Məhkəmə qərarları › İş №2-2(106)-79/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-79/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-79/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin X2 Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və X3 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı Şirkətinin nümayəndəsi vəkil X8, Cavabdeh1 Firmasının nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdehlər Cavabdeh1 Firmasına və "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-2(121)- 85/2021 saylı qətnaməsindən İddiaçı Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Şirkəti cavabdehlər Cavabdeh1 Firmasına və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış “X9”nə əsasən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” Layihəsinin icrası ilə əlaqədar "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətin iddiaçının payına uyğun hissəsi olan 7562940,97 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Hökuməti və X10 birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması” Layihəsi beynəlxalq müsabiqəli tenderə çıxarılmış və bu tenderdə birgə iştirak məqsədilə “tərəflər arasında 2017-ci il 20 iyun tarixində “X9” imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə yuxarıda göstərilən layihənin icrası ilə əlaqədar sifarişçi "xxxx" ASC ilə bağlanacaq müqavilədə nəzərdə tutulmuş işlərin birgə icrası məqsədilə "xxxx" Birgə Müəssisəsi adı altında fəaliyyət göstərəcək müştərək müəssisə təsis edilmiş və tərəflərin hər birinin xalis qazanc, mənfəət, habelə zərər və öhdəliklərdə pay nisbəti müəyyən edilmişdir. X9nin 3-cü bəndinə əsasən layihənin icrası ilə əlaqədar işlərin yerinə yetirilməsi ilə bağlı bütün məsələlərin və sualların həllini asanlaşdırmaq üçün inzibati komitənin yaradılması və tərəflərin hər birinin öz səlahiyyətli nümayəndələrinin həmin komitəyə təyin edilməsi nəzərdə tutulmuşdur. Müqavilənin 29, 30-cu bəndlərinə əsasən “İnşaatçı-Neftçi" MMC-nin direktoru F.X5 adından və bütün sənədləri imzalamaq üçün səlahiyyətli nümayəndə kimi təyin olunmuş və bütün ödənişlərin Birgə Müəssisənin səlahiyyətli nümayəndəsi "xxxx" MMC-nin bank hesabı vasitəsilə həyata keçiriləcəyinə dair razılıq əldə olunmuşdur. Layihə çərçivəsində keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" Birgə Müəssisəsi ilə sifarişçi "xxxx" ASC arasında xx.xx.2017-ci il tarixində “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə” dair 107.808.797,78 manat dəyərində podrat müqaviləsi bağlanmışdır. Tərəflərin xx.xx.2019-cu il tarixində imzaladığı “Müqaviləyə 1 nömrəli Düzəliş”ə əsasən podrat müqaviləsinin dəyəri artırılaraq 126.049.016 manat təşkil etmişdir. Lakin “X9”nin imzalandığı və İnzibati Komitənin yarandığı tarixdən keçən dövr ərzində həmin Komitənin iclası keçirilməmiş və iddiaçının nümayəndəsinin komitənin fəaliyyətində iştirakı müqavilənin digər iştirakçıları olan cavabdehlər tərəfindən təmin edilməmişdir. Bu isə belə bir nəticəyə gəlmək üçün əsas verir ki, onlarla “X9”ni bağlamaqda cavabdehlərin əsas məqsədi beynəlxalq layihənin icrası ilə bağlı birgə fəaliyyət göstərmək deyil, sadəcə olaraq iddiaçının bu sahədə işgüzar nüfuzunun yüksək səviyyədə olmasından istifadə edərək beynəlxalq müsabiqəli tenderdə qalib gəlmək olmuşdur. Bütün bunlara baxmayaraq, tərəflərin imzaladığı “X9”nin şərtlərinə müvafiq olaraq, müqavilənin digər iştirakçıları ilə bərabər iddiaçının da Birgə Müəssisənin fəaliyyəti nəticəsində əldə olunmuş xalis qazanc və mənfəətdən öz payına uyğun ödəniş tələb etmək hüququna malikdir. “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” Layihəsinin icrası ilə əlaqədar "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətin iddiaçının payına (40%) uyğun hissəsi 7.562.940,97 manat təşkil edir. Cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün edilmiş cəhdlər müsbət nəticə verməmişdir. Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 28 yanvar tarixli e-2-2(121)-85/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Rafiq İsmayılov). Həmin qətnamədə göstərilmişdir ki, tərəflər arasında yaranan hüquq münasibətləri Birgə Müəssisənin yaradılması barədə 20 iyun 2017-ci il tarixli və "xxxx" ASC ilə "xxxx" Birgə Müəssisəsi arasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında Xidmətlərin göstərilməsi haqqında 07 iyul 2017-ci il tarixli müqavilələrdən (əlavələrlə birlikdə) irəli gəlir. "xxxx" Birgə Müəssisəsi 3 müəssisə arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin tikintisi məqsədilə yaradılmışdır. Həmin müqaviləyə əsasən layihə birgə icra edilməli və yekunda mənfəətin 40% hissəsi iddiaçıya, 30% hissəsi "xxxx" MMC-yə, 30% hissəsi isə Cavabdeh1 Firmasına ödənilməli idi. Layihənin birgə icra ediləcəyi (işlərin görüləcəyi, xidmətlərin göstəriləcəyi və s.) həm 20 iyun 2017-ci il tarixli X14 razılaşmada, həm də tərəflərin "xxxx" ASC-yə ünvanladığı 02 sentyabr 2016-cı il tarixli niyyət məktubunda öz əksini tapmışdır. Lakin işin materiallarından “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası ilə əlaqədar iddiaçı tərəfindən öz öhəliklərinin icra edilməsi, yəni hər hansı həcmdə işlərin görülməsi, xidmətlərin göstərilməsi və s. müəyyən edilməmişdir. Bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Əksinə, 15 oktyabr 2020-ci il tarixində keçirilən məhkəmə iclasında iddiaçının nümayəndələri izahat verərək, müqaviləyə əsasən görülməli işlərin 40%-nin onlara aid olduğunu, lakin “Birgə Müəssisə”nin fəlaiyyətində iştirak etmədiklərini, bağlanılmış müqavilə üzrə iddiaçı tərəfindən heç bir iş görülmədiyini, işlərin görülməsinə nə zaman başlanması barədə məlumatlarının olmadığını bildirmişlər. Məhkəmə hesab etmişdir ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin tikintisi ilə bağlı iddiaçı tərəfindən hər hansı işi icra edilmədiyindən (xidmətlər göstərilmədiyindən və s.) müqavilə üzrə əldə olunmuş mənfəətin 40%-nin onun tərəfindən tələb edilməsi əsassızdır. İddiaçı tərəfindən işlər görülmədiyi üçün müqavilə üzrə işlərin görülməsi (xidmətlərin göstərilməsi və s.) məqsədilə digər hüquqi şəxslərlə xidmət və subpodrat müqavilələri bağlanılmışdır. X14 razılaşmanın 20 iyun 2017-ci il tarixində, Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında müqavilənin isə 07 iyul 2017-ci il tarixində bağlanılmasına baxmayaraq, iddiaçı tərəfindən hazırkı iş üzrə cavabdehlərə yalnız 20 iyul 2020-ci il tarixində, yəni müqavilənin icrası müddəti (30 dekabr 2019-cu il) bitdikdən xeyli sonra 07/2020 saylı məktub göndərilərək, keçən dövr ərzində İnzibati Komitənin iclasının keçirilmədiyini və iddiaçının nümayəndəsinin İnzibati Komitənin fəaliyyətində iştirakının müqavilənin digər iştirakçıları olan cavabdeh tərəfindən təmin edilmədiyini bildirmişdir. Halbuki, İnzibati Komitənin iclasının keçirilməsinə, iddiaçının nümayəndəsinin onun fəaliyyətində iştirakına şərait yaradılmasına, iclasların keçirilməsi ilə bağlı müqavilə üzrə digər tərəflərə məlumat verilməsinə, ümumiyyətlə müqavilənin icrasına və digər hallara dair iddiaçı tərəfindən təşəbbüs də göstərilməmiş, bununla bağlı aidiyyəti şəxslərə rəsmi müraciət də edilməmişdir. Belə ki, “X14 Razılaşma”nın 6-cı bəndinə əsasən Birgə Müəssisənin işinin icrası üçün İnzibati Komitənin üzvlərinin yığıncaqları ağlabatan bildiriş ilə lazım olan və arzu edilən hallarda komitənin bir üzvü və ya hər hansı bir Birgə Müəssisə tərəfindən çağırıla bilər. İddiaçı Şirkəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Hökuməti ilə X10 birgə maliyyələşdirdiyi "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması" Layihəsi beynəlxalq müsabiqəli tenderə çıxarılmış və bu tenderdə birgə iştirak məqsədilə "Alke inşaat Sanayi ve Ticaret və A.Ş." "xxxx" MMC və “Kirs"xxxx"X9" imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə yuxarıda göstərilən Layihənin icrası ilə əlagədar sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağlanacaq müqavilədə nəzərdə tutulmuş işlərin birgə icrası məqsədilə "Alke - İnşaatçı&Neftchi - Kirs" birgə müəssisəsi adı altında fəaliyyət göstərəcək müştərək müəssisə təsis edilmiş və tərəflərin hər birinin xalis qazanc, mənfəət, habelə zərər və öhdəliklərdə pay nisbəti "Alke inşaat Sənaye ve Ticaret A.Ş" üçün 40%, "xxxx" MMC üçün 30% və "xxxx" Firması üçün 30% müəyyən edilmişdir. X9nin 3-cü bəndinə görə layihənin icrası ilə əlaqədar işlərin yerinə yetirilməsi ilə bağlı bütün məsələlərin və sualların həllini asanlaşdırmaq üçün inzibati komitənin yaradılması və tərəflərin hər birinin öz səlahiyyətli nümayəndələrinin həmin komitəyə təyin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda müqavilənin 29 və 30cu bəndlərinə əsasən "xxxx" MMC-nın direktoru Faiq Zeynalov həmin birgə müəssisənin adından bütün sənədləri imzalamaq üçün səlahiyyətli nümayəndə kimi təyin olunmuş və bütün ödənişlərin birgə müəssisənin səlahiyyətli nümayəndəsi "xxxx" MMC-nin bank hesabı vasitəsilə həyata keçiriləcəyinə dair razılıq əldə olunmuşdur. Layihə çərçivəsində keçirilmiş tenderdə qalib gəlmiş "Alke - İnşaatçı&Neftchi - Kirs" birgə müəssisəsi ilə sifarişçi "xxxx" Açıq Sahmdar Cəmiyyəti arasında 07 iyul 2017-ci il tarixdə "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə" dair 1********.78 manat dəyərində podrat müqaviləsi bağlanmışdır. Tərəflərin 05 iyul 2019-cu il tarixdə imzaladığı “Müqaviləyə Düzəliş”ə əsasən podrat müqaviləsinin dəyəri artırılaraq ********* manat məbləğ təşkil etmişdir. “Alke inşaat Sanayi ve Ticaret və A.Ş.”nin bu sahədə peşəkarlığının, təcrübəsinin, idarəetmə səriştəsinin, etibarlığının və işgüzar nüfuzunun yüksək səviyyədə olması səbəbindən beynəlxalq müsabiqəli tenderdə qalib gəlmək mümkün olmuşdur. “Alke inşaat Sanayi ve Ticaret A.Ş.” ilə birgə müəssisə yaratmadan və onun adından, işgüzar nüfuzundan istifadə etmədən cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh1 Firmasının bu cür beynəlxalq müsabiqəli tenderdə qalib gəlməsi qeyrimümkün olacaqdı. Birgə müəssisənin üzviləri razılaşdırmışlar ki, bu müəssisənin rəhbəri layihənin gedişatı və icraçı ilə əlaqədar bütün əhəmiyyətli və mühüm hallar barədə hər 3 tərəfi rəsmi qaydada məlumatlandıracaqdır. Eyni zamanda şifahi razılaşma əldə olunmuşdur ki, baş partnyor (ən çox pay sahibi olan (40%) şirkət ana partnyor sayılır. “X22 ve Ticaret A.Ş.”nin aktiv fəaliyyəti olmayacaq və yalnız hər hansı işlərin icra edilməsi zərurəti yaranarsa, birgə müəssisə tərəfindən şirkətə rəsmi şəkildə məlumat veriləcəkdir. Habelə işlərin yerinə yetirilməsi müddətində razılaşmalar olmuşdur ki, “Alke İnşaat Sanayi ve Ticaret A.Ş.”nin iş görməsinə ehtiyac yoxdur və kömək lazım olarsa, bildiriləcəkdir. Birgə müassisəsinin rəhbəri seçilən "xxxx" MMC-nin direktoru Faiq Zeynalov "Alke İnşaat Sanayi ve Ticaret A.Ş."nə və sifarişçi təşkilat "xxxx" ASC-yə məlumat vermədən, həmçinin razılıq alınmadan birgə müəssisənin hər hansı üzvünün işlərin icrasından kənarlaşdırma hüququ yoxdur. Sifarişçi təşkilat bunu hər üç təşkilatla birlikdə müzakirə etdikdən sonra, əsaslı və rəsmi şəkildə kənarlaşdırmaya gedə bilər ki, bu halda da, maraqlı tərəfin zamanında məhkəməyə müraciət etmək hüququ pozulmaz. Lakin, Faiq Zeynalov heç bir tərəfə məlumat vermədən, birtərəfli qaydada müqavilə şərtlərini pozaraq “Alke İnşaat Sanayi ve Ticaret A.Ş."ni işlərin yerinə yetirilməsindən məhrum etməyə və şirkətə ödəniləcək pul məbləğini mənimsəməyə cəhd etmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, "Alke İnşaat Sanayi və Ticaret A.Ş." hər hansı bir fəaliyyət göstərmədiyindən, "xxxx" MMC və "xxxx" Firması 3 subpodratçı təşkilatı işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Əvvəla, bu subpodratçı təşkilatlar tikintinin başa çatdığı son dövrlərdə işə cəlb olunmuş, ikincisi onlara ödənilmiş pul məbləği "X22 ve Ticaret A.Ş."yə ödəniləcək məbləğin cüzi bir hissəsini təşkil etmişdir. Bu göstərilənlər isə birgə müəssisədə əldə edilən mənfəətin azaldılması, vergi ödəmələrindən yayınma və digər cinayətlərin törədilməsinə əəsaslı şübhə yaradır. Misal olaraq, "Simmetriya" şirkətini göstərmək olar ki, bu şirkətin çox az sayda işçisi vardır. Tikintisi başa çatmış obyektin istismara hazırlığının yoxlanılması, podratçı təskilatından təhvíl götürülməsi və qəbul komissiyasına təqdim edilməsi üçün işçi kommisiyasının 01 iyun 2020-ci il tarixli aktı və tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 11 iyun 2020-ci il tarixli aktında birgə müəssisənin üzvləri olan digər iki təşkilatla yanaşı "Alke İnşaat Sanayi ve Ticaret A.Ş."nin də rəsmi nümayəndəsinin adı və soyadı göstərilmişdir. Lakin mövcud mübahisə ilə əlaqədar olaraq şirkətin nümayəndasi həmin aktlara imza etməmiş və möhür vurmamışdır. Bu aktlarla bir daha təsdiq olunur ki, birgə müəssisənin rəhbəri Faiq Zeynalov özü "Alke İnşaat Sanayi ve Ticaret A.Ş."nin işin icraçılarından biri olduğunu və təhvil-təslim olduğu dövrdə belə işdən kənarlaşdırılmadığını qəbul etmişdir. Onu da geyd etmək zəruridir ki, adıçəkilən tikinti müqaviləsinin müddəti bitdikdə, bununla bağlı olan ana müqavilənin tərkib hissəsi - birgə müəssisə sazişi də öz etibarlılığını bitirmişdir. Odur ki, birgə müəssisə sazişi hər üç təşkilat tərəfindən yenidən imzalanaraq qüvvəyə minməli və bundan sonra "xxxx" ASC imzalanmış birgə müəssisə sazişinin bir nüsxəsini təhvil alaraq etibarlılıq müddətinin olduğunu aydınlaşdırdıqdan sonra, tikinti müqaviləsinə düzəliş edilməli idi. Lakin nə "xxxx" ASC tərəfindən, nə də digər iki müəssisə tərəfindən qeyd olunanlara əməl edilmədən, işin icrasının davam etdirilməsinə dair yeni müqavilə bağlanmışdır. Beləliklə də, tərəflərin imzaladığı "X9"nin şərtlərinə müvafiq olaraq, müqavilənin digər iştirakçıları ilə bərabər "Alke inşaat Sanayi və Ticarət A.Ş."də birgə müəssisənin fəaliyyəti nəticəsində əldə olunmuş xalis qazanc və mənfəətdən öz payına uyğun ödənişi tələb etmək hüququna malikdir. Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi "Layihəsinin icrası ilə əlaqədar "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətin (126 049 016 x 15%=18 907 352.4 manat) "Alke inşaat Sanayi ve Ticaret A.Ş."nin 40% payına uyğun hissəsi 7 562 940.97 manat təşkil edir. Cavabeh "xxxx" Firması iddiaçının apellyasiya şikayətinə qarşı Etiraz verərək, iddianın təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, tenderdə iştirak etmək üçün "Alke-İnşatçı Nieftçi- Kirs" müştərək müəssisəsinin yaradılması barədə 02 sentyabr 2016-cı il tarixli “Niyyət məktubu”nun birinci bəndinə əsasən müqavilənin verilməsi halında, ortaq bir təşkilat kimi ortaq bir müəssisə halında (birgə müəssisə) ortaq şəkildə öhdəlik götürürlər və nisbi işləri ayrı-ayrılıqda yerinə yetirir və imzalanacaq müqaviləni icra edirlər. Həmçinin 20 iyun 2017ci il tarixli "X14" razılaşmanın preambulasında qeyd olunur ki, tərəflər digər məqsədlər istisna olmaqla, yalnız yuxarıda qeyd edilən tikinti layihəsinin icrası və tamalanması məqsədilə özlərini Birgə Müəssisələr kimi təqdim edir. Aydın şəkildə ifadə olunur ki, bu razılaşma yalnız layihənin tikintisinin tamalanması üçün lazım olan işlərin, xidmətlərin, materialların, avadanlığın və ləvazimatların icrası və həyata keçirilməsinə xidmət edir. Həmin razılaşmanın 2-ci bəndinə əsasən tərəflər növbəti cümlədə adının qarşısında qeyd edilən faizə mütənasib lazım olan bütün dövriyyə kapitalını ödəyir və xalis mənfəət və gəlirlərdə iştirak edir və itki və öhdəlikləri paylaşır. Əlavə olaraq, tərəflərin burada və müqavilədəki maraqları, müqavilənin icrası ilə əlaqədar əldə edilən əmlak və avadanlıqlara münasibətdə və müqavilənin icrası ilə əlaqədar əldə edilən vəsaitlərə və müqavilə ilə əlaqədar tərəflərin bir-biri qarşısında öhdəliklərinə və müqavilə ilə əlaqədar bütün öhdəliklər, xərclər və məsrəflərə münasibətdə maraqları aşağıdakı nisbətdədir; "Alke İnşaat Sanayi və Ticaret Anonoim Şirkəti" aparıcı tərəfdaş üçün 40%, "xxxx"MMC üçün 30% və "xxxx" Firması üçün 30% . Qeyd olunanlara əsasən bildirirəm ki, "Alke - İnşatçı Nieftçi - Kirs" müştərək müəssisəsinin yaradılması barədə 02 sentyabr 2016-cı il tarixli “Niyyət məktubu”nun birinci bəndində tərflərin birgə müəssisə kimi üzərlərinə götürdükləri öhdəliyə əsasən nisbi işləri ayrı-ayrılıqda yerinə yetirir və imzalanacaq müqaviləni yerinə yetirirlər. Bununla da, "xxxx" Şirkətinin öhdəliyi həmin layihə üzrə 40% nisbətdə işlərin onların tərəfindən icra edilməsindən ibarət olmuşdur. Həmçinin 20 iyun 2017-ci il tarixli "X14" razılaşmanın 2-ci bəndində müqavilənin icrası ilə əlaqədar əldə edilən vəsaitlərə də "Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti"nin 40% nisbətdə payının olması razılaşdırılmışdır. Müqavilənin icrası ilə əlaqədar əldə edilən vəsait isə həmin layihənin icra edilməsi üçün ********* manat həcmində müəyyən edilmiş vəsait nəzərdə tutulmuş və işlərin icrasını həyata keçirəcəyi təqdirdə, həmin məbləğin 40% hissəsi "Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti"nə ödənilməli idi. Bu halı birinci instansiya məhkəməsində "Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti"nin nümayəndəsi təsdiq etmiş və məhkəmədə izahat verərək müqaviləyə əsasən görülməli işlərin 40%-nin onlara aid olduğunu, lakin birgə müəssisənin fəaliyyətində iştirak etmədiklərini, bağlanmış müqavilə üzrə "Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti" tərəfindən heç bir iş görülmədiyini bildirmişdir. Qeyd olunanlara əsasən "xxxx" şirkəti 02 sentyabr 2016-cı il tarixli "Niyyət məktubu"nun birinci bəndində və 20 iyun 2017-ci il tarixli "Birgə müəssisə haqqnda" razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək, layihə üzrə işlərin 40% hissəsini yerinə yetirdikdə, həmin nisbətdə işlərin görülməsi üçün müqavilənin icrası ilə əlaqədar ayrılmış vəsaitin, yəni ********* manat məbləğin 40%-ni əldə etdikdən, xərcləri və məsrəfləri, vergiləri, o cümlədən ƏDV məbləğini ödədikdən sonra layihə üzrə işlərin tamamlanmasından sonra 40% nisbətdə mənfəəti tələb etmək hüququ yaranmış olardı. Lakin "Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti" 20 iyun 2017-ci il tarixli "X14" razılaşmanın şərtlərinə uyğun olaraq layihə üzrə işlərin icra edilməsi və tamamlanmasında nə birgə müəssisə tərəfləri ilə birlikdə, nə də ayrılıqda iştirak etmişdir. Beləliklə, "Alke-İnşaatçıNeftchi-Kirs" müştərək müəssisənin yaradılması barədə 02 sentyabr 2016-cı il tarixli “Niyyət məktubu”nda, eləcə də 20 iyun 2017-ci il tarixli "X14" razılaşmanın heç-bir bəndində "xxxx" şirkətinin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan 40% nisbətdə mənfəət əldə etməsi öz əksini tapmamış və 20 iyun 2017-ci il tarixli X14 razılaşmanın heç bir bəndi bu mənadə hüquqi anlamı özündə ehtiva etmir. Əksinə, "xxxx" şirkətinin apellyasiya şikayətində birmənalı olaraq qeyd edilmişdir ki, "Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti"nin aktiv fəaliyyəti olmayacaq və yalnız hər hansı işlərin icra edilməsi zərurəti yaranarsa, birgə müəssisə tərəfindən şirkətə rəsmi şəkildə məlumat veriləcəkdir. Əgər 20 iyun 2017-ci il tarixli "X14"xxxx"Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti"nin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan 40% nisbətdə mənfəət əldə etməsi öz əksini tapmış olsaydı, o zaman iddiaçı tərəf apellyasiya şikayətində bu məsələdə şifahi razılaşmanın olmasını qeyd etməyərək, birbaşa olaraq həmin razılaşmanın hər hansı bir bəndinə istinad etmiş olardı. Həmçinin qeyd olunur ki, "Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti"nin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan 40% nisbətdə mənfəət əldə edəcəyinə dair "xxxx" Firması ilə iddiaçı arasında hər hansı bir şifahi razılaşma (iddiaçı ilə "xxxx"MMC arasında belə bir şifahi razılaşmanın mövcud olub-olmamasından məlumatımız yoxdur) olmamışdır. Tərəflər arasında bağlanmış 20 iyun 2017-ci il tarixli "X14" razılaşmanın 19 və 20-ci bndlərinə əsasən "xxxx" MMC-nin direktoru Faiq X5 adından bütün sənədləri imzalamaq üçün sələhiyyətləndirilmiş, təmsilçi olaraq təyin edilmişdir. Bütün ödənişlər birgə müəssisənin səlahiyyətlənlirilmiş təmsilçisi "xxxx" MMC-nin bank hesabına edilir. Həmin razılaşmanın qeyd olunan bəndlərinə əsasən "xxxx" şirkəti ilə "xxxx" Firması "xxxx"MMC-yə münasibətdə eyni hüquqlu subyektlərdir. Lakin "xxxx" Firması razılaşmanın şərtlərinə uyğun olaraq layihənin icrasını birbaşa həyata keçirmiş, layihə üzrə ona həvalə olunmuş işləri tamamlamış və müqavilənin icrası ilə əlaqədar nəzərdə tutulmuş vəsaitdən görülmüş işlərə nisbətdə pul məbləği "xxxx" MMC tərəfindən "xxxx"Firmasına ödənilmiş və həmin vəsait hesabına vergilərin və digər ödənişlərin edilməsi, eləcə də xərclərin ödənilməsi təmin edilmişdir. Əgər "Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti" layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan 40% nisbətdə mənfəət əldə edəcəyinə dair birgə müəssisənin səlahiyyətləndirilmiş təmsilçisi "xxxx"MMC ilə iddiaçı arasında hər hansı bir şifahi razılaşma mövcuddursa, o zaman iddia tələbi yalnız "xxxx" MMC-nə qarşı yönəldilməlidir. Həmçinin qeyd olunur ki, layihənin icrası ilə əlaqədar ümumi xalis mənfəətin və qazancın ********.4 manat təşkil etməsinə dair iddiaçı tərəfin gətirdiyi dəlil (layihə qiymətinin 15% nibətində mənfəət) tamamilə formala mülahizələrə əsaslanır. Eləcə də, "xxxx"Firmasının məhz həmin layihənin tamamlanmasından sonra hansı məbləğdə mənfəət əldə etməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. X16 səlahiyyətləndirilmiş təmsilçisi "xxxx" MMC tərəfindən həmin layihənin icrasının başa çatmasından sonra ********.4 manat məbləğdə mənfəət əldə edilmişdrsə, o zaman həmin məbləğin 30% hissəsi də "xxxx" Firmasına ödənilməlidir. Əlavə olaraq, birgə müəssisə vergi orqanında qeydiyyatdan keçmədiyi üçün və "Alke-İnşaatçı Neftchi-Kirs" müştərək müəssisəsi adında vergi ödəyicisi olmadığına görə "xxxx" MMC tərəfindən verilmiş vergi bəyannamələri birgə müəssiənin deyil, sırf həmin cəmiyyətin özünün fəaliyyəti ilə bağlı olmuş və bəyannamədə göstərilən məlumatların "xxxx" firmasına heç bir aidiyyəti yoxdur. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli 2-2(106)-117/2021 saylı qərardadı ilə iddiaçının cavabdehlərə qarşı “müqavilədən irəli gələn öhdəliklərin icrası" tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh "xxxx" MMC-yə aid hissədə iddiasından imtinası qəbul edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 2021-ci il 28 yanvar tarixli e-2-2(121)-85/2021 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-yə aid hissədə ləğv edilmiş, həmin hissədə işin icraatına xitam verilmişdir (sədrlik edən hakim T.Kərimov, hakimlər T.Heydərov və İ.Əhmədov). Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli 2-2(106)-117/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Firmasından 3.408.613,6 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddiaçının cavabdeh "xxxx" MMC-yə qarşı tələbindən imtina etməsi əsası ilə işin icraatına həmin hissədə xitam verilmişdir (sədrlik edən hakim – T.Kərimov, hakimlər – T.Heydərov və İ.Əhmədov). Adıçəkilən qətnamədə göstərilmişdir ki, Birgə Müəssisənin subyektlərindən olan "xxxx" MMC iddiaçı ilə qarşılıqlı razılığa gəlmiş, əvəzsiz olaraq 1.500.000 manat dəyərində tikinti işləri görmüş və iddiaçı ona qarşı olan tələbindən imtina etmişdir. Cavabdeh1 Firması isə iddiaçı tərəfindən layihənin icrası çərçivəsində birgə müəssisənin fəaliyyətində iştirakının olmadığını, bağlanmış müqavilə üzrə heç bir iş görmədiyini, iddiaçının layihənin icrasında aktiv tərəfdaş olaraq 40% vəsaiti qəbul edərək, qəbul etmiş olduğu vəsaitə münasibətdə işlər gördüyü halda, layihə üzrə işlərin tamamlanmasından sonra 40% nisbətində mənfəəti tələb etmək hüququnun yaranmış olacağını bildirir. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan mövqeyi ilə razılaşaraq, iddiaçının layihə üzrə işlərin icrasında iştirak etməməsi qənaətinə gəlib, mənfəətdə pay bölgüsünə dair tələbinin əsassız olduğunu qeyd etmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. X6 yaradılması barədə razılaşma bağlayarkən yalnız “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası və tamamlanması məqsədini, həmin işlərin görülməsindən razılaşdırılmış faiz nisbətlərində mənfəətin götürülməsini güdmüşlər. Layihənin tamamlanmasından sonra, müqavilənin icrası ilə əlaqədar ortaya çıxan xərc və öhdəliklərin, habelə qəbul edilən öhdəliklərin, ağlabatan şəkildə proqnozlaşdırılan və ya müqavilə ilə əlaqədar sığorta tərəfindən qarşılanmayan zəmanət və şərtlər ilə əlaqədar belə ehtiyatların icrasından sonra və dövriyyə kapitalı kimi birgə müəssisəyə verilən məbləğlərin əvəzlənməsindən sonra, bundan sonra ehtiyatlar və proqnozlaşdırılmayan məbləğlər daxil olmaqla, Birgə Müəssisənin qalan vəsaitləri yuxarıda qeyd edilən nisbətdə tərəflər arasında bölüşdürülür. Müqavilənin heç bir bəndində belə bir müddəa yer almamışdır ki, tərəflərdən hər hansı birinin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan, razılaşdırılmış faiz nisbətində mənfəət əldə etməsi yolverilməzdir. İstənilən halda, layihə çərçivəsində podratçı olaraq tərəflərin yaratdıqları Birgə Müəssisə çıxış etmiş, bütün işlər sifarişçi ilə podratçı olan Birgə Müəssisənin adından çıxış etmək üçün yaradılmış İnzibati Komitə, səlahiyyətləndirilmiş şəxs kimi "xxxx" MMC-nin direktoru Faiq Zeynalov arasında, "xxxx" MMC-nin bank hesabları üzərindən baş tutmuşdur. Layihənin icrası zamanı tərəflərdən hər hansı biri digərinə, cavabdehlər tərəfindən iddiaçıya işlərin görülməsində aktiv şəkildə iştirak etməməsi səbəbindən, mənfəətdən pay bölgüsündən məhrum ediləcəyinə dair pretenziya verilməmiş, sonuncu layihənin icrasından iştirakçı olaraq kənarlaşdırılmamışdır. Layihənin tam şəkildə icrası və dövlət komissiyasına təhvili də, məhz iddiaçının Türkiyədən dəvət etmiş olduğu, layihə rəhbəri təyin olunmuş İbrahim Öztelli adlı mütəxəsisin görmüş olduğu tamamlama işlərindən sonra mümkün olmuşdur. “X14 Razılaşma”nın bağlanmasının əsas məqsədi "xxxx" ASC tərəfindən verilən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası və tamamlanması işlərinin görülməsi, razılaşma ilə müəyyən olunun faizlər nisbətində mənfəətin əldə edilməsi olmuşdur. Layihə Birgə Müəssisə tərəfindən icra edilmiş, layihənin icrasından götürülən mənfəətdə iddiaçı pay bölgüsündən kənarda qalmışdır. Sonrakı mərhələdə cavabdehlərdən "xxxx" MMC iddiaçı ilə mənfəətdə pay bölgüsündə razılığa gəlmiş və payına düşən hissənin müqabilində razılaşdırılmış məbləğdə iddiaçı qarşısında əvəzsiz olaraq tikinti işləri yerinə yetirmişdir. Digər cavabdeh "xxxx" Firması iddiaçının işlərin görülməsində aktiv iştirak etmədiyini bildirərək, əldə etdiyi mənfəətdən iddiaçının payını verməkdən imtina etmişdir. Cavabdeh "xxxx" Firmasının qeyd olunan əsasla əldə etdiyi mənfəətdən iddiaçının payını verməkdən imtinası əsaslı hesab oluna bilməz. Layihə üzrə yerinə yetirilməli olan işlərin həcmi 126.049.016 manat təşkil etmiş, həmin məbləğin aşağısı 15%-nin mənfəət təşkil etməsi əsas götürülməklə, layihə üzrə Birgə Müəssisənin mənfəəti 18.907.352,4 manat müəyyən olunur. İddiaçının layihə üzrə mənfəətdə müəyyən olunan 40% payına uyğun hissəsi 7.562.940.97 manat məbləğ təşkil edir ki, həmin məbləği layihəni icra etmiş digər iştirakçılar bərabər surətdə qarşılamalıdırlar. Lakin iş materiallarında olan "xxxx" Birgə Müəssisənin layihə rəhbəri İbrahim Öztelli, "xxxx" Firmasının direktoru Kərim Məmmədov, "xxxx" MMC-nin direktoru F.Zeynalov tərəfindən 27 yanvar 2020-ci il tarixində tərtib olunaraq təsdiq edilmiş Aktdan görünür ki, "Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi" layihəsi üzrə "xxxx" ASC ilə bağlanmış 5/619-1 nömrəli 07 iyul 2017-ci il tarixli müqavilənin icrasını Cavabdeh1 Firması və "xxxx" MMC birgə yerinə yetirmiş və həmin müqavilə üzrə görülmüş iş həcmləri aşağıdakı qayda üzrə bölünmüşdür; ümumi məbləğ 126.049.016 AZN (ƏDV daxil), Cavabdeh1 Firması 56.810.230 AZN, "xxxx" MMC 69.238.786 AZN. Məhkəmə hesab etmişdir ki, nə qədər ki, iddiaçıya qarşı olan tələbindən imtina etmişdir və Cavabdeh1 Firmasından layihənin icrası çərçivəsində əldə etdiyi mənfəətdən müqavilə ilə müəyyən olunan payını tələb edir, tələbə də, həmin hissədə qiymət verilməlidir. Cavabdeh1 Firmasının layihənin icrası çərçivəsində almış olduğu 56.810.230 manat məbləğdən götürülən 15% mənfəətdən (56810230x15%=8521534.5; 8521534.5x40%=3408613.6) iddiaçının payına düşən 40% hissə 3.408.613,6 manata bərabər olur. Cavabdeh1 Firması tərəfindən qətnamədən kassasiya şikayəti verilərək, onun ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2022-ci il tarixli 2-2(102)-187/2022 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli 2-2(106)-117/2021 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (sədrlik edən hakim İ.Nağıyev, hakimlər – B.Qəribov və B.Məmmədli). Həmin Qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 Firmasına münasibətdə iddia tələbini əsaslı hesab edərkən iki hala istinad etmişdir: 1) Razılaşmanın heç bir bəndində belə bir müddəa yer almamışdır ki, tərəflərdən hər hansı birinin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan, razılaşdırılmış faiz nisbətində mənfəət əldə etməsi yolverilməzdir; 2) Layihənin tam şəkildə icrası və dövlət komissiyasına təhvili iddiaçının Türkiyədən dəvət etmiş olduğu, layihə rəhbəri təyin olmuş İbrahim Öztelli adlı mütəxəssisin görmüş olduğu tamamlama işlərindən sonra mümkün olmuşdur. Məhkəmə kollegiyası birinci hal ilə bağlı kassatorun dəlili ilə razılaşaraq qeyd etmişdir ki, işin mübahisə edilməyən hallarından müəyyən olunmuşdur ki, tərəflər arasında “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin tikintisi üçün Birgə Müəssisənin yaradılması məqsədilə 2017ci il 20 iyun tarixli “X14 Razılaşma” imzalanmışdır. Həmin Razılaşmanın 2-ci bəndinə əsasən tərəflərdən hər birinin Birgə Müəsisədə bölünməz maraqları var və tərəflər növbəti cümlədə adının qarşısında qeyd edilən faizə mütənasib lazım olan bütün dövriyyə kapitalını ödəyir və xalis mənfəət və gəlirlərdə iştirak edir, itki və öhdəlikləri paylaşır. Əlavə olaraq, tərəflərin burada və müqavilədəki maraqları, müqavilənin icrası ilə əlaqədar əldə edilən əmlak və avadanlıqlara münasibətdə və müqavilənin icrası ilə əlaqədar əldə edilən vəsaitlərə və müqavilə ilə əlaqədar bütün öhdəlikləri, xərclər və məsrəflərə münasibətdə maraqları aşağıdakı nisbətdir: "xxxx" (Türkiyə) Birgə Müəssisə aparıcı tərəfdaş üçün 40%, "xxxx" MMC (Azərbaycan) 30% və Cavabdeh1 Firması 30%. Mülki qanunvericiliyə görə kreditorun yalnız birdəfəlik icrasının tələb etmək hüququna malik olduğu öhdəliyin icrası bir neçə şəxsə həvalə edildikdə və onlardan hər biri öhdəliyin icrasında iştirak etməyə borclu olduqda onlar birgə borclular, belə öhdəliklər isə birgə öhdəliklər hesab olunur. Birgə öhdəliyi birgə borclular öz ödəniş paylarına mütənasib surətdə icra edirlər. Birgə borcluların payları qanunla, müqavilə ilə müəyyənləşdirilir. Birgə öhdəlikdən götürülmüş fayda birgə borcluların paylarına müvafiq olaraq onların hamısına mənsubdur. İstinad olunan normaların analogiya üzrə tətbiqi belə qənaətə gəlməyə əsas vermişdir ki, hazırki mübahisə üzrə tərəflərin müqavilə ilə sözügedən Razılaşma əsasında payları dəqiq müəyyən edilməklə “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin tikintisinin icrasının birgə həyata keçirilməsinə dair razılıq əldə edilmiş və ortaq öhdəlik götürülmüşdür. Məhkəmə Razılaşmada tərəflərdən hər hansı birinin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan, razılaşdırılmış faiz nisbətində mənfəətin əldə etməsinin yolverilməz olduğu barədə heç bir müddəanın olmamasına istinad etmişdir. Lakin həmin istinad 20 iyun 2017-ci il tarixli Razılaşmanın 2-ci bəndi ilə uyğunluq təşkil etmir. Belə ki, həmin bənddə müqavilənin icrası ilə əlaqədar tərəflərin bir-biri qarşısında öhdəlikləri və müqavilə ilə əlaqədar bütün öhdəliklər, xərclər və məsrəflərə münasibətdə maraqlarının nisbəti müəyyən edilmişdir. Başqa sözlə, iddiaçının yalnız əldə edilmiş gəlirə münasibətdə deyil, öhdəliyi, xərclərə və məsrəflərə münasibətdə iştirakı da 40% həcmində müəyyən edilmişdir. Tərəflər arasında əldə olunmuş razılıqda konkret şəkildə müəyyən edilmişdir ki, müqavilənin iştirakçıları onun icrası zamanı müəyyən edilmiş faiz nisbətində məsuliyyət daşıyırlar. Tərəflər qeyd edilən faizə mütənasib lazım olan bütün dövriyyə kapitalını ödəyir, xalis mənfəət və gəlirlərdə iştirak edir, itki və öhdəlikləri paylaşırlar. Beləliklə, Razılaşmanın iştirakçıları tərəfindən müəyyən edilmiş faizlərə mütənasib olaraq razılıq əldə edilmişdir; - bütün dövriyyə kapitalının ödənilməsinə dair; - itki və öhdəliklərin paylaşılmalı olmasına dair; xalis mənfəət və gəlirlərdə iştirak edilməsinə dair Razılaşmanın sonrakı bəndləri İnzibati Komitənin təsis edilməsi və onun fəaliyyət qaydasını tənzimləyir. 3-cü bənddə imperativ qaydada hər bir tərəfi təmsil edən və onun adından iştirak etmək səlahiyyəti verilmiş şəxslər və onların əvəzedicilərinin adları qeyd olunmuşdur. İddiaçının adından onun müvəkkili qismində “X23”, əvəzedicisi qismində “Nümayəndə1” təyin edilmişdir. 5-ci bəndə görə İnzibati Komitənin üzvlərinin müvəqqəti olaraq normal fəaliyyəti mümkün olmadıqda və ya fəaliyyət göstərə bilmədikdə, adları qeyd edilən əvəzedicilər həmin üzv üçün sözügedən müddətdə fəaliyyət göstərməlidir. İnzibati Komitənin üzvlərinin biri vəfat edirsə və ya tamamilə fəaliyyət qabiliyyətini itirərsə, onu təyin edən Birgə Müəssisə tərəfindən bu üzv üçün davamçı təyin edilir. Davamçı təyin edilənə qədər vəfat edən və ya fəaliyyət qabiliyyətini itirən üzv üçün əvəzedici həmin üzvün yerinə fəaliyyət göstərməlidir. Əvəzedici qismində fəaliyyət göstərən şəxsin müvəqqəti olaraq normal fəaliyyəti mümkün olmadıqda və ya fəaliyyət göstərə bilmədikdə, vəfat etdikdə və ya fəaliyyət qabiliyyətini tamamilə itirdikdə və ya ümumiyyətlə, əvəzedici mövcud olmadıqda, həmin əvəzedicini təyin edən Birgə Müəssisə onun yerinə müvəqqəti və ya daimi əvəzedici təyin etməlidir. Tərəflər bu razılaşma çərçivəsində əvvəlcədən təyin edilən müvəkkil və ya əvəzedicilərinin hərəkət və qərarlarına görə öz idarə heyəti tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş müvafiq əməkdaşlarının səlahiyyətlərində verilən qərarlar və ya atılan addımlar kimi məsuliyyət daşıyır. Həmçinin Razılaşmanın 4-cü bəndində göstərilmişdir ki, bu razılaşma ilə əlaqədar ortaya çıxan hər hansı iddia və ya münaqişə ilə əlaqədar bütün məsələlər yekdil səsvermə tələb edir və belə qərarlar yekun olub, hər bir Birgə Müəssisə tərəfindən belə hərəkət və qərarlar təsdiq edilir, müəssisə üzərində məcburi öhdəlik yaradır. Göründüyü kimi, Razılaşmada hər üç tərəfin müqavilənin icrası ilə əlaqədar bütün məsələlərin və proseslərin idarəsini asanlaşdırmaq məqsədilə yaradılacaq İnzibati Komitədə “müvəkkil - əvəzedici - davamçı”nın daimi təmsilçiliyi qaydasında iştirakları nəzərdə tutulmuşdur. Bundan əlavə, Razılaşmanın iştirakçıları Birgə Müəssisə tərəfindən təsdiq edilən hər bir hərəkət və qərarların onlar tərəfindən sadə səs çoxluğu ilə deyil, yalnız “yekdilliklə” qəbul edilməsi ilə bağlı razılığa gəlmişlər. Bu isə iddiaçının “müqavilənin imzalandığı və İnzibati Komitənin yarandığı tarixdən keçən dövr ərzində həmin Komitənin iclasının keçirilməməsi və iddiaçının nümayəndəsinin İnzibati Komitənin fəaliyyətində iştirakının müqavilənin digər iştirakçıları olan cavabdehlər tərəfindən təmin edilməməsi” ilə bağlı dəlilinin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə zidd olmaqla, əsassız olduğunu göstərir. Eyni zamanda, müqavilənin qeyd olunan bəndləri apellyasiya instansiyası məhkəməsinin tərəflərdən hər hansı birinin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan, razılaşdırılmış faiz nisbətində mənfəətin əldə edilməsinin yolverilməz olduğu barədə heç bir müddəanın Razılaşmada olmaması ilə bağlı gəldiyi nəticəni də təkzib edir. Bundan əlavə, Razılaşmanın 6-cı bəndinin tələbinə əsasən Birgə Müəssisənin işinin icrası üçün İnzibati Komitənin üzvlərinin yığıncaqları ağlabatan bildiriş ilə lazım olan və arzu edilən hallarda İnzibati Komitənin bir üzvü və ya hər hansı bir Birgə Müəssisə tərəfindən çağırıla bilər. Bu baxımdan, hər bir tərəfin daimi təmsilçiliyinə əsaslanan idarəetmə formasında iddiaçı tərəfin digər iştirakçıları məlumatlandırmaqla müəssisənin yığıncaqlarını çağırmaq səlahiyyəti olmuş, bu məsələdə digər iştirakçılardan heç bir asılılığı olmamışdır. Həmçinin nəzərə alınmışdır ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” Layihəsi ilə bağlı, müqavilənin verilməsi halında Birgə Müəssisənin ortaq şəkildə öhdəlik götürmələri və işləri ayrı-ayrılıqda yerinə yetirmələri, müvafiq müqavilənin icra edilmələrinə dair Razılaşmanın hər üç iştirakçısı tərəfindən imzalanmış niyyət məktubu "xxxx" ASC-yə ünvanlanmışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Birgə Müəssisənin iştirakçısının hər hansı bir aktiv fəaliyyətinin olmasından asılı olmayaraq, müvafiq mənfəətin bölünməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi tərəflərin imzaladığı Razılaşmanın (müqavilənin) şərtlərinə, onun ümumi məzmununa tamamilə zidd olmaqla, mülki qanunvericiliyin öhdəliyin əsasları, müqavilənin bağlandığı andan tərəflər üçün məcburi olması, müqavilənin təfsiri ilə bağlı müddəalarının pozulmasına gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində MM-in 404.1-ci maddəsinə istinad edərkən müqavilədəki söz və ifadələrin hərfi mənası ilə deyil tərəflərin iradə ifadəsinin həqiqi mənasını, müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini hansı formada nəzərə aldığını əsaslandırmamış, yalnız müqavilənin bəndlərini və MM-in maddələrini sadalamaqla kifayətlənmiş, qeyd olunan hallara münasibət bildirib hüquqi qiymət verməmişdir. Bununla da, məhkəmə MM-in 404-cü maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edilməsini zəruri hesab etmişdir ki, apellyasiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən, Razılaşmanın 9-cu bəndində tərəflərin dövriyyə kapitalı ilə bağlı əldə ediyi razılığı da nəzərə almamış, bununla da, MM-in 386-cı maddəsinin tələbləri pozulmuşdur. Razılaşmanın həmin bəndinə görə tərəflərdən hər hansı biri müqavilənin icrası üçün lazım olan dövriyə kapitalının mütənasib payını təmin etmədikdə və ya vermədikdə, bu zaman qarşı tərəf həmin kəsiri və ya onun br qismini aradan qaldıra bilər. Kəsiri ödəyən tərəf əlavə vəsaitlərə görə sözügedən tərəfdən borc verə biləcəyi nisbətdən yüksək, illik iki faiz məbləğində faiz götürür. Belə artıq vəsaitlər faizi ilə birlikdə Birgə Müəssisənin öhdəliyini icra edə bilməyən üzvünə ödənilmədən öncə sözügedən bank hesabından və ya hesablarından tam şəkildə qaytarılır. Ödənilməli olan faizlər dövriyyə kapitalına öz mütənasib payını ödəyə bilməyən tərəfə çatan məbləğlərdən tutulur. Dövriyə kapitalının formalaşdırılmasının Razılaşmada nəzərdə tutulması onun iştirakçılarının müqavilənin icrasında aktiv şəkildə iştirak etməli olduğunu təsdiq edir. İşgüzar münasibətlərdə dövriyyə kapitalı, müəssisənin maliyyə sabitliyini müəyyənləşdirmək üçün zəruri olan fəaliyyətinin ən vacib göstəricisi olub, şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bilən aktivlərdir. Müəssisənin yaradılması və fəaliyyətə başlanması ilə birgə dövriyyə kapitalı əsasən gündəlik fəaliyyətlər çərçivəsində qarşılaşdıqları xammal, əmək, ümumi idarəetmə xərcləri, enerji, xidmət, vergi, sığorta kimi qısa müddətli xərclərini qarşılamaq üçün istifadə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən Razılaşmanın dövriyyə kapitalına dair 9-cu bəndinin şərtinin yerinə yetirilməməsi işin mübahisəsiz halıdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəsi Razılaşmanın 9-cu bəndinin tələblərinə də uyğun olmamışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi ikinci hal ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, qətnamədə bir tərəfdən iddiaçının aktiv iştirakının tələb olunmadığı göstərilsə də, digər tərəfdən qətnamədə layihənin tam şəkildə icrası və dövlət komissiyasına təhvilinin məhz iddiaçının Türkiyədən dəvət etmiş olduğu, layihə rəhbəri təyin olunmuş İbrahim Öztelli adlı mütəxəssisin görmüş olduğu tamamlama işlərindən sonra mümkün olduğu qeyd olunmuşdur. Apellyasiya məhkəməsinin bu mövqeyi mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı normalarına, həmçinin “Məhkəmə qətnaməsi haqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında müəyyən edilmiş göstərişlərə uyğun olmamışdır. Belə ki, apellyasiya məhkəməsinin mütəxəssis kimi qeyd etdiyi İbrahim Öztelli "xxxx" MMC-nin direktoru F.Zeynalov tərəfindən 25 yanvar 2019-cu il tarixindən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi” üzrə "xxxx" Birgə Müəssisəsinin layihə müdiri vəzifəsinə qəbul edilmişdir. X7 Respublikasından məhz iddiaçı tərəfindən və sözügedən layihə üçün dəvət olunmuş mütəxəssis olmasına dair işin materialında heç bir sənəd mövcud deyildir. Apellyasiya məhkəməsinn hansı sübuta əsasən belə nəticəyə gəlməsi aydın olmamaqla, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 və 77.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. Bundan əlavə, X11 Müəssisəsinin layihə rəhbəri kimi imzaladığı 27 yanvar 2020-ci il tarixli akta əsasən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi" layihəsi üzrə "xxxx" ASC ilə bağlanmış 5/619-1 nömrəli 07 iyul 2017-ci il tarixli müqavilənin icrasını "xxxx" MMC və "xxxx" Firması birgə yerinə yetirmişdir. Həmin aktda müqavilə üzrə işlərin icrasında iddiaçının da iştirakı qeyd olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsində 15 oktyabr 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 izahatında bildirmişdir: “... X9”nin fəaliyyətində iştirak etməmiş və bu müəssisəyə hər hansı bir avans qoymamışıq. Bağlanılmış müqavilə üzrə "xxxx" Şirkəti tərəfindən heç bir iş görülməyib.” Həm iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddiaçı müqavilənin icrasında heç bir fəaliyyətlə məşğul olmadığını, bununla da, hər hansı bir öhdəliyi icra etmədiyini, dövriyyə kapitalının qoyulmasında, çəkilmiş xərclərdə iştirakının olmadığını, başqa sözlə, Razılaşma ilə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini təsdiq etmişdir. İddiaçı yalnız Razılaşmada iştirakçı kimi adının olmasını əsas gətirərək, ümumi xalis qazanc və mənfəətin onun payına uyğun hissəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Halbuki, Razılaşmanın yuxarıda qeyd olunan bəndləri ilə müvafiş işlərin yerinə yetirilməsində belə iştirakçılıq istisna edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini əsaslı hesab edərkən, işin yuxarıda qeyd olunan hallarına, Razılaşmanın şərtlərinə düzgün hüquqi qiymət verməmiş, bununla da MPM-in 88, 106 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin cavabdehin sözügedən Layihə üzrə işlərin yerinə yetirilməsindən əldə edilmiş mənfəətdən iddiaçının payının hesablanması ilə bağlı qənaətinin əsassız olmasına dair kassatorun dəlilini əsaslı hesab etmişdir. Kassasiya şikayətinin dəlilinə görə apellyasiya məhkəməsi Cavabdeh1 Firmasının layihənin icrası çərçivəsində almış olduğu 56.810.230 manat məbləğdən 15% mənfəət götürdüyünə dair nəticəyə gələrək 8.521.534,50 manat məbləğin 40% hissəsinin, yəni 3.408.613,60 manat məbləğin iddiaçının payına düşdüyünə dair səhv nəticəyə gəlmişdir. Çünki, məhkəmə həmin layihənin icrasının başa çatması nəticəsində Cavabdeh1 Firmasının 15% mənfəət əldə etməsini heç bir mötəbər sübutla deyil, yalnız iddiaçının formal mülahizələrinə əsaslanmışdır. Qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənfəətin miqdarını mötəbər sübutlara əsaslanmadan, cavabdehin müvafiq layihə üzrə işləri yerinə yetirərkən çəkdiyi xərcləri, vergi və digər məcburi ödənişləri nəzərə almadan, işlərin yerinə yetirilməsi üçün mənfəətin 15% təşkil etməsi ehtimalından çıxış edərək, sadə riyazi hesablama aparmış, bununla da MPM-in sübutların mümkünlüyünə dair 81-ci maddəsinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənlərdən əlavə, Kollegiya qeyd edilməsini zəruri hesab etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə "xxxx" olsa da, iddia ərizəsi həmin Şirkətin Azərbaycan Respublikasındakı filialı tərəfindən qaldırılmışdır. Mülki qanunvericiliyə görə hüquqi şəxs məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Filiallar isə hüquqi şəxs deyildir və hüquqi şəxsin funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Göründüyü kimi, məhkəmə iddiaçı qismində Filial tərəfindən qaldırılmış iddia tələbinə baxılmaqla MPM-in 50.1 və 50.3-cü maddələrinin tələblərini pozmuşdur. Ona görə də, işin yeni apellyasiya baxışı zamanı iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması (və ya əsl olmayan tərəfin əvəz edilməsi) məsələsinə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymət veriməlidir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 iyul 2022-ci il tarixli 2-2(106)-75/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarixli 9/6118 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqi hissəsində göstərilənləri nəzərə alaraq qeyd edilmişdir ki, Azərbaycan höküməti və X10 birgə maliyyələşdirildiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması” üzrə "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında icra edilmiş işlərdən "xxxx" birgə müəssisəsinin əldə etdiyi mənfəətini, qeyd edilən mənfəətin əldə olunması üçün "xxxx" birgə müəssisəsinin çəkilmiş xərclərini mövcud iş materialları ilə müəyyən etmək mümkün deyildir. Lakin qeyd edilmişdir ki, Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 saylı qərarı, yəni Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları nəzərə alındığı halda Azərbaycan höküməti və X10 birgə maliyyələşdirildiyi “Xırdalan şəhərinin su təhcizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması" üzrə "xxxx" ASC ilə bağlanmış müqavilə əsasında icra edilmiş işlərdən "xxxx" birgə müəssisəsinin əldə etdiyi mənfəət bucür müəyyən edilmişdir: M1 - vergi ödəyicinin mənfəəti; G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Yəni 126.049.016,0 manat müqavilə üzrə əldə edilən gəlir (ƏDV ilə) / 1.18 / 100+20 x 20x80% = 14.242.826,66 manat əldə olunan ümumi mənfəət. Qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış X14 Razılaşmanın 2-ci bəndinə əsasən tərəflərdən hər birinin birgə müəssisədə bölünməz maraqları vardır və tərəflər növbəti cümlədə adının qarşısında qeyd edilən faizə mütənasib lazım olan bütün dövriyyə kapitalını ödəyir və xalis mənfəət və gəlirlərlə iştirak edir və itki və öhdəlikləri paylaşır. Əlavə olaraq, tərəflərin burada və müqavilədəki maraqları, müqavilənin icrası ilə əlaqədar əldə edilən əmlak və avadanlıqlara (burada verilənlər olmaqla) münasibətdə və müqavilənin icrası ilə əlaqədar əldə edilən vəsaitlərə və müqavilə ilə əlaqədar bütün öhdəliklər, xərclər və məsrəflərə münasibətdə maraqları aşağıdakı nisbətdədir: "xxxx" Birgə Müəssisə aparıcı tərəfdaş üçün 40%, "xxxx" MMC 30% və Cavabdeh1 firması 30% müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 dekabr 2022-ci il tarixli 2-2(106)-75/2022 saylı qətnaməsi ilə iddiaçı “Alke-İnşaat Sanayi və Ticaret Anonim Şirkəti” tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli e-2-2(121)-85/2021 saylı qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti” "xxxx" MMC və Cavabdeh1 Firması arasında bağlanmış “X9”nə əsasən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” layihəsinin icrası ilə əlaqədar "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətin “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti”nin payına uyğun hissəsi 2.848.565,33 manatın Cavabdeh1 firmasından alınaraq iddiaçı “Alke-İnşaat Sanayi və Ticaret Anonim Şirkəti”nin xeyrinə verilməsi, iş üzrə ekspertiza xərci 100 manatın iddiaçı “Alke-İnşaat Sanayi və Ticaret Anonim Şirkəti”dən və Cavabdeh1 firmasından müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – Z.Zeynalov, hakimlər – Z.Allahyarov və N.Mirzəyev). Həmin qətnamədə göstərilmişdir ki, adıçəkilən Müqavilənin preambulasında qeyd edilmişdir ki, bununla tərəflər tikinti layihəsi çərçivəsində görülməli olan işlərdə və həyata keçirilməli olan xidmətlərdə olan maraqların və bundan əldə etdikləri gəlirlərin və icra prosesində ortaya çıxan itkilərə görə öhdəliklərin yazılı şəkildə razılaşma ilə müəyyən edilməsini istəyirlər və buna görə sözügedən tərəflər digər məqsədlər istisna olmaqla, yalnız yuxarıda qeyd edilən tikinti layihəsinin icrası və tamamlanması məqsədi ilə özlərini Birgə Müəssisələr kimi təqdim etmişdir. Bu razılaşma yalnız layihənin tikintisinin tamamlanması üçün lazım olan işlərin, xidmətlərin, materialların, avadanlığın və ləvazimatların icrası və həyata keçirilməsinə xidmət edir və tərəflər sözügedən tikinti müqaviləsindən başqa müqavilələr üçün öhdəlik götürmək və ya qiymət təklifi vermək üçün daimi bir tərəfdaşlıq razılaşmasına və ya X14 razılaşmaya daxil olmur. Bu razılaşmada əks olunan heç bir fikir, müqavilənin tərəfləri arasında sözügedən tikinti müqaviləsinin şərt və müddəalarına müvafiq olaraq razılaşdırılan əməkdaşlıq xaricində, tərəflərin öz müstəqil mənfəətləri üçün müstəqil işgüzar fəaliyyətlərinin həyata keçirilməsi sahəsində hüquq və səlahiyyətlərinin məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Göründüyü kimi, istər niyyət məktubu, Birgə Müəssisə sazişi, 07 iyul 2017-ci il tarixli 5/619 saylı müqavilə şərtlərinə görə, istərsə də qanunvericiliyin normalarının tələblərinə əsasən hazırkı müqavilənin tərəfi olan şəxslər müqavilə üzrə üzərlərinə düşən öhdəliyi birgə yerinə yetirməlidir. Lakin iddiaçının üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, eləcə də əsas müqavilənin yerinə yetirilməsi və işlərin tamamlanmasında iştirak etməməsi səbəbi ilə hazırkı müqavilə üzrə kompensasiya almaq və hər hansı pul və ya digər ödənişlərin tələb etmək hüququ yaranmamışdır. Qanunvericilik normasının tələbindən də müəyyən olunmuşdur ki, bir tərəfin digər tərəfdən hər hansı ödəniş tələb etməsi üçün onun xeyrinə hər hansı hərəkət etməlidir. İddiaçı müqavilə üzrə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, yəni müqavilənin icrası və işlərin tamamlanması ilə əlaqədar heç bir hərəkət etmədiyi üçün, o cümlədən Cavabdeh1 firmasının xeyrinə ümumiyyətlə hər hansı hərəkət etmədiyi üçün Cavabdeh1 firmasından iddiaçının xeyrinə hər hansı kompensasiya və ya pulun ödənilməsini tələb etmək hüququ yoxdur. Birgə müəssisə sazişinin 6-cı bəndinin tələbinə əsasən “Birgə Müəssisənin işinə dair İnzibati Komitə üzvlərinin iclasları, istər Birgə Müəssisəsi, istərsə də idarə heyətinin hər hansı bir üzvü tərəfindən əsaslı bildiriş olduqda zəruri və ya arzu olunan vaxt və yerə çağırıla bilər. Müqavilə üzrə müəyyən olunmuş layihə işlərinin yekunlaşmasından sonra iddiaçı tərəfindən belə bir müraciətin edilməsi və guya onun hüquqlarının pozulmasının qeyd edilməsi əsassız və qəbul edilməzdir. Məhz bu səbəbdən də, onlarda heç bir işdə iştirak etməyən iddiaçının əsassız varlanmaq istəyinin olması şübhəsini yaratmışdır. Apellyasiya baxışı zamanı iddiaçının Azərbaycan Respublikasındakı filialının direktoru X23 2021-ci il 1 sentyabr tarixində ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən "xxxx" MMC ilə qaldırılmış iddia məbləğinin yarısı məbləği hissədə, yəni 3.781.047,45 manat məbləğlə bağlı razılığın əldə olunduğunu, bununla bağlı iddia tələblərinin "xxxx" MMC-nə qarşı olan hissəsindən imtina etdiklərini bildirərək, həmin hissədə işin icraatına xitam verilməsini xahiş etmişdir. İşdən görünmüşdür ki, ərizə ilə bağlı məhkəmə tərəfindən "xxxx" MMC-nə sorğu verilərək, ilk növbədə iddia tələbini qəbul edib-etməmələrinə münasibət bildirməklə, tələb üzrə iddiaçı ilə aralarında razılığın əldə olunub-olunmamasına, həmin razılıq çərçivəsində üzərinə düşən öhdəliklər və öhdəliklərin icrası barədə rəsmi məlumat verməsi xahiş olunmuşdur. "xxxx" MMC 19 oktyabr 2021-ci il tarixli 24 nömrəli məktubu ilə sorğunu cavablandıraraq bildirmişdir ki, iddiaçının onlara qarşı olan iddiası ilə bağlı razılığa gəlmişlər. Razılıq əsasında "xxxx" MMC tərəfindən iddiaçıya əvəzsiz olaraq 1.500.000 manat dəyərində tikinti işləri görmüşlər. Hazırda iddiaçı ilə aralarında heç-bir mübahisə, iddia və tələb yoxdur. İşdən görünmüşdür ki, işə apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu verilərək, Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə” dair "xxxx" ASC ilə 07 iyul 2017-ci il tarixdə bağlanmış podrat müqaviləsi və sonradan həmin müqaviləyə 05 iyul 2019-cu il tarixdə edilmiş “Müqaviləyə 1 nömrəli düzəliş”ə əsasən müqavilə bağlandığı vaxtdan başlayaraq icrası başa çatdırılan tarixədək illər üzrə ayrıayrılıqda göstərilməklə bəyan etdiyi xalis mənfəətin miqdarı barədə rəsmi məlumat verilməsi xahiş olunmuş və alınan cavabla "xxxx" firmasının təqdim etdiyi mənfəət vergisi bəyannaməsi məlumatlarına əsasən xalis mənfəətinin miqdarı 2017-ci ildə 1.152.974,41 manat, 2018-ci ildə 6.244.091,2 manat, 2019-cu ildə isə 2.149.551,27 manat məbləğ təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, aparılan araşdırmalarla müəyyən edilmişdir ki, mübahisə tərəfləri, yəni iddiaçı və cavabdehlər aralarında yalnız "xxxx" ASC tərəfindən verilən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası və tamamlanması məqsədilə birgə müəssisənin yaradılması barədə 20 iyun 2017-ci il tarixli müqavilə bağlanmışdır. Qeyd olunan layihə "xxxx" Birgə Müəssisəsi adı ilə fəaliyyət göstərən Birgə Müəssisə tərəfindən icra olunmalıdır. Tərəflərdən hər birinin Birgə Müəssisədə bölünməz maraqları var və tərəflərdən iddiaçı Birgə Müəssisənin aparıcı tərəfdaşı olaraq 40%, "xxxx" MMC (Azərbaycan) 30% və Cavabdeh1 firması 30%-ə mütənasib lazım olan bütün dövriyyə kapitalını ödəyir və xalis mənfəət və gəlirlərlə iştirak edir, itki və öhdəlikləri paylaşır. Birgə Müəssisənin işi və onun əmlakı yalnız və müstəsna olaraq tərəflərin müştərək adları və ya "xxxx" Birgə Müəssisəsi adından aparılmalıdır, tərəflərdən biri tərəfindən əlavə vəsaitlərin ödənilməsi, sözügedən bank hesabında və ya bank hesablarında olan avansların tərəflərə geri qaytarılması, mənfəətlərin bölüşdürülməsi, tərəflər arasında yazılı şəkildə razılaşdırılmadan, layihənin tamamlanmasından öncə edilmir. Layihənin tamamlanmasından sonra müqavilənin icrası ilə əlaqədar ortaya çıxan xərc və öhdəliklərin, habelə qəbul edilən öhdəliklərin, ağlabatan şəkildə proqnozlaşdırılan və ya müqavilə ilə əlaqədar sığorta tərəfindən qarşılanmayan zəmanət və şərtlər ilə əlaqədar belə ehtiyatların icrasından sonra və dövriyyə kapitalı kimi birgə müəssisəyə verilən məbləğlərin əvəzlənməsindən sonra, bundan sonra ehtiyatlar və proqnozlaşdırılmayan məbləğlər daxil olmaqla, birgə müəssisənin qalan vəsaitləri müqaviləyə nisbətdə tərəflər arasında bölüşdürülür. "xxxx" ASC (Sahibkar) ilə "xxxx" Birgə Müəssisəsi (İcraçı) arasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında Xidmətlərin göstərilməsi haqqında 07 iyul 2017-ci il tarixli müqavilə bağlanmışdır. Bağlanmış müqavilənin dəyəri 107.808.797,78 manat müəyyən edilmişdir. 05 iyul 2019-cu il tarixində həmin müqaviləyə əlavələr edilərək, müqavilənin müddəti 30 dekabr 2019-cu il tarixədək uzadılmış, müqavilənin dəyəri 18% ƏDV daxil 126.049.016 manat həcmində müəyyən edilmişdir. İddiaçı “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi” Layihəsinin icrası ilə əlaqədar "xxxx" Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətdən (126.049.016 x 15%=18.907.352,4 manat) iddiaçının 40 faiz payına uyğun hissəsinin 7.562.940,97 manat təşkil etdiyini bildirib, cavabdehlərdən tələb etsə də, cavabdehlər bundan imtina etmişlər. Birgə Müəssisənin fəaliyyətindən əldə olunan mənfəətdəki payının ödənilməsi cavabdehlər tərəfindən təmin edilmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, birgə müəssisənin subyektlərindən olan "xxxx" MMC iddiaçı ilə qarşılıqlı razılığa gəlmiş, əvəzsiz olaraq 1.500.000 manat dəyərində tikinti işləri görmüş və iddiaçı ona qarşı olan tələbindən imtina etmişdir. "xxxx" firması isə iddiaçı tərəfindən layihənin icrası çərçivəsində birgə müəssisənin fəaliyyətində iştirakının olmadığını, bağlanmış müqavilə üzrə heç bir iş görmədiyini, iddiaçının layihənin icrasında aktiv tərəfdaş olaraq 40 faiz vəsaiti qəbul edərək, qəbul etmiş olduğu vəsaitə münasibətdə işlər gördüyü halda, layihə üzrə işlərin tamamlanmasından sonra 40 faiz nisbətində mənfəəti tələb etmək hüququnun yaranmış olacağını bildirmişdir. İşdən görünmüşdür ki, birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan mövqeyi ilə razılaşaraq iddiaçının layihə üzrə işlərin icrasında iştirak etməməsi qənaətinə gələrək mənfəətdə pay bölgüsünə dair tələbinin əsassız olduğunu hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamış və hesab etmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Ona görə ki, X6 yaradılması barədə razılaşma bağlayarkən yalnız Azərbaycan Hökuməti ilə X10 birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası və tamamlanması məqsədini, həmin işlərin görülməsindən razılaşdırılmış faiz nisbətlərində mənfəətin götürülməsini güdmüşlər. Layihənin icrası ilə əlaqədar podrat müqaviləsi də, məhz yaradılan Birgə Müəssisə ilə bağlanmış, layihənin icrasına məsul bütün iştirakçılarının şəxsində birgə müəssisə olmuşdur. "X14 Razılaşma"nın 11-ci bəndində birgə müəssisənin işinin və onun əmlakının yalnız və müstəsna olaraq tərəflərin müştərək adları və ya "xxxx" birgə müəssisənin adından aparıldığı müəyyən edilmişdir, "xxxx" ASC ilə bağlanmış podrat müqaviləsinin tərəfi kimi Birgə Müəssisə çıxış etmişdir. Müqavilənin heç bir bəndində belə bir müddəa yer almamışdır ki, tərəflərdən hər hansı birinin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan, razılaşdırılmış faiz nisbətində mənfəət əldə etməsi yolverilməzdir. İstənilən halda, layihə çərçivəsində podratçı olaraq tərəflərin yaratdıqları birgə müəssisə çıxış etmiş, bütün işlər sifarişçi ilə podratçı olan birgə müəssisənin adından çıxış etmək üçün yaradılmış inzibati komitə, səlahiyyətləndirilmiş şəxs kimi "xxxx" MMC-nin direktoru Faiq Zeynalov arasında, "xxxx" MMC-in bank hesabları üzərindən baş tutmuşdur. Layihənin icrası zamanı tərəflərdən hər hansı biri digərinə, əsasən cavabdehlər tərəfindən iddiaçıya işlərin görülməsində aktiv şəkildə iştirak etməməsi səbəbindən, mənfəətdən pay bölgüsündən məhrum ediləcəyinə dair pretenziya verilməmiş, sonuncu layihənin icrasından iştirakçı olaraq kənarlaşdırılmamışdır. Layihənin tam şəkildə icrası və dövlət komissiyasına təhvili də, məhz iddiaçının Türkiyədən dəvət etmiş olduğu, layihə rəhbəri təyin olunmuş İbrahim Öztelli adlı mütəxəsisin görmüş olduğu tamamlama işlərindən sonra mümkün olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2022-ci il tarixli 2-2(102)-187/2022 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsinin mütəxəssis kimi qeyd etdiyi İbrahim Öztelli "xxxx" MMC-in direktoru Faiq Zeynalov tərəfindən 25 yanvar 2019-cu il tarixindən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi üzrə "xxxx" Birgə Müəssisəsinin layihə müdiri vəzifəsinə qəbul edilmişdir. X7 Respublikasından məhz iddiaçı tərəfindən və sözügedən layihə üçün dəvət olunmuş mütəxəssis olmasına dair işin materillarında heç bir sənəd mövcud deyildir. Apellyasiya məhkəməsinin hansı sübuta əsasən belə nəticəyə gəlməsi aydın olmamaqla, MPM-in 14.2 və 77.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilmiş 02 avqust 2022-ci il tarixli 20/22 saylı məktubdan görünmüşdür ki, 20 iyun 2017-ci il tarixli X14 razılaşmaya əsasən işlərin qrafikə uyğun getmədiyinə görə iddiaçının Azərbaycan Respublikasındakı filialına, Türkiyə Respublikasının Mərkəzi ofisindən 08 yanvar 2019-cu il tarixindən layihə rəhbəri olaraq Türkiyə Respublikası vətəndaşı İbrahim Öztelli təhkim edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2022-ci il tarixli 2-2(102)-187/2022 saylı qərarında qeyd edilmişdir ki, iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında, iddia ərizəsində, apellyasiya şikayətində iddiaçı müqavilənin icrasında heç bir fəaliyyətlə məşğul olmadığını, hər hansı bir öhdəliyi icra etmədiyini, dövriyyə kapitalının qoyulmasında, çəkilmiş xərclərdə iştirakının olmadığını, üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini təsdiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini əsaslı hesab edərkən işin yuxarıda qeyd olunan hallarına, Razılaşmanın şərtlərinə düzgün hüquqi qiymət verməmişdir. Qeyd edilən halla bağlı iddiaçının dəlillərinə görə X9nin 3-cü bəndinə əsasən layihənin icrası ilə əlaqədar işlərin yerinə yetirilməsi ilə bağlı bütün məsələlərin və sualların həllini asanlaşdırmaq üçün inzibati komitənin yaradılması və tərəflərin hər birinin öz səlahiyyətli nümayəndələrinin həmin komitəyə təyin edilməsi nəzərdə tutulmuş, müqavilənin 29 və 30-cu bəndlərinə əsasən “İnşaatçı-Neftçi" MMC-in direktoru Faiq X5 adından və bütün sənədləri imzalamaq üçün səlahiyyətli nümayəndə kimi təyin olunmuş və bütün ödənişlərin birgə müəssisənin səlahiyyətli nümayəndəsi "xxxx" MMC-in bank hesabı vasitəsilə həyata keçiriləcəyinə dair razılıq əldə olunmuş, layihə çərçivəsində keçirilmiş tenderdə qalib gəlmiş “Alkeİnşaatçı&Neftchi-Kirs” birgə müəssisəsi ilə sifarişçi "xxxx" ASC arasında 07 iyul 2017-ci il tarixdə “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə” dair 107.808.797,78 manat dəyərində podrat müqaviləsi bağlanmışdır, tərəflərin 05 iyul 2019-cu il tarixində imzaladığı “Müqaviləyə 1 nömrəli Düzəliş”ə əsasən Podrat müqaviləsinin dəyəri artırılaraq 126.049.016 manat məbləğ təşkil etmişdir. Tərəflərin imzaladığı "X9"nin şərtlərinə müvafiq olaraq, müqavilənin digər iştirakçıları ilə bərabər iddiaçı da birgə müəssisənin fəaliyyəti nəticəsində əldə olunmuş xalis qazanc və mənfəətdən öz payına uyğun ödənişi tələb etmək hüququna malik olmuşdur. Həmçinin məhkəmə kollegiyasının sorgusuna əsasən təqdim edilmiş "xxxx" ASC ilə "xxxx" BM arasında 07 iyul 2017-ci il tarixdə imzalanmış “Xırdalan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” ilə bağlı müqaviləyə dair 07 iyul 2017ci il tarixdən 31 dekabr 2019-cu il tarixinə olan zaman kəsiyi üzrə Üzləşmə Aktı ilə də müəyyən edilmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, birgə müəssisənin subyektlərindən olan "xxxx" MMC iddiaçı ilə qarşılıqlı razılığa gəlmiş, əvəzsiz olaraq 1.500.000 manat dəyərində tikinti işləri görmüş və iddiaçı ona qarşı olan tələbindən imtina etmişdir. "xxxx" firması isə iddiaçı tərəfindən layihənin icrası çərçivəsində birgə müəssisənin fəaliyyətində iştirakının olmadığını, bağlanmış müqavilə üzrə heç bir iş görmədiyini, iddiaçının layihənin icrasında aktiv tərəfdaş olaraq 40 faiz vəsaiti qəbul edərək, qəbul etmiş olduğu vəsaitə münasibətdə işlər gördüyü halda, layihə üzrə işlərin tamamlanmasından sonra 40 faiz nisbətində mənfəəti tələb etmək hüququnun yaranmış olacağını bildirmişdir. Birinci instansiya məhkəməsi cavabdehin qeyd olunan mövqeyi ilə razılaşaraq, iddiaçının layihə üzrə işlərin icrasında iştirak etməməsi qənaətinə gəlib, mənfəətdə pay bölgüsünə dair tələbinin əsassız olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi ilə razılaşmamış və aşağıdakılara görə hesab etmişdir ki, iddiaçı hazırkı tələbi irəli sürməkdə haqlı olmuşdur. Ona görə ki, X6 yaradılması barədə razılaşma bağlayarkən yalnız Azərbaycan Hökuməti ilə X10 birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası və tamamlanması məqsədini, həmin işlərin görülməsindən razılaşdırılmış faiz nisbətlərində mənfəətin götürülməsini güdmüşlər. Layihənin icrası ilə əlaqədar podrat müqaviləsi də, məhz yaradılan birgə müəssisə ilə bağlanmış, layihənin icrasına məsul bütün iştirakçılarının şəxsində birgə müəssisə olmuşdur. Ona görə ki, "X14 Razılaşma"nın 11-ci bəndində birgə müəssisənin işinin və onun əmlakının yalnız və müstəsna olaraq tərəflərin müştərək adları və ya "xxxx" birgə müəssisə adından aparıldığı müəyyən edilmişdir, "xxxx" ASC ilə bağlanmış podrat müqaviləsinin tərəfi kimi də, məhz birgə müəssisə çıxış etmişdir. Layihənin tam şəkildə icrası və dövlət komissiyasına təhvili də məhz iddiaçının Türkiyədən dəvət etditi layihə rəhbəri təyin olunmuş İbrahim Öztelli adlı mütəxəsisin görmüş olduğu tamamlama işlərindən sonra mümkün olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2022-ci il tarixli 2-2(102)-187/2022 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahsiəli mənfəətin miqdarını mötəbər sübutlara əsaslanmadan, cavabdehin müvafiq layihə üzrə işləri yerinə yetirərkən çəkdiyi xərcləri, vergi və digər məcburi ödənişləri nəzərə almadan, işlərin yerinə yetirilməsi üçün mənfəətin 15 faiz təşkil etməsi ehtimalından çıxış edərək sadə riyazı hesablama aparmış, bununla da MPM-in sübutların mümkünlüyünə dair 81-ci maddəsinin tələblərini pozmuşdur. İşin qeyd edilən halı ilə bağlı məhkəmə kollegiyasının 26 iyul 2022-ci il tarixli 2-2(106)-75/2022 saylı qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə münasibətdə məhkəmə hesab etmişdir ki, 14.242.826,66 manat əldə olunan ümumi mənfəətin 40 faiz iddiaçının payına düşən mənfəət 2.848.565 manat 33 qəpik Cavabdeh1 firmasından alınaraq İddiaçının xeyrinə verilməlidir. Məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçının cavabdeh "xxxx" MMC-nə aid hissədə iddiadan imtinası qəbul edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli e-2- 2(121)-85/2021 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-nə aid hissədə ləğv edilərək iddiaçı “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirəkti”nin Azərbaycan Respublikasındakı Filialının cavabdehlər Cavabdeh1 Firmasına və "xxxx" MMC-nə qarşı "müqavilədən irəli gələn öhdəliklərin icrası" tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdeh "xxxx" MMC-yə aid hissədə işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2022-ci il tarixli 2-2(102)-187/2022 saylı qərarında qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı olsa da, iddia ərizəsi həmin şirkətin Azərbaycan Respublikasındakı filialı tərəfindən qaldırılmışdır. Məhkəmə iddiaçı qismində Filial tərəfindən qaldırılmış iddia tələbinə baxılmaqla MPM-in 50.1 və 50.3-cü maddələrinin tələblərini pozmuşdur. Ona görə də, işin yeni apellyasiya baxışı zamanı iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması (və ya əsl olmayan tərəfin əvəz edilməsi) məsələsinə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edilən prosessual pozuntunu aradan qaldıraraq 26 iyul 2022-ci il tarixli məhkəmə iclası baxışı zamanı iddiaçı “Alke-İnşaat Sanayi və Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı əsl iddiaçı “Alke-İnşaat Sanayi və Ticaret Anonim Şirkəti” ilə əvəz edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları pozulmaqla məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını səhv təfsir etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, e-2-2(121)-85/2021 saylı qətnaməsi ləğv edilərək iddia qismən təmin edilərək 14.242.826,66 manat əldə olunan ümumi mənfəətin 40 faizi 5.697.130,66 manat mənfəətdən iddiaçının payına düşən hissəsi 2.848.565,33 manat Cavabdeh1 firmasından alınaraq iddiaçı “Alke-İnşaat Sanayi və Ticaret Anonim Şirkəti”nin xeyrinə verilməlidir, iddia qalan hissədə rədd edilməlidir. Cavabdeh1 firması 14 fevral 2023-cü il tarixdə kassasiya şikayəti verərək, qətnaməni ləğv edərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlillərində göstərilmişdir ki, MM-in 385.1 və 404.1-ci maddələrinin tələbləri pozulmuşdur - 20 iyun 2017-ci il tarixli “X14” Razılaşmanın 2-ci bəndinə əsasən müqavilənin icrası ilə əlaqədar tərəflərin bir-biri qarşısında öhdəliklərinə və müqavilə ilə əlaqədar tərəflərin birbiri qarşısında öhdəliklərinə və müqavilə ilə əlaqədar bütün öhdəliklər, xərclər və məsrəflərə münasibətdə maraqlarının nisbəti belədir: iddiaçı aparıcı tərəfdaş üçün 40%, "xxxx" MMC 30% və Cavabdeh1 Firması 30%. Bununla da, iddiaçının öhdəliyi həmin layihə üzrə işlərin 40%-i nisbətdə müəyyən edilmişdir. Həmçinin müqavilənin icrası ilə əlaqədar əldə edilən vəsaitlərə də iddiaçının 40% nisbətdə payının olması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, müqaviləyə əsasən görülməli işlərin 40%-nin onlara aid olduğunu, lakin Birgə Müəssisənin fəaliyyətində iştirak etmədiklərini, bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən heç bir iş görülmədiyini bildirmişdir. Məhz “X14” Razılaşmanın 2-ci bəndi hər bir tərəfin müvafiq layihənin icrasında məhz aktiv iştirakını nəzərdə tutur. Lakin məhkəmə həmin bəndin tələblərini mülki qanunvericiliyin tələbləri, xüsusən də MM-in 404cü maddəsinin tələbləri baxımından qiymətəlndirməmişdir. İddiaçı 02 sentyabr 2016-cı il tarixli “Niyyət Məktubu”nun 1-ci bəndində və 20 iyun 2017-ci il tarixli “X14” Razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş öhdəliyini icra edərək layihə üzrə işlərin 40% hissəsini yerinə yetirdikdən, həmin nisbətdə işlərin görülməsi üçün müqavilənin icrası ilə əlaqədar ayrılmış vəsaitin, yəni 126.049.016 manat məbləğin 40%-ni əldə etdikdən, xərcləri və məsrəfləri, vergiləri, o cümlədən ƏDV məbləğini ödədikdən sonra layihə üzrə işlərin tamamlanmasından sonra 40% nisbətdə mənfəəti tələb etmək hüququ yaranmış olardı. Lakin iddiaçı Razılaşmanın şərtlərinə uyğun olaraq layihə üzrə işlərin icra edilməsi və tamamlanmasında nə Birgə Müəssisə tərəfləri ilə birlikdə, nə də ayrılıqda iştirak etmişdir. “Niyyət Məktubu”nda və “X14” Razılaşmanın heç bir bəndində iddiaçının layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan 40% nisbətdə mənfəət əldə etməsi öz əksini tapmamış və Razılaşmanın heç bir bəndi bu mənada hüquqi anlamı özündə ehtiva etmir. Əksinə, iddiaçının apellyasiya şikayətində birmənalı olaraq qeyd edilmişdir ki, Şirkətin aktiv fəaliyyəti olmayacaq və yalnız hər hansı işlərin icra edilməsi zərurəti yaranarsa, birgə müəssisə tərəfindən şirkətə rəsmi şəkildə məlumat veriləcəkdir. Əgər “X14” Razılaşmanın hər hansı bəndində iddiaçının layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan 40% nisbətdə mənfəət əldə etməsi öz əksini tapmış olsaydı, o zaman iddiaçı tərəf apellyasiya şikayətində bu məsələdə şifahi razlaşmanın olmasını qeyd etmədən, birbaşa olaraq həmin Razılaşmanın hər hansı bir bəndinə istinad etmiş olardı. Həmçinin iddiaçının layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan 40% nisbətdə mənfəət əldə edəcəyinə dair Cavabdeh1 Firması ilə iddiaçı arasında hər hansı bir şifahi razılaşma (iddiaçı ilə "xxxx" MMC arasında belə bir şifahi razılaşmanın mövcud olub-olmamasından məlumat mövcud deyildir) olmamışdır. “X14” Razılaşmanın 19 və 20-ci bəndələrinə əsasən "xxxx" MMC-nin direktoru Faiq X5 adından bütün sənədləri imzalamaq üçün səlahiyyətləndirilmiş təmsilçi olaraq təyin edilmişdir. Bütün ödənişlər Birgə Müəssisənin səlahiyyətləndirilmiş təmsilçisi "xxxx" MMC-nin bank hesabına edilir. Razılaşmanın qeyd olunan bəndlərinə əsasən iddiaçı ilə Cavabdeh1 Firması "xxxx" MMC-yə münasibətdə eyni hüquqlu subyektlərdir. Lakin Cavabdeh1 Firması həmin Razılaşmanın şərtlərinə uyğun olaraq layihənin icrasını birbaşa həyata keçirmiş, layihə üzrə ona həvalə olunmuş işləri tamamlamış və müqavilənin icrası ilə əlaqədar nəzərdə tutulmuş vəsaitdən görülmüş işlərə nisbətdə pul məbləği "xxxx" MMC tərəfindən Cavabdeh1 Firmasına ödənilmiş və həmin vəsait hesabına vergilərin və digər ödənişlərin ödənilməsi, eləcə də xərclərin ödənilməsi təmin edilmişdir. Əgər iddiaçının layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan 40 faiz nisbətdə mənfəət əldə edəcəyinə dair Birgə Müəssisənin səlahiyyətləndirilmiş təmsilçisi "xxxx" MMC ilə iddiaçı arasında hər hansı bir şifahi razılaşma mövcuddursa, o zaman iddia tələbi yalnız "xxxx" MMC-yə qarşı yönəlməlidir. Həmçinin layihənin icrası ilə əlaqədar ümumi xalis mənfəətin və qazancın 18.907.352,4 manat təşkil etməsinə dair iddiaçı tərəfin gətirdiyi dəlil (layihə qiymətinin 15% nisbətində mənfəət) tamamilə formal mülahizələrə əsaslanır. Cavabdeh1 Firmasının məhz həmin layihənin tamamlanmasından sonra hansı məbləğdə mənfəət əldə etməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. X16 səlahiyyətləndirilmiş təmsilçisi "xxxx" MMC tərəfindən həmin layihənin icrasının başa çatmasından sonra 18.907.352,4 manat mənfəət əldə edilmişdirsə, o zaman həmin məbləğin 30% hissəsi də Cavabdeh1 Firmasına ödənilməlidir. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi MM-in 404.1-ci maddəsinə istinad edərkən müqavilədəki söz və ifadələrin hərfi mənası ilə deyil tərəflərin iradə ifadəsinin həqiqi mənasını, müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini hansı formada nəzərə aldığını əsaslandırmamışdır. Məhkəmə yalnız müqavilənin bəndlərini və MM-in maddələrini sadalamaqla kifayətlənmiş, qeyd olunan hallara münasibət bildirib hüquqi qiymət verməmiş, bununla da MM-in 385.1 və 404.1-ci maddələrini mübahisəyə səhv tətbiq etmişdir. Tərəflər arasında bağlanmış "Birgə Müəssisə sazişi"nin 2-ci bəndinə əsasən tərəflər hər biri zəruri dövriyyə kapitalı qoyur və xalis qazancda və mənfəətdə iştirak edirlər və verilən nisbətdə zərər və öhdəliklərdə iştirak edirlər. Göründüyü kimi, müqavilə tərəflərin gəlirinə qoyulan kapital, xərc və görülmüş işlər, yəni iqtisadi baxımdan maliyyə risklərinin daşıması ilə şərtləndirir. Tərəflər yalnız bu riskləri daşıdıqda gəlirin-mənfəətin pay bölgüsünü müəyyən edir. Eyni zamanda, Sazişin 9-cu bəndinə əsasən tərəf müqavilənin yerinə yetirilməsi üçün tələb olunan dövriyyə kapitalındakı mütənasib payı avans olaraq verə bilmədikdə və ya etmədikdə, qarşı tərəf belə çatışmamazlığı və ya onun hər hansı bir hissəsini qabaqcadan edə bilər, lakin bu məcburi deyil. Yəni, tərəflərdən biri digərinin kapital qoyuluşunda iştirak etmədiyinə görə məsuliyyət daşımağı yalnız öz istəyi ilə götürə bilər. Belə olan təqdirdə, iddiaçının rəsmi müraciəti olmadığı halda, həmçinin iddiaçının özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi (“Habelə, işlərin yerinə yetirilməsi müddətində razılaşmalar olmuşdur ki, iddiaçının iş görməyə ehtiyac yoxdur və kömək lazım olsa, bildiriləcəkdir.” Halbuki, belə razılaşma olmadan layihənin gəlirliliyinin az olması səbəbindən iddiaçı işlərdən imtina etmişdir), müqavilənin icrasından faktiki imtina etdiyi halda, müqavilənin 2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliklərin icraasından imtina etmiş sayılır. Müvafiq olaraq da, müqavilənin digər tərəflərindən öhdəliklərini icra etməsini tələb edə bilməz. İddiaçının iş bölgüsü ilə bağlı xəbərinin olması və iştirak etməməsinin bir sübutu kimi də, 05 oktyabr 2017-ci il tarixli “Xırdalan şəhərində su təhcizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində "xxxx" MMC və Cavabdeh1 Firması arasında layihə ərazisinin bölgüsünə dair iclas Protokoluna əsasən layihə iki şirkət arasında bölünmüşdür. Həmin protokol iddiaçının da dəstəklədiyi, layihə rəhbəri olan M.Ələkbərov tərəfindən imzalanmışdır. Belə ki, layihə nəzarətçisi iddiaçının layihə üzərində təhkim etdiyi şəxs olmuşdur. Həmçinin, 27 yanvar 2020-ci il tarixli akta əsasən layihə üzrə bağlanmış 07 iyul 2017-ci il tarixli 5/629-1 saylı müqavilənin icrasının həyata keçirilməsinin iddiaçının da dəstəklədiyi BM-in layihə rəhbəri İbrahim Öztelli də imzalamışdır. MPM-in 88-ci maddəsinin tələbi pozulmuşdur - apellyasiya instansiyası məhkəməsi cavabdehin layihənin icrası çərçivəsində 14.242.826,66 manat gəlir əldə etdiyinin və bu məbləğin 40%-ni təşkil edən 2.848.565 manat hissəsinin iddiaçının xeyrinə tutulmalı olduğuna dair səhv nəticəyə gəlmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı nə birinci instansiayada, nə də hər iki apellyasiya baxışı zamanı iddiasının təsdiq edilməsi üçün məhkəmədən sübutları istəməmişdir. Belə olan təqdirdə isə, ekspertizanın bu günkü bazar konyekturasına cavab verməyən, qaydaları tətbiq etməklə mənfəətin göstərilməsi və hakimlərin bu sənədin mötəbər sübut kimi qiymətləndirməsi MPM-in tələblərinə zidd olmuşdur. İşə baxmış apellyasiya instansiyası məhkəməsi işdə olan sübutların qiymətləndirməsini aparmadan, bazar konyekturasını, real iş zamanı görülmüş əlavə işləri üzrə xərclərinin nəzərə alınmadığı normativ hesablamanı əsas götürmüşdür. Bununla da, MPM-in 88-ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Apellyasiya Məhkəməsi iddiaçının özünün tərtib etdiyi 02 avqust 2022-ci il tarixli məktubunu sübut kimi qəbul edərək, o əsasla qeyd edir ki, İbrahim Öztelli İddiaçının cəb etdiyi mütəxəssisdir. Halbuki, bu halın sübutu qismində İbrahim Öztelii ilə Alke arasında yarı müqavilə şərtləri ilə onu təmsil etməli idi. Necə ki, Nefti-İnşşatçı və Kirs frmasının nümayəndələrinin öz firmaları ilə müqaviləsi mövcud oİmuşdur. Digər tərəfdən, əgər məhkəmə İ.Öztellinin İddiaçının nümayəndəsi olduğunu qəbul edirsə, demək ki, iddiaşı sifarişlərin və pul vəsaitlərinin bölgüsündən xəbərdar olmuşdur. Belə olan təqdirdə, iddiaçının iş bölgüsü və pulların göndərilməsinə münasibət bildirməməklə, işin icrasında və kapital qoyuluşunda könüllü olaraq iştirak etmədiyini sübut etmişdir. MPM-in 217-ci maddəsinin tələbi pozulmuşdur. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, apellyasiya şikayətinə dair təqdim edilmiş etirazın dəlillərinə münasibət bildirilib hüquqi qiymət verilmədiyindən; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından MPM-in 217.1 və 217.3-cü maddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. MPM-in 218-ci maddəsinin tələbi pozulmuşdur - məhkəmə tərəfindən iddia təmin edilərkən hansı maddi hüququ normasına əsaslandığını və ya tətbiq etdiyini müəyyən etməmişdir. MPM-in 372.1-ci maddəsinin tələbi pozulmuşdur - hazırkı işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılarkən, cavabdeh tərəfindən məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edilərək, verilmiş apellyasiya şikayətinin, eləcə də iddia tələbinin əsassız olmasına dair dəlillər öz əksini tapmışdır. Buna baxmayaraq, işə baxan apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qəbul etdiyi qətnamədə apellaysiya şikayətinə etirazda göstərilmiş dəlillərə ümumiyyətlə münasibət bildirib hüququ qiymət verməmiş, bununla da MPM-in 372.1-ci maddəsinin tələbinin pozulmasına yol vermiş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir. Ali məhkəmənin iş üzrə belə mövqeyi olduğu halda, Şirvan Apellyasiya məhkəməsi bu hal üzrə də yenə öz bildiyi, heç bir nəzəri və praktiki əsası olmayan əsaslanma aparmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 28 aprel 2023-cü il tarixli 2-2(102)-183/2023 saylı qərarı ilə Cavabdeh1 fiması tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 22 dekabr 2022-ci il tarixli 2-2(106)-75/2022 saylı qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin mövqeyi bundan ibarət olmuşdur ki, hazırkı işin kassasiya instansiyası məhkəməsindəki ilk baxışı zamanı Ali Məhkəmə tərəfindən işə yenidən baxılarkən bir sıra məqamlar üzrə yenidən araşdırılma aparılmalı olması və tərəflər arasında bağlanmış razılaşmanın bəndlərinin qanunvericiliyin tələbləri və bir-biri ilə müqayisəli təhlili baxımından yenidən qiymətləndirilməsi zərurəti barədə icrası məcburi olan göstərişlər verilmişdir. İşə yenidən baxan Apellyasiya məhkəməsi isə birgə müəssisə barədə razılaşmanın heç bir bəndində tərəflərdən hər hansı birinin layihə üzrə işlərin icrasında aktiv fəaliyyəti olmadan, razılaşdırılmış faiz nisbətində mənfəət əldə etməsinin yolverilməz olmasının qeyd edilmədiyini, Layihənin icrası zamanı tərəflərdən hər hansı biri digərinə, əsasən cavabdehlər tərəfindən iddiaçıya işlərin görülməsində aktiv şəkildə iştirak etməməsi səbəbindən, mənfəətdən pay bölgüsündən məhrum ediləcəyinə dair pretenziya verilmədiyini, iddiaçının layihənin icrasından iştirakçı olaraq kənarlaşdırılmadığını, Layihənin tam şəkildə icrası və dövlət komissiyasına təhvilinin də məhz iddiaçının Türkiyədən dəvət etdiyi layihə rəhbəri təyin olunmuş İbrahim Öztelli adlı mütəxəssisin görmüş olduğu tamamlama işlərindən sonra mümkün olduğunu qeyd etməklə iddia tələbini yenidən qismən təmin etmişdir. Məhkəmə kollegiyası vurğulayır ki, Birgə Müəssisənin iştirakçısının hər hansı bir aktiv fəaliyyətinin olmasından asılı olmayaraq, müvafiq mənfəətin bölünməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi tərəflərin imzaladığı Razılaşmanın (müqavilənin) şərtlərinə, onun ümumi məzmununa tamamilə zidd olmaqla, mülki qanunvericiliyin öhdəliyin əsasları, müqavilənin bağlandığı andan tərəflər üçün məcburi olması, müqavilənin təfsiri ilə bağlı müddəalarının pozulmasına gətirib çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində MM-in 404.1-ci maddəsinə istinad edərkən müqavilədəki söz və ifadələrin hərfi mənası ilə deyil, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini hansı formada nəzərə aldığını əsaslandırmamış, yalnız müqavilənin bəndlərini və MM-in maddələrini sadalamaqla kifayətlənmiş, qeyd olunan hallara müqavilənin digər bəndləri ilə müqayisəli şəkildə münasibət bildirib hüquqi qiymət verməmiş, bununla da, məhkəmə MM-in 404-cü maddəsinin tələblərini pozmuşdur. Eyni zamanda, apellyasiya məhkəməsi iddia tələbinə hüquqi qiymət verərkən, Razılaşmanın 2ci - “Tərəflərin hər biri Birgə Müəssisədə bölüşdürülməmiş maraqlara sahibdirlər, bütün zəruri iş kapitalını qoyur və xalis qazanc və mənfəətində iştirak edirlər, sonrakı cümlədə adının keçdiyi pay nisbətdə zərər və öhdəliklərində iştirak edirlər” və 9-cu bəndlərində tərəflərin dövriyyə kapitalı ilə bağlı əldə ediyi razılığı da nəzərə almamış, bununla da, MMin 386-cı maddəsinin tələbləri pozulmuşdur. Razılaşmanın həmin bəndlərinə görə tərəflərdən hər hansı biri müqavilənin icrası üçün lazım olan dövriyyə kapitalının mütənasib payını təmin etmədikdə və ya vermədikdə, bu zaman qarşı tərəf həmin kəsiri və ya onun br qismini aradan qaldıra bilər. Kəsiri ödəyən tərəf əlavə vəsaitlərə görə sözügedən tərəfdən borc verə biləcəyi nisbətdən yüksək, illik iki faiz məbləğində faiz götürür. Belə artıq vəsaitlər faizi ilə birlikdə Birgə Müəssisənin öhdəliyini icra edə bilməyən üzvünə ödənilmədən öncə sözügedən bank hesabından və ya hesablarından tam şəkildə qaytarılır. Ödənilməli olan faizlər dövriyyə kapitalına öz mütənasib payını ödəyə bilməyən tərəfə çatan məbləğlərdən tutulur. Qeyd edilməlidir ki, dövriyyə kapitalının formalaşdırılmasının Razılaşmada nəzərdə tutulması onun iştirakçılarının müqavilənin icrasında aktiv şəkildə iştirak etməli olduğunu təsdiq edir. İşgüzar münasibətlərdə dövriyyə kapitalı müəssisənin maliyyə sabitliyini müəyyənləşdirmək üçün zəruri olan fəaliyyətinin ən vacib göstəricisi olub, şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bilən aktivlərdir. Müəssisənin yaradılması və fəaliyyətə başlanması ilə birgə dövriyyə kapitalı əsasən gündəlik fəaliyyətlər çərçivəsində qarşılaşdıqları xammal, əmək, ümumi idarəetmə xərcləri, enerji, xidmət, vergi, sığorta kimi qısa müddətli xərclərini qarşılamaq üçün istifadə olunur. Baxılan iş üzrə iddiaçı tərəfindən Razılaşmanın dövriyyə kapitalına dair 9-cu bəndinin şərtinin yerinə yetirilməməsi işin mübahisəsiz halıdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəsi Razılaşmanın 9-cu bəndinin tələblərinə də uyğun olmamışdır. Apellyasiya məhkəməsinin istinad etdiyi ikinci hal ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qətnamədə bir tərəfdən iddiaçının aktiv iştirakının tələb olunmadığı göstərilsə də, digər tərəfdən qətnamədə layihənin tam şəkildə icrası və dövlət komissiyasına təhvilinin məhz iddiaçının Türkiyədən dəvət etmiş olduğu, layihə rəhbəri təyin olunmuş İbrahim Öztelli adlı mütəxəssisin görmüş olduğu tamamlama işlərindən sonra mümkün olduğu qeyd olunmuşdur. Apellyasiya məhkəməsinin bu mövqeyi mülki prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı normalarına, həmçinin “Məhkəmə qətnaməsi haqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında müəyyən edilmiş göstərişlərə uyğun olmamışdır. Belə ki, apellyasiya məhkəməsinin mütəxəssis kimi qeyd etdiyi İbrahim Öztelli "xxxx" MMC-nin direktoru F.Zeynalov tərəfindən 25 yanvar 2019-cu il tarixdən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması layihəsi” üzrə "xxxx" Birgə Müəssisəsinin layihə müdiri vəzifəsinə qəbul edilmişdir. X7 Respublikasından məhz iddiaçı tərəfindən və sözügedən layihə üçün dəvət olunmuş mütəxəssis olmasına dair işin materialında heç bir sənəd mövcud deyildir. Apellyasiya məhkəməsinn hansı sübuta əsasən belə nəticəyə gəlməsi aydın olmamaqla, MPM-in 14.2 və 77.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. Bundan əlavə, X11 Müəssisəsinin layihə rəhbəri kimi imzaladığı 27 yanvar 2020-ci il tarixli aktdan görünür ki, “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi" layihəsi üzrə "xxxx" ASC ilə bağlanmış 07 iyul 2017-ci il tarixli 5/619-1 nömrəli müqavilənin icrasını "xxxx" MMC və "xxxx" Firması birgə yerinə yetirmişdir. Həmin aktda isə müqavilə üzrə işlərin icrasında iddiaçının da iştirakı qeyd olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsində 15 oktyabr 2020-ci il tarixli tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 izahatında bildirmişdir: “... X9”nin fəaliyyətində iştirak etməmiş və bu müəssisəyə hər hansı bir avans qoymamışıq. ... bağlanılmış müqavilə üzrə "xxxx" Şirkəti tərəfindən heç bir iş görülməyib.” Apelyasiya məhkəməsinin həmin göstərişlə bağlı gəldiyi nəticə isə ondan ibarət olmuşdur ki, layihənin icrası üzrə işlərin yerinə yetirilməsi ilə bağlı inzibati komitə yaradılmış, F.Zeynalov Birgə müəssisə adından və bütün sənədləri imzalamaq üçün səlahiyyətli nümayəndə kimi təyin olunmuş, bütün ödənişlərin "xxxx" MMC-nin bank hesaabı vasitəsilə həyata keçiriləcəyinə dair razılıq əldə olunmuş, sonradan podrat müqaviləsinin dəyəri artırılaraq 126.049.016 manat məbləğ təşkil etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi, Ali Məhkəmənin icrası məcburi olan göstərişi ilə bağlı hər hansı əlavə araşdırma və dəyərləndirmə aparmamış, onun verdiyi qiymət isə həmin göstərişin məzmunu və mahiyyətinə adekvat olmamış və istinad edilən bu hallar isə məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının müqavilə tərəfi olaraq öhdəliklərinin icrasını istisna edəcək hal kimi qəbul edilə bilməz. Apelyasiya Məhkəməsinin, Tərəflərin birgə müəssisənin yaradılması barədə razılaşma bağlayarkən yalnız Azərbaycan Hökuməti ilə X10 birgə maliyyələşdirdiyi “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin icrası və tamamlanması məqsədini, həmin işlərin görülməsindən razılaşdırılmış faiz nisbətlərində mənfəətin götürülməsini güddükləri barədə qeyd etdikləri isə hər hansı sağlam tənqidə cavab vermir. Belə ki, podrat müqaviləsi üzrə hər hansı bir iş görmədən, yalnız yaranacaq mənfəətin bölüşdürülməsinin nəzərdə tutulması məhkəmə kollegiyasının fikrincə, digər hüquqi şəxslərin yerinə yetirəcəyi işin müqabilində yaranmış xalis mənfəətə digərləri ilə bərabər və yaxud daha artıq həddə hüququn yaranması üçün yetərli deyildir, bu qənaət MM-in 385, 386, 404-cü maddələri və podratla bağlı müddəalarına ziddir. Qeyd edilənlərə əsasən apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə qanunsuz olmaqla, həmçinin Ali Məhkəmənin müvafiq göstərişlərinin yerinə yetirilməməsi kimi dəyərləndirilir. Bu zaman həmçinin o hal da nəzərə alınmalıdır ki, həm iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddiaçı müqavilənin icrasında heç bir fəaliyyətlə məşğul olmadığını, bununla da, müqavilə üzrə hər hansı işləri icra etmədiyini, dövriyyə kapitalının qoyulmasında, çəkilmiş xərclərdə iştirakının olmadığını, başqa sözlə, Razılaşma ilə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini təsdiq etmişdir. İddiaçı yalnız Razılaşmada iştirakçı kimi adının olmasını əsas gətirərək, ümumi xalis qazanc və mənfəətin onun payına uyğun hissəsinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, halbuki, Razılaşmanın yuxarıda qeyd olunan bəndləri ilə müvafiş işlərin yerinə yetirilməsində belə iştirakçılıq istisna edilir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının tələbini əsaslı hesab edərkən, işin yuxarıda qeyd olunan hallarına, Razılaşmanın şərtlərinə düzgün hüquqi qiymət verməmiş, bununla da, MPM-in 88, 106 və 217-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərdən ümumilikdə 7.562.940,97 manat pul vəsaitinin tutulmasını tələb edən iddiaçı, cavabdeh "xxxx" MMC-yə münasibətdə iddia tələbindən, sonuncu tərəfindən onun xeyrinə “1.500.000,0 manatlıq iş görüldüyü üçün” imtina etdiyini bildirmişdir. İş materiallarında bu işlərin həqiqətən görülməsi, yaxud nədən ibarət olması barədə hər hansı konkret məlumat olmasa da, iddiaçının 7.562.940,97 manat pul vəsaitindən belə asanlıqla "xxxx" MMC-yə münasibətdə imtina etməsi (əsas işlərin də məhz "xxxx" MMC tərəfindən həyata keçirildiyi, pul vəsaitinin əsas hissəsinin də ona ödənildiyi nəzər alınarsa) hazırkı iddia tələbinin uğurluluq perspektivlərinə iddiaçının özünün də inanmadığı anlamına gəlir. Beləliklə, iş materiallarından və qəbul edilmiş məhkəmə aktından da göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən MPM-in 420-ci maddəsinin tələblərini pozmuş və kassasiya instansiyası məhkəməsinin məcburi göstərişlərinə faktiki olaraq (Filialın Şirkətin özü ilə əvəz edilməsi istisna olmaqla) əməl etməmişdir. Məhkəmə kollegiyası həmçinin nhesab edir ki, apellyasiya baxışı zamanı alınmış ekspertiza rəyi də məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, bu zaman MPM-in 88 və 103.1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Ədliyyə NazirliyiMəhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2022-ci il tarxli 9/6118 saylı rəyində Bigə müəssisənin əldə etdiyi mənfəətin, qeyd edilən mənfəətin əldə olunması üçün birgə müəssisənin çəkdiyi xərcləri mövcud iş materialları ilə müəyyən etmək mümkün deyildir. Bu hal isə ekspertiza tədqiqatının səthi aparıldığına, onun nəticələrinin isə hazırkı halda konkret xərc sənədləri ilə təsdiq edilmədiyinə mötəbər sübut olmadığına dəlalət edir. İddiaçı Şirkətinin nümayəndəsi X15 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddiaçının barışığa razı olduğunu, lakin qarşı tərəfin barışıq üçün barışıq üçün hər hansı bir təşəbbüs göstərmədiyini bildirmiş və buna görə də, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 Firmasının nümayəndəsi X4 izahatında apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, tərəflər arasında razılığın əldıə olunması mümkün deyildir. Buna görə də, iddianın rədd edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı Şirkətinin və Cavabdeh1 Firmasının nümayəndələrinin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-2(121)-85/2021 saylı qətnaməsi Cavabdeh1 Firmasına qarşı iddianın rədd edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan “20 iyun tarixli 2017-ci il “X14 Razılaşma”ya əsasən İddiaçı Şirkəti, Cavabdeh1 Firması və "xxxx" MMC arasında "xxxx" ASC tərəfindən verilən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsinin tikintisi üçün birgə müəssisənin yaradılması barədə müqavilə bağlanmışdır. Həmin müqavilənin preambulasında qeyd olunmuşdur ki, bununla birgə müəssisələr "xxxx" ASC tərəfindən verilən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi layihəsinin tikintisi üçün qiymət təklifi və müqavilə imzalamışdır və bununla tərəflər tikinti layihəsi çərçivəsində görülməli olan işlərdə və həyata keçirilməli olan xidmətlərdə olan maraqların və bundan əldə etdikləri gəlirlərin və icra prosesində ortaya çıxan itkilərə görə öhdəliklərin yazılı şəkildə razılaşma ilə müəyyən edilməsini istəyirlər və buna görə sözügedən tərəflər digər məqsədlər istisna olmaqla yalnız yuxarıda qeyd edilən tikinti layihəsinin icrası və tamamlanması məqsədi ilə özlərini Birgə Müəssisələr kimi təqdim edir. Bu razılaşma yalnız layihənin tikintisinin tamamlanması üçün lazım olan işlərin, xidmətlərin, materialların, avadanlığın və ləvazimatların icrası və həyata keçirilməsinə xidmət edir və tərəflər sözügedən tikinti müqaviləsindən başqa müqavilələr üçün öhdəlik götürmək və ya qiymət təklifi vermək üçün daimi bir tərəfdaşlıq razılaşmasına və ya X14 razılaşmaya daxil olmur. Bu razılaşmada əks olunan heç bir fikir, müqavilənin tərəfləri arasında sözügedən tikinti müqaviləsinin şərt və müddəalarına müvafiq olaraq razılaşdırılan əməkdaşlıq xaricində, tərəflərin öz müstəqil mənfəətləri üçün müstəqil işgüzar fəaliyyətlərinin həyata keçirilməsi sahəsində hüquq və səlahiyyətlərinin məhdudlaşdırılması kimi təfsir edilə bilməz. İddiaçı Şirkəti üçün 40%, "xxxx" MMC (Azərbaycan) 30% və Cavabdeh1 Firması 30%. İşdə olan İddiaçı Şirkəti, Cavabdeh1 Firması və "xxxx" MMC tərəfindən "xxxx" ASCyə ünvanlanmış 02 sentyabr 2016-cı il tarixli niyyət məktubuna görə “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” Layihəsi ilə bağlı, müqavilənin verilməsi halında ortaq bir təşkilat kimi, ortaq bir müəssisə halında (“Birgə Müəssisə”) ortaq şəkildə öhdəlik götürür və işləri ayrıayrılıqda yerinə yetirir və imzalanacaq müqaviləni icra edirlər. İşdə olan 07 iyul 2017-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən "xxxx" ASC (sahibkar) ilə "xxxx" Birgə Müəssisəsi (icraçı) arasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında müqavilə bağlanmışdır. Bağlanmış müqaviləyə əsasən, icraçı tərəfindən ƏDVnin daxil olduğu 107.808.797,78 manat məbləğində qiymət təklifini qəbul etmişdir. İşdə olan 2017-ci il 7 iyul tarixli, 5/619-1 nömrəli müqaviləyə 2019-cu il 5 iyul tarixli, 1 saylı əlavəyə əsasən, həmin müqaviləyə əlavə ilə "xxxx" ASC (sahibkar) ilə "xxxx" Birgə Müəssisəsi (icraçı) arasında Xırdalan şəhərinin Su Təchizatı və Kanalizasiya sistemlərinin genişləndirilməsi və reabilitasiyası haqqında bağlanmış 2017-ci il 7 iyul tarixli müqaviləyə əlavələr edilmişdir. Edilmiş əlavələrə əsasən, müqavilənin müddəti 2019-cu il 30 dekabr tarixədək uzadılmış, müqavilənin qiyməti 18% ƏDV daxil 126.049,016 manat həcmində müəyyən edilmişdir. İşdə olan "xxxx" ASC (sahibkar) ilə "xxxx" Birgə Müəssisəsi (icraçı) arasında imzalanmış 07 iyul 2017-ci il tarixli 5/619-1 saylı müqaviləyə 2 saylı düzəlişə əsasən sifarişçi və podratçı “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması və genişləndirilməsi” layihəsi çərçivəsində 2017-ci il 7 iyul tarixində 5/619-1 saylı “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikilməsi” üzrə 107.808.797,78 manat dəyərində podrat müqaviləsi imzalamışlar. 2019-cu il 5 iyul tarixində 1 saylı düzəliş imzalanaraq müqavilənin müddəti 2019-cu il 17 iyul tarixdən 2019cu il 30 dekabr tarixinə qədər uzadılmış və müqavilə məbləği ƏDV daxil olmaqla 18.240.218,22 manat artırılaraq ƏDV daxil 126.049.016 manat təşkil etmişdir. Azərbaycan Respublikası və X17 arasında imzalanmış “Kredit Sazişi”nin və tikinti quraşdırma işlərinin müddətlərinin 2019-cu il 30 dekabr tarixində başa çatmasını, işlərin başa çatdırlıması ilə bağlı yaranan çətinlikləri və qeyd olunanlarla bağlı podratçı təşkilatın müraciətini nəzərə alaraq, müqaviləyə müvafiq düzəlişlərin edilməsinə zərurət yaranmışdır. Tərəflər aşağıda qeyd olunanlarla bağlı razılığa gəlmişdirlər: 1.1) Müqavilə çərçivəsində tikinti-quraşdırma işlərinin icra müddəti ərzində yekunlaşdırılması məqsədilə podratçıya müqavilə məbləğindən 10.000.000 manat dəyərində ödəniş həyata keçirilsin. 1.2) Qeyd olunan ödənişlə bağlı podratçı tərəfindən təmin edilən icra zəmanətinin məbləğinin artırılması ilə əlaqədar olaraq, müqavilənin “Xüsusi şərtləri”nin 4.2-ci bəndi aşağıdakı redaksiyada verilsin: İcra zəmanəti bank qarantiyası formasında 22.604.901,60 manat məbləğində və qəbul edilən müqavilə məbləğinin valyutasına uyğun olacaqdır. İşdə olan İddiaçı Şirkətinin 2020-ci il 20 iyul tarixli, 07/2020 saylı məktubuna görə İddiaçı Şirkəti tərəfindən "xxxx" MMC-yə və Cavabdeh1 Firmasına məktub ünvanlanaraq “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya tikintisi” Layihəsinin icrası ilə əlaqədar Alke-İnşaatçı&Neftçi-Kirs” Birgə Müəssisəsinin fəaliyyəti nəticəsində əldə olunmuş ümumi xalis qazanc və mənfəətdən (18.907.352,4 manat) İddiaçı Şirkətinin payına (40%) uyğun 7.562.940,97 manat məbləğində pul vəsaitinin İddiaçı Şirkəti hesabına ödənilməsi "xxxx" MMC-yə və Cavabdeh1 Firmasına təklif olunmuş, əks təqdirdə mübahisənin həlli və pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət olunacağı barədə "xxxx" MMC və Cavabdeh1 Firması xəbərdar edilmişlər. İşdə olan Cavabdeh1 Firması tərəfindən İddiaçı Şirkətinə ünvanlanmış 07 avqust 2020-ci il tarixli 09/08 saylı məktuba əsasən İddiaçı Şirkəti Birgə Müəssisə sazişinin tərəfi olsa da, "xxxx" ASC-nin “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin genişləndirilməsi və yenidən qurulması” adı verilən bir layihənin tətbiqi üçün "xxxx" ASC ilə "xxxx" Birgə Müəssisəsi arasında imzalanmış 2017-ci il 7 iyul tarixli, 5/619 saylı müqavilənin icrasında, o cümlədən qeyd olunan müqavilə üzrə müəyyən olunmuş işlərin yerinə yetirilməsi və tamamlanmasında nə birgə müəssisə tərəfləri ilə birgə, nə də ayrılıqda iştirak etməmişdir. Eyni zamanda, Birgə Müəssisə tərəflərinin müqavilə üzrə öhdəliklərin icrasında birgə hərəkət etməli olduqları ilə bağlı əlavə olaraq qeyd edilmişdir ki, "xxxx" ASC ilə "xxxx" Birgə Müəssisəsi arasında imzalanmış 2017-ci il 7 iyul tarixli 5/619 saylı müqavilənin hissə 3-Müqavilənin şərtləri və müqavilə formalarının 1.14-cü bəndinin tələbinə görə əgər podratçı müştərək müəssisə, konsorsium, iki və daha artıq şəxsdən ibarət olan hüquqi şəxsdirsə bütün bu şəxslər sifarişçi qarşısında müqavilənin icrası üçün birgə məsuliyyət daşımalıdır. Göründüyü kimi istər niyyət məktubu, Birgə Müəssisə sazişi, 2017-ci il 7 iyul tarixli, 5/619 saylı müqavilə şərtlərinə görə, istərsə də qanunvericiliyin normalarının tələblərinə əsasən hazırki müqavilənin tərəfi olan şəxslər müqavilə üzrə üzərlərinə düşən öhdəliyi birgə yerinə yetirməlidirlər. Lakin İddiaçı Şirkətinin üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, eləcə də əsas müqavilənin yerinə yetirilməsi və işlərin tamamlanmasında iştirak etməməməsi səbəbi ilə hazırki müqavilə üzrə kompensasiya almaq və hər hansı pul və ya digər ödənişlərin tələb etmək hüququ yaranmamışdır. Qanunvericilik normasının tələbindən də müəyyən olunur ki, bir tərəfin digər tərəfdən ödəniş tələb etməsi üçün onun xeyrinə hər hansı hərəkət etməlidir. İddiaçı Şirkəti müqavilə üzrə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, yəni müqavilənin icrası və işlərin tamamlanması ilə əlaqədar heç bir hərəkət etmədiyi üçün, o cümlədən Cavabdeh1 Firmasının xeyrinə ümumiyyətlə hər hansı hərəkət etmədiyi üçün Cavabdeh1 Firmasından İddiaçı Şirkətinin xeyrinə hər hansı kompensasiya və ya pulun ödənilməsini tələb etmək hüququ yoxdur. Birgə Müəssisə sazişinin 6-cı bəndinin tələbinə əsasən “Birgə Müəssisənin işinə dair İnzibati Komitə üzvlərinin iclasları, istər Birgə Müəssisəsi, istərsə də idarə heyətinin hər hansı bir üzvü tərəfindən əsaslı bildiriş olduqda zəruri və ya arzu olunan vaxt və yerə çağırıla bilər. Müqavilə üzrə müəyyən olunmuş layihə işlərinin yekunlaşmasından sonra İddiaçı Şirkəti tərəfindən belə bir müraciətin edilməsi və guya onun hüquqlarının pozulmasının qeyd edilməsi əsassız və qəbuledilməzdir. Məhz bu səbəbdən də, onlarda heç bir işdə iştirak etməyən İddiaçı Şirkətinin əsassız varlanmaq istəyinin olması şübhəsini yaradır. İşdə olan 01 sentyabr 2017-ci il tarixli X/M 011 saylı müqaviləyə əsasən "xxxx" MMC (podratçı) ilə "xxxx" MMC (icraçı) arasında müqavilə bağlanmış, müqavilənin predmetini “Podratçı” layihə üzrə su və kanalizasiya xətlərinin çəkilişi xidmətlərinin göstərilməsini sifariş verib “İcraçıya” razılaşdırılmış xidmət haqqı ödəməyi, “İcraçı” isə “Podratçı”nın müəyyən etdiyi qaydada işlərin yerinə yetirilməsini öhdəsinə götürmüşdür. İşdə olan 03 iyun 2019-cu il tarixli xx/xx-2019 saylı subpodrat müqaviləsinə görə "xxxx" MMC (Podratçı) ilə "xxxx" MMC (Subpodratçı) arasında subpodrat müqaviləsi bağlanmış, bağlanmış müqavilənin predmetini subpodratçının Xırdalan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində çəkilmiş su və kanalizasiya xətlərinin keçdiyi trassalar boyunca olan xəndəklərin üzərinə asfalt vurulması işlərinin yerinə yetirməsini götürməsi olmuşdur. İşdə olan 25 iyun 2019-cu il tarixli SİM/015 saylı xidmət müqaviləsinə əsasən "xxxx" MMC (Podratçı) ilə "xxxx" QSC (məsləhəçi) arasında xidmət müqaviləsi bağlanmış, bağlanmış müqavilənin predmetini məsləhətçi və məsləhətçinin xidmətlərin icrası üçün təyin etdiyi yüksək səriştəli mütəxəssislərin podratçıya bu müqavilə üzrə məsləhət xidmətlərinin göstərilməsi, podratçı isə göstərilən xidmətlərin dəyərini bu müqaviləyə əlavə edilən “Qiymətlərin razılaşdırılma protokolu”na əsasən ödəməsi təşkil etmişdir. İşdə olan 01 avqust 2019-cu il tarixli xx/xx-2019-1 saylı subpodrat müqaviləsinə əsasən "xxxx" MMC (Podratçı) ilə "xxxx" MMC (Subpodratçı) arasında subpodrat müqaviləsi bağlanmış, bağlanmış müqavilənin predmetini subotpodratçının Xırdalan şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində çəkilmiş su xətlərinin çəkilişi və abadlıq işlərinin yerinə yetirilməsini öhdəsinə götürməsi olmuşdur. İşdə olan "xxxx" Birgə Müəssisənin layihə rəhbəri İbrahim Öztelli, Cavabdeh1 Firmasının direktoru Kərim Məmmədov, "xxxx" MMC-nin direktoru Faiq Zeynalov tərəfindən 27 yanvar 2020-ci il tarixində tərtib olunaraq təsdiq edilmiş akta əsasən “Xırdalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi" layihəsi üzrə "xxxx" ASC ilə bağlanmış 5/619-1 nömrəli 2017-ci il 7 iyul tarixli müqavilənin icrasını "xxxx" MMC və Cavabdeh1 Firması birgə yerinə yetirmiş və həmin müqavilə üzrə görülmüş iş həcmləri aşağıdakı qayda üzrə bölünmüşdür; ümumi məbləğ 126.049.016 AZN (ƏDV daxil), Cavabdeh1 Firması 56.810.230 AZN, "xxxx" MMC 69.238.786 AZN. Müqavilə üzrə işlərə 2017-ci ilin iyul ayında başlanmış, 2019-cu ilin dekabr ayında tamamlanmışdır. Hər bir şirkət işlədiyi ərazi üzrə icra zəmanəti müddətində (bir il) qəza, nöqsan və qüsurların aradan qaldırılmasını təmin edəcəkdir. Layihə tamamlanmış və "xxxx" Firmasına görülən işlərin dəyəri 56.810.230 manat tam ödənilmişdir. "xxxx" Birgə Müəssisənin layihə rəhbəri İbrahim Öztelli, "xxxx" Firmasının direktoru Kərim Məmmədov, "xxxx" MMC-nin direktoru Faiq Zeynalov tərəfindən imzalanaraq, "xxxx" Firması və "xxxx" MMC-nin möhürləri ilə təsdiq edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2022-ci il tarixli 2-2(102)-187/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 28 aprel 2023-cü il tarixli 2-2(102)-183/2023 saylı qərarlarında inikasını tapan göstərişləri rəhbər tutaraq bildirir ki, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-2(121)-85/2021 saylı qətnaməsinin əsaslılığı hazırkı apellyasiya baxışının predmetini təşkil edən hissədə - Cavabdeh1 Firmasına qarşı iddianın rədd edilməsi hissədə yoxlanılmalıdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 20 oktyabr 2021-ci il tarixli 2- 2(106)-117/2021 saylı qərardadı ilə hazırkı kommersiya mübahisəsi üzrə İddiaçı Şirkətininin cavabdeh "xxxx" MMC-yə aid hissədə iddiasından imtinası qəbul edilmiş, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli e-2-2(121)-85/2021 saylı qətnaməsi cavabdeh "xxxx" MMC-yə aid hissədə ləğv edilmiş, həmin hissədə işin icraatına xitam verilmişdir (sədrlik edən hakim – T.Kərimov, hakimlər – T.Heydərov və İ.Əhmədov). MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 10-cu maddəsinin tələbinə görə sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilibedilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. MM-in 11-ci maddəsinin tələbinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. MM-in 13-cü maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. MM-in 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. MM-in 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. MM-in 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 389-cu maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. MM-in 390-cı maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. MM-in 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. MM-in 425-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 500-cü maddəsinə görə birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. MM-in 509-cu maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. MM-in 560-cı maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 09 mart 2022-ci il tarixli 2-2(102)-187/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 28 aprel 2023-cü il tarixli 2- 2(102)-183/2023 saylı qərarlarında öz əksini tapmış məcburi göstərişlərə əsasən işin hallarına yuxarıda sadalanan qanunvericilik normalarına uyğun olaraq hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisələndirilən hissədə işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, tərəflər arasında bağlanmış "Birgə Müəssisə sazişi"nin 9-cu bəndinə görə tərəf müqavilənin yerinə yetirilməsi üçün tələb olunan dövriyyə kapitalındakı mütənasib payı avans olaraq verə bilmədikdə və ya etmədikdə, qarşı tərəf belə çatışmamazlığı və ya onun hər hansı bir hissəsini qabaqcadan edə bilər, lakin bu məcburi deyil. Yəni, tərəflərdən biri digərinin kapital qoyuluşunda iştirak etmədiyinə görə məsuliyyət daşımağı yalnız öz istəyi ilə götürə bilər. Bu baxımdan, həm iddiaçının nümayəndəsinin məhkəmə iclasında (15 oktyabr 2020-ci il tarixdə) verdiyi izahatında, həm iddia ərizəsində, həm də apellyasiya şikayətində iddiaçı müqavilənin icrasında heç bir fəaliyyətlə məşğul olmadığını, müqavilə üzrə hər hansı işləri icra etmədiyini, dövriyyə kapitalının qoyulmasında, çəkilmiş xərclərdə iştirakının olmadığını, başqa sözlə, Razılaşma ilə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməməsini təsdiq etmişdir. İddiaçı yalnız Razılaşmada iştirakçı kimi adının olmasını əsas gətirərək, ümumi xalis qazanc və mənfəətin onun payına uyğun hissəsinin xeyrinə tutulmasını xahiş etmişdir. Ancaq yuxarıda qeyd edilən Razılaşmanın şərtlərinə görə müvafiş işlərin yerinə yetirilməsində belə iştirakçılıq istisna edilir. Qeyd olunmalıdır ki, MM-in 404.1-ci maddəsinə istinad edərkən müqavilədəki söz və ifadələrin hərfi mənası ilə deyil tərəflərin iradə ifadəsinin həqiqi mənasını, müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini hansı formada nəzərə aldığını əsaslandırmamış, yalnız müqavilənin bəndlərini və MM-in maddələrini sadalamaqla kifayətlənmiş, qeyd olunan hallara münasibət bildirib hüquqi qiymət verməmişdir. İşdə olan sübutlardan da görünür ki, iddiaçı tərəfindən Razılaşmanın dövriyyə kapitalına dair 9-cu bəndinin şərtinin yerinə yetirilməməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Habelə “Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarında qeyd olunmuşdur ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Qeyd edilməlidir ki, MM-in 560.3.4-cü maddəsinə görə digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bundan əlavə, kollegiya diqqətə çatdırır ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin 16.1-ci madəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Habelə MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Eyni zamanda, nəzərə alınmalıdır ki, həmin Razılaşmanın 2-ci bəndinə görə tərəflərin hər biri Birgə Müəssisədə bölüşdürülməmiş maraqlara sahibdirlər, bütün zəruri iş kapitalını qoyur və xalis qazanc və mənfəətində iştirak edirlər, sonrakı cümlədə adının keçdiyi pay nisbətdə zərər və öhdəliklərində iştirak edirlər. Kollegiya xüsusi diqqətə çatdırır ki, tərəflər arasında bağlanmış hazırkı Razılaşmada dövriyyə kapitalının formalaşdırılmasının nəzərdə tutulması onun iştirakçılarının müqavilənin icrasında aktiv şəkildə iştirak etməli olduğunu təsdiq edir. İşgüzar münasibətlərdə dövriyyə kapitalı müəssisənin maliyyə sabitliyini müəyyənləşdirmək üçün zəruri olan fəaliyyətinin ən vacib göstəricisi olub, şirkətin öz sabit əməliyyatlarının maliyyələşdirilməsinə imkan verən və tez bir zamanda pula çevrilə bilən aktivlərdir. Müəssisənin yaradılması və fəaliyyətə başlanması ilə birgə dövriyyə kapitalı əsasən gündəlik fəaliyyətlər çərçivəsində qarşılaşdıqları xammal, əmək, ümumi idarəetmə xərcləri, enerji, xidmət, vergi, sığorta kimi qısa müddətli xərclərini qarşılamaq üçün istifadə olunur. Beləliklə, kollegiyası işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətləri üzrə araşdıraraq və iddiaçının apellyasiya şikayətinin dəlilləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işi tam və hərtərəfli araşdırmış, təqdim olunmuş sübutları işin halları üzrə düzgün qiymətləndirmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. İddiaçı Şirkətinin apellyasiya şikayətinin dəlili olaraq qeyd edilmişdir ki, “Alke inşaat Sanayi ve Ticaret və A.Ş.”nin peşəkarlığının, təcrübəsinin, idarəetmə səriştəsinin, etibarlığının və işgüzar nüfuzunun yüksək səviyyədə olması səbəbindən beynəlxalq müsabiqəli tenderdə qalib gəlmək mümkün olmuşdur. “Alke inşaat Sanayi ve Ticaret A.Ş.” ilə birgə müəssisə yaratmadan və onun adından, işgüzar nüfuzundan istifadə etmədən cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh1 Firmasının bu cür beynəlxalq müsabiqəli tenderdə qalib gəlməsi qeyri-mümkün olacaqdı. Kollegiya qeyd edir ki, şikayətin adıçəkilən dəlili iddiaçı tərəfindən sübuta yetirilməmiş, habelə bu halın hazırkı halda qüvvədə olan qanunvericliyin və ya tərəflər arasında bağlanmış Razılaşmanın tələbləri baxımından iş üzrə hər hansı əhəmiyyət kəsb etmir. Bundan başqa, İddiaçı şirkətinin apellyasiya şikayətində qeyd edilmişdir ki, razılaşmaya əsasən “Alke İnşaat Sanayi ve Ticaret Anonim Şirkəti"nin aktiv fəaliyyəti olmayacaqdı və yalnız hər hansı işlərin icra edilməsi zərurəti yaranarsa, birgə müəssisə tərəfindən şirkətə rəsmi şəkildə məlumat veriləcəkdir. Ancaq kollegiyası bildirir ki, 20 iyun 2017-ci il tarixli “X14” razılaşmada bu barədə hər hansı şərt və ya tələb nəzərdə tutulmamışdır. Ona görə də, İddiaçı Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-2(121)-85/2021 saylı qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən - Cavabdeh1 firmasına qarşı iddianın rədd edilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: İddiaçı Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2-2(121)-85/2021 saylı qətnaməsi hazırkı apellyasiya baxışının predmetini təşkil edən - Cavabdeh1 firmasına qarşı iddianın rədd edilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar