişdir. Atası Novruzun 7-ci günü yas mərasimindən sonra o, Telman və Elmanla birlikdə şadlıq evinə getmişdir. Şadlıq evində Telman ona pandemiya ilə bağlı şadlıq evinin işləmədiyini və buna görə də, Elman onun 133000 manat məbləğdə pulunu şadlıq evinin xərclərinə xərclədiyini bildirib, şadlıq evi onun olduğu üçün həmin pulu ona ödəməli olduğunu söyləmişdir. Elman da Telmanın dediklərini təsdiq etmişdir. O da Elmana “sən ki, şadlıq evinin qazancını mənə dəqiq bildirmirsən və zərərə işləyirsən, şadlıq evinin açarlarını ver, özüm işlədəcəm” demişdir. Elman da şadlıq evinin açarlarını ona verib getmişdir. Həmin gündən etibarən şadlıq evini özü işlətməyə başlamışdır. Təxminən 7-8 gündən sonra Telman Alma-Atı şəhərinə qayıtmışdır. Məhərrəmlik ayı çıxdıqdan sonra toy mərasimləri başlamışdır. Həmin ərəfələrdə qardaşı Telman ona zəng edib, Elmanı işə götürüb ona ayda yenə də pul verməyini xahiş etmişdir. O da Telmana Elmanı işə götürə bilməyəcəyini, çünki 8 il şadlıq evini Elmanın işlətdiyini, indi də o, işlətmək istədiyini bildirmişdir. Amma Telman çox israr edərək, ona “qoy, Elman mənim əvəzimə şadlıq evində olsun” demişdir. O da Telmanla razılaşmışdır. Elmanla şərti belə olmuşdur ki, Elman şadlıq evinin qazancına nəzarət edən bacısı Sədaqətin əri Müslümün işinə qarışmayacaq və ondan pul almayacaqdır. 8 ay ərzində şadlıq evində 33 dəfə toy mərasim keçirilmiş və cəmi 70000 manat pul qazanmışdır. Həmçinin şadlıq evinin avtomobili köhnəldiyi üçün avtomobili 6000 manata satmışdır. Həmin pulu qardaş malı kimi Telmanla aralarında bölmüşlər və Elmana görə Telmana olan 68500 manat borcundan 37000 manat Telmana pul vermişdir. Hər dəfə Telman şadlıq evinə gəlib onunla haqq-hesab edəndə Elmanı da yanında gətirmiş və o da Telmana “sən nə üçün Elmanı yanıma gətirirsən, o, məni şadlıq evinin qazancında aldadıb” demişdir. Axırıncı dəfə Telman yenə də Elmanı yanında gətirəndə o, Elmandan nə üçün otağa daxil olduğunu soruşmuşdur. Elman da şadlıq evinin onun adına olduğunu ona bildirmişdir. Bundan sonra anlamışdır ki, Elman və Telman şadlıq evini onun əlindən almaq istəyirlər. O, Elmana heç nə deməmiş və bir gün sonra Telmana “şadlıq evini paylı mülkiyyətə bölək ki, aramızda narazılıq olmasın” demişdir. 2022-ci ilin mart ayının axırlarında Elman şadlıq evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı ona vermiş və o, çıxarışa baxan zaman şadlıq evinin 50 faizinin onun adına olduğunu görmüşdür. Həmçinin sənədə diqqətlə baxarkən sənəddə şadlıq evinin sahəsinin 56 sot olduğunu görmüşdür. Həmin vaxtı anlamışdır ki, Elmanın qaynatası Cəlal 56 sot əvəzinə ona 100 sot deyib ondan 300000 ABŞ dolları alaraq, onu Elmanla birlikdə aldatmışdır. O, Elmandan, nə üçün 56 sot əvəzinə ona yalandan şadlıq evinin ərazisinin 100 sot olduğunu deyib, onun 300000 ABŞ dollarını qaynatası Cəlalla birlikdə ələ keçirdiyini soruşmuşdur. Elman da ona 44 sot torpaq sahəsinin şadlıq evinin yol və küçə hissəsinə düşdüyünü bildirmişdir. O da Elmana “sən yalan danışırsan, məni aldatmısan” deyə bildirmişdir. Bundan sonra şadlıq evinə görə Elman və Telmanla onun arasında vəziyyət gərginləşmişdir. Bir neçə gündən sonra Elman Telmana zəng edib onun Gərmətük qəsəbəsinə gəlməyini bildirmişdir. 2022-ci ilin may ayında qaynatası Sədrəddin onun mobil telefonuna zəng edərək Telmanın onu şadlıq evinə çağırdığını bildirmişdir. Həmin gün şadlıq evində toy mərasimi keçirilmişdir. O da qaynatası Sədrəddinə “sən ora gəlmə, özüm onlarla görüşəcəm” demişdir. O, təxminən 30 dəqiqədən sonra evdən çıxıb şadlıq evinə getmiş və otağını açmaq istəyəndə qapının içəridən bağlı olduğunu görmüşdür. O, qapını əl ilə döymüş və qapını Elman açmışdır. O, içəri daxil olanda Telmanın Sədrəddinlə mübahisə etdiyini görmüşdür. O, onlara yaxınlaşmış və həmin vaxt qaynatası Sədrəddin Telmana “sizə ayıbdır, şadlıq evinin üstündə mübahisə edirsiniz, atanız və ananız təzə ölmüşdür” demişdir. O, qaynatası Sədrəddinə evə getməsini tövsiyə etmişdir. Bu zaman Elman otaqda olan stulu götürüb televizora tərəf atmış və qışqıraraq “bu şadlıq evi bizimdir, bizim də olacaq, Eldar səni buradan qovacağıq” demişdir. Həmın vaxt televizor sınmışdır. O, otaqdan çıxmış, qaynatası isə otaqda qalmışdır. O, həyətdə siqaret çəkdiyi zaman Elman şadlıq evindən qaçaraq həyətə düşmüş və ona təcili tibbi yardım çağırmağını bildirmişdır. O, tez otağa qalxmış və qaynatasının yerə uzanıb əllərinin əsdiyini görmüşdür. O, tez təcili yardım çağırmış və həkimlər otağa gələrək qaynatasına tibbi yardım göstərmişlər. Həmin vaxt Telman otaqdan çıxıb getmişdir. O, qaynatasına polisə məlumat verməyi tövsiyə etmişdir. Qaynatası Sədrəddin də ona “onlar məni vurmayıblar, polisə məlumat vermə” demişdir. Növbəti gün Telman qorxusundan Alma-Atı şəhərinə getmiş, 2022-ci ilin iyun ayında isə Alma-Atı şəhərindən Gərmətük qəsəbəsinə gəlmişdir. Telman onun mobil telefonuna zəng edərək şadlıq evinə çağırmışdır. O da Bakı şəhərindən 20 dəqiqə olar ki, evə çatdığını və səhər görüşməyi Telmana bildirmişdir. Telman da təkidlə onu şadlıq evinə çağırmışdır. O da məcbur qalıb evdən çıxmış və şadlıq evinə getmişdir. O, otağa daxil olmuş və Telmanın otaqda olan kresloda oturduğunu görmüşdür. Telman ona “sənin yenə də döyülməyin çatıb, mən nə desəm o olacaq, istəsəm buranı tövlə edərəm” demişdir. O da Telmana “sənin əvvəllər məni döydüyün vaxtlar keçib, çünki sən məni ******* manat ziyana salmısan, pulumu ver, bu şadlıq evini istəyirsən sirk elə” demişdir. Telman ayağa qalxmış və masanın üzərində olan şüşə qabları onun üstünə atmışdır. O, kənara çəkilmiş və şüşə qablar divara dəyib sınmışdır. Sonra isə qardaşı Telman əli ilə onun boğazından tutub sıxmış və o da boğulduğu üçün Telmanı əli ilə kənara itələmişdir. Həmin vaxt digər qardaşları Elman və Tərlan otağa daxil olmuşlar və onu yumruq, təpiklə döymüşlər. Elman, Telman və Tərlanın onu döyməyi barədə Lənkəran polis şöbəsində araşdırma aparılmışdır. Onlar şadlıq evinin şüşələrini də sındırmışlar. Bir neçə gündən sonra Müslüm 8 il ərzində şadlıq evində keçirilmiş toy mərasimlərinin siyahısı və qazancları olan dəftərləri ona gətirib vermişdir. Yeznəsi Müslüm şadlıq evində administrator işləmiş və Müslüm 2 ay bundan əvvəl Telmanın və Elmanın təkidi ilə işdən çıxmışdır. O, həmin dəftərləri yoxladıqdan sonra ona məlum olmuşdur ki, Elman 8 il ərzində toy mərasimlərindən ******* manat məbləğdə pul qazanmış və həmin puldan yalnız ona cəmi 160000 manat məbləğdə pul vermişdir. Yerdə qalan ******* manat pulu isə Elman onu aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Elman şadlıq evinin həyətində olan mağaza, bliyard zalı, çayxana və gözəllik salonunu həmin illər ərzində kirayəyə vermiş və cəmi 192000 manat kirayə pullarını da mənimsəyərək dəftərə yazmamışdır. Elman, ona məxsus cəmi ******* manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. İddiaçı Novruz oğlu əlavə izahatında göstərmişdir ki, qardaşı Elman ərizəsində bəzi xüsusatları düzgün göstərməmişdir. O, 2013-cü ilin dekabr ayında Qazaxıstan Respublikasının Alma-Atı şəhərində həbs olunmuş və 2016-cı il tarixdə həbsdən azad olunmuşdur. Həmin ərəfələrdə qardaşı Telman ona məxsus 350000 ABŞ dollarını saxlamaq üçün Elmana göndərmişdir. Elman da onun bildiyinə görə həmin puldan 9500 ABŞ dollarını Gərmətük qəsəbəsində yerləşən ona məxsus evin damını düzəltmək üçün xərcləmişdir. O, həbsdən çıxdıqdan sonra Alma-Atı şəhərində olan dörd evindən birini 80000 ABŞ dollarına satmış və həmin pulu da Telmanın vasitəsilə saxlaması üçün Elmana göndərmişdir. Təxminən 1 aydan sonra qardaşı Telmanla birlikdə Alma-Atı şəhərindən Lənkəran rayonunun Gərmətük qəsəbəsinə gəlmişdir. Elman saxlaması üçün qardaşı Telmanın vasitəsilə göndərdiyi cəmi 430000 ABŞ dollarının əvəzinə ona 280000 ABŞ dolları verərək, yerdə qalan 150000 ABŞ dollarını onun evinin tikintisinə xərclədiyini bildirmişdir. O da Elmana yalan damşdığını, onun evinin damına 150000 ABŞ dolları devil, 9500 ABŞ dolları xərclədiyini bildirmişdir. Həmin vaxt Elman ona heç nə deməmiş, amma Telman ona 100000 ABŞ dolları köməklik edəcəyini bildirmişdir. O, 280000 ABŞ dollarını evinin təmirinə xərcləməyə başlamışdır. Bir müddətdən sonra Telman ona 100000 ABŞ dolları vermiş və o, həmin pulları da evinin təmirinə xərcləmişdir. Elman şadlıq evinin pulu ilə onun evini təmir etdirməmiş, həmçinin Elman şadlıq evinin pulları ilə o, həbsdə olanda nə ona, nə də ailə üzvlərinə xərcləmişdir. O, şadlıq evini işlətməyə başlayandan sonra şadlıq evinin qazancından Elman və Telmana pul vermişdir. Amma 2022-ci ilin may-iyul ayları ərzində şadlıq evinin qazancından Telmanın payına düşən 49575 manat pulu onun şəriki Elmana verməmişdir. Hazırda onun pulu yoxdur, amma Elman onun ******* manat pulunu verərsə, o da həmin puldan 49575 manat pulu Elmana verəcəkdir. Bibisi Anaxanım yaşlı qadın olduğu üçün nə danışdığını və nə yazdığını dərk etmir. O, bibisi Anaxanımı aldadaraq, ona Elmanın əlehinə ərizə yazdırmamış və ərizəyə də imza etdirməmişdir. Adıçəkilən qərarda Cavabdeh izahatında göstərmişdir ki, qardaşı Telman hazırda Qazaxıstan Respublikası Alına-Atı şəhərində yaşayır. Digər qardaşları Eldar və Tərlan Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayırlar. Eldar Qazaxıstan Respublikasının vətəndaşıdır. Eldar və Telman əvvəllər bir yerdə ticarətlə məşğul olublar, amma 2019-cu il tarixdən etibarən ayrıayrı ticarətlə məşğul olurlar. 2010-cu il tarixdə qardaşları Eldar və Telmanın təklifi ilə şadlıq evi tikmək məqsədilə 300000 ABŞ dollarına qaynatası Cəlalın vasitəçiliyi ilə Gərmətük qəsəbəsi ərazisində köhnə Univermaq olan ərazini almışlar. Həmin yerə mərhum anası Əzizənin adın qoymaqla şadlıq evi tikdirmişlər. Həmin “Əzizə” şadlıq evini Eldarın və Telmanın göndərdiyi pulla tikdirmişdir. Şadlıq evinin əşyaları isə Telman tərəfindən Çin Xalq Respublikasından göndərilmişdir. “Əzizə” şadlıq evi 2013-cü ilin mart ayından etibarən işləməyə başlamışdır. O, 2013-cü il ərzində şadlıq evinin qazancını Eldar və Telmana bölüşdürüb vermişdir. 2013-cü ilin dekabr ayında Eldar üzərində narkotik vasitə gəzdirdiyi üçün Qazaxıstan Respublikasında tutulmuş və 3 il həbsxanada cəza çəkmişdir. O, həmin ərəfələrdə şadlıq evinin qazancından ona verə bilməmişdir. Amma Eldarın yarımçıq qalmış dəbdəbəli villasını şadlıq evindən ona çatan pulla tikdirib yekunlaşdırmışdır. Həmçinin şadlıq evinin qazancı ilə Eldarın həbsxanada yatdığı dövr ərzində xərclərini, işçilərin əmək haqlarını, vergi, sığorta, reklam, kommunal xərclər, binanın mütəmadi olaraq təmir edilməsi, əlavə tikintilər aparılması, onun razılığı ilə ailə üzvləri və valideynlərə aylıq olaraq ödənilən xərclər, parkinson xəstəsi olan anasının yanında uzun illər ərzində xəstəliyi dövründə saxlanılan tibb bacısı və digər şəxslərə aylıq ödənilən xərclər və müayinə, müalicə, həkimlərin və dərmanların xərcləri (anası Əzizə Məmmədova uzun müddət Bakı şəhərində X11 müalicələrdə olmuşdur), bütün ailənin, o cümlədən İddiaçı evinin kommunal xərcləri, atasının hər ay üçün xərcləri, valideynlərinin vəfat etmələrindən sonra dəfn, yas mərasimi və qəbirüstü baş daşlarına, eləcə də digər çəkilən xərcləri ödəmişdir. 2016-cı ildən etibarən Eldar həbsxanadan çıxdıqdan sonra, o, şadlıq evinin qazancından ona düşən payı mütəmadi olaraq vermişdir. O, 2022-ci ilin mart ayında şadlıq evinin 50 faizini Eldarın adına onun istəyi ilə qanunvericiliyə uyğun şəkildə keçirmişdir. Hazırda Eldarla onun arasında şadlıq evinə görə ziddiyyət yaranmış və həmin şadlıq evinin onların arasında bölünməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. O, Eldarın şadlıq evi ilə bağlı ona aid pulunu aldadaraq ələ keçirməmişdir. O, 8 il ərzində şadlıq evinin qazancından Eldara və ona aid xərclərə təxminən ******* manat pul vermişdir. 2021-ci ildən xx.xx.2022-ci il tarixədək şadlıq evini Eldar işlətmiş və 2022-ci ilin may ayının əvvəllərinədək ona şadlıq evinin qazancından çatan puldan vermişdir. Amma 2022-ci ilin may ayının əvvəllərindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Eldar şadlıq evinin qazancından ona düşən cəmi 49575 manat məbləğdə pulu verməmişdir. Eldar onu 10000 manat pul versə də, o, tam olaraq 49575 manat pulu ona vermədiyi üçün 10000 manat pulu Eldara qaytarmışdır. Hazırkı günədək Eldar, onun 49575 manat pulunu verməmişdir. Bu barədə, o, Lənkəran polis şöbəsinə rəsmi qaydada müraciət etmişdir. Son 3 ay ərzində şadlıq evində keçirilən toy mərasimlərinin sənədlərini təqdim etmişdir. Eldar izahatında bəzi xüsusatları düz göstərməmişdir. Belə ki, Gərmətük qəsəbəsində şadlıq evi tikdirmək təklifini Eldar yox, Telman vermiş və sonradan Eldar da həmin təkliflə razılaşmışdır. O, 2010-cu il tarixdə eşitmişdir ki, qaynatası Cəlalın qaynı Adil qohumlarına məxsus, ərazisində köhnə Univermağın binası olan torpaq sahəsini satır. O da bu barədə qardaşı Telmana zəng edib məlumat vermiş, Telman özü Cəlalla danışıb 300000 ABŞ dolları verərək həmin ərazini almış və o, həmin ərazini öz adına sənədləşdirilmişdir. Həmin vaxtadək Eldar bu işin içində olmamış və 300000 ABŞ dollarını da Telman Cəlala göndərmişdir. Eldar şadlıq evinin tikintisinə başlamaq üçün ilkin olaraq ona 100000 ABŞ dolları pul verməmiş və o, ümumiyyətlə şadlıq evinin tikintisi üçün pul göndərməmişdir. Amma həmin şadlıq evinin tikintisi üçün Eldar da Telmana pul vermişdir. Telman və Eldar onun qardaşları olduğu üçün o, tikinti barəsində hər hansı hesabat aparmamış və bu barədə də Telman və Eldar ondan hesabat istəməmişlər. Eldar ona şadlıq evini işlətdiyi üçün hər ay 1500 manat məbləğdə pulu işçi kimi pul verməmişdir. O, qardaşı Telmanın payını həmişə onun razılığı ilə özündə saxlamış və həmin puldan özü üçün xərcləmiş, Telmana pul lazım olanda yerdə qalan pulu ona göndərmişdir. Eldar 2013-cü ildən 2016-cı il tarixədək İsrail Respublikasında müalicədə olmamış, Eldar cinayət törətdiyi üçün Qazaxıstan Respublikasında cəza çəkmişdir. Həmin müddət ərzində də şadlıq evinin qazancından Eldara düşən payla villasını təmir etdirmiş və həbsxanada olduğu müddət ərzində Eldarın ailəsinə və özünə xərclənmişdir. 2016-cı ilin may ayında Eldar Telmanla şadlıq evinə çəkilən xərclə bağlı söhbət etmiş, amma o, çəkilən xərcləri qardaş olduqları üçün dəftərə yazmamış və dəftəri itirdiyini Eldara deməmişdir. Eldarda şadlıq evinin tikintisinə ******* ABŞ dolları xərcinin çıxdığını ona deməmişdir. Eldar və Telman şadlıq evinin tikintisinə bir yerdə xərc çəkmişlər. Telman onun yanında Eldar həbsxanadan çıxdığına görə Eldara 100000 ABŞ dolları vermişdir. O, Eldara 2017-ci ildən 2021-ci ilədək ayrı-ayrı vaxtlarda şadlıq evinin qazancı adı ilə cəmi 160000 manat deyil, çox pul vermişdir. Şadlıq evində onun yanında Telman Eldara “pademiya ilə bağlı şadlıq evi işləməyib və buna görə Elman mənim 133000 manat pulumu şadlıq evinin xərclərinə xərcliyib, şadlıq evi sənin olduğu üçün həmin pulu mənə ödəməlisən” sözlərini deməmişdir. Eldar da ona “sən ki, şadlıq evnin qazancını mənə dəqiq bildirmirsən və zərərə işləyirsən, şadlıq evinin açarlarını ver, özüm işlədəcəm” sözlərini deməmişdir. Həmin vaxt Eldar ona demişdir ki, şadlıq evinin açarlarının birini ona ver, o da onunla birlikdə işləyəcəkdir. O da özündə olan açarların bir nümunəsini ona vermişdir. Həmin vaxtdan etibarən Eldar şadlıq evini işlətməyə başladı və onun şadlıq evində işi bir az yüngülləşmişdir. 8 ay ərzində şadlıq evində 33 dəfə toy mərasimi keçirilmiş və cəmi 70000 manat pul qazanmışlar. Həmçinin şadlıq evinin maşını kohnəldiyi üçün 6000 manata satmışlar. Həmin pulu qardaş malı kimi aralarında bölmüşlər. Telman şadlıq evinin torpaq sahəsini 100 sot adı ilə deyil, içərisində olan köhnə obyektə görə almışdır. O, Elmanı 100 sot adı ilə aldatmamışdır. Nə o, nə də qardaşı Telman Eldarın qaynatası Sədrəddini şadlıq evində döyməmişlər və itələməmişlər. Həmin vaxt o, otaqda olan stulu götürüb televizora tərəf atmamış və qışqıraraq “bu şadlıq evi bizimdir, bizimdə olacaq, Eldar səni buradan qovacağıq” deməmişdir. Həmin vaxt televizor da sınmamışdır. Şadlıq evində olan otaqda Telman Eldarı döyməmişdir. O və digər qardaşı Tərlan Eldarı döyməmişlər. O, Eldarın ******* manat pulunu aldadaraq ələ keçirməmişdir. O, Eldara 8 il ərzində şadlıq evinin qazancından cəmi 160000 manat deyil, təxminən ******* manat məbləğdə pul vermiş və qardaş olduqları üçün də hər hansı bir qəbzə ehtiyac olmamışdır. Eldarın onları döyməyi ilə bağlı məsələni də onlar Eldara bağışlamışlar. Cavabdeh qərarda həmçinin göstərmişdir ki, X2 onun doğma bibisidir. Bibisi Anaxanım bacısı Nənəxanım evində qalsa da, Anaxanım onun himayəsi altındadır. O, bibisi Anaxanımın ərizəsi və izahatı ilə tanış olduqdan sonra bildirmişdir ki, onun barəsində ərizədə və izahatda göstərilənlər tam yalandır və həqiqətə uyğun deyildir. Belə ki, bibisi Anaxanım atası Novruz ölənədək onun evində yaşamış və Anaxanım subaydır. 1992-ci il tarixdə, o, qardaşları Tərlan və Telmanla birlikdə ticarətlə məşğul olmuş və həmin vaxt ərinin yanında Gərmətük qəsəbəsində yerləşən H.Aslanov adına olan sovxozun 6 sot torpaq sahəsini almaq istəmişdır. Onun adına torpaq sahəsi və ev olduğu üçün həmin dövrdə olan mövcud qanunvericiliyə əsasən 6 sot torpaq sahəsini öz adına sənədləşdirə bilməmiş və buna görə də, həmin torpaq sahəsini bibisi Anaxanımın adına almışdır. Təxminən 2012-ci ildə qardaşı Eldar, əmisi oğlu Fəxrəddindən 6 sot torpaq sahəsi almış və həmin torpaq sahəsi onun evinin yaxınlığında yerləşir. Eldar Qazaxıstan Respublikasının vətəndaşı olduğu üçün o, həmin torpaq sahəsini arvadı Saranın adına sənədləşdirmişdir. Həmin torpaq sahələri bir-birlərinə bitişikdir. Eldar həmin torpaq sahələrini birlikdə hasara almış və onun evi ilə bibisi Bibixanımın adına olan torpaq sahəsinin arasında giriş-çıxış üçün dəmir şiferdən qapı qoymuşdur O, həmin torpaq sahəsində limon karkası tikdirib altında limon ağacları əkmişdir. 2021-ci ilin iyun ayında qardaşı Eldarla onun arasında paylı mülkiyyətlərində olan “Əzizə” şadlıq evinə görə mübahisə və ziddiyyət yarandığı üçün Eldar ona məxsus, bibisi Anasanımın adına olan torpaq sahəsinə girişini bağlamışdır. Bunu bibisi Anaxanım bilən kimi ona “Eldarla aranda mübahisə var, mən də yaşlı qadınam birdən ölərəm, mənin adımda olan sənə məxsus torpaq sahəsinin üstündə Eldarla aranda davadalaş olar, ona görə mənim adımda olan torpaq sahəsini öz adına keçir” demişdir. O da bibisi Anaxanımla razılaşmış və onlar xx.xx.2021-ci il tarixdə Lənkəran şəhərində yerləşən notariusa getmişlər. Notariusda bibisi Anaxanım bağışlanma müqaviləsi ilə 6 sot torpaq sahəsini onun adına keçirmişdir. O, qardaşı Eldarın evini və həyətyanı torpaq sahəsini sənədləşdirmək adı ilə bibisi Anaxanımı aldadaraq notariusa aparmamış və ona həmin torpaq sahəsini öz adına keçirmək üçün sənədlərə Anaxanımın məlumatı olmadan imza etdirməmişdir. 1992-ci ildə bibisi Anaxanımın adına aldığı 6 sot torpaq sahəsini bibisi Anaxanım öz razılığı ilə onun adına bağışlanma müqaviləsi ilə keçirmişdir. Bibisi Anaxanım yaşlı qadındır və bibisi Anaxanımı onun əlehinə danışmağa qardaşı Eldar öyrətmişdir. X13 isə həmin qərarda verdiyi izahatında göstərmişdir ki, Məmmədov Tərlan, Cavabdeh, Məmmədov Telman və Məmmədov Eldar, onun arvadı Sədaqətin doğma qardaşlarıdır. Qaynı Telman hazırda Qazaxıstan Respublikasının Alma-Atı şəhərində yaşayır. Digər qayınları Elman, Eldar və Tərlan Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayırlar. Telman və Eldar Qazaxıstan Respublikasının vətəndaşlardırlar. 2010-cu il tarixdə Elman Telmanın təklifi ilə Gərmətük qəsəbəsində şadlıq evi tikdirmiş və həmin şadlıq evi mərhum qaynanası Əzizənin adını daşıyır. Həmin şadlıq evinin torpaq sahəsini Elmanın təklifi ilə Telman almışdır. Həmin torpaq sahəsində köhnə Univermağın binası olmuşdur. Onlar həmin köhnə Univermağın binasını söküb yerində şadlıq evi tikdirmişlər. Şadlıq evinin tikintisinin və şadlıq evinə avadanlıqların alınmasının xərclərini Telman göndərmişdir. 2013-cü ilin mart ayında şadlıq evi istifadəyə verilmiş, həmin şadlıq evi və şadlıq evinin olduğu torpaq sahəsi Elmanın adına sənədləşdirilmişdir. Şadlıq evini Elman işlətməyə başlamışdır. O da həmin şadlıq evində administrator işləmiş və ayda 300-500 manat əmək haqqı almışdır. Həmin şadlıq evinin tikintisinə Eldar da pul qoymuş və şadlıq evinin şərikidir. Amma, Elman, Telman və Eldar şadlıq evinin tikintisinə hansı məbləğdə pul xərclədiyini ona deməmişlər. O, bildiyinə görə şadlıq evinin qazancı Telmanla Eldarın arasında tən bölünmüş və şadlıq evinin xərcləri çıxdıqdan sonra Elman qazancı onlara vermişdir. 2013-cü ilin dekabr ayında Eldar Qazaxıstan Respublikasında tutulmuş və 3 il həbsxanada cəza çəkdiyi üçün Azərbaycana gələ bilməmişdir. 2016-cı ildə Eldar Gərmətük qəsəbəsinə gəlmiş və 2017-ci ildən etibarən Eldarla, Elman və Telmanın arasında şadlıq evinin qazancının bölünməsi ilə bağlı narazılıqlar başlamışdır. O, bildiyinə görə Elman Eldarın payına düşən şadlıq evinin pulundan 3 il ərzində Eldara verməmişdir. 2021-ci il tarixdə qaynatası Novruz və qaynanası Əzizə ölmüşlər. Qaynatası və qaynanası öldükdən sonra Eldar, Elman və Telmanın arasında şadlıq evinə görə narazılıq artmışdır. 2021-ci ilin oktyabr ayından etibarən şadlıq evini Eldar işlətməyə başlamışdır. 8 ay ərzində şadlıq evində keçirilmiş toy mərasimlərindən cəmi 70000 manat məbləğdə pul qazanılmışdır. Həmçinin şadlıq evinin maşını köhnəldiyi üçün Eldar maşını 6000 manata satmışdır. Həmin pulu Eldar qardaşı Telmanla arasında bölmüşdür. Hər dəfə Telman şadlıq evinə gəlib Eldarla haqq-hesab edəndə Elmanı da yanında gətirmişdir. Həmin vaxtlarda Eldar ona bildirmişdir ki, 8 il ərzində Elman və Telman onu şadlıq evinin qazancında aldadıb, ona az pul vermişlər. Elman 2022-ci ilin mart ayında şadlıq evinin 50 faizini Eldarın adına keçirmişdir. Eldar sənədə baxandan sonra ona Elman və Telmanın şadlıq evinin torpaq satasinin alınmasında da ona aldadaraq 100 sot əvəzinə 56 sot torpaq sahəsi almışlar va buna görə də, ondan artıq 150000 ABŞ dolları almışlar. Həmin vaxt ona məlum olmuşdur ki, Eldar şadlıq evinin torpaq sahəsinin alınması üçün 100 sota münasibətdə sotu 3000 ABŞ dolları olmaqla Elmanın qaynatası Cəlala 300000 ABŞ dolları göndərmiş və Cəlal da həmin torpaq sahəsini qaynı Adildən almışdır. Eldar ondan 8 il ərzində şadlıq evində keçirilmiş toy mərasimlərinin qeydiyyatı aparıldığı kitabları istəmişdir. O da həmin kitabları Eldara vermişdir. Növbəti gün Eldar ona 8 il ərzində şadlıq evində keçirilən toy məraimlərindən cəmi ******* manat qazanc olduğunu və Elmanın həmin puldan ona cəmi 160000 manat pul verdiyini bildirmişdir. Həmçinin Eldar ona Elmanın şadlıq evinin həyətində yerləşən obyektlərdən 8 il ərzində 192000 manat icarə haqqı aldığı və həmin puldan da ona vermədiyini bildirmişdir. Eldarın deməsinə görə Elman və Telman onu aldadaraq, payına düşən ******* manat məbləğdə pulu ələ keçirmişlər. Bundan əlavə, işdə olan "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixli auditor rəyindən görünür ki, auditə təqdim edilmiş 2013-2022-ci illər üzrə “Əzizə” X9 fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar üzrə “Elman aldı” qeydi və imzası ilə 2 018 095 manat, “Eldar aldı” qeydi və imzası ilə 168 101 manat olmaqla cəmi 2 186 196 manat qalıq məbləğ (mənfəət) müəyyən edilir; “Əzizə” X9 auditə təqdim edilmiş kitablara qeyd edilənlərdən başqa digər gəlirləri aşağıdakı kimi olmuşdur: Bilyard zalı -122 400 manat, Çayxana - 28 350 manat, Gözəllik salonu - 25 650 manat, Mağaza - 40 950 manat, cəmi 217 350 manat. Cavabdeh tərəfindən Şirvan Kommersiya Məhkəməsinə təqdim edilmiş qarşılıqlı iddia ərizəsində ödənilmiş xərc məbləğlərindən “enerji haqqı, vergi, təbii qaz, mühafizə, telefon və internet haqqı, reklam haqqı” istiqamətləri X13 tərəfindən auditə verilmiş izahatda bildirmiş olduğu istiqamətlərlə eynilik təşkil etdiyindən aşağıdakı kimi müəyyən olunmuşdur: Enerji haqqı - 87 184,50 manat, Vergi - 105 247,46 manat, Təbii qaz - 26 848,60 manat, Mühafizə xidməti-29 000 manat, Telefon və internetə haqqı - 7 076,60 manat, Reklam haqqı - 3 510,19 manat, sığorta haqqı - 11 450,51 manat, cəmi 270317,86 manat. Cavabdeh Şirvan Kommersiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində göstərdiyi digər xərc istiqamətləri üzrə təsdiqedici sənədlər mövcud olmadığından dəqiqləşdirmələr aparmaq mümkün olmamışdır. Bundan başqa, qarşılıqlı iddia ərizəsində göstərilmiş kömür, tort kimi xərclər təqdim olunmuş dəftərxana kitablarında artıq qeyd edildiyindən ikinci dəfə hansı səbəbə qeyd edilməsi Cavabdeh auditə dəvət olunmağına baxmayaraq iştirak etməməsi səbəbindən dəqiqləşdirmək mümkün olmamışdır. Bu rəy İddiaçı Novruz oğlunun müraciəti və “Əzizə” X9 fəaliyyətinin faktiki uçot məlumatları kimi təqdim olunmuş göy rəngli dəftərxana kitablarına və Cavabdeh Şirvan Kommersiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizəsinə əsasən hazırlanmışdır. Həmin dəftərlərdə əks olunmuş məlumatların düzgünlüyünü müəyyən etmək üçün “Əzizə” X10 2013-2022-ci illər ərzində administrator işləməklə uçot işləri ilə məşğul olmuş X4 izahat alınmışdır. Müslüm Qasımovun öz izahatında bildirmişdir ki, həmin uçot məlumatları hər hansı proqramda və ya başqa formada aparılmamış, yalnız göy rəngli qovluqlarda qeyd etdiyini və uçotun bu qaydada, yəni qovluqlarda əlyazma ilə aparılmasını ortaqlar tərəfindən ümumi qəbul edilmiş qayda olduğunu bildirmişdir. İşin obyektivliyi üçün Cavabdeh bir neçə dəfə telefon vasitəsilə və teleqram vurularaq auditə dəvət edilməsinə baxmayaraq iştirak etməmişdir. TCavabdeh isə Qazaxıstanda yaşadığından auditə dəvət edilə bilinməmişdir. Audit rəyindən görünür ki, aparılmış audit prosedurları çərçivəsində “Əzizə” X9 fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar faktiki uçot məlumatları kimi auditə təqdim edilmişdir. Təqdim olunmuş həmin dəftərxana kitabları üzrə hər gün üzrə mədaxil və məxaric edilmiş pul vəsaitləri əsasən zalın icarəsi, video çəkiliş, ofsiant, tort, dizayn, musiqiçilər, foto, dəvətnamə, aşpaz, çörək, şampun, kömür, blinçik, moyka və digər təsnifatlar üzrə qeydiyyatlar aparılmışdır. Mədaxil və məxaric qeydləri üzrə qalıq məbləğ (mənfəət) 2021-ci il oktyabr ayınadək “elman aldı” qeydi və imzası, 2021-ci ilin oktyabr ayından sonrakı dövr üzrə isə “eldar aldı” qeydi və imzası aparılmışdır. 500 saylı X7 əsasən audit sübutu auditor rəyinin əsasını təşkil edən nəticələrə nail olmaq üçün auditor tərəfindən istifadə edilən bütün məlumatlar, o cümlədən elektron və kağız məlumatlardır. Həmin dəftərlərdə əks olunmuş məlumatların düzgünlüyünü müəyyən etmək üçün “Əzizə” X10 2013-2022-ci illər ərzində administrator işləməklə uçot işləri ilə məşğul olmuş X4 izahat alınmışdır. X13 öz izahatında qeyd etmişdir ki, “Əzizə” X18 2013-cü ilin əvvəlində tikilib və 2013-cü ilin mart ayından fəaliyyət göstərməyə başlamışdır. Kompleksin tikintisi İddiaçı və TCavabdeh qardaşları tərəfindən maliyyələşdirilmiş, onların digər qardaşı olan Cavabdeh isə tikinti işlərinin icrasına nəzarət etmişdir. Tikinti başa çatdıqdan sonra İddiaçı və TCavabdeh ölkə xaricində olduğundan Cavabdeh fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçmiş, VÖEN almış və “Əzizə” X9 idarəçiliyi ilə məşğul olmuşdur. X8 izahatına əsasən Kompleksin təsisçiləri İddiaçı və TCavabdehdur. Cavabdeh isə TCavabdeh təmsilçisi kimi Kompleksin idarəçiliyinə cəlb olunmuşdur. X13 öz izahatında qeyd etmişdir ki, 2013-2022-ci illər ərzində “Əzizə” X10 uçot sadəcə keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar çəkilmiş xərclərə ödənilən (moyka, qab yuma və. s) pulları və həmin tədbirlərdən qalan xalis məbləğin Cavabdeh verməklə bağlı qeydlərdən ibarət olmuşdur. Müslüm Qasımovun izahatına əsasən həmin uçot məlumatları hər hansı proqramda və ya başqa formada aparılmamış, yalnız göy rəngli qovluqlarda qeyd edilmiş və uçotun bu qaydada, yəni qovluqlarda əlyazma ilə aparılmasını ortaqlar tərəfindən ümumi qəbul edilmişdir. X8 verdiyi izahata əsasən təqdim edilmiş dəftərxana kitablarında qeyd edilmiş keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan pul vəsaitləri Şadlıq sarayının zal hissəsinin icarə xidməti və digər xidmətlər üzrə (tort, dizayn, video, ofisiant, muzkant, foto, dəvətnamə, aşpaz, çörək, blinçik, şampun və s.) alınmış xalis gəlirlərdən ibarət olmuşdur. Belə ki, o, bildirmişdir ki, Şadlıq sarayında keçirilən tədbirlər zamanı bir sıra gəlirlər üzrə (məsələn: ofisiant, foto, kömür, video və s.) digər tərəflərə də ödəmələr nəzərdə tutulduğundan qeyd edilmiş gəlirlər digər tərəflərə ödəmələr çıxıldıqdan sonra xalis gəlirləri əks etdirilmişdir. Ona görə auditə təqdim edilmiş dəftərxana kitablarında zalın icarə xidməti ilə yanaşı digər xidmətlər üzrə alınmış vəsaitlər xalis gəlir olaraq qəbul edilmişdir. İşin obyektivliyi üçün Cavabdeh bir neçə dəfə telefon vasitəsilə və teleqram vurularaq auditə dəvət edilməsinə baxmayaraq, iştirak etməmişdir. TCavabdeh isə Qazaxıstanda yaşadığından auditə dəvət edilə bilinməmişdir. Auditə təqdim edilmiş 2013-2022-ci illər üzrə “Əzizə” X9 fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar üzrə audit prosedurları həyata keçirilərək həmin məlumatlara əsasən “Əzizə” X9 2013-2022-ci illər ərzində gəlir, xərc və əldə olunmuş mənfəəti aşağıdakı cədvəldə göstərildiyi kimi müəyyən edilmişdir. 2021-ci oktyabr ayınadək qalıq məbləğ (mənfəət) “elman aldı” qeydi və imzası, 2021-ci oktyabr ayından başlayaraq olan dövr üçün “eldar aldı” qeydi ilə verildiyindən cədvəldə ayrı sətrlərdə qeyd edilmişdir. Bu hesabata qoşmada siyahı tam formada əlavə olunmuşdur. Bundan başqa, X13 izahatında qeyd etmişdir ki, 2013-2022-ci illər ərzində “Əzizə” X18 üzrə auditə təqdim edilmiş kitablara qeyd edilənlərdən başqa gəlirlər də olmuşdur. Belə ki, “Əzizə” X10 şadlıq sarayı ilə yanaşı, kompleksin tərkibində bilyard zalı, çayxana, gözəllik salonu və mağaza da mövcuddur. X13 öz izahatında bildirmişdir ki, bilyard zalından 1 il üzrə alınan vəsaitlər təqdim edilmiş kitablarda qeyd edilmiş, digər illər üzrə bilyard zalı təqribən 2013-2017-ci illərdə aylıq 1200 manata, 2018-ci ildən başlayaraq təqribən ***-**** manata, çayxana 2013-2019-cu illərdə pandemiyaya qədər təqribən 300-400 manata, mağaza 300-400 manata, gözəllik salonu əvvəl 400-500 manata icarəyə verilmişdir, sonradan isə Cavabdeh arvadı işlətmiş və həmin dövrdə məbləği nə qədər olduğunu bildirmədiyi üçün bu hesablamada nəzərə alınmamışdır. Bundan əlavə, Cavabdeh tərəfindən Şirvan Kommersiya Məhkəməsinə İddiaçı qarşı verilmiş qarşılıqlı iddia ərizəsi auditə təqdim edilmişdir. Həmin iddia ərizəsində Cavabdeh tərəfindən ödənilmiş xərc məbləğləri də qeyd edilmişdir. Həmin xərc məbləğləri ilə bağlı X4 izahat alınmışdır. X13 tərəfindən auditə verilmiş izahatda qeyd etmişdir ki, təqdim edilmiş kitablara qeyd edilməyən və Elman tərəfindən ödənilən xərclərə enerji haqqı, vergiyə ödənilən pullar, təbii qaza ödənilən məbləğ, 1 nəfər mühafizə xidmətinə ödənilən məbləğ, telefon və internetə ödənilən pul, reklam ilə bağlı ödənilən pullar daxildir. X13 tərəfindən auditə verilmiş izahatda bildirmiş olduğu X9 fəaliyyəti zamanı Cavabdeh tərəfindən çəkilmiş enerji haqqı, vergi, təbii qaz, mühafizə, telefon və internet haqqı, reklam haqqı kimi xərc istiqamətləri Cavabdeh Şirvan Kommersiya Məhkəməsinə təqdim etdiyi qarşılıqlı iddia ərizəsində göstərdiyi xərc istiqamətləri üst-üstə düşdüyündən X12 aid olan digər obyektlərdən gələn gəlirlər üzrə xərclər Cavabdeh iddia ərizəsində göstərilmiş məbləğlər qəbul edilmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində göstərdiyi digər xərc istiqamətləri üzrə təsdiqedici sənədlər mövcud olmadığı üçün dəqiqləşdirmələr aparmaq mümkün olmamışdır. Bundan başqa, qarşılıqlı iddia ərizəsində göstərilmiş kömür, tort kimi xərclər təqdim olunmuş dəftərxana kitablarında artıq qeyd edildiyindən ikinci dəfə hansı səbəbə qeyd edilməsi Cavabdeh auditdə iştirak etməməsi səbəbindən dəqiqləşdirmək mümkün olmamışdır. İşə əlavə edilən 2013-2022-ci illər üzrə “Əzizə” Şadlıq Sarayının fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar üzrə “Elman aldı” qeydi və imzası ilə 2 018 095 manat, “Eldar aldı” qeydi və imzası ilə 168 101 manat olmaqla cəmi 2 186 196 manat qalıq məbləğ (mənfəət) müəyyən edilir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 məhkəmə iclasında ifadəsində göstərmişdir ki, tərəflər onun arvadı Sədaqətin qardaşlarıdır. Telman və Eldar Qazaxıstan Respublikasının vətəndaşlarıdır. O, 2013-cü ildə “Əzizə” şadlıq sarayında administrator işləməyə başlamışdır. İşlədiyi dövrdə gəlirlərin və xərclərin haqq-hesabını əks etdirən dəftərləri tərtib etmişdir. Həmin dəftərlərdəki yazılar ona məxsusdur. İşlədiyi dövrdə digər işçilər kimi əmək haqqı almışdır. Cavabdeh bacısına, yəni onun arvadına öz anasına baxması üçün hər hansı bir məbləğdə əmək haqqı ödəməmişdir. Belə ki, anasına baxmaq onun həyat yoldaşının borcudur. Hər qırılan qab-qacağın pulu ofisiantlara verilən əmək haqqıdan tutulmuşdur. Audit yoxlaması zamanı bu barədə ətraflı izahat vermişdir. Digər şahid X16 ifadəsində göstərmişdir ki, tərəflərlə heç bir ilə qohumluq əlaqəsi yoxdur. Lakin “Əzizə” şadlıq sarayının fəaliyyətə başladığı 2013-cü ildən 2020-ci ilin may ayına kimi gözətçi işləmiş və hər ay əmək haqqı almışdır. İşlədiyi müddətdə Eldar və Telman qardaşlarının şadlıq sarayının əsas rəhbərləri olmasını, Elmanın isə şadlıq sarayına ümumi rəhbərlik etdiyini görmüşdür. Həmçinin işlədiyi müddətdə, şadlıq sarayına un, kömür, yanacaq, təmizlik ləvazimatları, hətta tort bişirilməsi üçün ləvazimatları alınmasının şahidi olmuşdur. Birinci instansiya məhkəməsi işin həqiqi halları, tərəflərin izahatları, şahid ifadələri, auditor rəyi və işin digər sənədləri ilə müəyyən etmişdir ki, İddiaçıla qardaşı Telman Mamedov şərikli (ortaq) fəaliyyət göstərmələrinə dair razılığa gəlmişlər. İddiaçıla qardaşı Telman Mamedov arasında şərikli (ortaq) fəaliyyət faktiki mövcud olmuş olsa da, şərikli (ortaq) fəaliyyət haqqında onlar arasında yazılı razılaşma olmamışdır. Hər ikisi xarici ölkə vətəndaşları olduğu üçün aldıqları Lənkəran rayonu Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsini digər qardaşları, hazırki iş üzrə cavabdeh olan Cavabdeh adına rəsmiləşdirmişlər. Şərikli (ortaq) fəaliyyətin həyata keçirilməsi üçün həmin torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binası onların vəsaiti hesabına inşa edilmişdir. Qeyd edilən qeyriyaşayış binası 2013-cü ilin mart ayından “Əzizə” Şadlıq Sarayı kimi fəaliyyət göstərməyə başlamışdır. 2013-cü ildən 2022-ci ilə kimi Şadlıq Sarayının fəaliyyətinə faktiki rəhbərliyi (qardaşı Telman Mamedovun nümayəndəsi qismində) Cavabdeh həyata keçirmişdir. O, həmin dövr ərzində Şadlıq Sarayının qazancını bölüşdürüb Telman Mamedov və İddiaçı (iddiaçıya yalnız 168101 manat məbləğində pul vəsaiti vermişdir) vermişdir. Bundan başqa, 2013-2022-ci illər üzrə “Əzizə” Şadlıq Sarayının fəaliyyətindən əldə olunmuş və çəkilmiş xərclərə ödənilmiş pul vəsaitlərinin qeydiyyatı aparılan göy rəngli adi dəftərxana kitablarına əlyazma ilə daxil edilmiş məlumatlar üzrə “Elman aldı” qeydi və imzası ilə 2 018 095 manat, “Eldar aldı” qeydi və imzası ilə 168 101 manat olmaqla cəmi 2 186 196 manat qalıq məbləğin (mənfəətin), həmçinin 217 350 manat digər gəlirlərin olması müəyyən edilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən ödənilmiş xərc məbləğlərindən “enerji haqqı, vergi, təbii qaz, mühafizə, telefon və internet haqqı, reklam haqqı və sığorta haqqı”nın 270 317,86 manat məbləğində olması, bununla da cavabdehin iddiaçı ilə bölgüyə təqdim etmədiyi vəsaitin (gəlirin) 1965127,14 (2018095+217350-270317,86=1965127,14) manat məbləğ təşkil etdiyi müəyyən olunmuşdur. Həmçinin müəyyən olunmuşdur ki, həmin 19665127,14 manat mənfəətin 1/2 hissəsi, yəni 982563,57 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməli olduğu halda ödənilməmişdir. Göründüyü kimi, İddiaçı şərikli (ortaq) fəaliyyət göstərməsinə dair Cavabdehla deyil, digər qardaşı Telman Mamedovla razılığa gəlmişdir. İddiaçıla Cavabdeh arasında 2013-2022-ci illər ərzində şərikli (ortaq) fəaliyyət haqqında hər hansı bir (nə yazılı, nə də şifahi) razılaşma olmamışdır. Belə olan halda, cavabdehin şadlıq sarayının qazancından əldə edilən pul vəsaitinə dair nə qanuni, nə də müqavilə əsası olmamışdır. Belə ki, bu hallar iş materiallarına əlavə edilmiş Cinayət işinin başlanmasının rədd edilməsinə dair Lənkəran şəhər-rayon polis şöbəsinin xx.xx.2022ci il tarixli qərarında da öz əksini tapmışdır. Qərarda cavabdehin izahatından da aydın olur ki, “... “Əzizə” şadlıq evini Eldarın və Telmanın göndərdiyi pulla tikdirmişdir. O, 2013-cü il ərzində şadlıq evinin qazancını Eldar və Telmana bölüşdürüb vermişdir. 2013-cü ilin dekabr ayında Eldar üzərində narkotik vasitə gəzdirdiyi üçün Qazaxıstan Respublikasında tutulmuş və 3 il həbsxanada cəza çəkmişdir. O, həmin ərəfələrdə şadlıq evinin qazancından ona verə bilməmişdir. Amma, həmin şadlıq evinin tikintisi üçün Eldar da Telmana pul vermişdir. Telman və Eldar onun qardaşları olduğu üçün o, tikinti barəsində hər hansı bir hesabat aparmamış, və bu barədə də Telman və Eldar ondan hesabat istəməmişlər. O, qardaşı Telmanın payını həmişə onun razılığı ilə özündə saxlamış və həmin puldan özü üçün xərcləmiş, Telmana pul lazım olanda yerdə qalan pulu ona göndərmişdir. Eldar və Telman şadlıq evinin tikintisinə bir yerdə xərc çəkmişlər. O, Eldara 2017-ci ildən 2021-ci ilədək ayrıayrı vaxtlarda şadlıq evinin qazancı adı ilə cəmi 160000 manat deyil, çox pul vermişdir. Həmçinin şadlıq evinin maşını köhnəldiyi üçün 6000 manata satmışlar. Həmin pulu qardaş malı kimi aralarında bölmüşlər.” Göründüyü kimi, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə məhkəmənin müəyyən etdiyi yuxarıda sadalanan hallar və cavabdehin bunları etiraf etməsi müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, bu hal cinayət təqibi üzrə qüvvəyə minmiş qərar ilə müəyyən olunduğundan, göstərilən faktlar hazırkı iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktları heç kim mübahisələndirə bilməz. Ona görə də, bu hal məhkəmə üçün məcburidir və göstərilən hallar yenidən sübut edilməməlidir. Ona görə ki, cavabdehin şadlıq sarayının qazancından iddiaçıya çatası payı ona verməməsi isə iş materialları ilə tam şəkildə təsdiq olunur. Buna görə də, iddiaçı həmin pul vəsaitinin Telman Mamedovdan deyil, məhz Cavabdeh alınaraq ona verilməsini tələb etməkdə haqlıdır. Qanunvericiliyə görə hazırkı iş üzrə cavabdeh şadlıq sarayının qazancından iddiaçıya çatası payı hər hansı bir qanuni əsas və müqavilə əsası olmadan iddiaçıya vermədiyindən, bununla da cavabdeh əsassız varlandığından, iddiaçı həmin pulu tələb etməkdə haqlıdır. Cavabdeh şadlıq sarayının qazancından iddiaçıya çatası payı bölüşdürərək verdiyini göstərsə də, buna dair hər hansı (168101 manat istisna olmaqla) sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, iddiaçı bu halları sübut etmək yükündən azad olmuş, şadlıq sarayının qazancından iddiaçıya çatası payı bölüşdürərək (168101 manat istisna olmaqla) verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bununla yanaşı, cavabdeh tərəfindən qeyd edilən halları etiraf edilməsindən savayı 2013-cü ildən 2022-ci ilə kimi olan dövr ərzində cavabdeh tərəfindən şadlıq sarayına çəkilmiş xərcləri təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə etiraz etdiyi halın sübut edilməsi məhz cavabdehin vəzifəsidir. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi halları sübuta yetirmiş, cavabdeh isə ilkin iddiaya etiraz etdiyi halları sübuta yetirə bilməmişdir. Belə ki, Cavabdeh öz adından Lənkəran şəhər İcra Hakimiyyəti, Osman Mirzəyev adına X24 Evinə ianələr etməsini şadlıq sarayının fəaliyyəti ilə çəkilən xərc kimi göstərmişdir. Habelə dəftərxana kitablarında qeyd edilmiş keçirilən tədbirlərdən (toy, nişan, ad günü və sair) daxil olan pul vəsaitləri şadlıq sarayının zal hissəsinin icarə xidməti və digər xidmətlər üzrə (tort, dizayn, video, ofisiant, musiqiçi, foto, dəvətnamə, aşpaz, çörək, şampun və s.) alınmış xalis gəlirlərdən ibarət olmuşdur. Belə ki, o, bildirmişdir ki, Şadlıq sarayında keçirilən tədbirlər zamanı bir sıra gəlirlər üzrə (məsələn: ofisiant, foto, kömür, video və s.) digər tərəflərə də ödəmələr nəzərdə tutulduğundan qeyd edilmiş gəlirlər digər tərəflərə ödəmələr çıxıldıqdan sonra xalis gəlirləri əks etdirilmişdir. Ona görə də, dəftərxana kitablarında zalın icarə xidməti ilə yanaşı digər xidmətlər üzrə alınmış vəsaitlər xalis gəlir olaraq qəbul edilmişdir. Bundan başqa, 2013-2022-ci illər ərzində “Əzizə” Şadlıq Sarayı üzrə kitablara qeyd edilənlərdən başqa gəlirlər də olmuşdur. Belə ki, kompleksdə şadlıq sarayı ilə yanaşı, kompleksin tərkibində bilyard zalı, çayxana, gözəllik salonu və mağaza da mövcuddur. Bundan əlavə, kömür və tort kimi xərclər dəftərxana kitablarında qeyd edilmişdir. Bundan başqa, məhkəmə iddiaçının mövcud ilkin iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Belə ki, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Ona görə ki, qarşılıqlı iddia ərizəsində və ilkin iddiaya etirazında “hazırkı iş üzrə iddia müddətinin 3 il” olmasını bildirmişdir. Yəni, məhkəmədən iddia müddətinin tətbiq edilməsini xahiş etməmişdir. Halbuki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, ilkin iddia tələbi əsassız varlanma ilə bağlıdır, yəni qeyd edilən hissədə iddia tələbi müqavilə tələbləri üzrə deyildir. Buna görə də, bu münasibətlərə müqavilə tələbləri üzrə olan 3 illik iddia müddəti şamil edilə bilməz. Odur ki, hazırkı mübahisə üzrə əsassız varlanma ilə əlaqədar müddət şamil edilməlidir. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barəsində etirazının dəlilləri əsassızdır. Bundan əlavə, cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Ona görə ki, cavabdeh qarşılıqlı iddiada və ilkin iddiaya etirazda bu halı sadəcə göstərmişdir. Halbuki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur. Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ayrıca yazılı ərizə formasında ərizə təqdim etmədiyindən (bunu yalnız qarşılıqlı iddiasında və ilkin iddiaya etirazında bildirmişdir), ilkin iddia iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Digər tərəfdən, cavabdehin iş materiallarında olan Lənkəran şəhər-rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli ərarında olan izahatından görünür ki, yuxarıda sadalanan halları etiraf etmişdir. Cavabdeh borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən iddia müddətinin axımı kəsilmişdir. Belə ki, iddia müddətinin axımı həmin tarixdən yenidən başlandığından iddia müddəti ötürülməmişdir. Belə ki, Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə qarşılıqlı iddianı araşdıraraq hesab edir ki, qarşılıqlı iddia təmin edilməlidir. Ona görə ki, qarşılıqlı iddia tələbi iddiaçı tərəf tərəfindən həmin hissədə etiraf edilir. Belə ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası hazırkı kommersiya işinin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək bildirir ki, qətnamənin əsaslılığı ilk iddianın təmin edildiyi hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn: pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Habelə, MM-in 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi huququ konstitusiya hüquq və azadlıqlarının təminatlarına əsaslanır. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən MPM-də ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Bunun üçün isə mülki prosessual qanunvericiliyində məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yuxarı instansiya məhkəmələri tərəfindən yoxlanılmasının prosessual qaydaları müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, o zaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, apellyasiya şikayətinin təmin edilərək, hazırkı qətnamənin ləğvi yaxud dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Belə ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları diqqətə çatdırır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunaraq ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş və 2013-2021-ci illərdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,56 ha torpaq sahəsi üzərində 2825.5 kv.m sahəsi olan qeyri-yaşayış binasından (“Əzizə” Şadlıq Sarayı, çörək sexi, mağaza, çay evi, bilyard yeri, dərzi kimi xidməti, ticarət obyektləri və s.) əldə edilmiş gəlirlərin - işdə olan göy rəngli qovluqlar və digər sübutlar əsasında (hər bir sübut növü üzrə ayrı-ayrılıqda öz əksini tapmaqla) hər ay üzrə məbləğlər (ümumi qazanc (və ya gəlir), daha sonra xərclər çıxıldıqdan sonra qalan xalis mənfəət) göstərilməklə nə qədər təşkil etməsi barədə sual, habelə iş üçün əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi barədə göstəriş qoyulsa da, ekspert rəyinin alınması mümkün olmamışdır. Bu baxımdan da, tələb üzrə məbləğlərin başqa qaydada müəyyən edilməsi qeyri-mümkündür. Məhz buna görə də, birinci instansiya məhkəməsində təqdim edilmiş və işdə olan sübutlar əsasında müvafiq qərarın qəbul edilməsi qanuni və əsaslı hesab edilməlidir. Beləcə, məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizə xarakterli dəlillər hesab edir. Qeyd edilən dəlillər eyni tərəfin əvvəlki məhkəmə iclaslarında, habelə polis orqanında verdiyi və digər izahatları ilə ziddiyyətli məqamlarla doludur. Kollegiya apellyasiya şikayətinin dəlillərinə dair həmçinin qeyd edir ki, tərəflər arasında mövcud münasibətlərin yaranması əsasları işdəki mötəbər sübutlarla təsdiqini tapır və bu işin mübahisəsiz halıdır. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya diqqətə çatdırır ki, MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, çəkişmə prinsipinin ümumi cəhəti aşağıdakılardan ibarətdir: məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Kollegiya diqqətə çatdırır ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir və MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Bundan başqa, MPM-in 372.2-ci maddəsinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş üzrə Cavabdeh və onun vəkili tərəfindən apellyasiya instansiya məhkəməsinə sübut qismində nəzərə alınması məqsədi ilə təqdim edilmiş aktlar və s. birinci instansiya məhkəməsində iştiraklarına rəğmən işin məhkəmədə baxılmağa hazırlanmasının yekunlaşmasına qədər təqdim edilməmişdir. Bundan başqa, diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Habelə MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin işdə olan mövcud sübutlar əsasında hazırkı qənaətə gəlməsini işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı hesab edir. Diqqətə çatdırılmalıdır ki, MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin heç bir mötəbər sübutla öz təsdiqini tapmayan dəlillərini formal mülahizə hesab edir. Belə ki, apellyasiya şikayətinin dəlilləri qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla hazırkı məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2-2(121)-166/2023 saylı qətnaməsi mübahisələndirilən – ilk iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, MPM-in 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, aparılmış ekspertiza təqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 78, 89, 217, 372, 376, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏTETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 13 aprel 2023-cü il tarixli 2-2(121)-166/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza təqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməmişdirsə, qətnamə qanuni qüvvəyə minir.