Məhkəmə qərarları › İş №2-2(107)-25/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-25/2023

09.03.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-25/2023 09.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Şəki Kommersiya Məhkəməsinin 2-2(117)-225/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09 fevral 2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qəbələ X1rşı iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin X4 X2 Meşəbəyliyinin 99-cu kvartalının 16-cı bölməsində yerləşən 0,80 ha torpaq sahəsinin istirahət rekreasiya məqsədilə istifadəsinə verilməsinə dair müqavilə bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. O, həmçinin birinci instansiya məhkəməsinə ərizə təqdim edərək xx.xx.2020-ci il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından qanunla nəzərdə tutulan şikayət vermə müddəti iddiaçı tərəfindən üzrlü səbəbdən buraxılmışdır. Belə ki, iddiaçının səhhətində müəyyən problemlər olduğundan qərardadı mübahisələdirə bilməmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(117)-225/2020 nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmiş, verilmiş şikayətin geri qaytarılması qərara almışdır. Şəki Kommersiya Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(117)-225/2020 nömrəli qərardadının surəti xx.xx.2020-ci il tarixdə İddiaçı çatdırılmış, lakin sonuncu 2 ildən çox müddət keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraicət etmişdir. İddiaçının nümayəndəsi müddətin ötürülməsinin iddiaçının səhhəti ilə bağlı olduğunu iddia etsə də, məhkəmə qeyd edir ki, əvvəla bununla bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Sənəd olsa belə, 2 il uzun müddətdir və iddiaçının səhhətində problemin olması onun nümayəndə vasitəsi ilə şikayət verməsinə maneə deyil. Həmçinin, məhkəmə bildirmişdir ki, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(117)-225/2020 nömrəli qərardadı ilə iddia ərizəsi kağız daşıyıcıda təqdim olunduğundan geri qaytarılmışdır. Həmin hal aradan qaldırıldıqdan sonra iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Qərardaddan şikayət vermə müddətinin bərpa edilməsinin belə iddiaçı üçün heç bir əhəmiyyəti olmayacaqdır. Çünki hər bir halda iddia ərizəsi kağız daşıyıcıda verilmiş, elektron və ya sertifikatlaşdırılmış imzadan istifadə edilməmiş, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə həmin qərardaddan birinci instansiya məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı xəstə olsa da, evdə olmuş və ev şəraitində müalicə almışdır. Bu səbəbdən hər hansı sənəd təqdim etməməyi üzrlü hesab edilməlidir. Daha sonra o, məhkəmə hökmünə əsasən həbs edildiyindən şikayət vermə imkanı məhdudlaşmışdır. Qeyd olunan səbəblərə görə qanunsuz və əsassız olduğuna görə ləğv edilməlidir. Şikayətə baxmış birinci instansiya məhkəməsi qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, işin 33-cü vərəqəsində olan qəbzdən görünür ki, Şəki Kommersiya Məhkəməsinin 22 may 2020-ci il tarixli, 2-2(117)-225/2020 saylı qərardadı 05 iyun 2020-ci il tarixdə İddiaçı şəxsən rəsmi qaydada verilmişdir. Apellyasiya şikayəti isə 29 yanvar 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin verilməsi müddəti 15 iyun 2020-ci il tarixdə bitdiyi halda, apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Şəki Kommersiya Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 09 fevral 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar