Məhkəmə qərarları › İş №2-2(106)-94/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(106)-94/2023

17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2-2(106)-94/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı "GMC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə kommersiya işi üzrə Şirvan Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2-2(121)-528/2023 saylı qətnaməsindən (hakim Z.Abbasov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı "GMC Group” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "GMC Group” MMC ilə Cavabdeh arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli, TXM00003C/19 saylı və 17 mart 2020-ci il tarixli, TXM-000l0C/20 saylı "Texniki xidmətlərin göstərilməsi barədə” müqavilələrə əsasən 8.297,13 manat borc, 100 manat mediasiya xərci, 5 manat dövlət rüsumu olmaqla, cəmi 8.402,13 manat pulun Cavabdehndən tutularaq iddiaçı "GMC Group” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "GMC Group” MMC (əvvəlki adı ilə - "Grand Motors” MMC) ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış və digər texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Göstərilən fəaliyyətlə əlaqədar Cavabdeh (VÖEN: **********) ilə "GMC Group” MMC arasında 10 yanvar 2019-cu il tarixli, TXM-00003C/19 saylı və 17 mart 2020-ci il tarixli, TXM-00010C/20 saylı "Texniki xidmətlərin göstərilməsi barədə” müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 2.1-ci bəndinə əsasən "İcraçı” "Sifarişçi”nin təyin etdiyi məsul şəxs tərəfindən və yaxud "Sifarişçi”nin özü tərəfindən, şifahi və yaxud yazılı şəkildə verilmiş sifarişlərini əsas tutaraq, bu müqavilənin qüvvədə olduğu müddət ərzində, “Sifarişçi”yə məxsus olan texnikalara texniki xidmət göstərməyi, "Sifarişçi” isə bu işin müqabilində tələb olunan haqqı “İcraçı”ya vaxtında ödəməyi öhdəsinə götürür. Sözügedən müqaviləyə əsasən Cavabdehnə iddiaçı Cəmiyyət tərəfindən ümumi dəyəri 8,297.13 manat təşkil edən xidmətlər göstərilmişdir. Bu Müqavilələrin 4.2-ci maddələrinə əsasən, tərəflər arasında hesablaşmalar, “İcraçı” tərəfindən görülmüş xidmətdən sonra “Sifariş”çi tərəfindən 5 bank günü müddətində 100% ödəniş təmin edilməlidir. Lakin cavabdeh qeyd olunan məbləğin heç bir hissəsini bu günə qədər ödəməmişdir. Beləliklə, Cavabdeh iddiaçıya 10 yanvar 2019-cu il tarixli, TXM- 00003C/19 saylı müqavilə üzrə borcu 177 manat, 17 mart 2020-ci il tarixli, TXM- 00010C/20 saylı müqavilə üzrə borcu 8.120,13 manat olmaqla, cəmi 8,297.13 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Cavabdeh xx.xx.2023-cü il tarixli iddia ərizəsinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə “GRAND MOTORS" MMC arasında İdarənin balansında olan maşın mexanizmlərə texniki xidmət göstərilməsinə dair xx.xx.2019-cu il tarixli, TXM- 00003C/19 saylı müqavilə bağlanmışdır. Bağlanmış müqavilə əsasında 2019cu ilin yanvar ayında “GRAND MOTORS" MMC tərəfindən 177 manat məbləğində texniki xidmət göstərilmişdir. Göstərdiyi xidmətlərin nəticəsinə görə "xxxx" MMC, Cavabdehnə elektron qaimə, hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim etmişdir. Lakin Maliyyə Nazirliyi tərəfindən işlərin birbaşa müqavilə əsasında görülməsinə icazə verilmədiyi üçün həmin vəsait ödənilməmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Azərbaycan Respublikasının Baş Nazirinə və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciətlər edilmiş, müraciətə cavab olaraq meliorasiya işlərinin özünə məxsus və mürəkkəb iş xüsusiyyətləri nəzərə alınaraq onun vahid sistemini təşkil edən tabeli qurumları tərəfindən öz gücü ilə yerinə yetirilən iş və xidmətlərin satınalma prosedurunun predmeti olmadığı üçün Səhmdar Cəmiyyətin Nizamnaməsinə uyğun birbaşa həyata keçirilməsinə razılıq verilmişdir. Həmçinin, Cavabdeh ilə “GRAND MOTORS" MMC arasında İidarənin balansında olan mexanizmlərin cari təmiri və onlara zəmanətli servis xidməti göstərilməsinə dair xx.xx.2020-ci il tarixli, TXM-000103C/20 saylı müqavilə bağlanmışdır. 2019-cu ildən göstərdiyi texniki xidmətə görə ödənilməmiş 177 manat borc nəzərə alınmaqla və 2020-ci ildə bağlanmış müqaviləyə əsasən yerinə yetirilmiş cari təmir və texniki servis xidmətinə görə “GRAND MOTORS" MMC tərəfindən elektron qaimə, hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktını İdarəyə təqdim etdiyinə görə "GRAND MOTORS” MMC-nin hesabına 2020-ci ildə ümumilikdə 62.139,13 manat vəsait ödənilmişdir. 2020-ci və 2021-ci illərdə “GMS Group" MMC (keçmiş "xxxx" MMC) tərəfindən Cavabdehnə 8.297,13 manat məbləğində olan elektron qaimələr göndərilmiş, lakin görülmüş işlərə görə hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edilmədiyi üçün həmin vəsait ödənilməmiş və “GMS Group" MMC tərəfindən göndərilmiş elektron qaimələr etibarsız hesab edilərək geri göndərilmişdir. Cavabdeh ilə "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən "xxxx" QSC arasında İdarənin balansında olan mexanizmlərin cari təmiri və onlara zəmanətli servis xidməti göstərilməsi üçün xx.xx.2021-ci il tarixdə 11 saylı müqavilə bağlanmışdır. 2021-ci ildə bağlanmış müqaviləyə əsasən yerinə yetirilmiş cari təmir və texniki servis xidmətinə görə "xxxx" QSC tərəfindən elektron qaimə, hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı İdarəyə təqdim edildiyinə görə "xxxx" QSC-nin hesabına 73.063,88 manat vəsait ödənilmişdir. odur ki, "xxxx" MMC tərəfindən Cavabdehnə qarşı 8.297,13 manat məbləğində pul tələbi əsassızdır. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər görülmüş işləri əks etdirmədiyi üçün və heç bir iki tərəfli təsdiqlənmiş sənədin olmadığını nəzərə alaraq iddia təmin edilməməlidir. İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş cavabdehin etirazına dair xx.xx.2023-cü il tarixli mülahizədə qeyd olunmuşdur ki, cavabdehin xx.xx.2019-cu il tarixli müqavilə üzrə öz öhdəliyini qəbul etməsi, bu müqavilə üzərindən baş tutacaq mübahisənin qarşısını aldığı üçün tərəflərindən məqbul hesab edilir. Lakin, cavabdehin xx.xx.2020-ci il tarixli müqavilədən yaranan öhdəlikləri ilə əlaqədar mövqeyini düzgün qəbul etmir və etiraz edirlər. Səbəbi bundan ibarətdir ki, tərəflərindən sözü gedən sənədlər cavabdehin elektron poçtuna rəsmiləşdirilməsi üçün göndərilmişdir, müvafiq təmir aktları isə hər iki tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Cavabdehin etirazı əsassızdır. Belə ki, cavabdehə “onlayn kargüzarlıq” X1 Sistemi (AVİS) vasitəsilə 749838 (GM11102 nömrəli təmir aktı ilə təsdiq edilmişdir), 842442 (GM14667 nömrəli təmir aktı ilə təsdiq edilmişdir), 391685 (GM14969 nömrəli təmir aktı ilə təsdiq edilmişdir), 393550 (GM15000 nömrəli təmir aktı ilə təsdiq edilmişdir) nömrəli elektron qaimələr göndərilmiş, cavabdeh isə bu elektron qaimələrə etiraz etməyərək öz razılığını ifadə etmişdir. Məlumdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.1-ci bəndinə görə vergi ödəyicisi malların təqdim edilməsi ilə bağlı elektron imza vasitəsi ilə portala daxil olur, elektron qaimə fakturanı hazırlayır, təsdiq edir və göndərir. Elektron qaimə malların təqdim edilməsini göstərən malın (işin, xidmətin) təqdim edilməsini təsdiq edən rəsmi uçot sənədidir. Vergi ödəyicisi gücləndirilmiş elektron imza vasitəsilə portala daxil olur və qaimə fakturanı təsdiq edir. Əgər sifarişçi tərəfindən mallar qaytarılsa idi, o zaman sifarişçi qeyd olunan Qaydaların 2 nömrəli Əlavəsində əks etdirilmiş “Malların qaytarılması barədə” elektron qaimə faktura tərtib etməli və göndərməli idi. Bununla əlaqədar olaraq tərəflərindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə elektron qaimə fakturanın malların təhvil-təslimi prosesini sübut edib-etməməsi ilə bağlı müraciət edilmişdir. Nazirlik öz cavab məktubunda elektron qaimə fakturada hər hansı düzəliş edilmədikdə və ya ləğv edilmədikdə bu halın malların faktiki olaraq təhvil-təslim edilməsi kimi qiymətləndirilməli olmasını göstərmişdir. Qeyd edilən halları nəzərə alaraq cavabdehin etirazını əsassız hesab edilməsi və iddianın təmin edilməsini xahiş etmişlər. Şirvan Kommersiya Məhkəməsinin 23.o2.2023-cü il tarixli, e-2-2(121)-528/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbi barədə kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında materiala iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə tərəflərindən görülmüş işlərə dair cavabdehə ümumilikdə 25 sayda elektron qaimə göndərilmişdir, həmin qaimələrə əsasən görülmüş işlərin ümumi məbləği 70.259,26 manat təşkil etmişdir. Cavabdeh tərəfindən 22 qaimə üzrə ümumilikdə 62.139,13 manat məbləğində ödəniş həyata keçirilmişdir, lakin ümumi məbləği 8.120,13 manat olan 3 qaimə üzrə ödəniş edilməmişdir. Cavabdehin görülən işlərin haqqını təşkil edən 8.120,13 manat ödənilməmiş borcunun olması elektron qaimələr, təmir aktları və digər sənədlərlə öz təsdiqini tapmışdır. Nümayəndə qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, təmsil etdiyi idarədə baş mühasib vəzifəsində işləyir və görülən iş və xidmətlərə dair ödənişlərin həyata keçirilməsində bilavasitə iştirak edir. İddia ərizəsində göstərilən 10 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən yaranmış 177 manat məbləğində borcun həqiqətən yarandığını qəbul edir, lakin bildirir ki, həmin borc sonradan iddiaçıya ödənilmişdir. 17 mart 2020-ci il tarixli müqaviləyə əsasən guya tərəflərindən ödənilməmiş 8.120,13 manat məbləğində borcun olması ilə bağlı iddiaçının tələbini isə qəbul etmir. Belə ki, ərizədə qeyd olunan xidmətin göstərilməsi barədə iddiaçının tələbi həqiqətə uyğun deyildir, buna görə də həmin xidmətin göstərilməsinə görə tələb olunan borc da mövcud olmamışdır. Cavabdeh tərəfindən görülən işlər və xidmətlərə görə ödənişlər, elektron qaimə ilə yanaşı, hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edildiyi təqdirdə tərəflərindən həyata keçirilir. Tələb olunan 8.120.13 manat məbləğində olan elektron qaimələr iddiaçı tərəfindən təmsil etdiyi idarəyə göndərilsə də, lakin görülmüş işlərə görə hesab faktura, təmir aktı və görülmüş işlərin qəbulu üçün iki tərəfli imzalanmış və möhürlənmiş təhvil-təslim aktı təqdim edilmədiyi üçün həmin vəsait tərəflərindən ödənilməmişdir. İddiaçı tələb etdiyi məbləğdə işin görülməsini təsdiq edən sənədləri təqdim edə bilmədiyinə hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5, digər nümayəndənin izahatına oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi idarədə mexanizasiya şöbəsinin rəisi vəzifəsində işləyir və idarəyə məxsus olan texnikaların təmiri, yeni ehtiyat hissələri ilə təchiz edilməsinə dair işlər onun tərəfindən təhvil alınır və təmir aktları onun tərəfindən imzalanır. İddia tələbində göstərilən və 8.120.13 manat məbləğində olduğu iddia edilən işlərin iddiaçı tərəfindən görülməsi həqiqətə uyğun deyildir, belə işlər əslində həyata keçirilməmişdir. İddiaçı tərəfindən təqdim edilən və guya həmin işlərin görülməsini təsdiq edən təmir aktlarındakı imzalar ona məxsus olsa da, təmir aktlarının məzmunu iddiaçı tərəfindən sonradan yazılmışdır. Buna görə də, məhkəmədən iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Şirvan Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2-2(121)-528/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən xx.xx.2019-cu il tarixli, TXM- 00003C/19 nömrəli müqaviləyə əsasən 177 manat, xx.xx.2020-ci il tarixli, TXM- 00010C/20 nömrəli müqaviləyə əsasən 8.120,13 manat məbləğində borcun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 100 manat mediasiya xərcinin və ödənilmiş 5 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 8.402,13 manat məbləğində pulun tutularaq iddiaçı "GMC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə nəzərdə tutulan 97,97 manat məbləğində dövlət rüsumu qalığının cavabdehə aid edilməsi və cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh tərəf apellyasiya şikayəti verərək, Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(121)-528/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, 177 manat xidmət haqqına münasibətdə onun tərəfimizdən tam ödənilməsini, əgər lazım gələrsə, iddia müddəti tətbiq edərək iddianın həmin hissədə rədd edilməsi(iddia müddətinin tətbiqi ilə bağlı ərizəni təqdim edirik) və 8.120,13 manata münasibətdə isə xx.xx.2020-ci il tarixli müqavilənin əslinin əldə edilməsi, həmin müqavilənin əslinin məhkəmə-xətşünaslıq ekspertizsaına təqdim edilməsi (ekspert qarşısında qoyulan sualları vəsatətdə göstərmişik), əgər müqavilənin əsli olmazsa, onun surətinin ekspertizaya təqdim edilməsi və ekspert rəyinin nəticəsinə uyğun olaraq iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi 177 manat xidmət haqqı ilə əlaqədar iddia müddətinin ötürülməsi səbəbindən iddia müddəti tətbiq edərək həmin hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməli olduğu halda, həmin ərizəmizə ümumiyyətlə əhəmiyyət verilməmiş, bu hal faktiki olaraq araşdırılmamışdır. İddianın təmin edilmiş 8.120,13 manat hissəsi ilə əlaqədar isə bildirirlər ki, məhkəmənin istinad etdiyi xx.xx.2020-ci tarixli müqavilə əslində olmamışdır. Məhkəməyə bunu bildirsələr də, həmin fakta əhəmiyyət verilməmiş, mövcud olmayan müqavilə mövcud müqavilə kimi qəbul edilmişdir. Əslində məhkəmədə israrlı şəkildə bildirmişdir ki, müqavilə tərəflərindən imzalanaraq möhürlə təsdiq edilməmişdir. Müqavilənin məhkəməyə təqdim edilmiş surətində imza və möhür elektron vasitələrdən istifadə edilməklə çəkilmişdir. İş üçün xüsusilə mühüm əhəmiyyət kəsb edən həmin fakt da məhkəmə tərəfindən araşdırılmamışdır. Nəticədə iddiaçının mövqeyindən çıxış edən məhkəmə qanunsuz və əsassız qərar qəbul etmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh tərəf apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Kommersiya işinə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmİn Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 753.2-ci maddəsinə əsasən, əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən, əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Yenə həmin Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan "Kommersiya hüquqi şəxslərinin Dövlət qeydiyyatı haqqında Şəhadətnamə”nin surətindən görünür ki, "GMC GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (əvvəlki "GRAND MOTORS” Məhdud Məsuliyyətli Cəmiyyəti) ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2005-ci il tarixdə kommersiya hüquqi şəxslərinin Dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X2r. İş materiallarında olan "İnternet Vergi İdarəsi”ndən çıxarışdan görünür ki, Cavabdeh ********** Dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə xx.xx.2004- cü il tarixdə kommersiya hüquqi şəxslərinin Dövlət reyestrində qeydiyyata alınmışdır və Cəmiyyətin qanuni təmsilçisi X4r. İş materiallarında olan "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Cavabdeh Nizamnaməsinin: 1.2- ci bəndinə əsasən, İdarə Cəmiyyətin tabeliyində olmaqla, müstəqil struktur vahididir. İdarə üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş Cəmiyyətin və idarənin adı göstərilmiş möhürə, müvafiq ştampa və blanklara malikdir; 1.3-cü bəndinə əsasən, İdarə hüquqi şəxs statusuna malik olmaqla, onun istehsalat-təsərrüfat fəaliyyəti büdcədən və büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir, maliyyə əməliyyatları Cəmiyyətin və idarənin verdiyi sifarişlər əsasında yerli xəzinədarlıq orqanları tərəfindən aparılır; 2.2.1 -ci yarımbəndinə əsasən, İdarə öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin etməlidir; 2.2.12-ci yarımbəndinə əsasən, İdarə mövcud qanunvericiliyə uyğun olaraq Cəmiyyət tərəfindən təsdiq edilmiş plana əsasən sudan pullu istifadəni təmin etməlidir; 2.3.5-ci yarımbəndinə əsasən, İdarə dövlət büdcəsi və suyun pullu satışı hesabına daxil olan vəsaitlərdən təyinatı üzrə istifadə edilməsini, malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunvericiliyə uyğun olaraq, katirovka (müsabiqələrin) keçirilməsini təşkil edir; 3.1-ci bəndinə əsasən, İdarənin gəlirləri dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərdən ibarətdir. İş materiallarında olan "Grand Motors” MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, TXM-00003C/19 nömrəli və xx.xx.2020-ci il tarixli, TXM-00010C/20 nömrəli "texniki xidmət” müqavilələrinin eyni məzmunlu: 1.1-ci bəndlərinə əsasən, "Sifarişçi”nin və yaxud "Sifarişçi” tərəfindən təyin edilmiş məsul şəxsin tapşırığına əsasən, "İcraçı”, "Sifarişçi”yə məxsus olan yeni və yaxud işlənmiş texnikaları üzrə servis xidməti göstərilməsini və anbarda olan ehtiyyat hissələri ilə təchiz edilməsini öz üzərinə götürür; 2.1-ci bəndlərinə əsasən, "İcraçı”, "Sifarişçi”nin təyin etdiyi məsul şəxs tərəfindən və yaxud "Sifarişçi”nin özü tərəfindən, şifahi və yaxud yazılı şəkildə, o cümlədən zəng ilə verilmiş sifarişlərini əsas tutaraq, bu müqavilənin qüvvədə olduğu müddət ərzində, "Sifarişçi”yə məxsus olan texnikalara texniki xidmət göstərməyi, "Sifarişçi” isə bu işin müqabilində tələb olunan haqqı "İcraçıya” vaxtlı vaxtında ödəməyi öhdəsinə götürür; 2.2-ci bəndlərinə əsasən, "İcraçı” texnikalara texniki xidmət göstərməyi, ehtiyac olduqda göndəlik olaraq həyata keçirir. Bu müqavilə üzrə yerinə yetirilən işlərin gedişində meydana çıxmış hər hansı əlavə işlər, detalların və ehtiyat hissələrin dəyişdirilməsi həyata keçirilir. O cümlədən də zərurət yarandıqda ehtiyyat hissələrinin və müxtəlif növ texniki yağların satışı "İcraçı” tərəfindən həyata keçirilir; 2.8-ci bəndlərinə əsasən, yerinə yetirilmiş işlər tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsasında qəbul edilir; 4.1 -ci bəndlərinə əsasən, görülmüş xidmət haqqının dəyəri tərəflər arasında imzalanmış akt, qaimə və yaxud sifariş blankı əsas tutulub hesablanaraq, "Sifarişçi” tərəfindən ödənilməlidir. Zəmanət çərçivəsində görülmüş xidmətlər istisna olmaqla; 4.2-ci bəndlərinə əsasən, tərəflər arasında hesablaşmalar, "İcraçı” tərəfindən görülmüş xidmətdən sonra, "Sifarişçi” tərəfindən 5 bank günü müddətində 100% ödəniş təmin edilməlidir. Köçürmə yolu ilə həyata keçiriləcək ödənişlərə ƏDV xərcləri əlavə edilir. İş materiallarında olan, "GMC GROUP” MMC tərəfindən Cavabdehnə göndərilmiş xx.xx.2019-cu il tarixli, 749838 saylı elektron qaimədən görünür ki, Cavabdehnə məxsus texnikaya göstərilmiş servis xidməti haqqı 177 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 391685 saylı elektron qaimədən görünür ki, göstərilmiş xidmətlərə görə haqq 4.650,21 manat; xx.xx.2020-ci il tarixli 393550 saylı elektron qaimədən görünür ki, göstərilmiş xidmətlərə görə haqq 1.124,09 manat; xx.xx.2021-ci il tarixli, 842442 saylı elektron qaimədən görünür ki, göstərilmiş xidmətlərə görə haqq 2.345,84 manat təşkil etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən 2020-ci il ərzində texniki və servis xidmətinə görə "Grand Motors” MMC-yə ödənilmiş pul vəsaiti barədə məlumatdan görünür ki, İdarə tərəfindən "Grand Motors” MMC-yə xx.xx.2020-ci il, xx.xx.2020- ci il və xx.xx.2020-ci il tarixlərində ƏDV ilə birlikdə ümumilikdə 62.142,13 manat (elektron qaimə üzrə 62.139,13 manat) ödəniş edilmişdir. İş materiallarında olan "Grand Motors” MMC-nin və Cavabdeh nümayəndələri tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli, GM11102 nömrəli "Təmir aktı”nın, həmin akta əsasən görülən işlərin "Təhvil-təslim aktı”nın, yenə tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli, 075\19 nömrəli "Hesab faktura”nın və xx.xx.2019-cu il tarixli 749838 nömrəli elektron qaimənin surətlərindən görünür ki, həmin sənədlərə əsasən "Grand Motors” MMC tərəfindən Cavabdehnə məxsus olan B90 markalı, CHM02560 şassi qeydiyyat nömrəli, ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində elektronik nasazlığın aradan qaldırılması xidməti göstərilmişdir və göstərilən xidmətin dəyəri 27 manat ƏDV daxil 177 manat təşkil etmişdir. İş materiallarında olan "Grand Motors” MMC-nin və Cavabdeh nümayəndələri tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, GM15096 nömrəli "Təmir aktı”nın, həmin akta əsasən görülən işlərin xx.xx.2020-ci il tarixli, 830\20 nömrəli "Təhvil-təslim aktı”nın, yenə tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 830\20 nömrəli "Hesab faktura”nın və xx.xx.2020-ci il tarixli 329884 nömrəli elektron qaimənin surətlərindən görünür ki, həmin sənədlərə əsasən "Grand Motors” MMC tərəfindən Cavabdehnə məxsus olan İD16 markalı, ******* şassi qeydiyyat nömrəli, ** PB *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində mühərrikdə olan nasazlığın aradan qaldırılması, o cümlədən su pompasının dəyişdirilməsi xidməti göstərilmişdir və su pompasının dəyişdirilməsi xidmətinin dəyəri 27 manat ƏDV daxil 177 manat, ümumi görülən işlərin dəyəri ƏDV daxil 623,60 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş, "Grand Motors” MMC-nin nümayəndəsi və Cavabdeh nümayəndəsi M.Ağayev tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış GM14969 nömrəli "Təmir aktı”nda qeyd olunmuşdur ki, NH B90 markalı, NEHH02560 şassi qeydiyyat nömrəli, ** PX *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsində olan stupitsada nasazlıqla əlaqədar, texnikanın stupitsası yenisi ilə əvəz olundu, yağ əlavə olundu, test edildi, heç bir yağ sızıntısı aşkar edilmədi. Görülən işlərin və sərf edilmiş ehtiyat hissələrinin ümumi dəyəri 4650,20 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib olunmuş, "Grand Motors” MMC-nin nümayəndəsi və Cavabdeh nümayəndəsi M.Ağayev tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış GM15000 nömrəli "Təmir aktı”nda qeyd olunmuşdur ki, NH B90 markalı, NEHH02560 şassi qeydiyyat nömrəli nəqliyyat vasitəsinə aid ehtiyyat hissə müştəriyə təhvil verildi, stupitsa qapağı dişlilərlə birlikdə texnikaya montaj olundu. Görülən işlərin və sərf edilmiş ehtiyat hissələrinin ümumi dəyəri 1124,1 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, "Grand Motors” MMCnin nümayəndəsi və Cavabdeh nümayəndəsi M.Ağayev tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış GM14667 nömrəli "Təmir aktı”nda qeyd olunmuşdur ki, HYUNDAİ 210 markalı, HZ616CZ0000767 şassi qeydiyyat nömrəli nəqliyyat vasitəsində görüləcək iş kimi araşatın dəyişdirilməsi tələb olunur, qalan ehtiyat hissələri müştəriyə təhvil verildi. Görülən işlərin və sərf edilmiş ehtiyat hissələrinin ümumi dəyəri 2345,83 manatdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1356\20 nömrəli və 1357\20 nömrəli hesab fakturaların surətlərindən görünür ki, icraçı "Grand Motors” MMC tərəfindən Cavabdeh sifarişi ilə birinci faktura üzrə 4650,21 manat dəyərində, ikinci faktura üzrə 1124,09 manat dəyərində iş görülmüşdür. İş materilallarında olan "ƏDV sub-uçot hesabından çıxarış”ın surətindən görünür ki, Cavabdeh tərəfindən "Grand Motors” MMC-nin hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə olan dövr ərzində ümumilikdə 62.139,13 manat ödəniş həyata keçirilmişdir. İş materiallarında olan iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, "Grand Motors” MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, TXM-00003C/19 nömrəli və xx.xx.2020-ci il tarixli, TXM-00010C/20 nömrəli "texniki xidmət” müqavilələrinə əsasən yaranmış 8.297,13 manat məbləğində borcun 10 təqvim günü ərzində tamamilə ödənilməsi xahiş edilmiş, əks təqdirdə müqavilə üzrə əmələ gəlmiş borcun və məhkəmə xərclərinin məcburi qaydada alınaraq "GMC Group” MMC-yə ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə Cavabdehnə xəbərdarlıq edilmişdir. İş materiallarında olan "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ın surətindən görünür ki, iddiaçı "GMC Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinə əsasən xx.xx.2023-cü il tarixinə təyin edilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş materiallarında olan “Ödəniş tapşırığı”nın surətindən görünür ki, iddiaçı "GMC Group” MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Salyan 1 saylı Mediasiya Təşkilatının hesabına 100 manat vəsait ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, heç bir mötəbər sübutla təsdiq edilmir. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas deyil, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan Kommersiya Məhkəməsinin 15 may 2023-cü il tarixli, e-2-2(121)-528/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar