Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2-2(107)-76/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Şəki Apellyаsiyа Məhkəməsinin Kommersiya Kollegiyаsının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə QƏTNAMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) 15 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə (VÖEN **********) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 №-li Xidmət müqaviləsi üzrə ödənilməmiş 38632,5 manat məbləğində əsas borcun və öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 48676,95 manat məbləğində cərimənin, 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 №-li “Gömrük təmsilçiliyi” müqaviləsi üzrə ödənilməmiş 2463,2 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 3662,29 manat cərimənin və 443,38 manat məbləğində ƏDV borcunun, həmçinin ödənilmiş 372 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (bundan sonra–“iddiaçı”) ilə Cavabdeh MMC (bundan sonra–“cavabdeh”) arasında 12 fevral 2024-cü il tarixində İN-YMG\TR\001 №-li Xidmət Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən, iddiaçı cavabdehin sifarişi əsasında müqavilədə göstərilən xidmətləri yerinə yetirməyi və ya icrasını təşkil etməyi, cavabdeh isə bu xidmətləri qəbul etməyi və onların dəyərini iddiaçıya ödməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş və xidmətlər 2 hissədə cavabdehə təqdim edilmişdir. Xidmətlər müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş və bununla bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində elektron qaimə-fakturalar göndərilmişdir. Elektron qaimə-fakturalara əsasən, iddiaçı tərəfindən xidmətlər vaxtında yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə göstərilmiş xidmətin ümumi dəyəri olan 38632,5 manat pulun ödənilməsini yerinə yetirməmişdir. Belə ki, hazırda həmin Xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya 38632,5 (otuz səkkiz min altı yüz otuz iki manat 50 qəpik) manat məbləğində əsas borcu və 48676,95 (qırx səkkiz min altı yüz yetmiş altı manat 95 qəpik) manat məbləğində cərimə ödənişi olmaqla, cəmi 87309,45 (səksən yeddi min üç yüz doqquz manat 45 qəpik) manat məbləğində ödəniş öhdəliyi vardır. Cavabdehə edilmiş çoxsaylı xəbərdarlıqlara və bildirişlərə baxmayaraq, cavabdeh həmin öhdəliyinin icrasından yayınmış, göstərilmiş xidmətlərin əvəzini ödəməmişdir. Müqavilənin 5.9-cu bəndinə əsasən, cavabdeh ödəniş üzrə öhdəliyini gecikdirdikdə, iddiaçı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində cərimə tələb edə bilər. Bundan başqa, Cavabdeh tərəfindən Müqavilə üzrə öhdəliyin icrası 126 gün müddətə gecikdirilmişdir. Belə olan halda, Müqavilə üzrə icra edilməmiş öhdəlik – 38632,5 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2024 - xx.xx.2024-cü il (126 gün) hər gecikdirilmiş gün üçün 1% olmaqla, 48676,95 manat (38632,5 x 1% x 126) cərimə, ümumilikdə 87309,45 manat məbləğ Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir. Bundan əlavə, tərəflər arasında 12 fevral 2024-cü il tarixində İN-YMG\CS\001 №-li “Gömrük təmsilçiliyi” Müqaviləsi bağlanmışdır. Bu Müqavilə üzrə öhdəliklər də iddiaçı tərəfindən icra olunmuş və xidmətlər 2 hissədə cavabdehə təqdim edilmişdir. Xidmətlər müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirilmiş və bununla bağlı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində elektron qaimə-fakturalar göndərilmişdir. Elektron qaimə-fakturalara əsasən, iddiaçı tərəfindən xidmətlər vaxtında yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə göstərilmiş xidmətin ümumi dəyəri olan 2463,20 manat pulun və 443,38 manat ƏDV-nin ödənilməsini yerinə yetirməmişdir. Müqavilənin 4.2.2-ci maddəsinə əsasən, Cavabdeh ödəniş üzrə öhdəliyini gecikdirdikdə, İddiaçı hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində cərimə tələb edə bilər. Cavabdeh tərəfindən bu Müqavilə üzrə öhdəliyin icrası 126 gün müddətə gecikdirilmişdir. Belə olan halda, Müqavilə üzrə icra edilməmiş öhdəlik – 2906,58 manat, öhdəliyin icra edilmədiyi müddət – xx.xx.2024 - xx.xx.2024-cü il (126 gün) hər gecikdirilmiş gün üçün 1% olmaqla, 3662,29 manat (2906,58 x 1% x 126) cərimə, ümumilikdə 6568,87 manat məbləğ Cavabdehdən tutularaq İddiaçıya ödənilməlidir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 430.1, 442, 448.1 və 462.1-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı tərəfindən iddia tələbinin əsaslılığının sübutu kimi aşağıda qeyd olunan sənədlər iddia ərizəsi ilə birlikdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunmuşdur: - Ekspeditor "xxxx" MMC ilə müştəri Cavabdeh MMC arasında aşağıda sadalanan şərtlərlə bağlanmış 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli Xidmət Müqaviləsi: Həmin Müqavilənin tərəflər arasında razılaşdırılmış şərtlərinə görə - ekspeditor müştərinin sifarişi əsasında bu müqavilədə göstərilən xidmətləri yerinə yetirməyi və ya icrasını təşkil etməyi, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öz öhdəsinə götürür (2.1-ci bənd), müqavilə üzrə ekspeditor tərəfindən göstərilən xidmətlərin dəyərini bu müqavilənin şərtlərinə uyğun vaxtında ödəmək müştərinin vəzifəsi olaraq müəyyənləşdirilmişdir (3.3.10-cu bənd), əgər sifariş orderində başqa qayda nəzərdə tutulmayıbsa, ödəniş sifariş orderi imzalandıqdan sonra 30 təqvim günü ərzində həyata keçirilir (4.5-ci bənd), ödəmələr bank yolu ilə həyata keçirildiyi zaman bütün bank xərcləri və komissiyalar müştərinin hesabına həyata keçirilir. Müştəri faksimile və ya elektron əlaqə vasitəsilə ekspeditora ödəniş edilmiş hesabları göstərməklə pul vəsaitlərinin köçürülməsi haqqında ödəniş tapşırığının surətini göndərir. Pul vəsaitlərinin ekspeditorun hesabına daxil olma anı ödənişin tarixi sayılır (4.8-ci bənd), xidmət dəyərinin həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin, boşdayanmaya görə ödənişlərin müştəri tərəfindən icrasının gecikdirilməsi halında, ekspeditor müştəriyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1%-i həcmində cərimə tətbiq edə bilər (5.9-cu bənd) və bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir (8.1-ci bənd). - xx.xx.2024-cü il tarixli EBEC seriyalı 289323 nömrəli və xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10570531 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalar: Həmin sənədlərdən görünür ki, 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli Xidmət Müqaviləsi üzrə ekspeditor "xxxx" MMC tərəfindən müştəri Cavabdehnə müvafiq olaraq 17977,50 manat dəyərində və 20655 manat dəyərində olmaqla, ümumilikdə cəmi 38632,5 manat məbləğində xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə əlaqədar elektron qaimə-fakturalar təqdim olunmuşdur. - Təmsilçi "xxxx" MMC ilə sifarişçi Cavabdeh MMC arasında aşağıda sadalanan şərtlərlə bağlanmış 12 fevral 2024-cü il tarixli İN-YMG\CS\001 nömrəli X3: Həmin Müqavilənin tərəflər arasında razılaşdırılmış şərtlərinə görə təmsilçi, sifarişçinin hesabına və tapşırığı ilə dolayı gömrük təmsilçiliyi xidmətlərini, mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında idxal, tranzit və digər gömrük prosedurları altında yerləşdirilməsi broker xidmətlərinin göstərilməsini öhdəsinə götürür, sifarişçi isə təmsilçiliyə razılaşdırılmış xidmət haqqı ödəməyi öz öhdəsinə götürür (1.1-ci bənd), sifarişçi təmsilçinin göstərdiyi bütün xidmətlərin dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və şərtlər əsasında ödəməyi öz öhdəsinə götürür (2.2.4-cü bənd), təmsilçi sifarişçiyə göstərdiyi xidmət növünə əsasən hesab faktura təqdim edir. Sifarişçi hesab fakturanı aldığı tarixdən 3 iş günü ərzində hesab fakturada qeyd olunmuş məbləği təmsilçinin bank hesabına ödəməlidir (3.1-ci bənd), sifarişçi müqavilə üzrə ödənişləri gecikdirdikdə, təmsilçi sifarişçiyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1% həcmində cərimə tətbiq edə bilər (4.2.2-ci bənd) və bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və 1 il müddətində qüvvədədir (8.1-ci bənd). - xx.xx.2024-cü il tarixli İN-YMG/CS/001 nömrəli X3nə 1 nömrəli Əlavə olan X1: Həmin X1nda təmsilçinin xidmətləri olan gömrük bəyannaməsinin tərtibi xidməti hər əsas vərəq üzrə 40 manat, hər əlavə vərəq üzrə 40 manat, gömrük rəsmiləşdirilməsi xidməti hər mal partiyası üzrə 150 manat müəyyən edilmişdir. - xx.xx.2024-cü il tarixli EBEC seriyalı 295850 nömrəli və xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 10570553 nömrəli “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə elektron qaimə-fakturalar: Həmin sənədlərdən görünür ki, 12 fevral 2024-cü il tarixli İN-YMG\CS\001 nömrəli X3 üzrə təmsilçi "xxxx" MMC tərəfindən sifarişçi Cavabdehnə müvafiq olaraq ƏDV daxil 1544,86 manat dəyərində və ƏDV daxil 1361,72 manat dəyərində olmaqla, ümumilikdə cəmi 2906,58 manat məbləğində xidmətlərin göstərilməsi və işlərin görülməsi ilə əlaqədar elektron qaimə-fakturalar təqdim olunmuşdur. - 01.04.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktları, invoyslar, gömrük bəyannamələri, cavabdehə ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli “borcun ödənilməsi” barədə pretenziya məktubu və digər sənədlər. Eyni zamanda, birinci instansiya məhkəməsində aparılan araşdırma zamanı Cavabdeh MMC-nin direktoru Nümayəndə1 Şəki Kommersiya Məhkəməsinin “e-mail” elektron poçtu vasitəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdə iddiaçının direktoru Ziya bəylə daşıma xidməti ilə bağlı müqavilə bağladıqlarını, bu müqavilə üzrə hər biri 3 konteynr olmaqla 2 partiya yük gətirdiklərini, bu yüklərə görə cəmi 41539 manat məbləğində ödəniş etməli olduğunu, lakin hesabında “sərəncam” olduğundan bu ödənişdən Ziya bəyə 14000 manat məbləğində vəsaiti nağd və 2000 manat məbləğində vəsaiti isə Ziya bəyin şəxsi kartına ödəmişdir ki, hesabından “sərəncam” götürüləndə hesabdan ödəniş edib, nağd verdiyi pulu geri alsın. Ümumilikdə, rəsmi olaraq ona 41539 manat məbləğində yük gəlib və o, 16000 manat məbləğində ödəniş etmişdir (iş vərəqi: 130-134).
2. Birinci instansiya məhkəməsində icraat Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Şəki Kommersiya Məhkəməsinin (hakim Mübariz Hüseynov) 30 yanvar 2025-ci il tarixli 2- 2(117)-45/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia qismən təmin edilsin. Cavabdehndən 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 22632,5 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimə, 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 nömrəli X3 üzrə ödənilməmiş ƏDV ilə birlikdə 2906,58 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 145,3 cərimə, ödənilmiş dövlət rüsumunun təmin edilmiş tələbə uyğun 106,26 manat hissəsi tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Kommersiya Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər”. Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia ərizəsi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixdə İN- YMG/TR/001 nömrəli xidmət müqaviləsi və xx.xx.2024-cü il tarixdə İN-YMG/CS/001 nömrəli X3 bağlanmışdır. Hazırkı mübahisə ayrı-ayrılıqda müqavilələr əsasında yaransa da, qeyd edilən müqavilələr tapşırıq və yük daşıma müqavillərini əhatə edən qarışıq tipli (sığorta, yükdaşıma, digər xidmətlər üzrə) müqavilələrdir. İş materiallarına əlavə edilmiş təhvil-təslim aktları, elektron qaimələr və cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi cavabdehin İN-YMG/TR/001 nömrəli xidmət müqaviləsi üzrə ümumilikdə 38632,5 manat, İN-YMG/CS/001 nömrəli X3 üzrə isə ümumilikdə 2906,58 manat məbləğində borcu mövcud olmuşdur. Bundan başqa cavabdehin nümayəndəsinin ötən məhkəmə iclasında verdiyi izahatından və məhkəməyə təqdim etdiyi whatsapp yazışmalarının çıxarışından göründüyü kimi, cavabdeh qeyd edilən müqavilələr üzrə tələb edilən məbləğdə borcunun olduğunu və onun 16000 manat hissəsini ödədiyini təsdiqləyir. Buna münasibətdə iddiaçı tərəf həmin yazışma və qəbzlərdə öz əksini tapan məbləğin hazırkı iş üzrə tələb edilən borcla əlaqəli olduğunu təsdiqləyən hər hansısa əsasın olmadığını, eyni zamanda ödənişin nağdsız qaydada, yəni bir hüquqi şəxsin bank hesabından digər hüquqi şəxsin bank hesabına köçürülməli olduğunu qeyd etmiş, daha sonra tərtib edilmiş arayışdan da göründüyü kimi "xxxx" MMC-nin rəhbəri Nümayəndə2 və iddiaçının vəkili həmin məbləğin hazırkı iş üzrə iddia tələbində nəzərdə tutulan məbləğlə əlaqəli olmadığını, tərəflər arasında mövcud olan başqa münasibət əsasında yaranmış borcun ödənilməsi ilə bağlı olduğu qeyd edilmişdir. Məhkəmə buna münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 16000 manat məbləğində pul vəsaiti hazırkı iş üzrə tələb edilən borc məbləğindən çıxılması əsaslı və qanunidir. Göründüyü kimi, iddiaçı tərəfindən irəli sürülən arqumentlər kifayət qədər əsaslı deyildir. İddiaçının vəkili qeyd edilən məbləğin nağdsız qaydada hüquqi şəxsin bank hesabına ödənilməli olmasını qeyd etmişdir ki, bu hissədə aydın olduğu kimi ödənişin edilməsi qaydası ilə bağlı şərtə riayət edilməsə də, faktiki olaraq cavabdeh tərəfindən iddiaçıya borc məbləğindən müəyyən qədər ödəniş edilmiş və bu ödənişin nəzərə alınmaması ədalətli və qanuni olmazdı. Cavabdeh nağdsız ödənişlə bağlı qanunvericiliyin tələblərini pozduğu təqdirdə onun müvafiq məsuliyyət daşıması məsələsinə müvafiq qaydada baxıla bilər. Bundan başqa, iddiaçı tərəf həmin məbləğin tərəflər arasında yaranmış başqa münasibətlə bağlı olduğunu iddia etsə də, bu halı sübut edən hər hansısa bir dəlil, yəni tərəflər arasında hazırkı müqavilələrdən əlavə bağlanmış müqavilə və ya müvafiq ödəniş öhdəliyi yaradan sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “12 fevral 2024-cü il tarixli İN- YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 38632,5 manat məbləğində əsas borcun, 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 nömrəli X3 üzrə ödənilməmiş 2463,2 manat məbləğində əsas borcun və 443,38 manat məbləğində ƏDV borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. İddiaçı cavabdehdən 12 fevral 2024-cü il tarixli İN- YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilmiş 16000 manat borc çıxılmaqla, qalan 22632,5 manat məbləğində əsas borcun, 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 nömrəli X3 üzrə ödənilməmiş ƏDV ilə birlikdə 2906,58 manat məbləğində əsas borcun tutulmasını tələb etməkdə haqlıdır. Bundan başqa, məhkəmə, iddiaçının tələbinin xidmət müqaviləsi üzrə öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 48676,95 manat məbləğində cərimə borcunun, X3 üzrə öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 3662,29 manat məbləğində cərimə borcunun tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. xx.xx.2024-cü il tarixli İN-YMG/TR/001 nömrəli xidmət müqaviləsinin 5.9-cu bəndinə əsasən xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin, boşdayanmaya görə ödənişlərin müştəri tərəfindən icrasının gecikdirilməsi halında, ekspeditor müştəriyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1%-i həcmində cərimə tətbiq edə bilər. xx.xx.2024-cü il tarixli İN-YMG/CS/001 nömrəli X3nin 4.2.2-ci bəndinə əsasən, sifarişçi müqavilə üzrə ödənişləri gecikdirdikdə, təmsilçi sifarişçiyə hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 1% həcmində cərimə tətbiq edə bilər. Belə ki, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər (Mülki Məcəllə maddə - 462.1, 462.3, 467)... Məhkəmə hesab edir ki, tərəflərin əmlak mənafelərini, cavabdeh tərfindən müəyyən miqdarda ödənişin edilməsini, tələb edilən cərimə məbləğinin müvafiq olaraq əsas borc məbləğindən çox olmasını, cavabdeh tərəfindən ödənişin gecikdirilməsinin bir ildən az müddət olmasını nəzərə alaraq, müvafiq əsas borc məbləğinin 5% faizi həcmində müəyyən edilməklə, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün xx.xx.2024-cü il tarixli İN-YMG/TR/001 nömrəli xidmət müqaviləsi üzrə 1131,6 manat, xx.xx.2024-cü il tarixli İNYMG/CS/001 nömrəli X3 üzrə 145,3 manat cərimə borcunun tutulması daha ədalətli, ağlabatan və qanunidir. Məhkəmə, işin hallarını nəzərdən keçirib qeyd edir ki, mülkiprosessual qanunvericilik mülki icraatda iddiaçının üzərinə iddia tələbini sübut etmək, qarşı tərəfin üzərinə isə etirazlarının əsaslarını sübut etmək vəzifəsi, məhkəmənin isə həmin hallara hüquqi qiymət vermək üçün müəyyən hədləri müəyyən etmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, cavabdehdən 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə ödənilməmiş 22632,5 manat məbləğində əsas borc və öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimə, 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 nömrəli X3 üzrə ödənilməmiş ƏDV ilə birlikdə 2906,58 manat məbləğində əsas borc və öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 145,3 manat cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 372 manat məbləğində dövlət rüsumunun iddia tələbinin təmin edilən hissəsinə münasib olaraq 106,26 manat məbləğində hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbinin təmin edilməmiş hissəsinə münasib olaraq isə 265,74 manat hissəsi isə iddiaçıya aid edilməlidir (birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin (Cavabdeh MMC-nin direktoru Nümayəndə1) izahatına, iş materiallarında olan mübahisənin və məhkəmə araşdırmasının predmeti olan müqavilələrin və digər sənədlərin məzmununa istinad etmişdir). Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 390.2, 390.4, 442, 445.2, 448.1, 448.2, 777.1, 777.4, 778.1, 778.2, 782.1, 782.4, 783.1, 783.2, 850.1, 851, 852.1, 852.4, 852.4.1, 852.4.2 və 852.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1, 81, 119, 217.3 və 217.4-cü maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1) İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC ilə CavabdehMMC arasında 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 №-li Xidmət Müqaviləsi bağlanmışdır. Həmin Müqavilə üzrə öhdəliklər iddiaçı tərəfindən icra olunmuş və xidmətlər 2 hissədə cavabdehə təqdim edilmişdir. Elektron qaimə-fakturalar və təhvil-təslim aktlarına əsasən, iddiaçı tərəfindən xidmətlər vaxtında yerinə yetirilsə də, cavabdeh müqavilə üzrə göstərilmiş xidmətin ümumi dəyəri olan 38632,5 manat pulun ödənilməsini yerinə yetirməmişdir. Bundan əlavə, tərəflər arasında 12 fevral 2024-cü il tarixli İN-YMG\CS\001 №-li X3 bağlanmışdır. Bu Müqavilə üzrə öhdəliklər də iddiaçı tərəfindən icra olunmuş və xidmətlər 2 hissədə cavabdehə təqdim edilmişdir. Elektron qaimə-fakturalar və təhvil-təslim aktlarına əsasən, iddiaçı tərəfindən xidmətlər vaxtında yerinə yetirilsə də, cavabdeh bu müqavilə üzrə də göstərilmiş xidmətin ümumi dəyəri olan 2463,2 manat pulun və 443,38 manat ƏDV-nin ödənilməsini yerinə yetirməmişdir. Ona görə də, iddiaçı tərəfindən Şəki Kommersiya Məhkəməsinə müraciət edilmiş, İNYMG\TR\001 №-li Xidmət müqaviləsi üzrə ödənilməmiş 38632,5 manat məbləğində əsas borcun və həmin öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 48676,95 manat məbləğində cərimənin, 12 fevral 2024-cü il tarixli İN-YMG\CS\001 №-li X3 üzrə ödənilməmiş 2463,2 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 3662,29 manat cərimənin və 443,38 manat məbləğində ƏDV borcunun, həmçinin ödənilmiş 372 manat dövlət rüsumunun tutulması xahiş edilmişdir. İş üzrə bütün sübutlar təqdim edilsə də, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş sosial şəbəkə üzərindən aparılan yazışmaya və fiziki şəxslər arasındakı pul köçürməsinə əsaslanaraq, iddianı əsas borc üzrə 16000 manat məbləğ hissəsində təmin etməmişdir. Lakin, iddiaçı tərəf Şəki Kommersiya Məhkəməsinin bu yanaşması ilə razılaşmır və iddianın təmin edilməyən hissəsində qətnamənin əsassız olduğunu hesab edir. Çünki, Şəki Kommersiya Məhkəməsinə cavabdeh tərəfindən təqdim edilən bir sıra sənədlər cavabdeh hüquqi şəxsin iddiaçı hüquqi şəxsə olan borcunun ödənilməsi kimi qəbul edilə bilməz. Belə ki, təqdim edilən “whatsapp” sosial şəbəkəsi üzərindən aparılmış bu yazışmalarda cavabdehi təmsil edən fiziki şəxs tərəfindən 14.000 manat məbləğin iddiaçının direktoruna nağd olaraq ödənildiyi, 2.000 manat məbləğin isə bank köçürməsi yolu ilə fiziki şəxsin hesabından digər fiziki şəxsə göndərildiyi qeyd edilir. Halbuki, hazırda iddiaçının mübahisələndirdiyi və məhkəmənin də təsdiq etdiyi borc məbləği hüquqi şəxslər arasında yaranmış borc məbləğidir. Deməli, bu məbləğ "Nağdsız hesablaşmalar haqqında" Qanuna əsasən yalnız nağdsız formada ödənilməli idi. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Qanunun tələblərinə əsasən, hüquqi şəxslər arasındakı ödənişlər yalnız nağdsız qaydada - bir hüquqi şəxsin bank hesabından digər hüquqi şəxsin bank hesabına (elektron qaimə əsasında) köçürmə yolu ilə həyata keçirilməlidir. Bu səbəbdən, cavabdeh şirkətin direktorunun - fiziki şəxsin digər bir fiziki şəxsə pul göndərməsi hazırkı iş üzrə tamamilə əlaqəsizdir və hüquqi şəxsi məlum pul öhdəliyindən azad etmir. Şəki Kommersiya Məhkəməsi də ödənişin qanuna uyğun formada edilmədiyini qeyd etmiş, lakin bu qanunsuzluğu nəzərə almamışdır. Əlavə olaraq qeyd edilir ki, Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən, bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Buna baxmayaraq cavabdeh hüquqi şəxsin direktoru 16.000 manat məbləğin bir hissəsinin nağd, bir hissəsinin isə köçürmə yolu ilə digər fiziki şəxsə ödədiyini bildirmişdir. Cavabdehin irəli sürdüyü ödənişin tərəflərinin heç biri bu iş üzrə iddiaçı və cavabdeh deyil. Belə olan halda cavabdehin təqdim etdiyi sənədlər sadəcə iki fiziki şəxs arasında pul köçürməsi və nağd ödəniş əməliyyatlarının aparılmasını deməyə əsas verir. Həmçinin, məhkəmənin “whatsapp” sosial şəbəkəsi üzərindən təqdim edilən qısa yazşımalara əsaslanaraq, 16.000 manat ödənişin məhz iddiaçının hazırkı iş üzrə tələb etdiyi ödənişə uyğun hesab etməsi əsassızdır. Belə ki, həmin yazışmalarda bəhs edilən məbləğin həqiqətən də hazırkı iddia tələbi ilə əlaqədar olub-olmamasını müəyyən etmək, ödənişin hansı öhdəliklərdən yarandığını dəqiqləşdirmək mümkün deyil. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-2(102)-319/2024 nömrəli oxşar işində aşağı instansiya məhkəmələrinin iddiaçı tərəfindən təqdim olunan “whatsapp” yazışmalarının həqiqiliyi, o cümlədən onların tərəflər arasındakı münasibətlərə aidiyyatının olub-olmamasıilə bağlı heç bir araşdırma aparmadığını qeyd etmiş və apellyasiya instansiyasının qətnaməsini ləğv etmişdir. Son olaraq, birinci instansiya məhkəməsi qətnamədə iddiaçının həmin məbləğin tərəflər arasında yaranmış başqa münasibətlə bağlı olduğunu sübut edə bilmədiyini qeyd etmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, ödənişin edilməsi fərziyyəsi cavabdeh tərəfindən irəli sürüldüyünə görə, sübutetmə vəzifəsi də cavabdehin üzərindədir və cavabdeh bununla bağlı heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, “whatsapp” yazışmalarında qeyd edilən ödəniş "Nağdsız hesablaşmalar haqqında" Qanuna və mülki qanunvericiliyə zidd olduğuna, həmçinin ödənişin əsasını hazırkı mübahisələndirilən pul öhdəliyi təşkil etmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Nəticədə, cavabdehin irəli sürdüyü 16000 manat ödəniş iddiaçının tələb etdiyi məbləğdən çıxılmamalı və tələb edilən pul tam həcmdə iddaçı hüquqi şəxsin hesabına nağdsız qaydada köçürülməlidir. Əlavə olaraq qeyd edilir ki, Şəki Kommersiya Məhkəməsi iddiaçının müqavilələr üzrə tələb etdiyi dəbbə pulunun məbləğini də əhəmiyyətli dərəcədə əsassız olaraq azaltmışdır. Belə ki, İN-YMG\TR\001 №-li Xidmət müqaviləsi üzrə 48676,95 manat, İN-YMG\CS\001 №-li X3 üzrə isə 3662,29 manat dəbbə pulunun cavabdehdən tutulması məhkəmədən xahiş edilmiş və bu dəbbə pulu müqavilələrdə “hər gecikdirilmiş gün üçün ödənilməyən məbləğin 1% həcmində” razılaşdırılmışdır. Mülki Məcəllənin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Mövcud qanunvericiliyə və tərəflərin razılaşmasına baxmayaraq, məhkəmə dəbbə pulunu tərəflərin razılaşdıqları kimi yox, başqa üsulla hesablayaraq xeyli azaltmışdır. Buna səbəb olaraq “tərəflərin əmlak mənafelərini, cavabdeh tərfindən müəyyən miqdarda ödənişin edilməsini, tələb edilən cərimə məbləğinin müvafiq olaraq əsas borc məbləğindən çox olmasını” qeyd etmişdir. İlk olaraq bildirilir ki, tərəflər fiziki şəxslər yox, sərbəst balansı olan, aktiv şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. Həmin hüquqi şəxs üçün tələb edilən cərimənin tətbiqi onun əmlak mənafeyinə zidd deyildir. Həmçinin, məhkəmə cavabdeh tərəfindən müəyyən miqdarda ödənişin edildiyini qeyd etsə də, bu hal yuxarıda əsaslandırıldığı kimi, iddiaçı tərəfindən qəti olaraq qəbul edilmir. Son olaraq, cərimənin əsas borcdan çox olması isə qanunvericiliyə əsasən icazə verilən haldır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmənin cərimə məbləğini xeyli azaltması qanunsuzdur və iddiaçının müqavilə üzrə tələb etdiyi cərimə məbləği tam həcmdə cavabdehdən tutulmalıdır.
3.2) Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1) Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinə baxılması ilə əlaqədar kommersiya işi üzrə 13 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, apellyasiya şikayətini vermiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Lakin, apellyasiya şikayətini vermiş iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi 12 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Qeyd etmək lazımdır ki, apellyasiya məhkəməsində işə baxılarkən apellyasiya şikayətini vermiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi 12 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə və iddiaçı hüquqi şəxsin Bank Hesabından çıxarışını təqdim etmiş və həmin ərizədə göstərmişdir ki, 12 fevral 2024-cü il tarixli Müqavilələr bağlandıqdan sonrakı dövrə, o cümlədən də cavabdeh tərəfin qeyd etdiyi “hesabdankənar ödəniş edildikdən” sonrakı dövrə aid iddiaçı "xxxx" MMC-nin bank hesablarından çıxarış məhkəməyə təqdim edilir və həmin Çıxarışdan da görünür ki, iddiaçı hüquqi şəxsin bank hesabına güman edilən 16000 manat məbləğində pul vəsaiti köçürülməmişdir.
4.2). Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırkı apellyasiya şikayətində “Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv olunması və iddianın tam təmin edilməsi haqqında yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. .... 43.1. Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 52.1. Hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. 52.2. Bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; ... 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 852.1. Ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. 852.2. Daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir. 852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin normaları (maddələri): 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı aşağıdakı müddətlərdə təqdim (tərtib) etməlidir: 71-1.1.1. bu Məcəllənin 71-1.5.1-ci, 71-1.5.4-cü, 71-1.5.5-ci, 71-1.5.7-ci və 71-1.5.8ci maddələrində nəzərdə tutulmuş hallarda – mallar göndərilən (verilən) vaxt; 71-1.1.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə – malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 gün müddətində; 71-1.1.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə – işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində; 71-1.1.5. bu Məcəllənin 71-1.5.12-ci maddəsində nəzərdə tutulmuş halda–avansın alındığı gün. 71-1.2. Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 71-1.2-ci maddəsinə əsasən hazırlanmışdır və elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydalarını müəyyən edir. 1.2. Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. 1.3. Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfatdaxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir. 2.1. Elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin portalında (bundan sonra – Portal) yaradılmış elektron qaimə-faktura sistemində Azərbaycan dilində hazırlanır. 2.5.3. Elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” sətrində qeyd olunur. 3.1. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaiməfaktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. 3.2. Elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.7. Elektron qaimə-faktura aşağıdakı müddətlərdə təqdim edilir: 3.7.1. malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt; 3.7.2. əvvəlcədən sifariş edilməyən malların təqdim edilməsi üzrə malların təhvil verilməsini təsdiq edən sənədin verildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.3. işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 (beş) gün müddətində; 3.7.11. alınmış avans ödənişləri üzrə avansın alındığı gün.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, yuxarıda təsvir olunanlar nəzərə alınmaqla, aşağıda qeyd olunanlara əsasən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdehndən “12 fevral 2024-cü il tarixli, İN-YMG\TR\001 nömrəli Xidmət Müqaviləsi üzrə ödənilməmiş 22632,5 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimə” tutulması və “ödənilmiş dövlət rüsumunun təmin edilmiş tələbə uyğun 106,26 manat hissəsi” tutulması hissələrində ləğv edilib, həmin hissələrdə yeni qətnamə qəbul edilməlidir. Belə ki, məhkəmə araşdırması və işin konkret halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi və 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 nömrəli X3 əsasında iddiaçı "xxxx" MMC müqavilələrdə nəzərdə tutulan xidmətləri göstərdikdən və işləri yerinə yetirdikdən sonra görülmüş işlərin və göstərilmiş xidmətlərin həmin müqavilələr əsasında nəzərdə tutulan dəyərinin ödənilməsi üçün onun tərəfindən Cavabdehnə müvafiq olaraq 38632,5 manat və 2906,58 manat olmaqla, ümumilikdə cəmi 41539,08 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilərək, cavabdehdən müqavilələr üzrə öhdəliklərini yerinə yetirib, həmin pul vəsaitinin ödənilməsini tələb etmişdir. Lakin, Cavabdeh MMC müvafiq qaydada tələb olunan pul vəsaitini iddiaçı "xxxx" MMC-nin bank hesabına ödəməmişdir. Buna görə də, iddiaçı “Cavabdeh MMC-dən 12 fevral 2024-cü il tarixli İN- YMG\TR\001 №-li Xidmət müqaviləsi üzrə ödənilməmiş 38632,5 manat məbləğində əsas borcun və öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 48676,95 manat məbləğində cərimənin, 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 №-li “Gömrük təmsilçiliyi” müqaviləsi üzrə ödənilməmiş 2463,2 manat məbləğində əsas borcun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 3662,29 manat cərimənin və 443,38 manat məbləğində ƏDV borcunun, həmçinin iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 372 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi” üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində aparılan araşdırmada iştirak edən cavabdeh tərəfin nümayəndəsi (qanuni təmsilçisi) tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan müqavilələr əsasında görülmüş işlərə və göstərilən xidmətlərə görə Cavabdeh MMC-nin iddiaçı "xxxx" MMC-yə ümumilikdə cəmi 41539,08 manat məbləğində əsas borcun yarandığını mübahisələndirməsə də, özü tərəfindən həm nağd və həm də fiziki şəxsə aid kart vasitəsi ilə həmin borcun 16000 manat hissəsinin iddiaçı MMC-nin direktoruna ödənildiyini bildirmişdir. Birinci instansiya məhkəməsi isə cavabdeh tərəfin bu dəlilini əsaslı hesab edərək, qətnamədə 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 №-li Xidmət müqaviləsi üzrə tələb olunan 38632,5 manat məbləğində əsas borcun 16000 manat hissəsini ödənilmiş hesab edib, 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsində 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə Cavabdeh MMC-dən tutulmalı olan 38632,5 manat miqdarında əsas borc məbləğini 16000 manat miqdarında azaldaraq, cavabdehdən iddiaçının xeyrinə 22632,5 manat məbləğində əsas borcun və buna müvafiq olaraq da öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimənin tutulması qənaətinə gəlmişdir. Lakin, məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini və işin konkret hallarını araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsində qeyd olunan əsasla iddiaçının xeyrinə cavabdehdən 12 fevral 2024-cü il tarixli, İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə “ödənilməmiş 22632,5 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimə” tutmaqda birinci instansiya məhkəməsi haqlı olmamış və həmin hissədə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Çünki, işin yuxarıda təsvir olunan hallarından görünür ki, 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli xidmət müqaviləsi üzrə qarşılıqlı öhdəliklər iddiaçı "xxxx" MMC və Cavabdeh MMC olmaqla, iki hüquqi şəxs arasında yaranmışdır və həmin tərəflər tam hüquq qabiliyyətinə malik hüquqi şəxslər olaraq, öz öhdəliklərinin yerinə yetirilməsinə cavabdehdirlər. Bu halda, həmin hüquqi şəxslər arasında yaranmış öhdəliklər də bir-birinin qarşısında onların öz adından müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun icra olunmalıdır. Qanunvericiliyin tələblərinə görə hüquqi şəxs öz öhdəlikləri üçün öz əmlakı ilə cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir və hüquqi şəxsin müstəqil balansı olmalıdır. Yəni, hazırkı mübahisənin konkret halları baxımından hüquqi şəxsə ödənilməli olan pul vəsaiti - bilavasitə həmin hüquqi şəxsin bank hesabına ödənilməlidir. Borclu hüquqi şəxsin direktorunun, təsisçisinin və yaxud hər hansı bir digər işçisinin kreditor hüquqi şəxsin bank hesabından kənar onun direktorunun, təsisçisinin və yaxud hər hansı bir digər işçisinin özünə nağd olaraq və ya həmin fiziki şəxslərin hər hansı birinin kart hesabına pul vəsaitinin ödənilməsi - borclu hüquqi şəxsin kreditor hüquqi şəxs qarşısında borc öhdəliyini yerinə yetirməsi kimi qəbul oluna bilməz. Halbuki, iş materiallarından görünür ki, iddiaçı hüquqi şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan iki müqavilə üzrə yaranmış cəmi 41539,08 manat məbləğində əsas borcun ödənişinin həyata keçirilməsi üçün cavabdeh hüquqi şəxsə müvafiq qaydada dörd elektron qaimə-faktura təqdim etsə də, sonuncu həmin elektron qaimələr əsasinda iddiaçının bank hesabına qanunvericiliyin tələb etdiyi qaydada hər hansı bir ödəniş etməmişdir. Bütün bu hallara görə də, cavabdeh MMC ilə əlaqədar olan bir fiziki şəxsin iddiaçı MMC ilə əlaqədar olan digər bir hüquqi şəxsə nağd və ya fiziki şəxsə aid bank kartına edilən ödəniş (16000 manat məbləğində) məlum hüquqi şəxslər arasında borc öhdəliyinin yerinə yetirilməsi kimi qəbul edilə bilməz. Göründüyü kimi, təsvir olunanlarla müəyyən olunur ki, məlum məhkəmə qətnaməsində iddiaçı hüquqi şəxsə ödənilmiş hesab olunan 16000 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-nin 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 №-li Xidmət müqaviləsi üzrə yaranmış borcun ödənilməsi kimi qəbul olan bilməz və ona görə də, həmin müqavilə üzrə 22632,5 manat deyil, iddia ərizəsində tələb olunan 38632,5 manat məbləğində əsas borc tutulmalıdır. Bu halda isə, cavabdehdən həmin əsas borc üzrə hesablanan cərimə də həmin qətnamədə müəyyən edilən “1131,6 manat” məbləğində və yaxud, iddia ərizəsində tələb olunan “48676,95 manat” məbləğində deyil, işin halları nəzərə alınmaqla 1932 manat məbləğində tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Müqavilələrin tələblərinə görə göstərilən xidmətin və görülən işlərin dəyərinin ödənilmə müddətinin və qaydasının müəyyən edilməsinə baxmayaraq, həmin müqavilə şərtlərinə riayət olunmadığı halda iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanmış cərimə məbləğinin də yüksək həddə artması və bu cərimə məbləğinin artmasına iddiaçı tərəfin hərəkətsizliyinin də səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Eyni zamanda, qeyd etmək lazımdır ki, apellyasiya şikayətində 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 nömrəli X3 üzrə ƏDV ilə birlikdə cəmi 2906,58 manat məbləğində əsas borcun tutulması apellyator tərəfindən mübahisələndirilməsə də, həmin müqavilə üzrə 145,3 manat məbləğində cərimənin tutulması mübahisələndirilmişdir. Lakin, məhkəmə kollegiyası, bununla əlaqədar işin yuxarıda sadalanan hallarına və qanunveriliyin tələblərinə əsasən hesab edir ki, həmin Müqavilə üzrə ödənilməmiş əsas borca rəğmən 145,3 manat məbləğində cərimənin tutulması ədalətli və işin hallarına uyğun nəticədir. Bundan əlavə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdehndən 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli Xidmət Müqaviləsi üzrə 38632,5 manat məbləğində əsas borc və 1932 manat məbləğində, 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 nömrəli X3 üzrə isə ƏDV daxil 2906,58 manat məbləğində əsas borc və 145,3 manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə cəmi 43616,38 manat məbləğində pul vəsaiti tutulmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddianın təmin olunan hissəsinə mütənasib olaraq hesablanıb, işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu halda isə, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən cəmi 372 manat məbləğində ödənilmiş dövlət rüsumunun 220,85 manat hissəsi Cavabdehnə aid edilərək, ondan tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)- 45/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdehndən “12 fevral 2024-cü il tarixli, İN- YMG\TR\001 nömrəli Xidmət Müqaviləsi üzrə ödənilməmiş 22632,5 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimə” və “ödənilmiş dövlət rüsumunun təmin edilmiş tələbə uyğun 106,26 manat hissəsinin” tutulması hissələrində ləğv edilərək, həmin hissələrdə yeni qətnamə qəbul edilməli və Cavabdehndən 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli Xidmət Müqaviləsi üzrə 38632,5 manat məbləğində əsas borc və 1932 manat məbləğində cərimə, 12 fevral 2024cü il tarixli İNYMG\CS\001 nömrəli X3 üzrə ƏDV daxil 2906,58 manat məbləğində əsas borc və 145,3 manat məbləğində cərimə olmaqla, hər iki Müqavilə üzrə ümumilikdə cəmi 43616,38 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli və eləcə də, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun təmin edilmiş hissəsinə uyğun olaraq 220,85 manat hissəsi Cavabdeh MMC-dən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsi qismən, yəni Cavabdehndən “12 fevral 2024-cü il tarixli, İN-YMG\TR\001 nömrəli Xidmət Müqaviləsi üzrə ödənilməmiş 22632,5 manat məbləğində əsas borc, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 1131,6 manat məbləğində cərimənin” və “ödənilmiş dövlət rüsumunun təmin edilmiş tələbə uyğun 106,26 manat hissəsinin” tutulması hissələrində ləğv edilərək, həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdehndən 12 fevral 2024-cü il tarixli İN-YMG\TR\001 nömrəli Xidmət Müqaviləsi üzrə 38632,5 (otuz səkkiz min altı yüz otuz iki manat 50 qəpik) manat məbləğində əsas borc və 1932 (min doqquz yüz otuz iki) manat məbləğində cərimə, 12 fevral 2024-cü il tarixli İNYMG\CS\001 nömrəli X3 üzrə ƏDV daxil 2906,58 (iki min doqquz yüz altı manat 58 qəpik) manat məbləğində əsas borc və 145,3 (yüz qırx beş manat 30 qəpik) manat məbləğində cərimə olmaqla, hər iki Müqavilə üzrə ümumilikdə cəmi 43616,38 (qırx üç min altı yüz on altı manat 38 qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun təmin edilmiş hissəsinə uyğun olaraq 220,85 (iki yüz iyirmi manat 85 qəpik) manat hissəsi Cavabdehndən tutularaq, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Şəki Kommersiya Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli 2-2(117)-45/2025 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.