Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-9/2023 13.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh1-ə qarşı pul tələbinə dair iş üzrə X8 Məhkəməsinin 15 avqust 2021-ci il tarixli, 2-2(086)254/2018 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh1-yə qarşı 02 iyul 2013-cü il tarixli, SS-229 nömrəli alqısatqı müqaviləsi üzrə 355.868,47 manat, 04 mart 2014-cü il tarixli, 01/SS-**8 nömrəli alqısatqı müqaviləsi üzrə 358.959,76 manat, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə 113.352,16 manat, 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 13.363,50 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın, cəmi 841.573,89 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixli, SS-229 nömrəli, xx.xx.2014-cü il tarixli, 01/SS-**8 nömrəli, xx.xx.2014-cü il tarixli, 02/SS-051 nömrəli və xx.xx.2015-ci il tarixli, 150129/11-1-73 nömrəli alqı-satqı müqavilələri bağlanmış və müqavilələr əsasında ümumi dəyəri 2.799.229,97 manat məbləğində malların satışı həyata keçirilmişdir. Müqavilələr üzrə satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaimə-fakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul edilmişdir. İddiaçı malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etmiş, lakin cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini tam icra etməmişdir. Belə ki, cavabdeh tərəfindən müqavilələr üzrə 1.957.686,08 manat məbləğində ödənişlər edilsə də, ümumilikdə 841.543,89 manat məbləğində borc ödənilməmiş qalmışdır. Cavabdehə borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə və pretenziya məktubunun göndərilməsinə baxmayaraq, onun iddiaçıya olan borcu ödənilməmiş və borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh tərəf iştirak etmədiyindən onun mövqeyi bəlli olmamışdır. Şirvan İnzibati-iqtisadi Məhkəməsinin (hakim M.Həsənov) 15 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 02 iyul 2013-cü il tarixli, SS-229 nömrəli alqı-satqı müqaviləsi üzrə 355.868,47 manat, 04 mart 2014-cü il tarixli, 01/SS-**8 nömrəli alqı-satqı müqaviləsi üzrə 358.959,76 manat, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə 113.352,16 manat, 29 yanvar 2015-ci il tarixli, 150129/11-1- 073 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 13.363,50 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın, cəmi 841.573,89 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısına dair SS-229 nömrəli, 01/SS-**8 nömrəli, 02/SS- 51 nömrəli və 150129/11-1-73 nömrəli müqavilələr bağlanmışdır. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus qaimə-fakturaların surətlərindən X6 tərəfindən cavabdehə müxtəlif ölçüdə, miqdarda və dəyərdə malların verildiyi, lakin həmin malların şəxsiyyəti məlum olmayan şəxslər tərəfindən təhvil alındığı görünür. Yəni həmin şəxslərin cavabdehin nümayəndələri olması müəyyən edilmir. Beləliklə, həmin malların cavabdeh tərəfindən alınmasına dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat. İşə apellyasiya qaydasında, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər T.Heydərov, T.Kərimov, F.Abbasov) 29 yanvar 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Cavabdeh1-dən 841.543,39 (səkkiz yüz qırx bir min beş yüz qırx üç tam, səksən doqquz) manat məbləğində pulun alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat. İşə kassasiya qaydasında, cavabdeh tərəfinən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (hakimlər R.Nəbizadə, A.Hüseynov, İ.Dadaşov) 29 yanvar 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yenidən baxılması üçün iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat. İşə apellyasiya qaydasında, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər İ.Əsədov, İ.Əhmədov, E.Əliyev) 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2-2(086)-254/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın tam təmin edilməsi, 02 iyul 2013-cü il tarixli, SS-229 nömrəli alqı-satqı müqaviləsi üzrə 355.868,47 manat, 04 mart 2014-cü il tarixli, 01/SS-**8 nömrəli alqı-satqı müqaviləsi üzrə 358.959,76 manat, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə 113.352,16 manat, 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 13.363,50 manat cəmi 841.543,89 manat məbləğində pul Cavabdeh1-dən alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. d) Kassasiya instansiyası məhkəməsində ikinci icraat. İşə kassasiya qaydasında, cavabdeh tərəfinən verilmiş kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasının (hakimlər B.Məmmədli, B.Qəribov, İ.Şəfiyev) 19 oktyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2020-ci il 1 dekabr tarixli, 2-2(106)-06/2020 saylı qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: e) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Apellyasiya şikayətində göstərilir ki, cavabdehə plastik borular satılması qaimə fakturalarla yanaşı, elektron hesab vergi fakturaları, cavabdehə ünvanlanmış hesab fakturaları vardır. Şikayətə görə məhkəmə bu halları nəzərə almamışdır. ə) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə qarşı etiraz təqdim edilməmişdir. f)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh təşkilatın vəkili qismində çıxış edən Vəkil1 elektron kabinetə ərizə ünvanlayaraq təkrar mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin nümayəndələrinin iştirakı olmadan apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6**.1-ci maddəsinin tələbinə görə alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 6**.2-6**.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Mülki Məcəllənin 6**.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 6**.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında malların (plastik borular və s. məhsulların) alqı-satqısına dair xx.xx.2013-cü il tarixli, SS-229 nömrəli, xx.xx.2014-cü il tarixli, 01/SS-**8 nömrəli, xx.xx.2014-cü il tarixli, 02/SS-51 nömrəli və xx.xx.2015-ci il tarixli, 150129/11-1-73 nömrəli müqavilələr bağlanmışdır. Müqavilələrin şərtlərinə müvafiq olaraq tərəflər öhdəlik götürmüşlər, o cümlədən, müqavilədə alıcının malların satış qiymətini müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməsi, müəyyən hallarda öhdəliklərinin yerinə-yetirilməsini gecikdirdikdə isə müvafiq penya da nəzərdə tutulmuşdur. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən müqavilələr üzrə cəmi 1.957.686,08 manat məbləğində ödəniş edilmiş, cavabdeh 2 iyul 2013-cü il tarixli, SS-229 №-li, 4 mart 2014-cü il tarixli, 01/SS-**8 №-li, 20 may 2014-cü il tarixli, 02/SS-051 №-li və 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 №-li malların alqı-satqı müqavilələri üzrə malları təhvil almış, həmin mallar üzrə ödənilməli olan pul məbləğinin bir qismini ödəsə də qalan hissəsini ödəməyərək, 2 iyul 2013-cü il tarixli, SS-229 nömrəli alqı-satqı müqaviləsi üzrə 355.868,47 manat, 4 mart 2014-cü il tarixli, 01/SS-**8 nömrəli alqı-satqı müqaviləsi üzrə 358.959,76 manat, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 113.352,16 manat, 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 13.363,50 manat məbləğində cəmi 841.543,89 (səkkiz yüz qırx bir min beş yüz qırx üç tam səksən doqquz) manat borcu qalmışdır. İddiaçının tələbinə görə, cavabdehin ödənişləri gecikdirməsi, müqavilə öhdəliyinin yerinə yetirilməməsi öhdəliyin pozulması kimi qiymətləndirilir və bu, iddianın təmin edilməsi üçün əsasdır. İddiaçı iddiasını sübut etmək üçün məhkəməyə 2 iyul 2013-cü il tarixli, SS-229 nömrəli, 4 mart 2014-cü il tarixli, 01/SS-**8 nömrəli, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli və 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli malların alqı-satqı müqavilələrini təqdim etmişdir. Müqavilələr üzrə 28 avqust 2013-cü il tarixli, 779061 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115.337,92 manat, 28 avqust 2013-cü il tarixli, 779070 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 57.620,58 manat, 05 sentyabr 2013-cü il tarixli, 779413 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115.918,48 manat, 05 sentyabr 2013-cü il tarixli, 779423 №-li qaiməfakturaya əsasən ƏDV daxil 57.765,72 manat, 06 sentyabr 2013-cü il tarixli, 779483 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115.918,48 manat, 30 sentyabr 2013-cü il tarixli, 780440 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 58.249,52 manat, 01 oktyabr 2013-cü il tarixli, 780472 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115.966,86 manat, 07 oktyabr 2013-cü il tarixli, 780948 №-li qaimə fakturaya əsasən ƏDV daxil 86.890,48 manat, 18 oktyabr 2013-cü il tarixli, 781292 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115.918,48 manat, 23 oktyabr 2013-cü il tarixli, 781486 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 116.257,14 manat, 25 oktyabr 2013-cü il tarixli, 781549 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 115.966,86 manat, 14 noyabr 2013-cü il tarixli, 782207 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 68.119,04 manat, 14 noyabr 2013-cü il tarixli, 782228 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 67.538,48 manat, 14 noyabr 2013-cü il tarixli, 782234 №-li qaiməfakturaya əsasən ƏDV daxil 67.925,52 manat, 15 noyabr 2013-cü il tarixli, 782261 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 58.491,42 manat, 18 noyabr 2013-cü il tarixli, 782281 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 58.539,80 manat, 18 noyabr 2013-cü il tarixli, 782317 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 60.378,24 manat; 13 may 2014-cü il tarixli, 828736 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 90.686,59 manat, 16 may 2014-cü il tarixli, 828861 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 84.072,03 manat, 16 may 2014-cü il tarixli, 828902 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 66.768,71 manat, 19 may 2014-cü il tarixli, 828923 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 58.955,87 manat, 21 may 2014-cü il tarixli, 829035 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 76.019,52 manat, 26 may 2014-cü il tarixli, 903604 №-li qaiməfakturaya əsasən ƏDV daxil 58.236,89 manat, 03 iyun 2014-cü il tarixli, 903863 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 88.433,80 manat, 03 iyun 2014-cü il tarixli, 903827 №li qaimə-fakturaya əsasən ƏDV daxil 91.022,11 manat, 04 iyun 2014-cü il tarixli, 903901 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 2.157,23 manat, 04 iyun 2014-cü il tarixli, 903902 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 161,52 manat, 20 iyun 2014-cü il tarixli, 904348 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 104.538,82 manat, 20 iyun 2014-cü il tarixli, 904367 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 105.081,14 manat, 24 iyun 2014-cü il tarixli, 904420 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 97.828,40 manat, 24 iyun 2014-cü il tarixli, 904444 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 68.158,74 manat, 25 iyun 2014cü il tarixli, 904456 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 556,96 manat, 25 iyun 2014cü il tarixli, 904461 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 7.438,72 manat, 30 iyun 2014cü il tarixli, 904561 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 99.026,69 manat, 15 iyul 2014-cü il tarixli, 904946 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 6.541,45 manat, 15 iyul 2014-cü il tarixli, 904947 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 501,26 manat, 04 avqust 2014-cü il tarixli, 906334 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 6.694,85 manat, 04 avqust 2014-cü il tarixli, 906335 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 501,26 manat, 13 avqust 2014-cü il tarixli, 906585 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 169,87 manat, 19 avqust 2014-cü il tarixli, 906712 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 696,20 manat, 19 avqust 2014-cü il tarixli, 906713 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 7.556,72 manat, 22 avqust 2014-cü il tarixli, 906803 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 637,72 manat, 22 avqust 2014-cü il tarixli, 906804 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 7.031,38 manat, 25 avqust 2014-cü il tarixli, 906835 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.980,71 manat, 25 avqust 2014-cü il tarixli, 906835 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 556,96 manat, 09 oktyabr 2014-cü il tarixli, 908135 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 09 oktyabr 2014-cü il tarixli, 908136 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 09 oktyabr 2014-cü il tarixli, 908137 №-li qaiməfakturaya əsasən ƏDV daxil 501,26 manat, 09 oktyabr 2014-cü il tarixli, 908138 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473,42 manat, 13 oktyabr 2014-cü il tarixli, 908180 №li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 13 oktyabr 2014-cü il tarixli, 908181 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473,42 manat, 13 oktyabr 2014-cü il tarixli, 908182 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 13 oktyabr 2014-cü il tarixli, 908183 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473,42 manat, 15 oktyabr 2014-cü il tarixli, 950277 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473,42 manat, 15 oktyabr 2014cü il tarixli, 950278 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473,42 manat, 15 oktyabr 2014-cü il tarixli, 950279 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 15 oktyabr 2014-cü il tarixli, 950280 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 04 noyabr 2014-cü il tarixli, 951515 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 04 noyabr 2014-cü il tarixli, 951516 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473,42 manat, 04 noyabr 2014-cü il tarixli, 951517 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 04 noyabr 2014-cü il tarixli, 951518 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 473,42 manat, 05 noyabr 2014-cü il tarixli, 951526 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.921,71 manat, 05 noyabr 2014-cü il tarixli, 951527 №-li qaiməfakturaya əsasən ƏDV daxil 473,42 manat, 19 noyabr 2014-cü il tarixli, 951659 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 373,16 manat, 19 noyabr 2014-cü il tarixli, 951660 №li qaimə-fakturaya əsasən ƏDV daxil 1.497,84 manat, 19 noyabr 2014-cü il tarixli, 951661 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 3.169,86 manat, 24 noyabr 2014-cü il tarixli, 951699 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 584,35 manat, 24 noyabr 2014-cü il tarixli, 9517** №-li qaimə-fakturaya əsasən ƏDV daxil 26,55 manat, 26 noyabr 2014-cü il tarixli, 951940 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 59,** manat, 25 dekabr 2014-cü il tarixli, 952174 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 389,40 manat, 25 dekabr 2014-cü il tarixli, 952175 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 466,10 manat, 25 dekabr 2014cü il tarixli, 952176 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 4.598,04 manat, 25 dekabr 2014-cü il tarixli, 952177 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 5.503,71 manat, 25 dekabr 2014-cü il tarixli, 952178 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 684,40 manat; 29 yanvar 2015-ci il tarixli, 953980 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 2.610,16 manat, 30 yanvar 2015-ci il tarixli, 953985 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 2.610,16 manat, 03 fevral 2015-ci il tarixli, 954**2 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 2.610,16 manat, 10 fevral 2015-ci il tarixli, 954039 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 3.483,36 manat, 10 fevral 2015-ci il tarixli, 954040 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 278,48 manat, 11 fevral 2015-ci il tarixli, 954050 №-li qaimə-fakturaya əsasən ƏDV daxil 1.771,18 manat olmaqla ümumilikdə 2.799.229,97 (iki milyon yeddi yüz doxsan doqquz min iki yüz iyirmi doqquz manat doxsan yeddi qəpik) manat məbləğində müxtəlif çeşiddə malların satışı həyata keçirilmişdir. Həmin müqavilələr və qaimə fakturalar cavabdeh tərəfindən mübahisələndirməmişdir. Satılan mallar üzrə yuxarıda qeyd olunan qaimə-fakturalara uyğun tərtib edilmiş 46 ədəd X13 Fakturaları cavabdeh tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında təsdiq edilmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdeh tərəfindən Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında iddiaçı ilə bağlanmış müqavilələr üzrə təqdim edilmiş qaimə fakturalara uyğun olaraq tərtib edilmiş X13 Fakturaları Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalında təsdiq edilmişdir. Cavabdeh tərəf 15 oktyabr 2019-cu il tarixdə Apelyasiya Məhkəməsinə daxil olmuş etiraz ərizəsində hər bir müqavilə üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Kollegiya qeyd edir ki, iddia müddətinin tətbiqi barədə ərizə birinci instansiya məhkəməsində təqdim edilməmişdir. Halbuki, istər birinci instansiya məhkəməsində, istərsə də əvvəlki apelyasiya baxışında cavabdeh tərəfə etibarlı surətdə məlumat verilmiş, məhkəmə prosesləri barədə cavabdehin məlumatı olmuşdur. Cavabdeh tərəfin iddia müddətinin tətbiqi barədə ərizə vermək üçün imkanı olsa da belə ərizə təqdim etməmişdir. Belə ərizəni cavabdeh yalnız kassasiya qaydasında şikayət verdikdə təqdim etmişdir. Halbuki, ona iddiaya qarşı etirazını və müvafiq sübutlarını təqdim etməsi bildirilmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizəni birinci instansiya məhkəməsində, yaxud əvvəlki apelyasiya baxışında təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Ona görə də Kollegiya iddia müddətinin tətbiqi barədə ərizəni qəbul etmir. Beləliklə, iddiaçının təqdim etdiyi, tərəflər arasında bağlanmış müqavilələr və həmin müqavilələr üzrə məhsulların cavabdehə təhvil verilməsi barədə sübutlar bəllidir. İddiaçının təqdim etdiyi qaimə fakturalarla malların təhvil verildiyi müəyyən edilir. Cavabdeh tərəf aldığı məhsulların pulunu tamamilə ödəməsinə dair sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2020-ci il tarixli, 9/1823 nömrəli rəyində "xxxx" MMC-ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli SS-229 nömrəli, xx.xx.2014-cü il tarixli, 01/SS-08 nömrəli, xx.xx.2014-cü il tarixli, 02/SS-51 nömrəli və xx.xx.2015-ci il tarixli, 150129/11-1-73 nömrəli ayrı-ayrı müqavilələr üzrə borcunu, sənədlərdə uyğunsuzluq olduğundan müəyyən etmək mümkün olmadığı qeyd edilmişdir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçı tərəf sözügedən müqavilələr üzrə malların verilməsi və ödənişlərə dair hesabdan çıxarış təqdim edilmişdir. Həmin çıxarışdan müvafiq vaxtaşırı ödənişlər, verilən malların miqdarı, qalıq məbləğ müəyyən edilir. Hesabdan çıxarışda sözügedən 4 müqavilə üzrə xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il ərzində dövriyyə, eləcə də ayrı-ayrı vaxtlarda müqavilələr üzrə əməliyyatlar əksini tapmışdır. Çıxarışda 2.799.229,97 manat dəyərində mal verildiyi, 1.957.686,08 manat məbləğində ödəniş mədaxil edildiyi və 841.543,89 manat qalıq qaldığı müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1603 nömrəli, 19 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlər (qaimə-faktura, e-vhf, ödəniş sənədləri, "hesabın kartoçkası" (c2.i.v - 316-328) məlumatları və s.), xx.xx.2013-cü il tarixli SS-229 nömrəli, xx.xx.2014-cü il tarixli 01/SS-**8 nömrəli, xx.xx.2014-cü il tarixli 02/SS-51 nömrəli və xx.xx.2015-ci il tarixli 150129/11-1-73 nömrəli malların alqı-satqı müqavilələrinə əsasən Cavabdeh1- nin "xxxx" MMC-nə olan borc qalığı ümumilikdə 841.543,89 manat məbləğində müəyyən edilir, o cümlədən: a) 02 iyul 2013-cü il tarixli, SS-229 nömrəli müqavilə üzrə 355.868,47 manat; b) 04 mart 2014-cü il tarixli, 01/SS-**8 nömrəli müqavilə üzrə 358.959,76 manat; c) 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli müqavilə üzrə 113.352,16 manat; ç) 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli müqavilə üzrə 13363,50 manat; Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf ayrı-ayrı müqavilələrin şərtlərinə uyğun olaraq cavabdehə mallar təhvil verdiyini sübuta yetirə bilmişdir. Eləcə də cavabdeh tərəfindən edilən ödənişlər üzrə maliyyə sənədləri (kompüterdən çıxarışlar) təqdim etmişdir. Kollegiya hesab edir ki, müqavilə şərtlərinə uyğun olaraq aldığı malların dəyərinin satıcıya ödədiyini sübuta yetirmək cavabdehin üzərindədir. Kollegiya hesab edir ki, cavabdeh bu halı sübuta yetirə bilməmişdir. Bununla yanaşı, cavabdehin təmsilçisi iddiaya qarşı etirazını əsaslandırmaq üçün məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdeh öz etirazını əsaslandıra bilməmişdir. İddiaçı tərəf öz tələbini əsaslandıra və sübuta yetirə bilmişdir. Ona görə iddia əsaslı sayılmalı və təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarını pozmuşdur ki, bu da qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Odur ki, apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməli, 02 iyul 2013-cü il tarixli, SS-229 nömrəli alqısatqı müqaviləsi üzrə 355.868,47 manat, 04 mart 2014-cü il tarixli, 01/SS-**8 nömrəli alqısatqı müqaviləsi üzrə 358.959,76 manat, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə 113.352,16 manat, 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 13.363,50 manat məbləğində borc, cəmi 841.543,89 manat məbləğində pul Cavabdeh1-dən alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat Cavabdeh1-dən tutulub "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Cavabdeh1-dən ekspertiza tədqiqatlarının dəyərləri olan cəmi 70 manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli, 2-2(086)-254/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 02 iyul 2013-cü il tarixli, SS-229 nömrəli alqı-satqı müqaviləsi üzrə 355.868,47 manat, 04 mart 2014-cü il tarixli, 01/SS-**8 nömrəli alqı-satqı müqaviləsi üzrə 358.959,76 manat, 20 may 2014-cü il tarixli, 02/SS-051 nömrəli malların alqı-satqısı müqaviləsi üzrə 113.352,16 manat, 29 yanvar 2015-ci il tarixli, 150129/11-1-073 nömrəli malların alqı-satqı müqaviləsi üzrə 13.363,50 manat cəmi 841.543,89 manat məbləğində pul Cavabdeh1-dən alınaraq "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45 manat Cavabdeh1-dən tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Cavabdeh1-dən ekspertiza tədqiqatlarının dəyərləri olan cəmi 70 manat məbləğində pul vəsaiti tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(106)-9/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-9/2023
13.07.2023 · Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver