Məhkəmə qərarları › İş №2-2(107)-48/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(107)-48/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-2(107)-48/2025 05.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, iddiaçı "xxxx" Firmasının Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya mübahisəsi üzrə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Firması tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Firmasının 30 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 14000 manat pul vəsaitinin və 132 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Firmasına ödənilməsi qət edilmişdir (hakim Rüfət Məcidov). Cavabdeh 25 dekabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə həmin qətnamədən apellyasiya şikayəti vermiş və eyni zamanda, apellyasiya şikayətində Şəki Kommersiya Məhkəməsinin qəbul etdiyi 24 iyul 2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadı ilə “Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)- 751/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə Cavabdeh ərizəsi təmin edilmişdir (hakim Elnarə Hüseynova). Həmin qərardaddan narazı qalan iddiaçı "xxxx" Firması 16 yanvar 2025-ci ildə şikayət verərək, Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)- 751/2024 nömrəli qərardadını ləğv edib, Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(107)-751/2024 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin rədd olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadı ilə Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Firması tərəfindən verilmiş şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə əsasən işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə əsasən, Şəki Apellyasiya Məhkəməsinin X3 Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Firması tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Lakin, iddiaçı "xxxx" Firmasının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə 28 yanvar 2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək, Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2- 2(117)-751/2024 saylı qərardadından verilmiş şikayətə məhkəmə iclasında baxılmasına dair qərardad qəbul olunmasını xahiş etsə də, həmin nümayəndə 04 fevral 2025-ci ildə yenə də “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi “Şikayətin izahı” adlandırdığı müraciətində Şəki Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadını ləğv edib, Cavabdeh “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinin rədd edilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası, Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2- 2(117)-751/2024 nömrəli qərardadından şikayət vermiş iddiaçı "xxxx" Firmasının nümayəndəsinin yuxarıda qeyd olunan həmin müraciətlərini və işin hallarını nəzərə alıb, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq şikayətin yazılı icraatda baxılmasının davam etdirilməsini mümkün saymışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 398.0 və 398.0.3-cü maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib - qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)- 751/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Firması tərəfindən verilmiş şikayət təmin edilməli və işin yuxarıda qeyd edilən konkret halları və aşağıda təsvir olunanlara əsasən “Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadı tam ləğv edilərək, qərardadla həll edilməli olan məsələ həll olunmaqla, Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(107)-751/2024 nömrəli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Belə ki, e-2-2(117)-751/2024 nömrəli kommersiya işinin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd olunanlar müəyyən olunur: - İddiaçı "xxxx" Firması 30 may 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Ucar rayonu Qazyan kəndində qeydiyyatda olan Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət etmişdir (iş vərəqi: 1-4). - Şəki Kommersiya Məhkəməsinin 30 may 2024-cü il tarixli qərardadı ilə həmin iddia ərizəsi icraata qəbul edilmiş və “Azərpoçt” tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən iş üzrə məhkəmənin hazırlıq iclasının 02 iyul 2024-cü il tarixə təyin edilməsi barədə Cavabdeh göndərilmiş 30 may 2024-cü il tarixli “məhkəmə bildirişi” sonuncunun ünvanında “S.Taleh” qeyd olunmaqla və imzalanmaqla 03 iyun 2024-cü ildə qəbul edilmişdir (i/v: 41-42). Eyni zamanda, həmin iclasla əlaqədar "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh “SMS-xəbərdarlıq” da göndərilmişdir (i/v: 40). - İş üzrə 02 iyul 2024-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında məlum mübahisə üzrə krediti almış Cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir (i/v: 44-45). - Şəki Kommersiya Məhkəməsinin 02 iyul 2024-cü il tarixli qərardadı ilə işin məhkəmə baxış iclasında baxılması 24 iyul 2024-cü il tarixə təyin edilərək, bununla bağlı həmin tarixdə bütün tərəflərə, həmçinin Cavabdeh 02 iyul 2024-cü il tarixli “məhkəmə bildirişi” göndərilmiş və “Azərpoçt” tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən iş üzrə məhkəmə baxış iclasının 24 iyul 2024-cü il tarixə təyin edilməsi barədə Cavabdeh göndərilmiş 02 iyul 2024-cü il tarixli “məhkəmə bildirişi” - sonuncunun ünvanında “Taleh” adı qeyd olunmaqla və imzalanmaqla 09 iyul 2024-cü ildə qəbul edilmişdir (i/v: 51-52) . Eyni zamanda, həmin iclasla əlaqədar "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə Cavabdeh “SMS-xəbərdarlıq” da göndərilmişdir (i/v: 50). - İş üzrə 24 iyul 2024-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında Şəki Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmiş 24 iyul 2024-cü il tarixli e-2-2(117)- 751/2024 nömrəli qətnamə ilə iddia təmin edilərək, həmin qətnamə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə 25 iyul 2024-cü ildə yerləşdirilməklə imzalanmış və qəbul edilmiş məhkəmə qətnaməsinin surəti Cavabdeh poçt vasitəsilə göndərilmişdir. Həmin qətnamənin göndərilməsi ilə əlaqədar “Azərpoçt” tərəfindən məhkəməyə təqdim edilmiş “Poçt göndərişinin verilməsi haqqında “Xəbərnamə”də qeyd olunan məlumatlara əsasən müəyyən olunur ki, Cavabdeh ünvanında qətnamənin göndərildiyi pöçt göndərişi 03 avqust 2024-cü ildə qəbul edilmişdir (i/v: 63-65). - Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli qətnaməsi 05 sentyabr 2024-cü ildə verilmiş icra vərəqəsi ilə müvafiq qaydada icraya yönəldilmiş (i/v: 66-67) və həmin tarixdə də Ucar rayon İcra və Probasiya Şöbəsi tərəfindən həmin icra sənədi üzrə icraata başlanılaraq, bu barədə məhkəməyə, tələbkara və borclu Cavabdeh 05 sentyabr 2025-ci il tarixli məktubla məlumat verilmişdir (i/v: 69-70). - Apellyasiya icraatı zamanı iş üzrə iddiaçı "xxxx" Firması tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Apellyasiya instansiyasına təqdim edilmiş Ucar rayon İcra və Probasiya Şöbəsinin elektron qaydada imzalanmış 04 fevral 2025-ci il tarixli 54-90 nömrəli məktubunda göstərilir ki, Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli icra sənədi üzrə borclu Cavabdeh 26 noyabr 2024-cü ildə Ucar rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və izahat vermişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 134-cü maddəsinin tələblərinə görə məhkəmə sənədləri, o cümlədən də məhkəmə bildirişi və qətnamə işdə iştirak edən şəxslərə məhkəmə tərəfindən rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinin tələblərinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinin tələblərinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələblərinə görə, Mülki-Prosessual Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən, sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişi; Göründüyü kimi, yuxarıda qeyd olunanlarla müəyyən edilir ki, poçt vasitəsi ilə rəsmi ünvanına göndərilmiş məhkəmə bildirişləri və "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilən “SMS-xəbərdarlıq”larla hazırkı iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh müvafiq qaydada məlumat verilmişdir. Eləcə də, məhkəmə tərəfindən poçt vasitəsi ilə göndərilən Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli qətnaməsi Cavabdeh ünvanında 03 avqust 2024-cü ildə qəbul olunmuş və bunu təsdiq edən “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə” iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinin tələbinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Beləliklə, yuxarıda təsvir olunanlarla təsdiq olunur ki, Cavabdeh 03 avqust 2024-cü ildə rəsmi qaydada almış olduğu Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli qətnaməsindən 25 dekabr 2024-cü ildə apellyasiya şikayəti verərkən, birinci instansiya məhkəmələrinin qətnamələrindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti (1 (bir) ay müddətini) buraxmış və bu müddətin bərpa olunması üçün verilmiş ərizə üzrə aparılan məhkəmə araşdırması zamanı məlum qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin onun tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası, Cavabdeh “Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)-751/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, işə mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə bildirişlərinin göndərilməsi ilə əlaqədar tərtib edilərək məhkəməyə qaytarılmış “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə”lər və eyni zamanda, məhkəmə iclaslarının yeri və vaxtı barədə "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilən “SMS-xəbərdarlıq”larla iş üzrə təyin edilən məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulan qaydada ona rəsmi məlumat verilmişdir. Bu qeyd olunan hallar isə, Cavabdeh məlum mübahisə üzrə “birinci instansiya məhkəməsində aparılan araşdırmadan və qəbul edilən qətnamədən məlumatsız olması” kimi dəlillərini təsdiq etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Bundan əlavə, “Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(117)- 751/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi” barədə Cavabdeh ərizəsinin təmin olunması barədə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadında qeyd olunan “hazırkı iş üzrə cavabdeh apelyasiya şikayətində iddia tələbini qəbul etmədiyini əsas gətirdiyindən, tərəflərin çəkişmə prinsipi təmin edilməli və qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət cavabdehə münasibətdə istisna olaraq bərpa edilməlidir” mövqeyi də, hər hansı bir üzürlü səbəb olmadan buraxılmış “apellyasiya şikayəti verilməsi müddətinin” bərpa edilməsi üçün əsas ola bilməz. Çünki, yuxarıda qeyd olunan sənədlərdən görünür ki, iş üzrə təyin edilən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni həm sifarişli poçt göndərişləri ilə göndərilən məhkəmə bildirişləri, həm də "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə göndərilən “SMSxəbərdarlıq”larla lazımi qaydada rəsmi olaraq məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və məhkəmə iclaslarında iştirak etməklə əlaqədar heç bir təşəbbüs göstərməmişdir. Yəni, birinci instansiya məhkəməsi hazırkı iş üzrə mübahisəyə mahiyyəti üzrə baxarkən “çəkişmə prinsipinin təmin edilməsi” üçün bütün zəruri tədbirləri görmüş və cavabdehin iş üzrə keçirilən məhkəmə iclaslarında iştirak etməməsi üçün heç bir üzürlü səbəb olmamışdır. Ona görə də, məlum qərardadda qeyd olunan “cavabdeh apelyasiya şikayətində iddia tələbini qəbul etmədiyini əsas gətirdiyindən, tərəflərin çəkişmə prinsipi təmin edilməli” əsası ilə müddətin bərpa olunması tamamilə əsassızdır. Eləcə də, bu baxımdan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə 19 sentyabr 2019-cu il tarixli Qərarında vurğulanmışdır ki, “... birinci instansiya məhkəməsinin qərarından 26 noyabr 2007-ci ildə verdiyi şikayətini nəzərə alaraq, ərizəçinin 2007-ci ilin axırında apellyasiya şikayətinə münasibətində apellyasiya məhkəməsinin hərəkətsizliyi barədə xəbəri olmalı idi. Hətta, Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin, qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir”. Yəni, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bu Qərarında belə bir hüquqi mövqe müəyyən edir ki, məhkəmə sənədlərinin tərəfə göndərilməsi - tək məhkəmənin vəzifəsi olmaqla məhdudlaşmır və tərəflərin özləri də məhkəmədə onlar barəsində gedən işlərə dair sənədlərin əldə edilməsində maraqlı olmalıdırlar. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "X1 Partiyası və başqalarının Rusiyaya qarşı" iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarında qeyd edir ki, hüquqi müəyyənlik tələbi res judikata prinsipinə, yəni qərarların qətiliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Bu prinsip onu vurğulayır ki, heç bir tərəf sadəcə iş üzrə yeni məhkəmə iclasının keçirilməsi və iş üzrə yeni qərar çıxarılması məqsədi ilə qəti və məcburi qərara yenidən baxılması üçün müraciət edə bilməz. Məhkəmə qərarlarına yenidən baxmaq üzrə yuxarı məhkəmələrin səlahiyyətləri isə yenidən baxılması məqsədi ilə yox, yalnız məhkəmə səhvlərini, ədalət mühakiməsinin düzgün aparılmamasının nəticələrini düzəltmək məqsədi ilə həyata keçirməlidir. Məsələyə münasibətdə iki nöqteyi-nəzərin mümkünlüyü isə işə yenidən baxılması üçün əsas deyil. Bu prinsipdən istisnalara yalnız o halda yol verilə bilər ki, istisnanın zəruriliyi işin mühüm və inkarolunmaz hallarından irəli gəlsin. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(107)-751/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddəti – “müddət bərpası” barədə hazırkı ərizənin və apellyasiya şikayətinin verildiyi 25 dekabr 2024-cü ildə Cavabdeh tərəfindən buraxılmış olmuş və məhkəmə araşdırması zamanı həmin müddətin buraxılmasının səbəblərinin üzürlü olması müəyyən edilməmişdir. Ona görə də, yuxarıda qeyd olunanlara və işin konkret hallarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2- 2(117)-751/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Firması tərəfindən verilmiş şikayət təmin edilərək, həmin qərardad tam ləğv edilməli və Cavabdeh Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(107)-751/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməməlidir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadından iddiaçı "xxxx" Firması tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli e-2-2(117)-751/2024 nömrəli qərardadı tam ləğv edilsin. Cavabdeh “Şəki Kommersiya Məhkəməsinin 24 iyul 2024-cü il tarixli e-2-2(107)- 751/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi təmin edilməsin. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar